Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2302/2023 26.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Müdafiəçi – Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Qurbanov İbrahim Nizami oğlunun iştirakları ilə, Azərbayc an Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 iyul 2023-cü il tarixli hökmündən Məhkum müdafiəçisi Zeynalov Orxan Rauf oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 may 2023-cü il tarixli 1(099)-13/2023 nömrəli (hakimlər: Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə 12 avqust 1967-ci ildə X rayonu X kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvələr məhkum olunmamış, "xxxx" QSC-in X rayonuXkəndində yerləşən anbarında satıcı-anbardar vəzifəsinə işləmiş, hazırda fərdi qa ydada əmək fəaliyyəti ilə məşğul olan, X rayonu X kəndində qeydiyyatda olmaqla yaşayan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 2 il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, mülki iddia qismən təmin olunaraq cəmi 24098,25 manat pul vəsaitinin Məhkum tutularaq zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-in hesabına ödənilməsi hökm edilmiş, mülki iddia qalan hissədə təmin edilməmişdir. Hökmdən dövlət ittihamçısı Musayev Emin Özbək oğlu tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-nin direktoru X tərəfindən verilmiş apel lyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Əliyev Elşad İbiş oğlu (sədrlik edən, məruzəçi hakim), Bağırov Məhəmməd Ənvər oğlu və Əhmədov İsmayıl Həmid oğlundan oğlundan ibarət məhkəmə tərkibində) 20 iyul 2023-cü il tarixli 1(106)-489/2023 nömrəli hökmü ilə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 may 2023-cü il tarixli hökmü apellyasiya protestinə və apellyasiya şikayətinə münasibətdə ləğv edilmiş, Məhkum Azərbaycan Rublikası CM-in 179.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və CM-in 46.2-ci maddəsi tətbiq olunmaqla ona 2 il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilmək lə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, zərərçəkmiş hüquqi şəxs tərəfindən verilmiş mülki iddia təmin edilmiş, zərərçəkmiş hüquqi şəxsə vurulmuş ziyana görə 43561,25 manat pul vəsaiti təqsirləndirilən şəxs Məhkum alınaraq zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-nin hesabına ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 manat Məhkum tutularaq dövlət nəfinə alınması, Məhkum barəsində həbs qətimkan tədbiri seçilməsi və dərhal məhkəmə iclas zalından həbsə alınması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinnin 20 iyul 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 iyul 2023-cü il tarixli hökmündən Məhkum müdafiəçisi Zeynalov Orxan Rauf oğlu tər əfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən Məhkum qarşı CM-in 179.3.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin direktoru X10 ilə 28 sentyabr 2020-ci il tarixdə bağladığı əmək müqaviləsinə əsasən cəmiyyətin X rayonuXkəndində yerləşən anbarına satıcı-anbardar vəzifəsinə işə qəbul edildikdən sonra əmək müqaviləsində qeyd olunan əmək funksiyaları, eləcə də cəmiyyətin direktoru ilə bağladığı eyni tarixli tam maddi məsuliyyət haqqında müqavilə əsasında tam məsuliyyətlə inzibati idarə heyəti tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanmasını, görüləcək işi layiqincə yerinə yetirməyi və heç bir halda idarəyə, müəssisəyə və təşkilata ziyan vurmamağı öhdəsinə götürməklə qeyd olunan vəzifədə işləyərkən tamah niyyəti ilə cəmiyyətə məxsus külli miqdarda pul vəsaitini əvəzsiz və qanunsuz olaraq öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə yolu ilə talamaq qərarına gələrək maddi məsul şəxs kimi xx.xx.2020-ci il tarixli, AT00-005692 nömrəli, xx.xx.2020-ci il tarixli, AT00006008 nömrəli, xx.xx.2020-ci il tarixli, AT00-006435 nömrəli, xx.xx.2020-ci il tarixli, AT00006624 nömrəli, xx.xx.2021-ci il tarixli, AT00-000263 nömrəli təhvil-təslim aktları ilə ona etibar edilmiş 30000 kq “Ammofos/Apatit/Phosagro”, 5000 kq “Ammofos/Evroxim”, 15000 kq “Ammonium Nitrat/Evroxim”, 10000 kq “Ammonium Nitrat/Minudobreniya” və 22500 kq “Nitroammofos/Minudobreniya” gübrəsinin satışından əldə etdiyi ümumilikdə 62000 manat pul vəsaitini bütövlükdə "xxxx" QSC-nin bank hesabına köçürməli olduğu hald a, həmin məbləğin 3292,75 manat hissəsini cəmiyyətin hesabına mədaxil etsə də, onun maddi məsuliyyətində qalan, cəmiyyətə məxsus 58707,25 manat pul vəsaitini vahid niyyətlə əhatə olunmuş qəsdlə qanunsuz və əvəzsiz olaraq mülkiyyətinə keçirməklə şəxsi ehtiyaclarına xərcləyib ona etibar edilmiş ümumilikdə 58707,25 manat məbləğində nağd pul vəsaitini - özgənin əmlakını öz qulluq mövqeyindən istifadə edib zərərçəkmişə külli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talamışdır. Apellyasiya instansiya məhkəməsi də ibtidai istintaq orqanının Məhkum qarşı irəli sürüldüyü ittiham ilə razılaşmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçisi Zeynalov Orxan Rauf oğlu kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin 20 iy ul 2023-cü il tarixli hökmünə əsasən, 43561,25 (qırx üç min beş yüz altmış bir manat iyirmi beş qəpik) manat pul vəsaitinin təqsirləndirilən şəxsdən alınması qanunsuz və əsassızdır. Belə ki, Məhkum tərəfindən X2 verilmiş 10230 (on min iki yüz otuz) manat və X11 10000 (on min) manat ümumilikdə isə 20230 (iyirmi min iki yüz otuz) manat məbləğində pul ona verilmiş ittihamdan xaric edilməli və həmin məbləğ mülki iddiadan çıxılmalıdır. X "xxxx" ASC-yə məxsus gübrə məhsullarını yuxarıda qeyd edilən şəxslərə nisyə olaraq satmış, sonradan onlardan ümumilikdə 5000 (beş min) manat alaraq cəmiyyətə mədaxil etmişdir. X cəmiyyətə məxsus gübrələri nisyə olaraq satdığı üçün pul vəsaiti əldə edə bilməmiş və mənimsəmə niyyəti olmamışdır. Məhkum verilmiş ittihamdan yuxarıda qeyd olunan 20230 (iyirmi min iki yüz otuz) manat məbləğində pul xaric edildikdə, onun tərəfindən zərərçəkmiş şəxsə vurulmuş zərər 38477,25 (otuz səkkiz min dörd yüz yetmiş yeddi manat iyirmi beş qəpik) manat müəyyən edilir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir, şəxin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak h üquqlarının əldə edilməsinə yönəlmiş olsun. Göründüyü kimi cinayət əməli törədilərkən və tövsif edilərkən ən mühüm məsələ təqsirləndirilən şəxsin niyyətidir. Sözügedən cinayət işi üzrə Xun şirkətə olan borclarının çoxu nisyə verdiyi müştərilərdə qalmışdır və o, şirkətin pulunu heç vaxt şəxsi ehtiyacları üçün ödəməmişdir. Sadəcə yuxarıda qeyd olunan şəxslərə inam duyduğu üçün nisyə alqı-satqı etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündə təqsirləndirilən şəxs Xun əməlini səmimi etiraf etməsi və peşman olmasını, maddi ziyanın qismən ödənilməsini (38477,25 manat ziyandan 15146 manat hissəsini), qalan hissənidə tamamilə qəbul etdiyini və ödəmək niyyətində olduğunu, himayəsində bir nəfər azyaşlı övladının olmasını, ailəsinin yeganə qazanc gətirən şəxs olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə almadan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmündən daha ağır cəza təyin edilərək 2 il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Məhkum təyin etmiş olduğu daha ağır cəza qanunvericiliyin tələblərinə ziddir. Odur ki, göstərilənləri nəzərə alaraq, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 iyul 2023-cü il tarixli hökmünün ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Qurbanov İbrahim Nizami oğlu çıxış edərək, vurulmuş ziyanın böyük bir hissəsinin ödənildiyini, qalan məbləğin ödənilməsi üçün qarşı lıqlı razlığın əldə olunduğunu nəzərə almağı və verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 iyul 2023-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin hökmünün qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkəmələr tər əfindən məhkumun əməlinin düzgün tövsif edilmədiyi, əməlin Azərbaycan Respublikası CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə tövsif edilməli olduğu halda, əsassız olaraq həmin Məcəllənin 179.3.2-ci maddəsi ilə tövsif edildiyi, bununla da sübutlar və sübutetməyə dair cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu iddia edilmiş və mübahisələndirilən hökmün ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), 416.1.3 (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) və 416.1.15-ci (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) maddələrində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Kassasiya şikayətinin şərh olunan dəlillərinə münasibət bildirməmişdən öncə kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş fa ktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 iyul 2023-cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması, müdafiəçinin isə kassasiya şikayətinin təmi n edilməsi barədə məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilərək, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 iyul 2023-cü il tarixli hökmü dəyişdirilməlidir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Mə hkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı apar ılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-o lmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Mənimsəmə talamanın müstəqil forması olub, obyektiv cəhətdən inanılıb tapşırılmış maddi qiymətli şeylərin ayrılması, götürülməsi və onun üzərində qanunsuz sahibliyi müəyyən etmə k yolu ilə özünün və ya digər şəxslərin mülkiyyətinə keçirilməsində ifadə olunur. Bu zaman müqavilə münasibətləri və yaxud dövlət və ya ictimai təşkilatların xüsusi tapşırığı ilə əlaqədar əmlak barəsində sahiblik, idarəetmə, sərəncam vermə, daşıma və ya saxlama səlahiyyətlərini həyata keçirən təqsirkar (məsələn, anbardar, təchizatçı, kassir və s.) özünün qanuni ixtiyarında olan əmlakı qanunsuz, əvəzsiz öz mülkiyyətinə keçirir. Əmlak hər hansı təşkilatın işçisi hesab edilməyən xüsusi şəxslərə də etibar edilə bilər (onlara yuxarıda qeyd olunan sərəncam vermə, idarə etmə, saxlama və s. səlahiyyətlər verməklə). Təqsirkara səlahiyyətlər podrat, icarə, saxlama və s. mülki-hüquqi müqavilələr əsasında da verilə bilər. İsraf etmə dedikdə isə, təqsirkara müəyyən səlahiyyətləri həyata keçirmək üçün e tibar edilmiş əmlakın sərf edilməsi, satılması, istehlak edilməsi, müxtəlif formalarda özgəninkiləşdirilməsi (başqa şəxslərə bağışlama, vermə) başa düşülür. Mənimsəmədən fərqli olaraq israf etmədə əmlak sərf edildiyindən və ya digər formada özgəninkiləşdirildiyindən onu qanuni mülkiyyətçiyə qaytarmaq imkanı itirilmiş olur. Təqdiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin və apellyasiya məhkəməsinin hökmlərindən görünür ki, Məhkum verilmiş külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş hüquqi şəxsin və mülki iddiaçının nümayəndəsinin, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilməmiş, təqsirləndirilən şəxsin mənimsəmə və ya israf etmə əməlini öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla törədilməsinə tövsif edilmiş, apellyasiya məhkəməsi isə cinayət işinin materiallarını nəzərdən keçirərək istintaq orqanının Məhkum qarşı irəli sürüldüyü ittiham ilə razılaşmış, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün o laraq həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinin tələbinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq e dildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar apellyasiya məhkəməsinin hökmündə ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Kassasiya məhkəmə kollegiyası kassasia şikayətinin dəlillərini, cinayət işinin materialları ilə birlikdə təhlil edərək Məhkum "xxxx" ASC-yə 58707,25 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla mənimsəmə etməsi cinayət işi üzrə toplanılmış sübutlarla öz təsdiqini tapması barədə nəticəyə gəlir. Belə ki, cinayət işinin materiallarında olan 20 may 2021-ci il tarixli 9/3245 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinin nəticə hissəsində qeyd olunur ki, rəyin tədqiqat hissəsində gö stərilənlərə əsasən, iş materiallarında olan audit rəyindən göründüyü kimi "xxxx" QSC üzrə Məhkum hesabında yaranmış çatışmazlıq 58707,25 manat məbləğində müəyyən edilir. O cümlədən, iş materiallarında olan 30 dekabr 2021-ci il tarixli 9/8801 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinin nəticə hissəsində qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan audit rəyindən göründüyü kimi "xxxx" QSC üzrə Məhkum hesabında yaranmış çatışmazlıq 58707,25 manat məbləğində müəyyən edilir. Əmələ gələn çatışmazlıqla bağlı kim(lər)in öhdəliyində yaranması və bu çatışmazlığa görə kim(lər)in məsuliyyət daşıması məsələsi hüquqi xarakter olduğundan bu xüsusata istintaq orqanı tərəfindən qiymət verilməlidir. Həmçinin, cinayət işinin materiallarında olan cəmiyyət tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli, AT00-005692 nömrəli, xx.xx.2020-ci il tarixli, AT00-006008 nömrəli, xx.xx.2020-ci il tarixli, AT00-006435 nömrəli, xx.xx.2020-ci il tarixli, AT00-006624 nömrəli, xx.xx.2021-ci il tarixli, AT00-000263 nömrəli təhvil-təslim aktları və xx.xx.2021 tarixli, 27/21-A nömrəli, xx.xx.2021-ci il tarixli, 18/20-A nömrəli üzləşdirmə aktlarından bir daha görünür ki, Məhkum həmin təhvil-təslim aktları ilə 30000 kq “Ammofos/Apatit/Phosagro”, 5000 kq “Ammofos/Evroxim”, 15000 kq “Ammonium Nitrat/Evroxim”, 10000 kq “Ammonium Nitrat/Minudobreniya” və 22500 kq “Nitroammofos/Minudobreniya” gübrəsi təhvil verilmişdir. İş materiallarında olan 10 iyun 2021-ci il tarixli auditor hesabatında qeyd olunmuşdur ki, Məhkum tərəfindən maddi məsuliyyətində qalan mallar üzrə 77149,90 kq, yəni 58187,95 (əlli səkkiz min bir yüz səksən yeddi manat 95 qəpik) manat çatışmazlıqəskikgəlmə və 519,30 (beş yüz on doqquz manat 30 qəpik) manat kənarlaşma məbləği nəzərə alınaraq (58187,95 manat + 519,30 manat), yekunda 58707,25 (əlli səkkiz min yeddi yüz yeddi manat 25 qəpik) kənarlaşma-mənimsəmə yaranmışdır. Cinayət işinin materiallarında olan "xxxx" QSC ilə Məhkum arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviəsindən görünür ki, Məhkum həmin tarixdə şirkətə satıcı-anbardar təyin edilmişdir. Həmçinin, "xxxx" QSC ilə Məhkum arasında xx.xx.2020-ci il tarixdə tam maddi məsuliyyət haqqında fərdi müqavilə bağlanmışdır. Lakin, cinayət işinin materiallarına nəzər yetirdikdə müəyyən olunur ki, Məhkum ona etibar edilmiş gübrə məhsullarının nisyə olaraq satmasına səl ahiyyəti olmamış, o cümlədən sonuncunun X11 ilə X7 hər hansı bir gübrə məhsullarının satılmasını və həmin məhsulların qeyd olunan şəxslərə təhvil verilməsini təsdiq edə biləcək hər hansı müqavilənin və ya başqa digər müvafiq sənədlərin olması müəyyən olunmamışdır. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını kassasiya şikayətinin dəlilləri ilə birlikdə təhlil edərək, Məhkum tərəfindən mənimsəmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama zamanı zərərçəkmiş hüquqi şəxsə törədilən ziyanın miqdarının xeyli deyil, külli olması barədə nəticəyə gəlir. Bu səbəbdən, külli miqdarda ziyan vurmaqla mənimsəmə cinayətini törətmiş şəxsin əməli CM-in 179.3.2-ci maddəsi ilə tam əhatə olunduğundan həmin əməllərin CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə tövsif edilməsinə ehtiyac ol mur. Odur ki, Məhkum zərərçəkmiş hüquqi şəxs qismində tanınmış "xxxx" QSC-yə ümumilikdə 58707,25 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla mənimsəmə etməsi ittihamı üzrə təqsirliliyi sübuta yetirildiyindən Məhkum törətdiyi həmin cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə tövsif edilməsi barədə apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Bununla belə cəza məsələsi müzakirə edən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 iyul 2023-cü il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilməlidir. Belə ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alı nır”. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər c inayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əmə lin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə; 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ic timai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza v ə yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. İş materiallarına əsasən müəyyən olunur ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsi 1(099)-13/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmünə əsasən cəza təyini zamanı təqsirləndirilən şəxs Məhkum əməlini səmimi etiraf etməsini və peşman olmasını, maddi ziyanı qismən ödəməsi (38477,25 manat ziyandan 15146 manat hissəsini) ödəməsi, qalan hissənidə tamamilə qəbul etməsini və ödəmək niyətində olmasını, himayəsində bir nəfər azyaşlı övladının olmasını, ailəsinə yeganə qazanc gətirən şəxs olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-in 59.1.4, 59.1.14 və 59.2-ci maddələrinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirmışdır. Lakin Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 iyul 2023-cü il tarixli hökmü ilə birinci instansiya məhkəməsinin qeyd edilən hökmünü ləğv edərək Məhkum CM-in 179.3.2-ci maddəsi ilə təqsirli bilinməsi barəsində yeni ittiham hökmü çıxarıb həmin maddə ilə cəzalanmalı olması barədə nəticəyə gəlsə də, ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsə cəza təyininə dair ümumiyyətlə hər hansı hüquqi əsaslandırma aparmamışdır. Halbuki Azərbaycan Respublikası CPM-in 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, təqsirləndirilən şəxsə məhz hansı cəzanın, o cümlədən cinayətlərin residivi, cinayətlərin məcmusu, hökmlərin məcmusu, cəzaların birləşdirilməsi, cəza müddətlərinin hesablanması, cəzanın əvəz edilməsi, şərti məhkum etmənin tətbiq edilməsi imkanı nəzərə alınmaqla təyin edilməli olduğu, təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın çəkilməli olub-olmadığı, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməli olduğu, təqsirləndirilən şəxs barəsində əlavə cəzaların və məhz hansı cəzanın təyin edilməsinin zəruri olub-olmadığı, əlavə cəza növünün təyin edilməsi haqqında qərarın motivləri, həmçinin qərarların qəbul edilməsində məhkəmənin istinad etdiyi qanunların normalarını göstərilməsi imperativ qaydada müəyyən o lunmuşdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il Qərarına 45 və 47-ci bəndlərində göstərilib ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər ci nayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmələr CPM-in 346.1.11-346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər”. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 iyul 2023-cü il tarixli hökmünə əsasən müəyyən olunur ki, apellyasiya məhkəmə kollegiyası cinayət prosessual qanunvericiliyin və qeyd edilən Plenum qərarının tələblərini pozaraq ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində cəza təyininə dair heç hüquqi əsaslandırma aparmadan, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, ha belə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təqsirləndirilən şəxs barəsində əlavə cəzaların və məhz hansı cəzanın təyin edilməsinin zəruri olub-olmadığı, əlavə cəza növünün təyin edilməsi haqqında qərarın motivləri, cəzaçəmə müəssisəsinin növünün müəyyən edilməsinə dair normaları, həmçinin qərarın qəbul edilməsində məhkəmənin istinad etdiyi qanunların normalarını göstərməmişdir. Kassasiya məhkəmə kollegiyası yuxarıda göstərilən normaların tələblərindən çıxış edərək məhkuma cəza təyin olunmasına dair məsələlərə qiymət verərək müəyyən edir ki, cinayət işinin materiallarında olan X rayonu,Xinzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, X8 rayonu,XKəndində qey diyyatda olmaqla yaşayır, ailə tərkibi arvadından və xx.xx.2008-ci il təvəllüdlü azyaşlı oğlundan ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya Məlumatları İdarəsindən alınmış tələbnamədən görünür ki, Məhkum əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan 23 may 2023-cü il tarixli «X» ödəmə sistemi vasitəsi ilə ödənilmiş qəbzlərdən görünür ki, Məhkum tərəfindən ümumilikdə 10.000 (on min) manat "xxxx" QSC-nin hesabına ödənilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Məhkum tərəfindən "xxxx" QSC-yə vurulmuş ziyanın 15146 manatı ödənilmişdir. Qeyd olunanlardan əlavə olaraq məhkəməyə təqdim edilmiş 27 noyabr 2023-cü il tarixli qəbzlərdən aydın o lur ki, ümumilikdə 20.000 (iyirmi min) manat "xxxx" ASC-in hesabına ödənilmişdir. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışı zamanı təqdim edilmiş zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) "xxxx" ASC-in qanuni təmsilçisi X18 ilə, təqsirləndirilən şəxs (mülki cavabdeh) Məhkum etibarnamə üzrə nümayəndəsi X19 arasında bağlanmış 27 noyabr 2023-cü il tarixli barışıq sazişinə əsasən müəyyən olunur ki, məhkəmə istintaqı davam etdirilən cinayət işi üzrə təqsirləndirilən şəxs təqsirləndirilən şəxs (mülki cavabdeh) törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini bəyan edərək 23561.25 manat (iyirmi üç min beş yüz altmış bir manat iyirmi beş qəpik) məbləğində qalıq mülki iddianı səmimi olaraq qəbul edir və vurulmuş zərərin əvəzini tam olaraq ödəməyi öhdəsinə götürür, hesablanmış 23561.25 manat (i yirmi üç min beş yüz altmış bir manat iyirmi beş qəpik) zərərin tam formada zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) "xxxx" ASCyə ödəniləcəyinə X20 zəmanət verir. Zamin təqsirləndirilən şəxslə (mülki cavabdehlə) eyni həcmdə, yəni tam öhdəlik üzrə məsuliyyət daşıyır, öhdəliyin vaxtında və lazımı qaydada icra edilməsinə təqsirləndirilən şəxs Məhkum və zamin X20 birgə mülki məsuliyyət daşıyırlar, zərərçəkmış hüquqi şəxs "xxxx" ASC cinayət işi üzrə təqsirləndirilən şəxslə barışıq əldə edildiyini və vurulmuş zərərin qismən ödənilməsini məhkəmə prosesində bəyan edir, barışıq sazişi notarial qaydada təsdiq edilir, öhdəliyin vaxtında və lazımı qaydada icrası həyata keçirilmədiyi halda zərərçəkmış şəxs (mülki ıddiaçı), məhkəmə qaydasında və ya notariusun icra qeydi qaydasında öhdəliyin vaxtından ə vvəl icrasını tələb etmək hüququna malikdir. Məhkəmə Məhkum əməlini səmimi etiraf etməsini və peşman olmasını, maddi ziyanı qismən ödəməsi (58707,25 manat ziyandan 35146 manat hissəsini) ödəməsi, qalan hissənidə ödəmək niyyətində olmasını, himayəsində bir nəfər azyaşlı övladının olmasını, ailəsinə yeganə qazanc gətirən şəxs olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-in 59.1.4, 59.1.14 və 59.2-ci maddələrinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib, məhkum olunmuş şəxsin cinayət törətməyə meyilli şəxs olmaması və onun cəmiyyətdən təcrid olunmadan islah oluna bilməsi qənaət gəlir. Məhkum Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Kassasiya məhkəmə kollegiyası yuxarıda sadalanan hallara, qanunvericiliyin tələblərinə, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunu tövsiyələrinə əsaslanaraq Məhkum cəmiyyətdən təcrid olunmadan, yəni ona CM-in 179.3.2-ci maddəsi ilə təyin olunmuş cəzanı real çəkmədən islah oluna biləcəyini mümkün bilir və buna görə də təyin olunmuş əsas cəzanın şərti olaraq tətbiq edilməsi barədə qərarın qəbul edilməsini ədalətli və qanuni sayır. Belə nəticəyə gələrkən məhkəmə kollegiyası həmçinin cinayət qanunvericiliyinin aşağıda göstərilən normalarına və cəza təyini ilə bağlı vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 25 iyun 2003-cü il tarixdə qəbul edilmiş “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Qərardakı tövsiyələrə əs aslanır. Belə ki, CM-in 70.1-ci maddəsinə əsasən məhkəmə təqsirkar şəxsin həmin normada nəzərdə tutulmuş cəzaları (o cümlədən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilməsini mümkün sayarsa, cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edə bilər. CM-in 70.2-ci maddəsi məhkəmələrdən tələb edir ki, şəxsin barəsində şərti məhkum etməni tətbiq edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alsın. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması ilə bağlı aşağıdakı məsələlər araşdırılmalıdır: - məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü; - törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi; - məhkumun şəxsiyyəti; - cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar Göründüyü kimi, həm qanunverici, həm də Ali Məhkəmənin Plenumu şəxs barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün əsas meyar kimi onu nəzərdə tutmuşlar ki, məhkum olunmuş şəxsin ona təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq hesab edilməsin və həmin şəxsin təyin edilmiş cəzanı çəkmədən islah olunması mümkün olsun. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CM-in ümumi hissəsində nəzərdə tutulan ədalət prinsipindən bəhs edən 8-ci maddəsinin, humanizm prinsipi nəzərdə tutulmuş 9-cu maddəsinin tələblərini nəzərə almaqla, Məhkum CM-in 179.3.2-ci maddəsi üzrə təyin olunmuş əsas cəzanın şərti olaraq tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Bu zaman məhkəmə kollegiyası onu da nəzərə alır ki, CM-in 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən altı aydan beş ilədək müddətə sınaq müddəti müəyyən olunur. Sınaq müddəti ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. CM-in 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək. Məhkəmə məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. CM-in 70.6-cı maddəsi şərti məhkum edilmiş şəxsin üzərində nəzarəti həyata keçirmək vəzifəsini müvafiq dövlət orqanlarının, məhkum edilmiş şəxs hərbi qulluqçudursa, hərbi hissələrin və müəssisələrin üzərinə qoyur. CPM-in 348.6-cı maddəsinə əsasən şərti məhkum etməni tətbiq edərkən məhkəmə aşağıdakı məsələləri həll etməlidir: -şərti məhkum etmənin hansı sınaq müddətinə və şərti məhkum edilmiş şəxs üçün hansı konkret vəzifələrlə müəyyən edildiyini (maddə 348.6.1); -şərti məhkum edilmiş şəxs üzərində nəzarətin kimə həvalə edildiyini (maddə 348.6.2). Cinayət qanunu normalarının tələblərinə əsaslanaraq məhkəmə kollegiyası Məhkum barəsində şərti məhkum etmə tətbiq edərkən onun islah olunması üçün 2 (iki) il sınaq müddətinin müəyyən edilməsini və onun üzərinə həmin müddətdə məhkumun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) "xxxx" ASC-in qanuni təmsilçisi X18 ilə, təqsirləndirilən şəxs (mülki cavabdeh) Məhkum etibarnamə üzrə nümayəndəsi X19 arasında bağlanmış 27 noyabr 2023-cü il tarixli barışıq sazişinin şərtlərinə əsasən, zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) "xxxx" ASC-ə ödənilməli olan 23561.25 (iyirmi üç min beş yüz altmış bir manat iyirmi beş qəpik) manat məbləğındə dəymiş ziyanı vaxtında ödəmək, elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək barədə vəzifələrinin qoyulmasını məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsi məhkəmələr tərəfindən məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin edilməsini kassasiya instansiyası məh kəməsi tərəfindən apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv edilmənin və ya dəyişdirməyin əsası kimi müəyyən etmişdir. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin hökmü cəzaya aid hissəsdə dəyişdirilməli, Məhkum müdafiəçisi Zeynalov Orxan Rauf oğlu tərəfindən verilmiş kassasiya şikayəti isə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişdirmək barədə qərar çıxarmaq hüququ malikdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416.1.21 və 419.10.4-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumun müdafiəçisi Zeynalov Orxan Rauf oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 iyul 2023-cü il tarixli hökmü kassasiya şikayətinə əsasən dəyişdirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təyin edilmiş 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 70ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən təyin olunmuş sınaq müddəti ərzində Məhkum davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) "xxxx" ASC-in qanuni təmsilçisi X18 ilə, təqsirləndirilən şəxs (mülki cavabdeh) Məhkum etibarnamə üzrə nümayəndəsi X19 arasında bağlanmış 27 noyabr 2023-cü il tarixli barışıq sazişinin şərtlərinə əsasən, zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) "xxxx" ASC-ə ödənilməli olan 23561.25 (iyirmi üç min beş yüz altmış bir manat iyirmi beş qəpik) manat məbləğındə dəymiş ziyanı vaxtında ödəmək, elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək barədə vəzifələr qoyulsun. Qərarın icrası yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Məhkum dərhal həbsdən azad olunsun. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2302/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-2302/2023
26.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver