Məhkəmə qərarları › İş №1(102)-229/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-229/2024

31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-229/2024 31.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 ap rel 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin (hakim Faiq Qasımov) 22 fevral 2023-cü il tarixli, 1(094)- 8/2023 nömrəli hökmü ilə xx xxxx 2000-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Bakı şəhəri xxxx rayonu xxxx qəsəbəsi xxxx qeydiyyatda olmaqla orada yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.1 və 182.1-ci maddələri ilə təqsirli bilinərək, CM-in 145.1-ci maddəsi ilə 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 182.1-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplama yolu ilə Məhkum qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli tutulduğu 01 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum olunmuşdur ona görə ki, o, 01 oktyabr 2022-ci il tarixdə, saat 10 radələrində tanışı Şahid4 Zərərçəkmiş şəxs ona vəd verdiyi borc pulu verməməsi barədə müraciətinə görə sonuncudan həmin pulu almaq məqsədilə tanışı Şahid2 Zərərçəkmiş şəxs ona pul borclu olmasını, lakin həmin pulu verməyib ondan qaçdığını bildirməklə, Şahid2 aldadıb ondan Zərərçəkmiş şəxs usta kimi yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilə çağırmasını xahiş etmiş, sonuncu həmin ünvana gəldikdən sonra sonra dan törədəcəyi cinayət əməllərinə zəruri şərait yaratmaq, sonuncunun mənzildən qaçmasının qarşısını almaq məqsədilə mənzilin giriş qapısını bağlamaqla Zərərçəkmiş şəxs hərəkət etmək, mənzildən öz iradəsi ilə çıxmaq imkanlarını məhdudlaşdırmaqla onu adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, ardınca müxtəlif cinayətkar fəaliyyəti ilə seçilən bir neçə şəxsin adını çəkməklə həmin şəxslərin vasitəsilə onun şəxsiyyəti üzərində zor tətbiq etməklə hədələyib, guya Zərərçəkmiş şəxs ona 3000 manat borclu olması boynuna qoyub bu barədə videonu öz telefonu ilə Aynurə Rəcəbovaya çəkdirməklə Zərərçəkmiş şəxs 3000 manat pulu hədəqorxu ilə tələb etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Ziya Şirinov (sədrlik edən və məruzəçi), Həsən Əhmədov və İbrahim İbrahimli) 1(103)-870/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qərarı ilə Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsinin 22 fevral 2023cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum müdafiəçisi Müdafiəçi apelyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 aprel 2023-cü il tarixli qərarının ləğv edilməsi və ona təyin edilmiş cəza müddətinin aşağı həddə müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, istintaq zamanı Pirallahı Rayon Polis İdarəsində polis əməkdaşları tərəfindən tətbiq olunan təzyiq altında ifadə vermiş və daha sonra həmin ifadəni təsdiq etmişdir. Məhkum Azərbaycan Respublikası CM-in 145.1 və 18 2.1-ci maddələri ilə özünü təqsirli hesab etmədiyini bildirmişdir. Həmçinin zərərçəkmiş şəxsin məhkumdan hər hansı şikayət və tələbinin olmaması, aralarında notarial qaydada təsdiq edilmiş barışıq əldə edilməsi, ilk məhkumluğunun olması kimi halları nəzərə alaraq, ona təyin edilmiş cəza müddətinin aşağı həddə müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının və məhkumun çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikay ətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materia llarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 145.1 və 182.1-ci maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır və kassasiya şikayətində də əməlin tövsifi məsələsi mübahisələndirilməmişdir. Məhkumun kassasiya şikayətinin başlıca dəlili məhkəmələr tərəfindən ona ağır cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-c i maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası CM-in 145.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin obyekti şəxsiyyətin azadlığı və ləyaqətidir və əməlin ictimai təhlükəliliyi adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə, CM-in 182.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin obyekti mülkiyyətdir və əməlin ictimai təhlükəliliyi hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələ b etmədə ifadə olunur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq Məhkum cəzasını yüngülləşdirən hallar kimi ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və ya tələbinin olmamasını nəzərə almışdır. Məhkum cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən onun törətdiyi cinayətin xarakteri, ağırlığı və ictimai təhlükəlilik dərəcəsini, işin hallarını nəzərə almış və ona təqsirli bilindiyi CM-in 145.1 və 182.1-ci maddələrin sanksiyası həddində CMin 60.1-ci maddəsinin tələblərinə riayət etməklə cəza təyin edilmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşm ışdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq nəticəyə gəlir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən cinayət qanununun yuxarıda göstərilən normalarına riayət edilmişdir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü i l tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin Məhkum barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Məhkumun kassasiya şikayətinin dəlilləri əsassızdır. İşdən görünür ki, apelyasiya instansiyası məhkəməsinin Məhkum barəsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsinə göstərilmi ş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Məhkum barəsində Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 aprel 2023cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.1 və 182.1-ci maddələri ilə məhkum olunmasına dar cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 aprel 2023-cü il tarixli qə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar