Məhkəmə qərarları › İş №1(102)-2293/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2293/2023

28.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2293/2023 28.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Yevlax Rayon Məhkəməsinin 8 fevral 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 1 77.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 may 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Məhkəməsinin 8 fevral 2023-cü il tarixli 1(039)-22/2023 nömrəli (hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi) hökmü ilə 3 sentyabr 1995-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Yevlax Rayon Məhkəməsinin 6 sentyabr 2022ci il tarixli hökmü ilə qəti olaraq 2 il 10 ay 18 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan1 qeydiyyatda olmaqla həmin yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Yevlax Rayon Məhkəməsinin 6 sentyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 1 (bir) il 5 (beş) ay 9 (doqquz) gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirməklə üzərində qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan təbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzaçəkm ə müddətinin əvvəlinin həbsə alındığı gündən, yəni 7 oktyabr 2022-ci il tarixdən hesablanması müəyyən edilmişdir. Yevlax Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli 1(039)-22/2023 nömrəli (hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi) qərarı ilə Yevlax Rayon Məhkəməsinin 8 fevral 2023-cü il tarixli 1(039)-22/2023 nömrəli hökmündə yaranmış anlaşılmazlığın aradan qaldırılması, həmin hökmün müəyyən etdi və hökm etdi hissəsində “Cinayət Məcəlləsinin 67.1 maddə”sinin “Cinayət Məcəlləsinin 66.5” maddəsi kimi oxunması qərara alınmışdır. Hökmdən dövlət ittihamçısı, ədliyyə müşaviri Cabbarov Vidadi Əhməd oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 may 2023-cü il tarixli 1(107)-187/2023 nömrəli (hakimlər: Eyvazov Akif Mə hərləm oğlunun sədrliyi və məruzəsi ilə, Şükürov İmanverdi Həşimxan oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya protesti qismən təmin edilmiş, Yevlax Rayon Məhkəməsinin 8 fevral 2023-cü il tarixli hökmü dəyişdirilmiş, həmin hökmün giriş hissəsində təqsirləndirilən şəxs Məhkum şəxsiyyətini müəyyən digər məlumatlar hissəsində qeyd edilən “çəkilməmiş 01 il 05 ay 09 gün azadlığın məhdudlaşdırılması cəzası”-na dair məlumat hökmdən xaric edilmiş, hökmün əsaslandırıcı və nəticə hissəsində isə qeyd edilən “Yevlax Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 1 (bir) il 05 (beş) ay 9 (doqquz) gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməklə” hissəsi hökmdən xaric edil məklə həmin hissə “Yevlax Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş 02 (iki) il 10 (on) ay 18 (on səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının 1 günə 2 gün hesabı ilə hesablanmaqla 1 (bir) il 05 (beş) ay 9 (doqquz) gün müddət azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməklə” kimi oxunması qərar alınmış, hökm baxılmış apellyasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 may 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: Yevlax Rayon Məhkəməsinin 8 fevral 2023-cü il tarixli hökmünə görə təqsirləndirilən Məhkum özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaq məqsədi ilə 2 yanvar 2022-ci il tarixdə saat təxminən 20 radələrində Yevlax şəhəri 32-ci məhəllədə yerləşən Zərərçəkmiş şəxs1 məxsus yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olub evin pəncərəsini sındırmaq yolu ilə evə qanunsuz daxil olub, evdə heç kəsin olmamasından istifadə edərək evin otaqlarından 1,500 manat dəyərində 1 ədəd 2,20 metr uzunluğunda masanı və 6 ədəd oturacaq stullarını, 1,200 manat dəyərində 1 ədəd iki nəfərlik yataq çarpayını, 300 manat dəyərində 1 ədəd tavandan asılan çıl-çırağı, 500 manat dəyərində 1 ədəd masa üstü çıl-çırağı, 220 manat dəyərində 1 ədəd plastik hamam qapısını, 300 manat dəyərində 2 ədəd pərdələri, 150 manat dəyərində 1 ədəd divar saatını, 60 manat dəyərində 50 metr elektrik naqilini, 40 manat dəyər ində 40 metr elektrik naqilini, 180 manat dəyərində 3 ədəd su lüləyi, 100 manat dəyərində 1 ədəd əl-üz yuyan tavası, 600 manat dəyərində 1 ədəd güzgülü bəzənmə masasını qəsdən gizli yolla talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 cəmi 5,150 manat dəyərində xeyli miqdarda maddi ziyan vuraraq qəsdən yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Bundan başqa Məhkum qəsdən təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2022-ci il iyulun 25-də gecə saat təxminən 01 radələrində ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus mənzildən Zərərçəkmiş şəxs2 məxsus 400 manat dəyərində 1 ədəd 3 metr uzunluğunda, 2 metr enində təzə İran gəbəsini, 1 ədəd 150 manat dəyərində “Beko” markalı tozsoranı, 400 manat dəyərində qazan dəstini, 150 manat dəyərində şirəli qazan dəstin i, 50 manat dəyərində bıçaq dəstini, 450 manat dəyərində qaşıq, çəngəl və bıçaq dəstini, 350 manat dəyərində örtük dəstini, 100 manat dəyərində 4 ədəd məcməyini, 300 manat dəyərində tək çarpayılıq 5 ədəd mələfə dəstini, 150 manat dəyərində qoşa çarpayılıq 3 dəst döşəkağı dəstini, 25 manat dəyərində 6 ədəd büllur stəkanları, 60 manat dəyərində 24 ədəd nəlbəkiləri, 30 manat dəyərində 24 ədəd mürəbbə qablarını, 20 manat dəyərində 2 ədəd külqabını, 50 manat dəyərində köhnə ütünü, 20 manat dəyərində 2 ədəd can dəsmalını, 40 manat dəyərində 12 ədəd əl dəsmalını, 30 manat dəyərində 12 ədəd çay dəsmalını və 200 manat dəyərində sanitar texnikası (açarlar, vintaçan və s.) dəstini qəsdən gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 cəmi 2,975 manat dəyərində maddi ziyan vuraraq təkrarən oğurluq etmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin qərarı ləğv edilməli, cinayət işi yeni apellyasiya baxışına qaytarılmalıdır. Belə ki, apellyasiya protesti dövlət ittihamçısı tərəfindən Yevlax Rayon Məhkəməsinə xx.xx.2023-cü il tarixdə təqdim edilmiş və dəftərxana tərəfindən protestin həmin tarixdə qəbulu ilə bağlı qeyd aparılmışdır. Bu protestin verilməsindən yalnız 17 gün sonra isə məhkəmə tərəfindən dövlət ittihamçısının iştirakı olmadan 1(039)-22/2023 saylı yanlışlığın aradan qaldırılması haqqında qərar çıxarılmışdır. Həmin qərarla protestdə cəza təyini ilə bağlı göstərilmiş norma pozuntusu aradan qaldırılmışdır. Nəzərə alınsa ki, birinci instansiya məhkəməsi tərəfindən məh kəmə iclasları CPM-nin 51.6-1-ci maddəsində imperativ norma kimi göstərilmiş “audioyazı”nın aparılması şərtinə uyğun olaraq aparılmamışdır, bu səbəbdən də hökm çıxarılarkən cəza toplanılması ilə bağlı hissədə faktiki olaraq CM-nin 66.5-ci yoxsa 67.1-ci maddəyə istinad edilməsini müəyyən etmək qeyri-mümkün olmuşdur. Bununla yanaşı bu hal hökmdə yol verilmiş anlaşılmazlıq kimi həll edilə və aradan qaldırıla bilməzdi. Bundan əlavə birinci instansiya məhkəməsi özünün xx.xx.2023-cü il tarixli “yanlışlığın aradan qaldırılması haqqında qərarı”nda da yenə də yanlışığı tam aradan qaldırmamışdır. Belə ki, həmin qərarda yalnız “67.1” rəqəm ifadəsi “66.5” rəqəm ifadəsi ilə formal olaraq dəyişdirilmişdir. CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş ü zrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Birinci instansiya məhkəməsi burada Yevlax Rayon Məhkəməsinin 6 sentyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 2 il 10 ay 18 gün azadlığın məhdudlaşdırılması cəzasını ilə hazırki hökm ilə təyin edilmiş 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasını tamamilə və ya qismən toplamaqla cəza təyin etməli olduğu halda yenə də yanlışlıq qərarında buna toxunmamış və nəticədə cəza qərarda formal olaraq CM-nin 66.5-ci maddəsi ilə əvəz etmə göstərilsə də həmin məcəllənin 67.1-ci maddəsinə əsasən cəzaları birləşdirmişdir. Qeyd edilən mövqe Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli “C inayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” plenum qərarında da öz əksini tapmışdır. Belə ki, qərarda qeyd edilmişdir ki, cinayətlərin məcmusuna görə cəza təyin etmə qaydaları Cinayət Məcəlləsinin 66-cı maddəsində müəyyən olunmuşdur. Həmin Məcəllənin 66.1-ci maddəsinə müvafiq olaraq, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Hökmlərin məcmusu üzrə cəza təyin olunmasını nəzərdə tutan Məcəllənin 67.1-ci maddəsinə əsasən isə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hi ssəsini tamamilə və ya qismən birləşdirir. Cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayətin törədilməsi hallarına tətbiq edilir. Qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 22 fevral tarixli Qərarı). Birinci instansiya məhkəməsi CM-nin 66.5-ci maddəsinə əsasən Yevlax Rayon Məhkəməsinin 6 sentyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 3 il azadlığın məhdudlaşdırılması cəzasını Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrumet mə cəzasının 1 günə 2 gün hesabı ilə hesablanmaqla 1 (bir) il 6 (altı) ay müddət azadlıqdan məhrum etmə cəzası ilə əvəzləşdirməli və daha sonra hazırki iş üzrə təyin edilmiş 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə tam və ya qismən toplanılmalı, daha sonra isə həm xx.xx.2022-ci il tarixli hökmü üzrə çəkilmiş 1 ay 16 gün, həm də hazırki hökm üzrə çəkilmiş 4 (dörd) ay 1 (bir) gün cəzanı ümumilikdə 5 (beş) ay 17 (on yeddi) gün müddəti təyin edilmiş ümumi cəzadan çıxmalı olduğu və yekun cəza müddəti müəyyən etməli olduğu halda bu şərtə əməl etməmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 may 2023-cü il tarixli qərarını ləğv etməklə, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edi lməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya protestinin təmin edilməsini və Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 may 2023-cü il tarixli qərarının ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin dü zgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkəmələr tərəfindən məhkum barəsində cəza təyin edərkən hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.22-ci (məhkəmə bu Məcəllənin 416.2-ci maddəsində nəzərdə tutulmuş hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına yol verdikdə) maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 may 2023cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin ma teriallarını araşdırıb kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsi barədə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilərək, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 may 2023-cü il tarixli qərarı ləğv edilməli və cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş yaşayış sahəsinə təkrarən qanunsuz daxil olmaqla xeyli miqdarda oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübu tların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində əməlin tövsifi mübahisələndirilməsə də, Məhkum cəza təyin edilərkən maddi və prosessual hüququn tətbiqi üzrə pozuntuya yol verildiyi iddia edilir. Məhkəmə kollegiyası bu barədə kassasiya protestinin dəlillərinə qiymət verərək aşağıda göstərilənlərin kassasiya instansiya məhkəməsində icraat zamanı hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin etmək məqsədilə gələcəkdə oxşar işlər üzrə də nəzərə alınmasını məqsədə müvafiq hesab edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarına əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilmişdirsə və əgər cinayətlər birinci və ikinci hökmlərdə CM-nin eyni maddəsi ilə (məsələn, CM-nin 120.2.1- 120.2.12-ci, 126.2.1-126.2.5, 126.3-cü maddələri) tövsif olunmuşdursa, qəti cəza CM-nin 66.5-ci maddəsinə əsasən təyin olunur, lakin bu zaman təyin olunan qəti cəza CMnin Xüsusi hissəsinin müvafiq maddəsi ilə müəyyən edilmiş azadlıqdan məhrumetmə cəzasının yuxarı həddindən çox ola bilməz. Məhkumun təqsirli bilindiyi cinayətlərin bir hissəsi birinci hökm çıxarılanadək, digər hissəsinin isə həmin hökm çıxarıldıqdan sonra törətdiyi müəyyən olunduqda ikinci hökm üzrə cəza ilk növbədə birinci hökm çıxarılanadək törədilmiş cinayətlərin məcmusu üzrə, sonra CM-nin 66.5-ci maddəsində müəyyən edilən qaydada təyin edilir, daha sonra birinci hökm çıxarılandan sonra törədilən cinayətlər üzrə cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Axırda isə CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq hökmlərin məcmusu üzrə qəti cəza müəyyən edilir. Başqa cinayətə görə məhkum olunmuş və cəzasını çəkib qurtarmamış şəxs həmin iş üzrə hökm çıxarılmasından əvvəl başlanmış və hökmün çıxarılmasından sonra davam etmiş uzanan və ya davam edən cinayətə görə məhkum olunarkən məhkəmələr ikinci hökm üzrə cəzanı C M-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edir. CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 74.2.2-ci maddəsinin mənasına görə, davam edən cinayətin birinci epizodunun şəxs tərəfindən başqa cinayət üzrə hökm çıxarılmazdan əvvəl törədildiyi və həmin hökm qanuni qüvvəyə mindikdən sonra davam edərək başa çatdırıldığı halda, ci nayət hökm qanuni qüvvəyə mindikdən sonra törədilmiş hesab edilməli və cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə müvafiq olaraq hökmlərin məcmusu üzrə təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə isə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Lakin kassasiya protestinin dəlillərini cinayət işinin materialları və Yevlax Rayon Məhkəməsinin 8 fevral 2023-cü il tarixli 1(039)-22/2023 nömrəli hökmü ilə müqa yisəli təhlil edən kassasiya məhkəmə kollegiyası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilməli olmasını və bu halda birinci hökmə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmalı olmasını nəzərə alaraq birinci instansiya məhkəməsinin Yevlax Rayon Məhkəməsinin 6 sentyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 2 il 10 ay 18 gün azadlığın məhdudlaşdırılması cəzası ilə hazırki hökm ilə təyin edilmiş 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasını tamamilə və ya qismən toplamaqla cəza təyin etməli olduğu halda yenə də yanlışlıq qərarında buna toxunmadığı və nəticədə cəzanın qərarda formal olaraq CM-nin 66.5-ci maddəsi ilə əvəz edilməsi göstərilsə də həmin məcəllənin 67.1-ci maddəsinə əsasən cəzaları birləşdirdiyini müəyyən edir. Kassasiya protestinin dəlillərinə həm də, haqlı olaraq hökmdə anlaşılmazlığın həll edilməsi zamanı birinci instansiya məhkəməsinin prosessual əsaslara və qaydalara riayət etmədiyi, apellyasiya instansiyası məhkəməsinin isə bu hala hər hansı bir münasibət bildirmədiyini qeyd etmişdir ki, CPM-nin 518.0-ci maddəsinə əsasən hökmü və ya digər yekun qərarını çıxarmış məhkəmə onun icrası zamanı yaranan aşağıdakı şübhə və anlaşılmazlıqları məhkumun və ya barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilmiş hüquqi şəxsin nümayəndəsinin ərizəsi, cəzanı və ya cinayət-hüquqi xarakterli digər tədbirləri icra edən müəssisə və ya orqanın təqdimatı əsasında, habelə öz təşəbbüsü ilə həll etmək hüququna malik olması göstərilmişdir. Bura hökmlə müəyyən edilmədiyi halda cəzanın həddini, hüquqi şəxslərə təyin edilmiş cinayət-hüquqi tədbirlərin növlərini və həddini dəqiq müəyyən etmək, hökmlə müəyyən edilmədiyi halda azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməli olduğu cəzaçəkmə və ya tərbiyə müəssisəsinin növünü müəyyən etmək, hökmlə həll edilmədiyi və ya anlaşılmazlıqla həll edildiyi halda qətimkan tədbiri, məhkəmə xərclərinin bölüşdürülməsi və ya maddi sübutların taleyi haqqında məsələləri həll etmək və öz hökmünün və ya digər yekun qərarının başqa anlaşılmazlıqlarını aradan qaldırmaq aiddir. Hökmün və ya məhkəmənin digər yekun qərarının icrası zamanı şübhələrin və anlaşılmazlıqların həll edilməsi dedikdə, qeyd olunan qərarın hökmün və ya məhkəmənin digər yekun qəra rının icrası mərhələsində qəbul edilə bilməsi başa düşülür ki, cinayət işinin materiallarına nəzər yetirdikdə Yevlax Rayon Məhkəməsinin 8 fevral 2023-cü il tarixli hökmündən apellyasiya protesti verildiyi üçün onun hələ qanuni qüvvəyə minmədiyi və qanuni qüvvəyə minmə prosesini dayandırdığından hər hansı hökmün icrasından söhbətin gedə bilməməsi aydın olur. Bu səbəbdən də Yevlax Rayon Məhkəməsinin 8 fevral 2023-cü il tarixli 1(039)22/2023 nömrəli hökmündən verilmiş apellyasiya protesti daxil olduqdan sonra Yevlax Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli 1(039)-22/2023 nömrəli qərarı ilə həmin hökmdə yaranmış anlaşılmazlığın aradan qaldırılması barədə qərara gəlinməsi cinayət prosessual qanunvericiliyin tələblərinə zidd hesab olunmalıdır. Baxılan işdə birinci və apellyasiya instansiy a məhkəmələri tərəfindən məhkum edilmiş şəxs Məhkum barəsində cəza təyin olunarkən cinayət-hüquqi normalarına əməl olunmamış, eyni zamanda cinayət prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir. Hazırkı iş üzrə apellyasiya baxışında keyfiyyətli araşdırmanın aparılmaması, müvafiq olaraq birinci instansiya məhkəməsinin yol verdiyi nöqsanların diqqətəlayiq hal kimi nəzərə alınmaması yuxarıda sadalanan hallarla müəyyən olunur. Cəza təyini sahəsində vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 25 iyun 2003-cü il tarixdə qəbul edilmiş “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” qərarında hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, ci nayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyə edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət və cinayət prosessual qanunvericiliyinin tələbləri baxımından məhkəmələr tərəfindən cəzaların təyini və ya digər cinayət hüquqi xarakterli tədbirlərin tətbiq edilməsi, yaxud da təyin olunmuş cəzaların apellyasiya və ya kassasiya qaydasında yüngülləşdirilməsi və ya ağırlaşdırılması (tətbiq olunmuş cinayət hüquqi xarakterli tədbirin dəyişdirilməsi) zamanı maddi hüquq normalarında nəzərdə tutulmuş əsasların, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi möyqeyini və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarlarında əksini tapmış izah və tövsiyələrin nəzərə alınması təl əb olunur. Lakin öyrənilmiş cinayət işi materiallarından birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi ilə uzlaşan, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarlarında əksini tapmış izah və tövsiyələrdən irəli gələn nəticənin, həmçinin cəzanın tətbiq edilməsi məsələlərinin həllində vahid məhkəmə təcrübəsinə uyğun yanaşmanı müəyyən etmək mümkün olmamışdır. Beləliklə, göstərilənlərə əsasən, kassasiya məhkəmə kollegiyası hazırki iş üzrə Məhkum təqsirləndirilməsi barədə nəticəyə gələrkən apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının pozuntusuna yol verdiyini qeyd edir və hesab edir ki, həmin pozuntu ilə qəbul edilmiş Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegi yasının 10 may 2023-cü il tarixli qərarı verilmiş kassasiya protestinə münasibətdə ləğv edilməklə, cinayət işi yeni apellyasiya baxışına təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını ləğv etmək və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin etmək haqqında qərar qəbul etməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 8 fevral 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4- cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 may 2023-cü il tarixli qərarı kassasiya protestinə əsasən ləğv edilsin və cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar