Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2290/2023 07.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 03 may 2021-ci il tarixli hökmü ilə Məhkum A zərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 263-1.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə hökmdən apelyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsində imtina olunmasına dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətinə ilkin baxış iclasının 06 iyul 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Bayramov Rəşad Mirələm oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 03 may 2021-ci il tarixli hökmü ilə (hakimlər Cəlilov Oruc Yusif oğlu (sədrlik edən və məruzəçi), Nuriyev Xamməd Abış oğlu və Musayev Aqil Əlisa oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxx 1988-ci il tarixdə Füzuli şəhərində ana dan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Füzuli rayonunun Mahmudlu2 kəndində yaşamış, CM-nin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum 18 iyun 2020-ci il tarixdə, saat 5:20 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinə əsasən alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyi, X3 mülki yyətində olmaqla texniki cəhətdən saz vəziyyətdə olan “Hyundai sonata” markalı, **-BH-*** dövlət nömrə nişanlı avtomobillə Hacıqabul-Mincivan yolunun Füzuli rayonunun 1-ci Qayıdış qəsəbəsi ərazisindən keçən 139-cu kilometrliyində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərini pozaraq 60 km/saata qədər məhdudlaşdırılmış yolda avtomobili 100 km/saat sürətlə hərəkət etdirərək və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkətinin iştirakçılarının yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı, diqqətin i daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobili yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli və qarşı zolaqda nəqliyyat vasitəsinin hərəkətdə olması şəraitində avtomobili əks hərəkət zolağına çıxarmamalı olduqları və onun hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu qaydalara riayət etməyərək idarəetməni itirmiş, nəticədə avtomobil qarşı hərəkət zolağına çıxaraq əks istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs2 sürücülük hüququ olmadan idarə etdiyi, X4 mülkiyyətində olan VAZ-2101 markalı, **-BB-*** dövlət nömrə nişanlı avtomobillin hərəkətdə olduğu sol hərəkət zolağında həmin avtomobillə toqquşmuş, nəticədə onun ehtiy atsızlığından VAZ-2101 markalı, **-BB-*** dövlət nömrə nişanlı avtomobildə olan sərnişin X10 alın sümüyünün kəllə əsası sümüklərinə keçən xətti sınığı, baş beyin toxumasının əzilməsi, beyin qişa və mədəciklərinə qansızma, alın nahiyəsinin qançırı, sol bud sümüyünün orta üçdə-birinin fraqmentlərinin yerini dəyişmiş açıq sınığı, sol baldır nahiyəsinin əzilmiş yarası, bədən səthinin çoxsaylı sıyrıqları xarakterli, canlı şəxslərdə həyat üçün təhlükəli olan ağır bədən xəsarətləri almasına, X10in kəllə tağı və kəllə əsası sümüklərinin sınıqları və baş beyin maddəsinin əzilməsi nəticəsində hadisə yerində ölməsinə, həmin avtomaşında olan digər sərnişinlər-Zərərçəkmiş şəxs3 sol bud sümüyünün orta üçdə-birinin fraqmentlərinin yerini dəyişmiş qapalı sınığı, alt çənədə kəsici dişlərin alveolyar çıxınt ılı yerdəyişən sınığı xəsarətləri ilə müşaiyət olunan və dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilən bədən xəsarətləri, X7 sol dirsək oynağının arxa səthində və burun nahiyəsində sıyrıqlar xəsarətləri ilə müşaiyət olunan və dərəcəsinə görə sağlamlığa zərərvurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri, “Hyundai sonata” markalı, **-BH-*** dövlət nömrə nişanlı avtomobildə olmuş sərnişinlər-X13 alın sümüyündə ikitərəfli xətti sınıq, burun sümüyündə xətti sınıq, baş beyin silkələnməsi halında qapalı kəllə-beyin travması, alın və alt dodağında əzilmiş yaralar, burun belində və yanağında sıyrıqlar, hər iki gözətrafı nahiyyədə qançırlar xəsarətləri ilə müşaiyət olunan və dərəcəsinə görə sağlamlığın uzun mü ddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilən bədən xəsarətləri, Zərərçəkmiş şəxs4 sağ göz orbitasının alt divarının, almacıq sümüyünün basılmış, fraqmentləri yerinidəyişmiş qapalı sınıqları, alt çənə sümüyünün ikitərəfli fraqmentlərinin yerdəyişmiş açıq sınığı xəsarətləri ilə müşaiyət olunan və dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilən bədən xəsarətləri, Zərərçəkmiş şəxs2 baş beyinin ağır dərəcəli əzilməsi halında qapalı kəllə-beyin travması, sol bud sümüyünün fraqmentləri yerinidəyişmiş qapalı sınığı, sağ yuxarı ətrafın plegiyası, sağ aşağı ətrafın parezi, sağ yuxarı və sağ aşağı ətrafların kontrakturası, alt çənənin əzilmiş yarası, travmatik şok ilə müşaiyət olunan və dərəcəsinə görə həyat üçü n təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən bədən xəsarətləri, Zərərçəkmiş şəxs1 alt çənə sümüyünün və sol göz yuvasının aşağı divarının fraqmentlərinin yerini dəyişmiş qapalı sınığı xəsarətləri ilə müşaiyət olunan və dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilən bədən xəsarətləri almalarına səbəb olmuş, həmçinin, VAZ-2101 markalı, **-BB-*** dövlət nömrə nişanlı avtomobildə olan Zərərçəkmiş şəxs3 məxsus 125 manat 4 qəpik dəyərində bir baş ana keçinin, hər biri 36 manat 58 qəpik dəyərində iki baş çəpişin, X10ə məxsus 94 manat dəyərində bir baş dişi quzunun ölməsi ilə qeyd olunan şəxslərə həmin məbləğdə maddi ziyan, eləcə də VAZ-2101 markalı, **-BB-*** dövlət nömrə nişanlı avtomobilin əzilməsi ilə sahibi Zərərçəkmiş ş əxs2 1000 (bir min) manat dəyərində maddi ziyan vurmuşdur. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 03 may 2021-ci il tarixli hökmü 11 iyul 2021-ci il tarixdə qanuni qüvvəyə minmiş və 12 iyul 2021-ci il tarixdə icraya yönəldilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 03 may 2021-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdən nəzərdə tutulmuş müddət bitdikdən sonra, yəni 10 aprel 2023-cü il tarixdə Məhkum müdafiəçisi R.M.Bayramov həmin hökmdən apellyasiya şikayəti vermiş və eyni zamanda Lənkəran Ağır Cinayətlər Məhkəməsi qarşısında apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2023-cü il tarixli qərarı ilə (sədrlik edən hakim Cəlilov Oruc Yusif oğlu) M əhkum müdafiəçisi R.M.Bayramovun apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə vəsatəti əsassız olduğundan təmin edilməmişdir. Məhkəmənin həmin qərarından məhkumun müdafiəçisi R.M.Bayramov tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kolegiyasının (hakimlər Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Bağırov Məhəmməd Ənvər oğlu və Əhmədov İsmayıl Həmid oğlundan ibarət tərkibdə) apelyasiya şikayətinə ilki baxış iclasının 06 iyul 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 iyul 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi R. M.Bayramov kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında qərarın qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum barəsində qəbu edilmiş yekun məhkəmə aktlarına, Azərbaycan Respublikasının Konstitutiyasına və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra maddələrinə istinad edən müdafiəçi R.M.Bayramov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hüquqlarını müdafiə etdiyi şəxs Məhkum ailəsində olan problemlərlə əlaqədar, yəni anası X8 rəhmətə getdiyindən, atası isə yataq xəstəsi olduğundan Məhkumlə heç kim maraqlanmamış və onun əsasında da Məhkum prosessual hüquqlarından istifadə edə bilməyərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya şikayəti vermək üçün müəyyən edilmiş prosessual müddəti üzrlü səbəbdən ötürmüşdür. Birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən buraxılmış prosessual müddətin bərpasından imtina edilməsi məhkum edilmiş şəxsin hüquqlarını müdafiə etmək imkanından məhrum etmişdir. Həmçinin məhkəmələr apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpası ilə bağlı vəsatəti təmin etməkdən imtina edərkən nəzərə almamışlar ki, Məhkum həbsdə saxlanıldığı üçün onun imkanları məhdud olmuş və apellyasiya şikayətinin verilməsi ilə onun məhkum edilməsinə dair ittiham hökmü dəyişdirilə, şəxsin barəsində ədalətli və qanunauyğun yeni hökm çıxarılmaqla onun müdafiə hüququ təmin edilə bilər. Bununla yanaşı, apellyasiya instansiya məhkəməsi tər əfindən qəbul edilmiş 27 aprel 2023-cü il tarixli qərarda buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatətin təmin edilməməsi əsasları göstərilməmiş, həmin vəsatətdə göstərilən hallar tədqiq olunmamışdır. Odur ki, kassasiya şikayətinin müəllifi yuxarıda göstərdiyi səbəblərin üzrlü hesab edilərək apellyasiya instansiyası məhkəməsinin 06 iyul 2023-cü il tarixli qərarının ləğv edilməsini və hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə baxılmasının vaxtı və yeri haqqında cinayət prosesi iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməmiş və bu haqda ərizə ilə məhkəməyə müraciət etməmiş, onun müdafiəç isi R.M.Bayramov isə naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişdir.. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısı H.B.İmranovun rəyini dinləyərək və CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum və onun müdafiəçisi R.M.Bayramovun iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquq i məsələlər: Kassasiya şikayətlərinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti ü zrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum ed ilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Daha sonra məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə bildirir ki, cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Bu təhlilin prizmasından yanaşaraq məhkəmə kollegiyası yekun məhkəmə aktlarından apellyasiya şikayətinin verilməsi qaydasını və müddətləri tənzimləyən cinayətprosessual qannvericiliyin normalarına müraciət etməyi zəruri bilir. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, CPM-nin 381.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada apellyasiya instansiyası məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. CPM-nin 384.1.1-ci maddəsinin tələləblərinə görə, iş üzrə ittiham və ya bəraət hökmü çıxarıldıqda, apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə hökmün və ya müvafiq qərarın surətinin həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. CPM-nin 384.2-ci maddəsində təsbit edilmişdir ki, həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Cinayət prosesinin hər bir iştirakçısının, o cümlədən məhkum olnmuş şəxsin təkrar məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə qanunverici yuxarıda göstərilən müddətlər buraxılmaqla apellyasiya şikayətinin və ya apellyasiya protestinin verildiyi hallarda buraxılmış müddətin bərpa edilməsi mümkünlüyünü də nəzərdə tutmuşdur. Belə ki, CPM-nin 386.1-ci maddəsinin tələblərindən görünür ki, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. CPM-nin 386.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. CPM-nin 386.3-cü maddəsinə görə, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatət rədd edildikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti və apellyasiya protestinin verilmə müddətini bərpa etdikdə öz qərarını icra üçün birinci instansiya məhkəməsinə göndərir. CPM-nin 391.3.3-cü maddəsində apellyasiya instansiyası məhkəməsinin ilkin baxış iclasında qəbul etdiyi qərarlardan biri kimi apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi və ya bərpanın rədd edilməsi haqqında qərarın qəbul edilməsi nəzərdə tutulmuşdur. Belə qərarlardan isə kassasiya şikayətini və ya kassasiya protestini vermək hüququna malik olan şəxslər tərəfindən 1 (bir) ay müddətində kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi CPM-nin 410.1.1-ci maddəsində təsbit edilmişdir. Qanunvericiliyin şərh edilən normalarına əsasən cinayət işinin materiallarının təhlili nəticəsində müəyyən edilir ki, iş materiallarına əlavə edilmiş sənədlərə görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 03 may 2021-ci il tarixli hökmünün surəti 05 may 2021-ci il tarixli 1(099)-142/2021 saylı məktubla poçt vasitəsilə Məhkum təqdim olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilmiş və 21 iyun 2021-ci il tarixdə qəbz alınmaqla məhkuma verilmişdir. Bu tarixdən hesablanmaqla 20 (iyirmi) gün müddətində hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyindən həmin hökm 11 iyul 2021-ci il tarixdə qüvvəyə minmiş və 12 iyul 2021-ci il tarixli müvafiq göstərişlə icraya yönəldilmişdir. Yalnız 10 aprel 2023-ci il tarixdə, yəni hökmün surəti ona verildiyi gündən 1 (bir) il 9 (doqquz) ay 18 (on səkkiz) gündən sonra məhkumun müdafiəçisi R.M.Bayramov Məhkum barəsindəki 03 may 2021-ci il tarixli hökmdən sonuncu ilə birgə apellyasiya şikayəti vermiş və eyni zamanda Lənkəran Ağır Cinayətlər Məhkəməsi qarşısında apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmışdır. Məhkum hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və bundan sonra ağır xəstəliyə tutulması, bu müddətlərdə fövqəladə hadisənin baş verməsi və ya onun hər hansı başqa üzrlü səbəblərdən vaxtında apellyasiya şikayəti verməsi üçün maneə yaradan hallar iş materiallarından görünmür, müdafiəçi özü də müraciətində və kassasiya şikayətində məhkumun ailə vəziyyətində prob lemlər yarandığına görə onun hökmdən apelyasiya şikayəti verilməsi müddətini bu səbəbdən buraxılmasını göstərsə də, məhkəmələrə bu halları da təsdiq edən heç bir sübut təqdim etməmişdir. Halbuki, 139.0.6-cı maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Göründüyü kimi, Məhkum və onun müdafiəçisinin 03 may 2021-ci il tarixli hökmdən qanunda nəzərdə tutulmuş müddətdə apelyasiya şikyətini vermələri üçün heç nə mane olmamışdır. Məhz buna görə də apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında Məhkum müdafiəçisi R.M.Bayramovun vəsatətinə baxan birinci in stansiya məhkəməsi həmin müddətin bərpa edilməsi üçün üzrlü səbəblər müəyyən etmədiyindən 27 aprel 2023-cü il tarixdə qəbul etdiyi qərarla müdafiəçinin vəsatətini təmin etməmiş, apellyasiya instansiyası məhkəməsi isə haqlı olaraq bu qərarı dəyişdirilmədən saxlamışdır. Kassasiya kollegiyası yuxarıda göstərilənləri və qanunvericiliyin şərh edilən tələblərini nəzərə alaraq birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında məhkumun müdafiəçisi R.M.Bayramovun vəsatətinin rədd edilməsini qanuni və əsaslı hesab edir və bu baxımdan müdafiəçi R.M.Bayramovun kassasiya şikayətinin dəlilərini qəbuledilməz sayaraq onların təmin edilməsini mümkün bilmir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş material ları ilə əlaqəli şəkildə araşdırıb həmin şikayətin təmin edilməməsi haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 03 may 2021-ci il tarixli hökmü ilə Məhkum CMnin 263-1.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 iyul 2023-cü il tarixli apellyasiya şikayətinə ilkin baxış iclasının qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq mhkəmə kollegiyası QƏRARA A L D I: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət iş i üzrə həmin hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 iyul 2023-cü il tarixli ilkin baxış iclasının qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2290/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-2290/2023
07.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver