Məhkəmə qərarları › İş №1(102)-2306/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2306/2023

28.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2306/2023 28.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Müdafiəçi - Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Qasımov Süleyman Ələsgər oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəm əsinin 16 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4 və 182.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum2 və Məhkum1 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 fevral 2022-ci il tarixli qərarından məhkum edilmiş şəxslər Məhkum2 və Məhkum1 müdafiəçisi Qasımov Süleyman Ələsgər oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli 1(101)-1549/2021 nömrəli (hakimlər: Ağayev Zeynal Qurban oğlunun sədrliyi ilə, Məcidov Azad Əli Ağa oğlu, Hüseynov Səbuhi Sabir oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx.xx.xxxx-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2mış Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4 və 182.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, Cinayət Məcəlləsinin 145.2.4-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 182.4-cü maddəsi ilə 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 11 iyun 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimk an tədbirinin dəyişdirilmədən saxlanılması, barəsində xüsusi müsadirə tətbiq edilməsi; xx xxxxxxx-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç yetkinlik yaşına çatmayan uşağı olan, ali təhsilli, İşləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olan, ünvan 4ında yaşamış Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4 və 182.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, Cinayət Məcəlləsinin 145.2.4-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 182.4-cü maddəsi ilə 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 11 iyun 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, barəsində xüsusi müsadirə tətbiq edilməməsi hökm edilmiş, iş üzrə maddi sübutlar və məhkəmə ekspertizasının xərci ilə bağlı məsələlər də öz həllini tapmışdır. Hökmdən məhkum edilmiş şəxslər Məhkum2 və Məhkum1 müdafiəçisi Süleyman Qasımov tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 fevral 2022-ci il tarixli 1(103)376/2022 nömrəli (hakimlər: Babayev Zəki Baba oğlu (sədrlik edən, məruzəçi hakim), Əhmədov Həsən Hüseyn oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmiş, həmin hökmlə Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4-cü maddəsi ilə təyin edilmiş 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə ilə bağlı cəza 13 (on üç) ilə endirilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli hökmünə əsasən Məhkum2 Cinayət Məcəlləsinin 145.2.4-cü maddəsi ilə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə, hazırki qərara əsasən Cinayət Məcəlləsinin 182.4-cü maddəsi ilə təyin edilmiş 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəl ləsinin 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə ona qəti olaraq 13 (on üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin hökmlə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4-cü maddəsi ilə təyin edilmiş 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə ilə bağlı cəza 13 (on üç) ilə endirilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli hökmünə əsasən Məhkum1 Cinayət Məcəlləsinin 145.2.4-cü maddəsi ilə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə, hazırki qərara əsasən Cinayət Məcəlləsinin 182.4-cü maddəsi ilə təyin edilmiş 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə ona qəti olaraq 13 (on üç) il 6 (altı) ay müddətə azadl ıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm apellyasiya şikayətlərinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2022-ci il tarixli 1(103)-376/2022 nömrəli (hakimlər: Babayev Zəki Baba oğlu (sədrlik edən, məruzəçi hakim), Əhmədov Həsən Hüseyn oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət məhkəmə tərkibində) anlaşılmazlıq qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 fevral 2022-ci il tarixli 1(103)-376/2022 nömrəli qərarının təsviri əsaslandırıcı və nəticə hissələrində birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “145.2.4-cü” maddəsi ilə təyin edilmiş 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə ilə bağlı cəzanın 13 (on üç) ilə endirilməsi, habe lə həmin hökmlə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “145.2.4cü” maddəsi ilə təyin edilmiş 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə ilə bağlı cəzanın 13 (on üç) ilə endirilməsi ilə bağlı qeyd olunmuş “145.2.4-cü” maddəsinin “182.4cü” maddəsi kimi oxunması müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 fevral 2022-ci il tarixli qərarından məhkumlar Məhkum2 və Məhkum1 müdafiəçisi Qasımov Süleyman Ələsgər oğlu tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli hökmü ilə, Məhkum2 təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, qabaqcadan əlbir ol an bir qrup şəxs halında hədə-qorxu ilə, yəni zərərçəkmiş şəxsin yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə və zor tətbiq etməklə özgənin xüsusilə külli miqdarda əmlakını tələb etmişdir. Belə ki, o, özgənin, yəni dayısı, Rusiya Federasiyasında yaşamaqla orada sahibkarlıq fəaliyyəti ilə məşğul olan və geniş maddi imkanlara malik Zərərçəkmiş şəxs1 xüsusilə külli miqdarda pulu hədə-qorxu yolu ilə tələb etmək məqsədilə həmyerlisi və dostu Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib, törədəcəkləri əməlin ictimai təhlükəliliyini dərk etməklə bunun nəticələrini arzu edərək hazırladıqları cinayətkar plana uyğun olaraq hadisədən əvvəl, yəni 2021-ci ilin iyun ayının əvvəlində Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən fərdi yaşayış evini Şah id4 şifahi razılaşma ilə 3 günlük müddətə kirayə götürdükdən sonra 8 iyun 2021-ci il tarixdə, saat 16 radələrində dayısı Zərərçəkmiş şəxs1 övladı xx.xx.2002-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 həmin evə qonaq dəvət edib dövlət qeydiyyat nişanı və sürücüsünün şəxsiyyəti məlum olmayan taksi ilə sonuncu ilə birlikdə kirayə tutduqları həmin evə gəldikdən və Zərərçəkmiş şəxs2la birlikdə yemək yedikdən sonra Məhkum1lə qabaqcadan aralarında sövdələşdikləri cinayətkar plana uyğun olaraq əvvəlcədən əldə edərək həmin evdə saxladıqları yapışqanlı lentlə həmin evin qonaq otağında stulda əyləşmiş Zərərçəkmiş şəxs2 şəxsiyyəti üzərində zor tətbiq edərək əllərini və ayaqlarını bağladıqdan sonra Məhkum1 həmin vəziyyətdə ona məxsus “Samsung” markalı mobil telefon vasitəsi ilə Zərərçəkmiş şəxs2 fotoşəklini çəkmiş, bundan sonra Məhkum1 X-in əllərini və ayaqlarını açsa da fərdi yaşayış evinin giriş qapısını açarla bağlayaraq sonuncunu iradəsinə zidd olaraq 3 saat ərzində saxlayıb adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, eləcə də hədə-qorxu ilə, yəni zərərçəkmiş şəxsin yaxın qohumlarının, yəni oğlunun və digər ailə üzvlərinin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə dayısı Zərərçəkmiş şəxs1 xüsusilə külli miqdarda əmlakını tələb edib ələ keçirmək, cinayətin izini itirmək, qohumlarının ondan şübhələnməmələri və yaxalanmamaq məqsədilə ümumi cinayətkar niyyətə və plana uyğun olaraq həmin evi tərk edib ünvan 5 ünvanında yerləşən “Xəzri” kafesinə gələrək orada həmin kafenin “Khazri Restaurant” adlı Wi-fi internet şəbəkəsindən istifadə etməklə mobil telefonla çəkilmiş Zərə rçəkmiş şəxs2 əlləri və ayaqları bağlı vəziyyətdə olan fotoşəkilini +**********2 telefon nömrəsi üzərindən qeydiyyatdan keçirdikləri “whatsapp” proqramı vasitəsilə xx.xx.2021-ci il tarixdə saat 17:08-də dayısı Zərərçəkmiş şəxs1 istifadəsində olan +**********3 mobil telefon nömrəsinə göndərib, ardınca da “sizin oğlunuz hal hazırda əlimizdədir, sizinlə heç bir şəxsi qərəzliliyimiz yoxdur, şərtlərimizə əməl etdiyiniz təqdirdə oğlunuz sağ-salamat evinizə çatacaqdır. Şərtlərimiz sizin üçün böyük olmayan 500.000 ABŞ dolları. Bakı şəhərində iyunun 11-ə hazır edin. Pul yüz dollarlıq əskinazlarla olmalıdır. əgər polisə və digər orqanlara xəbər versəniz, pullar nömrələnsə, pul torbasına çip yerləşdirilərsə, hər hansı izləmə olarsa, Novasibirski və Bakıda olan ailənizi təhlükə altına salacaqsınız, si zdən yalnız tələb edilən məbləğ qarşılığında heç bir kəs zərər görməyəcək. İyunun 11 axşam sizə gələn sms-lə pulu qeyd olunacaq ünvana Bakı şəhərində çatdırdığınız təqdirdə, pullar yoxlanıb və izlənilmədiyi halda oğlunuz az müddətdə evinizə çatacaqdır” məzmunda ismaric göndərməklə Rusiya Federasiyasının Novosibirsk şəhərində yaşayan dayısı Zərərçəkmiş şəxs1 həm oğlu Zərərçəkmiş şəxs2, həm də yaxın qohumlarının, o cümlədən ailə üzvlərinin şəxsiyyəti üzərində zor göstərmək hədəsi ilə 500.000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə xüsusilə külli miqdar hesab edilən 850.000 manat pulunu tələb edərək Zərərçəkmiş şəxs2 xx.xx.2021-ci il tarixdə saat 17 radələrindən saat 20 radələrinədək olan, yəni 3 saat müddətində Bakı şəhəri, Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən fərdi ya şayış evində saxlamaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında hədə-qorxu ilə Zərərçəkmiş şəxs1 yaxın qohumlarının, o cümlədən ailə üzvlərinin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə və zor tətbiq etməklə özgənin xüsusilə külli miqdarda əmlakını tələb etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli hökmü ilə, Məhkum1 təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında hədə-qorxu ilə, yəni zərərçəkmiş şəxsin yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə və zor tətbiq etməklə özgəni n xüsusilə külli miqdarda əmlakını tələb etmişdir. Belə ki, o, özgənin, yəni Rusiya Federasiyasında yaşamaqla orada sahibkarlıq fəaliyyəti ilə məşğul olan və geniş maddi imkanlara malik Zərərçəkmiş şəxs1 xüsusilə külli miqdarda pulu hədə-qorxu yolu ilə tələb etmək məqsədilə həmyerlisi və dostu Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib, törədəcəkləri əməlin ictimai təhlükəliliyini dərk etməklə bunun nəticələrini arzu edərək hazırladıqları cinayətkar plana uyğun olaraq hadisədən əvvəl, yəni 2021-ci ilin iyun ayının əvvəlində Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən fərdi yaşayış evini Şahid4 şifahi razılaşma ilə 3 günlük müddətə kirayə götürdükdən sonra 8 iyun 2021-ci il tarixdə, saat 16 radələrində Zərərçəkmiş şəxs1 övladı xx.xx.2002-ci il təvəll üdlü Zərərçəkmiş şəxs2 həmin evə qonaq dəvət edib dövlət qeydiyyat nişanı və sürücüsünün şəxsiyyəti məlum olmayan taksi ilə sonuncu ilə birlikdə kirayə tutduqları həmin evə gəldikdən və Zərərçəkmiş şəxs2la birlikdə yemək yedikdən sonra Məhkum2la qabaqcadan aralarında sövdələşdikləri cinayətkar plana uyğun olaraq əvvəlcədən əldə edərək həmin fərdi yaşayış evində saxladıqları yapışqanlı lentlə həmin evin qonaq otağında stulda əyləşmiş Zərərçəkmiş şəxs2 şəxsiyyəti üzərində zor tətbiq edərək əllərini və ayaqlarını bağlayıb həmin vəziyyətdə Məhkum2 məxsus “Samsung” markalı mobil telefon vasitəsi ilə sonuncunun fotoşəklini çəkmiş, bundan sonra əllərini və ayaqlarını açsa da fərdi yaşayış evinin giriş qapısını açarla bağlayaraq Zərərçəkmiş şəxs2 iradəsinə zidd olaraq 3 saat ərzində saxlayıb adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, eləcə də hədə-qorxu ilə, yəni zərərçəkmiş şəxsin yaxın qohumlarının, yəni oğlunun və digər ailə üzvlərinin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə Zərərçəkmiş şəxs1 xüsusilə külli miqdarda əmlakını tələb edib ələ keçirmək və cinayətin izini itirmək məqsədilə ümumi cinayətkar niyyətə və plana uyğun olaraq cinayətkar qrupun üzvü Məhkum2 fərdi yaşayış evini tərk edib ünvan 5 ünvanında yerləşən “Xəzri” kafesinə gələrək orada həmin kafenin “Khazri Restaurant” adlı Wi-fi internet şəbəkəsindən istifadə etməklə mobil telefonla çəkilmiş Zərərçəkmiş şəxs2 əlləri-ayaqları bağlı vəziyyətdə olan fotoşəkilini +**********2 telefon nömrəsi üzərindən qeydiyyatdan keçirdiyi “whatsapp” proqramı vasitəsilə xx.xx.2021-ci il tarixdə saat 17:08-də Zərərçəkmiş şəxs1 istifadəsində olan +**********3 mobil telefon nömrəsinə göndərib, ardınca da “sizin oğlunuz hal hazırda əlimizdədir, sizinlə heç bir şəxsi qərəzliliyimiz yoxdur, şərtlərimizə əməl etdiyiniz təqdirdə oğlunuz sağsalamat evinizə çatacaqdır. Şərtlərimiz sizin üçün böyük olmayan 500.000 ABŞ dolları. Bakı şəhərində iyunun 11-ə hazır edin. Pul yüz dollarlıq əskinazlarla olmalıdır. Əgər polisə və digər orqanlara xəbər versəniz, pullar nömrələnsə, pul torbasına çip yerləşdirilərsə, hər hansı izləmə olarsa, Novasibirski və Bakıda olan ailənizi təhlükə altına salacaqsınız, sizdən yalnız tələb edilən məbləğ qarşılığında heç bir kəs zərər görməyəcək. İyunun 11 axşam sizə gələn sms-lə pulu qeyd olunacaq ünvana Bakı şəhərində çatdırdığınız təqdirdə, pullar yoxlanıb və izlənilmədiyi hald a oğlunuz az müddətdə evinizə çatacaqdır” məzmunda ismaric göndərməklə Rusiya Federasiyasının Novosibirsk şəhərində yaşayan Zərərçəkmiş şəxs1 həm övladı Zərərçəkmiş şəxs2, həm də digər yaxın qohumlarının, o cümlədən ailə üzvlərinin şəxsiyyəti üzərində zor göstərmək hədəsi ilə 500.000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə xüsusilə külli miqdar hesab edilən 850.000 manat pulunu tələb edərək Zərərçəkmiş şəxs2 xx.xx.2021-ci il tarixdə saat 17 radələrindən saat 20 radələrinədək olan, yəni 3 saat müddətində Bakı şəhəri, Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən fərdi yaşayış evində saxlamaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında hədə-qorxu ilə Zərərçəkmiş şəxs1 yaxın qohumlarının, o cümlədən ailə üzvlərinin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə və zor tətbiq etməklə özgənin xüsusilə külli miqdarda əmlakını tələb etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum edilmiş şəxslər Məhkum2 və Məhkum1 müdafiəçisi Qasımov Süleyman Ələsgər oğlu ayrı-ayrılıqda verdiyi lakin, eyni məzmunlu kassasiya şikayətlərini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən məhkumlar barəsində ədalətsiz qərarlar qəbul edilmişdir. Belə ki, məhkəmələr Məhkum1 ailəli olmaqla himayəsində 3 azyaşlı uşağının olmasını, daimi yaşayış yeri olmaması səbəbindən ailəsinin kirayədə yaşamasını, ailənin yeganə qazanc gətirəni olmasını, valideynlərinin hər ikisinin pensiya yaşında olmasını, erməni təcavüzü nəticəsində xəsarət almasını və bunun nəticəsində 2-ci qrup əlil olmasını, zərərçəkmiş şəxslə barışıq əldə edildiyini və zərərçəkmiş şəxsin ona qarşı hər hansi bir şikayət və tələbinin olmamasını, Məhkum2 isə ailəli olmaqla himayəsində 2 azyaşlı uşağının olmasını, ailənin yeganə qazanc gətirəni olmasını, zərərçəkmiş şəxslə barışıq əldə edildiyini və zərərçəkmiş şəxsin ona qarşı hər hansi bir şikayət və tələbinin olmamasını təqsirləndirilən şəxslərə cəza təyin edərkən nəzərə almamışdır. Odur ki, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, Məhkum2 və Məhkum1 barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilərək təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulmuş minimum cəzadan aşağı cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Qasımov Süleyman Ələsgər oğlu çıxış edərək, tərəflərin qohum olduğunu, zərərçəkmiş şəxslər tərəfindən şikayət və tələbin olmadığını bildirib, məhkumlara Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə sanksiyada nəzərdə tutulandan daha az cəza verilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 fevral 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Resp ublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uy ğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətlərində məhkumlar barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş hal ilə əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 fevral 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya şikayətlərinin təmin edilməməsi, müdafiəçinin isə apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətləri təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 fevral 2022-ci il tarixli qərarı isə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum2 və Məhkum1 verilmiş q abaqcadan əlbir olan bir qrup şəxs halında adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə, o cümlədən qabaqcadan əlbir olan bir qrup şəxs halında hədəqorxu ilə, yəni zərərçəkmiş şəxsin yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə və zor tətbiq etməklə özgənin xüsusilə külli miqdarda əmlakını tələb etmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhku m2 və Məhkum1 əməllərinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 145.2.4 və 182.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün məhkəmələr tərəfindən tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətlərində məhkum edilmiş şəxslər barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilir və təyin edilmiş cəzanın yüngülləşdirilməsi xahiş edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası c inayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Belə ki, cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, Məhkum2 xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X14 adlı iki azyaşlı övladları vardır. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, təqsirləndirilən şəxs Məhkum1 isə xx.xx.2006-cı il təvəllüdlü X12, xx.xx.2014-cü il təvəllüdlü X10, xx.xx.2003cü il təvəllüdlü X5 adında 3 yetkinlik yaşına çatmayan övladları vardır. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum2 və Məhkum1 cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onların törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətləri, cəzalarını yüngülləşdirən (əməllərindən səmimi peşman olmaları, yaşayış yerlərindən müsbət xarakterizə olunmaları, ailələrinin yeganə qazanc gətirən şəxs olmaları, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmaları, zərərçəkmiş şəxslə barışıq əldə etmələri, zərərçəkmiş şəxsin onlara qarşı şikayət və tələbinin olmaması, Məhkum2 himayəsində iki, Məhkum1 isə üç yetkinlik yaşına çatmayan övladlarının olması) və ağırlaşdıran (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4-cü məddəsində nəzərdə tutulan cinayəti tamah məqsədi ilə və psixi pozuntulardan əziyyət çəkən şəxsə qarşı törətmələri) halların olmasını, habelə təyin olunmuş cəzanın onların ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum2 və Məhkum1 islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətlərinin məhkum edilmiş şəx slər barəsində cəzanı yüngülləşdirən hallarına dair dəlillərinə qiymət verərək qeyd edir ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə (CM-in 62-ci maddəsi); 4) şərti məhkum etmə institutunu tətbiq etməyə (CM-in 70-ci maddəsi); 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Aydın məsələdir ki, yüngülləşdirici halların mövcudluğu yuxarıda qeyd edilən müxtəlif formalarda nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə hall arı, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakt erli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, CM-in 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal köməklik göstərdikdə mümkündür. Bu zam an nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Birinci instansiya məhkəməsinin hökmünü və apellyasiya məhkəməsinin qərarını qeyd edilən normaların tələbləri baxımından kassasiya şikayətlərinin dəlilləri ilə birgə təhlil edən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iş üzrə müstəsna hallar və ya məhkumların törətdikləri cinayətin ictimai təhlükəliliyini əhəmiyyətl i dərəcədə azaldan digər hallar mövcud deyildir. Şikayətdə göstərilən hallar da Azərbaycan Respublikası CM-in 62ci maddəsinin tətbiq olunmasına əsas vermir. Qeyd olunan cinayət-hüquqi normalarına əsasən və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətlərinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, müdafiəçinin cəzaların məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün qeyri-qanuni olması haqqında iddialarının əsaslı olmadığı müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qər arını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətlərinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkumlar Məhkum2 və Məhkum1 müdafiəçisi Qasımov Süleyman Ələsgər oğlu tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətləri isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum edilmiş şəxslər Məhkum2 və Məhkum1 müdafiəçisi Qasımov Süleyman Ələsgər oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4 və 182.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum2 və Məhkum1 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 fevral 2022-ci il tarixli qərarı kassasiya şikayətlərinə əsasən dəyişdi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar