Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2294/2025 04.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X6, Məhkum1 müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi4, Məhkum2 müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək məhkum olunmalarına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 may 2025-ci il tarixli, 1(105)-139/2025 nömrəli qərarından Məhkum1 müdafiəçisi Müdafiəçi4 və Məhkum2 müdafiəçisi Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum1 xx xxx 1970-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Sumqayıt şəhəri, Köh nə Kotec qəsəbəsi, M.F.Axundov küçəsi ev 2-də qeydiyyatda olan və Sumqayıt şəhəri, Corat qəsəbəsi, ünvan 1 ünvanda faktiki yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.
2. Məhkum2 xx xxxxxxx 1991-ci ildə Abşeron rayonu Xırdalan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzası 10 ay 01 gün hissədə çəkilməmiş qalan, Abşeron rayonu Saray qəsəbə ərazi dairəsi, Saray qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsi ev 3-də qeydiyyatda olan və Sumqayıt ş əhəri, Corat qəsəbəsi, ünvan 1 ünvanda faktiki yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.
3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş cinayət işinin faktiki hallarına əsasən, Məhkum1 və Məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək cinayət əlaqəsinə girdikdən sonra, aralarındakı razılaşmaya uyğun olaraq 2023-cü ilin may ayının əvvəllərində sonuncuya məxsus Sumqayıt şəhəri Corat qəsəbəsi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində əkilib becərilməsi qadağan olunmuş 174 (bir yüz yetmiş dörd) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərini qanunsuz olaraq külli miqdarda kultivasiya edib, əkib becərərək yetişdirmişlər.
4. Belə ki, Məhkum1 tanışı M əhkum2lə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək cinayət əlaqəsinə girdikdən sonra, aralarındakı razılaşmaya uyğun olaraq 2023-cü ilin may ayının əvvəllərində sonuncuya məxsus Sumqayıt şəhəri Corat qəsəbəsi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində əkilib becərilməsi qadağan olunmuş 174 (bir yüz yetmiş dörd) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərini qanunsuz olaraq külli miqdarda kultivasiya edib, əkib becərərək yetişdirmiş, daha sonra həmin çətənə kollarından satış məqsədilə əldə etdikləri şəxsi istehlak miqdarından artıq miqdarda ümumi çəkisi 170,00 qram təşkil edən qurudulmamış marixuananı, ümumi çəkisi 106,252 qram təşkil edən narkotik vasitələrə aid olmayan, əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitki sinin toxumlarını və külli miqdarda ümumi çəkisi 2.238,414 qram təşkil edən eyni tərkibli bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın əsas hissəsini yaşadıqları evdə, narkotik vasitə qurudulmuş marixuananın qalan hissəsini isə üzərlərində saxlamışlar, bundan sonra barələrində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmələri, satış məqsədilə hazırlayıb yaşadıqları evdə saxlamaları barədə daxil olmuş əməliyyat məlumatına əsasən 15 iyul 2023-cü il tarixdə saat 14:00-da Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində, Corat qəsəbəsi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyatyanı sahəsinə baxış ke çirilən zaman oradan yaş vəziyyətdə, hündürlükləri 50 sm1,60 m, ümumi saylan 174 (bir yüz yetmiş dörd) ədəd, ümumi çəkiləri 51.650 qram təşkil edən, külli miqdarda bitki nümunələri, əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri torpağa əkilmiş vəziyyətdə aşkar edilərək götürülmüşdür.
5. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin ünvanın həyətyanı sahəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən, fərdi yaşayış evindən 01 (bir) ədəd sellofan torbada 170,00 qram çəkidə, şəxsi istehlak miqdarından artıq miqdarda qurudulmamış marixuana, 01 (bir) ədəd qırmızı parça bükülüdə, 03 (üç) ədəd sellofan bükümdə 106,252 qram çəkidə narkotik vasitələrə aid olmayan, əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxuml arı, təmiz çəkisi 285 qram təşkil edən 01 (bir) ədəd polietilen bağlamada, təmiz çəkisi 210 qram təşkil edən 01 (bir) ədəd polietilen bağlamada, təmiz çəkisi 2,201 qram təşkil edən 01 (bir) ədəd polietilen bağlamadaki 01 (bir) ədəd sellofan bağlamada, təmiz çəkisi 1725,0 qram təşkil edən 01 (bir) ədəd ağ rəngli sintetik torbada, ümumilikdə isə 2.222,201 qram çəkidə külli miqdarda, eyni tərkibli bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 01 (bir) ədəd üzərində “X17 Scale-8006” yazısı və narkotik vasitə heroinə məxsus izlər olan üst hissəsi gümüşü alt hissəsi ağ rəngli stolüstü elektron tərəzi aşkar edilərək götürülmüşdür.
6. Bundan əlavə, həmin gün polis idarəsinə aparılan Məhkum1 üzəri nə saat 17:18-də şəxsi axtarış aparılarkən, onun əynindəki açıq boz rəngli şalvarın sol yan cibindən 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 8,293 qram təşkil edən xeyli miqdarda olan bitki mənşəli, kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.
7. Bundan başqa, həmin gün polis idarəsinə aparılan Məhkum2 üzərinə saat 17:26-da şəxsi axtarış aparılarkən, onun əynindəki boz rəngli cins şalvarın sol yan cibindən 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 7,920 qram təşkil edən xeyli miqdarda olan bitki mənşəli, kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.
8. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X8 (sədrlik edən), X11, X4 ibarət məhkəmə tərkibində) 5 dekabr 2024-cü il tarixli, 1(124)-398/2024 nömrəli hökmü ilə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Məhkum1 qəti olaraq 08 (səkkiz) il müddətə azadlı qdan məhrum etmə cəzasına məhkum edilməsi, Məhkum1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə Məhkum1 cəzaçəkmə müddətinin başlanğıcının 15 iyul 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Məhkum1 barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü m addələri ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Məhkum2 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Sumqayıt şəhər Məhkəməsinin 13 aprel 2022-ci il tarixli hökmü ilə Məhkum2 təyin edilmiş və 10 (on) ay 01 (bir) gün hissədə çəkilməmiş qalan azadlığın məhdudlaşdırılması cəzasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bər abər tutulub 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilərək hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməsi və Məhkum2 qəti olaraq 08 (səkkiz) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə Məhkum2 cəzaçəkmə müddətinin başlanğıcının 15 iyul 2023-cü il tarixdən hesablanması, Məhkum2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Məhkum2 barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmiş, hökmlə həmçinin maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.
9. Həmin hökmdən təqsirləndirilən şəxs Məhkum1 müdafiəçisi Müdafiəçi4 və təqsirləndirilən şəxs Məhkum2 müdafiəçisi Müdafiəçi1 tərəfindən apellyasiya şikayətləri verilmişlər.
10. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X9 (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət məhkəmə tərkibində) 1 may 2025-ci il tarixli, 1(105)139/2025 nömrəli qərarı ilə Məhkum1 və Məhkum2 Azərbaycan Respublikasının CM- nin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmələrinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, 1(124)-398/2024 nömrəli hökmünün apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması, Məhkum1 müdafiəçisi Müdafiəçi 4 və Məhkum2 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi qərara alınmışdır.
11. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 may 2025-ci il tarixli, 1(105)-139/2025 nömrəli qərarından Məhkum1 müdafiəçisi Müdafiəçi4 və Məhkum2 müdafiəçisi Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. II. Kassasiya şikayətlərinin dəlilləri və etirazlar:
12. Məhkum1 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri qismində birinci instansiya və apellyasiya instansiya məhkəməsi tərəfindən gəlinmiş qənaətlərə, cinayət işinin faktiki hallarına, sübutlar siyahısına və bir sıra qanunvericilik normalarına istinadlar edilərək, apellyasiya şikayətinin dəlilləri təkrarlanmaqla qeyd edilmişdir ki, Məhkum2 açıq- aşkar işgəncə və zorakılığa məruz qalması nəticəsində alınan etirafedici ifadələri nəticəsində onunla Məhkum1 birgəlik məsələsi müəyyən edilmiş, bununla da Məhkum1 etmədiyi cinayətə görə də məsuliyyətə cəlb edilməsinə zəmin yaradılmışdır. Təqsirləndirilən şəxsə verilmiş ittiham üzrə məhkəmə araşdırması təqsirləndirilən şəxsin qeyri-insani və ya onun ləyaqətini alçaldan rəftara məruz qalması barədə halların araşdırılmaması ilə aparılmış, qərarda təqsirləndirilən şəxsin işgəncələr altında və qanunsuz psixi, fiziki təsirlərə qalmasına dair dəlillərə hər hansı hüquqi qiymət verilməmişdir. Qeyd etdiklərinə əsasən məhkəmədən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 may 2025ci il tarixli, 1(105)-139/2025 nömrəli qərarının Məhkum1 aid hissədə ləğv edilməsini və ona qarşı irəli sü rülmüş ittihamda əməlində cinayət tərkibinin olmaması əsası ilə barəsində bəraət verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
13. Məhkum2 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri qismində birinci instansiya və apellyasiya instansiya məhkəməsi tərəfindən gəlinmiş qənaətlərə, cinayət işinin faktiki hallarına, sübutlar siyahısına və bir sıra qanunvericilik normalarına istinadlar edilərək, apellyasiya şikayətinin dəlilləri təkrarlanmaqla qeyd edilmişdir ki, guya Məhkum2 heç kəs döyməyib və müdafiə tərəfinin gətirdiyi dəlillərin hamısı yalandır. Hətta Məhkum2 döyülsə belə onun döyülməsinin cinayət işi ilə əlaqəsi yoxdur. Məhkəmənin yanaşması kökündən səhv olmaqla işin faktiki halları ilə təsdiq edilmir. Hesab edir ki, Məhkum2 əməlində irəli sürü lən ittihamla bağlı cinayət tərkibi yoxdur. “Baxış keçirilməsi və götürmə barədə”, “Şəxsi axtarışın keçirilməsi barədə protokollar və digər "sübutlar” qanunla müəyyən edilmiş qaydada alınmamışdır. Belə ki, iş materialları ilə tam təsdiq edilir ki, Məhkum2 işgəncələrə məruz qalmışdır. Məhkəmə Məhkum2 çəkilş zamanı qana bulaşmış köhnəyini dəyişməsindən, polislərin birinci instansiya məhkəməsində verdikləri yalan ifadələrdən bəhs etmir. Yəni birinci intansiya məhkəməsində şahid qismində ifadə verən polislər Kamalın şortikdə olduğunu bildirmişlər. Çünki məhkəmənin istinad etdiyi videoçəkilişə qədər polislər hadisə yerinə gələrkən Kamal həqiqətən şortikdə olmuş, çəkilş zamanı isə üzərəində qan izləri olduğu və şortikdə olarkən ayaqlarında olan qan ləkələri göründüyü üçün şortiki şalvarla əvəz e tməyə məcbur olmuşlar. Videogorüntüdə aşkar xəsarətin olmamasını fakt kimi qəbul edən məhkəmənin gətirdiyi dəlil son dərəcə bəsit yanaşmanın nəticəsidir.
14. Qeyd etdiklərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CPM-in) 416.1.6-cı maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntu faktları kimi qiymətləndirərək, məhkəmədən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 may 2025-ci il tarixli, 1(105)139/2025 nömrəli qərarının müdafiə etdiyi şəxsə münasibətdə ləğv edilməsini, onun barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir.
15. Kassasiya şikayətlərinə qarşı etiraz verilməmişdir.
16. Qərardan dövlət ittihamçısı tərəfindən kassasiya p rotesti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:
17. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum1 müdafiəçisi Müdafiəçi4 çıxış edərək, kassasiya şikayətini müdafiə edib, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından müraciətinin təmin edilməsini xahiş etdi.
18. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum2 müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətini müdafiə edib, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından müraciətinin təmin edilməsini xahiş etdi.
19. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı kassasiya şikayətlərinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:
20. Kassasiya instansiyası məhkəməsinin kass asiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in (bundan sonra mətndə: Azərbaycan Respublikası CPM-in və ya CPM-in) 419-cu maddəsi müəyyən edir.
21. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
22. Qanunun bu tələbindən göründüy ü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
23. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
24. Məhkum1 müdafiəçisi Müd afiəçi4 hüquqlarını müdafiə etdiyi şəxsin təqsirli bilindiyi CM-in 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə olan əməlinin sübuta yetirilməməsini, onun təqsirliliyi barədə birinci instansiya və apellyasiya instansiyalarında obyektiv araşdırmanın olmamasını mübahisələndirsə də, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı hallarla əlaqələndirməmişdir.
25. Həmçinin, Məhkum2 müdafiəçisi Müdafiəçi1 hüquqlarını müdafiə etdiyi şəxsin təqsirli bilindiyi CM-in 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə olan əməlinin sübuta yetirilməsini, onun təqsirliliyi barədə birinci instansiya və apellyasiya instansiyalarında obyektiv araşdırmanın olmamasını müb ahisələndirərək, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416.1.6-cı maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir
26. Odur ki, kollegiya Məhkum1 müdafiəçisi Müdafiəçi4nun və Məhkum2 müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətlərinin CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 may 2025-ci il tarixli, 1(105)-139/2025 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
27. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsində təsbit olunmuşdur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.
28. Həmin Məcəllənin 351.2-ci maddəsində qanunverici qeyd edir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Əlaqəli şəkildə həmin Məcəllənin 351.3-cü maddəsi təqsirləndirilən şəxsin cinayət törədilməsində təqsirini təqsirsizlik prezumpsiyası rəhbər tutulmaqla, bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair arada n qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh etmək şərtilə sübuta yetirilmiş hesab edir.
29. CPM-in 412.3-cü maddəsinə əsasən, kassasiya şikayəti və ya kassasiya protestinə həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər.
30. Məhkəmə kollegiyası məhkumlar Məhkum1 və Məhkum2 barəsində cinayət işi üzrə sübutların məhkəmələr tərəfindən Cinayət-Prosessual Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq olunmamasına dair arqumentini əsassız hesab edir.
31. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. 3
2. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
33. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
34. Cinayət işi materiallarından və apellyasiya instansiya məhkəməsinin qərarından müəyyən edilir ki, Məhkum1 və Məhkum2 barəsində bəraət hökmünün çıxarılması ilə bağlı apellyasiya şikayətlərinin dəlilləri ilə apelly asiya məhkəməsi razılaşmayıb və onların Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 5 dekabr 2024-cü il tarixli, 1(124)-398/2024 nömrəli hökmü ilə təqsirli bilinərək məhkum edilməsini qanuni və ədalətli hesab etmişdir.
35. Apellyasiya instansiya məhkəməsi cinayət işi üzrə tam, hərtərəfli və obyektiv araşdırma apararaq, cinayət işi materiallarında olan, ibtidai istintaq və məhkəmə istintaqı zamanı əldə edilmiş sübutları tədqiq edərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bi linməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplayıb, bu sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıb qiymətləndirərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlmişdir. İttiham olunduqları cinayət əməllərini törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olunduğu üçün, Məhkum1 və Məhkum2 əməlləri Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə düzgün tövsif edilmiş və onlar, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmişdilər.
36. Bununla yanaşı məhkəmə kollegiyası məhkumlar Məhkum1 və Məhkum2 müdafiəçiləri tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərində göstərdikləri dəlilləri ilə əlaqədar olaraq bildirir ki, həmin dəlillər müdafiə tər əfindən verilmiş apellyasiya şikayətlərinin dəlilləri ilə eynilik təşkil etmişdir, hansı ki, həmin dəlillərə apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət işi materiallarında olan sübutlarla əlaqəli şəkildə bir-bir təhlil edilərək araşdırılıb qiymət verilmişdir.
37. Məhkum1 müdafiəçisi Müdafiəçi4 və Məhkum2 müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətlərinin dəlilləri qismində məhkəmələr tərəfindən qanunsuz və əsassız ittiham hökmü çıxarılmasını qeyd etsələr də, mübahisələndirdikləri Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 may 2025-ci il tarixli, 1(105)-139/2025 nömrəli qərarının qanunsuzluğuna və ya əsassızlığına dəlalət edən dəlil və əsasları izah edə bilməmişdilər.
38. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr məhkumların müdafiəçilərinin a pellyasiya şikayətlərində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində və apellyasiya instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətlərində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum1 və Məhkum2 cinayət əməllərinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.
39. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum1 və Məhkum2 törətdiyi cinayət əməllərinin tövsifinə və onla ra təyin edilən cəzaya dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.
40. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edən müdafiəçilərin və dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 may 2025-ci il tarixli, 1(105)-139/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi ndə təqsirli bilinərək məhkum olunmalarına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 may 2025-ci il tarixli, 1(105)139/2025 nömrəli qərarı Məhkum1 müdafiəçisi Müdafiəçi4 və Məhkum2 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkum1 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum2 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.