Məhkəmə qərarları › İş №1(102)-230/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-230/2025

21.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-230/2025 21.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum – Məhkum, Müdafiəçi – Zaqatala Rayon Vəkil Bürosunun vəkili İsayev Tural Fərhad oğlunun iştirakları ilə, Balakən Rayon Məhkə məsinin 6 fevral 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi İsayev Tural Fərhad oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Balakən Rayon Məhkəməsinin 6 fevral 2024-cü il tarixli 1(019)-5/2024 nömrəli (hakim: Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi) hökmü ilə 2 dekabr 1989-cu il tarixdə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış Məhkum Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, onun CM-in 234.1-ci maddəsi ilə 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.2-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş bu cəzaları qismən toplanılması yolu ilə ona qəti olaraq 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun CM-in 69.3-cü maddəsinə əsasən 20 yanvar 2023-cü il tarixdən 22 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 2 (iki) gün müddətin həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılması və üzərində qəti olaraq 3 (üç) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqda n məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin hazırkı hökmün çıxarıldığı 6 fevral 2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin həbs qətimkan tədbirinə dəyişdirilməsi və məhkəmə iclas zalında həbs edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicənin təyin edilməsi və narkoloji kabinetdə qeydiyyata alınması müəyyən edilmişdir. Həmin hökmlə həmçinin, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 də təqsirli bilinərək məhkum edilmiş, maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri həll edilmişdir. Hökmdən dövlət ittihamçısı Nəsimiyev İ smət Aydın oğlu tərəfindən verilmiş apellyasiya protestinə, təqsirləndirilən şəxs Məhkum və onun müdafiəçisi İsayev Tural Fərhad oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2024-cü il tarixli 1(107)231/2024 nömrəli (hakimlər: Səmədov Xəqani Hacı oğlu (sədrliyi və məruzəsi ilə), hakimlər Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, apellyasiya protesti qismən təmin edilmiş, hökmdən Məhkum CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməsinə dair müddəalar xaric edilmiş, Balakən Rayon Məhkəməsinin 6 fevral 2024-cü il tarixli hökmü baxılmış apellyasiya protestinə münasibətdə qalan his sədə dəyişdirilmədən saxlanılmış, hökm baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi İsayev Tural Fərhad oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: İstintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə ittiham verilmiş və birinci instansiya məhkəməsinin hökmünə əsasən, qəsdən, qanunsuz olaraq, satış məqsədi və tamah niyyəti ilə narkotik vasitə əldə etmə, daşıma, saxlama və satma, eləcə də qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməllərini törətmişdir. Belə ki, o, 20 yanvar 2 023-cü il tarixdə saat 14 radələrində x rayonu X kəndi ərazisində Balakən rayonu X kəndində yaşayan tanışı Təqsirləndirilən şəxs2 vasitəsi ilə Balakən rayon X kənd sakini Təqsirləndirilən şəxs1 onun yaşadığı ünvanın yaxınlığında 50 manat müqabilində qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, öz şəxsi istifadəsi məqsədi ilə alaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1 ədəd kibrit qutusunda təmiz çəkisi 6,79 qramdan çox olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı üzərində daşıyıb saxlamış, həmin tarixdə əldə etdiyi 1 ədəd kibrit qutusundakı narkotik vasitə qurudulmuş marixuananın istintaqa məlum olmayan miqdarını istifadə etmiş, daha sonra niyyətini dəyişərək həmin tarixd ə təxminən saat 16 radələrində qəsdən, satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq həmin narkotik vasitə qurudulmuş marixuananın 0,31 qram olan hissəsini 1 ədəd göy-ağ rəngli kağız bükümdə Balakən şəhəri ərazisində 5 manat müqabilində tanışı Şahid2 satmış, həmin narkotik vasitə qurudulmuş marixuananın geriyə qalan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1 ədəd kibrit qutusunda təmiz çəkisi 6,48 qram olan hissəsini isə qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq öz şəxsi istifadəsi məqsədi ilə əynindəki göy rəngli cins şalvarın sağ yan cibində daşıyaraq üzərində saxlamışdır. 20 yanvar 2023-cü il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Məhkum həmin tarixdə saat 16 radələrində qəsdən, satış məqsədi və tamah niyyəti ilə, qanu nsuz olaraq tanışı Şahid2 5 manat müqabilində satdığı 1 ədəd göy-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,31 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana həmin tarixdə saat 18:30 dəqiqədən saat 19:05 dəqiqəyədək olan müddət ərzində üzərində aparılmış şəxsi axtarış zamanı Şahid2 əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən, eləcə də Məhkum qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, öz şəxsi istifadəsi məqsədi ilə əldə edib üzərində daşıyaraq saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1 ədəd kibrit qutusunda təmiz çəkisi 6,48 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana həmin tarixdə sa at 20:40 dəqiqədən saat 21:20 dəqiqəyədək olan müddət ərzində üzərində aparılmış şəxsi axtarış zamanı Məhkum əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçisi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyasında məhkəmə baxışı zamanı işin halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, həmçinin Məhkum CM-in 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinməsinə dair cinayət qanunvericiliyinin normaları kobud şəkildə pozulmuşdur. Belə ki, cinayət işi materialları və məhkəmə araşdırması zamanı müəyyən olunur ki, Şahid2 şübhəli şəxs qismində tutulması 18:15 dəqiqədə baş vermiş, üzərində şəxsi axtarış 18:30-19:05 radələrində keçirilmiş, üzərində şəx si axtarış aparılarkən üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni Məhkum əldə etdiyini bildirmişdir. Məhkum isə tutulması 17:30-da baş vermişdir. Şahid2 üzərində şəxsi axtarış aparıldıqdan sonra vermiş olduğu məlumat əsasında Məhkum Polis şöbəsinə gətirilmişdir. Buradan aydın olur ki, əgər istintaq Məhkum Şahid2 vermiş olduğu məlumat əsasında saxlayırsa, o zaman Məhkum saxlanılması 19:05 dəqiqədən sonra yəni Şahid2 üzərində şəxsi axtarış aparıldıqdan sonra baş verməli idi. Buradan isə müəyyən olunmuşdur ki, Şahid2 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni o Məhkum əldə etməmiş, Məhkum qarşı verilmiş ittihamda narkotik vasitənin Şahid2 satılmasına dair ittihamın mövqeyi qondarmadır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs1 məhkəmədə vermiş olduğu izahatında bildirmiş dir ki, Təqsirləndirilən şəxs2 vermiş olduğu narkotik vasitə 1 kibrit qutusu olsa da içərisində az olmuşdur. Kibrit qutusunda olan narkotik vasitənin az olması, Təqsirləndirilən şəxs2, Məhkum, Təqsirləndirilən şəxs1 və Şahid6 ibtidai istintaqda və məhkəmə iclasında vermiş olduğu ifadələri ilə təsdiq olunur. Məhkum ittiham verilərkən üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitənin Təqsirləndirilən şəxs1 əldə olunmuş narkotik vasitə olması irəli sürülmüşdür. Lakin Balakən rayon Polis şöbəsində Məhkum üzərinə axtarış aparılarkən üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitənin təmiz çəkisi 6.48 qram olduğu müəyyən olunur. Bu hal onu göstərmişdir ki, Təqsirləndirilən şəxs1 X-ə vermiş olduğu narkotik vasitə yarımçıq olmuş, hələ üstəlik narkotik vasitənin üzərindən çəkmək üçün Təqsi rləndirilən şəxs2 götürmüş, daha sonra avtomobildə Məhkum və Şahid6 istifadə etmişlər. Təqsirləndirilən şəxs1 X-ə vermiş olduğu kibrit qutusunda olan narkotik vasitənin yarımçıq olduğunu, üstəlik X-in narkotik vasitədən istifadə etmək üçün bir miqdar götürdüyünü, daha sonra həmin narkotik vasitədən X-in və X-in Şahid2 üzərində 18:30dən saat 19:05-dək olan müddət ərzində şəxsi axtarış aparılmışdır. Halbuki istintaq orqanı tərəfindən ittihamda Məhkum aşkar edilərək götürülmüş narkotikin Təqsirləndirilən şəxs1 əldə olunması irəli sürülür. Videogörüntüdən də müəyyən olunur ki, kibrit qutusunda olan narkotik vasitə tam dolu vəziyyətdə olmaqla çətinliklə açılır. Cinayət işi materialları ilə müəyyən olunur ki, Məhkum saxlanılması 17:30 radələrində baş vermişdir. Lakin şəxsi axtarış və götürmə pro tokolunda 20:40-21:20 qeyd olunur. Şəxsi axtarış və götürməni əks etdirən videonun qeydə alınması 23:35 dəqiqədə olmuşdur. Belə olan halda Məhkum saxlanıldıqdan, yəni 17:30 dəqiqədən sonra 5 saatdan artıq müddətdə necə və hansı şəraitdə saxlanılması sual altında olmaqla işgəncəyə məruz qalması faktı öz təsdiqini tapır. İstər ibtidai istintaq zamanı, istərsə də birinci instansiya və apellyasiya instansiyası məhkəməsində Məhkum ittiham olunan cinayət əməlini törətməsi sübuta yetirilməmişdir. Ona ittiham əsassız verilmiş, sübutlar prosessual qaydalara uyğun əldə olunmamış və həmin sübutlar ilə təqsirləndirilən şəxsə cinayət əməlini törətmələri ittihamı irəli sürülmüşdür. Odur ki, göstərilənlərə əsasən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2024-cü il tarixli qərarının lə ğv edilərək, CM-in 234.1 və 234.2-ci maddələrinin dispozisiyasında nəzərdə tutulan əməllərin Məhkum tərəfindən törədilmədiyi və onun belə cinayəti törətməsinin nə ibtidai istintaq, nə birinci, nə də apellyasiya instansiyası məhkəməsində sübuta yetirilmədiyi üçün ona bəraət verilməsi barədə qərarın qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi İsayev Tural Fərhad oğlu çıxış edərək, iş materiallarında ziddiyyətli məqamların olduğunu, məhkumun məsuliyyətə cəlb edilməsinə əsas kimi Şahid2 saxlanılması, onun üzərindən tapılan narkotik vasitənin Məhkum əldə etməsini bildirməsi olsa da, iş materiallarında Məhkum Şahid2 daha tez tutulmasının qeyd olunduğunu, məhkumun istintaq zamanı verdiyi ifadələri təsir altında verdiyini bildirib, verilmiş kassasiya şikayətinin təmi n edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, narkotik vasitə istifadəçisi olduğunu, lakin heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmadığını bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələ blərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiy a şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkəmələr tərəfindən məhkum barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1 (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə) və 416.1.2-ci (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaq ələndirmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2024cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, ob yektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), süb utlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda a ydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materia llarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun və müdafiəçisinin kassasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2024-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş satış məqsədi ilə, o cümlədən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni əldə etmə, saxlama, və daşıma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların m əcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun əməlində cinayət tərkibinin olmasını təsdiq edə n sübutların müəyyən olunmadığı, əsassız olaraq təqsirli bilindiyi, müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilir. Lakin iş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkən Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə ol unmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək, Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsi özünün ibtidai istintaq da elan edilmiş ittiham üzrə təqsirli bilməsinə dair ifadəsi, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələri, şahid qismində dindirilmiş Şahid2, Şahid1, Şahid3, Şahid4, Şahid5 və Şahid6 ifadələri, əlavə şahid qismində dindirilmiş Şahid7 ifadəsi, 20 yanvar 2023-cü il tarixli şübhəli şəxsi tutma protokol, “şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə” 20 yanvar 2023-cü il tarixli protokol və həmin istintaq hərəkətini özündə əks etdirən DVD disk, həmin DVD diskə keçirilmiş baxış, məhkəmə-bioloji ekspertizasının 21 yanvar 2023-cü tarixli 17/82 nömrəli rəyi, məhkəməbioloji ekspertizasının 7 mart 2022-ci tarixli 17/220 nömrəli rəyi, ambulator məhkəmənarkoloji ekspertizasının 16 fevral 2023-cü il tarixli 299 nömrəli rəyi, 6 mart 2023-cü il tar ixli CD diskə baxış keçirilməsi barədə protokol, həmçinin iş üzrə toplanmış digər sübutlar ilə öz təsdiqini tapdığını müəyyən edir. Odur ki, kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını kassasiya şikayətinin dəlilləri ilə müqayisəli şəkildə təhlil edərək o qənaətə gəlir ki, Məhkum 20 yanvar 2023-cü il tarixdə 1 ədəd kibrit qutusunda təmiz çəkisi 6,79 qramdan çox olan narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə etməsi, daşıması və saxlaması və daha sonra niyyətini dəyişərək qəsdən satış məqsədi və tamah niyyəti ilə qanununsuz olaraq həmin narkotik vasitə qurudulmuş marixuananın 0,31 qram olan hissəsini 5 manata Şahid2 satması və geriyə qalan 6,48 qram hissəsini isə qəsdən satış məqsədi olmadan öz şəxsi istifadəsi üçün üstündə daşıyaraq sa xlaması ilə bağlı verilmiş ittiham üzrə təqsirliliyi cinayət işi üzrə toplanılmış sübutlarla öz təsdiqini tapır. Kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələblə ri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Müdafiəçi kassasiya şikayətinin tələblərini işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaması, faktların düzgün müəyyən olunmaması, nəticə etibarı ilə məhkuma istinad edilən cinayətlərdə təqsirli bilinməsinə dair nəticələrin əsasına qoyulmuş faktiki halların işgəncələr altında və qanunsuz psixi, fiziki təsirlər nəticəsində onun verdiyi həqiqətə uyğun olmayan ifadələr təşkil etməsi, verilmiş vəsatətlərə baxmayaraq onun işgəncə və qanunsuz psixi, fiziki təsirlərlə məruz qalması na dair məhkəmələr tərəfindən heç bir araşdırılma aparılmaması, bununla da sübutlar və sübutetməyə dair cinayətprosessual qanunun tələblərinin pozulması ilə əsaslandırmışdır. Kassasiya araşdırması zamanı kassasiya şikayətinin “məhkuma işgəncə verilməsinə” dair dəlillərini araşdırakən müəyyən olundu ki, müdafiə tərəfi işgəncə faktının araşdırılması və iddia etdikləri halların müəyyən edilməsi üçün apellyasiya baxışında sübutların bilavasitə tədqiq edilməsini apellyasiya məhkəməsindən xahiş etmişdir. Qeyd edilən halı məhkəmələr araşdırarkən müəyyən edilmişdir ki, Balakən rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor X4 24 fevral 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, xx.xx.2023-cü il tarixdə rayon prokurorluğuna Balakən RPŞ-dən dax il olmuş xx.xx.2023-cü il tarixli məktubla Məhkum xx.xx.2023-cü il tarixdə saat 17.30 radələrində Balakən RPŞ-nin əməkdaşları tərəfindən üzərinə baxış keçirilməsi ilə bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədi ilə Məhkum yaşadığı küçədə saxlanılarkən üzərində olan narkotik vasitələri ataraq qaçmağa cəhd göstərərkən yerə yıxılaraq xəsarət almasına dair toplanmış material araşdırılmış və toplanmış material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmiş, qəbul edilmiş qərardan rayon prokuroruna, yuxarı prokurora və rayon məhkəməsinə şikayət vermək hüququ tərəflərə izah edilmişdir. Cinayət işinin materiallarında olan Balakən rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor X4 24 fevral 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqq ında qərarı ilə yekunlaşdırılmış araşdırma nəticəsində Balakən RPŞ-nin əməkdaşlarıhəmin vaxt şöbənin İB-nin rəisi olmuş X12, CAB-nin baş əməliyyat müvəkkili Şahid4, CABnin əməliyyat müvəkkili Şahid1, CAB-nin baş əməliyyat müvəkkili Şahid5, Balakən RPŞnin məsul növbətçisi X5, RPŞ-nin növbətçi hissəsinin növbətçi köməkçisi X6 və Balakən RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3 izahatları alınmış, Məhkum tibbi müayinə sənədləri alınmış, araşdırma üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, Məhkum məhkəmə-tibbi ekspertizasının 10 fevral 2023-cü il tarixli 32 nömrəli rəyinə və işdəki digər materiallara hüquqi qiymət verilmiş və araşdırma zamanı Məhkum polis əməkdaşları tərəfindən döyülməsi və daxil olmuş məlumatda cinayət hadisəsinin olması öz təsdiqini tapmamış və toplanmış material üzrə cinayə t hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. O cümlədən, rədd materialına əlavə edilmiş məhkəmə tibbi ekspertizasına dair rəydən müəyyən olunmuşdur ki, X-də müəyyən olunmuş xəsarətlər küt əşyanın təsirindən törənmişlər, müayinədən 9-11 gün əvvəl əmələ gələ bilərdilər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü ildə yıxılaraq bərk küt əşyalara dəyməklə əmələ gəlmələri inkar olunmur. Odur ki, Balakən rayon prokurorluğunun 24 fevral 2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş, Məhkum və onun müdafiəçisi tərəfindən isə həmin qərardan şikayət verilməmiş və həmin qərarla müəyyən olunmuş faktiki hallar və nəticə mübahisələndirilməmişdir. İstər Balakən Rayon Məhkəməsi, istərsə də Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyas ı haqlı olaraq Məhkum təzyiq altında işgəncə nəticəsində ondan etirafedici ifadələr alınması barədə mübahisələndirdiyi dəlilləri qeyd edilənlərə istinadən əsassız hesab etmişdir. Kassasiya məhkəmə kollegiyası məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış edərək qeyd edir ki, kassasiya şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər müdafiə tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlamış, eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci ma ddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddələr ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən, kasasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum qanunsuz olaraq satış məqsədilə və satış məqsədi olmadan narkotik vasitəni əldə edib, daşıma və saxlama cinayətini törətməsi hər iki məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların (himayəsində iki azyaşlı uşağın olması və İİİ qrup əlil olması) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, müdafiəçinin kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi İsayev Tural Fərhad oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 6 fevral 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2024-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar