Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2307/2023 05.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, məhkum x müdafiəçisi Şamilov Vüqar Oktay oğlunun və məhkum x1 müdafiəçisi Kazımzadə Vüsal Fərman iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 noyabr 2022-ci il tarixli, 1(103)-1557/2022 nömrəli hökmündən Məhkum1 və Məhkum2 müd afiəçisi Carçalova Nuranə Həsrət qızı tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə və həmçinin Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə mahiyyəti üzrə baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 1(101)-407/2022 nömrəli hökmü ilə (hakimlər: R.Ə.Sadıxov (sədrlik edən), N.A.Kərimov və A.İ.Paşayev) xx.xx.1969-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, məhkumluğu olmayan, işləməyən, x- də yaşamış, halhazırda cəza çəkən Məhkum1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2 və 32,4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CMin 178.3.2-ci maddəsi ilə 06 (altı) il müddətə, CM-in 32.4, 312.2-ci maddəsi ilə 05 (beş ) il müddətə, CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 12 noyabr 2021-ci il tarixdən hesablanmışdır. xx.xx.1956-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, x-də yaşamış, halhazırda cəza çəkən Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə 8000 (səkkiz min) manat miqdarında cərimə cəzasına məhkum olunmuşdur. Birinci instansiya məhkəməsinin həmin hökmündən Məhkum1 tərəfindən apellyasiya şikayəti və Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 noyabr 2022-ci il tarixli hökmü ilə (hakimlər: F.A.Qasımov (sədrlik edən), E.E.Rəhimov və K.H.Əkbərov) apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya protesti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 iyun 2022-ci il tarixli hökmü Məhkum2 aid hissədə ləğv edilmiş, Məhkum2 CM-in 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək CM-in 32,4, 312.2-ci maddəsi ilə 04 (dörd) il 06 (altı) ay müddətə, CM-in 178.3.2ci maddəsi ilə 05 (beş) il müddətə, CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli 15 noyabr 2022-ci il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 noyabr 2022-ci il tarixli hökmündən Məhkum1 və Məhkum2 müdafiəçisi Carçalova Nuranə Həsrət qızı tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri, həmçinin Məhkum1 tərəfindən kassasiya şikayitinə əlavə verilmişdir. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-nin 178.3.2, 29,178.3.2 və 32.4,312.2-ci maddələri ilə irəli sürülmüş ittihama əsasən, onlar aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar ə laqəyə girib aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, Məhkum2 sinif yoldaşı və dost münasibətlərində olduğu Şahid1 qardaşı X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işi üzrə sonuncunun həbsdən azad olunmasına köməklik göstərilməsi ilə əlaqədar 2021-ci ilin aprel ayında bilavasitə Məhkum2 vasitəsi ilə Məhkum1 müraciətindən sonra yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olduğunu və həmin şəxslər vasitəsi ilə guya X3 təqsirləndirilənməsinə dair həmin cinayət işinin baxılmasına xitam verilməsi, işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması və onun həbsdən azad olunması imkanına malik olmasını Şah id1 sonuncunun yaşadığı ünvan 1 ünvanında Məhkum2 vasitəsi ilə yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün qeyd edilən yüksək vəzifədə işləyən tanışına xidməti vəzifəsinin icrası ilə əlaqədar X2un xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 100.000 (bir yüz min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını, həmin məsələni 2 ay müddətində müsbət həll edəcəyini yalandan vəd edərək, tələb etdiyi 100.000 manat pul vəsaitinin əvvəlcə 50.000 manatını, qeyd olunan məsələlər bitdikdən sonra isə qalan 50.000 manatını verməsini Şahid1 aldatmaqla bildirib, sonuncunun razılığını almaqla sövdələşdikdən sonra həmin adla 21 aprel 2021-ci il tarixdə Şahid1 yaşadığı ünvan 1 ünvanında 50.000 manat, eyni niyyətlə, 202 1-ci ilin yay aylarında Şahid1 yaşadığı ünvan 1 ünvanında ayrı-ayrı vaxtlarda 500 manat və 2.000 manat pul vəsaitini sonuncudan bilavasitə əlbir olduğu Məhkum2 vasitəsi ilə alıb Məhkum2 ilə aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməklə, qabaqcadan əlbir olaraq bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid1 məxsus 52.500 (əlli iki min beş yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, qabaqcadan əlbir olaraq bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar X2un xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi neməti rüşvət qismində verməyə Şahid1 təhrik etmiş, Şahid1 qalan pul vəsaitini verməkdən imtina etd iyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, qalan pul vəsaitini ondan ala bilməyib, Məhkum2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında etibardan sui- istifadə etmə və aldatma yolu ilə Şahid1 məxsus 100.000 (bir yüz min) manat məbləğində pul vəsaitini ona vahid niyyətlə külli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişlər. Birinci instansiya məhkəməsi dövlət ittihamçısının təqsirləndirilən şəxslərə CM-nin 178.3.2 və 29, 178.3.2-ci maddələri ilə verilmiş ittihamın məzmununu saxlanılmaqla bu şəxslərin ittihamından CM-nin 29, 178.3.2-ci maddəsini xaric edilməsi, CM-nin 178.3.2-ci maddəsinin dispozisiyasının təqsirləndirilən şəxslərin əməllərini tam əhatə etməsi ilə bağlı çıx ışını nəzərə alaraq, Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsinin tələblərindən çıxış edərək Məhkum1 və Məhkum2 irəli sürülmüş ittihamdan CM-nin 29, 178.3.2-ci maddəsinin xaric olunması barədə qənaətə gəlmişdir. Bundan başqa birinci instansiya məhkəməsi, cinayət təqibi orqanından fərqli olaraq Məhkum2 zərərçəkmiş şəxs Şahid1 qarşı törətdiyi əməlində dələduzluq cinayətinin tərkibi olmaması haqqında nəticəyə gəlib, buna müvafiq olaraq Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsində göstərilən əsaslarla Məhkum2 ittihamından Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsini xaric etmiş, Məhkum2 yalınız CM-nin 32.4,312.2-ci maddəsi, həmçinin Məhkum1 verilmiş ittihamdan qabaqcadan əlbirlik tövsifedici əlamətini xaric etməklə, sonuncu tərəfindən vahid qəsdlə ələ keçirdiyi məbləğin külli miqdar təşkil etməsini nəzərə alaraq (52.500 manat) Məhkum1 Azərbaycan Respublikası CM-nin 178.3.2 və 32.4,312.2-ci maddələri ilə təqsirli bilmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin bu nəticələri ilə razılaşmamış və tərəfindən qəbul edilmiş yekun məhkəmə aktında Məhkum2 və Məhkum1 CM-in 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum1 kassasiya şikayətini və kassasiya şikayətinə verilmiş əlavəni onunla əsaslandırmışdır ki, o heç kimdən pul almamış və heç kimi aldatmaq niyyətində olmamış, zərərçəkmiş şəxs Şahid1 qardaşının məsələsinə qanun çərçivəsində kömək etməyə söz vermiş, lakin bununla bağlı pul istəməmiş və pul söhbətləri aparmamışdır. O, sa dəcə 2500 manatı borc olaraq Məhkum2 götürmüş, lakin vaxtında qaytara bilməmişdir. Kassasiya şikayətinin müəllifi iddia edir ki, Şahid1 etibarından sui-istifadə etmə və aldatma yolu ilə dələduzluq etməsi və rüşvət verməyə təhrik etməsi sübuta yetirilmədiyi halda, o, əsassız və qanunsuz olaraq törətmədiyi cinayətə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinmişdir. Məhkum1 kassasiya şikayətində göstərilənlərə əsasən onun barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş edir. Məhkum2 müdafiəçisi Carçalova Nuranə Həsrət qızı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən cinayət-prosessual qanunun sübutetməyə dair normalarının tələbləri pozulmuş, Məhkum2 əməlində cinayət tərkibi olma dığı halda, apellyasiya məhkəməsi tərəfindən əsassız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Müdafiəçi hesab edir ki, Məhkum2 X6 dələduzluq niyyətindən məlumatı olmamış, ailə dostuna kömək etmək məqsədilə sözügedən pul məbləğini Şahid1 alaraq Xə təqdim etmiş, göstərilən hallar şahid ifadələri, səs yazıları, üzləşdirmə protokolu kimi mötəbər sübutlarla təsdiq edilmişdir. Müdafiəçi N.H.Carçalova kassasiya şikayətində göstərilənlərə əsasən Məhkum2 barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 noyabr 2022-ci il tarixli hökmü ona aid hissədə ləğv edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cina yət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edil ən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum1 kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin məzmunundan görünür ki, o, məhkəmələr tərəfindən cinayət-prosessual qanunun sübutlar və sübutetməyə dair normalarının tələblərinin pozulduğunu, zərərçəkmiş şəxs Şahid1 qarşı hərəkətlərində dələduzluq, həmçinin sonuncunu rüşvət verməyə təhrik etmə cinayətlərinin onun tərəfindən törədilməsi təqsirliliyi sübuta yetirilmədiyi halda, əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilindiyini iddia edərək, mübahisələndirilən hökmün ləğv edilməsi haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassas iya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əsaslandırmışdır. Məhkum2 müdafiəçisi Carçalova Nuranə Həsrət qızı kassasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən sübutların, işin mühüm əhəmiyyətli hallarının tam, hərtərəfli və obyektiv araşdırılmadığını, sübutların cinayət-prosessual qanununun tələblərinə müvafiq surətdə tədqiq edilib-qiymətləndirilmədiyini, nəticə etibarı ilə Məhkum2 ona isnad edilən dələduzluq cinayətində təqsirli bilinməsinə dair nəticələrin əsasına qoyulmuş faktiki halların düzgün müəyyən edilmədiyini iddia edərək, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası Məhkum1 və Məhkum2 müdafiəçi N.H.Carçalovanın kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 noyabr 2022-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş ci nayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Ədalət mühakiməsinin təqsirsizlik prezupsiyası prinsipi (CPM, maddə 21) şəxsin təqsiri Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 2 8 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. B u normalarla müqayisə etməklə apellyasiya məhkəməsinin hökmünü yoxladıqda, həmin yekun məhkəmə aktının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına və CPM-in 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab vermədiyi müəyyən olunur. Belə ki, dələduzluq cinayətinin əsas tərkibini nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin dispozisiyasına görə dələduzluq şəxsin etibardan sui- istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməsi və ya əmlak hüquqlarını əldə etməsidir. Bu müddəaya görə sözügedən cinayət aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakının ələ keçirilməsində, əmlak hüquqlarının əldə edilməsində ifadə olunmalı, aldatmadan istifadə edən, etibardan sui-istifadə edən şəxsin qəsdi birbaşa və məhz həmin üsulların köməkliyi ilə əvəzsiz olaraq əmlakın ələ keçirilməsinə, əmlak hüquqlarının əldə edilməsinə yönəlməlidir. Başqa sözlə, dələduzluq cinayətinin obyektiv cəhəti aldatma və ya etibardan suiistifadə etmə yolu ilə özgə əmlakının ələ keçirilməsini və ya əmlak hüquqlarının əldə edilməsini nəzərdə tutursa, subyektiv cəhəti aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirən şəxsin əmlakı ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinədək mövcud olmasını və buna müvafiq olaraq məqsədinin digər talama cinayətlərində olduğu kimi əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə (mülkiyyətçini, sahiblik edəni əmlakdan məhrum etməyə, özünün və yaxud mənafeyi naminə hərəkət etdiyi üçüncü şəxsin əmlak kütləsini talanmış əmlak hesabına qanunsuz olaraq artırmağa) yönəlməsini ehtiva edir. Eyni zamanda nəzərə alınmalıdır ki, bir neçə epizoddan təşkil olunmuş, həmdə qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş əmələ Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin (külli miqdarda ziyan vurma kimi cinayəti ağırlaşdıran tövsifedici əlamətin) şamil edilməsini epizodların hamısının vahid niyyətlə əhatə olunması şərtləndirdiyi (şəxsə qarşı bu cür ittiham irəli sürüldüyü) hallarda onun artıq ilk epizod törəd ilərkən cinayətin sonrakı epizodlarını əhatə edən vahid niyyətinin, həmçinin cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin yerinə yetirilməsinə başlayana qədər cinayətin birgə törədilməsi barədə razılığın (əlbirlik əlamətinin) olması baxılan işin sübutetmə predmetinə daxil olan mühüm hal kimi çıxış edir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum2 Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə - Məhkum1la qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə külli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə ittiham olunduğundan, Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən onun zərərçəkmiş Şahid1 52.000 manat məbləğində pul vəsaitini alarkən bu hərəkətlərin hüquqa zidd və əvəzsiz olması; həqiqi niyyətinin həmin məbləği ələ keçirmək və həmin vəsait hesabına həm öz, həmdə Məhkum1 əmlak kütləsini artırmaq olması; qəsdinin Şahid1 pul vəsaitinin əvəzsiz olaraq ələ keçirilməsinə yönəlməsi; pulun qaytarılmamasının da məhz bununla şərtləndirilməsi və Məhkum2 alınmış vəsaitin qaytarılmaması sonradan yaranan səbəblərlədən irəli gəlməməsi, yəni Məhkum2 isnad edilən cinayət tərkibinin obyektiv və subyektiv cəhətlərinə daxil olan zəruri əlamətlər baxılan işin sübut etmə predmetini təşkil etmişlər və buna görə də onlar Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq qaydada işə aid, mümkün və mötəbər sübutların məcmusu ilə kifayət qədər (inandırıcı şəkildə) sübuta yetirilməli idi. Lakin, apellyasiya instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə yuxarıda təsvir edilən halların mötəbərliliklə müəyyən edilmiş sayılması üçün kifayət qədər sübutlar gətirmədən Məhkum2 zərərçəkmiş Şahid1 qardaşı X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə təqsirləndirilənməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işi üzrə sonuncuya Məhkum1 vasitəsi (yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olduğunu bildirib) ilə köməklik göstərmək vədini yalandan verib onu aldatması, etibarından suiistifadəsi və bu yolla zərərçəkmiş şəxsin ittihamda göstərilən məbləğdə pul vəsaitinin Məhkum1la qabaqcadan əlbir olan bir qrup şəxs halında ələ keçirməsi, Şahid1 52.000 manat məbləğində pul vəsaitini geri ala bilməməsi şəklində ziyana məruz qalmasının Məhkum2 cinayət xarakterli hərəkətlərinin nəticəsi olması barədə qənaətə gəlmişdir. Hətta, apellyasiya instansiya məhkəməsini n yekun aktında istinad edilmiş sübutların məzmununa baxdıqda, qeyd olunan halların müəyyən edilmiş sayılması üçün əsas verməməsi, düzünə və yaxud dolayısı ilə bu halları inkar etməsi məlum olur. Belə ki, ibtidai istintaq zamanı və məhkəmədə verdiyi ifadələrində Məhkum2 göstərmişdir ki, Şahid1 onun sinif yoldaşı və həmkəndlisi, X3nın qardaşı X5 isə onun uşaqlıq dostu olmuş, Məhkum1 isə bizneslə məşğul olan geniş əlaqələri olan, yüksək vəzifədə işləyən şəxslərlə yaxın dostluq əlaqələri olan şəxs kimi tanımış və onunla dostluq münasibətləri yaranmışdır. X13 özü və ailəsi ona yaxın olduğu üçün X3gilə gedərək mümkün olan köməyi edəcəyini demiş, orada X3 və digər qardaşı X7 işin məhkəmədən təkrar istintaqa qaytarılmasını xahiş etmişlər. Bu səbəbdən o, bu işə kömək etmək üçün Məhkum1 müraciət et mişdir. X6la görüşdüyü zaman sonuncu məsələ ilə bağlı lazımı şəxslə görüşdüyünü, həmin şəxsin məsələni həll edəcəyini dediyini, bu məsələ üçün ilkin olaraq 50.000 manat pul lazım olduğunu, cinayət işi məhkəmədən istintaqa qaytarıldığı vaxt isə daha 50.000 manat pul ödənilməsini bildirmişdir. X3 ilə X7 X6ın istədiyi məbləği ödəməyə razılıq vermişlər. Bir neçə gün ərzində 50.000 manat pul vəsaitini Şahid1 düzəldərək X7ın və ailələrinə yaxın olan X8 adlı şəxsin yanında adi kağıza bükülmüş 50.000 manatı ona təqdim etmişdir. Növbəti gün səhər saatlarında X3gildən həmin pulu götürmüş, X3nın qardaşı X7 və onların yaxını olan X8lə birlikdə sonuncunun maşını ilə 20 Yanvar metrostansiyasına getmiş, orada maşından enmiş, X7la X8 isə elə həmin taksidə çıxıb getmişlər. X6la telefon əlaqəsi yaradaraq pu lu aldığını, onu 20 Yanvar metrostansiyasının yanında gözlədiyini bildirmişdir. X6 onun yanına Ranc Rover markalı cip maşını ilə tək gəlmiş, o da kağıza bükülmüş 50.000 manatı X6a təqdim etmişdir. X3 işin düzəlməməsinə görə narahat olduğu üçün onu inandırmaq üçün bu məsələ ilə əlaqədar X6 ilə aralarında olan telefon danışığı zamanı səsini yazaraq X3ya göndərmiş, həmin səs yazısında da X6 ondan X5yə kömək etmək üçün pul aldığını etiraf etmişdir. Lakin X5nin işi məhkəmədən istintaqa qaytarılmadığı üçün, əksinə barəsində ittiham hökmü çıxarıldığı üçün X3 ona verdiyi 52.500 manat pul vəsaitini məhz ondan tələb etmiş, o, dəfələrlə pulu X6dan geri istədikdə sonuncu pulu qaytaracağına söz versə də onunla görüşlərdən yayınmış, son vaxtlar isə telefon zənglərinə belə cavab verməmişdir. Bundan sonra pulu qaytarılmadığından Şahid1 ondan və X6dan şikayət etmişdir. Məhkum2 ifadəsində olduğu kimi zərərçəkmiş Şahid1 birinci instansiya məhkəməsində ifadə verərkən onu təsdiq etmişdir ki, qardaşı X8 Əliyev ilə 20 ildən çox, yəni uşaqlıq dövründən dost olmuşlar, sonuncu X5 ilə maraqlanmış, ona görə fikir çəkirdi. X X5 ilə əsl dost olmuş, ona qarşı səmimi hissləri olmuş, onun ailəsi ilə də yaxşı münasibətləri var, hətta onun uşağının müəllimi olmuşdur. Qardaşının işi məhkəməyə göndərildikdən sonra X7ın təklifi ilə Xı evlərinə dəvət edib ondan kömək istəmişlər. X onları dinləyib bildirmişdir ki, X6 adında tanışı var, köhnə polis zabiti olmuş, geniş əlaqələri vardır və onunla görüşüb X5nin məsələsi ilə bağlı söhbət edə bilər. Növbəti görüş zamanı X X6a məsələni deməsini, X6ın bu işlə məşğul ol acağını, tanışları vasitəsi ilə qardaşı X2un işini məhkəmədən istintaqa qaytartdıracağını və sonradan onu həbsdən azad edə biləcəklərini demişdir. X X6ın bu işi görmək üçün vəzifəli şəxslərə çatdırmaq adı ilə 100.000 manat istədiyini, həmin pulun 50.000 manat hissəsini əvvəldən, X5 azad olunduqdan sonra isə daha 50.000 manat pulun ödənilməsini bildirmişdir. X6ı tanımasalarda Xı uzun illərdir ki tanıdıqlarından və ona etibar etdiklərindən sözlərinə güvənib inanaraq onunla razılaşmış və pulu toplamaq üçün bir həftə vaxt istəmişdir. Həmin vaxtda dost-tanışdan lazım olan 50.000 manatı toplamış və Xı 20 aprel 2021-ci il tarixdə, saat 20 radələrində evinə dəvət etmişdir. Xla görüşə qardaşı X7 da gəlmişdir. Həmin gün evlərində digər bir yaxın adamları olan Şahid3 də olmuşdur. Masa ətrafında əyləş dikdən sonra 100 və 50 manatlıq əskinaslardan ibarət olan 50.000 manatı sayıb Xa vermişdir. Həmin vaxt tanışları X8dən xahiş etmişdir ki, telefon vasitəsi ilə pulun verilməsini videoçəkiliş etsin. Bunu hər ehtimala qarşı etmişdir. Pulu Xa verdikdən sonra sonuncu artıq gec olduğu üçün, bu məbləğdə pul ilə evdən çıxmağa ehtiyyat etdiyini deyərək növbəti gün səhər gələrək həmin pulu X7 və X8lə birlikdə X8in maşını ilə X6la görüşəcəyi yerə aparacaqları barədə razılaşmışlar. Növbəti gün səhər X8in maşını ilə X7 və X 20 Yanvar metrostansiyasının yanına gedərək orada Xı düşürüb özləri çıxıb getmişlər. Xın deməsinə görə X6 iki aya X5nin məsələsini həll edəcəyinə söz vermişdir. Həmin ilin yay aylarında X X6ın bu işi guya tezləşdirmək məqsədi ilə istədiyi 500 manat və 2000 manatı da Xa vermişdir. Za man keçməsinə baxmayaraq qardaşının işində dəyişikliklər olmadığını görərək onunla hər dəfə telefon vasitəsi ilə danışdıqda səsini gizlicə yazmış və həmin səs yazılarında X qardaşı X2a görə aldığı pulları X6a çatdırdığını bildirmişdir. Bundan başqa, X özü də 52.500 manatı X6a çatdırdığını sübut etmək üçün danışıqları zamanı sonuncunun səsini gizlicə yazaraq ona göndərmişdir. O da inanmışdır ki, X ondan aldığı pulları həqiqətən tanışı X6a vermişdir. Hətta Xın vasitəsi ilə X6ın özü ilə də danışmışdır və X6 qardaşının işini qaydaya salacağını, ondan narahat olmamasını demişdir. X6ın qardaşı X5nin işini düzəltmədiyini gördükdə Xdan pulu ondan geri almasını istəmişdir. X X6dan pulu almağa çox cəhd etmiş, hətta qardaşı X7 X6a digər yaxın adamları vasitəsi ilə çıxıb pulunu tələb etmiş, lakin X6 p ulun əvəzinə torpaq sahəsini təklif etmiş, lakin o, buna razı olmayaraq pulunu nağd şəkildə istəmişdir. X6 hər dəfə yaxın müddətdə 52.500 manatı ödəyəcəyini söz versə də pulları qaytarmamışdır. Göstərilən halı birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 və Şahid3 ifadələri ilə təsdiq etmişlər. Həmçinin Şahid2 və Şahid3 ifadələrində göstərmişlər ki, 21 aprel 2021-ci il tarixdə Məhkum2 kağıza bükülmüş 50000 manat pul ilə Şahid3 idarə etdiyi xx markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı maşını ilə Bakı şəhəri 20 Yanvar metrostansiyasının yanındakı «Azərsu» binasının qarşısında düşürmüşlər və oradan çıxıb getmişlər. Məhkum1 birinci instansiya məhkəməsində verdiyi ifadəsində göstərmişdir ki, o Məhkum2la 2021-ci ilin fevral ayında tanış olmuş və həmin vaxtdan da dostluq mü nasibətləri yaranmışdır. 2021-ci ilin aprel-may aylarında X tanışı X3 həbs olunmaqla işinə Bakı Ağır Cinayətlər məhkəməsində baxılmasını demiş və cinayət işinin istintaqa qaytarılmasına köməklik göstərməyi xahiş etmiş, o ondan X5nin barəsində olan ittiham aktının ona verilməsini istəmiş, dost-tanışla bu barədə məsləhətləşəcəyini, qanuni əsaslarla hər hansı bir variantın olacağı təqdirdə onlara köməklik edə biləcəyini demiş, Xın gətirdiyi ittiham aktını hazırda xatırlamadığı tanışları ilə məsləhətləşəndən sonra cinayət işini yenidən apaşdırılması üçün məhkəmə baxışından istintaqa qaytarılmasının mümkünsüz olduğunu öyrənib bu barədə Xa məlumat vermişdir. Qeyd olunan söhbət ilə əlaqədar X ilə onun arasında hər hansı bir pul söhbəti olmamış, ondan bu işlərin görülməsi üçün hər hansı bir məbl əğdə pul tələb etməmiş və ya almamış, sadəcə Xdan 500 manat bir, 2000 manat da bir borca pul almışdır. Məhkəmədə elan edilib araşdırılmış 23 oktyabr 2021-ci il tarixli Məhkum2 və Məhkum1 arasında keçirilmiş üzləşdirmə protokolundan müəyyən olunur ki, Məhkum2 Məhkum1 üzünə qarşı sonuncunu 2021-ci ilin fevral ayında ortaq tanışlar vasitəsilə tanıdığını, Məhkum1 əvvəllər DİN-nin MCQMİ-də yüksək vəzifələrdə işlədiyini, istənilən işi həll edə bilmək gücünün olduğunu bildirdiyini, X2un məhkəmədə baxılan işinə kömək etməsinə imkanının olub-olmamasını soruşduqda, Məhkum1 isə bu cür məsələnin xırda bir iş olduğunu, işin görülməsi məqsədi ilə ondan 100.000 manat tələb olunduğunu, əvvəlcə 50 000 manat, daha sonra iş istintaqa qaytarılıb X2 həbsdən azad olunduğundan sonra 50 000 manat da verilməli old uğunu, 21 aprel 2021-ci il tarixdə X6ın istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə özünə məxsus ***-***-**-** və ya ***-***-**-** saylı mobil nömrəsindən zəng edərək görüş təyin edərək pul vəsaitini tam şəkildə aparıb Bakı şəhəri, 20 Yanvar metrostansiyası yaxınlığında şəxsən Məhkum1 özünə təqdim etdiyini, sonuncunun ona narahat olmamağını və 2 ay ərzində işi tam həll olunacağını demişini, bir neçə ay keçdikdən sonra X6 yenə də həmin vəzifəli şəxslərə pul lazım olduğunu bildirərək daha 500 manat və 2000 manat pul tələb etdiyini, o da həmin vəsaiti X3dan alaraq X6a tam şəkildə təqdim etdiyini bildirmişdir. X2un cinayət işi üzrə heç bir dəyişikliyinin olmadığını, həbsdə qalmaqda davam etdiyini görüb Şahid1 narahat olaraq ondan soruşub işin həll olunmasını tələb etdiyini, o da öz növbəsində X6dan bu barədə soruşaraq işin həll olunmasını tələb etmişdir. Məhkum1 isə ona narahat olmamağı, işin həll olunacağını bildirdi. Hətta o, X3nı inandırmaq üçün bir dəfə də X6ın səsini yazaraq X3ya göndərmiş, həmin səs yazısında X6 həmin işi gördüyünü etiraf etmişdir. Bir daha Məhkum1 üzünə qarşı deyir ki, o, 52.500 manat pulu aldadaraq X2un barəsində olan cinayət işinin, ibtidai istintaqa qaytarılması və sonradan həbsdən azad etdirməyi üçün vəzifəli şəxslərə çatdırmaq adı ilə onun vasitəsi ilə Şahid1 almışdır. Birinci və apellyasiya məhkəmələrində elan edilib araşdırılmış 12 yanvar 2021-ci il tarixli «baxış keçirilməsi haqqında» protokoldan müəyyən olunur ki, "xxxx" MMC və "xxxx" MMC-nin məlumatına əsasən Məhkum2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən Mə hkum1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək mütəmadi telefon danışıqları, o cümlədən xx.xx.2021-ci il tarixdə, saat 21:28:51 saniyədə və xx.xx.2021-ci il tarixdə, saat 11:35:11 saniyədə müddətində telefon danışıqları olmuşdur. Həmçinin telefonların anten dairəsinə əsasən müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 11:35- də Məhkum2 Bakı şəhəri, Moskva prospekti 73 (20 Yanvar metrostansiyası yaxınlığı) ünvanında olduğu qeydə alınmışdır. Təsvir edilənlər Məhkum2 zərərçəkmiş şəxs Şahid1 ailəsi ilə yaxın münasibətdə olmasını, sonuncunun həbsdə olan qardaşı X2la uşaqlıq dostu olmasını, Məhkum2 ittihamda qeyd olunan pul məbləğlərinin almasının əsasında Məhkum1 əvvəllər DİN-nin MCQMİ-də yüksək vəzifələrdə işləməkl ə onun Məhkum2 uşaqlıq dostu olmuş X2un məhkəmədə baxılan işinə kömək etməsi ilə bağlı olmasını, Şahid1 alınmış vəsaitin 50.000 manat hissəsini gec olduğu, bu məbləğdə pul ilə evdən çıxmağa ehtiyat etdiyi üçün Məhkum2 ona təqdim olunan gün götürülmədiyini, qeyd olunan pul vəsaitini səhərisi gün zərərçəkmiş şəxsin qardaşının iştirakı Məhkum1 aparmasını, daha sonra 20 Yanvar metrostansiyasının yanında, qalan 2500 manat məbləğdə pulun isə Məhkum1 təkidi ilə verildiyini (Məhkum1 52.500 manat pulun alınmasını inkar etməsinə baxmayaraq, 2500 manatı borc kimi aldığını qeyd etmiş və həmin məbləğdən Məhkum2 hər hansı hissəsinin verilməsi ilə bağlı heç bir məlumat verməmiş), hətta 52.500 manatın Məhkum1 çatdırdığını sübut etmək üçün Məhkum2 danışıqlar zamanı Məhkum1 səsini gizlicə yazmasını və X3 X9 a göndərməsini (vahid qəsdlə 52.500 ) göstərir. Belə vəziyyətdə apellyasiya məhkəməsinin nəyə əsasən Məhkum2 (vəsaiti almasının əsl səbəbinin və güdülən məqsəd aşkar olduğu şəraitdə) qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə zərərçəkmiş Şahid1 aldığı külli miqdarda pul vəsaitinin əvəzsiz olaraq ələ keçirməsi, Məhkum2 pul vəsaitlini almaqla zərərçəkmiş şəxsə birbaşa ziyan vurması barədə nəticəyə gəlməsi, nəyə görə onun dostu olan X2a köməklik etmək məqsədilə Məhkum1 tanışına rüşvət vermək üçün Şahid1 aldığı 52500 manat vəsaiti tam şəkildə Məhkum1 çatdırdığı və həmin vəsaitin mənimsənilməsində iştirak etmək niyyəti olmadığı halda qeyd olunan 52500 manat vəsaitin özünün nəfinə keçirilməsi kimi qiymətləndirməsi – bunlar kassasiya şikayətinin müəllifinə aydın olmadığı kimi, məhkəmə kollegiyasına da aydın deyil. Digər tərəfdən birinci instansiya məhkəməsindən fərqli olaraq Məhkum2 Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinməsi barədə apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hökmünə diqqət etdikdə, məhkəmənin qeyd oluna nəticənin hasil edilməsinin əsasını aşağıda sadalanmış səs yazıları olduğu müəyyən olunur. Belə ki, iş materiallarında olan Diskdə olan “X-X3 1” adlı səs yazısı olan sənədə daxil olduqda müəyyən edilir ki, həmin səs yazıları telefon danışığı zamanı qeydə alınmaqla Məhkum2 ilə Şahid1 arasında aparılır, həmin səs yazılarının 01:16-cı dəqiqəsindən başlayaraq danışıqların məzmunu aşağıdakı mətndən ibarətdir: Məhkum2 - Sabah məhkəmədən sonra zəngləşərik də, görək nə var, nə yox; Şahid1 - Yəni deyirsən başqa bir şey də ola bilər? Məhkum2 — Mən demirəm e ola bilər, 100 faiz söz veribki sabah iş geri qayıdacaq, qoy sabah məhkəmə olsun, yaxşı olacaq. Səs yazılarının 02:11 -ci dəqiqəsindən başlayaraq Şahid1 - Aç burax söhbəti olmaz da sabah yəqinki?! Məhkum2 - Elə şey yoxdu axı, aç burax deyilməyibki, işin geri qaytarılmağı deyilib. Səs yazılarının 04:51 -ci dəqiqəsindən başlayaraq Şahid1 - İş alınsa yaxşı olardı Məhkum2 - Alınsa yox e, X10ın ölmüşü üçün alınacaq, X10ın ölmüşü üçün deyirəm a sənə, bunun o yan bu yanı ola bilməz e, X6 bayaq deyir ki, alınmasa bu işin altına girməzdim, mənim sözüm iki ola bilməz, bu iş alınmasa özümü asaram e, bu iş alınmasa altına girməzdim, işi dala qaytartdıra bilməsəm mən kişi deyiləm. Diskdə olan “X-X3 2” adlı səs yazısı olan sənədə daxil o lduqda müəyyən edilir ki, həmin səs yazıları telefon danışığı zamanı qeydə alınmaqla Məhkum2 ilə Şahid1 arasında aparılır, həmin səs yazılarının 29-cu dəqiqəsindən başlayaraq danışıqların məzmunu aşağıdakı mətndən ibarətdir: Məhkum2 - Ayın 10-u üçün pul çatacaq, danışılıb, ayın 10-u üçün pulu alıb verəcəm sənə; Şahid1 - Hardan alıb verəcəksən? Məhkum2 - Mən almayacam e, o alıb verəcək; Şahid1 - Hardan alıb verəcək? Məhkum2 - Hara ki verib oradan. Səs yazılarının 05:45-ci dəqiqəsindən başlayaraq Şahid1 - 50.000 manatı almağına necə etiraz edə bilər e, sən X10 aldın apardın da bizdən; Məhkum2 - Yox etiraz etmir ki, deyir ki, pulu mən vermişəm, mən də alacam, mən də qaytaracam; Şahid1 - sən hələ o biri pulu da çatdırmalısan a; Məhkum2 - ayın 10-u üçün hamsı bir yerdə çatdırılacaq sənə. Səs yazılarının 07:20-ci dəqiqəsindən başlayaraq Şahid1 - sən edə bilmirdin başqa yolla biz edərdikdə, bəs nə üçün götürmüsən boynuna, bizi yatırtmısan; Məhkum2 - Allah mərdimazarın evini yıxsın, mən yoxsa bu boyda şeyin altına girərdim?! Diskdə olan “X-X6 1” adlı səs yazısı olan sənədə daxil olduqda müəyyən edilir ki, Məhkum1 tərəfindən “watsapp” proqramı vasitəsi ilə Məhkum2 göndərilən səs yazısında “de onlara birdən başqa variantınız varsa, özünüz edə bilirsinizsə biz çəkilək qırağa işinizi həll edin, bizi günahkar eləmiyin, biz sizin işinizi düzəldirik, biz çalışırıq ki iş getsin ibtidaiyə, ibtidaidə işin düzəlsin qayıtsın bura, sənin başqa cür çıxışın yoxdur” sözləri qeyd olunur. Diskdə olan “X-X6 2” adlı səs yazısı olan sənədə daxil olduqda müəyyən edilir ki, Məhkum1 tərəfindən “watsapp” proqramı vasitəsi İlə Məhkum2 göndərilən səs yazısında “X10 o işdən qəti narahat olma, heç kimə inanma, söz danışmışıq, dözmür deyəndəki onu sən salmamısan ora, mən salmamışam ora, biz də onun işin həll edirik, istəmirsə, başqa variantı varsa gedim səhər deyim qaytar camaat başqa cür həll edir işi, problem yoxdur” sözləri qeyd olunur. Diskdə olan “X-X6 3” adlı səs yazısı olan sənədə daxil olduqda müəyyən edilir ki, Məhkum1 tərəfindən “watsapp” proqramı vasitəsi ilə Məhkum2 göndərilən səs yazısında “X5 məsələsini də danışdım kakraz, lap ciddi danışdım, dedi narahat olma, bu dəfə uje vazvrat verəcək, uje danışıb prokurotura ilə zadla da, hamısını qoyub yoluna” sözləri qeyd olunur. Yuxarıda təsvir edilən səs yazıları, Məhkum2 və zərərçəkmiş şəxs Şahid1 məlumatları ilə birlikdə götürməklə, iş üzrə toplanmış digər sübutları nəzərdən keçirdikdə, görünür ki, apellyasiya məhkəməsinin Məhkum2 Şahid1 (özgənin) əmlakını ələ keçirib ona Məhkum1la qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda ziyan vurmaqla dələduzluq etməsi barədə qənaəti ilə yanaşı, Məhkum2 pul vəsaitini Şahid1 alarkən qəsdinin həmin vəsaitlərin əvəzsiz olaraq ələ keçirilməsinə yönəlməsi və onun reallıqda Şahid1 verdiyi pulları ələ edilməsi (özününküləşdirməsi) barədə nəticəsi də təsvir edilən sübutların məzmunu ilə uzlaşmır. Çünki, apellyasiya məhkəməsi tərəfindən tədqiq edilmiş həmin səs yazılarından müəyyən olunur ki, qeyd olunan səs yazılarında digər Məhkum1 zərərçəkmiş Şahid1 qarşı Məhkum2lə birgə hərəkətlər etməsinə dair hər hansı bir məlumat verməmiş, əksinə o, Ə.X10 məhkəmədə baxılan işinin müsbə t həll olunduğunu, işin alınmayacağı təqdirdə aldığı vəsaitin geri qaytaracağına (alınmış pul vəsaitinin yerinə çatdığını, işin həll olunmayacaq tərəfinə həmin vəsaitin geri qaytarılacağını) inandırmağa çalışmış, qeyd olunanlardan çıxış edən Məhkum2lə ona verilmiş məlumatları zərərçəkmiş Şahid1 çatdırmış, bu azmış kimi Məhkum1 səs yazılarını gizli yazaraq ona təqdim etmişdir. Əslində, məhkəmə hökmündə təsvir edilmiş sübutlar, o cümlədən səs yazıları Məhkum2 özünün Məhkum1 tərəfindən aldadılmasına, onun yalan vədlərinə inanaraq yaxın ailə münasibətlərində olan Şahid1 sonuncunun qardaşı və özünün uşaqlıq dostu olan X2a köməklik etmək məqsədilə Məhkum1 tanışına rüşvət vermək üçün Şahid1 52500 manat vəsaitin almaqla sonuncunun rüşvət verməyə təhrik etməsinə, alınan məbləğin tam şəkildə Məhkum1 çatdırmasına, həqiqi niyyətinin həmin məbləği ələ keçirmək və həmin vəsait hesabına həm öz, həmdə Məhkum1 əmlak kütləsini artırmaq niyyətinin olmamasına işarə edir. Belə olan halda ittihamda və məhkəmə aktında verilmiş cinayətin təsvirində Məhkum2 Şahid1 məxsus 52.500 manat məbləğində pulunu vahid qəsdlə, qabaqcadan əlbir olan bir qrup şəxs halında ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinədək mövcud olması və buna müvafiq olaraq məqsədinin digər talama cinayətlərində olduğu kimi əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə yönəlməsi barədə nəticə, bunu təsdiq edən sübutlarla əsaslandırılmadığından, əsası olmayan mülahizə - ehtimal kimi görsənir. Təsvir olunanlardan görünür ki, apellyasiya instansiyası məhkəməsi Məhkum2 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-c i maddəsi ilə irəli sürülmüş ittiham üzrə yekun nəticəyə gələrkən həmin ittihama hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edən sübutları lazımınca tədqiq etməyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144, 145 və 146-cı maddələrinin tələblərini pozmaqla məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini tələb edən cinayətprosessual qanunun 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol vermişlər. Məhkum1 kassasiya şikayətində göstərdiyi dələduzluq etməməsi haqqında ittihamın mübahisələndirilməsi üzrə dəlilləri, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında iddiaları aşağı instansiya məhkəmələri tərəfindən araşdırılmış sübutlarla tam təkzib olunmuş, bu səbəbdən məhkəmə kollegiyası həmin dəlilləri və onların əsasında irəli sürülmüş kassasiya tələbini məhkum olunmuş şəxsin cinayət məsuliyyətindən yayındırılmasına xidmət edən dəlillər və tələb kimi qiymətləndirir. Bununla yanaşı kollegiya qeyd edir ki, yeni apellyasiya baxışı (sübutların tam, hərtərəfli və obyektiv tədqiqindən çıxış etməklə) Məhkum2 əməlin hüquqi tövsifi (dələduzluq cinayəti ilə bağlı) məsələsinin həllindən asılı olaraq Məhkum1 Şahid1 ələ keçirdiyi 52.500 manat vəsaitin Məhkum2lə qabaqcadan əlbir olan bir qrup şəxs halında ələ keçirib-keçirməməsi hissəsində keyfiyyətli araşdırma aparılmasını və bununla da işin həqiqi hallarına uyğun ədalətli qərar qəbul edilməsini tələb edir. Apellyasiya məhkəməsinin Məhkum1 və Məhkum2 ittiham olunduqları CM-ni 32.4, 312.2-ci maddəsi ilə bağlı gəlmiş olduqları qənaətə münasibətdə məhk əmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-in 312.1-ci maddəsini dispozisiyasında rüşvət vermə vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı bir hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə şəxsən və ya vasitəçidən istifadə etməklə qanunsuz hərəkətlər etməyə görə və ya təkrar maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsində ifadə olunur. CM-in 312.2-ci maddəsində vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə görə səkkiz min manatdan on iki min manatadək miqdarda cərimə və ya dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cə zaları nəzərdə tutulmuşdur. İbtidai istintaq orqanı və apelyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişlər ki, Məhkum1 və Məhkum2 zərərçəkmiş şəxsə sonuncunun qardaşının (barəsində olan cinayət işinin ibtidai istintaqa qaytarılması) məsələsini həll edilməsi üçün vəzifəli şəxsə rüşvət qismində pul verilməsi zəruri olduğunu bildirməklə onu aldadıb, həmin pul vəsaitlərini alaraq ələ keçirməklə zərərçəkmiş şəxsi vəzifəli şəxsə rüşvət qismində pul verilməsinə təhrik etmişlər, bununla da Məhkum1 və Məhkum2 CM-in 312-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qəsd etmişlər. İbtidai istintaq orqanının Məhkum1 və Məhkum2 ittiham elan etdiyi CM-in 32.4, 312.2-ci maddəsi “dövlət hakimiyyəti əleyhinə cinayətlər” bölməsinin “korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlər” fə slində nəzərdə tutulmaqla onun dispozisiyası vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət verməyə təhrik etmə kimi təsbit olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsində yer aldığı bölmə və fəslin adından da aydın olduğu kimi, rüşvət vermə cinayətinin obyektini dövlət hakimiyyətinin, dövlət qulluğunun, yerli özünüidarə orqanlarında, habelə kommersiya və qeyri-kommersiya təşkilatlarında qulluğun normal həyata keçirilməsini təmin edən ictimai münasibətlər təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə istintaq zamanı Məhkum2 Məhkum1 yalan vədlərindən çıxış edərək Şahid1 sonuncunun qardaşı X2a köməklik etmək məqsədilə Məhkum1 tanışına rüşvət vermək üçün Şahid1 52500 manat vəsaitin almaqla sonuncunun rüşvət verməyə təhrik etmə si tam sübuta yetirildiyi halda, Məhkum1 hərəkətlərində CM-nin 32.4, 312-ci maddəsinin dispozisiyası ilə uzlaşan tərkib əlamətlərinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlərin mövcud olub olmamasına, qeyd olunan hərəkətlərin “rüşvət verməyə təhrik” və ya “dələduzluğun üsulu” kimi çıxış etməsinə qiymət verilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin “Qeyd” hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul tarixli 2022-ci il Qərarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsi nin müraciətinə dair” 17 aprel 2023-cü il tarixli Qərardadında ifadə olunmuş hüquqi mövqeyə görə, təqsirkarın, yəni başqalarına rüşvət vermə adı ilə özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmiş və heç kimə rüşvət vermək niyyəti olmayan şəxsin əməli CM-nin 178.1-ci maddəsinin dispozisiyası ilə əhatə olunduğundan və burada rüşvət verməyə təhrik etmə cinayətinin (CM-nin 32.4, 312-ci maddələri) tərkibinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlər mövcud olmadığından, əməl qeyd edilən cinayətlərin ideal məcmusu kimi deyil, yalnız CM-nin 178ci maddəsi ilə dələduzluq cinayəti kimi tövsif olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul tarixli 2022-ci il Qərarının təsviriəsaslandırıcı hissəsində həmçinin qeyd olunmuşdur ki, psevdorüşvətçiyə “rüşvət” şəklində pul və sai r nemətlər verilməsi halında “rüşvət verməyə təhrik” kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vasitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib. Konstitusiya Məhkəməsinin Palatası da məhz bu yanaşmadan çıxış edərək və bununla da həmin yanaşmanı müdafiə etdiyini bir daha nümayiş etdirərək 17 aprel 2023cü il tarixli Qərardadında vurğulamışdır ki, yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün rüşvət şəklində p ul və sair maddi nemətlər alır, lakin faktiki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və s. ilə bağlı ictimai münasibətlər deyil, mülkiyyət hüquq münasibətləri təhlükə altına alınır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun şərh olunan hüquqi mövqeyinə əsaslanaraq “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında” 19 may 2023-cü il tarixli Qərarı ilə 11 iyun 2015-ci il tarixli Qərarının 36-cı bəndini aşağıdakı redaksiyada vermişdir: “Dələduzluq cinayətlərinə dair işlərə baxarkən məhkəmələrin diqqəti bu əməllərin vəzifəli şəxslər, habelə rüşvətxorluqda vasitəçilik etmə adı ilə dələduzluq etmiş (“rüşvətxorluqda yalançı vasitəçi” - “psevdorüşvətçi”) şəxslər tərəfindən törədilməsi ilə bağlı olan aşağıdakı məsələlərə cəlb edilsin. Dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs bir qayda olaraq qısa və ya uzun müddətdən sonra əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən buna nail ola bilmir. Rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda v asitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər onları vermiş şəxsin subyektiv qiymətləndirilməsində artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasına yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətlərin (hərəkətsizliyin) edilməsini gözləyir. Vəzifəli şəxsə rüşvət vermək barədə təşəbbüsü bu yolla özgə əmlakını ələ keçirmək məqsədini həyata keçirən şəxsin özü irəli sürdükdə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 731, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qər arında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 2023-cü il 17 aprel tarixli Qərardadında (bu Qərar və Qərardad birlikdə götürülməklə, onların təsviri-əsaslandırıcı hissələrində) ifadə olunmuş hüquqi mövqelərə əsasən təqsirkarın əməli CM-nin 178.1-ci maddəsinin dispozisiyası ilə əhatə olunduğundan və burada rüşvət verməyə təhrik etmə cinayətinin (CM-nin 32.4, 312-ci maddələri) tərkibinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlər mövcud olmadığından əməl qeyd edilən cinayətlərin ideal məcmusu kimi deyil, yalnız CM-nin 178ci maddəsi ilə dələduzluq cinayəti kimi tövsif olunmalıdır. Bundan əlavə, yal ançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vəsitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib”. Konstitusiya Məhkəməsinin Palatası da məhz bu yanaşmadan çıxış edərək və bununla da həmin yanaşmanı müdafiə etdiyini bir daha nümayiş etdirərək 2023-cü il 17 aprel tarixli Qərardadında qeyd etmişdir ki, “yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün rüşvət şəklində pul və sair maddi nemətlər alır, lakin faktiki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvafiq ola raq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və s. ilə bağlı ictimai münasibətlər deyil, mülkiyyət hüquq münasibətləri təhlükə altına alınır”. Öyrənilmiş cinayət işinin materiallarından göründüyü kimi, apellyasiya məhkəməsi tərəfindən Məhkum1 Şahid1 külli miqdarda əmlakını ələ keçirilməsindən ibarət hərəkətlərinin “rüşvət verməyə təhrik” və ya “dələduzluğun üsulu” kimi çıxış etməsinə qiymət verilməmişdir. Yuxarıda sadalananların məcmusundan görünür ki, apellyasiya instansiyası məhkəməsi Məhkum1 rüşvət verməyə təhrik etmə cinayətini törətməsi ilə bağlı əsassız nəticəyə gəlmiş, bununla bağlı zəruri olan sübutları tam, hərtərəfli və obyektiv tədqiq etməmiş, cinayət qanunvericiliyi normalarının tələblərini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Pl enumunun hüquqi mövqeyini və Ali Məhkəmənin Plenumunun qərarlarında əksini tapmış izah və tövsiyələri nəzərə almamış, ümumi şəkildə isə sübutları CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq qiymətləndirməmişdir. Buna görə məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməsini qeyd edir və hesab edir ki, həmin pozuntularla qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin 15 noyabr 2022-ci il tarixli hökmü qüvvədə saxlanıla bilməz. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair müdafiəçilərin və kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara gö rə hesab edir ki, Məhkum1 və Məhkum2 müdafiəçisi Carçalova Nuranə Həsrət qızının şikayətləri və Məhkum1 kassasiya şikayitinə verilmiş əlavə qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum1 və Məhkum2 barəsində olan 15 noyabr 2022-ci il tarixli, 1(103)1557/2022 nömrəli hökmü ləğv edilməli, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Məhkum1 kassasiya şikayət və kassasiya şikayətinə verilmiş əlavə və Məhkum2 müdafiəçisi Carçalova Nuranə Həsrət qızının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum1 və Məhkum2 barəsind ə olan 15 noyabr 2022-ci il tarixli, 1(103)-1557/2022 nömrəli hökm ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-2307/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-2307/2023
05.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver