Məhkəmə qərarları › İş №1(102)-2298/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2298/2023

21.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2298/2023 21.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-233/2023 nömrəli, 14 iyun 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassas iya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum 31 avqust 1992-ci il tarixdə Ağdaş rayonunda аnadan olmuşdur, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, fərdi əməklə məşğul olan, ailəli, himayəsində bir azyaşlı uşağı olan, məhkumluğu olan, ünvan 1 ünvanda yaşamışdır. 2. 13 fevral 2023-cü il tarixli ittiham aktına əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham verilmişdir. 3. 01 mart 2023-cü il tarixdə Ağdaş Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansi ya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq 10,15 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış, həmin narkotik vasitə qurudulmuş marixuananın bir hissəsini, yəni 0,73 qramını 25 noyabr 2022-ci il tarixdə Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Zaur” kafesində Şahid4 8 (səkkiz) manat müqabilində satmış, 25 noyabr 2022-ci il tarixdə, saat 18.30 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı sonuncu Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Zaur” kafedə saxlanılaraq RPŞ-yə gətirildikdən sonra, həmin tar ixdə saat 19.12-dən 19.25-dək üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcəsinin sol ön cibindən 01 ədəd papirosda, təmiz çəkisi – 0.73 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüş, həmin tədbirlərin davamı kimi Məhkum 29 noyabr 2022-ci il tarixdə, saat 10.40 dəqiqədə Ağdaş şəhəri, H.Əliyev prospektində saxlanılaraq RPŞ-yə gətirildikdən sonra həmin tarixdə saat 11:30 dəqiqədən 11:46 dəqiqəyədək Ağdaş RPŞ-nin Növbətçi hissəsində üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli qış gödəkcəsinin sağ yan cibindən 02 ədəd kibrit qutusunda, ümumi təmiz çəkisi 9.42 qram, ayrı-ayrılıqda təmiz çəkiləri 4,31 qram və 5,11 qram eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar o lunaraq götürülmüşdür.

5. Ağdaş Rayon Məhkəməsinin 1(014)-34/2023 nömrəli, 05 aprel 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Məhkum Ağdaş Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli hökmü üzrə təyin edilmiş 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 04 (dörd) ay 11 (on bir) gün cəzasının iki günə bir gün hesablanmaqla 08 (səkkiz) ay 05 (beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulub Azərbaycan Respublikası CM-nin 67.1ci maddəsinə əsasən yeni hök m üzrə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə üzərində qəti olaraq 03 (üç) il 02 (iki) ay müddətində azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin 29 noyabr 2023-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Ağdaş Rayon Məhkəməsinin 1(014)-34/2023 nömrəli, 20 aprel 2023-cü il tarixli qərarı ilə Ağdaş Rayon Məhkəməsinin 1(014)-34/2023 nömrəli, 05 aprel 2023-cü il tarixli hökmündə olan anlaşılmazlıq aradan qaldırılmış, hökmün nəticə hissəsində “Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli həbsə alındığı vaxtdan yəni, 29 noyabr 2023-cü il tarixdən hesab lansın.” ifadəsinin “Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli həbsə alındığı vaxtdan yəni, 29 noyabr 2022-ci il tarixdən hesablansın.” kimi oxunması qərara alınmışdır.

7. Birinci instansiya məhkəməsinin hökmündən dövlət ittihamçısı apellyasiya protesti verərək, Ağdaş Rayon Məhkəməsinin 1(014)-34/2023 nömrəli, 05 aprel 2023-cü il tarixli hökmündən apellyasiya protesti verib Məhkum təqsirli bilindiyi maddə ilə və hökmlərin məcmusu üzrə təklif etdiyi həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməklə və cəzaçəkmə müddətinin başlanğıcının düzgün müəyyən edilməklə dəyişdirilməsini, eləcədə Ağdaş Rayon Məhkəməsinin 1(014)-34/2023 nömrəli, 20 aprel 2023-cü il tarixli qərarından apellyasiya protesti verib həmin qərarın da ləğv edilməsini xahiş etmişdir.

8. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-233/2023 nömrəli, 14 iyun 2023-cü il tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestləri təmin edilməmiş, Ağdaş Rayon Məhkəməsinin 1(014)-34/2023 nömrəli, 05 aprel 2023-cü il tarixli hökmü və Ağdaş Rayon Məhkəməsinin 1(014)-34/2023 nömrəli, 20 aprel 2023-cü il tarixli qərarı verilmiş apellyasiya protestlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

10. Kassasiya protestinin dəlilləri ilə apellyasiya protestinin dəlilləri eynidir, dövlət ittihamçısı onları təkrarlamaqla məhkum edilmiş şəxsə təyin edilmiş cəzanın yüngül olduğunu, həmçinin də anlaşılmazlıq qərarının Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) tələblərinə uyğun olmadığını iddia edərək, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-233/2023 nömrəli, 14 iyun 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi xahiş edilmişdir.

11. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

13. Kassasiya instansiyası məhkəməsində məhkəmə b axışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinay ət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

16. Dövlət ittihamçısı verdiyi kassasiya protestində Məhkum təyin edilən cəzanın həddini, həmçinin anlaşılmazlıq qərarının Azərbaycan Respublikası CPM-nin tələblərinə uyğun olmadığını mübahisələndirməklə, xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.4, 416.1.21 və 416.1.22-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

17. Odur ki, məhkəmə kollegiyası kassasiya protestini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-233/2023 nömrəli, 14 iyun 2023-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.

18. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlav ələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.

19. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışı nın predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).

20. Məhkəmə kollegiyası kassasiya protestində göstərilən dəlilləri nəzərdən keçirərək qeyd edir ki, onlar apellyasiya protestində qaldırılan iddialardan fərqlənmir, kassasiya protestinin müəllifi apellyasiya instansiya məhkəməsinin qərarında gəlinən və hazırda mübahisələndirilən nəticələri təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmir.

21. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələ üzrə gəldiyi nəticə protest müəllifinin dəlillərinin obyektiv araşdırılmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə əsaslandığından, kassasiya protestində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin nəticəsini təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas görmür.

22. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya protestində qeyd edilən mahiyyətcə eyni dəlillər üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq v ə onların təsdiqi ilə kifayətlənmək mümkündür.

23. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-233/2023 nömrəli, 14 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Təsvir edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-233/2023 nömrəli, 14 iyun 2023-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar