Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2294/2023 28.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və məhkum Təqsirləndirilən şəxs iştirakları ilə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 14 aprel 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.5 və 221.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 oktyabr 2022-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 14 aprel 2022-ci il tarixli hökmü ilə (hakimlər Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu (məruzəçi) və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə) Təqsirləndirilən şəxs, xx xxxxxx 1988-ci il tarixdə Tərtər rayonunun Hacıqərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç yerdə işləməmiş, əvvəllər Binəqədi Rayon Məhkəməsinin 14 fevral 2017-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməkdə qəti olaraq 01 (bir) 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 30 dekabr 2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş. məhkumluğu ödənilmiş, Tərtər rayonunun Hacıqərvənd kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, “Sovetski” adlanan ərazidə yerləşənə evdə kirayədə yaşamış, CM-nin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.5 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinərək CM-nin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6-cı maddələri ilə 09 (doqquz) il müddətə, CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə 09 (doqquz) il müddətə, CM-nin 221.3-cü maddəsi ilə 03 (üç) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə təyin edilmiş cəzaları qismən toplamaq yolu cinayətlərin məcmusu üzrə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 12 (on iki ) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin Məhkum2 CM-nin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1 və 181.2.5-ci maddələri nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 66.3 və 67.1-ci maddələrinə cinayətlərin və hökmlərin məcmusu üzrə qəti olaraq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə və 3000 (üç) min manat miqda rında cərimə cəzalarına və Məhkum1 CM-nin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmək məqsədi ilə silah qismində istifadə edilən əşyadan istifadə etməklə zərərçəkmişin həyat və sağlamlığı üçün təhlükəli olan zorakılıq tətbiq etməklə basqın edib quldurluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmişin həyat və sağlamlığı üçün təhlükəli olan zorakılıq tətbiq etməklə silah qismində istifadə edilən əşyalardan istifadə etməklə tamah məqsədi ilə adam oğurluğu cinayət əməlini törətmiş və ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 16 aprel 2020-ci il tarixdə saat 12 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, «Abşeron Gənclər şəhərciyi» ərazisinə gəlmiş, Qalib adlı şəxsə Zərərçəkmiş şəxs 1500 manat pul borcu olduğunu cüzi səbəb gətirərək özünün müstəsna şəxsiyyət olduğunu, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün özünü ictimai qaydaya qarşı və cəmiyyətin fövqündə qoymaqla, insanların ictimai və şəxsi mənafelərinə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozaraq ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davaranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək, ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək həmin ərazidəki 10 saylı tam orta məktəbin qarşısındakı ərazidə Zərərçəkmiş şəxs bıçaq tətbiq etmək hədəsi ilə hücum etmiş, sonuncu həyat və sağlamlığı üçün olan təhlükə ilə qorxudaraq idarə etdiyi “VAZ-21214” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib hərəkətə gətirərək ərazidən uzaqlaşmaq istədikdə o, hərəkətdə olan avtomobilin üzərinə atılıb alın şüşəsinə bərkibilmiş şüşəsilənin dəmirindən yapışaraq üzərində gəzdirdiyi bıçaqla zor tətbiq edilməsi hədəsini davam etdirərək ilə hücum edib, ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıq hörmətsizlik ifadə edərək hərəkətlər etməklə xuliqanlıq cinayətini törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs tamah məqsədi ilə Məhkum1, Məhkum2 və digər şəxslərlə cinayət əlaqəsiə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında Məhkum1 və Məhkum2 ilə 17 aprel 2020-ci il tarixdə saat 22 radələrində Abşeron rayonu, Masazır kəndi, «Abşeron Gənclər şəhərciyi» ərazisinə gəlmiş və 18 aprel 2020-ci il tarixdə saat 05 radələrinədək silah qismində istifadə edilən dəmir parçası, digərləri isə silah qismində itifadə edilən bıçaqla silahlanaraq pusqu q urub zorakılıq tətbiq etməklə Zərərçəkmiş şəxs basqın etməsi üçün gözləmiş, həmin radələrdə sonuncu idarə etdiyi “VAZ-21214” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yaşadığı Abşeron rayonu, Masazır kəndi, «Abşeron Gənclər şəhərciyi», 20-ci blokun qarşısına gəlib avtomobilin qapısını açıb düşmək istədikdə o, əlindəki dəmir parçasından silah qismində istifadə edərək hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olan zorakılıqla Zərərçəkmiş şəxs hücum edib sol gicgah nahiyəsindən vurmaqla, Məhkum1 və Məhkum2 isə üzərlərində olan bıçaqlarla Zərərçəkmiş şəxs basqın edib avtomobilin arxa oturacağında uzandıraraq zərərsizləşdirmiş, o, sükanın arxasında əyləşərək Zərərçəkmiş şəxs avtomobilin sürmüş, qrup üzvləri Məhkum2 qabaqda, Məhkum1 arxada oturaraq salonda Zə rərçəkmiş şəxs həyat və sağlamlığı üçün təhlükəli olan zorakılıq tətbiq edərək əl-ayağını və ağzını skoçla bağlamış, yumruqla bədəninin müxtəlif nahiyələrinə vuraraq ona alın nahiyəsinin sol hissəsini və sol gicgah nahiyəsini əhatə edən geniş həcmli dərialtı hematoması, burunla tənəffüsün pozulması ilə müşayiət olunan burun nahiyəsinin qançırşişkinlik halında əzilməsi, üst dodağın selikli qişasının geniş ölçülü əzilmiş yaraları, alın nahiyəsinin sol hissəsinin, sol gicgah nahiyəsinin və sağ gicgah nahiyəsinin sıyrıqları kimi sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirdikdən sonra Zərərçəkmiş şəxs üzərində olan 380 manat pulu ələ keçirmiş, bundan sonra istintaqa şəxsiyyəti məlum olmayan X və Y adlı şəxslərlə iradəsinə zidd olaraq Bakı şəhəri, Yasamal rayonu, Nərimanov heykəlinin yaxınlığında yerləşən «Sovetski» adlanan ərazidə Təqsirləndirilən şəxs kirayə yaşadığı həyət evinə apararaq 18 aprel 2020-ci il saat 05 radələrindən 18 aprel 2020-ci il saat 21 radələrinədək orada saxlamış və azad olunması üçün 1500 manat pul tələb edilməklə Zərərçəkmiş şəxs oğurlamışlar. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 14 aprel 2022-ci il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Rzayev Məhəmmədəli Əsəd oğlu (sədrlik edən və məruzəçi), Rəhimov Elman Gülbaba oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə) 05 oktyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökmü isə Təqs irləndirilən şəxs aid hissədə və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 oktyabr 2022-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və onun barəsində ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətini belə əsaslandırmışdır ki, zərərçəkmiş Zərərçəkmiş şəxs ona olan borcunu istəmək məqsədilə sonuncu ilə etdiyi yüngül mübahisə ağır cinayətlərin törədilməsi ilə nəticələnmiş, halbuki o, belə nəticənin baş verməsini arzulamamış, törətdiyi əməllərin cinayət olmasını isə bilmişdir. Kassasiya şikayətinin müəllifi daha sonra qeyd etmişdir ki, onun ailə vəzyyəti çox ağırdı r, anası vəfat etmiş, yetmiş üç yaşlı xəstə atası onun himayəsindədir və bir övlad kimi bu hallar ona böyük mənəvi təsir göstərir. Lakin, işə baxan məhkəmələr bu halları nəzərə almamış və onun haqqında ədalətsiz yekun məhkəmə aktları qəbul etmişlər. Şərh olunan dəlillərə əsaslanaraq Təqsirləndirilən şəxs onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesinin iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, Zərərçəkmiş şəxs cəzaçəkmə müəssisəsində olduğundan, məhkəmə iclasında iştirak etmir. Məhkəmə kollegiyası dövlət ittihamçısı H.B.İmranovun və məhkum Təqsirləndirilən şəxs bununla bağlı rəylərini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Kassasiya şikayətinə məhkəmə baxışı iclasında məhkum Təqsirləndirilən şəxs yuxarıda göstərilən dəlillərlə çıxış edərək ona təyin olunmuş cəzanın yüngülləşdirilməsi barədə qə rarın qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətinin məzmunundan görünür ki, sonuncu ona törətdiyi əməllərə görə həddindən artıq ağır cəzaya məruz qalmasını, bu zaman məhkəmələr tərəfindən cəzanı yüngülləşdirən halların kifayət qədər nəzərə alınmamasını iddia edərək apellyasiya instansiyası məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və barəsndə daha ədalətli qərar qəbul olunması haqqında tələbini CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.21-ci maddəsinə əsasən isə, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasınd a ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə onun və qeyrilərinin barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası ilk növbədə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyə ti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin di gər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Kassasiya müraciətlərinə məhkəmə baxışının nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunveiciliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkə mə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə cavab verilməsi ilə bağlı vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsini n I hissəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azaflıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 26-cı maddəsinin II hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb eyni zamanda hər bir insanın və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasını, bunun üçün hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin qanuna müvaq qay dada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini, cinayət əməllərinin törədilməsi nəticəsində zərər çəkmiş şəxslərin pozulmuş hüquqlarının bərpa olunması, onlara vurulmuş zərərin aradan qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini, habelə ictimai təhlükəlilik dərəcəsi yüngül olan cinayət törətmiş şəxslərin onların törətmədiyi daha ağır əməllərə görə cinayət məsuliyyətinə cəlb edilmələrinin, təqsirli bilinmələrinin və cəzalandırılmalarının yolverilməzliyini də nəzərdə tutur. Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə görə, Konstitusiyada təsbit edilmi ş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsitndə deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyə n edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Eyni zamanda bu konstitusiyon müddəa məhkəmənin özünün də həqiqətin müəyyən edilməsi məqsədilə zəruri olan sübutların əldə edilərək araşdırılması, məhkəmə iclaslarında mümkün olan müvafiq istintaq hərəkətlərinin aparılması, ekspertizaların təyin edilərək keçirilməsi və həmin sübutların da digər sübutlarla birgə mümkünlüyü, mötəbərliyi və kifayətliliyi baxımından qiymətləndirilməsi vəzifəsindən aza d etmir. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifələrin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında isə məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-nin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsir i olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Belə hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərara görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Məc əlləsinin qeyd olunan prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. CPM-nin 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfl i, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1-ci maddəsinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vət əndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 12.3-cü maddəsində isə cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ nəzərdə tutulmuşdur. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsind ə cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşı n konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən görünür ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin və cinayət-prosessual qanunvericiliyini n tələblərindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, hökmün və apellyasiya instansiyası məhkəməsinin qərarının əsasını təşkil etmiş sübutların yenidən araşdırılması deyil, həmin sübutlara əsasən təqsirkarın bu və ya digər cinayət əməlini törətməkdə təqsirliliyinin müəyyən edilməsini, törədilmiş ictimai təhlükəli əməllərin bütün hallarının müəyyən edilməsinə əsasən bu əməllərə maddi hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini və bunlara uyğun olaraq onun barəsində tətbiq olunmuş bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin qanuni və ədalətli olub olmamasını yoxlamaq vəzifəsi düşür. Kassasiya şikayət ində məhkum Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə cinayətləri törətməkdə təqsirli olmasını, onun əməlinin hüquqi tövsifini mübahisələndirilməyərək yalnız ona təyin olunmuş cəzanın həddindən artıq ağır olmasını iddia etsə də, məhkəmə kollegiyası bununla bağlı dəlillərə cavab verilməsi və üzərinə düşən vəzifələri yerinə yetirmək üçün ilk növbədə CPM-nin 419.1-ci maddəsinin tələblərinə müvafiq olaraq kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq onun əməlinin hüquqi tövsifinə münasibət bildirməyi və yalnız bundan sonra onun barəsində cəza tədbirinin seçilməsi ilə əlaqədar məsələni müzakirə edərək yekun nətiəcəyə gəlməyi məqsədə müvafiq hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən hazırki iş üzrə ibtidai araşdırma zamanı qanun i üsullarla toplanmış bütün sübutlar birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılaraq onlara CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək öz məzmununa görə faktiiki olaraq kassasiya şikayəti ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinin yoxlanılması ilə kifayətlənmiş və bu yoxlamanın nəticəsində hazırda kassasiya qaydasında mübahisələndirilən qərarı qəbul etmişdir. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin hüquqi tövsifi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə qismən razılaşaraq ilk növbədə vurğulayır ki, araşdırılmış sübutlarla müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə məhkum olunmuş Məhkum1, Məhkum2 və digər şəxslərlə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 17 aprel 2020-ci il tarixdə saat 22 radələrində Abşeron rayonu, Masazır kəndi, «Abşeron Gənclər şəhərciyi» ərazisinə gəlib 18 aprel 2020-ci il tarixdə saat 05 radələrinədək silah qismində istifadə edilən dəmir parçası, digərləri isə silah qismində itifadə edilən bıçaqla silahlanaraq pusqu qurub zorakılıq tətbiq etməklə Zərərçəkmiş şəxs basqın etməsi üçün gözləmiş, həmin vaxt sonuncu idarə etdiyi “VAZ-21214” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yaşadığı Abşeron rayonu, Masazır kəndi, «Abşeron Gənclər şəhərciyi», 20ci blokun qarşısına gəlib avtomobilin qapısını açıb düşmək istədikdə Təqsirləndirilən şəxs əlindəki dəmir parçasından silah qismində istifadə edərək hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olan zorakılıqla Zərərçəkmiş şəxs hücum edib sol gicgah nahiyəsindən vurmaqla, Məhkum1 və Məhkum2 isə üzərlərində olan bıçaqlarla Zərərçəkmiş şəxs basqın edib avtomobilin arxa oturacağında uzandıraraq zərərsizləşdirmiş, o, isə sükanın arxasında əyləşərək Zərərçəkmiş şəxs avtomobilin sürmüş, qrup üzvləri Məhkum2 qabaqda, Məhkum1 arxada oturaraq salonda Zərərçəkmiş şəxs həyat və sağlamlığı üçün təhlükəli olan zorakılıq tətbiq edərək əl-ayağını və ağzını skoçla bağlamış, yumruqla bədəninin müxtəlif nahiyələrinə vuraraq ona alın nahiyəsinin sol hissəsini və sol gicgah nahiyəsini əhatə edən geniş həcmli dərialtı hematoması, burunla tənəf füsün pozulması ilə müşayiət olunan burun nahiyəsinin qançır-şişkinlik halında əzilməsi, üst dodağın selikli qişasının geniş ölçülü əzilmiş yaraları, alın nahiyəsinin sol hissəsinin, sol gicgah nahiyəsinin və sağ gicgah nahiyəsinin sıyrıqları kimi sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirdikdən sonra Zərərçəkmiş şəxs üzərində olan 380 manat pulu ələ keçirmiş, bundan sonra istintaqa şəxsiyyəti məlum olmayan X və Y adlı şəxslərlə iradəsinə zidd olaraq Bakı şəhəri, Yasamal rayonu, Nərimanov heykəlinin yaxınlığında yerləşən «Sovetski» adlanan ərazidə Təqsirləndirilən şəxs kirayə yaşadığı həyət evinə apararaq 18 aprel 2020-ci il saat 05 radələrindən 18 aprel 2020-ci il saat 21 radələrinədək orada saxlamış və azad olunması üçün 1500 manat pul tələb etməklə Zərərçəkmiş şəxs oğurlamışdır. Təqsirləndirilən şəxs qabaqcadan əlbir olmuş bir qrup şəxslə zərərçəkmiş Zərərçəkmiş şəxs tamah məqsədilə, silah qismində istifadə edilən əşyalardan istifadə etməklə, onun həyatı və sağlamlığı üçün təhlükəli zor tətbiq etməklə oğurlaması, habelə ona qarşı eyni tövsifedici əlamətlərlə quldurluq edərək sonuncunun 380 manat məbləğində pulunu ələ keçirməsi barədə həm ibtidai araşdırma orqanının, həm də məhkəmələrin gəldikləri nəticəni və onun bu əməllərinin müvafiq olaraq CM-nin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1 və 181.2.5-ci maddələri ilə tövsif edilməsini düzgün hesab edən məhkəmə kollegiyası eyni zamanda nəzərə alır ki, adı çəkilən məhkuma bu maddələrlə təyin olunmuş cəzalar da həm qanuni, həm də ədalətlidir və bu cəzalar gös tərilən cinayətlərin xarakterinə və ictamai təhlükəlilik dərəcəsinə, habelə maddi hüquq normalarının aşağıdakı tələblərinə tam uyğundur (iş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir). Belə ki, CM-nin 144.2.3, 144.2.4, 144.2.5 və 144.2.6-cı maddələrinə əsasən, adam oğurluğu cinayəti bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən, zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə, silahdan yaxud silah qismində istifadə edilən əşyalardan istifadə etməklə və tamah məqsədi ilə və ya sifarişlə törədildikdə, bu əməlləri törətmiş şəxs səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 181.2.1 və 181.2.5-ci maddələrində isə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluğa, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etməyə görə cinayət məsuliyyəti və bu cinayəti törətmiş şəxsin səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması nəzərdə tutulmuşdur. Apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı birinci instansiya məhkəməsinin 14 aprel 2022-ci il tarixli hökmündən göründüyü kimi, məhkəmə Təqsirləndirilən şəxs barəsində təhlil edilən maddələrlə cəza tədibiri seçilməsi məsələsini həll edərkən həmin maddələrdə nəzərdə tutulmuş cinayə tlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə almış və ona göstərilən maddələrin sanksiyalarında nəzərdə tutulmuş cəzaların aşağı hədlərinə yaxın hədlərdə qanuni və ədalətli cəzalar – ayrı-ayrılıqda 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. İş materialarından və qəbul edilmiş yekun məhkəmə aktlarından göründüyü kimi, Təqsirləndirilən şəxs adam oğurluğu və quldurluq cinayətlərini törətdiyinə görə yuxarıda göstərilən maddələrlə yanaşı həmçinin CM-nin 221.3-cü maddəsi ilə də təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o, 16 aprel 2020-ci il tarixdə saat 12 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, «Abşeron Gənclər şəhərciyi» ərazisinə gəlmiş, X adlı şəxsə Zərə rçəkmiş şəxs 1500 manat pul borcu olduğunu cüzi səbəb gətirərək özünün müstəsna şəxsiyyət olduğunu, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün özünü ictimai qaydaya qarşı və cəmiyyətin fövqündə qoymaqla, insanların ictimai və şəxsi mənafelərinə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozaraq ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davaranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək, ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək həmin ərazidəki 10 saylı tam orta məktəbin qarşısındakı ərazidə Zərərçəkmiş şəxs bıçaq tətbiq etmək hədəsi ilə hücum etmiş, sonuncu həyat və sağlamlığı üçün olan təhlükə ilə qorxudaraq idarə etdiyi “VAZ-21214” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib hərəkətə gətirərək ərazidən uzaqlaşmaq istədikdə o, hərəkətdə olan avtomobilin üzərinə atılıb alın şüşəsinə bərkibilmiş şüşəsilənin dəmirindən yapışaraq üzərində gəzdirdiyi bıçaqla zor tətbiq edilməsi hədəsini davam etdirərək ilə hücum edib, ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıq hörmətsizlik ifadə edərək hərəkətlər etməklə xuliqanlıq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs bu əməlinə cinayət hüquq normasının tətbiqi ilə bağlı məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və araşdırılmış sübutlara müraciət etməyi zəruri bilir. Belə ki, Təqsirləndirilən şəxs 16 aprel 2020-ci il tarixdə törətdiyi əməllə bağlı məhkəmə iclasında göstərmişdir ki, Zərərçəkmiş şəxs əmisi oğluna 1.500 manat borcu olduğu üçün o, həmin tarixdə Zərərçəkmiş şəxsin yaşadığı evin məhəlləsinə gedib onunla görüşmək istəmişdir. Həmin vaxt Zərərçəkmiş şəxsin özünə məxsus “Niva” markalı avtomaşınla məhəllədən çıxarkən onunla söhbət etmək ona üçün yaxınlaşmış, lakin Zərərçəkmiş şəxs maşını saxlamayaraq sürmüş, buna görə avtomaşının kapotuna çıxıb onu saxlatmaq istəmiş, lakin Zərərçəkmiş şəxs avtomaşını saxlamayaraq oradan uzaqlaşmışdır. Məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş və həm ibtidai araşdırma orqanı, həm də məhkəmələr tərəfindən sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai aradırma zamanı verdiyi ifadələrindən görünür ki, o, Zərərçəkmiş şəxs təxminən 2011-ci ildən tanıyır. Həmin vaxt Zərərçəkmiş şəxs Sədərək ticarət mərkəzində mağaza işlədirdi, tanışı Z də orada işlədiyindən Zin vasitəsi ilə Zərərçəkmiş şəxslə tanış olmuşdur. O, həmin vaxtlar taksi fəaliyyəti ilə məşğul olmuş, Zərərçəkmiş şəxslə münasibəti normal olmuş, ədavəti və düşmənçilyi olmamışdır. Hətta 2020-ci ilin fevral ayında oğlu Emilə kiçik toy edərkən Zərərçəkmiş şəxslə münasibəti yaxşı olduğu üçün ondan uşağına kirvə olmasını xahiş etmiş, sonuncu da buna razılığını vermişdir. 2015-ci ildə əmisi nəvəsi X Zərərçəkmiş şəxsdən “Seat” markalı avtomobil 1500 manata almış, avtomobildə problem olduğu üçün X avtomobili Zərərçəkmiş şəxsə qaytarmalı olmuş, Zərərçəkmiş şəxs isə Xdən aldığı 1500 manat məbləğində pulu 10 gün müddətində ona qaytaracağını vəd etsə də bu vədinə əməl etməmiş, buna görə də X ona bir neçə dəfə öz iradı nı bildirmişdir ki, dostu Zərərçəkmiş şəxs onun pulunu vermir. O, da hər dəfə Zərərçəkmiş şəxsə xahiş etmişdir ki, Xin pulunu versin, lakin Zərərçəkmiş şəxs müxtəlif bəhanələr gətirərək Xin 1500 manat məbləğində pulunu verməmişdir. Bunun üçün o, bir neçə dəfə Zərərçəkmiş şəxsin mobil telefonuna zəng etmiş, lakin Zərərçəkmiş şəxs onun telefon zənglərinə cavab verməmişdir. Buna görə o, məcbur olub 16 aprel 2020-ci il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxslə görüşmək məqsədilə onun yaşadığı Abşeron rayonu, Masazır kəndi “Abşeron Gənclər şəhərciyinə” getmiş və həmin vaxt əli olmuş, o, oraya gedən zaman Məhkum1 və Məhkum2 də onunla birlikdə olmuşlar. Bu zaman o, Zərərçəkmiş şəxs idarə etdiyi “Niva” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı binanın qarşısından çıxdığı nı gördükdə əl edib onu saxlamaq istəmiş, lakin Zərərçəkmiş şəxs avtomobili saxlamamış, Məhkum1 və Məhkum2 kənara çəkilmiş, o, isə avtomobilin kapotu üzərinə çıxaraq iki əli ilə şüşə silənin qollarından yapışmış, buna baxmayaraq Zərərçəkmiş şəxs ona əhəmiyyət verməyib avtomaşını Bakı-Sumqayıt yolu istiqamətində hərəkət etdirmişdir. O, dəfələrlə Zərərçəkmiş şəxsdən avtomobili saxlamasını tələb etsə də, sonuncu bu tələbə əməl etməyərək avtomaşını daha yüksək sürətlə hərəkət etdirmişdir. Bu zaman o, cibində olan bıçağı çıxarıb həmin bıçaqla onu hədələyərək maşını saxlamasını təkrarən tələb etmişdir ki, maşının salonuna daxil ola bilsin. Zamin isə buna məhəl qoymayaraq avtomaşını sağa-sola oynadaraq qəfildən tormoz etmiş və o, da kapotun üzərindən yerə düşmüş, bundan sonra Zərərçəkmiş şəxs ora da uzaqlaşıb getmiş, o, da Məhkum1in və Məhkum2nin yanına qaytmışdır. İş materiallarından görünür ki, 16 aprel 2020-ci il tarixdə baş vermiş hadisə barədə Təqsirləndirilən şəxs bu ifadələrinə uyğun olan ifadələri ibtidai aradırma zamanı həmçinin hazırki iş üzrə məhkum olunmuş Məhkum2 və Məhkum1 də vermişlər. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında ilkin olaraq göstərmişdir ki, 16 aprel 2020-ci il tarixdə Təqsirləndirilən şəxs zənglərinə cavab vermədiyi üçün onunla yaşadığı evin qarşında mübahisələri düşmüş, həmin vaxt Təqsirləndirilən şəxsin əlində bıçaq olmamışdır. Zərərçəkmiş şəxs ibtidai araşdırma zamanı verdiyi ifadələri məhkəmə iclasında elan olunaraq tədqiq edildkdən sonra o, məhz həmin ifadələri təsdiq etdiyini bildirmişdir. Cinayət təqibinin bu mərh ələsində dindirilərkən isə Zərərçəkmiş şəxs göstərmişdir ki, o, maddi ehtiyaclarını təmin etmək üçün üçün avtomobil alqı-satqısı ilə məşğul olur, Təqsirləndirilən şəxs da 2015-ci ildən tanıyır, həmin vaxt onun Sədərək ticarət mərkəzində parfyumeriya mağazası olmuş, Təqsirləndirilən şəxs isə taksi fəaliyəti məşğul olmuş və lazım olduqda Təqsirləndirilən şəxsin taksisindən istifadə edib müştərilərə parfyumeriya göndərmişdir. Təqsirləndirilən şəxslə həmin vaxtdan normal münasibəti yaranmış, hətta 25 fevral 2020-ci il tarixdə Təqsirləndirilən şəxsin xahişi ilə onun oğlunun kirvəsi olmuşdur. 2017-ci ildə Təqsirləndirilən şəxsin əmisi oğlu Qalibə “Daevoo Nexia” markalı avtomobil satmış, həmin avtomobil bank kreditində olmuşdur. Avtomobil satışından təxminən Xə 800 manat pul borclu qalmışdır. O, son vaxtlar “VAZ-21214” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə etmiş, həmin avtomobili də satmaq istəmişdir. Buna görə də, Təqsirləndirilən şəxs ona 2020-ci ilin mart ayının əvvəllərində həmin avtomaşını Tərtər rayonunda yaşayan və Təqsirləndirilən şəxsin həbsxana yoldaşı olan X18 adlı şəxsə 1500 manata sata bilməsini demişdir. O, avtomaşını bu qiymətə satmadığını dedikdə Təqsirləndirilən şəxs X18dən 1500 manat məbləğində pulu almağı, sonra isə avtomobili X18ə verməyərək 1500 manatın 1000 manatını özünə götürməyi, 500 manatı isə ona verməsini təklif etmişdir. Lakin, o, Təqsirləndirilən şəxsin bu təklifi ilə razalşmayaraq bu cür hərəkətdən əl çəkməyi və onun kimisə aldatmaq niyyətinin olmadığını ona bildirmiş və bundan sonra Təqsirləndirilən şəxs bir neçə dəfə onun ist ifadəsində olan mobil telefona zəng etsə də, o, sonuncunun zənglərinə cavab verməmişdir. 16 aprel 2020-ci il tarixdə saat 12 radələrində o, yəni Zərərçəkmiş şəxs yaşadığı evdən çıxıb idarə etdiyi avtomaşında yaşadığı binanın qarşısından çıxan zaman 10 saylı orta məktəbin yan tərəfində Təqsirləndirilən şəxsin piyada əlində bıçaqla avtomobilinə tərəf gəldiyini görmüş, o, da tez oradan uzaqlaşmaq istədikdə Təqsirləndirilən şəxs avtomobilin kapotunun üzərinə çıxmış və əlləri ilə şüşə siləndən yapışmışdır. Sonra Təqsirləndirilən şəxs bıçaqla onu hədələyərək maşını saxlamasını tələb etmişdir ki, maşının salonuna daxil olsun, lakin o, bu zaman avtomaşını sağa-sola sürmüşdür ki, Təqsirləndirilən şəxs qorxub kapotun üzərindən düşüb getsin. Həmin vaxtı Təqsirləndirilən şəxs da kapotun üzərindən yerə düşmüş və oradan uzaqlaşıb getmişdir. Yuxarıda təsvir edilən ifadələrin təhlili göstərir ki, Təqsirləndirilən şəxs 16 aprel 2020-ci il tarixdə saat 12 radələrində ona ittiham olunmuş xuliqanlıq əməlini törədərkən özündə olan bıçaqla Zərərçəkmiş şəxs hədə qorxu gələrək onun idarə etdiyi avtomaşının kapotunun üzərinə çıxıb avtomaşını saxlamasını tələb etsə də, həmin vaxt sonuncuya məxsus nəqliyyat vasitəsini zədələməmiş və eyni zamanda Zərərçəkmiş şəxs özünə qarşı da zor tətbiq etməmişdir. Yəni onun bu əməli (silah qismində istifadə etdiyi bıçaq tətbiq etməklə törətdiyi xuliqanlıq) CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olmamışdır. CM-nin 221.3-cü maddəsinin dispoziyasına görə isə, bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan v ə ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda belə əməli törətmiş şəxsin həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsinə, təqsirli bilinməsinə və cəzalandırılmasına səbəb olur. Məhkəmə kollegiyasının qənaətinə görə, qanunun bu normasının tələbi və mənası, maddənin əvvəlki redaksiyasından fərqli olaraq onu ehtiva edir ki, şəxsin törətdiyi xuliqanlıq əməlinin CM-nin 221.3-cü maddəsi ilə tövsif edilməsi üçün araşdırılmış sübutlarla aşağıdakı halların müəyyən edilməsi tələb olunur: 1. şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etməlidir; 2. həmin hərəkətləri edərkən silahdan və ya silah qismndə istifadə olunan əşyalardan istifadə eməlidir; 3. ən əsası isə, onun hərəkətləri zərər çəkmiş şəxsə qarşı hər hansı zorun tətbiq olunması, yaxud da özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşaiyət olunmalıdır (müğləq nəticə). Məhkəmə kollegiyası hesab edir ki, bu əlamətlərinin hər hansı birinin yoxluğunda əməlin CM-nin 221.3-cü maddəsi tövsif edilməsi üçün əsaslar yaranmır və bu baxımdan təqsirkar xuliqanlıq əməlini törədərkən hətta zor tətbiq etmək hədəsində ifadə olunan silah və silah qismində istifadə olunan hər hansı əşyanı nümayiş etdirdikdə (hazırki işin faktiki halları ilə müəyyən edildiyi kimi) onun törətdiyi belə əməl CM-nin 221.3-cü maddəsi ilə deyil, CM-nin 221.1-ci maddəsi ilə tövsif edilməldir (o halda ki, CM-nin 221.2ci maddəsində nəzərdə tutulm uş digər tövsifedici əlamətlər müəyyən edilməmiş olsun). Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs da 16 aprel 2020-ci il tarixdə törətdiyi xuliqanlıq əməli zərər çəkmiş şəxsə zor tətbiq olunmaqla, habelə sonuncunun əmlakının – onun avtomaşının məhv edilməsi və ya zədələnməsi ilə müşaiyət olunmadığına görə onun həmin əməli CM-nin 221.3-cü maddəsindən CM-nin 221.1-ci maddəsinə tövsif edilməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, həmin cəza isə CM-nin 66.3-cü maddəsinə əsasən CM-nin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1 və 181.2.5-ci maddələri ilə təyin edilmiş cəzalarla qismən toplanılmaqlda onun çəkməli olduğu cəzanın qəti müddəti müəyyən edilməlidir. Bununla əlaqədar isə məhkəmə kolle giyası qeyd edir ki, cinayət törətmiş şəxsə təyin edilən hər bir cəza törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, həmin şəxsi səciyyələndirən, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, şəxsin cinayətin törədilməsində iştirakçılıq dərəcəsinə, onun həm bundan əvvəl, həm də bundan sonrakı davranışına və bu məsələnin həlli zamanı mühüm əhəmiyət kəsb edən digər hallara uyğun olmalı, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Bunu cinayət qanunvericiliyinin aşağıdakı normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələri tələb edir. Yalnız bu tələblərə, hüquqi mövqeyə və tövsiyələrə əməl olunma qla təqsirləndirilən şəxsə təyin edilmiş cəza ədalətli və qanunu hesab edilə bilər. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 41.2-ci maddəsinə görə, cəza sosi al ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəza təyin edilərkən məhkəmələr tərəfindən nəzərə alınmalı olan cəzanı yü ngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddəsində, cəzanı ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddəsində nəzərdə tutulmuşdur. Eyni zamanda o da nəzərə alınmalıdır ki, CM-nin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu CM-nin 59.1.1-59.1.14-cü maddəsində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər, CM-nin 61.2-ci maddəsinin təlblərinə görə isə CM-nin 61.1.1-61.1.13-cü maddəsində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüng ülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdıran halların mövcudluğu barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məh kəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Qanunu bu normasının mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair mü ddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Qanunvericiliyin bu tələblərinə həmçinin təqsirkar barəsində cinayət-hüquqi xarakterli tədbirin seçilməsi zamanı da riayət olunmalıdır. Qeyd olunmalıdır ki, bu yuxarıda təsvir edilmiş qanunvericiliyin normalarına uyğun olan hüquqi mövqedən həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da çıxış edərək bir sıra qərarlarında vurğulamışdır ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsinin, CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli Qərarları). “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məq sədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsi nin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarı ilə məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə ci nayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir k i, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçin in qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərd ə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Eləcə də təqsirkarın şərti məhkum olunması, ona təqsirli bilindiyi cinayətə görə CMnin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi, cəzadan azad edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, kassasiya icraatı zamanı cinayət törətmiş şəxs barəsində daha yüngül cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı yüngülləşdirən hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud da məhkəmənin istinad edərək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi hallar şəxsin törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsini azaldan və bilavasitə cinayət törətmiş şəxsin özünün şəxsiyyətini səciyyələndirən hallara aid olsun, habelə CM-nin 61-ci maddəsində göstərilməmiş hansısa hal cəzanı ağırldaşdıran hal kimi nəzərə alınsın. Hazırki cinayət işinin materiallarından və kassasiya şikayətinin məzmunundan da göründüyü kimi, məhkum Təqsirləndirilən şəxs ona cəza təyini ilə bağlı nəzərə alına bilən, lakin aşağı instansiyası məhkəmələri tərəfindən nəzərə alınmamış, CM-nin 59.1 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməli olan və CPM-nin 139.0.5-ci maddəsinin tələblərinə uyğun olaraq müvafiq sübutlarla təsdiq olunan heç bir hala istinad etməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Təqsirləndirilən şəxs kassasiya şikayətində göstərdiyi hallara – onun anasının vəfat etməsinə və himayəsində qoca və xəstə atasının olmasına görə mənəvi əziyyət çəkməsi kimi hal da nə onun özünün, nə də ki məhkumun törətdiyi əməllərin ictimai təhlükəliyini azaldan hallara aid deyil və yalnız bu hallara görə onun cəzasının yüngülləşdrilməsi üçün əsaslar yoxdur. Beləliklə məhkəmə kollegiyası cinayət işinin materiallarını kassasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə bir daha təhlil edib apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verməsini müəyyən etmir və kassasiya şikayətinin təmin edilməsi haqda məhkum Təqsirləndirilən şəxs, həmin şikayətin təmin edilməməsi barədə isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək hesab edir ki, yuxarıda gös tərilən əsaslara görə kassasiya şikayəti qismən təmin edilməklə, Təqsirləndirilən şəxs CM-nin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6. 181.2.1, 181.2.5 və 221.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilməli, onun xuliqanlıq əməli CM-nin 221.3-cü maddəsindən CM-nin 221.1-ci maddəsinə tövsif edilərək ona həmin maddə əsasında azadlıqdan məhrum etmə cəzası təyin edilməli və həmin cəza CM-nin 66.3-cü maddəsinə əsasən məhkuma CM-nin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6. 181.2.1 və 181.2.5-ci maddələri ilə təyin edilmiş cəzalarla qismən toplanılmaqla sonuncunun çəkməli olduğu azadlıqdan məhrum etmə cəzasının qəti müddəti müəyyən olunmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D I: Kassasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6. 181.2.1, 181.2.5 və 221.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilsin. Təqsirləndirilən şəxs xuliqanlıq əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə tövsif edilsin və ona bu maddə əsasında 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəllə sinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6. 181.2.1 və 181.2.5-ci maddələri ilə təyin edilmiş cəzalar hazırki qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti olaraq 11 (on bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2294/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-2294/2023
28.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver