Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2303/2024 24.12.2024 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Rzayeva Zeynəb Azad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X2 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2024-cü il tarixli, 1(107)-35/2024 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 avqust 2023-cü il tarixli 1(091)-40/2023 nömrəli hökmü ilə (sədrlik edən N.N.Mirzəyev, hakimlər B.M.Məmmədov və X.M.Məmmədov dan ibarət tərkibdə) xx.xx.1983-cü il tarixdə Siyəzən rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində biri azyaşlı olmaqla üç yetkinlik yaşına çatmayan uşağı olan, ali təhsilli, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin Qəbələ Regional X6 direktoru vəzifəsində işləmiş, ünvan 1 ünvanda yaşamış, hal-hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2, 311.3.2 və 311.3.3cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü maddələri ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzif ə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddəsinə əsasən təyin olunan əsas cəzalar əsas cəzalarla, əlavə cəzalar əlavə cəzalarla qismən toplanılmaqla və əlavə cəza əsas cəzaya birləşdirilməklə qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi reji mli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 13 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Hökmdən məhkum edilmiş şəxs və müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş şikayətlərinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən X.H.Səmədov, hakimlər A.M.Eyvazov və İ.H.Şükürovdan ibarət tərkibdə) 15 fevral 2024-cü il tarixli, 1(107)-35/2024 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 avqust 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə Məhkum Az ərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə xx.xx.2020-ci il tarixli 224/k saylı əmrlə həmin Nazirliyin Meşələrin İnkişafı Xidmətinin Qəbələ Regional X6 direktoru vəzifəsinə təyin edilməklə xx.xx.2022-ci il tarixədək həmin vəzifədə işləyərkən Nazirlik üzrə xx.xx.2018-ci il tarixli 529/ü nömrəli əmrlə təsdiq edilmiş "X13 X4”nə əsasən, Mərkəzə həvalə edilmiş vəzifələrin və funksiyaların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşımaqla meşə təsərrüfatı tədbirlərinin (meşələrin qorunub mühafizə olunması, meşəbərpa və meşəsalma işlərinin həyata keçirilməsi və sair) həyata keçirilməsinin təmin edilməsi, meşə qanunvericiliyinin pozulması hallarının qarşısının alınması, meşə qanunvericiliyinin tələblərinə əməl edilməsinə mütəmadi və operativ nəzarətin təşkil edilməsi və həyata keçirilməsi, Mərkəzin fəaliyyətini təşkil etməklə ona rəhbərlik edilməsi, öz səlahiyyətləri daxilində mərkəzin işçilərinə şamil edilən əmr, sərəncam və göstərişlərin verilməsi, Mərkəzin xidməti ərazisində meşə qanunvericiliyinin tələbləri pozulduqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanması, inzibati araşdırma aparılması və inzibati xətalar haqqında işlərə baxılması, təqsirkarların inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi barədə materialların müvafiq orqana göndərilməsi, habelə müəyyən olunmuş qaydada meşəbərpa tədbirlərinin aparılması nəzərdə tutulmayan, meşə ilə örtülü olan və olmayan sahələrin qısa və uzun müddətli istifadəyə verilməsi və digər təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarını həyata keçirən vəzifəli şəxs kimi xidməti vəzifə lərinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə Azərbaycan Respublikası Meşə Məcəlləsinin 6, 15, 16, 24, 27-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr 1998-ci il tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş "Meşə fondu sahələrindən elmi-tədqiqat, mədənisağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə” qaydaları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 oktyabr 1998-ci il tarixli 214 nömrəli qərarı ilə təsdiq edilmiş "Meşə fondu torpaqlarının icarəyə verilməsi” qaydaları və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin xx.xx.2018-ci il tarixli 789/ü saylı əmri ilə təsdiq edilmiş "Meşə fondu torpaqlarının icarəyə verilməsi barədə müqavilə” formasının təsdiq edilməsi haqqında əmrinin tələblərini pozmaqla öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək və qulluq mənafeyi tələb etdiyi halda qəsdən istifadə etməyərək xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkət və hərəkətsizlik, habelə xidmət üzrə ümumi himayədarlıq müqabilində, yəni Şahid1 xx.xx.2018-ci il tarixli 05 saylı, 56 qeydiyyat nömrəli müqavilə əsasında istifadəsinə verilmiş X11 və X7 meşəbəyliyinin 82-ci kvartalının 28-29-cu bölmələrindəki 1 ha meşə fondunun torpaq sahəsinin Qəbələ Regional X6 xidməti ərazisinə aid Vəndam meşəbəyliyinin 7 saylı dolayının 105-ci kvartalının 16 və 20-ci bölmələrində 1 ha sahə ilə əvəzləşdirərək, yeni müqavilə bağlanmaqla həmin torpaq sahəsinin 10 (on) il müddətə onun istifadəsinə verilməsi üçün zəruri tədbirl ərin görülməsi, habelə ərazidə tikinti-quraşdırma işlərinin aparılmasına maneə yaratmamaqla zəruri şəraitin yaradılması müqabilində 2020-ci ilin iyul ayında Qəbələ şəhəri ərazisində görüşləri zamanı Şahid1 özü üçün birbaşa yolla şəxsən külli miqdarda maddi nemət olan 15.000 (on beş min) manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib, bir neçə gün sonra həmin niyyətlə ünvan 2 ünvanında yerləşən Qəbələ Regional X6 inzibati binasındakı xidməti otağında Şahid1 özü üçün birbaşa yolla şəxsən külli miqdarda maddi nemət olan 15.000 (on beş min) manat pul vəsaitini rüşvət qismində almaqla, eyni niyyətlə, Şahid1 Qəbələ Regional X6 xidməti ərazisinə aid Vəndam meşəbəyliyinin 6 saylı dolayının 90-cı kvartalının 6, 9 və 11- ci bölməsində 1 ha meşə fondunun torpaq sahəsinə dair müqavilə bağlan maqla 10 (on) il müddətinə həmin torpaq sahəsinin onun istifadəsinə verilməsi üçün zəruri tədbirlərin görülməsi, habelə ərazidə tikinti-quraşdırma işlərinin aparılmasına maneə yaratmamaqla zəruri şəraitin yaradılması müqabilində 2020-ci ilin iyul ayında Qəbələ şəhəri ərazisində görüşləri zamanı Şahid1 özü üçün birbaşa yolla şəxsən külli miqdarda maddi nemət olan 25.000 (iyirmi beş min) manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib, həmin niyyətlə qeyd edilən tarixdə Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisində bazara yaxın ərazidə avtomobil yolunun kənarında Şahid1 özü üçün birbaşa yolla şəxsən külli miqdarda maddi nemət olan 25.000 (iyirmi beş min) manat pul vəsaitini rüşvət qismində almaqla, eyni niyyətlə, Şahid1 Qəbələ Regional X6 xidməti ərazisinə aid Yenikənd meşəbəyliyinin 4 say lı dolayının 17-ci kvartalının 2-ci bölməsində 1 ha meşə fondunun torpaq sahəsinə dair müqavilə bağlanmaqla 10 (on) il müddətinə həmin torpaq sahəsinin onun istifadəsinə verilməsi üçün zəruri tədbirlərin görülməsi, habelə ərazidə tikinti-quraşdırma işlərinin aparılmasına maneə yaratmamaqla zəruri şəraitin yaradılması müqabilində 2020-ci ilin avqust ayında Qəbələ şəhəri ərazisində görüşləri zamanı Şahid1 özü üçün birbaşa yolla şəxsən külli miqdarda maddi nemət olan 15.000 (on beş min) manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib, həmin niyyətlə qeyd edilən tarixdə Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisində bazara yaxın ərazidə avtomobil yolunun kənarında Şahid1 özü üçün birbaşa yolla şəxsən külli miqdarda maddi nemət olan 15.000 (on beş min) manat pul vəsaitini rüşvət qismində almaq la, ümumilikdə qeyd edilən qaydada sonuncudan özü üçün birbaşa yolla şəxsən vahid niyyətlə külli miqdarda maddi nemət olan 55.000 (əlli beş min) manat məbləğində pul vəsaitini rüşvət qismində almaqla şəxsi ehtiyaclarına sərf etmiş, verdiyi vədin icrası ilə əlaqədar Şahid1 tərəfindən qeyd edilən meşə fondu torpaqları sahəsində tikinti quraşdırma işlərinin aparılmasına şərait yaradıb bununla bağlı heç bir qanuni tədbir görməməsi nəticəsində sonuncu tərəfindən 2021-ci ilin avqust ayından 2022-ci ilin fevral ayınadək olan müddət ərzində Vəndam meşəbəyliyinin 7 saylı dolayının 105-ci kvartalının 16 və 20- ci bölmələrinin ərazisində, Yenikənd meşəbəyliyinin 04 saylı dolayının 17-ci kvartalının 2-ci bölməsinin ərazisində turizm və rekreasiya zonasına aid cəmi 809,52 m2 torpaq sahəsində müxtəlif s ayda və ölçüdə söhbətgahlar və digər tikililər inşa edilməklə meşə fonduna 50.006 manat, 2020-ci ilin avqust ayından 2022-ci ilin fevral ayınadək olan müddət ərzində Vəndam meşəbəyliyinin 6 saylı dolayının 90-cı kvartalının 6, 9 və 11-ci bölmələrinin ərazisində turizm və rekreasiya zonasına aid 604,25 m2 torpaq sahəsində müxtəlif sayda və ölçüdə söhbətgahlar və digər tikililər inşa edilib meşə fonduna 18.397,89 manat olmaqla, cəmi 68.403,89 manat (altmış səkkiz min dörd yüz üç manat səksən doqquz qəpik) məbləğində ziyan vurmaqla, həmçinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin X13 Təsərrüfatı Mərkəzini əhali arasında nüfuzdan salıb, vətəndaşların qarşısında etimadsızlığına, eləcə də meşələrin qorunması, meşə fondundan səmərəli istif adə, meşələrin məhv olmaqdan, zədələnməkdən, çirklənmədən və digər mənfi təsirlərdən mühafizəsi məqsədilə həyata keçirilən normal fəaliyyətinin pozulmasında ifadə olunan dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui- istifadə etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını həyata keçirən vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkət və hərəkətsizlik, habelə xidmət üzrə ümumi himayədarlıq müqabilində, yəni X13 X5 meşəbəyliyinin 04 saylı dolayının gözətçisi Şahid2, sonuncunun gözətçisi olduğu həmin dolayın 16-cı kvartalının 4-cü bölməsində 0,6 ha meşə fondu sahəsinə d air icarə müqaviləsinin qardaşı oğlu X3 adına rəsmiləşdirilməklə həmin torpaq sahəsinin onun istifadəsinə verilməsi üçün zəruri tədbirlərin görülməsi, habelə ərazidə tikinti-quraşdırma işlərinin aparılmasına maneə yaratmamaqla zəruri şəraitin yaradılması müqabilində 2021-ci ilin dekabr ayının sonlarında Qəbələ şəhəri ərazisində Yenikənd meşəbəyliyinin cinayətdən xəbərsiz meşəbəyisi Şahid3 iştirakı ilə görüşləri zamanı Şahid2 özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində istəyib, həmin niyyətlə qeyd edilən tarixdə ünvan 2 ünvanında yerləşən Qəbələ Regional X6 inzibati binasının qarşısında Şahid2 Şahid3 vasitəsilə maddi nemət olan 1.500 (bir min beş yüz) manat pul vəsaitini özü üçün birbaşa yolla şəxsən təkrarən rüşvət qismində alıb şəxsi ehtiyaclarına sərf etmiş, verdiyi vədin icrası ilə əlaqədar Şahid2 tərəfindən 2021-ci ilin dekabr ayından 2022-ci ilin aprel ayınadək olan müddət ərzində Yenikənd meşəbəyliyinin 4 saylı dolayının 16-cı kvartalının 4-cü bölməsinin ərazisində turizm və rekreasiya zonasına aid 40 m2 meşə fondunun torpaq sahəsində müxtəlif sayda və ölçüdə söhbətgahlar və digər tikililər inşa edilməsinə şərait yaradıb bununla bağlı heç bir qanuni tədbir görməmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən Məhkum törətmiş olduğu əmələ düzgün qiymət verilməmiş, cinayət işi üzrə sübutlar düzgün qiymətləndirilməmiş, nəticədə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələbləri pozulmuşdur. Kassasiya şikayətinin müəllifi iddia edir ki, Məhkum öz vəzifə səlahiyyətlərinə uyğun olaraq ona müqavilələrin təzələməsi və bərpa edilməsi üçün müraciət etmiş vətəndaşları müvafiq idarələrə yönəltmiş, yəni o sadəcə hara müraciət etmək üçün düzgün istiqamət göstərmişdir. Onun əməllərində heç bir cinayət yoxdur. Müdafiəçi öz kassasiya şikayətində göstərilənlərə əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2024-cü tarixli qərarının ləğv edilməsini, işə bəraətverici əsaslarla xitam verilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Belə yoxlamanın nəticəsində kassasiya kollegi yasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçi kassasiya şikayətində məhkəmələrin sübutetməyə dair cinayətprosessual qanunun tələblərini pozduqlarını, o cümlədən Məhkum dələduzluq cinayətində təqsirli olması, əməllərinin Cinayət Məcəlləsinin 308.2, 311.3.2 və 311.3.3-cü maddələri ilə hüquqi tövsifi barədə nəticələrini hərtərəfli araşdırılmayan, qeyri-mötəbər sübutlarla əsaslandırdıqlarını iddia etməklə, apellyasiya məhkəmə sinin qərarının ləğv edilməsi, Məhkum Cinayət Məcəlləsinin 308.2, 311.3.2 və 311.3.3-cü maddələri ilə bəraət verilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.6 və 416.1.11-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, Müdafiəçi2 kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görərək, bu şikayətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Belə ki, Cinayət məsuliyyətinin əsaslarına dai r Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalar ından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkum hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayət əməllərini törətməsi, müdafiəçinin kassasiya şikayətində iddia etdiyinin əksinə olaraq birinci və apellyasiya instansiyası məhkəmələrində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 33, 125, 143-146-c ı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkum Cinayət Məcəlləsinin 308.2, 311.3.2 və 311.3.3-cü maddələri ilə nəzərdə tutulmuş əməlləri törətməsinin mübahisələndirilməsi üzrə müdafiə tərəfinin dəlilləri (əməlində cinayət tərkibinin əlamətlərinin olmaması barədə iddiaları) onun barəsində verilmiş apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) birinci instansiya məhkəməsində baxılmış sübutların məcmusu ilə, yəni o cümlədən çoxsaylı şahidlərin ifadələri, maddi sübutlar, sənədlər, istintaq hərəkətlərinin protokolları və digər materiallarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. A pellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr apellyasiya şikayətlərində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum əməlinin Cinayət Məcəlləsinin 308.2, 311.3.2 və 311.3.3-cü maddələri ilə tövsif edilməsi, onun bu maddələrlə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Qeyd oluna n və digər sübutlar hökmdə ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası Müdafiəçi2 kassasiya şikayətinin Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2, 311.3.2 və 311.3.3-cü maddələri ilə təqsirli bilinməsinin mübahisələndirilməsinə dair dəlilləri ilə razılaşmaq üçün əsas tapmır. Məhkəmə kollegiyası, həm də onu nəzərə alır ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən və apellyasiya instansiyası məhkəməsi tərəfindən bu məsələ üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə yoxlanılarkən məhkəmələr tərəfindən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin təsbit etdiyi bütün hallar, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, cəzanı yüngülləşdirən halları (himayəsində bir azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət səciyyələnməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını), həmçinin ağırlaşdıran halların olmaması tarazlaşdırılmış şəkildə nəzərə alınmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanın məqsədlərinə (maddə 41), cəzanın təyin edilməsinin ümumi əsaslarına (maddə 58), cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara (maddələr 59, 61) dair müddəalarına əməl olunmuş, cinayət qanu nunun ədalət prinsipi (maddə 8) pozulmamışdır. Təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları apellyasiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmələr tərəfindən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.6, 416.1.11 və 416.1-ci maddələrinin digər müddəalarında təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Beləliklə, məhkəmə kollegiyası müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Müdafiəçi2 kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2024-cü il tarixli, 1(107)-35/2024 nömrəli qərarı verilmiş kassasiya şikayətinə münasibət də dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Müdafiəçi2 kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2, 311.3.2 və 311.3.3cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2024-cü il tarixli, 1(107)-35/2024 nömrəli qərarı müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2303/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2303/2024
24.12.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver