Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-230/2019 20.02.2019 ALİ MƏHKƏMƏ Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Yusifova Gülnar Azad qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1 Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxx 1959-cu ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, məhkum olunmamış, “xxxx” Mənzil Tikinti Kooperativinin direktoru vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublika sı Cinayət Məcəlləsinin (bundan sonra CMin) 259.2.3, 259.2.4 və 308.1-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 iyul 2018-ci il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin apelyasiya və kassasiya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Fərhad oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 24 may 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim E.B.İsayev) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 259.2.3, 259.2.4 və 308.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 259.2.3, 259.2.4-cü maddələri ilə 8000 (səkkiz min) manat miqdarında cərimə cəzasına, CM-nin 308.1-ci maddəsi ilə 1000 (bir min) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları tamamilə toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 9000 (doqquz min) manat miqdarında cərimə cəzası təyin edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 iyul 2018-ci il tarixli qərarı ilə (hakimlər: F.A.Qasımov (sədrlik edən), S.A.Mirzəyev və E.Y.Şamayev) apellyasiya şikayəti və apellyasiya təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 24 may 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İş in halları: Birinci instansiya məhkəməsinin hökmü ilə, Təqsirləndirilən şəxs təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o "xxxx" Mənzil Tikinti Kooperativinin direktoru vəzifəsində işləyərkən, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2016cı il tarixli 86 saylı qərarı və Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyəti başçısının yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında 05 sentyabr 2016-cı il tarixli 165 saylı sərəncamı ilə Nəsimi rayonu, Azadlıq prospekti Ruhulla Axundov, Mirəli Qaşqay və Vladislav Plotnikov küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində mövcud olan bina və qurğuların sökülməsinə və yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikilməsinə rəhbərlik etməklə, təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyaları yerinə yetirən səlahiyyətli şəxs kimi, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əsasən, şəhərsalma və tikinti fəaliyyəti çərçivəsində ekoloji təhlükəsizliyi və ətraf mühitin mühafizəsini təmin etməli, tikintiyə dair ümumi tələblərə uyğun olaraq tikintinin layihə sənədlərində layihədən əvvəlki və sonrakı dövrlərdə ərazidəki yaşıllıqların vəziyyətini göstərən məlumatları tam və dürüst əks etdirməli, ekoloji və ətraf mühitin təhlükəsizliyini təmin etməli və eləcə də müəyyən olunmuş digər tələblərə əməl etməli olduğu halda göstərilən tələbləri yerinə yetirməyərək, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq, həmin, yəni 0.94 ha torpaq sahəsində ərazini tikintiyə hazırlamaq üçün mövcud tikililəri sökdürərək ərazidəki yaşıllıqların qəsdən məhv edilməsi ilə tikinti işlərinin sürətləndirilməsinə nail olmaq üçün, «Yaşıllıqların mühafizəsi haqqında» Azərbaycan Respublikasının 02 may 2014-cü il tarixli Qanunun və Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli 321 saylı qərarının tələblərini pozmaqla, 2017-ci ilin mart ayının əvvəllərində həmin ərazidə mövcud olmuş diametri 28 sm olan 1 ədəd, 34 sm olan 2 ədəd, 30 sm olan 1 ədəd olmaqla 4 ədəd safora və diametri 28 sm olan 1 ədəd tut növlü, cəmi 5 (beş) ədəd bioloji inkişafda olmuş yaş köküstə ağacları istintaqa məlum olmayan şəraitdə və istintaqa məlum olmayan şəxs(lər)in vasitəsi ilə texnikadan istifadə olunmaqla kök boğazından ayırıb kök diblərini çıxartdırm ası ilə ərazidən götürdüb, bununla da öz qulluq mövqeyindən istifadə edib külli miqdarda ziyan vurmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 saylı qərarına uyğun olaraq dəyəri cəmi 9000 (doqquz min) manat olan göstərilən ağacların kəsilməsi ilə nəticələnən həmin qanunsuz hərəkətləri ilə, dövlətin şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin yerinə yetirilməsinə yönələn genişmiqyaslı tədbirləri kölgə altına alan əməlləri ilə onun qanunla qorunan mənafelərinə mühüm zərər vurmuş - vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 iyul 2018-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Dövlət ittihamçısı qeyd edir ki, apellyasiya instansiya məhkəməsi Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cərimə cəzasını əsaslı hesab edərkən yalnız cəzanı yüngülləşdirən hallara istinad etmiş, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almamış, məhkum edilmiş şəxsin şəxsiyyətini xarakterizə edən halları düzgün qiymətləndirməmişdir. Protest müəllifinin fikrincə, apellyasiya instansiya məhkəməsi cəzanı yüngülləşdirən halları qərarda yalnız sadalamaqla kifayətlənmiş, bununla bağlı hər hansı əsaslandırma aparmamışdır. O cümlədən, Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayəti törədilməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasının aşağı instansiya məhkəmələri tərəfindən cəzanın yüngülləşdirən hallar hesab edilməsi düzgün olmamış və məhkəmə qərarlarında əsaslandırılmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin, kassasiya protestinin təmin edilməməsi barədə məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkuma təyin edilmiş cəzanın yüngüllüyü mübahisə edilir. Hesab olun ur ki, məhkəmə cəza təyin edərkən cinayət qanunvericiliyinin müvafiq normalarını nəzərə almamış və məhkuma törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan yüngül cəza təyin etmişdir. Məhkum еdilmiş şəхs Təqsirləndirilən şəxs cəzа təyin еdilməsi ilə əlaqədar kassasiya protestinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qa nunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini nəzərə almış və ona təqsirli bilindiyi maddələr əsasında ədalətli cəza təyin etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağ lı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011ci il tarixli qərarları) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habel ə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olun ur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmə t edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqs irkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan da ha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu yüngül cəza təyin edilməsini nəzərdə tutur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli az ağır cinayətlər kateqoriyasına aiddir, ilk dəfə cinayət törətmişdir, yaşadığı yer üzrə müsbət xarakterizə olunur, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir və ondan heç bir şikayət və tələbi yoxdur, həmçinin iş üzrə cəzanı ağırlaşdıran hallar da mövcud deyildir. Bundan əlavə məhkəmə kollegiyası hesab edir ki, protest müəllifi məhkuma təyin edilmiş cəza ilə razılaşmamağının səbəbini kassasiya protestində əsaslandırmamış, yalnız ümumi fikirlərdən və sözlərdən istifadə edərək mövqeyini əsaslandırmağa çalışmışdır. Məhz yuxarıda qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestində göstərildiyinin əksinə olaraq hazırkı iş üzrə CPM-in 416-cı maddəsində nəzərdə tutulan qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Məhkuma təyin edilmiş cəza tam qanuni və əsaslıdır. Məhkəmə kollegiyası iş üzrə toplanmış və apellyasiya instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edib, həm onlara, həm də yuxarıda qeyd olunan hallara əsaslanaraq məhkum Təqsirləndirilən şəxs daha ağır cəza təyin edilməklə qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsinə heç bir əsas görmür və buna görə də apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya protestində göstərilən dəlilləri əsassız hesab edərək həmin protestin təmin edilmədən, Ba kı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 iyul 2018-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini qanuni və əsaslı hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 iyul 2018-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-230/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-230/2019
20.02.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver