Məhkəmə qərarları › İş №1(102)-230/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-230/2020

04.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-230/2020 04.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Məmmədov Anar Ələsgər oğlunun və Zərərçəkmiş şəxs iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2019-cu il tarixli qərarın dan Zərərçəkmiş şəxs verdiyi kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN E T D İ: Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim R.N.Ələkbərli) Məhkum (xx xx xx 1963-cü ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan3-də qeydiyyatda olan və yaşayan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hökmün icrasına nəzarətin həyata keçirilməsi Məhkum yaşayış yeri üzrə icra qurumuna həvalə edilmiş, Məhkum üzərinə yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, ünvan4nin hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmuş, Məhkum barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, cəzaçəkmə müddətinin əvvəlinin Məhkum cəzanı icra edən orqanda qeydiyyata alındığı gündən hesablanması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 sentyabr 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Ə.G.Abdullayev, hakimlər Ç.B.Məmmədov və Ş.Q.Rzaquliyevdən ibarət məhkəmə tərkibi) Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarix li hökmü dəyişdirilmiş, Məhkum Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddəti 2 (iki) ildən 3 (üç) ilə artırılmış, qalan hissədə hökm dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 sentyabr 2019-cu il tarixli qərarından Zərərçəkmiş şəxs kassasiya şikayəti vermişdir. İşin halları: Məhkum 20000 (iyirmi min) ABŞ dolları məbləğində pulun qətnamə icra olunan günə Azərbaycan manatının məzənnəsi ilə alınaraq Zərərçəkmiş şəxs verilməsinə dair Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 23 may 2017-ci il tarixli 2(044)-3656/2017 nömrəli qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Gəncə Şəhər i Nizami Rayon Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli, 3(044)-540/2018 nömrəli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsi ilə 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddət verilməsinə, 02 noyabr 2018-ci il tarixdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirərək məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edərkən onun şəxsiyyəti, tərətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, məhkəmə qətnaməsinin qüvvəyə minməsindən ötən müddət ərzində borclu olduğu 20.000 ABŞ dollarını qərəzli ola raq ödəməkdən yayınması nəzərə alınmamış, bu müddət ərzində 800 manatın ödənilməsi isə borcun çox cüzi hissəsini təşkil etdiyi üçün düzgün olmayaraq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilmiş, nəticədə hətta apellyasiya instansiyası məhkəməsinin hökmlə təyin edilmiş cəzanın müddətini bir il artırmasına baxmayaraq Məhkum islah edilməsi üçün yetərli olmayan – azadlığın məhdudlaşdırılması növündə həddindən artıq yüngül cəza təyin olunmuşdur. Zərərçəkmiş şəxs kassasiya şikayətində göstərilənlərə əsasən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 sentyabr 2019-cu il tarixli qərarının dəyişdirilməsini, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutlmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Ka ssasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərin in hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Zərərçəkmiş şəxs kassasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən Məhkum şəxsiyyətinə, təqsirli bilindiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, törədilmə hallarına uyğun olmayan azadlığın məhdudlaşdırılması növündə həddindən artıq yüngül cəzanın təyin olunduğunu və bir il artırılmasına baxmayaraq bu cəza növünün apellyasiya instansiyası məhkəməsi tərəfindən də əsassız olaraq dəyişdirilmədən saxlanıldığını iddia edərək, faktiki olaraq məhkuma azadlıqdan məhrum etmə nö vündə cəzanın təyin edilməsini təmin edən qərarın qəbul edilməsi haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya zərərçəkmiş şəxsin kassasiya şikayəti ilə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 sentyabr 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı dır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən “törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin e də bilmir”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət Məcəlləsinin 61.3-cü maddəsi isə CM-in Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halın cəza təyin edilərkən təkrar nəzərə al ınmasını qadağan edir. Cinayət Məcəlləsinin 41.1-ci maddəsində əksini tapmış cəzanın anlayışına görə “cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunan cinayət - hüquqi normaların işığında kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, həmin dəlillərin əsassız olduğu müəyyən olunur. Belə ki, Məhkum təqsirli bilindiyi, Ci nayət Məcəlləsinin 15-ci maddəsinə əsasən az ağır cinayət kimi təsnif edilən əmələ görə Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin müəyyən etdiyi məhrumiyyətlər iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmədən ibarətdir. Belə olan halda, kassasiya şikayəti müəllifinin Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, qəsd etdiyi obyektin xüsusiyyətlərinə istinad edərək təqsirkara apellyasiya instansiyası məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə (sanksiyada olan bu növ cəzanın ən yuxarı həddində) təyin edilmiş 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını mübahisələndirməsi, qanunverici məhz şikayətdə istinad edilən - cinayətin xarakteri, ictimai-təhlükəliliyi, obyektin xüsusiyyətləri və s. əlamətlərə görə CM-in sözügedən maddəsinin sanksiyasını cinayət qanununda təsbit edilən qaydada müəyyən etdiyindən, o cümlədən həmin cinayəti törətmiş şəxslərə nəinki 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını, hətta ondan daha yüngül cəzaların da (cərimənin, ictimai işlərin, islah işlərinin) təyin edilməsini mümkün bildiyindən, düzgün mövqe kimi qiymətləndirilə bilməz. Zərərçəkmiş şəxsin məhkuma daha ağır cəzanın təyin edilməsi üzərində israr etməsi həm də ona görə əsassızdır ki, Məhkum ilk dəfədir ki, məhkum olunur, evl idir, zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən (800 manat) ödəmişdir. Həmin hallar birinci instansiya məhkəməsi tərəfindən Məhkum şəxsiyyətini səciyyələndirən və cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilmiş, eyni zamanda onun cəzasını ağırlaşdıran – Cinayət Məcəlləsinin 61-ci maddəsinin təsbit etdiyi hallardan hər hansı biri hazırki işdə müəyyən olunmamış, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar mövzusunda birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə apellyasiya instansiyası məhkəməsi də razılaşmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsi cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini cəzanı yüngülləşdirən hallar sırasında birbaşa nəzərdə tutduğundan, məhkəmə kollegiyası həmin halın cəzanın təyin edilməsi zamanı nəzərə alınmasını pozu ntu hesab etmir. Zərərçəkmiş şəxsin məhkuma daha ağır cəzanın təyin edilməsini tələb edən əsas kimi onun məhkəmə qətnaməsi üzrə borclu olduğu məbləği ödəməkdən qərəzli olaraq boyun qaçırmasına istinad etməsini də əsaslı və qanuni mövqe kimi qəbul etmək mümkün deyil. Çünki, müəllifin istinad etdiyi hal Cinayət Məcəlləsinin 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş cəzanı ağırlaşdıran halların sırasında nəzərdə tutulmamış, eyni zamanda məhkəmə qərarını qərəzli olaraq icra etməmə Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin dispoziyasında həmin cinayət tərkibinin obyektiv və subyektiv cəhətlərinin zəruri əlaməti kimi göstərilmişdir. Yəni, qanunverici məhkəmə qərarının məhz qərəzli olaraq icra edilməməsinə görə CM-in 306.1-ci maddəsində cinayət məsuliyyəti müəyyən edib, həmin əmələ görə yuxarı da qeyd olunan cəzaları (o cümlədən, azadlığın məhdudlaşdırılmasını) nəzərdə tutmuşdur ki, təqsirkara da məhz bu növdə, həm də ödənilmiş ziyan vurulmuş ziyanın az hissəsini təşkil etdiyinə görə sanksiyada bu cəza üçün müəyyən edilmiş ən yuxarı həddə (3 il müddətə) cəza təyin edilmişdir. Məhkəmələrin cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar barədə qənaətləri məhkəmə araşdırmalarında tədqiq olunmuş sübutlardan irəli gəldiyindən, kollegiya hesab edir ki, baxılan işdə Azərbaycan Respublikası CPM-in 139.0.5-ci maddəsinin tələbi də pozulmamışdır. Apellyasiya instansiyası məhkəməsi Məhkumin cəzasını bir il artırıb azadlığın məhdudlaşdırılması növündə saxlayarkən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla bağlı qənaəti ilə yanaşı Məhkum törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlil ik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini də nəzərə almış, bütün bunlara görə Məhkum barəsində azadlığın məhdudlaşdırılması növündə, lakin hökmlə müəyyən olunduğundan 1 il artıq cəza təyin etməklə cəzanın məqsədlərinə nail olunmasının mümkün olduğunu əsaslandırmışdır. Təsvir olunanlar onu deməyə əsas verir ki, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin nəzərdə tutduğu cinayətə görə apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin olunmuş cəza Azərbaycan Respublikası CM-in 58-ci maddəsində təsbit edilən cəzanın təyin edilməsinin ümumi əsasları haqqında tələblərə, cəzanın məqsədlərinə (CM, maddə 41), Cinayət Məcəlləsinin prinsiplərinə, o cümlədən təqsirə görə məs uliyyət (CM, maddə 7), ədalət (maddə 8) və humanizm (maddə 9) prinsiplərinə cavab verən cəza tədbiridir. Odur ki, apellyasiya instansiyası məhkəmələrinin qərarı qanunsuz və əsassız məhkəmə aktı kimi, onun mübahisələndirilməsinə dair zərərçəkmiş şəxsin kassasiya şikayəti isə əsaslı müraciət kimi qiymətləndirilə bilməz. Şərh edilənlər apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsində təsbit edilmiş pozuntuya yol verilmədiyini, yəni mübahisələndirilən qərarının ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair zərərçəkmiş şəxsin və kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışları nı dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, zərərçəkmiş şəxs Məhkum kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 26 sentyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏR A R A A L D İ: Zərərçəkmiş şəxs kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 26 sentyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar