Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2296/2023 21.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X6 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-151/2023 nömrəli, 24 may 2023-cü il tarixli hökmündən Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiy a protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi I. İşin halları
1. X1 18 aprel 1973-cü il tarixdə Şəki rayonunda, Suçma kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta-ixtisas təhsilli, əvvəllər məhkum olunmamış, X7 İdarəsinin nəzdində fəaliyyət göstərən Şəki rayonu Suçma kənd Diyarşünaslıq evinin direktoru vəzifəsində işləmiş, Şəki rayonu, Suçma kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. 2. 29 sentyabr 2022-ci il tarixli ittiham aktına görə X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 178.2.3 və 32.4,312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir ona görə ki, o, xx.xx.2018-ci il tarixli, 124 saylı əmrlə həmin tarixdən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliy i X7 İdarəsinin nəzdində fəaliyyət göstərən Şəki şəhəri Suçma kənd Diyarşünaslıq evinin direktoru vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Şahid4 X7 İdarəsinin tabeçiliyində olan mədəniyyət evlərindən birinə işə qəbul edilməsində köməklik göstərilməsi ilə bağlı 2022-ci ilin fevral ayında özünə müraciət etmiş Zərərçəkmiş şəxs ilə Şəki şəhərində görüşləri zamanı sonuncuda guya özünün X7 İdarəsinin səlahiyyətli rəhbər vəzifəli şəxsləri ilə geniş əlaqələrinin olması və həmin əlaqələri vasitəsilə qeyd edilən məsələni müsbət həll edəcəyini yalandan bildirib, özü barədə formalaşdırdığı inam və etibardan istifadə edərək, həmin məsələnin müsbət həlli üçün yüksək və zifədə işləyən həmin tanışına xidməti vəzifələrinin icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi hərəkətə, yəni sonuncunun X7 İdarəsinin tabeçiliyində olan mədəniyyət evlərindən birinə işə qəbul edilməsi üçün zəruri tədbirlərin görülməsinə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 3.000 (üç min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını 2022-ci ilin fevral ayında Şəki şəhəri, Məmmədşərif Həmidov küçəsində yerləşən Mərkəzi Poçtun inzibati binasında görüşləri zamanı Zərərçəkmiş şəxs aldatmaqla bildirərək, sonuncunun razılığını almaqla sövdələşib, həmin niyyətlə 2022-ci ilin fevral ayında həmin Mərkəzi Poçtun qarşısında ondan 3.000 (üç min) manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək ald atma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus cəmi 3.000 (üç min) manat məbləğində pul vəsaitini ələ keçirməklə dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Zərərçəkmiş şəxs təhrik etməklə cinayət əməllərini törətmişdir. 3. 02 noyabr 2022-ci il tarixdə Şəki Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə X5 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və məhkəmə baxışına təyin olunmuşdur.
4. Şəki Rayon Məhkəməsinin 1(075)-7/2023 nömrəli, 17 fevral 2023-cü il tarixli qərarı ilə X5 Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsi ilə cinayət təqibinə xitam verilməklə həmin maddələrlə cinayət məsuliyyətindən azad edilmişdir.
5. Şəki Rayon Məhkəməsinin 1(075)-7/2023 nömrəli, 17 fevral 2023-ci il tarixli hökmü ilə X2 Azərbaycan Respublikası CM-nin 32.4, 312.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib ona Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi hökm edilmiş, həmçinin məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxs X2 müdafiəçisi Müdafiəçi2 tərəfindən apellyasiya şikayəti veril mişdir.
7. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-151/2023 nömrəli, 24 may 2023-cü il tarixli hökmü ilə apellyasiya şikayəti təmin edilərək Şəki Rayon Məhkəməsinin 1(075)-7/2023 nömrəli, 17 fevral 2023-cü il tarixli hökmü ləğv edilmiş, X2 barəsində təqsirsizliyini təsdiq edən Azərbaycan Respublikası CM-nin 32.4,312.1-ci maddəsində nəzərdə tutulan cinayət hadisəsi olmadığına görə bəraət verilmişdir.
8. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Kassasiya protestində qeyd edilmişdir ki, Şəki Apellyasiya Məhkəməsi yekun hökm qəbul edərkən, cinayət prosessual qanunvericiliyinin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutlar Az ərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş və qiymətləndirilməmiş, eləcə də cinayət və cinayət-prosessual qanunlarının normaları düzgün tətbiq edilməmiş və bunun nəticəsi olaraq X3 verilmiş ittihamdan Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi xaric edilməli olduğu halda, əsassız olaraq ona həmin maddə ilə bəraət verilmiş, bəraət hətta əsaslı hesab edilsə idi belə, bu halda apellyasiya instansiyası məhkəməsi prosessual əsas olaraq cinayət hadisəsinin olmamasını nəzərdə tutan Azərbaycan Respublikası CPM-nin 42.1.1-ci maddəsinə deyil, əməldə cinayət tərkibi olmamasını nəzərdə tutan eyni Məcəllənin 42.1.2-ci maddəsinə istinad etməli idilər. Həmçinin, məhkəmə tərəfindən əsassız olaraq, X3 Azərbaycan Respublikası CPM-nin 56 və 6 3-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ izah edilmişdir. Cinayət işinin materiallarından, həmçinin iş üzrə qəbul edilmiş qərarların təhlilindən görünür ki, məhkəmə Müşfiq Musayevin törətmiş olduğu cinayət əməllərinə görə onun barəsində olan işə hissəvi bəraət vermiş, iş üzrə tam bəraət verilməsi barədə hökm çıxarılmamış, bu da təqsirləndirilən şəxsin kompensasiya almaq hüququnu istisna edir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntu kimi qiymətləndirərək, həmin əsasla Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-151/2023 nöm rəli, 24 may 2023-cü il tarixli hökmünün ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir.
10. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələ rində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 41 6-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların düzgün qiymətləndirilmədiyini, nəticədə X3 əsassız və yaxud səhv cinayət prosessual-hüquqi normaya əsaslanmaqla bəraət verildiyini iddia edərək, kassasiya xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
16. Odur ki, məhkəmə kollegiyası kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxım ından səlahiyyətlərinə aid olan kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-151/2023 nömrəli, 24 may 2023-cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
18. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin süb utlara əsasən müəyyən edilməsini tələb edir.
19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallar ının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).
21. Məhkəmə kollegiyası xatırladır ki, Azərbaycan Respublikası CM-nin 178.2.3cü maddəsinin dispozisiyasına görə, dələduzluq, yəni etibar dan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə müvafiq cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas hesab edilir.
22. Azərbaycan Respublikası CM-nin 312.1-ci maddəsini dispozisiyasında isə rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsində ifadə olunur.
23. Baxılan cinayət işində ibtidai istintaq orqanı və məhkəmələr belə nəticəyə gəlmişl ər ki, X5 zərərçəkmiş şəxsə sonuncunun xahişinin həll edilməsi üçün vəzifəli şəxsə rüşvət qismində pul verilməsi zəruri olduğunu bildirməklə onu aldadıb, həmin pul vəsaitlərini alaraq ələ keçirməklə dələduzluq etmiş və zərərçəkmiş şəxsi vəzifəli şəxsə rüşvət qismində pul verilməsinə təhrik etmiş, bununla da Azərbaycan Respublikası CM-nin 312-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qəsd etmişdir.
24. İbtidai istintaq orqanının X3 ittiham elan etdiyi Azərbaycan Respublikası CMnin 32.4,312.1-ci maddəsi “dövlət hakimiyyəti əleyhinə cinayətlər” bölməsinin “korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlər” fəslində nəzərdə tutulmaqla onun dispozisiyası rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsinə və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunmasına, vəd edilməsinə və ya verilməsinə təhrik etmə kimi təsbit olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsində yer aldığı bölmə və fəslin adından da aydın olduğu kimi, rüşvət vermə cinayətinin obyektini dövlət hakimiyyətinin, dövlət qulluğunun, yerli özünüidarə orqanlarında, habelə kommersiya və qeyri-kommersiya təşkilatlarında qulluğun normal həyata keçirilməsini təmin edən ictimai münasibətlər təşkil edir.
25. X3 irəli sürülmüş ittihamdan isə aydın görünür ki, o, zərərçəkmiş şəxsi aldadaraq, onun hazırki qərarın “İşin halları” hissəsində təsvir edilmiş məs ələnin həll etməkdən ötrü vəzifəli şəxsə çatdırmaq adı ilə pul alıb ələ keçirmişdir.
26. Qeyd olunmalıdır ki, məhkəmə aktları qəbul edildiyi dövrdə X2 əməlləri mövcud olmuş məhkəmə təcrübəsinə uyğun olaraq məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 32.4,312-ci maddəsi ilə tövsif edilsə də, daha sonra qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarları yeni məhkəmə təcrübəsinin formalaşmasına əsas yaratmışdır ki, məhkəmə kollegiyası həmin qərarlardan çıxış edərək X2 hərəkətlərində Cinayət Məcəlləsinin 32.4,312-ci maddəsinin dispozisiyası ilə uzlaşan tərkib əlamətlərinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlərin mövcud olub olmamasına, qeyd olunan hərəkətlərin “rüşvət verməyə təhrik” və ya “dəl əduzluğun üsulu” kimi çıxış etməsinə qiymət verilməsini zəruri hesab edir.
27. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müəyyən etdiyi hüquqi mövqeyə görə yalançı vasitəçinin hərəkətləri rüşvət verməyə təhrik kimi qiymətləndirilə bilməz, çünki yalançı vasitəçinin niyyəti bütün digər iştirakçılarla birgə bir cinayət əməlini törətməyə (rüşvət verməyə) deyil, digər şəxslərin əmlakını ələ keçirməyə şərait yaratmağa yönəlmişdir. Hətta yalançı vasitəçiyə qarşı rüşvət verməyə cəhdə təhrik etmə ittihamının irəli sürülməsi də burada vəziyyəti dəyişmir. Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hes ab olunur. Başa çatmamış cinayətdə iştirakçılıq həm də onu nəzərdə tutur ki, bu hallar bütün iştirakçıların, o cümlədən təhrikçinin iradəsindən asılı olmadan baş verir. Sözügedən halda isə cinayətin başa çatmamasının səbəbi yalançı vasitəçinin hərəkətləridir ki, onun əməlləri rüşvət verən şəxsin başa çatmış cinayəti törətməsi ehtimalını istisna edir. Rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vasitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarı).
28. Məhz bu yanaşmadan çıxış edərək və həmin yanaşmanı müdafiə etdiyini bir daha nümayiş etdirərək Konstitusiya Məhkəməsi qəbul etdiyi digər qərardadında bir daha qeyd etmişdir ki, yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün rüşvət şəklində pul və sair maddi nemətlər alır, lakin faktiki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və s. ilə bağlı ictimai münasibətlər deyil, mülk iyyət hüquq münasibətləri təhlükə altına alınır (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının 17 aprel 2023-cü il tarixli Qərardadı).
29. Konstitusiya Məhkəməsinin şərhini rəhbər tutan Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu qəbul etdiyi müvafiq qərarında belə nəticəyə gəlmişdir ki, vəzifəli şəxsə rüşvət vermək barədə təşəbbüsü bu yolla özgə əmlakını ələ keçirmək məqsədini həyata keçirən şəxsin özü irəli sürdükdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 2023-cü il 17 aprel tarixli Qərardadında (bu Qərar və Qərardad birlikdə götürülməklə, onların təsviriəsaslandırıcı hissələrində) ifadə olunmuş hüquqi mövqelərə əsasən təqsirkarın əməli CM-nin 178.1-ci maddəsinin dispozisiyası ilə əhatə olunduğundan və burada rüşvət verməyə təhrik etmə cinayətinin (CM-nin 32.4, 312-ci maddələri) tərkibinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlər mövcud olmadığından əməl qeyd edilən cinayətlərin ideal məcmusu kimi deyil, yalnız CM-nin 178-ci maddəsi ilə d ələduzluq cinayəti kimi tövsif olunmalıdır (“Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı, № 11/2023, 19 may 2023-cü il).
30. Baxılan cinayət işinin materiallarından isə göründüyü kimi, X5 zərərçəkmiş şəxsə məxsus pul vəsaitini vəzifələri şəxsə rüşvət vermək adı ilə sonuncudan dələduzluq yolu (vahid niyyətlə) ilə ələ keçirsə də, faktiki olaraq hər hansı vəzifəli şəxsə pul və ya digər maddi nemət şəklində rüşvət verməmiş, rüşvət verməyə təhrik etmə hərəkətlərindən isə yalnız dələduzluğun üsulu kimi istifadə etmişdir ki, bu da öz növbəsində onun CM-nin 32.4,312.1-ci maddəsi təqsirli bilini b cəzalandırılmasını istisna edir.
31. Təsvir edilənlərə aid aşağı instansiya məhkəmələrin hüquqi mövqeyinə gəldikdə məhkəmə kollegiyası kassasiya protestinin müvafiq dəliləri ilə razılaşır və qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.
32. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin əlaqəli Plenum qərarında da qeyd edilir ki, irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir (“Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı, № 15, § 38, 24 dekabr 2021-ci il).
33. Cinayət işinin materiallarından isə müəyyən olunur ki, məhkəmələr X2 niyyətinin zərərçəkmiş şəxslərin əmlakını ələ keçirmək məqsədini daşıdığını, onun ümumiyyətlə hər hansı bir korrupsiya razılaşmasının əldə olunmasına çalışmadığını, əməllərinin korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilmədiyindən, əksinə əmlakla bağlı olan ictimai münasibətlərə zərər vurmağa yönəldiyini düzgün olaraq əsas götürsələr də, bu əməllərin yekunda Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan və yalnız Azərbaycan Respublikası CM-nin 73-1.2-ci və Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddələrinin tələbinə əsasən cinayət məsuliyyətindən azad edildiyindən və həmin ittiham üzrə cinayət işinin icraatına xitam verildiyini nəzərdən qaçırıb, barəsində Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi üzrə cinayət hadisəsinin olmaması əsası ilə bəraət hökmünün çıxarılmasında yanlış nəticə üzərində dayanmışlar.
34. Belə ki, cinayət hadisəsinin olmaması dedikdə, cinayət təqibi başlanılması üçün faktın (hadisənin) olmaması, yəni ictimai-təhlükəli hərəkət və ya hərəkətsizliyin həq iqətdə mövcud olmaması başa düşülməlidir.
35. Cinayət işinin materillarından və məhkəmələr tərəfindən qəbul edilmiş qərar və hökmün məzmunundan da aydın olduğu kimi, X2 əməllərində cinayət tərkibinin əlamətlərinin mövcud olması, zərərçəkmiş şəxsə qarşı dələduzluq cinayətini törətməsi iş üzrə toplanılmış sübutlarla öz təsdiqini tapmışdır.
36. Bu səbəbdən, apellyasiya instansiyası məhkəməsi tərəfindən X3 Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi ilə cinayət hadisəsinin olmaması əsası ilə bəraət verilməsi düzgün nəticə kimi qiymətləndirilə bilməz.
37. Kassasiya protestinin dəlillərində həm də, haqlı olaraq hökmdə X3 cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququnun t anınması və ona izah edilməsi zamanı apellyasiya instansiyası məhkəməsinin prosessual əsaslara və qaydalara riayət edilmədiyi qeyd edilmişdir.
38. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və iş üzrə qəbul edilmiş qərarlara nəzər yetirərkən həmçinin onu da qeyd edir ki, həm yuxarıda göstərilən əsasla - yəni X2 əməllərində cinayət tərkibinin əlamətlərinin mövcud olması, zərərçəkmiş şəxsə qarşı dələduzluq cinayətini törətməsi iş üzrə toplanılmış sübutlarla öz təsdiqini tapması, həm də məhkəmə tərəfindən məhkumun törətmiş olduğu cinayət əməlinə görə onun barəsində olan cinayət işi üzrə hissəvi bəraət verilməsi, iş üzrə tam bəraət verilməsin barədə hökmün çıxarılmaması, onun kompensasiya almaq hüququnu əldə etdiyini istisna edir.
39. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respubl ikası CPM-nin 419.10.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını ləğv etmək və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin etmək haqqında qərar qəbul etməyə haqlıdır.
40. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin hökmü X8 Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət hadisəsi olmaması əsası ilə bəraət verilməsi, onun Azərbaycan Respublikası CPM-nin 56 və 63-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompen sasiya almaq hüququnun tanınması və ona izah edilməsi hissəsində ləğv edilməli və cinayət işi üzrə icraat həmin hissədə apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-151/2023 nömrəli, 24 may 2023-cü tarixli hökmü kassasiya protestinə əsasən X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət hadisəsi olmaması əsası ilə bəraət verilməsi, onun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56 və 63-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququnun tanınması və ona izah edilməsi hissəsində ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində həmin hissədə yeni məhkəmə baxışına təyin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-151/2023 nömrəli, 24 may 2023-cü tarixli hökmü qalan hissələrdə dəyişdirilmədən saxlanılsın.