Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2295/2025 07.10.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 iyun 2025-ci il tarixli, 1(105)-162/2025 nömrəli qərarından dövlət ittihamçısı Qasımova Sevinc Cahangir qızı tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli 1(124)-111/2024 nömrəl i hökmü ilə (hakimlər: F.Z.Hümbətov (sədrlik edən), H.S.Əliyev və A.T.Rzayeva) xx xxxx 1988-ci ildə Şabran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "Azərbaycan Dəmir Yollan” QSC-də maşinist köməkçisi işləyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 28 oktyabr 2022-ci il tarixdən hesablanmış, 09 aprel 1972-ci ildə Şabran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olma yan, Şabran şəhəri, İ.Qayıbov küçəsi, ev 42-də qeydiyyatda olmaqla faktiki olaraq Şabran şəhəri Meliorasiya küçəsi nömrəsiz evdə yaşayan X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmişdir. Məhkəmənin həmin hökmündən Dövlət ittihamçısı2 tərəfindən apellyasiya protesti və Məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 iyun 2025-ci il tarixli, 1(105)-162/2025 nömrəli qərarı ilə (hakimlər: E.M.Əhmədov (sədrlik edən), M.Ə.Rzayev və K.N.Muxtarov) verilmiş apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli 1(124)-111/2024 nömrəli hökmü də yişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 iyun 2025-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə məhkum edilmişdir ki, o istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə ümumi çəkisi 5.973,212 qram olan külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı və ümumi çəkisi 161,4 qram olan külli miqdarda narkotik vasitə olan həşişi qanunsuz olaraq əldə edib yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə daşımaqla, orada 01 ədəd sarı rəngli çantanın içərisinə həmin narkotik vasitələrdən qurudulmuş marixuananın 861,6 qram hissəsini 17 ədəd sellofan paketlərə və 69,837 qram hissəsini olan 16 ədəd kibrit qutusuna bölərək qoyma qla, həmçinin 01 ədəd ağ rəngli sintetik torbanın içərisinə 2.475,6 qram, 1.199,3 qram və 1.279,7 qram hissəsini 12 ədəd sellofan paketlərə, 30,2 qram hissəsinin 06 ədəd kibrit qutusuna, 56,975 qram hissəsini isə 75 ədəd kağız büküm olan 1 ədəd sellofan torbaya bölərək qoymaqla, habelə 01 ədəd kürəşəkilli kütlədə 161,4 qram çəkidə narkotik vasitə həşişi və 01 ədəd elektron tərəzini qoymaqla evin inşası tamamlanmamış ikinci mərtəbəsindəki dəhlizin sol tərəfində yerləşən təmirsiz vəziyyətdə olan otaqda gizlədərək saxlamış və 28 oktyabr 2022-ci il tarixdə, saat 13 radələrində, Şabran rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində keçirilən əməliyyat tədbirləri zamanı onun yaşadığı evə baxış keçirilən zaman yuxarıda qeyd ol unan ayrıayrılıqda qablaşdırılmış ümumilikdə 5.973,212 qram çəkidə külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və 161,4 qram çəkidə külli miqdarda narkotik vasitə həşiş, eləcə də 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmək, saxlamaq və daşımaq üçün qohumu Məhkum ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək istintaqa məlum olmayan vaxtda, mənbədən və miqdarda qanunsuz olaraq əldə etdikləri ümumi çəkisi 5.973,212 qram olan külli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı və ümumi çəkisi 161,4 qram olan k ülli miqdarda 1 ədəd kürəşəkilli kütlə tərkibində çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan həşişi əldə etdikdən sonra Məhkumlə birlikdə onları ayrı-ayrı hissələrə bölərək, 17 ədəd sellofan torbalarda ümumi çəkisi 861,6 qram, 16 ədəd kibrit qutularında ümumi çəkisi 69,837 qram təşkil edən hissəsini 01 ədəd sarı rəngli çantanın içərisinə, 12 ədəd sellofan torba və çantaların içində ümumi çəkisi 2.475,6 qram, 1.199,3 qram və 1.279,7 qram, 06 ədəd kibrit qutularında ümumi çəkisi 30,2 qram, 01 ədəd sellofan torbada 75 ədəd kağız bükümdə ümumi çəkisi 56,975 qram təşkil edən hissəsini 01 ədəd ağ rəngli sintetik torbanın içərisinə qoyub həmin bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, habelə ayrılıqda kağız bükümdə qablaşdırıb qeyd olunan ağ rəngli sintetik torbanın içərisinə qoyduqları təmiz çəkisi 161,4 qram təşkil edən 1 ədəd kürəşəkilii kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşişi və narkotik vasitələrin satışında istifadə etmək məqsədilə əldə etdikləri 1 ədəd elektron tərəzini cinayətkar məqsədlərinə nail olmaq məqsədilə 25 sentyabr 2022-ci il tarixdə günorta saatlarında ünvan 4 ünvanında saxlamaq üçün aralarında razılaşdırılmış plana uyğun olaraq qohumu Məhkum vermiş, sonuncu isə qeyd olunan narkotik vasitələri yaşadığı həmin ünvanda yerləşən fərdi yaşayış evinin inşası tamamlanmamış ikinci mərtəbəsindəki dəhlizin sol tərəfində yerləşən təmirsiz vəziyyətdə o lan otaqda gizlətmiş, 28 oktyabr 2022-ci il tarixdə, saat 13 radələrində, Şabran rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində keçirilən əməliyyat tədbirləri zamanı Məhkum yaşadığı ünvan 5 ünvanındakı evinə keçirilmiş baxış zamanı yuxarıda qeyd olunan ayrı-ayrılıqda qablaşdırılmış ümumilikdə 5.973,212 qram olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuana, 161,4 qram olan külli miqdarda narkotik vasitə həşiş və 01 ədəd elektron tərəzi həmin otağın pəncərəsinin olduğu divardan və onun sol tərəfində yerləşən divardan asılmış sintetik torbalarda aşkar edilərək qanunamüvafiq qaydada rəsmiləşdirilməklə qablaşdırılıb götürülmüşdür. Birinci instansiya məhkəməsi X7 tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında yuxarıda təsvir edilən külli miqdarda narkotik vasitənin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsinin, üzərində saxlamaqla daşınmasının sübuta yetirilməməsi barədə nəticəyə gəlib, ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə bəraət vermiş, həmin nəticə ilə apellyasiya instansiyası məhkəməsi də razılaşmışdır. Həmçinin birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair müddəalar ittihamdan xaric edilmiş və sonuncu yalnız Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi təqsirli bilinmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla, o cümlə dən iş üzrə məhkumların ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri ilə, şahid ifadələri, ekspert rəyləri, maddi sübutlar və sair sənədlərlə X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlləri üzrə təqsirliliyi öz təsdiqini tapdığı halda, məhkəmələr sübutları düzgün tədqiq edib qiymətləndirməmiş, nəticədə müstəsna olaraq Mahir Quliyevin özünümüdafiə xarakterli ifadəsi əsasında təqsirliliyinin sübuta yetirilməməsi haqqında qənaətə gəlib ona bəraət vermişlər. Həmçinin dövlət ittihamçısı kassasiya protestində bildirir ki, ibtidai istintaq zamanı toplanmış sübutlarla Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən sat ış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddəni qanunsuz olaraq əldə etmə, daşıma və saxlama cinayətini törətməsi təsdiq olunduğu halda məhkəmələr cinayətprosessual qanunun 143-146-cı maddələrinin ziddinə olaraq işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş, Məhkum Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair müddəaları ittihamdan xaric etmiş və onu yalnız Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilmişlər. Dövlət ittihamçısı M.M.Quliyevə və Məhkum kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2-416.1.3, 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 iyun 2 025-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyün ü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla X4 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, ona həmin maddə ilə bəraət verdiyini, həmçinin Məhkum əməlinin hüquqi tövsifinin Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsini əsasız olaraq ittihamdan xaric edilməsini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.1-416.1.3 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cin ayət Kollegiyasının 05 iyun 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. CPM-in 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayətprosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğ u prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prin sipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama z amanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Cinayət - Prosessual Qanunun 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviriəsaslandırıcı hissəsində göstərsin. Kassasiya protestində məhkəmələr tərəfindən yuxarıda təsvir edilən cinayətprosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, birinci və apellyasiya instansiyasında məhkəmə baxışının, çıxarılmış bəraət hökmünün bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmələr sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə baxışları qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatı nın prinsiplərinə əməl olunmaqla aparılmış, məhkəmə tərəfindən cinayət prosesi tərəflərinin təqdim etdikləri hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmişdir. Xüsusi ilə nəzərə alınmalıdır ki, ittiham tərəfinin X5 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraətin verilməsinin mübahisələndirilməsi üzrə dəlilləri (hazırkı kassasiya protesti ilə eyni olan) onun barəsində (bəraət almış şəxsin vəziyyətinin pisləşməsinə münasibətdə) verilmiş apellyasiya protestinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə, o cümlədən bəraət almış şəxsin və şahidlərin ifadələri, maddi sübutlar, istintaq hərəkətlərinin protokolları və digər sübutlarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Həmç inin Məhkum ona birinci instansiya məhkəməsinin hökmü ilə isnad edilən, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı hazırkı qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayətkar hərəkətləri törətməsi, müvafiq olaraq da onun əməllərində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş - satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayətinin tərkibinin olması, onun həmin maddə ilə təqsirliliyi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 143146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, apellyasiya məhkəməsi tərəfindən də təhlil edilmiş bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir. Apellyasiya məhkəməsinin sözüg edən məsələlər üzrə gəldiyi nəticələr apellyasiya protestində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya protestində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin X1 miqdarda 5.973,212 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və külli miqdarda 161,4 qram çəkidə narkotik vasitə həşişin satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq əldə etməsi, üzərində saxlamaqla daşınması sübuta yetirilməməsi əsası ilə ona Ci nayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə bəraət verməsi və eyni zamanda Məhkum cinayət əməllərinin faktiki məzmunu, əməlin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi (cinayət işinin materiallarından görünür ki, Məhkum M.Quliyevlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməsi və bununla bağlı hər hansı bir sübut əldə edilməmişdir), onun bu maddə ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Qeyd olunan və digər sübutlar hökmdə ətraflı təsvir edilib, ittiham tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların ü zərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır. Belə olan halda dövlət ittihamçısının məhkəmələr tərəfindən sübutların cinayətprosessual qanunun 143-146-cı maddələrinin tələblərinə müvafiq surətdə tədqiq edilibqiymətləndirilməməsi, məhkəmələrin sübutların yolverilməzliyi üzrə nəticələrinin düzgün olmaması, Məhkum Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair müddəaları ittihamdan xaric edilməsinin, X5 isə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə bəraət verməsinin qanunsuz olması haqqında mülahizələri və müvafiq olaraq onun kassasiya müraciəti əsaslı sayıla bilməz. “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikas ının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxar ı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il). Məhkəmə kollegiyası Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyindən çıxış edərək belə qənaətə gəlir ki, apellyasiya protesti ilə eynilik təşkil edən kassasiya protestində göstərilən dəlillərə apellyasiya instansiyası məhkəməsinin yekun qərarında ətraflı təsvir edilib ittiham tərəfinin iddiaları ilə müqayisə edilməklə tam, hərtərəfli və obyektiv qiymət verildiyindən, kassasiya protestində apellyasiya mə hkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək, araşdırmanın obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, hazırkı kassasiya müraciətində irəli sürülmüş dəlilərə geniş şərh vermədən, apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşaraq onların təsdiqi ilə kifayətlənmək mümkündür. Qeyd olunanlar dövlət ittihamçısının kassasiya protestinə baxılması nəticəsində apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.1-416.1.3 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməsinin müəyyən olunmadığını, yəni kassasiya protestinin təmin olunması, apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Belə olan hal da məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi haqqında dövlət ittihamçısı X2 çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 iyun 2025-ci il tarixli, 1(105)-162/2025 nömrəli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum və X4 barələrində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 iyun 2025-ci il tarixli, 1(105)-162/2025 nömrəli qərarı verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2295/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2295/2025
07.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver