Məhkəmə qərarları › İş №1(102)-23/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-23/2020

24.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-23/2020 24.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun, Məhkum iştirakları ilə xx xxxx 1963-cü ildə Ağdərə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Azərbaycan Respublikası işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.2, 178.2.4 və 310-cu maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmünə əsasən (hakim M.S.Zeynalov) Məhkum CM-in 178.2.2, 178.2.4 və 310-cu maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək, CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə 3 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 310-cu maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaqla üzərində qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarı ilə təyin olunmuş 1 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası, hazırkı hökmlə təyin olunmuş cəza ilə qismən toplanılmış və qəti olaraq Məhkum üzərində 5 il 3 ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Məhkum cəzasını ümümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının xx xxxxx 2017-ci ildən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: Q.X.Babayev (sədrlik edən), İ.M.Murquzov və R.M.Abdulov) apellyasiya şik ayəti təmin edilməmiş, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsi tərəfindən Məhkum ona görə təqsirli bilinib məhkum edllmişdır ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə tabeliyindəki qurumlara işə qəbul olunmaq üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət etmiş, lakin müraciətləri mənfi cavablandırılmış Mingəçevir şəhər sakinləri X54 və X22 özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək, guya həmin Nazirliyin Akademiyasının müəllimi olduğunu bildirib, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinə işə düzəldəcəyini özünün həll edəcəyini onlara vəd verərək, cinayətkar niyyətinə nail olmaq üçün göstərilən dövlət orqanının adından istifadə edərək, müraciət etmiş şəxslərdə bununla da özünə qarşı inam və etibar yaradaraq, 2012ci ilin yay aylarında Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi ilə S.Rəhimov küçəsinin kəsişməsindəki «24 saat» kafesində xin 2.500 manat pulunu ələ keçirmiş, eləcə də həmin vaxt Vüsal Hüseynovun 2.500 manat pulunu alaraq təkrarən törətməklə, onlara məxsus əmlakı etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirirərək dələduzluq etmiş və nəticədə fiziki şəxsə qarşı qeyd olunan, eyni zamanda dövlət orqanının nüfuzunu ləkələyən, hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan həmin qanuna zidd hərəkətləri törətmişdir. Bundan başqa, o, təkrarən, eyni niyyətlə Bakı şəhər sakini X14 övladı X43 Respublikası Fövqəladə Hallar Na zirliyinin Akademiyasının «Psixologiya» fakültəsinə qəbul etdirilməsi məsələsini özünün həll edəcəyini vəd verib, - tanışlıqları dövründə x2nın ona qarşı yaranmış etimadından istifadə edərək, 2013-cü ilin yay aylarında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ərazisində istifadəsində olan «BMW X5» markalı, «AZ ** SP ***» dövlət qeydiyyat nişanlı avtomobilin salonunda ondan 3.000 manat pulu alıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə x2ya məxsus əmlakı ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən eyni məqsədlə Samux rayon sakini X1 X23 və X30 Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin X36 Xidmətinin Samux rayon idarəsinin Poylu kəndində yerləşən yanğından mühafizə məntəqəsinə yanğınsöndürən kimi işə düzəlmələrinə dair etdiyi mü raciətinə əsasən, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək, guya həmin Nazirliyin Akademiyasının müəllimi işlədiyini və həmin məsələni özünün həll etmək imkanına malik olduğunu yalandan bildirərək, münasibətləri dövründə ona qarşı yaranmış inam və etimaddan istifadə edib, işə düzəltmə adı ilə xx xxxxxxx 2013-cü il tarixdə, saat 17:00 radələrində Bakı şəhər Avtovağzalının ərazisində, istifadəsində olan «BMW X5» markalı, «AZ ** SP ***» dövlət qeydiyyat nişanlı avtomobilin salonunda Xdan 6.000 manat, x4dən isə 5.000 manat pulu alıb, nəticədə x xeyli miqdarda ziyan vurmaqla, eyni zamanda x4in əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmiş və nəticədə fiziki şəxsə qarşı qeyd olunan, eyni zamanda dövlət orqanının nüfuzunu ləkələyən, hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan həmin hərəkətləri törətmişdir. Bundan başqa, o, təkrarən eyni niyyətlə X6 vasitəsi ilə tanış olduğu X4 övladı x41un işə düzəlməsi ilə bağlı müraciət edərkən, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək, guya X13 şöbə rəisi işlədiyini bildirərək x21a oğlunu həmin Nazirliyin Bakı şəhəri Nizami rayon yanğından mühafizə idarəsinə iqtisadçı - ekspert vəzifəsinə işə düzəldəcəyini vəd verib, həmin məsələni özünün həll edəcəyi adı ilə aralarında razılaşdırılmış 10.000 manat məbləğdən 7.000 manatını xx xxxxxx 2014-cü il tarixdə, saat 16:30 radələrində Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsindəki 7 nömrəli poliklinikanın yaxınlığında x3nın vasitəsi ilə alıb, x21a məxsus xeyli miqdarda əmlakı aldatma və e tibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmiş və nəticədə fiziki şəxsə qarşı qeyd olunan, eyni zamanda dövlət orqanının nüfuzunu ləkələyən, hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan həmin hərəkətləri törətmişdir. Bundan başqa, o, təkrarən eyni məqsədlə X6 vasitəsi ilə tanış olduğu X7 işə düzəlməsi ilə bağlı müraciət edərkən, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək ona guya Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin şöbə rəisi işlədiyini bildirib, verəcəyi 3 500 manat pulun müqabilində x3u özünün Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Xaçmaz rayon şöbəsinə xilasedici vəzifəsinə qəbul etdirmək imkanının olduğunu bildirib, ona olan inam və etimaddan istifadə edə rək, həmin məsələnin həlli adı ilə xnın vasitəsi ilə xx xxxxxx 2014-cü il tarixdə, saat 10:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində xun 3.500 manat pulunu alıb, etibardan suiistifadə etmə və aldatma yolu ilə sonuncuya məxsus əmlakı ələ keçirərək təkrarən dələduzluq etmiş və nəticədə fiziki şəxsə qarşı qeyd olunan, eyni zamanda dövlət orqanının nüfuzunu ləkələyən, hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan həmin hərəkətləri törətmişdir. Bundan başqa, o,təkrarən eyni niyyətlə xun vasitəsi ilə tanış olduğu x işə düzəlməsi ilə bağlı müraciət edərkən, verəcəyi 19.000 manat pulun müqabilində oğlunu, özünün Fövqəladə Hallar Nazirliyinin X36 Xidmətinin Gəncə şəhər şöbəsinə işə düzəldəcəyini vəd verərək, həmin məsələnin həlli adı ilə x xx xxxxxx 2014-cü il tarixdə, saat 11:00 radələrində ünvan 2 ünvanda yerləşən 18 saylı Notariat Kontorunda 19.000 manat pulunu alaraq, etibardan sui-istifadə etmə və aldatma yolu ilə xə məxsus xeyli miqdarda əmlakı ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən eyni məqsədlə yaxın münasibətləri olduğu X31 vasitəsi ilə tanış olduğu Gəncə şəhər sakini X15 işə düzəlmə ilə əlaqədar müraciət edərkən, ona özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək guya Fövqəladə Hallar Nazirliyinin Akademiyasının müəllimi işlədiyini bildirib, xə verəcəyi 8.000 manat pulun müqabilində Fövqəladə Hallar Nazirliyinin X36 Xidmətinin Gəncə şəhəri idarəsinə özünün işə düzəldəcəyini vəd verərək, razılaşdırılmış məbləğdən ilkin olaraq 5.000 manat pulu xx xxx 2014-cü il tarixdə, saat 10: 15 radələrində ondan Bakı Metropolitetinin «Əhmədli» stansiyasının yaxınlığında, istifadəsində olan «BMW X5» markalı, «AZ ** SP ***» dövlət qeydiyyat nişanlı avtomobilin salonunda, eyni zamanda həmin gün guya, tibbi komissiyadan problemsiz keçməsi üçün əlavə olaraq 300 manat olmaqla, ümumilikdə 5.300 manat pulunu alıb, xə məxsus xeyli miqdarda əmlakı vahid qəsdlə etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmiş və nəticədə fiziki şəxsə qarşı qeyd olunan, eyni zamanda dövlət orqanının nüfuzunu ləkələyən, hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan həmin hərəkətləri törətmişdir. Bundan başqa, o, təkrarən eyni niyyətlə yaxın münasibətləri olduğu Gəncə şəhər sakini X31 vasitəsi ilə tanış olduğu Tovuz rayon sakini X38 işə qəbulla bağlı müraciət edərkən, ona özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək, guya Fövqəladə Hallar Nazirliyinin Akademiyasının müəllimi işlədiyini bildirib ona verəcəyi 8.000 manat pulun müqabilində Fövqəladə Hallar Nazirliyinin X36 Xidmətinin Tovuz rayon şöbəsinə yanğınsöndürən vəzifəsinə özünün işə düzəldəcəyini vəd verib, razılaşdırılan məbləğin ilkin olaraq 1.500 manatını xx xxxxxxx 2014-cü il tarixdə, saat 14:15 radələrində Bakı Metropoliteninin «Əhmədli» stansiyasının yaxınlığında alaraq, etibardan sui-istifadə etmə və aldatma yolu ilə xə məxsus 1.500 manat pul vəsaitini ələ keçirib təkrarən dələduzluq etmiş və nəticədə fiziki şəxsə qarşı qeyd olunan, eyni zamanda dövlət orqanının nüfuzunu ləkələyən, hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyət li dərəcədə pozulmasına səbəb olan həmin hərəkətləri törətmişdir. Bundan başqa, o, təkrarən eyni məqsədlə Bakı şəhərində yaşayan xun vasitəsi ilə tanış olduğu X11 əmisi oğlu x işə düzəltmək barədə müraciət edərkən, ona özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək guya Fövqəladə Hallar Nazirliyinin əməkdaşı olduğunu bildirib verəcəkləri 3.500 manat pulun müqabilində Fövqəladə Hallar Nazirliyinə sürücü kimi özünün işə düzəldəcəyini vəd verib, bu adla xx xxxxxx 2014-cü il tarixdə, saat 13:30 radələrində ünvan 3 ünvanda qeyd olunan məbləğdə pulu alaraq, aldatma və etibardan sui-istifadə etmə yolu ilə x məxsus əmlakı ələ keçirərək təkrarən dələduzluq etmiş və nəticədə fiziki şəxsə qarşı qeyd olunan, eyni zamanda dövlət orqanının nüfuzunu ləkələyən, hüquqi şəxsin hüquqlarının və qanuni məna felərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan həmin hərəkətləri törətmişdir. Bundan başqa, o, təkrarən eyni niyyətlə övladı x işə düzəlməsi ilə əlaqədar tanışı X29 müraciət edərkən, sonuncuya verəcəyi 5000 manat müqabilində oğlunu Fövqəladə Hallar Nazirliyinin X36 Xidmətinin Ağcabədi rayon şöbəsinə yanğınsöndürən vəzifəsinə özünün işə qəbul etdirəcəyini Xvəd verib, həmin məsələnin həlli adı ilə xx xxxxxx 2015-ci il tarixdə, saat 12:30 radələrində Ağcabədi rayonu Rəncbərlər kəndi ərazisində sonuncudan 5.000 manat pul alıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Haqverdi Əsədovun qeyd olunan əmlakını ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən eyni məqsədlə tanışı X20 övladı Xişədüzəlməsi ilə bağlı müraciət edərkən, sonuncuya verəcəyi 7800 manat pul un müqabilində oğlunu Fövqəladə Hallar Nazirliyinin X36 Xidmətinin Ağcabədi rayon şöbəsinə yanğınsöndürən vəzifəsinə özünün işə qəbul etdirəcəyini vəd verib, aralarında olan yaxın münasibətlərə görə Şahlar Quliyevin ona olan inam və etimadından istifadə edib, həmin məsələnin həll olunması adı ilə xx xxxxx 2015-ci il tarixdə, saat 15:15 radələrində Ağcabədi rayonu Rəncbərlər kəndi ərazisində ondan 7.800 manat pul almış və bununla da aldatma və etibardan sui-istifadə etmə yolu ilə onun xeyli miqdarda əmlakını ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən eyni niyyətlə tanışı X8 Abşeron rayonu, Xırdalan şəhəri «AAF» yaşayış kompleksindən kreditlə aldığı evin aylıq ödənişlərini etmək üçün, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi 21 saylı binanın 8-ci mənzilinin satılmasın dan əldə etdiyi cəmi 17.000 manat pulu, guya sonuncunun digər xərclərə sərf etməməsi, daha etibarlı qaydada saxlanması adı ilə oğlu Sənan X vasitəsi ilə xx xxxx 2015-ci il tarixdə, saat 15:45 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində x2dan alaraq, guya həmin pul vəsaitini özündə saxlayıb hissə-hissə yeni alınmış qeyd olunan evin aylıq kredit ödənişlərinə yönəldəcəyini vəd vermiş, lakin həmin vədinə əməl etməyərək, x2nın ona olan inam və etimadından istifadə edərək, qeyd olunan məbləği özünün şəxsi ehtiyaclarına xərcləməklə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə x2ya məxsus xeyli miqdarda əmlakı ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən eyni məqsədlə tanışı X12 övladı Xi işə düzəltmək üçün müraciət edərkən, ona verəcəyi 5.500 manat pu lun müqabilində oğlunu Fövqəladə Hallar Nazirliyinin X36 Xidmətinin Ağcabədi rayon şöbəsinə yanğınsöndürən kimi özünün işə qəbul etdirəcəyini, vəd verib, həmin məsələnin həlli adı ilə Xdən xx xxxxxxxx 2015-ci il tarixdə, 21:00 radələrində Ağcabədi şəhər avtovağzalında 3.500 manat, bundan əlavə tapşırığına əsasən sonuncu tərəfindən «Kapital bank»ın Ağcabədi filialından oğlu Xin adına xx xxxxxx 2016-cı ildə 500 manat, xx xxxxxx 2016-cı il tarixdə 500 manat və xx xxxxxx 2016-cı ildə 1.000 manat olmaqla göndərilmiş cəmi 2.000 manat, ümumilikdə isə 5.500 manat pulunu alıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Xə məxsus xeyli miqdarda əmlakı vahid qəsdlə ələ keçirib təkrarən dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli qərarının dəyişdirilməsi, Məhkum CM-nin 310-cu maddəsi ilə cəza təyin edilməməsi, onun ilk məhkumluğu, səmimi peşmançılıq çəkməsi, cəzasının üçdə bir hissəsindən çoxunu çəkməsi nəzərə alınmaqla cəzasının qalan hissəsinin məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, CM-nin 310-cu maddəsi ilə verilən ittihamın ona heç bir aidiyyəti yoxdur. Belə ki, o heç kimə haradasa işləməsi barədə sənəd göstərməmiş, vəsiqə təqdim etməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin olunması barədə Mə hkum, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin d eyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Verilmiş şikayətdə məhkumun əsassız olaraq CM-nin 310-cu maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi,habelə təyin edilmiş cəzanın sərt olması mübahisə edilir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərək ətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 310-cu maddəsi özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməni nəzərdə tutur. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cina yət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səla hiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Kassasiya şikayətinin Məhkum CM-nin 310-cu maddəsi ilə əsassız məhkum edilməsinə dair dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə təhlil edərək qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlay arkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşdur. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Məhkum əməlini CM-nin 310-cu maddəsi ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən c inayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, Məhkum CM-nin 310-cu maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi zərərçəkmiş şəxslər X24, X17, X30, X9, X15, X25, X32, X39, X26, X54, X40, X10, X16 və X18 ifadələri ilə yanaşı, şahidlər X58, X41, X27, X28, X19, X33 və qeyrilərinin ifadələri, Məhkəmə ekspertiza mərkəzinin xx xxxxx 2015-ci il tarixli, 4649 saylı və xx xxxxxxxx 2015-ci il tarixli, 18064 saylı rəyləri və iş materiallarında olan istintaq hərəkətlərinə dair digər sənədlərlə t am sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum cinayət əməli iş materiallarında olan özünün ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlarla tam sübuta yetirilir. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları) Azərbayc an Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəs inə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hall arına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum barəsində cəza təyin olunarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, zərərçəkmiş şəxs X14 20.000 manat maddi ziyanın ödənilməsi cəzasını yüngülləşdirən hal kimi nəzərə alınaraq düzgün nəticəyə gəlinmişdir. Həmçinin məhkəmə kollegiyası, məhkumun cəzasın ın qalan hissəsinin məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi ilə bağlı kassasiya şikayətinin dəlilini əsassız hesab edərək qeyd edir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətdə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər – ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə koll egiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi və ya dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-cü maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar