Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-23/2025 28.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Ucar Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Res publikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 170.1 və 177.2.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 aprel 2024-cü il tarixli qərarından dövlət ittihamçısı Cabbarlı Bəhruz Qənbər oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ucar Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli hökmü ilə (sədrlik edən hakim Xəlilov Hilal İsmayıl oğlu) Məhkum, xx xxxxxx 1974-cü il tarixdə Ucar rayonunun Qaradağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Bərdə rayonunun Güloğlular kəndində qeydiyyatda olmaqla Ucar rayonunun Qaradağlı kəndində yaşamış, CM-in 170.1 və 177.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-in 170.1-ci maddəsi ilə 6 (altı) ay müddətə, CM-in 177.2.1-ci maddəsi ilə 2 (iki) il müddətə, CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinin tələbinə uyğun olaraq isə sonuncunun şübhəli şəxs qismində həbsdə saxlanıldığı 2 (iki) gün müddət həmin cəzadan çıxılmaqla onun üzərində qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 (iki) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törə tməkdə təqsirli bilinərək 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökm üzrə gəldiyi nəticəyə əsasən, Məhkum yetkinlik yaşına çatmayan - 2 yanvar 2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs cinayətkar fəaliyyətə cəlb etmiş, 2022-ci ilin avqust ayının axırlarından 2023-cü ilin mart ayının axırlarına kimi olan müddət ərzində tamah niyyətilə özgənin əmlakını vahid niyyətlə gizli olaraq qəsdən talama məqsədilə, Təqsirləndirilən şəxs ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gəlib Ucar rayonu, Qaradağlı kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus olan, hazırda istifadədə olmayan balıqartırma gölünün ərazisindən açıq sahədən bir neçə dəfəyə 2600 manat dəyərində 2600 metr uzunlu ğunda elektrik naqilini, 1560 manat dəyərində 26 ədəd işıq dirəyini, 300 manat dəyərində ikilaylı 1 ədəd dəmir qapını, 210 manat dəyərində 7 ədəd işıq lampasını və 300 manat dəyərində 15 ədəd su axınını tənzimləyən dəmir qapağı gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 4970 (dörd min doqquz yüz yetmiş) manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını vahid niyyətlə gizli olaraq talayıb qəsdən oğurluq etmişdir. Ucar Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli hökmündən dövlət ittihamçsı İsayeva Gülər Əlhəsən qızı tərəfindən verilmiş apellyasiya protestinə və Məhkum müdafiəçisi Məcidli Elşən Seyidəli oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Eyvazov Akif Məhərləm oğlu (sədrlik edən və m əruzəçi), Şükürov İmanverdi Həşimxan oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə) 24 aprel 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya protesti isə qismən təmin edilərək həmin hökm apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı məhkumun Ucar rayonu üzrə icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanması və hökmün nəticə hissəsində qeyd edilən (13cü vərəq, 2-ci abzasında” “X17” əvəzinə “Məhkum” kimi oxunması müəyyən edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 aprel 2024-cü il tarixli qərarından dövlət ittihamçısı B.Q.Cabbarlı kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində CM-in 2 və 170-ci maddələrinə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir sıra normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” və “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” müvafiq olaraq 17 mart 2011-ci il tarixli və 18 mart 2019-cu il tarixli Qərarlarına, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021- ci il tarixli Qərarına istinad edən dövlət ittihamçı sı B.Q.Cabbarlı həmin protestini belə əsaslandırmışdır ki, ibtidai araşdırma orqanı tərəfindən Məhkum qarşı qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən oğurluq cinayətini törətməsi ilə yanaşı, həmçinin yetkinlik yaşına çatmayan övladı - 2 yanvar 2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs tərbiyə etmək vəzifəsi daşıdığı halda ona vədlər verməklə cinayətkar fəaliyyətə cəlb etdiyinə görə də CM-in 170.2-ci maddəsi ilə ittiham irəli sürülmüş, lakin məhkəmələr onun bu əməlinin CMin 170.2-ci maddəsindən həmin Məcəllənin 170.1-ci maddəsinə tövsif edərkən əsassız mülahizəyə əsaslanmış, gəldikləri nəticə işin faktiki hallarına uyğun olmamış, bununla da əməlin tövsifində səhvə yol vermişlər. Halbuki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 2 yanvar 2006-cı il də doğulmuş Təqsirləndirilən şəxs atası Məhkumdur və belə olan halda o, oğlunu tərbiyət etmək vəzifəsi daşımışdır. Bu faktı həm ibtidai araşdırma zamanı, həm də məhkəmə iclaslarında verdikləri ifadələrində Təqsirləndirilən şəxs və Məhkum təsdiq etmiş, sonuncu məhkəməyədək icraat zamanı hətta oğlu Əlini oğurluq etməyə sövq etdiyinə görə bir valideyn kimi utandığını bildirmişdir. Şərh edilənlərdən aydın olur ki, Məhkum Təqsirləndirilən şəxs bioloji atası olması işin mübahisəsiz halıdır və heç kim tərəfindən mübahisələndirilmir. Məhkəmələr isə işin müəyyən edilmiş bu faktiki halını nəzərə almadan, rəsmi nikahın bağlanması barədə sənədin olmamasına əsaslanaraq Məhkum doğma övladı üzərində valideynlik hüquqlarının və vəzifələrinin, o cümlədən onu tərbiyə etmək vəzifəsinin olmaması barədə əsassı z nəticəyə gəlmişlər. Məhkum apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclasında da Təqsirləndirilən şəxs onun oğlu olmasını, oğlu doğulduğu andan özünün ona münasibətdə olan valideynlik öhdəliklərini yerinə yetirdiyini, sadəcə qeyri-rəsmi evli olduğu üçün Təqsirləndirilən şəxs anadan olarkən atalığın müəyyən edilməsi məqsədilə sənədlərini təqdim etmədiyini göstərmiş, bu faktı da qarşılıqlı və mübahisəsiz şəkildə Təqsirləndirilən şəxs və X4 təsdiq etmişlər. Məhkəmələrin isə rəsmi sənədin mövcud olmadığı üçün Təqsirləndirilən şəxs faktiki və bioloji atasının tərbiyə etmək vəzifəsinin olmadığı qənaətinə gəlmələri biri digəri ilə uzlaşmayan və mövcud faktiki halı inkar edən anlaşılmaz mövqedir. İş üzrə toplanmış və araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Məhkum 2006-cı ildə Təqsirl əndirilən şəxs doğulduğu vaxtdan əvvəl də onun anası X4 ilə faktiki ər-arvad münasibətlərində olmuş və cinayət hadisəsi törədildiyi vaxtadək də Təqsirləndirilən şəxs tərbiyə etmişdir. Hüquq ədəbiyyatında əks olunan mövqeyə görə, yetkinlik yaşına çatmayanları tərbiyə etmək vəzifəsi daşıyan şəxslərə yetkinlik yaşına çatmayanın valideynləri (atası və ya anası), övladlığa götürənləri, qəyyumları, himayəçiləri, himayədar valideynləri və yetkinlik yaşına çatmayanın yerləşdirildiyi tərbiyə müəssisələrinin rəhbərləri və əmək funksiyasının xarakterinə görə bu müəssisələrdəki yetkinlik yaşına çatmayanların tərbiyəsi ilə bilavasitə məşğul olan şəxslər aiddir. Hazırki iş üzrə işin faktiki hallarını nəzərə almayan birinci instansiya məşkəməsi CM-in 170.2-ci maddəsinin tərkibinin yaranmasını zəruri edən Məhkum tərəfindən törədilən əməlin cinayət-hüquqi nəticələrinə düzgün hüquqi qiymət verməmiş, onun əməlini CM-in 170.1-ci maddəsinə tövsif etməklə əməlin tövsifinin hüquqi əhəmiyyətini itirməsinə, irəli sürülən ittihamda nəzərdə tutulan cinayəti törətməkdə təqsirli olan Məhkum məsuliyyətdən kənarda qalmasına səbəb olmuşdur ki, bununla da CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi mümkün olmamış, həmin Məcəllənin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin konstitusion prinsiplər pozulmuşdur. Eyni nöqsanlara apellyasiya instansiyası məhkəməsi də yol verərək araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirməmiş, məhkum olunmuş şəxsin təhlil edilən əməlinin CM-in 170.2-ci maddəsi i lə tövsif etməli olduğu halda, qeyd edilən halları tam, hərtərəfli yoxlamamış və birinci instansiya məhkəməsinin hökmünü təhlil edilən məsələyə aid hissədə dəyişdirmədən saxlamaqla yanlış nəticəyə gəlmişdir. Qeyd olunan dəlillərə əsaslanaraq dövlət ittihamçısı B.Q.Cabbarlı onun kassasiya protestinin təmin edilməsini xahiş edir. Kassasiya protestinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesinin iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq, Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməmiş və bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmiş, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs isə naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısı H.B.İmranovun bununla bağlı rəyini dinləyib CPM-in 419. 4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə Məhkum və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Dövlət ittihamçısı B.Q.Cabbarlının kassasiya protestinin məzmunundan göründüyü kimi, sonuncu tərəfindən verilmiş həmin protestin əsas dəlilləri ondan ibarətd ir ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Məhkum yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cinayət fəaliyyətinə cəlb etmə əməlinin CM-in 170.1-ci maddəsi ilə tövsif edilməsi haqqında birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni təkrarlayarkən ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutları CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirməmiş, nəticə də isə Məhkumun qeyd olunan əməlinin tövsifində səhvə yol vermişdir. Bu dəlillərə əsaslanan dövlət ittihamçısı B.Q.Cabbarlı apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməli olması haqqında tələbini CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.2 və 416.1.15-ci madd ələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı B.Q.Cabbarlının kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və Məhkum və Təqsirləndirilən şəxs məhkum olunmalarına dair cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciə tlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci ma ddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və iş in yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəs ində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edili b-edilməməsi yoxlanılır. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb ictimai tə hlükəlilik dərəcəsi yüngül olan cinayət törətmiş şəxslərin onların törətmədiyi daha ağır əməllərə görə cinayət məsuliyyətinə cəlb edilmələrinin, təqsirli bilinmələrinin və cəzalandırılmalarının yolverilməzliyini də nəzərdə tutur. Təqsirsizlik prezumpsiyası təsbit edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ-İİİ hissələrinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyil dir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılması nı deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədq iqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyət kəsb edən bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci hissəsində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, və “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəy ə minmiş olsun. Cinayət mühakimə icratının eyni prinsipini nəzərdə tutan CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndiri lən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, həm Azərbaycan Respublikasının Əsas Qanununda, həm beynəlxalq müqavilələrdə, həm də prosessual qanunvericilikdə nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyası prinsipinə təkcə şəxsin ümumiyyətlə ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirlilik məsələsi həll olunarkən deyil, həm də onun cinayət əməlinin düzgün tövsif edilib-edilməməsinin, bu zaman törədilmiş əməlin bütün cəhətlərinin və ittihama uğun olaraq müvafiq tövsifedici əlamələtlərinin olub olmamasının yoxlanılması zamanı da əməl olunmalı və bu yoxlamanın nəticəsind ə CPM-in 318.1-ci maddəsinin tələblərinə də əməl edilməlidir. CPM-in 318.1-ci maddəsinə görə isə, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanu nun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınması, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması, cəzanın düzgün olmayan tətbiqi, nəticə etibarı ilə isə CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulması ilə nəticələnə bilər. Belə hüquqi mövqe həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, kassasiya protestində də istinad olunan “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə d air” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növ bədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CP M-in 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifa yət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tə rəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, mə lumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 125.7-ci maddəsinə görə, cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyri-mümkünlüyünü, habelə onlardan məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi aparan orqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin vəsatəti ilə müəyyən edir. CPM-in 138.1-ci maddəsində göstərilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsin in baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət proses ində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). CPM-in 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı ma ddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələr i, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5 və 351-ci maddələri) tələb edirlər ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın, iş üzrə yekun məhkəmə aktı qəbul edərkən isə - təqsirsizlik prezumpsiyası prinsipini rəhbər tutsun. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cin ayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslıl ığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuş olsun. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il ta rixli 15 nömrəli Qərarının 8-10-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nətic ələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərinə və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası dövlət ittihamçısı B.Q.Cabbarlının kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün ilk növbədə qeyd edir ki, ibtidai araşdırma orqan ı tərəfindən Məhkum qarşı CM-in 170.2 və 177.2.1-ci maddələri ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, yetkinlik yaşına çatmayan övladı-2 yanvar 2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs tərbiyə etmək vəzifəsi daşıdığı halda ona vədlər verməklə cinayətkar fəaliyyətə cəlb etmiş, 2022-ci ilin avqust ayının axırlarından 2023-cü ilin mart ayının axırlarına kimi olan müddət ərzində tamah niyyətilə özgənin əmlakını vahid niyyətlə gizli olaraq qəsdən talama məqsədilə, Təqsirləndirilən şəxs ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gəlib Ucar rayonu, Qaradağlı kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus hazırda istifadədə olmayan balıqartırma gölünün ərazisindən açıq sahədən bir neçə dəfəyə 2600 manat dəyərində 2600 metr uzunluğunda elektrik naqilini, 1560 manat dəyərində 26 ədəd işıq dirəyini, 300 manat dəyərində ikilaylı 1 ədəd dəmir qapını, 210 manat dəyərində 7 ədəd işıq lampasını və 300 manat dəyərində 15 ədəd su axınını tənzimləyən dəmir qapağı gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 4970 (dörd min doqquz yüz yetmiş) manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını vahid niyyətlə gizli olaraq talayıb qəsdən oğurluq etmişdir. Cinayət işinin materiallarından və həmin iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarından göründüyü kimi, işə mahiyyəti üzrə baxmış məhkəmələr Məhkum yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cinayətkar fəaliyyətə cəlb edərək eyni zamanda onunla qabaqcadan əlbir olmuş bir qrup şəxs halında yuxarıda təsvir edilmiş oğurluq cinayətini törətməsi haqda ibtidai araşdırma orqanının gəldiyi nət icə ilə razılaşmış, bu nəticənin toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv sübutlarla təsdiq edilməsini müəyyən etmişlər və məhkəmə kollegiyası da bu nəticəni qanuni və əsasla hesab edərək həmin nəticənin arxasında duran sübutların bir daha təftiş edilməsini zəruri saymır ona görə ki, nə ittiham, nə də ki, müdafiə tərəfi Məhkum yetkinlik yaşına çatmayan şəxsi cinayətkar fəaliyyətə cəlb etmə və oğurluq cinayəti törətməsinin sübuta yetirilməsini mübahisələndirmirlər, kassasiya protestində də bununla bağlı hər hansı dəlil irəli sürülməmişdir. Lakin, ibtidai araşdırma orqanından fərqli olaraq məhkəmələrin iş üzrə gəldikləri qənaət ondan ibarət olmuşdur ki, Məhkum cinayətkar fəaliyyətə cəlb etdiyi Təqsirləndirilən şəxs tərbiyə etmək vəzifəsini da şımadığına görə o, CM-in 170.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyekti hesab edilə bilməz, buna görə də o, yalnız CM-in 170.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Kassasiya protestində də dövlət ittihamçısı B.Q.Cabbarlı məhkəmələrin gəldikləri bu qənaəti və həmin qənaətə əsasən Məhkum törətdiyi cinayətin tövsifində səhvə yol verildiyini iddia edərək bu əsasla apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələb irəli sürmüşdür. Məhkəmə kollegiyası təhlil edilən məsələ ilə bağlı kassasiya protestinin dəlillərinə və onların üzərində qurulmuş tələbə əsaslandırılmış və inandırıcı cavab verilməsi üçün qanunvericiliyin tələblərinə və cinayət işi üzrə toplanmış bir sıra sübutlara müraciət etməyi zəruri bilir. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, CM-in 170.1-ci maddəsində on səkkiz yaşına çatmış şəxs tərəfindən yetkinlik yaşına çatmayanı aldatma, vədlər vermə, hədəqorxu vasitəsi ilə cinayətkar fəaliyyətə cəlb etməyə, CM-in 170.2-ci maddəsində isə eyni əməllərin yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsini daşıyan şəxs tərəfindən törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İV və Vİ hissələri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.2, 84.1 və 170-ci maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 6 may 2024-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Konstitusiyanın 17-ci maddəsi ilə cəmiyyətin əsas özəyi kimi ailənin dö vlətin xüsusi himayəsində olduğu bəyan edilmişdir. Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq, iştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya qanuna görə onun üçün məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Konstitusiya və beynəlxalq-hüquqi aktlar ilə dövlətin üzərinə uşaq hüquqlarının həyata keçirilməsinə nəzarət etmək kimi pozitiv öhdəliyin qoyulması uşaqlıq dövrünü n şəxsiyyətin formalaşmasının mühüm mərhələsi olmasından, məhz bu ərəfədə insanın mənəviyyatının, dünya görüşünün inkişaf etməsi, psixi və fiziki sağlamlığının bünövrəsinin qoyulmasından irəli gəlir. Bu pozitiv öhdəliyin icrasının təmin edilməsi üçün uşaqların üstün mənafelərinin müdafiəsinə yönələn səmərəli hüquq siyasətinin həyata keçirilməsi tələb olunur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhs il almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 28-ci maddəsinə görə, dövlət sosial, hüquqi, iqtisadi, tibbi və tərbiyəvi vasitələrlə uşaqları istismarın bütün növlərindən, ağır, zərərli və təhlükəli əməkdən və təsirlərdən mühafizə edir. Dövlət tərəfindən uşaqların hüquqlarının və üstün mənafelərinin səmərəli təmin edilməsi məqsədi ilə onların inkişafına təsir edə biləcək neqativ təsirlərdən müdafiəsinə dair müvafiq tənzimetmə və mexanizmlərin qanunvericilik qaydasında müəyyən edilməsi mütləqdir. Uşaqların cinayət-hüquqi müdafiəsinin təmin edilməsi məqsədilə Cinayət Məcəlləsinin 170-ci maddəsində yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə cinayət əməli kimi təsbit edilmişdir. Bu norma yetkinlik yaşına çatmayanların cinayətkarlı ğının qarşısının alınmasına yönəlməklə, ikili prevensiyaya malikdir. Cinayətin obyekti yetkinlik yaşına çatmayanların normal inkişafı və tərbiyəsi, şəxsiyyətinin formalaşmasının fiziki, mənəvi, əxlaqi, sosial və intellektual tərəfi ilə bağlı yaranan ictimai münasibətlərdir. Həmin cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, yetkinlik yaşına qədər şəxsiyyətin formalaşması yekunlaşmamış hesab edilir. Uşaq psixikası yetişkənsizliyi və xarici təsirə davamsızlığı ilə səciyyələndiyindən, yetkinlik yaşına çatmayanın cinayət fəaliyyətinə cəlb edilməsi nəinki onu hüquqazidd davranışa təhrik edir, onun normal sosiallaşması və mənəvi-psixi inkişafına da neqativ təsir göstərir. Cinayətin obyektiv cəhətini yetkinlik yaşına çatmayanın cinayətkar fəaliyyətə cəlb edilməsi təşkil edir ki, bu da şəxs də cinayətkar fəaliyyətlə məşğul olmaq arzu və qətiyyətinin yaradılmasına yönələn fiziki və psixi təsirlərlə (aldatma, vədlər vermə, hədə- qorxu) müşayiət olunan hərəkətlərdə təzahür edir. Cinayət qanunvericiliynin yuxarıda göstərilən normalarının tələbərindən göründüyü kimi, yetkinlik yaşına çatmayan şəxsi cinayətkar fəaliyyətə cəlb etmiş şəxsin törətdiyi əməlin CM-in 170.2-ci maddəsi ilə tövsi edilməsi və onun həmin maddədə nəzərdə tutulmuş cinayətin subyekti (xüsusi subyekti) hesab edilməsi üçün toplanmış və araşdırılmış sübutlarla iki şərtin müəyyən edilməsi tələb olunur: 1) həmin şəxs özü ön səkkiz yaşına çatmalıdır; 2) bu şəxs yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşımalıdır. Cinayət qanunun bu normasında yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsini daşıyan şəxs lərə kimlərin aid olması konkret olaraq göstərilməsə də, məhkəmə kollegiyası digər qanunvericilik aktlarının tələblərindən çıxış edərək və məsələyə təkcə ailə qanunvericiliyinin və digər qanunvericilik aktlarının deyil, həm də cinayət qanunun normasının tələbləri baxımından yanaşaraq hesab edir ki, belə şəxslərə ilk növbədə yetkinlik yaşına çatmayanın valideynləri, daha sonra onun qəyyumları və himayədarları, təhsil müəssisələrinin, uşaq evlərinin müəllimləri, tərbiyəçiləri, qanunvericilikdə nəzərdə tutulmuş qaydada uşağı övladlığa götürmüş şəxslər, habelə normativ və qeyri-normativ hüquqi aktlarla, məhkəmə qərarları ilə üzərlərinə uşağı tərbiyə etmək vəzifəsi qoyulmuş digər şəxslər addirlər. Bununla belə, uşağı tərbiyə etmək vəzifəsi üzərlərinə qoyulmamış onun yaxın qohumları və qohumluq əlaqələri olan şəxslər (babalar, nənələr, bacı və qardaşlar və s.), uşağı övladlığa götürməmiş ögey valideynlər və digər şəxslər həm CM-in 170.2-ci maddəsinin, həm də digər qanunvericilik aktlarının tələblərinə və mənasına görə göstərilən maddədə nəzərdə tutulmuş cinayətin subyekti hesab edilə bilməzlər. Bu təfsirə, iş üzrə toplanmış və araşdırılmış sübutlara, habelə qanunvericiliyin aşağıdakı tələblərinə əsaslanaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, işə mahiyyəti üzrə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri Məhkum CM-in 170.2-ci maddəsinin subyekti olmaması, yəni onun yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs tərbiyə etmək vəzifəsini daşımaması barədə nəticəyə gələrkən, bunun əksini təsdiq edən sübutlara lazımi qaydada qiymət verməmiş, öz nəticələrini isə qəb ul etdikləri yekun məhkəmə aktlarında kifayət qədər əsaslandırmamışlar. Belə ki, ibtidai araşdırma zamanı əldə edilmiş və cinayət işinə əlavə olunmuş Ucar rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi V.Zeynalovun ibtidai araşdırma orqanına təqdim etdiyi 19 sentyabr 2023-cü il tarixli 281 saylı arayışından göründüyü kimi, Məhkum Bərdə rayonunun Güloğlular kəndində qeydiyyatda olmasına baxmayaraq aşağıdakı ailə üzvləri ilə birlikdə Ucar rayonunun Qaradağlı kəndində yaşayır: - arvadı X9- 1981-ci il təvəllüdlü, işləmir; - oğlu Təqsirləndirilən şəxs -2006-cı il təvəllüdlü, məktəbli; - oğlu Şahid1- 2009-cu il təvəllüdlü, məktəbli; - oğlu X5 – 2013-cü il təvəllüdlü məktəbli. Bundan başqa, Təqsirləndirilən şəxs oğlunun adına olan və iş materiallarına əla və edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, sonuncu 2 yanvar 2006cı il tarixdə doğulmuş, bu haqda doğum haqqında akt qeydləri kitabında 13 aprel 2009-cu il tarixdə 30 nömrəsi ilə qeyd aparılmış, həmin şəhadətnamənin “Valideynləri” qrafasında uşağın atasının X3, anasının isə X4 olmaları göstərilmişdir. Toplanmış və araşdırılmış sübutlarla Məhkum X4 ilə rəsmi nikaha daxil olmaları müəyyən edilməmiş və buna görə Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsinin) tələblərinə uyğun olaraq doğum haqqında müvafiq qeydlər aparılarkən Xin soyadı kimi anasının soyadı yazılmışdır. Belə ki, Ailə Məcəlləsinin 43-cü maddəsinin tələbinə görə, valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. Ailə Məcəlləsinin 44.3-cü maddəsində göstərilmişdir ki, uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Ailə Məcəlləsinin 46.2-ci maddəsinə əsasən, valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Həmin Məcəllənin 46.3-cü maddəsinin tələblərinə görə, uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Məhkəmə kollegiyası onu da vurğulayır ki, Ailə Məcəlləsinin 47.1-ci maddəsinə əsasən, bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Ailə Məcəlləsinin 47.2-ci maddəsində təsbit edilmişdir ki, bu Məcəllənin 46.2-ci maddəsinə əsasən uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın hüquqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə açma haqq ında tələbi təmin oluna bilməz. İş üzrə toplanmış sübutlarla müəyyən edilir ki, istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə iclasında həm Məhkum, həm də onun arvadı X4 Təqsirləndirilən şəxs doğma atasının Məhkum olmasını bildirmiş və bununla bağlı heç bir mübahisə açmamış, Təqsirləndirilən şəxs də verdiyi ifadələrində onun atasının Məhkum olmasını nəinki inkar etməmiş, hətta bütün ifadələrində sonuncuya “atam” deyərək müraciət etmişdir. Digər tərəfdən, həm yuxarıda göstərilən sənədlərlə, həm də başqa sübutlarla Təqsirləndirilən şəxs doğma valideyni (atası) kimi tərbiyə etmək vəzifəsi daşıyan başqa şəxsin olması da müəyyən olunmamış və bu istiqamətdə məhkəmələr hər hansı araşdırma aparmayaraq həmin halı təsdiq edən sübutları əldə etməmişlər. Eyni zamanda məhkəmələr Məhkum onunla birg ə uzun müddət yaşayan (bu fakt da iş materialları ilə təkzib edilmir) Təqsirləndirilən şəxs tərbiyət etmək vəzifəsini daşımaması barədə qənaətə gələrkən nəzərə almamışlar ki, Ailə Məcəlləsinin 49.2-ci maddəsində hər bir uşağın ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malik olması nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 49.3-cü maddəsində göstərilmişdir ki, uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Ailə Məcəlləsinin 58.1-58.3-cü maddələrinə əsasən isə valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludu rlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. “Təhsil haqqında” Azərbaycan Respublikasının 19 iyun 2009-cu il tarixli Qanununun 34.2-ci maddəsində də valideynlərin təhsil sahəsində vəzifələrindən biri kimi övladlarını (qəyyumluğunda və ya himayəsində olan şəxsləri) humanistlik, vətənpərvərlik, azərbaycançılıq, əməksevərlik, öz dilinə, ədəbiyyatına və tarixinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə etmək vəzifəsi daşımaları nəzərdə tutulmuşdur (Qanunun 34.2.2-ci maddəsi). Qanunvericiliyin təsvir edilən tələblərindən də çıxış edərək məhkəmə kollegiyası vurğulayır ki, Məhkum təqsirli bilindiyi oğ urluq cinayətini törədənədək onun himayəsində olan uşaqları, o cümlədən Təqsirləndirilən şəxs tərbiyə etmək vəzifəsindən azad olunmasına əsas olan hər hansı hal müəyyən edilməmiş və məhkəmələr bu halı da təsdiq edən sübutları əldə etməyərək yekun məhkəmə aktlarında belə sübutlara əsaslanmamışlar. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum törətdiyi yetkinlik yaşına çatmayan şəxsi cinayətkar fəaliyyətə cəlb etmə cinayət əməlinin qanuna müvafiq qaydada düzgün tövsif edilməsi üçün belə sübutların da əldə edilərək araşdırılması zəruri olmuşdur ona görə ki, hər hansı əsasla şəxsin cinayət törətməyə sövq etdiyi yetkinlik yaşına çatmayan şəxsi tərbiyə etmək vəzifəsindən azad olunması və ya məhrum edilməsi müəyyən edildikdə onun CM-in 170.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyekti hes ab edilməsi və onun bu maddə ilə cinayət məsuliyyətinə cəlb edilərək təqsirli bilinməsi istisna olunur. Bütün şərh olunanlar məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsas verir ki, birinci instansiya məhkəməsinin Məhkum cinayətkar fəaliyyətə cəlb etdiyi Təqsirləndirilən şəxs tərbiyə etmək vəzifəsini daşımaması, buna görə onun əməlinin CM-in 170.1-ci maddəsi ilə tövsif edilməsi haqqında 17 yanvar 2024-cü il tarixli hökmü ilə razılaşarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmiş və buna görə kollegiya kassasiya protestinin bu məsələ ilə bağlı dəlillərini qəbul edlən sayaraq hesab edir ki, belə vəziyyətdə həmin məhkəmənin qəbul etdiyi qərar qüvvədə saxlanıla bilməz və həmin qərar ləğv edilməklə cinayət işi yeni apell yasiya baxışına təyin olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut etməyə və sübutların qiymətləndirilməsinə dair qanunvericiliyin tələblərinin pozulması müəyyən edildiyinə görə bu vəziyyətdə Məhkum əməlinə münasibətdə cinayət qanunu normasının tətbiq edilməsinə, yəni onun əməlinin hüquqi tövsifinin düzgün olub-olmamasına qiymət vermək, nəticə etibarı ilə həmin məhkəmənin CPM-in 416.1.15-ci maddəsində nəzərdə tutulmuş pozuntuya da yol verib-verməməsi, buna görə də kassasiya protestinin bununla bağlı dəlilinin əsaslı olub-olmaması barədə nəticəyə gəlmək mümkün olmadığından məhkəmə kollegiyası hesab edir bu məsələ yalnız yuxarıda göstərilən nöqsanlar və çatışmazlıqlar aradan qaldırıldıqdan sonra qanuna müvafiq qaydada həll edilə bilər. Belə qənaət isə həmçinin kassasiya i nstansiyası məhkəməsinin səlahiyyətlərini müəyyən edən prosessual qanunvericiliyinin tələblərindən irəli gəlir ki, həmin tələblərə görə də (CPM-in 419-cu maddəsi) özü bilavasitə sübutları tədqiq edib faktları müəyyən etmək səlahiyyətində olmayan kassasiya instansiyası məhkəməsi yalnız bu məsələlər apellyasiya instansiyası məhkəməsində tam, hərtərəfli və obyektiv yoxlanıldıqda, onların (həqiqiliyi şübhə doğurmayan faktların) üzərində öz mülahizə və nəticələrini qura, həmçinin maddi hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə münasibət bildirə bilər. Bu səbəbdən, birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsi, faktların müəyyən edilməsi üzrə nəticələri mübahisələndirilməklə bu cür dəlillərlə məhkum edilmiş şəxsin əməlinə cinayət qanunu normasının düzgün tətbiq edilməm əsi haqqında apellyasiya müraciətində irəli sürülmüş dəlillər və bu dəlillər üzərində qurulmuş tələb əsaslandırıldıqda, həmin dəlillərin apellyasiya instansiyası məhkəməsində lazımınca yoxlanılması kassasiya instansiyası məhkəməsi üçün mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan məhkəmə kollegiyası qanunvericiliyin tələblərindən və işin müəyyən edilmiş faktiki hallarını təsdiq edən sübutlardan çıxış edərək belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələb etdiyi kimi, iş üzrə bütün hallar üzrə həqiqətin müəyyən edilməsi üçün birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya protestində irəli sürülən bütün dəlillər yoxlanılmalı, yuxarıda göstərilən hallar da araşdırılmaqla həmin halları təsdiq və ya təkzib edən sübutlar CPM-in 14 3-146-cı maddələrinin tələblərinə uyğun olaraq digər sübutlarla birlikdə müqayisəli şəkildə qiymətləndirilməli və yalnız bundan sonra Məhkum bu və ya digər cinayət əməlini törətməsi, o cümlədən onun əməlinin hüquqi tövsifi barədə nəticə verilməlidir. Belə qənaət isə hazırki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 aprel 2024-cü il tarixli qərarının ləğv edilməsini və yeni apellyasiya araşdırmalarını labüd edir. Bunlarla yanaşı məhkəmə kollegiyası CPM-in 419.1-ci maddəsinin tələblərinə əsaslanaraq aşağı instansiya məhkəmələri tərəfindən prosessual hüquq normalarının digər tələblərinə düzgün əməl edilib-edilməməsini də yoxlamış və bu yoxlamanın nəticəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi Ucar Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli hök münün dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edərkən nəzərə almamışdır ki, həmin hökmün təsviri-əsaslandırıcı hissəsində birinci instansiya məhkəməsinin araşdırılmış sübutlara əsasən gəldiyi nəticə üzrə Məhkum təqsirli bilindiyi cinayətin müvafiq halları deyil, ibtidai araşdırma orqanı tərəfindən sonuncuya qarşı irəli sürülmüş, lakin məhkəmənin qismən razılaşmadığı ittiham üzrə müəyyən edilmiş hallar əks etdirilmiş, bununla da həm prosessual qanunvericiliyin tələbləri pozulmuş, həm də Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrinə əməl olunmamışdır. Belə ki, CPM-in 353.2-maddəsinin tələblərindən görünür ki, məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində aşağıdakılar göstərilməlidir: 353.2.1. cinayətin törədilməsi yeri, vaxtı, üsulu, təqsirin xarakteri, törədilmə m otivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri; 353.2.2. məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və onun tərəfindən digər sübutların rədd edilməsinin motivləri; 353.2.3. təqsirli şəxsin məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən hallar; 353.2.4. ittihamın bir hissəsi əsassız hesab edildikdə, bunun əsasları; 353.2.5. təqsirli şəxsin hərəkətlərinin tövsifi məhkəmə tərəfindən dəyişdirildikdə bunun motivləri; 353.2.6. qərarların qəbul edilməsində məhkəmənin istina etdiyi qanunların normaları; 353.2.7. bu Məcəllənin 346.1.11—346.1.14-cü maddələrində nəzərdə tutulmuş məsələlərin həlli zamanı məhkəmənin gəldiyi nəticələrin motivləri; 353.2.8. əlavə cəza növünün təyin edilməsi haqqında qərarın motivləri; 353.2.9. m ülki iddia və məhkəmə xərclərinin ödənilməsi barədə qərarın motivləri. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 29-cu bəndində məhkəmələrə izah edilmişdir ki, CPM-in 353.2-ci maddəsinə əsasən ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilməsi yeri, vaxtı, onun törədilmə üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri verilməlidir. Bu zaman təqsirləndirilən şəxsə istinad edilən CM-in maddəsinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi göstərilən bu və ya digər halın nəzərdən qaçırılmasına və yaxud qeyri-müəyyən ifadələrlə (“məlum olmayan” “istintaqla müəyyən edilməyən” kimi söz birlə şmələrindən istifadə olunmaqla) təsvir edilməsinə yol verilməməlidir. Məsələn, CM-in 206.1-ci maddəsinin dispozisiyasında qaçaqmalçılıq cinayəti alternativ üsullarla, o cümlədən gömrük nəzarətindən kənar və ya gömrük nəzarətindən gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə malların gömrük sərhədindən xeyli miqdarda keçirilməsi kimi təsbit edildiyindən, cinayətin təsvirində əməlin bu üsullardan hansı biri ilə törədilməsini aşkarlayan hərəkətlər (faktiki hallar) CPM-in 353.2-ci maddəsi ilə tələb olunan qaydada aydınlığı ilə təsvir olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə bir daha təhlil edərək və həmin protesti n təmin edilməsi haqqında dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək belə nəticəyə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilməli və Məhkum CM-in 170.1 və 177.2.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 aprel 2024-cü il tarixli qərarı ləğv edilməklə cinayət işi yeni apellyasiya baxışına təyin olunmalıdır. Bu qənaətə gələrkən məhkəmə kollegiyası CPM-in 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Belə ki, CPMnin 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadəl əşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Mə hkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1 və 177.2.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 aprel 2024-cü il tarixli qərarı ləğv edilsin və cinayət işinə apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunsun.
Məhkəmə qərarları › İş №1(102)-23/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-23/2025
28.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver