Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-229/2025 14.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 5 may 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsi nin 206.2, 240.3.2 və 213-1.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 iyul 2022-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatətin təmin edilməməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 avqust 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Ağayev Nəsrulla Qiyas oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 5 may 2022-ci il tarixli 1(099)-310/2022 nömrəli (hakimlər: Məmmədov Müşfiq Vaqif oğlu (sədrliyi ilə), Səfərli Cavid Şamil oğlu və Musayev Aqil Əlisa oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx xxx 1993-cü ildə Masallı rayonun da doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, sürücü işləyən, subay, məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2, 240.3.2 və 213-1.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona CM-in 206.2-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının, CM-in 240.3.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının, CM-in 213-1.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaların qismən toplamaq yolu cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi və dərhal məhkəmə iclas zalında həbs olunması, təyin olunmuş cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməklə başlanğıcının 5 may 2022-ci il tarixdən hesablanması və hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməməsi, barəsində narkomaniyadan məcburi müalicənin təyin olunması və ərazi narkoloji dispanserində qeydiyyata alınması müəyyən edilmişdir. Məhkəmənin hökmündən Məhkum müdafiəçisi Ağayev Nəsrulla Qiyas oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 iyul 2022-ci il tarixli 1(106)-606/2022 nömrəli (hakimlər: Əliyev Elşad İbiş oğlu (sədrlik edən, məruzəçi hakim), Cəfərov Rafiq M usa oğlu və Abdullayev İlkin Qismət oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 5 may 2022-ci il tarixli hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 iyul 2022-ci il tarixli qərarından məhkum edilmiş şəxs Məhkum müdafiəçisi kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair vəsatət vermişdir. Həmin vəsatətə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 avqust 2024-cü il tarixli 1(106)-606/2022 nömrəli (hakimlər: Əliyev Elşad İbiş oğlu (sədrliyi və məruzəsi ilə), Həşimov Yaşar Xanoğlan oğlu və Əhmədov İsmayıl Həmid oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatət əsassız olduğuna görə təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının həmin qərarından Məhkum müdafiəçisi Ağayev Nəsrulla Qiyas oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Məhkum müdafiəçisi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkum səhhətindən baş vermiş problemlər səbəbindən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 iyul 2022-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Odur ki, kassasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddətin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəm əsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməməsini və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 iyul 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kolleg iyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək və dövlət ittihamçısının çıxışını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 410.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti onu vermək hüququna malik olan şəxslər tərəfindən aşağıdakı müddətlərdə verilir: 410.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından — onların çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 12 (on iki) ay müddətində verilə bilər. Belə ki, cinayət işində olan sənədlərdən müəyyən olunur ki, məhkəmənin qərarı proses iştirakçılarının, o cümlədən məhkumun iştirakı ilə elan edilmiş, 8 iyul 2022-ci il tarixli müşayiət məktubu ilə məhkumun saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin in Bakı İstintaq Təcridxanasına göndərilmişdir. İş materiallarından görünür ki, kassasiya şikayəti 15 iyun 2024-cü il tarixində tərtib edilməklə Şirvan Apellyasiya Məhkəməsinə ünvanlamış, yəni Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 iyul 2022-ci il tarixli qərarının göndərilməsindən təqribən 1 (bir) il 11 (on bir) ay sonra vermişdir. Göründüyü kimi, Məhkum Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 iyul 2022-ci il tarixli qərarının çıxarıldığı vaxtdan kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddət keçdikdən sonra kassasiya şikayəti vermək qərarına gəlmiş və şikayətini qanunla müəyyən edilmiş müddətdə verə bilməməsinin səbəbini heç bir sübut ilə əsaslandırmamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosess ual müddətin bərpasına dair vəsatəti müzakirə edərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 411-ci maddəsinə görə kassasiya şikayəti vermə müddəti yalnız aşağıdakı hallarda – kassasiya şikayəti vermə hüququna malik olan şəxsin uzun müddətli fiziki və ya psixi pozuntulara səbəb olan ağır xəstəliyə tutulması nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti vermək imkanına malik olmaması, həmin şəxsi kassasiya şikayəti vermək imkanından məhrum edən fövqəladə hadisə baş verməsi və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə bərpa oluna bilər. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, Məhkum tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermə müddətinin buraxılmasına səbəb olan hallar üzrlü səbəbl ər kimi qəbul edilə bilməz və bu səbəbdən də, kassasiya şikayəti vermə müddətinin bərpa edilməsi üçün qanuni əsas yoxdur. Ona görə də, kassasiya şikayəti təmin edilməməlidir. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 411 və 419.10.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Ağayev Nəsrulla Qiyas oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 5 may 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2, 240.3.2 və 213-1.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsin in Cinayət Kollegiyasının 6 iyul 2022-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatətin təmin edilməməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 avqust 2024-cü il tarixli qərarı verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-229/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-229/2025
14.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver