Məhkəmə qərarları › İş №1(102)-2302/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2302/2024

25.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2302/2024 25.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Məhkum və məhkumun müdafiəçisi Müdafiəçi5 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 32,5, 206.2, 234.4.1 və 234.4.3-cü maddəl əri ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2002-ci il 19 yanvar tarixli 1(103)-226/2022 nömrəli hökmündən kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair verdiyi vəsatətin təmin edilməməsi barədə olan 2024-cü il 15 aprel tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 4 noyabr tarixli, 1(101)-1439/2021 nömrəli hökmü ilə (X7 (sədrlik edən və məruzəçi), Azad Məcidov və Zeynal Ağayevdən ibarət tərkibdə),1(101)-1417/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə, xx xxxxxxxx 1982-ci il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, BinəqədiXırdalan şossesi, 1 -ci mədən, korpus 1-də yerləşən nomrəsiz fərdi yaşayış evində yaşamış, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən Məhkum Azərbaycan Respublikası CM-in 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 32.5,206.3.2-ci maddəsi ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları tam toplamaq yolu ilə qəti olaraq 20 (iyirmi) il müddətinə azadlıqd an məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 2 fevral 2021-ci il tarixdən hesablanmışdır. Hökmdən məhkum edilmiş şəxs Məhkum, onun müdafiəçisi Müdafiəçi3 və hazırkı cinayət işi üzrə məhkum edilmiş digər şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi4 apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (X5 (sədrlik edən və məruzəçi), Zəki Babayev və Ziya Şirinovdan ibarət tərkibdə) 2022-ci il 19 yanvar tarixli hökmü ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 4 noyabr tarixli hökmü elan olunmuş ittiham üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə təqsirliliyi s übuta yetirilmədiyindən, həmin maddə ilə ona bəraət verilmiş, bununla əlaqədar olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməsinə dair göstəriş və müddəalar hökmdən xaric edilmiş və onun üzərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 12 (on iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə olan əməli həmin Məcəllənin 32.5,206.2-ci maddəsinə tövsif edilmiş və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş. Azərbaycan Respublikası Cinayət Məcəlləsini n 234.4.1 və 234.4.3-cü maddələri ilə ona təyin edilmiş 12 (on iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası və hazırda Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddəsi ilə təyin olunan 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən tam toplamaq yolu ilə Məhkum cinayələrin məcmusu üzrə qəti olaraq 18 (on səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2022-ci il 19 yanvar tarixli, 1(103)-226/2022 nömrəli hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (X6 (sədrlik edən və məruzəçi), Nazim Mövsümov və Əziz Seyi dovdan ibarət tərkibdə) 2022-ci il 31 avqust tarixli, 1(102)-1087/2022 nömrəli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2022-ci il 19 yanvar tarixli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2022-ci il 19 yanvar tarixli, 1(103)-226/2022 nömrəli hökmündən həmçinin digər məhkum Təqsirləndirilən şəxs tərəfindən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (X9 (sədrlik edən və məruzəçi), Vidadi Cəfərov və Rəşad Abdulovdan ibarət tərkibdə) 2023-ci il 30 may tarixli, 1(102)-1043/2023 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edi lmiş, X2 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 yanvar 2022-ci il tarixli hökmü Müdafiəçi4 kassasiya şikayətinə münasibətdə və məhkum Təqsirləndirilən şəxs aid hissədə dəyişdirilmiş, Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın müddəti 11 ilədək endirilmişdir. Məhkum Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2022-ci il 19 yanvar tarixli, 1(103)-226/2022 nömrəli hökmündən kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (X5 (sədrlik edən və məruzəçi) Həsən Əhmədov və Ziya Şirinovdan ibarət tərkibdə) 2024-cü il 15 aprel tarixli, 1(103)-226/2022 nömrəli qərarı ilə kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsadət təmin edilməmiş, buraxılmış prosessual müddət bərpa edilməmişdir. İŞİN HALLARİ: Məhkəmə hökmünə əsasən Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına əvvəlcədən vəd verməklə köməklik etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni əldə etmiş, daşımış və saxlamışdır. Məhkum tərəfindən cinayət əməllərinin törədilməsi halları apellyasiya instansiyası məhkəməsinin hökmündə ətraflı şəkildə əks olunmuşd ur. Məhkəmə kollegiyası həmin əməlləri hazırkı qərarda yenidən təsvir etmək zərurəti görmür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN, MÜDAFİƏÇİNİN VƏ MƏHKUMUN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişlər ki, o, ilk dəfədir məhkum olunmuş və hüquqi cəhətdən savadı olmadığına görə barəsində çıxarılmış hökmdən kassasiya şikayəti verə bilməmişdir. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 15 aprel tarixli, 1(103)-226/2022 nömrəli qərarının ləğv edilməsini və kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkum və müdafiəçisi Müdafiəçi5 kassasiya instansiyası məhkəməsində məhkəmə iclasında çıxış edərək kassasiya şikayə tinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli çıxış edərək kassasiya şikayətinin təmin olunmamasını və Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 15 aprel tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxış ının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələr indən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun və müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, müddətin bərpası ilə bağlı məsələyə baxmış apellyasiya instansiyası məhkəməsi tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayətprosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlillər i əsassız olduğundan təmin edilməmlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 411.2-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: 411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; 411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olma yan digər hal baş verdikdə. Apellyasiya instansiya məhkəməsi kassasiya şikayəti vermək üçün müəyyən olunmuş müddəti üzürlü səbəbdən ötürülməsinə dair hər hansı sübutun məhkum tərəfindən məhkəməyə təqdim edilmədiyini müəyyən etmiş və bu səbəbdən vəsatəti təmin etməmişdir. Azərbaycan Respublikası CPM-in 412.3-cü maddəsinə görə kassasiya şikayəti və ya kassasiya protestinə, həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər. Cinayət işinin materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 yanvar 2022-ci il tarixli hökmün surəti 09 fevral 2022-ci il tarixdə Məhkum təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş kassasiya şikayətindən müəyyən olunur ki, Məhkum tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 y anvar 2022-ci il tarixli hökmündən kassasiya şikayəti 29 fevral 2024-cü il tarixdə verilmişdir. Göründüyü kimi, məhkumun Qanunla müəyyən edilmiş müddət daxilində kassasiya şikayəti ilə yuxarı məhkəməyə müraciət etmək imkanına malik olmuş, lakin məhkum bu hüququndan istifadə etməmiş, Qanunda nəzərdə tutulan heç bir üzrlü səbəb olmadan kassasiya şikayəti ilə məhkəməyə müraciət etməmişdir. Hazırda isə müddətin buraxılmasını üzrlü edən heç bir mötəbər sübut məhkəmələrə təqdim edilməmişdir. Məhkəmə kollegiyası həmçinin müddətlərin tətbiqi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) təcrübəsinə istinad etməyi zəruri hesab edir. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, məhkəməyə müraciət edilməsi hüququna müddət məhdudiyyəti tətbiqinin bır sıra məqsə dləri var. Bunlardan əsası - işlərə ağlabatan müddətdə baxılmasını təmin etməklə, hüquqi müəyyənliyi qoruyub saxlamaq və məhkəmə çəkişmələri tərəflərinin uzun müddət qeyri-müəyyənlik vəziyyətində qalmasının qarşısını almaqdır. Bu qayda, eyni zamanda, perspektiv şikayətçiyə məhkəməyə müraciət edib etməmək barədə düşünmək, şikayət etməyə qərar verdiyi halda isə qaldırılacaq konkret şikayət və dəlilləri barədə qərar vermək üçün vaxt verir. Müddət məhdudiyyətinin müəyyən edilməsi eləcə də məhkəmələrin iş üzrə faktların müəyyən edilməsi imkanlarını genişləndirir, çünki zaman keçdikcə, qaldırılan məsələlərə ədalətli şəkildə baxılması problemli hala çevrilir. Belə qayda məhkəmələr tərəfindən həyata keçirilən nəzarətin müəyyən vaxtla məhdud olduğunu nümayiş edir və tərəflərə belə nəzarətin tətbi qinin uzun müddət mümkün olmayacağını bildirir. Bu cür müddət məhdudiyyətinin mövcud olduğu, İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasına üzv dövlətlərinin qəbul edilmiş məhkəmə qərarlarının davamlı olaraq şübhə altına alınmasının qarşısını almaq arzusu ilə əsaslandırılmış və cəmiyyətdə nizam, sabitlik və sülhün qorunmasına yönəlmişdir. Avropa Məhkəməsinin davamlı mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qaydalara riayət edilməsi və məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyətinin qoyulması, məhkəmə tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müəyyənlik prinsipinin təməl əsaslarını təşkil edir. Bu prinsip Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə edilmişdir və qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir (bax, X8rşı [BP], no. 27396/06, §§ 39-42, 29 iyul 2012) Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayəti vermə müddəti üzrsüz səbəbdən buraxmaqla verildiyindən və iş materialları ilə müddətin üzrlü səbəbdən buraxılması müəyyən olunmadığından kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatətinin dəlilləri əsassızdır və ona görə də həmin vəsatətin rədd edilməsinə dair Apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Qeyd olunanlara əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kolle giyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32,5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 15 aprel tarixli, 1(103)-226/2022 nömrəli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar