Məhkəmə qərarları › İş №1(102)-2304/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2304/2025

14.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2304/2025 14.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət məhkəmə tərkibində, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum2 qanuni nümayəndəsi – X5 və müdafiəçisi Müdafiəçi3, Məhkum1 qanuni nümayəndəsi – X3 və müdafiəçisi Müdafiəçi4 iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Re spublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmuş Məhkum2 və Məhkum1 barəsində olan cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 mart 2025-ci il tarixli qərarından Məhkum2 müdafiəçisi Müdafiəçi3 və Məhkum1 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli 1(099)499/2024 nömrəli (hakimlər: Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx xxxxxxxx 2007-ci ildə x rayonunun x kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkum olunmamış, x adına tam orta məktəbinin 11-ci sinif şagirdi, x kəndində qeydiy yatda olmaqla yaşamış Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi və məhkəmə iclas zalında dərhal həbs edilməsi, cəzasını ümumi rejimli tərbiyə müəssisələrində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 21 oktyabr 2024-cü il tarixdən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması; xx xxxxxx 2009-cu ildə x rayonunun x kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, 8-ci sinif təhsilli (natamam təhsilli), işləməyən, məhkum olunmamış, x kəndində qeydiyyatda olmaqla yaşamış Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi və məhkəmə iclas zalında dərhal həbs edilməsi, cəzasını ümumi rejimli tərbiyə müəssisələrində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 21 oktyabr 2024-cü il tarixdən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Məhkum2 müdafiəçisi Müda fiəçi3 və təqsirləndirilən şəxs Məhkum1 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 mart 2025-ci il tarixli 1(106)-153/2025 nömrəli (hakimlər: Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Bəhmənov Habil Xanoğlan oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 mart 2025-ci il tarixli qərarından Məhkum2 müdafiəçisi Müdafiəçi3 və Məhkum1 müdafiəçisi Müdafiəçi4 tərəfindən kassasiya şikayətləri verilmişdir. İŞİN HALLARİ: Bir inci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs halında on dörd yaşına çatmayan zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə və zor tətbiq etməklə uşaqbazlıq və seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Belə ki, o, cinsi ehtirasını təmin etmək məqsədi ilə 2023-cü ilin iyul ayının ortalarında əmisi oğlu, xx xxxxxx 2009-cu il təvəllüdlü Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, su içmək bəhanəsi ilə X rayonun X kəndində yaşayan həmkəndlisi, 2 aprel 2011-ci ildə doğulmuş on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə gəlmiş, həmin vaxt sonuncuya, evdə tək olmasından istifadə edərək qeyri-təbii yolla cinsi əlaqədə olmaq istədiyini bildirmiş, Zərərçəkmiş şəxs onun bu t əklifindən imtina etdikdə o, Məhkum1la birlikdə Zərərçəkmiş şəxs əllərindən və ağzından tutub zor tətbiq etməklə evin qonaq otağına aparmış, orada o, Məhkum1la birlikdə zərərçəkmişə qarşı zorakılıq hərəkətlərini davam etdirməklə Zərərçəkmiş şəxs hər ikisinin eyni anda sonuncuya qarşı yönəlmiş birlikdə gücü qarşısında köməksiz vəziyyətdə olmaqla müqavimət göstərmək iqtidarında olmamasından istifadə edib, Zərərçəkmiş şəxs yerə yıxmış, əyninə geydiyi paltarlarını soyundurmaqla, gərginləşmiş vəziyyətdə olan cinsiyyət orqanını sonuncunun budları arasına sürtməklə, eləcə də anus dəliyinə daxil etməklə, Zərərçəkmiş şəxs qarşı uşaqbazlıq və seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Bundan başqa, o, təkrarən, təxminən həmin hadisədən iki gün sonra, 2023-cü ilin iyul ayının ortaları nda cinsi ehtirasını təmin etmək məqsədi ilə xx xxxxxx 2009-cu il təvəllüdlü əmisi oğlu Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə gəlmiş, həmin vaxt sonuncuya, evdə tək olmasından istifadə edərək qeyri-təbii yolla cinsi əlaqədə olmaq istədiyini bildirmiş, Zərərçəkmiş şəxs onun bu təklifindən imtina etdikdə o, Məhkum1la birlikdə Zərərçəkmiş şəxs əllərindən və ağzından tutub zor tətbiq etməklə evin qonaq otağına aparmış, orada o, Məhkum1la birlikdə zərərçəkmişə qarşı zorakılıq hərəkətlərini davam etdirməklə Zərərçəkmiş şəxs, hər ikisinin eyni anda sonuncuya qarşı yönəlmiş birlikdə gücü qarşısında köməksiz vəziyyətdə olmaqla müqavimət göstərmək iqtidarında olmamasından istifadə edib gərginləşmiş vəziyyətdə olan c insiyyət orqanını sonuncunun budları arasına sürtməklə, eləcə də, anus dəliyinə daxil etməklə, on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı təkrarən uşaqbazlıq və seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Məhkum1 qabaqcadan əlbir olan bir qrup şəxs halında on dörd yaşına çatmayan zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə və zor tətbiq etməklə seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Belə ki, o, cinsi ehtirasını təmin etmək məqsədi ilə 2023-cü ilin iyul ayının ortalarında əmisi oğlu,xx xxxxxxxx 2007-ci il təvəllüdlü Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, su içmək bəhanəsi ilə X rayonu X kəndində yaşayan həmkəndlisi, 2 aprel 2011-ci ildə doğulmuş on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs yaşadığı evi n həyətinə gəlmiş, həmin vaxt sonuncuya, evdə tək olmasından istifadə edərək qeyri-təbii yolla cinsi əlaqədə olmaq istədiyini bildirmiş, Zərərçəkmiş şəxs onun bu təklifindən imtina etdikdə o, Məhkum2la birlikdə Zərərçəkmiş şəxs əllərindən və ağzından tutub zor tətbiq etməklə evin qonaq otağına aparmış, orada o, Məhkum2la birlikdə zərərçəkmişə qarşı zorakılıq hərəkətlərini davam etdirməklə Zərərçəkmiş şəxs hər ikisinin eyni anda sonuncuya qarşı yönəlmiş birlikdə gücü qarşısında köməksiz vəziyyətdə olmaqla müqavimət göstərmək iqtidarında olmamasından istifadə edib, Zərərçəkmiş şəxs yerə yıxmış, əyninə geydiyi paltarlarını soyundurmaqla, gərginləşmiş vəziyyətdə olan cinsiyyət orqanını sonuncunun budları arasına sürtməklə seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Bundan başqa, o, təkrarən, təxminən həmin hadisədən iki gün sonra, 2023-cü ilin iyul ayının ortalarında cinsi ehtirasını təmin etmək məqsədi ilə xx xxxxxxxx 2007-ci il təvəllüdlü Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə gəlmiş, həmin vaxt sonuncuya, evdə tək olmasından istifadə edərək qeyri-təbii yolla cinsi əlaqədə olmaq istədiyini bildirmiş, Zərərçəkmiş şəxs onun bu təklifindən imtina etdikdə o, Məhkum2la birlikdə Zərərçəkmiş şəxs əllərindən və ağzından tutub zor tətbiq etməklə evin qonaq otağına aparmış, orada o, Məhkum2la birlikdə zərərçəkmişə qarşı zorakılıq hərəkətlərini davam etdirməklə Zərərçəkmiş şəxs, hər ikisinin eyni anda sonuncuya qarşı yönəlmiş birlikdə gücü qarşısında köməksiz vəziyyətdə olmaqla müqavimət gös tərmək iqtidarında olmamasından istifadə edib gərginləşmiş vəziyyətdə olan cinsiyyət orqanını sonuncunun budları arasına sürtməklə, on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı təkrarən seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum2 və Məhkum1 müdafiəçiləri tərəfindən ayrı-ayrılıqda verilmiş, lakin eyni məzmunlu kassasiya şikayətləri onunla əsaslandırılmışdır ki, zərərçəkmiş şəxs hadisənin özünün yaşadığı evin həyətində baş verdiyini qeyd etmişdir. Lakin Şahid1 Şahid2 atdığı səs yazısında X və X-in Zərərçəkmiş şəxs öz evlərinə apararaq sonuncu ilə cinsi əlaqədə olduğunu bildirmişdir. Bundan əlavə Şahid1 ifadəsindən aydın olur ki, əmisi oğlu Məhkum1 ona söyüşlü səs yazısı göndərdikdən sonra X-in o nu döyəcəyindən qorxduğu və X-dən qisas almaq niyyəti ilə Şahid2 səs yazısı göndərdiyini bildirmişdir. Şahid1 Şahid2 atdığı səs yazıları ilə bağlı qeyd edilməlidir ki, Şahid1 əmisi oğlu Xin, Şahid2 və kənd sakini x adlı şəxsi söymədikləri halda yalandan x-ə X-in və X-in onu söymələrini bildirməsi, Məhkum1 bu barədə Şahid1 etirazını bildirdikdə və onu döyməklə hədələdikdə Şahid1 X-lə aralarında bir neçə gün əvvəl baş vermiş mübahisə ilə bağlı qisas almaq niyyəti ilə Şahid2 şahidi olmadığı hadisə barədə səs atması iş materialları ilə tam sübut edilmişdir. Belə bir hadisə baş verməsini bilavasitə görən şahid olmamış, nə ibtidai istintaq orqanı, nə də məhkəmə tərəfindən Şahid1 X və Məhkum1ların Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmaları barədə məlumatı necə əldə etməsi aydınlaşdırılmamışdır. Məhkum2 və Məhkum1 qarşı ittiham yalnız ehtimallar əsasında qurulmuşdur. Hazırkı cinayət işi üzrə də zərərçəkmiş şəxsin verdiyi ifadələri kifayət qədər ziddiyyətlidir və hər hansı digər mötəbər sübutlarla təsdiq edilmir. Odur ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 mart 2025-ci il tarixli qərarının ləğv edilərək, cinayət işinin yenidən araşdırılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edirlər. Kassasiya instansiyası məhkəməsində Müdafiəçi4 çıxış edərək, kassasiya şikayətlərinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Müdafiəçi3 çıxış edərək, kassasiya şikayətlərinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində qanuni nümayəndə X9 çıxış edərək, övladına qarşı böhtan atıldığını bildirib verilmiş kassasiya şikayətlərinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində qanuni nümayəndə X11 çıxış edərək, sözügedən hadisənin olmadığını, bunun yalan olduğunu bildirib, verilmiş kassasiya şikayətlərinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətlərinin təmin edilməməsini və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 mart 2025-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qər arının qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçilər tərəfindən verilmiş kassasiya şikayətlərində məhkumlar barəsində onlara elan edilmiş ittiham üzrə işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmadığı və nəticədə maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.1 (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə), 416.1.2 (məhkəmə bu Məcəllənin 143 - 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.6-cı (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 mart 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehti va edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Kassasiya məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qər əzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümləd ən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələblərinə müvafiq cinayət işinin materiallarını araşdırıb, kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətləri təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməs inin Cinayət Kollegiyasının 6 mart 2025-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum2 və Məhkum1 verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs halında on dörd yaşına çatmayan zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə və zor tətbiq etməklə uşaqbazlıq və seksual xarakterli digər zorakılıq hərəkətləri etmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmi şdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum2 və Məhkum1 əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-in 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Müdafiəçilər tərəfindən verilmiş kassasiya şikayətlərində məhkumların CM-in 150.3.3-cü maddəsi üzrə əməllərində cinayət tərkibinin olmadığından əsassız olaraq təqsirli bilindiyi, müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilir. Lakin iş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkən Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Məhkəmələr belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinin tələbinə əsaslanmışlar. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiym ətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək, Məhkum2 və Məhkum1 ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətmələri zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs, şahid qismində dindirilmiş Şahid1, Şahid2, Şahid4 və Şahid5 ifadələri, X RPŞ-nə ünvanlanmış 2 sentyabr 2023-cü il tarixli ərizə, “Baxış keçirilməsi haqqında” 2 sentyabr 2023-cü il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkil, məhkəmə-tibbi ekspertizasının 22 sentyabr 2023-cü il tarixli rəyi, “telefon danışıqlarına dair məlumatlar yazılmış diskə baxış keçirilməsi haqqında” 8 sentyabr 2023-cü il tarixli protokol, məhkəm ə-psixoloji ekspertizasının 30 oktyabr 2023-cü il tarixli rəyi, həmçinin iş üzrə toplanmış bir çox digər sübutlar ilə öz təsdiqini tapdığını müəyyən edir. Belə ki, cinayət işinin materiallarında olan Şahid4 X RPŞ-nə ünvanlanmış 2 sentyabr 2023-cü il tarixli ərizəsi ilə müəyyən edilir ki, Şahid4 azyaşlı oğlu Zərərçəkmiş şəxs qarşı həmkəndliləri X və X əxlaqsız (seksual) hərəkətlər etmələrindən şikayət edərək həmin şəxslərin barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Cinayət işinin materiallarında olan “Baxış keçirilməsi haqqında” 2 sentyabr 2023cü il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillə müəyyən edilir ki, hadisə yeri Zərərçəkmiş şəxs yaşadığı X rayonun X kəndinin ərazisidir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs həmkəndliləri Məhkum2 və Məhkum1 ona qarşı seksua l xarakterli hərəkətlərin edildiyi yerləri əyani olaraq göstərmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 22 sentyabr 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, 2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı sağ bazunun orta 1/3-nin bayır səthində və sağ çiyin qurşağının arxa səthində çapıq toxumalar aşkar edildi. Həmin çapıqlar küt mexanizmdən əmələ gəlmiş, yaraların sağalmış izləri olub, sağ bazuda olan çapıq toxumanın törəmə müddəti 1-1,5 il, sağ çiyin qurşağındakının törəmə müddəti isə 3-6 aya uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilmir. İbadlı İbadlıda arxa keçəcəkdə qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edildi, bu əlamətlər onunla dəfələrlə, uzun müddət ərzində gərg inləşmiş kişi cinsiyyət orqanının düz bağırsağa yeridilməsi nəticəsində əmələ gələ bilərdilər. Anal dəlikdə və ətraf nahiyəsində hal-hazırda xəsarət və xəsarət izi aşkar olunmadığı üçün bu əlamətlərin dəqiq yaranma müddəti haqqında fikir söyləmək mümkün deyil. O cümlədən, cinayət işinin materiallarında olan “Telefon danışıqlarına dair məlumatlar yazılmış diskə baxış keçirilməsi haqqında” 08 sentyabr 2023-cü il tarixli protokolla müəyyən edilir ki, diskdə AUD-20230910-WA0019 formatında olan faylın 11 saniyə olmaqla səs yazısından ibarətdir. Səs yazısında “Ba X səəə özdə bir söz deyim baa Xdə və X-də, baa ikisidə sənin xalan oğlun ha, xalan oğlu var aaa, aparıb evlərində … (cinsi əlaqədə olublar) haa sənə deyim mən, özdə qıçarası … (cinsi əlaqədə olublar) haa” məzmunlu ifadələr vardır. AUD-2 0230910-WA0020 formatında olan faylın 4 saniyə olmaqla səs yazısından ibarətdir. Səs yazısında “Lapta düz demiyən peysərdi, səhv deyən peysərin balasıdı hə” məzmunlu ifadələr vardır. AUD-20230910-WA0021 formatında olan faylın 16 saniyə olmaqla səs yazısından ibarətdir. Səs yazısında “Belə də ki, kişinin başında, kişinin yanında baş kəsərlər, mən sənin olduğu şeyi mən gör Xgildən soruş gör mən demişəm onu, kişinin yanında belədi ki, baş kəsərlər bildin, sən kişisən əəə, sənin ağzında söz qalır əəə, səndən kişi olar əəə” məzmunlu ifadələr vardır. AUD-20230910WA0022 formatında olan faylın 6 saniyə olmaqla səs yazısından ibarətdir. Səs yazısında “mənə fakt sübut danışmısan da sən, X və sən, X yox, sən danışmısan də faktı sən” məzmunlu ifadələr vardır. Qeyd olunanlarla yanaşı məhkəmə-psixoloji ekspertizasının 30 oktyabr 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, Zərərçəkmiş şəxs özündən uydurmaya meyillilik əlamətləri müəyyən edilmədi. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır (psixi fəaliyyətin xarici aləmə yonəlməsi). Emosional sabitlik, sadəlöhvlük, səthilik kimi xarakterik xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs hadisə zamanı hansı psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətləri və emosional halından asılı olaraq qərarın təsviri hissəsində göstərilmiş ona qarşı ediləm hərəkətlər zamanı müqavimət göstərə bilərdi. Zərərçəkmiş şəxs əqli və psixi inkişafı normaya uyğun olduğundan həmin vaxt ona qarşı olan seksual hərəkətlərin mahiyyətini dərk edə bi lərdi. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəmə kollegiyası haqlı olaraq zərərçəkmiş şəxs və şahid qismində dindirilmiş şəxslərin ibtidai istintaq zamanı və məhkəmə iclasında verdiyi ifadələrini də işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək həmin ifadələrin obyektiv həqiqəti əks etdirməsi və ona görə də onların mötəbər sübut növü kimi qəbul edilməli olması, Məhkum2 və Məhkum1 verdikləri ifadələrin isə əsl həqiqəti əks etdirməməklə özlərini müdafiə etmək, cinayət məsuliyyətindən azad olunmalarına dair məqsəd güddüyü barədə nəticəyə gəlmişdir. Belə ki, məhkəmələr tərəfindən müəyyən olunmuş işin faktiki hallarına əsasən aydın olur ki, Məhkum2 Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs köm əksiz vəziyyətindən istifadə etməklə və zor tətbiq etməklə uşaqbazlıq və seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdirlər. Qeyd olunanlar birinci instansiya məhkəməsində Məhkum2 və Məhkum1 əməllərinin CM-in 150.3.3-cü maddəsi ilə düzgün tövsif olunduğuna şübhə doğurmur. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum2 və Məhkum1 CM-in 150.3.3-cü maddəsi ilə təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmənin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və bir-birini tamamlayan sübutlar apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası bütün sübutları təkrarən sadalamağa zərurət görmür. Odur ki, cinayət işinin materiallarını, o cümlədən iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspert rəylərini, ibtidai istintaq hərəkətlərinə dair protokollarını kassasiya şikayətlərinin dəlilləri ilə müqayisəli təhlil edən kassasiya məhkəmə kollegiyası, Məhkum2 və Məhkum1 qabaqcadan əlbir olan bir qrup şəxs halında on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə etməklə və zor tətbiq etməklə uşaqbazlıq və seksual xarakterli digər zorakılıq hərəkətləri etmiş olmaları barədə aşağı instansiya məhkəmə kollegiyasının gəlmiş olduğu nəticə ilə razılaşır. Həmçinin kassasiya şikayətlərinin dəlillərinə əsasən müəyyən olunur ki, şikayətçilər iş üzrə yeni faktiki hallardan çıxış etməklə kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, birinci instansiya və apellyasiy a məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya şikayətlərinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciətləri olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiə tərəfinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətlərində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə birgə tədqiq edə n məhkəmə kollegiyası hesab edir ki, Məhkum2 və Məhkum1 qarşı CM-in 150.3.3-cü maddəsi ilə irəli sürülmüş ittiham məhkəmədə tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur və məhkəmələr tərəfindən düzgün tövsif edilmişdir. Kassasiya şikayətlərində cinayət və cinayət prosessual qanunun normalarının pozulmasına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Müdafiə tərəfləri kassasiya şikayətlərində müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilmişdir, lakin məhkəmə araşdırması zam anı müəyyən olundu ki, kassasiya şikayətlərində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; apellyasiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum2 və Məhkum1 CM-in 150.3.3-cü maddəsi ilə təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərin ə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətlərinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin et mədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum2 müdafiəçisi Müdafiəçi3 və Məhkum1 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmuş Məhkum2 və Məhkum1 barəsində olan cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 mart 2025-ci il tarixli qərarı kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar