Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2289/2024 25.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və X2 ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə məhkum edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası nın 2024-cü il 4 iyun tarixli, 1(105)-383/2024 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 2024-cü il 8 aprel tarixli, 1(012)-533/2024 nömrəli hökmü ilə (X12) 1991-ci il 4 noyabr tarixində Zəngilan rayonu, Beşdəli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, məhkum olunmamış, Cəbrayıl rayonu, Məstalıbəyli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli, D massivi, bina 27, mənzil 183-də yaşayan, Məhkum Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəza sına məhkum edilmiş, cəzaçəkmə müddətinin başlanğıcının cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X9 (sədrlik edən və məruzəçi), Rəşadət Ağayev və Ruhiyyə Əsgərovadan ibarət tərkibdə) 2024-cü il 4 iyun tarixli, 1(105)-383/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, Abşeron Rayon Məhkəməsinin 2024-cü il 8 aprel tarixli, 1(012)-533/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə məhkum edilmişdir ki, o, özgənin əmlakını ələ keçirmək məqsədilə 2023-cü il 14 sentyabr tarixində günorta radələrində Xırdalan şəhərində qohumu Zərərçəkmiş şəxs məxsus "Kapital bank” ASC-yə aid 51030716-1203-7230 nömrəli hesab kartına informasiya texnologiyalarından istifadə edib qanunsuz daxil olaraq ’’Birbank” mobil tətbiqi vasitəsilə həmin kartın hesabından 90 manat, 18 sentyabr 2023-cü il tarixdə eyni qayda ilə 500 manat pulu özünə məxsus 41697388-8884-0257 nömrəli kartın hesabına keçirərək, cəmi 590 manat məbləğində pulunu vahid niyyətlə gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 590 manat ziyan vurmaqla oğurluq etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN ZƏRƏRÇƏKMİŞ ŞƏXSİN VƏ MÜDAFİƏÇİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsi cinayət işini ətraflı araşdırmamışdır. Tərəflərindən təqdim olunmuş vəsatətlər təmin edilməmiş, maddi sübutlar qiymətləndirilməmiş, zərərçəkmiş şəxsin məhkəmə iclasında verdiyi yalan ifadələri məhkəmə iclasında bir daha ifşa olunsada mühüm halların heç biri aydınlaşdırılmamışdır. Məhkumun müdafiəçisi bildirmişdir ki, Məhkum 2011 -ci ildə X8 ilə ailə həyatı qurmuşdur və bu evlilikdən 2 övladı dünyaya gəlmişdir. Təqsirlənidirilən şəxsin qayınatası Zərərçəkmiş şəxs və nikahda olduğu şəxs X4 mütəmadi olaraq müxtəlif şəxslərdən borc pul götürmüşdür. İlkin olaraq Məhkum tanıdığı digər şəxsdən 9000 manat məbləğində faizi ödənilməsi öhdəliyi ilə pul götürmüşdür. Zərərçəkmiş şəxs özünə məxsus kart məlumatlarını borcun ödənilməsi təminatı kimi faizə borc götürdüyü şəxsə vermişdir. Daha sonra eyni kart məlumatlarını gəlini Məhkum pensiyasının köçürülməsinə və kartdan çıxarılan məbləğlərə nəzar ət etməsi üçün vermişdir. Sonuncu dəfə 2023-cü ilin mart ayında Zərərçəkmiş şəxs gəlini Məhkum nəvəsinə cehiz almaq üçün borca pul istəmişdir. Bu səbəbdən də Məhkum anası X6 qayınatasının borc pul istədiyini bildirmişdir. Təqsirləndirilən şəxsin anası Rəna Nəsirova öz növbəsində 3600 manat məbləğində pulu borc olaraq Zərərçəkmiş şəxs çatırmış və razılaşmaya əsasən Zərərçəkmiş şəxs ayda 360 manat olmaqla öz borcunu tam şəkildə ödəyəcəyini öhdəliyinə götürmüşdür. Bundan başqa da Məhkum Qüdrət Əliyevlə birgə yaşadıqları dövrdə Məhkum 3000 manat dəyərindəki qızılları satılmış və əldə olunan məbləği Qüdrət Əliyev götürmüşdür. Münasibətləri pozulduqdan sonra da həmin məbləğ onda qalmışdır. X7 və Zərərçəkmiş şəxs 6600 manat borcu yaranmışdır. Məhkum, nikahda olduğu şəxs, 2 övladları, qayınata (zə rərçəkmiş şəxs), qaynana məcburi köçkün olduqları üçün(6 şəxs) onlara aylıq olaraq 1 nəfərə görə 60 manat ümumilikdə aylıq 360 manat müavinat karta köçürülürdü ki, Fazil X3 borcunu ödəmək üçün məhz həmin kart məlumatlarını da gəlini Məhkum vermişdir. Məhkum da öz növbəsində aylıq olaraq 360 manat məbləği kartdan çıxardaraq qayınatasının anasına olan borcunu mütamadi olaraq çatdırırdı. Məhkum ayda 360 manat olmaqla nağd şəklində (1800 manat) 5 ay müddətində avqust ayı da daxil olmaqla mütəmadi olaraq anasına çatdırmışdır. Bu müddət ərzində tez-tez ailə daxili münaqişələr baş vermişdir. Bundan sonra 04 sentyabr 2023-cü il tarixdə Qüdrət Əliyev və nikahda olduğu şəxs Məhkum arasında baş vermiş ailə daxili mübahisə zəminində sonuncu yaşadığı Abşeron rayonu, Pirəkəşkül qəsəbəsini tərk etmişdir. Bundan sonra da Qüdrət Əliyev atasının borcunu hər ay olmaqla ümumilikdə 2 ay müddətinə təqsirləndirilən şəxsin istifadə etdiyi karta (720 manat) pul köçürmüşdür. Son olaraq 3600 manat məbləğdən 1080 manatı borc olaraq qalmışıdır. Məhkum evdən ayrıldıqdan sonra borcun əvəzi olaraq 14-18 sentyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus kart hesabından 590 manat məbləği çəkməsi barədə razılıq almışdır, hətta Qüdrət Əliyev ona "apar ver anana ona borcumuz var” ifadəsini işlətmişdir. İş üzrə təqsirləndirilən şəxs 590 manat məbləğində pulu borcun əvəzi olaraq, qarşı tərəfin razılığı ilə "Birbank” aplikasiyası vasitəsiylə şəxsi istifadə etdiyi plastik karta köçürmüşdür. Bu hadisədən 2 ay keçməsinə baxmayaraq X15 Əliyeva ilə aralarında baş vermiş ailə daxili mübahisələrdən sonra münasibətlə rinin düzəlməyəcəyi qənaətinə gəlib və atası Zərərçəkmiş şəxs ilə birlikdə qisas almaq məqsədiylə 23 oktyabr 2023-cü il tarixdə Abşeron RPİ-yə gedərək Məhkum barədə yanlış məlumat verərək cinayət işinin başlanılmasına nail olmuşlar. Rəna Nəsirovaya ödəmək istədiyi 3600 manat borcu zərərçəkmiş şəxs məcburi köçkünlər üçün ödənilən müavinat vasitəsi ilə ödəyirdi ki, müavinat məbləğləridə məhz ona məxsus deyildir, orada təqsirləndirilən şəxs və 2 övladı üçün (180 manat) məbləğlər ayrılmışdır. Lakin zərərçəkmiş şəxs məcburi köçkünlər üçün ödənilən müavinətlər ailə başçısı olaraq zərərçəkmiş şəxsə verildiyindən o bu kart vasitəsi ilə hətta Məhkum anasına borcunu bağlamaq niyyəti ilə istifadə etmişdir. Halbuki onun digər şəxslərə ayrılmış müavinətlərı borcun qarşılığında verməsi özü-özlüyündə təq sirləndirilən şəxsin və övladlarının hüquqlarını pozur. Buna baxmayaraq təqsirləndirilən şəxs ailə münasibətlərinə görə ona çatacaq müavinətlərın ona ödənilməsini tələb etmədiyinə görə Zərərçəkmiş şəxs həmin kartı özünün şəxsi kartı olaraq görmüş, həmin kart vasitəsiylə borclarını ödəməyi öhdəsinə götürmüşdür. Məhkum Zərərçəkmiş şəxs məxsus kartdan pul çəkərkən buna qarşı tərəfin razılığını almış, onlar da Məhkum anasına olan borcun əvəzini ödənilməsinə razılıqlarını bildirmişlər. Buna baxmayaraq, sonradan münasibətləri pozulduğundan qisas almaq məqsədi ilə kartından pulun oğurlanması barədə Abşeron RPİ- nə məlumat vermişlər. Qeyd olunanlardan məlum olur ki, burada Məhkum tərəfindən hər hansı cinayət törədilməmiş və əməlində cinayət tərkibi olmamışdır. Kassasiya instansiya məhkəməsinin əvv əlki iclasında iştirak edən məhkumun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Zərərçəkmiş şəxs və dövlət ittihamçısı Ayxan Hüseynli çıxış edərək kassasiya şikayətinin təmin olunmamasını və Məhkum CM-in 177.2.3-1-ci maddəsi ilə məhkum edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 4 iyun tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Mə cəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiəçi kassasiya şikayətində məhkum tərəfindən cinayət əməli törədilmədiyini mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və b u müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunun dan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanun unun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi də bu maddədə təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət mühaki mə icraatında sübutların qiymətləndirilməsi prinsipinə görə (CPM, maddə 33) hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Cinayət-Prosessual Məcəllənin 125, 144-146cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən hər bi r sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun müdafiəçisinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının və zərərçəkmiş şəxsin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayətprosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməlidir. Kassasiya şikayətinin dəlillərinə müna sibət bildirən məhkəmə kollegiyası qeyd etməyi vacib hesab edir ki, hazırki işin halları baxımından Məhkum əməlinin hüquqi tövsifi böyük önəm daşıyır. Bu məqsədlə ilk növbədə cinayətlərin tövsifi anlayışının təhlil edilməsi zəruridir. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv c əhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Məhkum CM-in 177.2.3-1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Həmin maddənin dispozisiyasında iki əməl müəyyənləşdirilmişdir: - oğurluğun elektron məlumat daşıyıcılarından istifadə edilməklə törədilməsi; - oğurluğ un informasiya texnologiyalarından istifadə edilməklə törədilməsi. CM-in 177.1-ci maddəsi oğurluğu özgənin əmlakını gizli olaraq talama kimi müəyyən etmişdir. Yəni oğurluq cinayət əməlinin mövcud olması üçün gizliliyin olması mütləqdir. Hazırki işin hallarından da görünür ki, Zərərçəkmiş şəxs məxsus bank kartı zərərçəkmiş şəxsin özündə olmuş, lakin həmin bank kartına məxsus “Birbank” telefon apilikasiyası Məhkum məxsus telefonda olmuşdur. Cinayət işi üzrə toplanmış sübutların məcmusu əsasında yaranan mənzərə ondan ibarətdir ki, “Birbank” telefon apilikasiyası Məhkum məxsus telefona məhz həmin kartın sahibi, Zərərçəkmiş şəxs razılığı və xahişi ilə yüklənmişdir. Zərərçəkmiş şəxs və Məhkum bir ailənin üzvləri olduqlarından bu hal təbii qəbul edilməlidir. Yəni özünə məxsus kartın məlumatlarını n Məhkum məxsus telefonda olmasından və həmin məlumatlar və aplikasiya vasitəsilə həmin kartda olan pul vəsaitlərinin çıxarılmasının, müxtəlif məqsədlər üçün xərclənməsinın və başqa bank kartına köcürülməsinin mümkünlüyündən Zərərçəkmiş şəxs məlumatı olmuş, lakin buna etiraz etməmiş, müvafiq banka və ya Məhkum müraciət edərək həmin apilikasiyanın silinməsinə nail olmamışdır. Belə ki, cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, müstəntiq zərərçəkmiş şəxsə sual verərək soruşur: Siz ilkin araşdırma zamanı vermiş olduğunuz izahatda bildirmişsiniz ki, Məhkum 2022-ci ilin iyun ayında da sizə məxsus kartdan 500 manat pulu oğurlayaraq ələ keçirmişdir. Bu barədə nə deyə bilərsiniz? Həmin suala cavab olaraq Zərərçəkmiş şəxs bildirir: Bildirirəm ki, 2022-ci ilin iyu n ayında Məhkum mənə məxsus kartdan istifadə edərək 500 manatlıq alış-veriş etmiş, lakin bunun haqqında mənə sonradan məlumat vermişdir. Mən izahatmı yazan zaman əsəbi olduğum üçün Aytənin həmin pulu oğurladığını bildirmişəm. Lakin həmin pul Aytən tərəfindən oğurlanmamış, alış-verişdə istifadə edilmişdir. Ona görə də mənim Məhkum 2022-ci ilin iyun ayında 500 manat pulumdan istifadə etməsi ilə bağlı sonuncudan heç bir şikayət və tələbim yoxdur. (Bax: cild 1, i.v.26-28). Eyni zamanda, Zərərçəkmiş şəxs birinci instansiya məhkəməsində ifadə verərkən göstərmişdir: “...Kart məlumatlarının Aytəndə olması səbəbi pensiyamın köçməsi barədə mənə məlumat verilməsi ilə əlaqədar olub...” Həmin ifadədə Zərərçəkmiş şəxs dövlət ittihamçısının sualına cavab olaraq göstərir: “Kartdan pulun çıxarılması Aytən in mənim evimdə gəlin olduğu vaxt deyil, ailəsini və uşaqlarını tərk edib başqa şəxslə getdiyi vaxta təsadüf edir. Yəni həmin vaxt rəsmi olmasa da, faktiki olaraq onlar ailə olmamışlar.” (Bax: cild 1, i.v. 121, Məhkəmə iclasının protokolu). Göründüyü kimi, kart sahibi kimi Zərərçəkmiş şəxs kart apilikasiyasının Məhkum məxsus telefona yüklənməsinə razılıq verməklə kartda olan pul vəsaitlərindən istifadə etməyi gəlini Məhkum həvalə etmiş, Məhkum telefonunda olan apilikasiyadan istifadə etməklə pul vəsaitindən öz istəyinə uyğun istifadə etməsinə Zərərçəkmiş şəxs etirazı olmamış, Məhkum da əvvəl verilmiş həmin razılıq əsasında kartda olan pul vəsaitlərindən istifadə etmişdir. Öyrənilmiş cinayət işinin faktiki hallarına diqqət yetirdikdə aydın olur ki, Zərərçəkmiş şəxs gəlini Məhkum barəsində h üquq mühafizə orqanlarına şikayət etməsinə səbəb ailədaxili münaqişənin yaranması olmuşdur. Başqa sözlə desək, Zərərçəkmiş şəxs oğlu və gəlini arasında qeyd olunan ailə münaqişəsi olmayacağı təqdirdə, Zərərçəkmiş şəxs gəlini Məhkum tərəfindən telefon apilikasıyası vasitəsi ilə hər hansı məbləğdə pul vəsaitinin götürülməsi sonuncunun etirazına səbəb olmayacaqdı (yuxarıda qeyd edilən Zərərçəkmiş şəxs ifadəsi də bunu təsdiq edir). Məhz ailədaxili münaqişənin yaranması anı ilə kartdan pul vəsaitinin əvvəlki münasibətlərin davamı olaraq çıxarılmasının “gizli” kimi qiymətləndirərək cinayət əməli kimi xarakterizə etmək yanlış olmaqla, həmin hərəkəti CMin 177.2.3-1-ci maddəsinin qoruduğu ictimai münasibətlərin əhatəsinə salmır. Yəni ailədaxili münaqişənin yaranmasını Məhkum ona həvalə edilmiş tele fon apilikasiyası vasitəsi ilə kartda olan pul vəsaitindən istifadəsini qadağan edən və bu əməli cinayət əməli kimi qiymətləndirməyə əsas verən hal kimi qəbul etmək olmaz və kart sahibi tərəfindən banka müraciət etməklə həmin istifadə qadağan edilmədikcə Məhkum həmin apilikasiyadan istifadədə səlahiyyətli olmuşdur. Bu zaman yarana biləcək risklər və zərərlər də nəzərdən qaçırılmamalı və kart sahibinə vurula biləcək maddi ziyanlar mülki xarakterli olmaqla tapşırıq müqaviləsinin ləğvi, hüquqdan sui-istifadə və ya əsassız varlanma ilə bağlı irəli sürülmüş iddia tələbi ilə ziyan vurandan tələb edilə bilər. Ailə münasibətlərinin normal olduğu dövrdə icazə verilən, bəyənilən hərəkət kimi qiymətləndirilən bir əməlin məhz ailə münasibətlərinin pozulmasına dayanaraq cinayət əməli kimi xarakterizə e dilməsi hüquqi müəyyənlik prinsipinin də tələblərinə uyğun gəlmir. Yəni CM-in 177-ci maddəsinin dispozisiyasının zəruri obyektiv əlaməti olan gizli talamanı ailə münasibətlərinin pozulması anı ilə əlaqələndirmək və məhz həmin andan başlayaraq gizliliyin başladığını və mövcudluğunu qəbul etmək qanunçuluq prinsipinin tələblərinə də uyğun gəlmir. Azərbaycan Respublikası Mərkəzi X11 tərəfindən 10 iyul 2012-ci il tarixində qəbul edilmiş “Ödəniş kartlarının emissiyası və istifadəsi qaydaları”nın 2.1.1-ci bəndinə əsasən ödəniş kartı nağdsız ödənişlərin aparılması və nağd pul vəsaitinin əldə edilməsi üçün istifadə edilən ödəniş alətidir. Həmin qaydaların 2.1.6-cı və 2.1.19-cu bəndlərinə görə kart hesabı kart vasitəsilə həyata keçirilən əməliyyatların uçotunun aparılması üçün açılan cari bank hes abıdır. Ödəniş kartlarının hazırlanması zamanı kartda olan elektron daşıyıcıya (çipə) və (və ya) maqnit lentə kart istifadəçisi haqqında məlumatlar yüklənir. Həmin qaydaların 2.1.8-ci bəndinə əsasən kart istifadəçisi – kart sahibi və ya kartdan istifadə etmək hüququ olan şəxsdir. Qeyd edilən qaydaların 6.1-ci bəndinə əsasən kart istifadəçisi kart vasitəsilə aşağıdakı əməliyyatları həyata keçirmək hüququna malikdir: 6.1.1. mal, iş və xidmətlərin dəyərinin ödənilməsi; 6.1.2. vergi, rüsum, habelə dövlət büdcəsinə və büdcədənkənar dövlət fondlarına digər icbari ödənişlərin aparılması; 6.1.3. valyuta mübadiləsinin aparılması; 6.1.4. nağd pul vəsaitinin alınması; 6.1.5. nağdsız formada öz kart hesabından vəsaitin başqa kart hesabına köçürülməsi; 6.1.5-1. pul köçürməsi; 6.1.6. qanunvericiliyə zid d olmayan və işgüzar dövriyyədə tətbiq olunan digər əməliyyatlar. Qaydaların 2.1.8-ci bəndindən də göründüyü kimi Məhkum da kartdan istifadə etmək hüququ olan şəxs olmuş və kart istifadəçisi kimi telefon apilikasiyasından istifadə etməklə kartda olan pul vəsaitini başqa kart hesabına köçürmüşdür. CM-in 177.2.3-1-ci maddəsinə münasibətdə gizli talamanın müəyyən edilməsinin məxsusi xüsusiyyətləri mövcuddur. Yəni bank kartı və pin kod şəxsin iradəsinə zidd olaraq onun sahibliyindən çıxarsa və pul vəsaiti həmin kart və pin koddan istifadə edilməklə talanırsa və ya bank kartının telefon apilikasıyası kart sahibinin məlumatı olmadan, onun iradəsinə zidd olaraq həmin məlumatlar gizli yolla ələ keçirilməklə kart hesabında olan pul vəsaiti telefon aplikasiyasından istifadə edilməklə talanırsa, eləc ə də “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsi baxımından və Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 318 və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 oktyabr 2022-ci il tarixli qərarında mövcud olan kazus olduğu təqdirdə cinayət əməli CM-in 177.2.3-1-ci maddəsi ilə tövsif ediləcəkdir. Məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, bank kartının telefon apilikasıyası kart sahibi Zərərçəkmiş şəxs iradəsinə uyğun olaraq (razılığı ilə) Məhkum telefonuna yüklənmiş, Məhkum kartda olan pul vəsaitinin müqəddaratını həll etməklə bağlı ona verilmiş səlahiyyətdən istifadə edərək həmin apilikasiya vasitəsilə 590 manat pul vəsaitini özünə məxsus digər bank kartına köçürmüşdür ki, bu isə özü özlüyündə CM-in 177.2.3-1-ci maddəsinin dispozisiyasında əks olunmuş gizli talamanı istisna etməklə (zərərçəkmiş şəxsin iradəsi ilə əhatə olunan hərəkətlər olduğundan və oğurluq cinayət əməlinin zəruri obyektiv əlaməti olan gizlilik olmadığından) Məhkum əməlində cinayət tərkibinin obyektiv və subyektiv cəhətlərinin əlamətlərinin, bununla da cinayət tərkibinin olmamasına dəlalət edir. CPM-in 42.1-ci maddəsində bəraət hökmünün hansı əsaslarla çıxarılmalı olmasının qəti siyahısı verilmişdir: cinayət hadisəsi olmadıqda; təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda; təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda, onun təqsirliliyi sübuta yetirilmədikdə. B u əsaslardan hər hansı biri üzrə bəraət verilən şəxs təqsirsiz hesab olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respunlikası Ali Məhkəməsi Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 nömrəli qərarının 58-ci bəndinin 3-cü abzasında göstərilmişdir ki, əməldə cinayət tərkibinin olmaması (CPM-in 42.1.2-ci maddəsi) hadisənin olmasını ehtiva edir, lakin təqsirləndirilən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) məzmunu, yəni hərəkət və ya hərəkətsizlikdə şəxsin cinayət məsuliyyəti daşımasını şərtləndirən cinayət tərkibinin obyektiv və subyektiv əlamətlərinin olmaması onun əməlinin cinayət kimi səciyyələndirilməsinin qarşısını alır. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, müdafiəçinin kassasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2024-cü il 8 aprel tar ixli, 1(012)-533/2024 nömrəli hökmü və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı müdafiəçinin kassasiya şikayətinə münasibətdə ləğv edilməli və cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.3-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Abşeron Rayon Məhkəməsinin 2024-cü il 8 aprel tarixli, 1(012)-533/2024 nömrəli hökmü və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 4 iyun tarixli, 1(105)-383/2024 nömrəl i qərarı Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə ləğv edilsin və cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən bəraətverici əsaslarla xitam verilsin.
Məhkəmə qərarları › İş №1(102)-2289/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2289/2024
25.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver