Məhkəmə qərarları › İş №1(102)-2301/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2301/2025

16.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2301/2025 16.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, Əhmədbəyli Azad Qaxanduz oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri X7, məhkumun müdafiəçisi Müdafiəçi3, zərərçəkmiş şəxsin hüquqi varisi X2 və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi - AR Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə1 iştirak ları ilə, Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 1 iyul tarixli, 1(105)-39/2025 nömrəli hökmündən zərərçəkmiş hüquqi şəxs - AR Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə1 və məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(124)-4/2023 nömrəli hökmü ilə (hakimlər: X10 (sədrlik edən), X14 və X11), xx xxxxxx 1977-ci ildə Tovuz rayonu Alakol kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himyəsində azyaşlı uşaqları olan, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Tovuz rayonu Alakol kəndində pasport qeydiyyatda olmaqla həmin kənddə faktiki yaşayan, Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2, 213.2.2, 308.2 və 313-cü maddələri ilə onun təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən Dövlət ittihamçısı1 tərəfindən apellyasiya protesti və zərərçəkmiş şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi, Azərbaycan Respublikasınım Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu və Zərərçəkmiş şəxs202, Zərərçəkmiş şəxs135, Zərərçəkmiş şəxs203 və X3 tərəfindən apellyasiya şikayətləri verilmişdir Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Məhəmmədəli Əsəd oğlu Rzayevin sədrliyi və məruzəsi ilə, hakimlər X8 və X6 ibarət tərkibdə) 2024-cü il18 aprel tarixli, 1(105)-20/2024 nömrəli hökmü ilə Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs202, Zərərçəkmiş şəxs135, Zərərçəkmiş şəxs203 və X3, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti mülki iddiaya dair hissədə təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 213.2.2, 308.2 və 313-cü maddələri ilə bəraət verilməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-4/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 213.2.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, Azərbaycan Respublikası CM-in 213.2.2, 308.2 və 313-cü maddələri üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən CPM-in 44.2.1-ci maddəsinə müvafiq olaraq ona cəza təyin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 7(yeddi) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinin tələbinə əsasən Məhkum Rusiya Federasiyasında axtarışda olan şəxs qismində saxlanıldığı 2 gün müddət, xx.xx.2021-ci il tarixdən, xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 il, 2 ay müddət ona təyin olunmuş cəzadan çıxılmış və üzərində qəti olaraq 5 (beş) il, 3 (üç) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Məhkum təyin edilmiş 2 (iki) il müddətində dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası onun azadlıqdan məhrumetmə növündə cəza çəkdiyi bütün müddətə və bundan sonrakı 2 (iki) il müddətə şamil edilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirl iyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş mülki iddia təmin edilmiş, mülki cavabdeh Məhkum maddi zərərə görə 33.839,10 (otuz üç min səkkiz yüz otuz doqquz manat on qəpik) manat tutularaq zərərçəkmiş şəxs hüquqi şəxs ƏƏSMN-in Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi hökm müəyyən edilmiş, zərərçəkmiş fiziki şəxslər tərəfindən verilmiş mülki iddialar baxılmamış saxlanılmış, zərərçəkmiş fiziki şəxslərə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinə təqsirləndirilən şəxs Məhkum qarşı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ izah edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qeyd edilən hökmündən zərərçəkmiş hüquqi şəxs - Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi və məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən kassasiya şikayətləri verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 18 oktyabr 2024cü il tarixli, 1(102)-2103/2024 nömrəli qərarı ilə Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, zərərçəkmiş hüquqi şəxs Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 18 aprel tarixli, 1(105)-20/2024 nömrəli hökmü Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına təyin edilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Ağayev Rəşadət Əhməd oğlu sədrliyi və məruzəsi ilə, hakimlər X5 və X1 ibarət tərkibdə) 2025-ci il 1 iyul tarixli, 1(105)-39/2025 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 213.2.2, 308.2 və 313-cü maddələri ilə onun təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-4/2023 nömrəli, 06 iyul 2023-cü il tarixli hökmü qismən, yəni Cinayət Məcəlləsinin 178.3.2 və 308.2-ci maddələrinə aid hissədə apellyasiya protesti və zərərçəkmiş fiziki şəxslərin apellyasiya şikayətlərinə əsasən ləğv edilmiş, Məhkum ittihamından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi xaric edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bili nərək, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbinə əsasən Məhkum Rusiya Federasiyasında axtarışda olan şəxs qismində saxlanıldığı 2 gün müddət, xx.xx.2021-ci il tarixdən, xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 il, 02 ay müddət ona təyin olunmuş cəzadan çıxılmış və üzərində qəti olaraq 03 (üç) il, 09 (doqquz) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi və cəzaçəkmə müddətinin başlanğıcının 18 aprel 2024-cü il tarixdən hesablanması hökm edilmişdir. İŞİN HALLARİ: Məhkəmnin hökmünə əsasən, Məhkum təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə vahid tamah niyyəti ilə ağır nəticələrə səbəb olan mühüm zərər vurub vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə edərək özgənin külli miqdarda əmlakını aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində külli miqdarda vergiləri v ə məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən vahid niyyətlə qəsdən yayınmış, qabaqcadan əlbir olan bir qrup şəxs halında qeyrilərinin köməkçiliyi ilə vahid tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Məhkum tərəfindən cinayət əməllərinin törədilməsi halları həm birinci instansiya məhkəməsinin hökmündə və həm də apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şəkildə əks olunmuşdur. Məhkəmə kollegiyası həmin əməlləri hazırkı qərarda yenidən təsvir etmək zərurəti görmür. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, apelyasiya instansiya məhkəməsi Məhkum təqsirliliyi ilə bağlı məsələyə baxarkən CPM-in 144 və 145-c maddələri ilə müəyyən edilmiş, cinayət təqibi üzrə toplanmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmalı olmasına, onların qarşılıqlı surətdə təhlil olunmasına və bir-biri ilə müqayisə edilməsinə, sübutların mənbəyinin mötəbərliyinin müəyyən olunmasına, onların mümkünlüyünə, mənsubiyyətinə və bütün sübutların məcmusuna ittihamın həlli üçün kifayət etməsinə əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməli olmasına dair tələblərə əməl etməmişdir. Belə ki, apellyasiya instansiya məhkəməsi öz hökmündə də hər bir ittiham sübutunu həm ayrı-ayrılıqda araşdırdığını, həm də məcmu halında müqayisə edilərək onların ittihamın təsdiq edilməsində yetərli olub-olmamasına qiymət verərək müəyyən etmişdir ki, iş üzrə sübutlar əsaslı şübhələrdən kənar sübut standartlarına uyğun deyil və istər ayrı-ayrılıqda, istərsə də mə cmu halında ittihamın təsdiq edilməsində yetərlilik və inandırıcılıq tələblərinə cavab vermir. Apellyasiya məhkəməsi tapşırıqları icra etməmiş, hökmdə aşağıda qeyd edilən xüsusatları iş materiallarına uyğun olmayan və işin faktiki halları ilə ziddiyyət təşkil edən məqamlara istinad olunaraq Ali Məhkəmənin Cinayət Kollegiyasının qərarında göstərilən tapşırıqları nəzərə almadan Məhkum əməlinə düzgün hüquqi qiymət verilməmiş, hökmün əsasını madddi və prosessual hüququn pozuntusu ilə olan yolverilməz sübutlar təşkil etmişdir. Apellyasiya məhkəməsində istintaqla aparılmış araşdırma zamanı Məhkum təqsirinə dair hər hansı sübut əldə olunmamışdır. Əksinə məhkəməyə dəvət olunmuş zərərçəkmiş şəxslərin ifadələri ilə Məhkum təqsirsizliyi bir daha sübuta yetirilmiş, lakin məhkəmə həmin ifadələrə düzgün hüquqi qiymət vermədiyindən ittiham hökmü çıxarmışdır. Aparılan müqayisəli təhlilə əsasən, Ali Məhkəmənin Apellyasiya Məhkəməsinə verdiyi əsas tapşırıqların bəziləri yerinə yetirilsə də, hamısı tam icra olunmamışdır. Dələduzluq faktı və məbləğin müəyyənləşdirilməsi – Məhkəmə ümumi və qismən ödənilmiş ziyanın məbləğini göstərsə də, tikinti xərclərinin real hesablanmasına dair ayrıca, detallı iqtisadi təhlil aparmamışdır. Ziddiyyətlərin aradan qaldırılması və hüquqi müəyyənlik –Apellyasiya Məhkəməsi Ali Məhkəmənin ziyanın və tikinti xərclərinin real hesablanması üzrə tapşırığı icra etməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 1(102)- 2103/2024 saylı qərarında göstərilmişdir ki, “irəli sürülmüş ittiham konkret və dəqiq olmalıdı r, şəxsin konkret olaraq əlbir cinayət əməli törətməklə bağlı kim və ya kimlərlə razılaşması, bu razılaşmanın mahiyyətinin, məqsədinin nədən ibarət olması, şəxsin bu əlbirlikdə rolunun, funksiyasının nədən ibarət olması müəyyən edilməli və konkret, mötəbər dəlillərlə sübuta yetirilməlidir. Bu tələb eyni zamanda hüquqi müəyyənlik və təqsirə görə məsuliyyət prinsiplərindən də irəli gələn tələbdir. Məhkum ona qarşı irəli sürülmüş bütün ittihamlarda təqsirli bilən apellyasiya instansiyası məhkəməsinin hökmü 122 səhifədən ibarətdir. Bu 122 səhifənin demək olar ki, hamısı sübutların sadalanmasından və müvafiq normativ aktlara istinadlardan ibarətdir. Yalnız hökmün 89-cü səhifənin yarısında, 91-ci səhifənin yarısında, 93-cü səhifədə bir abzas, 107-ci səhifəsində bir abzas məhkəmənin qiymətləndirm əsindən ibarətdir. Bununla da, apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 349-cü maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Məhkum qarşı irəli sürülmüş ittihamda dələduzluq yolu ilə ələ keçirilmiş 2.445.467 manat puldan konkret olaraq hansı məbləğinin əldə edilməsində Məhkum iştirak etməsi müəyyən edilməmiş, ümumiyyətlə, onun tanımadığı, ünsiyyətdə olmadığı şəxslərə münasibətdə də Məhkum qarşı mücərrəd ittiham irəli sürülmüşdür.” Əlavə araşdırma zamanı da Məhkum kimin pulunu və hansı həcmdə mənimsədiyinə dair nə birbaşa, nədəki dolayısı sübut əldə olunmamışdır.

2. Apellyasiya şikayətini vermiş zərərçəkmiş şəxslər dindirilərkən göstərmişlər ki, aldıqları mənzillərə görə pulları Məhkum vermişlər. Məhkum deyir ki, o, müqaviləni onlara imzalatdırmış, onlardan pulları o, və ya xə zinadar almış, bundan sonra o, ödənişə dair maliyyə arayışını direktorun imzasından və vurduğu möhürdən sonra imzalayıb onlara vermişdir. Məhkumun müdafiəçisi kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 iyul 2025-ci il tarixli, 1(105)-39/2025 saylı hökmünün ləğv edilməsini və Məhkum təqsirliliyi sübuta yetirilmədiyindən barəsində bəraət hökmünün çıxarılması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş hüquqi şəxs kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, iş üzrə apellyasjya instansiyası məhkəməsinin istintaqı zamanı araşdırma tam, hərtərəfli və obyektiv aparılmamış məhkəmə həqiqətin müəyyən olunması üçün bütün mümkün hüquqi imkan, təminat və vasitələrdən istifadə üzrə vəzifələrini yerinə yetirməmiş, mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamış, Cinayet-Prosessual Məcəllənin 179186-cı maddələrinin tələbləri pozulmaqla cinayət işi üzrə yanlış nəticəyə gəlmişdir. İş üzrə zərərçəkmiş şəxs Dövlət Sosial Müdafiə Fonduna vurulmuş zərər ümumilikdə 33.839,10 manat (otuz üç min səkkiz yüz otuz doqquz manat on qəpik) təşkil etmişdir. İş üzrə zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi 33.839,10 manat ziyanın təqsirləndirilən şəxs Məhkum Fondun xeyrinə tutulması barədə mülki iddiaçı kimi çıxış etmişdir. Bildiririk ki, Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığort a, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Fond Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 179.4-ci maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddiaya mülki hüquq və hüququn digər sahələri üçün müəyyən edilmiş iddia müddəti tətbiq edilmir. Tərəfimizdən verilmiş mülki iddia ərizəsində iş üzrə dəymiş zərərin mahiyyəti tam şəkildə izah edilmiş, ərizə qan unvericilikdə nəzərdə tutulmuş normalarla əsaslandırılmışdır. Yuxarıda qeyd olunanlara əsasən, Məhkum Cinayət Məcəlləsinin 213.2.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinərək onun barəsində sözügedən maddələrlə ittiham hökmü çıxarılmasını və iş üzrə zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianın təmin edilməsini xahiş etdi. Dövlət ittihamçısı Zərərçəkmiş şəxs163 kassasiya instansiyası məhkəməsində məhkəmə iclasında çıxış edərək məhkumun müdafiəçisinin kassasiya şikayətinin təmin olunmamasını, zərərçəkmiş şəxsin kassasiya şikayətinin təmin olunmasını və Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 1 iyul tarixli hökmünün ləğv edilərək yeni baxış a qaytarılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onla rı sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiəçi məhkuma bəraət verilməli olduğunu iddia edərək və bu istiqamətd ə məhkəmənin hökmünü mübahisələndirərək həmin hökmün ləğv edilməsi barədə tələbini CPM-in 416.1.1, 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi tərəflərindən verilmiş mülki iddianın baxılmamış saxlanmasını mübahisələndirərək məhkəmə hökmünün ləğv edilməsi barədə tələblərini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya Məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını kassasiya müraciətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Kons titusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinay ət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, müdafiəçinin, zərərçək miş hüquqi şəxsin nümayəndəsinin və dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, DSMF-un nümayəndəsinin kassasiya şikayəti təmin edilməməli, müdafiəçinin kassasiya şikayəti təmin edilməlidir. Məhkəmə kollegiyası əvvəlcə müdafiəçinin kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkum qarşı CM-in 178.3.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Məhkum ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilən apellyasiya instansiyası məhkəməsinin hökmü demək olar ki, bütünlükdə sübutların sadalanmasından və müva fiq normativ aktlara istinadlardan ibarətdir. Bundan əlavə apellyasiya instansiya məhkəməsi yenidən cinayət işinə istintaq aparılmaqla baxarkən Ali Məhkəmənin Cinayət kollegiyasının 1(102)-2301/2025 saylı 18 oktyabr 2024-cü il tarixli qərarında göstərilən halları nəzərə almadan, apellyasiya məhkəməsində araşdırılmalı olan məsələlərə qiymət vermədən əsassız və ədalətli olmayan hökm çıxarmışdır. Bununla da, apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 349-cü maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Bu tələblər aşağıdakılardır: -- Məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır; -- Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır; -- Sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməlidir; -- Məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Apellyasiya instansiyası məhkəməsi Məhkum təqsirli bilərək məhkum edərkən, məhkəmə istintaqı aparılmamış, sübutları tədqiq etməmiş, məhkəmənin istinad etdiyi zərərçəkmiş və şahid ifadələrinin böyük əksəriyyəti ibtidai istintaq zamanı dindirilmiş şəxslərin ifadələridir. Bununla da, apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 329 və 330-cü maddələrinin, eləcə də Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 3 (d) bəndinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedent hüququnun tələbləri kobud şəkildə pozulmuş, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 12-ci bəndinin tövsiyyələri nəzərə alınmamışdır. Məhkum qarşı CM-in 178.3.2-ci maddəsi üzrə irəli sürü lmüş ittihamdan görünür ki, o, yaşayış və qeyri-yaşayış sahələrinin alqı-satqısı barədə maliyyə arayışları ilə əldə etdiyi cəmi 6.264.522 manat pulun 3.684.882 manatını binanın tikintisinə sərf edərək, habelə 134.172 manat məbləğində pulu həmin ərəfədə pulu vermiş şəxslərə geri qaytarmaqla qalan 2.445.467 manat məbləğində özgənin külli miqdarda əmlakını vahid niyyətlə qabaqcadan əlbir olan bir qrup şəxslə qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Məhkum qarşı irəli sürülmüş ittihamda dələduzluq yolu ilə ələ keçirilmiş 2.445.467 manat puldan konkret olaraq hansı məbləğinin əldə edilməsində Məhkum iştirak etməsi müəyyən edilməmiş, ümumiyyətlə, onun tanımadığı, ünsiyyətdə olmadığı şəxslərə münasibətdə də Məhkum qarşı mücərrəd ittiham irəli sürülmü şdür. Məlumdur ki, hazırki dövrdə də tikinti şirkətləri tikintiyə başlamazdan öncə evlərin alqı-satqısı ilə bağlı elanlar verir, müqavilələr bağlayır və alıcılardan pul vəsaitlərini qəbul edirlər. Lakin müasir bazar iqtisadiyyatının elementlərindən biri olan bu faktı Məhkum qarşı irəli sürülən ittihama daxil edərək dələduzluğun əlaməti və şəxsin təqsirli olmasını təqdiq edən dəlil kimi qəbul etmək CPM-in 145-ci maddəsinin pozulması kimi qəbul edilməlidir. Bundan əlavə, yuxarıda da göstərildiyi kimi Məhkum qarşı irəli sürülmüş ittihama görə o, 2.445.467 manat məbləğində özgənin külli miqdarda əmlakını vahid niyyətlə qabaqcadan əlbir olan bir qrup şəxslə qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Eyni zamanda, şəxsin əməlinin dələduzluq kimi tövsi f etmək üçün şəxsdə bu niyyətin qabaqcadan yaranmasını konkret dəlillərlə sübut etmək lazımdır. Məhkum qarşı irəli sürülmüş ittihamdan görünür ki, o, vahid niyyətlə xx.xx.2005-ci ildən xx.xx.2009-cu il kimi olan müddət ərzində dələduzluq cinayət əməlini törətmişdir. Verilmiş ittihamdan da görünür ki, ona qarşı dələduzluq cinayət əməlinin hər iki tövsifedici əlaməti ilə, yəni həm aldatma, həm də etibardan sui-istifadə etməklə cinayət əməli törətməyə görə ittiham irəli sürülmüşdür. Maraqlıdır 4 ildən artıq olan müddət ərzində Məhkum hansı zərərçəkmiş şəxsi aldatmış, hansı zərərçəkmiş şəxsin etibarından sui-istifadə etmişdir?! Bu haqlı sualların heç birinə apellyasiya instansiya məhkəməsinin ittiham hökmündə heç bir cavab verilməmişdir. Bundan əlavə, cinayət işi üzrə halların, yəni dələduzluq faktının və ələ keçirilən pul vəsaitinin miqdarının cinayət işi üzrə keçirilmiş ekspertizaların müvafiq rəylərinə əsasən müəyyən edilməsi aşağıda göstərilən səbəblərə görə düzgün hesab edilə bilməz. Belə ki, mübahisəsiz haldır ki, MMC tərəfindən binanın tikilməsi ilə bağlı bütün xərclər həmin binanın yaşayış (mənzillərin) və qeyri-yaşayış sahələrinin satışından əldə edilmiş pulun hesabına ödənilir. Hətta mənzilin və qeyri-yaşayış sahələrinin satışına qədər binanın tikintisinə sərf edilmiş pul vəsaitləri də (MMC-yə məxsus öz pul vəsaitləri, kreditlər, borclar və sair) sonradan satışdan əldə edilmiş pulun hesabına bağlanılır və ödənilir. Həmçinin mübahisəsiz haldır ki, çoxmərtəbəli binanın tikilməsi ilə bağlı xərclər sırf tikinti-quraşdırma işlərinə sərf edilən pul vəsaitlərindən ibarət dey il. Tikinti-quraşdırma işləri ilə yanaşı, tikinti üçün müvafiq torpaq sahəsinin alınmasına, evin layihə-smeta sənədlərinin hazırlanmasına, tikinti işlərinin aparılması ilə əlaqədar müvafiq vergilərə, texniki şərtlərlə bağlı rüsumlara və digər xidmətlərə ödənilən pul vəsaitləri çoxmərtəbəli binanın tikintisi ilə bağlı xərclərə daxil olur və həmin xərclər binanın yaşayış və qeyriyaşayış sahələrinin satışından əldə edilmiş pulun hesabına ödənildiyi üçün satılan yaşayış və qeyri-yaşayış sahələrinin qiymətinə hesablanır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hazırki cinayət işi üzrə dələduzluq faktının olması və olduğu halda ələ keçirilən pul vəsaitinin miqdarının dəqiq müəyyən edilməsi üçün "xxxx" MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri Mehdi Hüseynzadə küçəsi ilə H.Zeynalabd in Tağıyev küçələrinin kəsişməsində çoxmərtəbəli binanın tikilməsinə xərclənilən pul vəsaitlərinin sırf tikinti-quraşdırma işlərinə sərf edilmiş 3.684.882 manat məbləğində müəyyən edilməsi açıq-aşkar həqiqətə uyğun gəlmədiyindən əsaslı hesab edilə bilməz. Cinayət işinin materiallarından isə görünür ki, apellyasiya instansiyası məhkəməsi cinayət işinə əlavə edilmiş müvafiq sənədləri və ekspert rəylərini sadalamaqla kifayətlənmiş, həmin sübutlar yoxlanılmamış, müqayisəli tədqiq edilməmiş və qanunamüvafiq qaydada qiymətləndirilməmişdir. Apellyasiya məhkəməsi işə mahiyyəti üzrə baxan sonuncu instansiya məhkəməsi olduğu üçün həmin məhkəmənin vəzifəsidir ki, işin nəticəsi üçün əhəmiyyətli olan bütün zəruri halları araşdırsın, işə obyektiv qiymət versin və şəxsin əsassız ittihamla məsuliyyətə cəl b olunmasına yol verməsin. Müdafiə tərəfi konkret sübutlarla ittihamın əsassız olduğunu irəli sürürsə və bu barədə verilmiş protestə etirazda əsaslı arqumentlər gətirirsə məhz apellyasiya instansiyası məhkəməsinin vəzifəsidir ki, həmin işdə qanunçuluğa əməl olunmasını ciddi yoxlasın. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir gö stərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli Qərarı). Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı Bratyakin Rusiyaya qarşı iş üzrə 9 mart 2006-cı il, Radçikov Rusiyaya qarşı iş üzrə 24 may 2007-ci il, Lenskaya Rusiyaya qarşı iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar top lanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işindəki hüquqi mövqeyə görə təqsirsizlik prezumsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqs irləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar. Sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bu baxımdan da məhkəmə kollegiyası işə baxan apellyasiya məhkəməsinin gəldiyi nəticəni, yəni Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair nəticəsini kifayət qədər əsaslandırmış hesab etmir. Azərbaycan Respublikası CPM-in 416.1.2. və 416.1.22-ci maddələrinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və bu Məcəllənin 416.2-ci maddəsində nəzərdə tutulmuş hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya i nstansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Azərbaycan Respublikası CPM-in 416.2-ci maddəsinin tələblərinə görə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması hökm və ya digər qərarın ləğv edilməsinə və ya dəyişdirilməsinə yalnız o halda əsas olur ki, həmin hökm və ya digər qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın. Məhkəmə kollegiyası bir məsələyə də münasibət bildirilməsini zəruri hesab edərək qeyd edir ki, mərhum Qasım Məmmədovun CM-in 178.3.2-ci mad dəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 sentyabr 2015-ci il tarixli hökmünün və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 noyabr 2016-cı il tarixli qərarının CPM-in 142-ci maddəsinin tələbləri baxımından və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 yanvar 2020-ci il tarixli “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” qərarında ifadə edilən hüquqi mövqeləri baxımından Məhkum barəsində olan cinayət işi üzrə hər hansı qaydada preyudisial əhəmiyyəti yoxdur. Zərərçəkmiş hüquqi şəxs – Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş kassasiya şikayətinə münasibət bildirən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apellyasiya məhkəməsi hökmün əsaslandı rma hissəsində göstərilən hüquqi dəyərləndirməyə görə təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2 və 313-cü maddələri ilə təqsirli bilinməsinə dair verilmiş ittiham əsaslı hesab edilə bilmədiyindən birinci instansiya məhkəməsi qeyd olunan maddələr üzrə bəraət hökmü çıxarılmasında düzgün nəticəyə gəldiyindən həmin maddələr üzrə ittihamla bağlı Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş mülki iddia da tutula bilmədiyindən Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti əsaslı olduğundan kassasiya şikayəti təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 1 iyul 2025-ci il tarixli hökmü Məhkum Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair hissədə ləğv edilməli və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-i n 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA A L D İ: Zərərçəkmiş hüquqi şəxs-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 iyul 2025-ci il tarixli, 1(105)-39/2025 nömrəli hökmü Məhkum Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair hissədə müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə qismən ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar