Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2295/2023 07.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İsgəndər oğlu və Yusifov Şahin Yaşar oğlundan ibarət tərkibdə, İsazadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və məhkumun müdafiəçisi Kantayev Nurəddin Mahama oğlunun iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 iyul 2023-cü il tarixli, 1(107)-195/20223 nömrəli qərarından Məhkum2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə mahi yyəti üzrə baxaraq, Müəyyən etdi: Ucar Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 1(063)-7/2023 nömrəli hökmü ilə (sədrlik edən hakim H.Xəlilov) xx xxxx ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, subay, məhkumluğu olmayan, x qeydiyyatda olmaqla x yaşamış, hazırda cəza çəkən Məhkum2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza müddətinin əvvəli 15 avqust 2022-ci il tarixdən hesablanmışdır. Həmin hökmlə həmçinin Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi təqsirli bilinərək 2 il 11 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən məhkum edilmiş şəxs Məhkum2 müdafiəçisi Kantayev Nurəddin Mahama oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən və məruzəçi hakim A.M.Eyvazov, hakimlər E.Ş.Hüseynov və İ.H.Şükürovdan ibarət tərkibdə) 04 iyul 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Ucar Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 iyul 2023-cü il tarixli qərarından müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Hökmə əsasən Məhkum2 Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, satış məqsədi ilə istintaqa məlum olmayan m ənbədən və istintaqa məlum olmayan vaxtda əldə etdiyi «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” həmin Qanunun İİ siyahısı ilə müəyyən edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1,334 qram metamfetaminin 0,897 qramını 01 ədəd şəffaf sellofan bükümdə 2022-ci ilin avqust ayının əvvəllərində Ucar şəhəri, Abbas Səhhət küçəsindən keçən su kanalının kənarında tanışı Məhkum1 35 (otuz beş) manata sataraq, qalan 0,437 qram psixotrop maddə olan metamfetamini üzərində daşımaqla saxlamış, 15 avqu st 2022-ci il tarixdə, saat 18 radələrində Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar keçirilmiş əməliyyat tədbirlərinin davamı olaraq Məhkum2 Ucar şəhəri, H.Əliyev prospektində saxlanılıb Ucar Rayon Polis Şöbəsinə gətirilərək Ucar Rayon Polis Şöbəsinin növbətçi hissəsində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sağ cibində olan qara rəngli "Palmall” markalı siqaret qutusunun içərisindən qanunsuz olaraq satış məqsədi ilə əldə edərək üzərində daşımaqla saxladığı 1 ədəd şəffaf sellofan bükümdə və 1 ədəd gümüşü rəngli kağız bükümdə müvafiq olaraq ayrı-ayrılıqda təmiz çəkiləri 0,353 qram və 0,084 qram olmaqla ümumi təmiz çəkisi 0,437 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi N.M.Kantayev kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən Məhkum2 əməli düzgün tövsif olunmamış, ibtidai istintaq qərəzli aparılmış, hüquqlarını müdafiə etdiyi şəxsə polis əməkdaşları tərəfindən təzyiqlər olmuş, Məhkum2 üzərində olan psixotrop maddə metamfetamini kiməsə satma məqsədi olmamış, sadəcə olaraq metamfetamini əldə edib daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyi halda, düzgün olmayaraq Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Kassasiya şikayətində müdafiəçi N.M.Kantayev psixotrop maddəni satmaq kimi xüsusatı təsdiq edən heç bir mötəbər sübut olmadığı halda apellyasiya məhkəməsinin Məhk um2 əməlini CM-in 234.2-ci maddəsi ilə əsassız olaraq təqsirli bilib məhkum etdiyini iddia etmişdir. Müdafiəçi N.M.Kantayev kassasiya şikayətinin məzmunundan görünür ki, müəllif göstərilənlərə əsasən yüngülləşdirici halları nəzərə alaraq Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 iyul 2023-cü il tarixli qərarının dəyişdirilərək, onun əməlinin CMnin 234.2-ci maddəsindən 234.1-ci maddəsinə tövsif olunmasını və bu maddəyə uyğun olaraq yüngül cəza təyin olunmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyə tlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə ha qlıdır. Müdafiəçi Kantayev Nurəddin Mahama oğlu kassasiya şikayətində Məhkum2 əməlinin düzgün olmayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif olunduğunu, nəticədə əməlinə uyğun olmayan cəzaya məruz qaldığını iddia edərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsi əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsi və ona CM-in 234.1-ci maddəsi ilə yüngül cəzanın təyin edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu mad dəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 iyul 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkum2 ona hökmlə isnad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayət əməllərini törətməsi müdafiəçinin kassasiya şikayətində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkum 2 üzərində aşkar edilmiş 1 ədəd şəffaf sellofan bükümdə və 1 ədəd gümüşü rəngli kağız bükümdə müvafiq olaraq ayrı-ayrılıqda təmiz çəkiləri 0,353 qram və 0,084 qram olmaqla ümumi təmiz çəkisi 0,437 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin satış məqsədi ilə deyil şəxsi istifadəsi üçün əldə edib üzərində saxlaması barədə dəlilləri məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə, o cümlədən təqsirləndirilən şəxsin ibtidai istintaqda və birinci instansiya məhkəməsində verdiyi qismən etirafedici ifadələri, şahidlərin ifadələri, şahid Məhkum1 ibtidai araşdırma dövründə verdiyi ifadəsi (ifad əsində x 35 manata psixotrop maddə olan metamfetamin aldığı bildirmişdir), şəxsi axtarışın keçirilməsi və götürmə haqqında protokol, məhkəmə fiziki-kimyəvi ekspertizasının 16 avqust 2022-ci il tarixli, 17/661 saylı rəyi və digər materiallarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr müdafiəçinin apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətlərində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apel lyasiya instansiyası məhkəmələrinin Məhkum2 əməlini Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə tövsif edilməsi, onun bu maddə ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır. Məhkum2 birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş cəza apellyasiya qaydasında yoxlanılarkən də məhkəmə tərəfindən hər hansı pozuntuya yol verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfi ndən Məhkum2 cəza təyin edilərkən və apellyasiya instansiyası məhkəməsi tərəfindən bu məsələ üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə yoxlanılarkən məhkəmələr tərəfindən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin təsbit etdiyi bütün hallar, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, cəzanı yüngülləşdirən hallar - yaşayış yerindən müsbət xarakterizə olunmalarını, ilk dəfə olaraq az ağır cinayət törətməsini (CM-in 59.2-ci maddəsinə əsasən), və ağırlaşdıran halların olmaması tarazlaşdırılmış şəkildə nəzərə alınmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanın məqsədlərinə (maddə 41), cəzanın təyin edilməsinin ümumi əsaslarına (maddə 58), cəzanı yüngüllə şdirən və ağırlaşdıran hallara (maddələr 59, 61) dair müddəalarına əməl olunmuş, cinayət qanununun ədalət prinsipi (maddə 8) pozulmamışdır. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmə tərəfindən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15 və 416.1.21-ci maddələrində və 416.1-ci maddəsinin digər müddəalarında təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Beləliklə, məhkəmə kollegiyası müdafiəçi Kantayev Nurəddin Mahama oğlunun kassasiya şikayətinin təmin edilməsinə, dövlət ittihamçısı X2 isə kassasiya şikayətinin təmin edilməməsinə dair çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Şəki Ap ellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum2 barəsində olan 04 iyul 2023-ci il tarixli, 1(107)-195/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Müdafiəçi Kantayev Nurəddin Mahama tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 iyul 2023-cü il tarixli, 1(107)-195/20223 nömrəli qərarı müdafiəçi Kantayev Nurəddin Mahama oğlu tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2295/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-2295/2023
07.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver