Məhkəmə qərarları › İş №1(102)-2292/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2292/2025

07.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2292/2025 07.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət məhkəmə tərkibində, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Zərərçəkmiş şəxs nümayəndəsi – “MBM” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-c i maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 fevral 2025-ci il tarixli qərarından zərərçəkmiş şəxs nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli 1(124)70/2024 nömrəli (hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət məhkəmə tərkibində) hökmü ilə xx xxxxxx 1976-cı il tarixdə Cəlilabad rayonu, Komanlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Cəlilabad rayonu, Komanlı Kəndində qeydiyyatda olmaqla həmin ünvanda faktiki yaşamış Məhkum Azərbayc an Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, onun 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcının 10 avqust 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi müəyyən edilmişdir. Hökmdən zərərçəkmiş şəxsin nümayəndəsi və təqsirləndirilən şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Ağayev Rəşadət Əhməd oğlu (sədrliyi və məruzəsi ilə), Əsgərova Ruhiyyə Orucəli qızı və Hüseyn ov Mirbahəddin Mirdamət oğlundan ibarət məhkəmə tərkibində) 27 fevral 2025-ci il tarixli 1(105)-182/2025 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin həmin qərarından zərərçəkmiş şəxs nümayəndəsi tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, o, xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus Siyəzən rayonu X kəndi ərazisində yerləşən qum-çınqıl qırmadaş karxanasından bir dəst 280 manat dəyərində əvvəllər istismarda olmuş, 2005-ci ildə i şlənmiş vəziyyətdə alınmış metal barmaqlığı, bir ədəd 279,80 manat dəyərində əvvəllər istismarda olmuş, 2005-ci ildə işlənmiş vəziyyətdə alınmış tutumu 12 M3, qalınlığı 8 mm. metaldan qəbuledici bunkeri, bir ədəd 32.643,46 manat dəyərində əvvəllər istismarda olmuş, 2005-ci ildə işlənmiş vəziyyətdə alınmış “SMD 110” markalı çənəli əzici dəzgahı, bir ədəd 283,12 manat dəyərində əvvəllər istismarda olmuş, 2005-ci ildə işlənmiş vəziyyətdə alınmış “SMD 110” markalı çənəli əzici dəzgahın 45 kilovatlıq elektrik mühərrikini, bir ədəd 23.316,75 manat dəyərində əvvəllər istismarda olmuş, 2005-ci ildə işlənmiş vəziyyətdə alınmış “SMD 109” markalı çənəli əzici dəzgahı, bir ədəd 132,12 manat dəyərində “SMD 109” markalı çənəli əzici dəzgahın 40 kilovatlıq elektrik mühərrikini, iki ədəd 31.710,78 manat d əyərində əvvəllər istismarda olmuş, 2005-ci ildə işlənmiş vəziyyətdə alınmış “SMD 108” markalı çənəli əzici dəzgahı, bir ədəd 122,68 manat dəyərində “SMD 108” markalı çənəli əzici dəzgahın 35 kilovatlıq elektrik mühərrikini, bir ədəd 117,97 manat dəyərində K-12 markalı klassifikatorun 30 kilovatlıq elektrik mühərrikini, iki ədəd 3.662,85 manat dəyərində əvvəllər istismarda olmuş, 2005-ci ildə işlənmiş vəziyyətdə alınmış “Gil-42” markalı daş ələyini, iki ədəd 188,75 manat dəyərində “Gil 42” markalı daş ələklərinin 22 kilovatlıq elektrik mühərriklərini, iki ədəd 1460,28 manat dəyərində (eni 120 sm) olan iri və enli lentli transportyorları, iki ədəd 169,87 manat dəyərində iri və enli lentli transportyorların 18 kilovatlıq elektrik mühərriklərini, beş ədəd 3.221,22 manat dəyərində kiçik lentli transportyorları, beş ədəd 283,12 manat dəyərində kiçik lentli transportyorların 12 kilovatlıq elektrik mühərriklərini, on iki ədəd 240 manat dəyərində yüksək vatlı işıqlandırma projektorlarını, 1.050 manat dəyərində damarların hər birinin diametri təxminən 2,5 mm. olan beş yüz metr uzunluqda mis əsaslı elektrik naqillərini, 1.050 manat dəyərində damarların hər birinin diametri təxminən 6,3 mm olan iki yüz əlli metr uzunluqda alüminium əsaslı elektrik naqillərini, 700 manat dəyərində damarların hər birinin diametri təxminən 5,2 mm. olan iki yüz əlli metr alüminium əsaslı elektrik naqillərini, iki ədəd 106,75 manat dəyərində əvvəllər istismarda olmuş, 2005-ci ildə işlənmiş vəziyyətdə alınmış 160 amperlik avtomat-elektrik ayırıcılarını, bir ədəd 60,05 manat dəyərində əvvəllər istismarda o lmuş, 2005-ci ildə işlənmiş vəziyyətdə alınmış 250 amperlik avtomat-elektrik ayırıcısını, bir ədəd 63,16 manat dəyərində əvvəllər istismarda olmuş, 2005-ci ildə işlənmiş vəziyyətdə alınmış 400 amperlik avtomat-elektrik ayırıcısını, üç ədəd 133,44 manat dəyərində əvvəllər istismarda olmuş, 2005-ci ildə işlənmiş vəziyyətdə alınmış 100 amperlik avtomat-elektrik ayırıcılarını, altı ədəd 240,20 manat dəyərində əvvəllər istismarda olmuş, 2005-ci ildə işlənmiş vəziyyətdə alınmış 60 amperlik avtomat-elektrik ayırıcılarını, bir ədəd 44,48 manat dəyərində əvvəllər istismarda olmuş, 2005-ci ildə işlənmiş vəziyyətdə alınmış 90 amperlik avtomat-elektrik ayırıcısını, iki ədəd 222,40 manat dəyərində əvvəllər istismarda olmuş, 2005-ci ildə işlənmiş vəziyyətdə alınmış 160 amperlik maqnit-elektrik aynaların ı, bir ədəd 155,68 manat dəyərində əvvəllər istismarda olmuş, 2005-ci ildə işlənmiş vəziyyətdə alınmış 250 amperlik maqnit-elektrik aynasını, bir ədəd 200,16 manat dəyərində əvvəllər istismarda olmuş, 2005-ci ildə işlənmiş vəziyyətdə alınmış 400 amperlik maqnit-elektrik aynasını, üç ədəd 240, 20 manat dəyərində əvvəllər istismarda olmuş 2005-ci ildə işlənmiş vəziyyətdə alınmış 100 amperlik maqnit-elektrik aynalarını, altı ədəd 266,88 manat dəyərində əvvəllər istismarda olmuş, 2005-ci ildə işlənmiş vəziyyətdə alınmış 60 amperlik maqnit- elektrik aynalarını, bir ədəd 62,27 manat dəyərində əvvəllər istismarda olmuş, 2005-ci ildə işlənmiş vəziyyətdə alınmış 9 amperlik maqnit-elektrik aynalarını oğurlamaqla, zərərçəkmiş şəxsə külli miqdarda, yəni 102.708,44 (yüz iki min yeddi yüz səkkiz manat q ırx dörd qəpik) manat dəyərində maddi ziyan vurmuşdur. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarı ədalətsiz, qanunsuz və əsassızdır. Belə ki, iş üzrə həm ibtidai istintaq zamanı, həm də birinci instansiya məhkəməsində işə baxılarkən CPM-in 8.0.3-cü və 8.0.4-cü maddəsinin tələblərində nəzərdə tutulmuş cinayət mühakimə icraatının əsas şərt və prinsipləri pozularaq cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması baş verməmiş, cinayəti törətmiş Məhkum əməlinə düzgün hüquqi qiymət verilməmiş, məhkəmə işin bütün hallarını araşdırmadan və işdə olan sübutları düzgün qiymətlənd irməyərək istintaqla müəyyən edilən halları əsas götürmüş, təqsirləndirilən şəxs Məhkum CM-in 177.3.2-сі maddəsi ilə cinayət törətməsi tam sübuta yetirilsə də ona həmin maddədə göstərilən sanksiyanın aşağı həddində cəza verilmişdir. Məhkumluğu götürülsə də Məhkum əvvəllər qəsdən törədilmiş ağır cinayətə görə azadlıqdan məhrum edilmə kimi cəza çəkməsi onu islah olunmaz bir şəxsiyyət kimi xarakterizə edən əlamətdir. Məhkum belə ağır cinayət əməli işlətməsinə baxmayaraq vurduğu maddi ziyanı ödəməmişdir, ibtidai istintaq orqanı tərəfindən də bu yöndə heç bir iş görülməmişdir. Məhkəmə baxışı zamanı da maddi ziyanın ödənməsi üçün təqsirləndirilən şəxs tərəfindən heç bir cəhd edilməmişdir. Cinayət yolu ilə vurulmuş ziyanın ödənilməsi, onun nəticələrinin aradan qaldırılmasına dair təqsirli şəxsi n hərəkətləri onun artıq islah yolunda olmasını göstərən hallardır ki, göründüyü kimi, Məhkum islah yolunda olmasını söyləmək qeyri-mümkündür. Odur ki, qeyd edilənlərə əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 fevral 2025-ci il tarixli qərarının ləğv edilərək, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində nümayəndə Müdafiəçi çıxış edərək, sosial ədalətin bərpa olunması üçün məhkuma verilmiş cəzadan daha ağır cəza verilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan M əhəmmədəli oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 fevral 2025-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. M əhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Zərərçəkmiş tərəfdən verilmiş kassasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən məhkum barəsində təyin edilmiş cəzanın yüngül olduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələ bləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 fevral 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya şikayətinin təmin edilməməsi, nümayəndənin isə təmin edilməsi barədə məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 fevral 2025-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, bir inci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Zərərçəkmiş tərəfdən verilmiş kassasiya şikayətində məhkuma təyin olunmuş cəzanın yüngül olduğu və şəxsin törətmiş olduğu əməlin ədalətli nəticəsi olmadığı iddia edilir. Məhkəmə kollegiyası bu barədə kassasiya şikayətinin dəlilləri nə qiymət verərək aşağıda göstərilənlərə istinad edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əv vəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, zərərçəkmiş şəxsin nümayəndəsinin məhkuma cəzanın məsuliyyəti y üngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün həddindən artıq yüngül olması haqqında iddiasının əsassız olduğu müəyyən edilir. İşdən görünür ki, məhkum edilmiş şəxs Məhkum cəzasını nə yüngülləşdirən hallar nə də ki, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, CM-in 58.1-ci maddəsinə əsasən “.... Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir”. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən Qərarında qeyd edilmişdir ki, “cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əh əmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir”. Göstərilən normaların tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin olunmuş cəza müddəti ilə nə üçün islah olunmayacağını və cəzanın məqsədinə daha ağır cəza müddətinin təyin edilməsi nəticəsində nail olunacağını zərərçəkmiş tərəf kassasiya şikayətində əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxsin nümayəndəsi kassasiya şikayətində Cinayət Məcəlləsinin 61.1.1-61.1.13-cü maddələrində göstərilmiş ağırlaşdırıcı hallara istinad etməmiş, Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini təhrif etmiş və yalnız öz formal mülahizələrinə əsaslanmaqla məhkuma daha ağır cəza təyin edilməsi ilə əlaqədar apellyasiya məhkəməsinin qərarının dəyişdirilmə sini xahiş etmişdir. Halbuki CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdiyi təqdirdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məq sədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş kifayət qədər ədalətli cəza təyin edilmişdir. Zərərçəkmiş tərəf kassasiya şikayətində həmçinin Məhkum tərəfindən vurulmuş ziyanın miqdarının da düzgün müəyyən edilmədiyini irəli sürmüşdür. Qeyd edilənlərə əsasən müəyyən olunur ki, zərərçəkmiş tərəf kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, birinci instansiya və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessu al Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciətləri olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, mə hkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və zərərçəkmiş tərəfin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Zərərçəkmiş şəxs nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv ed ilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: zərərçəkmiş şəxs nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli hökmü ilə Azər baycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 fevral 2025-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar