Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2301/2023 28.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, zərər çəkmiş hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 və Məhkum müdafiəçisi Musayev Ra miz Əzizulla oğlunun iştirakları ilə, Sabirabad Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 308.1 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 mart 2023-cü il tarixli qərarından zərər çəkmiş hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Sabirabad Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Allahverdiyev Səlim Məhərrəm oğlu) Məhkum, xx xxxxxx 1989-cu il tarixdə Sabirabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam ali təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-nin təsisçisi və direktoru vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşayan CM-nin 308.1 və 313-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 308.1-ci maddəsi ilə barəsində CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 01 (bir) il müddətə kommersiya fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 2000 (iki min) manat, CM-nin 313-cü maddəsi ilə 1500 (min beş yüz) manat, CM-nin 66.2-ci maddəsinə əsasən isə hər iki maddə ilə təyin edilmiş əsas cəzalar qismən toplanılmaqla qəti olaraq 01 (bir) il müddətə kommersiya fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 3000 (üç min) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə etməklə hüquqi şəxsin hüquqlarına və qanuni mənafeyinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi vahid tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən ********** №-li VÖEN-lə vergi ödəyicisi kimi uçota götürülmüş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru kimi Cəmiyyətin xx.xx.2017-ci il tarixdə təsdiq olunmuş Nizamnaməsinə əsasən, cəmiyyətin cari fəaliyyətinə rəhbərlik etmək, onun operativ id arə olunmasını həyata keçirmək, vəkalətnamə olmadan cəmiyyətin adından öz səlahiyyəti daxilində çıxış etmək, onu bütün dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, kommersiya və qeyri-kommersiya təşkilatları qarşısında, o cümlədən, məhkəmələrdə iddiaçı və cavabdeh qismində təmsil etmək, ümumi yığıncaq tərəfindən qəbul edilmiş qərarların vaxtında və lazımi qaydada icra olunmasını təmin etmək, öz səlahiyyəti daxilində Cəmiyyətin adından mülki-hüquqi müqavilələr, vəkalətnamələr vermək, (o cümlədən başqasına etibar etmək hüququ ilə), müvəkkil banklarda Cəmiyyətin istənilən növ bank hesablarını açmaq və maliyyətəsərrüfat fəaliyyəti ilə bağlı hesab üzrə sərəncam vermək, Cəmiyyətin əməkdaşlarının əmək funksiyasının dairəsini müəyyən etmək, onlarla əmək müqavilələri bağlamaq, şərtlərini dəyiş dirmək və qanunvericiliklə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək, Cəmiyyətin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görmək, öz səlahiyyəti daxilində qərarlar qəbul etmək və həmin qərarları yazılı surətdə əmrlə rəsmiləşdirmək, Cəmiyyətin fəaliyyəti ilə əlaqədar digər zəruri sənədlərin və təkliflərin hazırlanmasını həyata keçirmək və digər təşkilati-sərəncamverici funksiyaları yerinə yetirmək səlahiyyətlərinə malik vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə etməklə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə təqdim etdiyi vergi bəyannamələrinə əsasən 2020-ci il ərzində cəmiyyətin həmin dövrdə ümumi dövriyyəsi 0,0 (sıfır) manat, 2021-ci il ərzində isə 25.017,0 (iyirmi beş min on yeddi) manat olmasına baxmayaraq, əvvəlki dövrlər üzrə həmin Cəmiyyətin dövriyyəsi üzrə verdiyi məlumatlardan yeni dövriyyə məlumatları qismində istifadə edərək bankdan kredit almaq üçün "xxxx" MMC-nin "xxxx" ASC-də olan bank hesabından 2017-2021-ci illər üzrə dövriyyəsini əks etdirən çıxarışları elektron qaydada əldə edərək, seçmə üsulu ilə çıxarışlarda olan yüksək məbləğli əməliyyatlarla bağlı məlumatlardan istifadə etməklə xx.xx.2021-ci il tarixdə ünvan 3 ünvanında tamah niyyəti ilə özünə məxsus “Macbook Air” markalı noutbukda olan “PDF editor” tətbiqetməsi vasitəsilə Cəmiyyətin dövriyyəsinə dair məlumatları əks etdirməklə rəsmi sənəd olan xx.xx.2021-ci il tarixli çıxarışda ol an “Dövr üçün” bölməsində bilə-bilə yalan məlumatları - “xx/xx/2020-xx/xx/2021-ci il”, “Cəmi dövriyyələr debit” bölməsində – “62.741,81 AZN” və “Cəmi dövriyyələr kredit” bölməsində – “62.743,28 AZN” sözlərini yazmaqla dəyişdirərək elektron formada noutbukun yaddaşında saxlayıb, bundan sonra Cəmiyyətin adından xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-yə onlayn qaydada müraciət etməklə kredit sifariş verən zaman rəhbəri olduğu hüquqi şəxsin (təşkilatın) xx.xx.2020xx.xx.2021-ci illər üzrə dövriyyəsinin 62.743,28 manat (altmış iki min yeddi yüz qırx üç manat iyirmi səkkiz qəpik) olmasına dair yalan məlumatlar daxil etməklə hazırladığı “PDF” elektron formatda olan rəsmi sənədi qeyd edilən müraciəti üzrə əlavə edilən sənədlər qrafasına yükləyib təqdim etməklə, bankla özü arasında bağlanmış xx.xx.20 21-ci il tarixli DCL00379672-01 №-li “kredit müqaviləsi” üzrə Cəmiyyətə 12 ay müddətə, illik 17% dərəcəsi ilə 10.804 (on min səkkiz yüz dörd) manat məbləğində kredit verilməsinə nail olub, həmin pul vəsaitinin rəhbərlik etdiyi şirkətə məxsus "xxxx" ASC-də olan AZ39PAHA40060AZNHC********** saylı cari hesaba köçürülməsindən sonra pulu 471321******5456 nömrəli kart hesabına köçürüb xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək kart vasitəsilə və Bakı şəhərində yerləşən "xxxx" ASC və "xxxx" ASC-yə məxsus müxtəlif bankomatlar vasitəsilə nağdlaşdırıb çıxarmaqla şəxsi ehtiyaclarına sərf edərək, 18 iyul 2022-ci il tarixə əsas məbləğ üzrə 7.982,7 manat (yeddi min doqquz yüz səksən iki manat yetmiş qəpik), faiz üzrə 15,08 manat (on beş manat səkkiz qəpik) olmaqla, cəmi 7.997,78 manat (yeddi m in doqquz yüz doxsan yeddi manat yetmiş səkkiz qəpik) məbləğində pulu qəsdən ödəməməklə, həmçinin, eyni niyyətlə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə təqdim etdiyi vergi bəyannamələrinə əsasən 2020-ci il ərzində cəmiyyətin həmin dövrdə ümumi dövriyyəsi 0,0 (sıfır) manat, 2021-ci il ərzində isə 25.017,0 (iyirmi beş min on yeddi) manat olmasına baxmayaraq, əvvəlki dövrlər üzrə həmin Cəmiyyətin dövriyyəsi üzrə verdiyi məlumatlardan yeni dövriyyə məlumatları qismində istifadə edərək bankdan kredit almaq üçün "xxxx" MMC-nin "xxxx" ASC-də olan bank hesabından 2017-2021-ci illər üzrə dövriyyəsini əks etdirən çıxarışları elektron qaydada əldə edərək, seçmə üsulu ilə çıxarışlarda olan yüksək məbləğli əməliyyatlarla bağlı məlumatlardan istifadə etməklə xx.xx.2021-ci il tarixdə ünvan 4 ünvanında tamah niyyəti ilə özünə məxsus “Macbook Air” markalı noutbukda olan “PDF editor” tətbiqetməsi vasitəsilə Cəmiyyətin dövriyyəsinə dair məlumatları əks etdirməklə rəsmi sənəd olan xx.xx.2021-ci il tarixli çıxarışda olan “Dövr üçün” bölməsində bilə-bilə yalan məlumatları – “01/DEK/2020-01/DEK/2021”, “Cəmi dövriyyələr debit” bölməsində – “77.736,98 AZN” və “Cəmi dövriyyələr kredit” bölməsində – “77.740,28 AZN” sözlərini yazmaqla dəyişdirərək elektron formada noutbukun yaddaşında saxlayıb, bundan sonra Cəmiyyətin adından xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-yə onlayn qaydada müraciət etməklə kredit sifariş verən zaman rəhbəri olduğu hüquqi şəxsin (təşkilatın) xx.xx.2020xx.xx.2021-ci illər üzrə dövriyyəsinin 77.740,28 manat (yetmiş yeddi min yeddi yüz qırx ma nat iyirmi səkkiz qəpik) olmasına dair yalan məlumatlar daxil etməklə hazırladığı “PDF” elektron formatda olan rəsmi sənədi qeyd edilən müraciəti üzrə əlavə edilən sənədlər qrafasına yükləyib təqdim etməklə, bankla özü arasında bağlanmış xx.xx.2021-ci il tarixli DCL00379672-05 №-li “kredit müqaviləsi” üzrə cəmiyyətə 12 ay müddətinə, illik 17% dərəcəsi ilə 15.573 (on beş min beş yüz yetmiş üç) manat məbləğində kredit verilməsinə nail olub, həmin pul vəsaitinin rəhbərlik etdiyi şirkətə məxsus "xxxx" ASC-də olan AZ39PAHA40060AZNHC********** saylı cari hesaba köçürülməsindən sonra pulu 471321******5456 nömrəli kart hesabına köçürüb xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək kart vasitəsilə və Bakı şəhərində yerləşən "xxxx" ASC və "xxxx" ASC-yə məxsus müxtəlif bankomatlar vasitəsilə n ağdlaşdırıb çıxarmaqla şəxsi ehtiyaclarına sərf edərək, maliyyə vəziyyəti barədə qəsdən şişirdilmiş formada təqdim etdiyi rəsmi məlumatlara dair saxta rəsmi sənədlər əsasında kredit müqavilələrinin bağlanmasında ifadə olunan həmin hərəkətləri ilə"xxxx" ASC-nin kredit siyasətinin stabilliyi, kreditləşmə üzrə şəffaflıq və obyektivliyin təmin edilməsi, mümkün risklərin preventiv tədbirlərlə qarşısının alınmasına dair fəaliyyətinə mənfi təsir göstərməklə hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi vahid tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Hökmdən zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi X11 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Xasməmmədov Elçin İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Bəşirov Kamil Sücəddin oğlu və Abdullayev İlkin Qismət oğlundan ibarət tərkibdə) 07 mart 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 mart 2023-cü il tarixli qərarından zərər çəkmiş hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və Məhkum ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş cəzanın yuxarı həddində azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsinə dair qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin d əlilləri: Kassasiya şikayətində işin müəyyən edilmiş faktiki hallarına, həmin iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına, cəza təyinin prinsipləri, şərtləri, qaydaları və əsasları təsbit edilmiş CM-nin müvafiq nomalarına və Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra CPM-nin) bir sıra müddəalarına istinad edən zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət qanunvericiliyinin tələblərini nəzərə almadan, cinayət qanununun normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlamadan, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti və xüsusilə cəzanı ağırlaşdıran halın olmasını nəzərə almadan yekun nəticəyə gəlmişdir. Bel ə ki, istər birinci instansiya məhkəməsinin hökmünə, istərsə də apellyasiya məhkəməsinin qərarına əsasən müəyyən edilir ki, Məhkum öz qanunazidd əməllərini təkrar törədərək, nəticədə birinci dəfə 15 oktyabr 2021-ci il tarixli DCL0037****-01 N°-li “kredit müqaviləsi” üzrə 10.804 manat məbləğində kredit verilməsinə, ikinci dəfə isə 01 dekabr 2021-ci il tarixli DCL0037****-05 №-İi “kredit müqaviləsi” üzrə 15.573 manat məbləğində kreditin əldə edilməsinə nail olmuşdur. CM-nin 61.1.1-ci maddəsinə əsasən isə cinayətlərin təkrar törədilməsi cəzanı ağırlaşdıran hal hesab edilir. Dolayısı ilə apellyasiya instansiyası məhkəməsi qeyd olunan normanın tələbini, eləcə də cinayətin təkrar törədilməsi əlamətinin Məhkum ittiham olunduğu maddələrin tərkibinin əlaməti kimi nəzərdə tutulmadığına baxmadan, bir inci instansiya məhkməsinin şəxsin əməllərində cəzanı ağırlaşdıran halın olmamasına dair gəldiyi nəticəni əsaslı hesab etmiş, bununla da cinayət qanunu normasın düzgün tətbiq etmədən qanunsuz qərar qəbul etmişdir Həmçinin Məhkum cəza təyin edilərkən CM-nin 41.2-ci maddəsinin sonuncu normasının tələblərinə diqqət yetirilməmiş, təyin edilən cəzaya yalnız şəxsin islah olunması konteksindən baxılaraq, həmin əməllərin ədalətli cəzalandırılmamasının bu tipli cinayət əməllərinin törədilməsinə, eləcə də başqa şəxslərdə qanuna hörmət ruhunun azalmasına yol aça biləcəyi nəzərə alınmamışdır. Kassasiya şikayətinin müəllifi həmçinin qeyd etmişdir ki, CM-nin 308.1-ci maddəsinin tələblərinə əsasən qeyd olunan maddədə nəzərdə tutulmuş əməlin yönəldiyi obyektlər sırasında fiziki və ya hüquqi şəxslərin hüqu qları və qanuni mənafeləri ilə yanaşı, eləcə də dövlətin qanunla qorunan mənafeləri göstərilmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi Məhkum cərimə növündə cəza təyin edərkən əsasən onun kredit müqavilələri üzrə borc öhdəliyinin olmamasını, yəni hüquqi şəxsə vurulmuş zərərin aradan qaldırılmasını nəzərə almış və bu baxımdan onun təqsirli bilindiyi maddələrin sanksiyalarında müəyyən edilmiş cəzalardan ən yüngül cəza növünün təyin edilməsini məqsədə uyğun hesab etmiş, apellyasiya instansiyası məhkəməsi də əsassız olaraq bununla razılaşmışdır. Halbuki, Məhkum tərəfindən törədilən əməllər təkcə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin qanunla qorunan hüquqlarının pozulmasına deyil, həmçinin dövlətin mənafeyinə, onun hüquqi nüfuzuna xələl gətirilməsinə də yönəlmişdir. Bu hal isə cəza təyin edilərkən irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edən bütün halların araşdırılmamasına gətirib çıxarmışdır. Qeyd olunan dəlillərə əsaslanan zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 23 noyabr 2023-cü il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin Məhkum naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cinayət prosesi iştirakçılarının bununla bağlı rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum iştirakı olmadan baxılmasın ı mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, zərər çəkmiş hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin şikayətində Məhkum təyin edilmiş cəzanın açıq-aşkar yüngül olmasını, bu cəzanın onun törətdiyi cinayətin xarakterinə, ictimai-təhlükəlilik dərəcəsinə uyğun olmamasını iddia edərək buna görə mübahisələndirilən qərarın ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.21-ci maddəsinin tələblərinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qə rarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də vurğulamağı lazım bilir ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edi lmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Bu tələblərdən çıxış edərək məhkəmə kollegiyası kassasiya şikayəti müəllifinin öz müraciətində irəli sürdüyü tələbə cavab olaraq vurğulamağı laz ım bilir ki, kassasiya instansiyası məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində məhkum olunmuş şəxsin vəziyyətini ağırlaşdıran, o cümlədən ona təyin olunmuş cəzanın daha ağır cəza ilə əvəz edilməsi barədə qərar qəbul etmək səlahiyyətinə malik deyil və bunun üçün əsaslar müəyən edildikdə məhkəmə yalnız apelyasiya instansiyası məhkəməsinin hökmünü və ya qərarını ləğv etməklə işin yeni apelyasiya baxışına təyin edə bilər, lakin bu halda da CPMnin 419.12.5-ci maddəsinin tələblərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini əvvəlcədən müəyyən edə bilməz. Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxış ın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsində təsbit edilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüq uq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Digər tərəfdən bu konstitusiyon müddəalar həmçinin hər bir şəxsin və ümumilikdə cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasını və müdafiə olunmasını, belə qəsdlərdən zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsini, onların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun müvafiq orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, habelə hər hansı cinayətin törədilməsində təqsirli bilinmş şəxslərin cinayət məsuliyyətinə cəlb edilmələrini, onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini və cəzanın məqsədlərinə nail olunmasını da nəzərdə tutur. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-33. 4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı ol malıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi) “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda onu da vurbulamışdır hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələbl ərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar işə birinci instansiya məhkəməsində mahiyyəti üzrə baxılarkən həmin məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış, bu sübutlar hökmün təsviri-əsaslandırıcı hissəsində ətraflı təsvir edilməklə onlara CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvaq qaydada mənsubiyyəti, mümkün lüyü və mötəbərliyi üzrə qiymət verilmiş və bu qiymətləndirmənin nəticəsi olaraq məhkəmə Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsi barədə qənaətə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi həmin sübutların təkrarən araşıdırılmasına ehtiyac görməyərək və apellyasiya şikayətinə onun hüdudlarında baxaraq bütün məsələlər üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə, o cümlədən məhkumun əməlinin CM-nin 308.1 və 313-cü maddələri ilə tövsif edilməsi və həm bu maddələrlə, həm də cinayətlərin məcmusu üzrə cəzaların təyin edilməsi hissələrində razılaşmış və 05 dekabr 2022-ci il tarixli hökmün dəyişdirilmədən saxlanılmasını, hökmdən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini məqsədə uyğun hesab etmişdir. Kassasiya şikayətinin məzmunundan da görünü r ki, iş üzrə məhkumun təqsirliliyinə dəlalət edən sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Məhkum təqsirinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi kimi məsələlər zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 tərəfindən mübahisələndirilmədiyindən, digər tərəfdən isə göstərilən məsələlər üzrə həm birinci, həm də apellyasiya instansiyası məhkəməsinin nəticələri qanuni və əsaslı olduğundan məhkəmə kollegiyası da bu məsələlərin müzakirə edilməsinə ehtiyac görmür. Zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 kassasiya müraciətində məhkəmələr tərəfindən Məhkum cəza təyin edilməsi məsələsi həll olunarkən onun tərəfindən cinayətin təkrar törədilməsi halının şəxsin cəzasını ağırlaşdıran hal olmasının nəzərə alınmamasını və ona həddindən ar tıq yüngül cəzanın təyin edilməsini iddia edir və bu əsaslarla ona təyin olunmuş cəzanın ağırlaşdırılması üçün apellyasiya instansiyası məhkəməsinn qərarının ləğv edilməsini xahiş edir. Kassasiya şikayətinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası əvvəla qeyd edir ki, məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o, vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə etməklə hüquqi şəxsin hüquqlarına və qanuni mənafeyinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi vahid tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumat ları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. İbtidai araşdırma orqanı və məhkəmələr tərəfindən Məhkum bu əməlləri CM-nin 308.1 və 313-cü maddələri ilə tövsif edilmişdir. Cinayət qanunvericiliyinin bu normalarından göründüyü kimi, CM-nin 308.1-ci maddəsinin sanksiyasında iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə, CMnin 313-cü maddəsinin sanksiyasında isə min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul ol ma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, o cümlədən iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarını cinayət qanunvericiliyinin tələbləri ilə müqayisəli şəkildə yoxladıqda Məhkum hazırki qərarın “İşin halları” hissəsində təsvir edilmiş cinayət əməlləri törətdiyinə görə CM-nin 308.1 və 313-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə, habelə cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaların yüngül hesab edilməsi və buna görə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar görmür. Bu nəticəsi ilə bağlı məhkəmə kollegiyası aşağıdakılara istinad etməyi zəruri bilir. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq e dilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət qanunvericiliyinin humanizm prinsipi təsbit olunmuş CM-nin 9.2-ci maddəsinin təlindən görünür ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrum iyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 41.2-ci maddəsində təsbit edilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şə xsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəza təyin edilərkən məhkəmələr tərəfindən nəzərə alınmalı olan cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddəsində, cəzanı ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddəsində nəzərdə tutulmuşdur. Eyni zamanda o, da nəzərə alınmalıdır ki,CM-nin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən CM-nin 59.1.1-59.1.14-cü maddəsində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər, CM-nin 61.2-ci maddəsinin tələblərinə görə isə CM-nin 61.1.1-61.1.13-cü maddəsində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərd ə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdırıcı hallar barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidi r. CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Qanunu bu normasının mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cəza tədbirinin seçilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sü butlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngü lləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəs idir. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə izah edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cin ayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Pl enumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirl əndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11-346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Məhkəmə kollegiyasının qənaətinə görə, Məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən birinci məhkəməsi düzgün olaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, onun himayəsində azyaşlı uşağının olmasını (müvafiq olaraq CM-nin 59.1.13 və 59.1.4-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal), CM-nin 59.2-ci maddəsinin tələblərinə uyğun olaraq isə əməlindən səmimi peşman olmasını, təqsirini səmimi etiraf etməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, ağır dərəcədə şəkərli diabet və ürək xəstəliklərindən əziyyət çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirib həm bu halları, həm də iş üzrə CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə almış və ona təqsirli bilindiyi maddələrin sanksiyasında müəyyən edilmiş həcmlərdə cərimə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab etmişdir. Kassasiya şikayətinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası onu da qeyd etməyi lazım bilir ki, Məhkum təqsirli bilindiyi ittihama görə, o, həmin ittiham üzrə cinayət əməllərini təkrarən deyil, vahid niyyətlə törətmiş, onun törətdiyi əməllər nəticəsində isə dövlətin qanunla qorunan mənafelərinə hər hansı ziyanın vurulması haqda müddəalar həmin ittihamda əksini tapmamışdır. Təsadüfi deyil ki, Məhkum təqsirli bilindiyi cinayət əməllərini vahid niyyətlə törətməsini nəzərə alan ibtidai araşdırma orqanı da iş üzrə cəzanı ağırlaşdıran halları, o cümlədən cinayətlərin təkrar törədilməsi kimi CM-nin 61.1.1-ci maddəsində nəzərdə tutulmuş halı müəyyən etməyərək ittiham aktında bunu göstərməmiş, məhkəmələr də haqlı olaraq cəza təyin etmə məsələsini həll edərkən belə hala, habelə kassasiya şikayətində göstərilən nəticəyə istinad etməmişlər. Bütün təsvir olunanlara əsaslanaraq məhkəmə kollegiyası Məhkum təyin olunmuş cəzanı qanuni və ədalətli hesab edir, bu isə apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəli llərini və cinayət işinin materiallarını tədqiq etməklə, kassasiya şikayətinin təmin edilməsi barədə zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2, kassasiya şikayətinin təmin edilməməsi barədə isə məhkumun müdafiəçisi R.Ə.Musayevin və dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-nin 308.1 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 mart 2023-cü il tarixli qərarı isə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D I: Zərər çək miş hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 mart 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2301/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-2301/2023
28.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver