Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-229/2023 08.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə xx xxxxxx 1977-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, İİ qrup əlil, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Ağdaş rayonu Sadavat kəndində qeydiyyatda olan və yaşamış, hal hazırda həbsdə olan Məhkum Azərba ycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.2 və 221.2.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 iyun 2022-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli hökmünə əsasən (sədrlik edən hakim C.R.Sultanov) Məhkum - Azərbaycan Respublikası CM-in 178.2.2-ci və 221.2.2-ci maddələri nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 178.2.2-ci maddəsi ilə 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 221.2.2-ci maddəsi ilə 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən, təyin e dilmiş cəzalar qismən toplanmaqla Məhkum üzərində qəti olaraq 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Məhkum 15 fevral 2021-ci il tarixdən 17 fevral 2021-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət CM-in 69.3-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün təyin edilmiş cəzadan çıxılsın və qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Şirvan Apellyasiya Məhkəməsinin 23 fevral 2022-ci il tarixli qərarına əsasən, ona təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum cəzası CM-in 66.5-ci maddəsinə əsasən, hazırkı hökmlə təyin edilmiş 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddət inə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Məhkum qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin həbsə alındığı 19 iyun 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər: İ.H.Şükürov (sədrlik edən), G.Q.Abbasov və E.Ş.Hüseynov) verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Ağdaş Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Təqsirləndirilən şəxs Məhkum CM-in 178.2.2 və 221.2.2-ci m addələri ilə ittiham verilmişdir ona görə ki, o etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Eyni zamanda, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətləri ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə xuliqanlıq etmişdir. Belə ki, o, Ağdaş rayon Şəmsabad kənd sakini xx.xx.1972-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 Məhəmmədli oğlunun banka olan kreditini faizi ilə birlikdə sildirmək adı ilə 2019-cu ilin iyun ayının əvvəllərində sonuncunun 500 manatını Zərərçəkmiş şəxs3 yaşadığı evdə, ondan 10 gün sonra isə 200 manatını öz yaşadığı evdə olmaqla cəmi 700 manat pulunu vahid niyyətlə etibarından sui-istifadə edərək aldadıb almaqla özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bundan əlavə Məhkum təkrarən Ağdaş rayon Yuxarı Ləki kənd sakini xx.xx.1982-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 əmək pensiyası düzəltdirmək üçün staj yazdırmaq və sosial yardım düzəltmək adı ilə xx.xx.2020-ci il tarixdə yaşadığı evdə sonuncunun 800 manat, ondan sonra 2-3 gün aralığı ilə Zərərçəkmiş şəxs1 qayınatası Şahid16 vasitəsilə Ağdaş şəhəri mərkəzi bazarda ayrı-ayrılıqda iki dəfə 100 manat olmaqla 200 manat, ondan 3-4 gün sonra Zərərçəkmiş şəxs1 bacısına sosial yardım düzəltmək adı ilə Ağdaş şəhərində Musiqiçilər bağının yanında 170 manat olmaqla cəmi 1170 manat pulunu vahid niyyətlə etiba rından sui-istifadə edərək aldadıb almaqla özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən Ağdaş rayon Xosrov kənd sakini xx.xx.1964-cü il təvəllüdlü Zərərçəkmiş şəxs2 hərbi xidmətdə olan oğlu X2 əməliyyat etdirilməsi üçün həkimə vermək adı ilə 2020-ci ilin iyul ayının axırlarında Gəncə şəhərində hərbi hospitalın yaxınlığında həmin tarixə Azərbaycan manatına nisbətdə məzənnəsi 1 ABŞ dollarına qarşı 1,7 manat olan sonuncunun cəmi 1400 ABŞ dolları və 80 manat, yəni cəmi 2460 manat pulunu onun etibarından sui-istifadə edərək aldadıb almaqla özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Həmçinin, Məhkum xx.xx.2020-ci il tarixdə saat 19:30 radələrində Ağdaş rayon Sadavat kəndində Zərərçəkmiş şəxs5 məxsus həyətin qapısının yaxınlığında küçədə ictimai qayda nı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə heç bir səbəb olmadan həmin kənd sakini Zərərçəkmiş şəxs6 bir neçə gün əvvəl öz yaşadığı evin qarşısına gəlməsini bəhanə edərək, şillə ilə vurmaqla ona üzün sağ almacıq nahiyəsinin qançırı ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər yetirmiş, bundan sonra öz xuliqanlıq hərəkətlərini davam etdirərək sonuncunun yaxınlıqda olan həyətinə getmiş, öz şəxsiyyətini cəmiyyətin və ətrafındakıların şəxsiyyətinin fövqündə qoyaraq Zərərçəkmiş şəxs6la dalaşmasını bəhanə edərək onun və digərlərinin ünvanına nalayiq söyüşlər söyərək atası Zərərçəkmiş şəxs5 sinəsindən yumruqla vuraraq döş qəfəsinin ön səthinin döş sümüyü proyeksiyası üzrə olan qançırı ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarət yetirmiş, bu zaman Zərərçəkmiş şəxs5 halının pisləşdiyini görən arvadı Zərərçəkmiş şəxs4 ona mane olmaq istəmiş, həmin anda Məhkum daha da azğın formada öz qərəzli xuliqanlıq hərəkətlərinə davam edib onun tərəfindən ərinin döyülməsinə mane olmağa çalışan və ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs4 qollarından vuraraq onun üzərində zor tətbiq edib ona sağ dirsək oynağının əzilməsi, sol saidin yuxarı 1/3-nin ön bayır səthinin qançırı ilə müşayiət olunan sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 iyun 2022-ci il tarix li qərarının dəyişdirilməsi və ona təyin edilmiş cəzanın yüngülləşdirilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Məhkum qeyd edir ki, o, ikinci qrup əlildir, himayəsində 3 övladı vardır, övladlarından biri azyaşlı, biri isə hərbi xidmətdədir, həyat yoldaşı xəstədir. Odur ki, göstərilənləri nəzərə alaraq ona köməklik göstərilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə ə sasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən ed ilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində ittihamın əsası deyil, yalnız cəzanın ağır olması mübahisə edilir. Ona görə də məhkəmə kollegiyası məhkumun təqsirliliyi ilə əlaqədar sübutların şərh olunmasını zəruri hesab etmir. Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində “Dələduzluq, yəni etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə”yə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 178.2.2-cü maddəsinə görə CM-in 178.1-ci maddəsində nəzərdə tutulmuş əməllər “təkrar törədildikdə” dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya b ir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində “Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər”ə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 221.2-ci maddəsinə görə “Eyni əməllər: 221.2.2. ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə— iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təh lükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ə dalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən han sı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi, xarakteri, məhkumun şəxsiyyəti, onu səciyyələndirən hallar, o cümlədən ona təyin olunacaq cəzanın onun islah o lunmasına və həyat şəraitinə təsiri, Məhkum zərərçəkmiş şəxslərin ondan şikayətinin olmamasını, himayəsində bir azyaşlı uşağının olmasını və 2-ci qrup əlil olmasını onun cəzasını yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halların olmaması nəzərə alınmış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3 və 59cu maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq o lunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Odur ki, məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsini məqsədə müvafiq hesab etmir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əla qədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 iyun 2022-ci il tarixli qərarı qanun i və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-cü maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 iyun 2022-ci il tarixli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-229/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-229/2023
08.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver