Məhkəmə qərarları › İş №1(102)-23/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-23/2021

11.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-23/2021 11.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İlqar Səyyad oğlu Qılıcov (sədrlik edən və məruzəçi), X6 və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X5, Məhkum və onun müdafiəçisi X3 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 dekabr 2018-ci il tarixli qərarından Məhkum tə rəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Xızı Rayon Məhkəməsinin (hakim İsgəndər Hacıyev) 1(068)-17/2018 nömrəli 17 sentyabr 2018-ci il tarixli hökmü ilə 12 iyul 1985-ci ildə Abşeron rayonu, Şuraabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş. Xızı rayonu, Şuraabad qəsəbəsində qeydiyyatda olan və həmin ünvanda yaşamış; Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 23 iyun 2018-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instans iya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, özgənin əmlakını talamaq məqsədilə 25 fevral 2018-ci il tarixdə, saat 05:00 radələrində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində yerləşən N saylı hərbi hissəsinin dəmir tor hasarla əhatələnmiş və mühafizə ilə təmin edilən texniki ərazisinə həmin hasarın zədələnmiş yerindən qanunsuz daxil olaraq, çəpərdən bir qədər içəriyə doğru gedib, orada səpələnmiş şəkildə olan, 1 kq-ın qiyməti 8 manat 20 qəpik təşkil edən, ümumi dəyəri N (bir min yeddi yüz iyirmi iki) manat olan 210 (iki yüz on) kq mis-sink qırıntısını gizli olaraq talamaqla, zərərçəkmiş N saylı hərbi hissəyə ümumilikdə N (bir min yeddi yüz iyirmi iki) manat məbləğində maddi ziyan vuraraq, oğurluq etmi şdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 29 may 2018-ci il tarixdə, gecə saat 01:00 radələrində Xızı rayonu, Şurabad qəsəbəsində yerləşən Cümə Məscidinin həyətinə qanunsuz daxil olmaqla, oradan vahid qəsdlə, 1 kq-nm qiyməti 8 manat 20 qəpik təşkil edən, ümumi dəyəri 65,60 (altmış beş manat altmış qəpik) manat olan 8 (səkkiz) kq, daha sonra 04 iyun 2018-ci il tarixdə, gecə saat 01:00 radələrində həmin yerdən ümumi dəyəri 205 (iki yüz beş) manat olan 25 (iyirmi beş) kq, eləcə də 19 iyun 2018-ci il tarixdə, gecə saat 02:00 radələrində oradan yenə də, ümumi dəyəri 205 (iki yüz beş) manat olan 25 (iyirmi beş) kq, ümumi kütləsi 58 kq olan, cəmi 475,60 (dörd yüz yetmiş beş manat altmış qəpik) manat təşkil edən mis-sinkdən hazırlanmış minarə qapısını və onun üzərindəki n axışları özü ilə götürdüyü 12-14-lük açarla sökərək gizli olaraq talamaqla, zərərçəkmiş şəxs X1 ümumilikdə 475,60 (dörd yüz yetmiş beş manat altmış qəpik) manat məbləğində maddi ziyan vuraraq, oğurluq etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Nazim Mövsümov (sədrlik edən və məruzəçi), Ruhiyyə Əsgərova və Elman Əhmədovdan ibarət tərkibdə) 1(105)-492/18 nömrəli, 21 dekabr 2018-ci il tarixli qərarı ilə Xızı Rayon Məhkəməsinin 17 sentyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum verdiyi kasasiya şikayətində xahiş edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 dekabr 2018-ci il tarixli qə rarı ləğv edilsin və ona daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətinin dəllilərini onunla əsaslandırır ki, apellyasiya məhkəməsinin qərarı ona görə ədalətsiz və əsassızdır. Belə ki, birinci instansiya üzrə məhkəmə istintaqında tədqiq edilmiş sübutlar kifayət etmədiyi halda onun haqqında qanunsuz olaraq ittiham hökmü çıxarılmışdır, məhkumun təqsirliliyi sübuta yetirilməmiş və apellyasiya instansiya məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən qüvvədə saxlanılmaqla, maddi və prosessual hüquq pozuntularına yol verilmişdir. Bundan başqa, məhkum ona cəza təyin olunarkən ailə vəziyyəti, zərərçəkmiş şəxslə barışıq əldə olunması kimi cəzanı yüngülləşdirən halların nəzərə alınmadığını və bundan başqa CM-in 62 və ya 70-ci maddələrinin tətbiqinin mümkünlülüyü nəzərə alınmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihadçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiy ası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Məhkum kassasiya şikayətinin başlıca dəlili barəsində qəbul edilmiş məhkəmə qərarlarının qanunsuz və ədalətsiz olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Məhkum həm ibtida istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı özünü tam təqsirli bilmiş, onun Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi həmçinin məhkəmə iclaslarında dindirilərək tədqiq edilmiş zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələri ilə, iş üzrə təyin edil ərək keçirilmiş məhkəmə ekspertizalarının rəyləri ilə, maddi sübutla və işin digər materialları ilə tam təsdiq edilir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, iş materiallarından da göründüyü kimi, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdır ılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlili əsassızdır. Məhkum kassasiya şikayətinin digər dəlili barəsində Azərbaycan Respublikası CM-in 62 və ya 70-ci maddələrinin tətbiq edilməməsinin qanunsuz və əsassız olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 62.1ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakç ısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. İşin materiallarından görünür ki, iş üzrə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində CM-in 62-ci maddəsinin tətbiqi üçün əsaslar olmadığından məhkəmələr cinayət qanunun bu normasını tətbiq etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində CM-in 62-ci maddəsinin tətbiqi üçün əsaslar olmaması barədə məhkəmələrin gəldiyi nəticə ədalətli olmaqla bərabər əsaslıdır. Müdafiəçinin kassasiya şikayətinin digər dəlilinə, yəni məhkumun barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq olunması ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində isə qeyd olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Bu normaların həm məzmunundan, həm də mənasından belə başa düşülür ki, məhkəmə Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində göstərilmiş halları nəzərə almaqla məhkumun cəza çəkmədən islah olunmasını mümkün saydıqda şərti məhkum etmə tətbiq edilməsi barədə qərar çıxara bilər. İş materiallarından, o cümlədən hökmdən və qərardan görünür ki, məhkəmələr qeyd olunan normada göstərilən bütün halları təhlil edərək nəzərə alıb məhkumun cəza çəkmədən islah olunmasını mümkün saymamış və nə səbəbdən belə qənaətə gəldiyini qərarlarında şərh etmişlər. Məhkəmələrin gəldiyi bu nəticə i ş materiallarına və qanunun tələblərinə tam uyğun olduğundan məhkəmə kollegiyası da həmin nəticə ilə razılaşır. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə kassasiya şikayətində istinad olunan halların heç biri Məhkum barəsində şərti məhkum etmənin tətbiq olunmasını mümkün sayıla bilən amillər kimi qiymətləndirilə bilməz. Həmçinin kollegiya məhkəmələr tərəfindən Məhkum təyin edilmiş cəzanın ağır olması dəlilnə də münasibət bildirərək qeyd edirlər ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olma lıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən törətdiyi əməli səmimi etiraf etməklə əməlindən səmimi peşmançıl ıq çəkməsini, oğurladığı tərkibində əlvan metal olan partlamış mərmi gilizləri hərbi hissəyə tam olaraq geri qaytarıldığından zərərçəkmiş şəxsin nümayəndəsinin ondan heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi olmasını nəzərə almış və məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini, yəni cinayətlərin residivini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alaraq ona CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasını təyin etmişdir. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında 1 ildən 3 ilədək azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi maddənin sanksiyasının aş ağı həddinə yaxın cəza təyin etmişdir. Belə cəzanı heç də ağır hesab etmək mümkün deyildir. Həmçinin, cəza təyin edilərkən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kifayət qədər nəzərə alınmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğundur. Ona görə də kassasiya şikayətinin bu barədəki dəliləri ilə razılaşmaq olmur. Məhkum Məhkum qəsdən cinayət törətməyə görə əvəllər məhkum olunduğundan və məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsi ilə cinayətin residivi yaranmışdır. Azərbaycan Respublikasının 65-ci maddəsinə əsasən Məhkum təyin edilən cəzanın müddəti CM-in 177.2.2 və 177.2.3-cü maddələrində müəyyən edi lmiş daha ciddi cəza növünün yarısından az ola bilməz. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsind ə dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlü kəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 dekabr 2018-ci il tarixli Məhkum barəsindəki qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 dekabr 2018-ci il tarixli Məhkum haqqındakı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin e

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar