Məhkəmə qərarları › İş №1(102)-2300/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2300/2024

25.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2300/2024 25.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, məhkumlar Məhkum2, Məhkum1 və Təqsirləndirilən şəxs iştirakları ilə, Məhkum1, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə və Məhkum2 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə məhkum edilmələrinə dair Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 14 fevral tarixli, 1(104)-80/2024 nömrəli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkməsinin 2023-cü il 15 sentyabr tarixli, 1(100)-130/2023 nömrəli hökmü ilə (X5 (sədrlik edən və məruzəçi), Dadaş İmanov və Mikayıl Məmmədzadədən ibarət tərkibdə), xx.xx.1993-cü ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, hazırda aza dlıqdan məhrumetmə növündə cəza çəkən Məhkum2 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 06 aprel 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, narkomaniyadan məcburi müalicəyə cəlb edilməsi və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınması, xx.xx.1997-ci ildə Şəmkir rayonu, Keçili kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, Şəmkir rayonu, Keçili kəndində qeydiyyatda olmaqla yaşayan, təyin edilmiş cəzanı çəkib qurtarmış Məhkum1 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən ona Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(066)-73/2023 saylı hökmü ilə təyin edilmiş 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1-1 -ci maddəsinin tələbləri nəzərə alınmaqla (azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla), yəni 6 (altı) ay müddət hazırki hökm üzrə təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə əhatə edilməklə ona qəti olaraq 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, ona əvvəlki hökmə əsasən çəkilən 3 (üç) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası (azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla) qəti cəza müddətinə hesablanmaqla, ona 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun barəsində olmuş birinci cinayət işi üzrə 22 fevral 2023-cü il tarixdən 24 fevral 2023-cü il tarixədək 2 (iki) gün müddətində, hazırki cinayət işi üzrə isə 04 aprel 2022-ci il tarixdən 06 aprel 2022ci il tarixədək 2 (iki) gün müddətində, yəni şübhəli şəxs qismində tutulduğu ümumilikdə 4 (dörd) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, barəsində seçilmiş polisin nəzarəti altına verm ə qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi və onun məhkəmə iclas zalından həbs edilməsi, həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 15 sentyabr 2023-cü il tarixdən hesablanması, narkomaniyadan məcburi müalicəyə cəlb edilməsi və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınması, xx.xx.1993-cü ildə Şəmkir rayonu, Keçili kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay,əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Keçili kəndində qeydiyyatda olan və yaşayan, təyin edilmiş cəzanı çəkib qurtarmış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun 04 aprel 2022-ci il tarixdən 04 sentyabr 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 5 (beş) ay müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 1 (bir) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi və onun məhkəmə iclas zalında həbs edilməsi, həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 15 sentyabr 2023-cü il tarixdən hesablanması, narkomaniyadan məcburi müalicəyə cəlb edilməsi və yaşayış yeri ü zrə ərazi narkoloji dispanserində qeydiyyata alınması qərara alınmış, həmçinin hökmlə maddi sübutlara və məhkəmə məsrəflərinə dair məsələlər həll edilmişdir. Hökmdən məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs və Məhkum2 tərəfindən apellyasiya şikayətləri, dövlət ittihamçısı tərəfindən isə apellyasiya protesti verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X6 (sədrlik edən və məruzəçi), Salman Hüseynov və Əlizamin Abdullayevdən ibarət tərkibdə) 2024-cü il 14 fevral tarixli, 1(104)-80/2024 nömrəli qərarı ilə apellyasiya şikayətləri və apellyasiya protesti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2023-cü il 15 sentyabr tarixli, 1(100)-130/2023 nömrəli hökmü apellyasiya şikayətlərinə və protestinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Məhkum1 satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə cinayət əməlini törətmişdir. Belə ki, o, 04 aprel 2022-ci il tarixdə saat 20 radələrində Gəncə şəhəri, Puşkin küçəsində tanışı Məhkum2 105 manat məbləğində pulun qarşılığında aldığı külli miqdarda, hər birinin çəkisi 3,332 qram və 0,307 qram olmaqla cəmi iki bükümdə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz əldə edərək həmin yerdə həmkəndlisi Təqsirləndirilən şəxs vermiş, 04 aprel 2022-ci il tarixdə saat 21 radələrində daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Şəmkir rayon u Təzəkənd kəndində saxlanılaraq Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsinə dəvət olunaraq üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli gödəkçənin sol yan iç cibindən hər birinin çəkisi 3,332 qram və 0,307 qram olmaqla iki bükümdə, ümumi təmiz çəkisi 3,639 qram kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, 04 aprel 2022-ci il tarixdə saat 20 radələrində həmkəndlisi Şəmkir rayonu, Keçili kəndində yaşayan Məhkum1 vasitəçiliyi ilə Gəncə şəhər sakini Məhkum2 Gəncə şəhəri, Puşkin küçəsində satış məqsədi olmadan 105 manat məbləğində pu lun qarşılığında aldığı külli miqdarda, hər birinin çəkisi 3,332 qram və 0,307 qram olmaqla cəmi iki bükümdə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini həmin yerdə qanunsuz əldə edib üzərində saxlamaqla Şəmkir rayonu, Təzəkənd kəndinə daşımış, 04 aprel 2022-ci il tarixdə tarixdə saat 21 radələrində daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Şəmkir rayonu, Təzəkənd kəndində saxlanılaraq Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli gödəkçənin sol yan iç cibindən hər birinin çəkisi 3,332 qram və 0,307 qram olmaqla iki bükümdə, ümumi təmiz çəkisi 3,639 qram kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkum2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlamа, daşımа və satmа cinayət əməlini törətmişdir. Belə ki, o, 04 aprel 2022-ci il tarixdə Gəncə şəhərində "Metallurq stadionu”nun yaxınlığında istintaqla müəyyən edilməyən mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi külli miqdar hesab edilən 4,591 qram çəkidə psixotrop maddə metamfetamini üzərində daşımaqla yaşadığı ünvan 2 ünvanında yerləşən evində saxlamış, həmin tarixdə saat 20 radələrində yaşadığı evin yaxınlığında qanunsuz olaraq qazanc əldə etmək məqsədilə hər birinin çəkisi 3,332 qram və 0,307 qram olmaqla iki bükümə böldüyü külli miqdarda, yəni ümumilikdə 3,639 qram psixotrop maddə metamfeta mini Şəmkir rayonu, Keçili kəndindən olan tanışı Məhkum1 vasitəçiliyi ilə sonuncunun həmkəndlisi Təqsirləndirilən şəxs 105 manat məbləğində pulun qarşılığında satmış, 04 aprel 2022-ci il tarixdə saat 21 radələrində daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Şəmkir rayonu Təzəkənd kəndi ərazisində saxlanılaraq Şəmir rayon polis şöbəsinin Kür polis bölməsinə dəvət olunaraq üzərində şəxsi axtarış keçirilən zaman onun əynindəki qara rəngli gödəkçəsinin cibindən hər birinin çəkisi 3,332 qram və 0,307 qram olmaqla iki bükümdə, ümumi təmiz çəkisi külli miqdarda 3,639 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüş, Şəmkir rayon polis şöbə sinin Kür polis bölməsinin əməkdaşları tərəfindən davam etdirilən əməliyyataxtarış tədbirləri nəticəsində 06 aprel 2022-ci il tarixdə, saat 17 radələrində Məhkum2 Gəncə şəhərində yaşadığı evin yaxınlığında saxlanılaraq Şəmkir rayon polis şöbəsinə gətirilərək üzərində şəxsi axtarış aparılan zaman onun əynindəki şalvarın sol yan cibindən bir ədəd şəffaf selofana bükülmüş, Məhkum1 vasitəçiliyi ilə Təqsirləndirilən şəxs satmış olduğu psixotrop maddə metamfetamin ilə eyni xassəli və eyni tərkibli, hər birinin çəkisi 0,352 qram, 0,297 qram və 0,303 qram olmaqla cəmi üç bükümdə, ümumi təmiz çəkisi 0,952 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. KASSASİYA PROTESTİNİN VƏ KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN VƏ MƏHKUMLARİN ÇİXİŞL ARİ: Dövlət ittihamçısı kassasiya protestini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmə tərəfindən istintaq orqanı tərəfindən verilmiş ittihamın təkzib edilməsi, eyni zamanda, özünün həmin nəticəyə gəlməsi ilə bağlı kifayət qədər əsaslandırma aparılmamış, ittihamın əsaslandırılması üçün göstərilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivləri göstərilməmiş, sübutlar bir-biri ilə müqayisəli şəkildə təhlil edilməmiş və bununla da, məhkəmə əməlini tövsif etməklə işin faktiki hallarına uyğun olmayan yanlış nəticəyə gəlmişdir. Məhkəmə psixotrop maddənin Məhkum1, Təqsirləndirilən şəxs üzərlərindən aşkar edilməsi hissəsində ibtidai istintaq orqanının gəldiyi qənaəti düzgün qəbul etsə də, psixotrop maddənin satış məqsədilə əldə edilib saxlanılması hissəsində istintaqın gəldiyi nəticəni müba hisələndirmisdir. Lakin məhkəmə hökmündə Məhkum1 və Təqsirləndirilən şəxs əməlində CM-in 234.1-ci maddəsinin tərkib elementləri mövcud olması ilə bağlı nəticəyə gəlməsi üçün hər hansı sübuta istinad etməmiş, istintaq orqanı tərəfindən verilmiş ittihamın təkzib edilməsi, eyni zamanda, özünün həmin nəticəyə gəlməsi ilə bağlı düzgün əsaslandırma aparmamışdır. Dövlət ittihamçısı bildirmişdir ki, məhkumlar Məhkum1 və Təqsirləndirilən şəxs özlərinin müdafiəsi üçün işin obyektiv hallarına uyğun gəlməyən, satış məqsədilə psixotrop maddəni əldə edib saxlamalarınından ibarət olan həqiqəti gizlətməyə çalışan ifadələr vermiş, məhkəmə də, öz növbəsində, onların ifadələrində göstərdiyi qeyd olunan xüsusatların özünümüdafiə xarakterli olmasını nəzərə almadan, həmin ifadələrə tənqidi yanaşmadan sonuncular ın psixotrop maddəni satış məqsədi olmadan şəxsi istehlakı üçün əldə etməsi kimi yanlış nəticəyə gəlmişdir. Halbuki, məhkəmənin gəldiyi bu nəticə isin faktiki hallarına uyqun olmamaqla reallığı özündə əks etdirmir. Məhkəmə yalnış qiymətləndirmə aparmış, Məhkum1 və Təqsirləndirilən şəxs əməlini tövsif edərkən əsas istinad etdiyi bir hal da ondan ibarət olmuşdur ki sonunculardan aşkar edilmiş psixotrop maddənin satış məqsədilə əldə edilməsinə dəlalət edən hər hansı sübut olmamış, məhkumların həmin narkotik vasitəni satacağı şəxs, yəni istehlakçı müəyyən edilməmişdir. Halbuki, Məhkum1 və Təqsirləndirilən şəxs psixotrop maddənin satışı faktı ilə deyil, satışı məqsədilə əldə edib üzərində saxlaması ilə əlaqədar ittiham verilmişdir. Əgər sonradan onların kiməsə psixotrop maddə satması yəni ist ehsalçı müəyyən olunsaydı, o zaman Məhkum1 və Təqsirləndirilən şəxs satış faktı ilə bağlı ittiham irəli sürülə bilərdi. Bundan başqa məhkəmə istintaqı zamanı ***-***-**-** mobil nömrəsindən Məhkum1 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “Ay qa tel ac siviyaz var bu ne hereketdi sende yeke oğlansan ya he de yox de da saymamazdiq edirsen zeng ele mene cavab gozduyurler menen”, “Ay qa camahat gelib meni axdarir niye tel acmisan bu ne hereketdi ay sosu tel ac olara cavab verim”, “Ay qa ac tel ketdedi bu mende 45 var meni pis vezivetde qovma tel ac bu ne hereketdi edirsen menim sene pisdiyim olubu”, “Qaqa men senin sarix verin dovem vaxsimi tel ac kisi doysenmi camahat burda sen ol meni pis vezivetde qovubsan senin sozunen gelib bura” və “Ay sosu tel ac 40 manat lazimdi bele eleme sen ol yoxsa pis olacaq haa meni niye pis vezivetde qovusan haa” smslərinin yazıldığı müəyyən edilmiş, bu kimi məzmunda çoxsaylı mesajların yazılmasının onun psixotrop maddələrin satışında fəal iştirak edən şəxs olmasını, üzərindən aşkar edilən psixotrop maddələri məhz satış məqsədi ilə əldə etməsini təsdiq edən təkzib edilməz sübutlar olmasını nəzərə almamışdır. İsin hallarından da göründüyü kimi Məhkum1la baqlı isin hallarında şəxsi istehlakla baqlı məsələ yoxdur, faktiki olaraq o, psixotrop maddənin yayılmasında birbaşa iştirak etmişdir. Yuxarıda sadalanan halların məcmusundan görünür ki, məhkəmə Məhkum1 və Təqsirləndirilən şəxs əməlini tövsif etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Sadalananlara baxmayaraq, məhkəmə əsassız olaraq işin faktiki hallarına uyğun gəlməyən qərar qəbul etməkl ə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun tövsiyələrini nəzərə almadan, işdə olan satışa dair sübutları digər sübutlarla qarşılıqlı müqayisə edib yoxlamadan və bir sübutun qəbul, digərinin təkzib edilməsinin motivlərini göstərmədən Məhkum1 və Təqsirləndirilən şəxs əməlini CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etmişdir. Beləliklə də məhkəmə Məhkum1 və Təqsirləndirilən şəxs yuxarıda şərh olunan cinayət əməlinin törətməsi ibtidai istintaq orqanı tərəfindən CPM-in 139-cu maddəsində təsbit olunmuş halları baxımından sübuta yetirilməsini əsassız olaraq nəzərə almamış, özü də həmin hallarda nəzərdə tutulan vəzifələri yerinə yetirməmişdir. Dövlət ittihamçısı kassasiya protestində Gəncə Apelyasiya Məhkəməsinin 14 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum2 kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, apelyasiya məhkəməsində cinayət işinə baxılarkən prosessual pozuntulara yol verilmiş, məhkəmə istintaqı düzgün aparılmamışdır. O qeyd etmişdir ki, o, polis əməkdaşları tərəfindən saxlanılarkən onun üzərində 1.5 qram narkotik vasitə aşkarlanmışdır. Onun üzərində 3.5 qram narkotik vasitə olmamışdır. İbtidai istintaq dövründə ona işgəncə verilərək sənədlərə imza atdırılmışdır. Məhkum kassasiya şikayətində Gəncə Apelyasiya Məhkəməsinin 14 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəmə sində məhkumlar çıxış edərək Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsini, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin isə təmin edilməməsini xahiş etdilər. Dövlət ittihamçısı məhkəmə iclasında çıxış edərək kassasiya protestinin təmin olunmasını və Məhkum1, R,Quluzadənin CM-in 234.1-ci maddəsi və Məhkum2 CM-in 234.4.3-cü maddəsi ilə məhkum edilmələrinə dair Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsini və yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini və Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kass asiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktın ın müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Dövlət ittihamçısı kassasiya protestində məhkumlar Məhkum1 və Təqsirləndirilən şəxs əməlinin düzgün tövsif edilmədiyini mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2 və 41 6.1.15-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkum kassasiya şikayətin təqsirinin olmadığını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya protestini və kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin et məlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısı nın, kassasiya şikayətinin təmin, kassasiya protestinin təmin olunmaması barədə məhkumunların çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası Məhkum2 kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkum kassasiya şikayətində cinayət əməlinin törədilməsində təqsirinin olmadığını, qanunsuz və əsassız cinayət məsuliyyətinə cəlb edildiyini, ibtidai istintaq zamanı ona işgəncə verildiyini bildirmişdir. Məhkum eyni dəlilləri apellyasiya instansiyası məhk əməsində də irəli sürmüş, onun həmin dəlilləri ətraflı araşdırılaraq apellyasiya instansiyası məhkəməsi belə bir nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Çünki, məhkəmə kollegiyasının fikrinə görə sübutların həcmi və ümumiyyətlə işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxsin əməllərinin Cinayət Məcəlləsinin yuxarıda qeyd edilən maddəsi ilə düzgün tövsif edildiyini deməyə kifayət qədər əsas verir. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunur. Sadalanan sübutlar birinci instansiya məhkəməsinin qərarında ətraflı təsvir olunub şərh edildiyindən, məhkəmə kollegiyası həmin sübutların yenidən təsvir və şərh olunmasına zərurət görmür. Bundan əlavə, məhkumun ifadələrin işgəncə verilməsi yolu ilə alınmasına dair iddiasına münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiyası məhkəməsinin baxış iclası zamanı təqsirləndirilən şəxs Məhkum2 ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar, yəni məhkəməyədək icraat zamanı onun polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalmasına, həmçinin 06 aprel 2022-ci il tarixdə yaşadığı evdə olduğu zaman polis əməkdaşları onu saxlayarkən üzərində paltar olmaması, ona elan edilmiş ittihamda göstərilən üzərindən aşkar edilmiş üç bükümdə olan, ümumilikdə 0,952 qram psixotrop maddə metamfetaminin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmasına dair, həmçinin onun Məhkum1 verdiyi psixotrop maddə metamfetaminin çəkisinin ona elan edilmiş ittihamda göstərildiyi kimi 3,639 qram deyil, daha az miqdarda olma sına dair, bundan başqa digər təqsirləndirilən şəxs Məhkum1 ifadəsində Orxandan 105 manat müqabilində aldığı iki bükümdə psixotrop maddənin ümumi çəkisinin ona elan edilmiş ittihamda göstəriləndən daha az olması və polis əməkdaşlarının ona fiziki təzyiq göstərməsinə dair bildirdiyi xüsusatlarla əlaqədar, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxslərin polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalıb-qalmaması ilə əlaqədar olaraq məhkəmənin sorğusu əsasında Şəmkir Rayon Polis Şöbəsindən və Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasından daxil olmuş məktublardan görünür ki, təqsirləndirilən şəxslər həm Müvəqqəti saxlama Yerinə, həm də İstintaq Təcridxanasına daxil olunarkən tibbi müayinədən keçirilmişlər və onlarda hər hansı xəsarətlər müəyyən edilməmişdir. Bundan başqa, məhk əmə baxışı zamanı təqsirləndirilən şəxs Məhkum2 ifadəsində polis əməkdaşları tərəfindən ona qarşı qanunsuz hərəkətlərə yol verildiyinə dair göstərdiyi xüsusatlarla əlaqədar, Şəmkir rayon Prokurorluğunda aparılmış araşdırma materiallarına dair qəbul edilmiş qərarlar məhkəmənin sorğusu əsasında əldə edilərək tədqiq edilərkən müəyyən edilmişdir ki, Məhkum2 həmin polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması öz təsdiqini tapmadığından Şəmkir rayon Prokurorluğunda toplanmış material əsasında cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmçinin təqsirləndirilən şəxs Məhkum2 polis əməkdaşlarının ona qarşı qanunsuz hərəkətlərə yol verməsinə dair xüsusatla əlaqədar olaraq məhkəmədə müdafiə tərəfin vəsatəti ilə əlavə ş ahid qismində dindirilmiş X2 ifadəsi ilə də təqsirləndirilən Məhkum2 göstərdiyi hallar öz təsdiqini tapmamışdır. Qeyd edilənlərə əsasən əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum2 kassasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilməməlidir. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, Məhkum2 təyin edilmiş cəza da həm növü, həm də həddi baxımından onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də məhkumun şəxsiyyətinə uyğundur. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini vacib hesab edir. Cinayət işinin materiallarından görünür ki, dövlət ittihamçısı kassasiya protestində əsaslandığı eyni dəlilləri apellyasiya instansiyası məhkəməsində də irəli sürmüş, onun həmin dəlilləri ətraflı araşdırılaraq apellyasiya instansiyası məhkəməsi belə bir nəticəyə gəlmişdir ki, apellyasiya protestinin dəlilləri əsaslı sayıla bilməz. Çünki məhkəmə kollegiyasının fikrinə görə sübutların həcmi və ümumiyyətlə işin gerçək hallarının tərkib əlamətləri məhkumlar Məhkum1 və Təqsirləndirilən şəxs əməllərinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edildiyinə kifayət qədər əsas verir. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunur. Sadalanan sübutlar birinci instansiya məhkəməsinin qərarında ətraflı təsvir olunub şərh edilmiş, eləcə də apellyasiya protestinin kassasiya protestinin dəlilləri ilə üst-üstə düşən eyni dəlilləri əsasında apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlillər ye nidən təkrar olaraq ətraflı yoxlanılmış, ittiham tərəfinin hər bir dəlilinə ətraflı və əsaslandırılmış cavablar verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin əsaslandırması ilə razılaşdığından həmin sübutların yenidən təsvir və şərh olunmasına zərurət görmür. Kassasiya protestində göstərilmişdir ki, məhkəmələr Məhkum1 və Təqsirləndirilən şəxs əməllərində CM-in 234.1-ci maddəsinin tərkib elementlərinin mövcud olması ilə bağlı nəticəyə gəlməsi üçün hər hansı sübuta istinad etməmişlər. Məhkəmə kollegiyası bu dəlillə bağlı qeyd etməyi zəruri hesab edir ki, məhkumun üzərindən şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Bu faktın özü məhkumların əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsi üçün əsasdır. Lakin məhkumların bu psixotrop maddəni satış məqsədi ilə əldə etməsini, saxlamasını və daşımasını sübut etmək vəzifəsi qanunla ittiham tərəfinin üzərinə qoyulmuşdur və ittiham tərəfinin təqdim etdiyi sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə yoxlayaraq daxili inamına əsasən qiymətləndirmək isə hakimin vəzifəsi olaraq CPM-də müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, qərarda məhkəmə məhkumların satış məqsədinin olmaması ilə bağlı gəlmiş olduğu qənaətini konkret sübutlara istinad etməklə ətraflı təsvir etmiş, ittiham tərəfinin satış məqsədi ilə bağlı sübutlarını qəbul etməməsinin səbəblərini inandırıcı şəkildə ətraflı şərh etmişdir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, Məhkum2 kassasiya şikayəti və dövlət ittihamçısı nın kassasiya protesti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı Məhkum2 kassasiya şikayətinə və dovlət ittihamçısının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və Məhkum2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkumlar Məhkum1 və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilmələrinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2023-cü il 15 sentyabr tarixli, 1(100)- 130/2023 nömrəli hökmünü qüvvəsində saxlayan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 14 fevral tarixli, 1(104)-80/2024 nömrəli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar