Məhkəmə qərarları › İş №1(102)-2307/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2307/2024

25.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2307/2024 25.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2 və Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 29,177.2.4, 177.2.1, 177.2.2 və 177.2.3 -cü maddələri ilə məhkum edilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 16 avqust tarixli, 1(107)225/2023 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ağdaş Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 1(014)-3/2023 saylı (X18) hökmü ilə, xx.xx.1996-cı ildə Balakən rayonunun Talalar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvələr məhkum olunmuş, Balakən rayonu Talalar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası CM-in 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3, 29, 177.2.4, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum barəsində Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(075)-38/2022 nömrəli qərarı ilə qəbul edilmiş Balakən Rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli hökmünə əsasən təyin edilmiş 2 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 2 ay 19 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilmiş, həmin cəzanın çəkilməmiş qalan 2 ay 19 gün hissəsi CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Məhkum üzərində qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılmış dır. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Məhkum və Təqsirləndirilən şəxs1 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X13 (sədrlik edən və məruzəçi), Elçin Hüseynov və İmanverdi Şükürovdan ibarət tərkibdə) 2023-cü il 16 avqust tarixli, 1(107)-225/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs2, Məhkum və Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, Ağdaş Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 1(014)-3/2023 saylı hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin təhlükəli residivi onun cəzasını ağırlaşdı ran hal kimi qəbul edilmiş, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin cəzaya Təqsirləndirilən şəxs1 Ağsu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş, çəkilməmiş qalan 1 (bir) il 9 (doqquz) ay 10 (on) gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmək cəzası birləşdirilməklə, Təqsirləndirilən şəxs1 qəti olaraq 1 (bir) il 9 (doqquz) ay 10 (on) gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm baxılmış apellyasiya şikayətləri və apellyasiya protesində münasibətdə qalan his sədə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən, Məhkum CM-in 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3, 29, 177.2.4, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham olunur ondan ötrü ki, o, özgənin əmlakını ələ keçirmək niyyəti ilə 11 mart 2020-ci il tarixdə saat 05 radələrində X4 və X9 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək, ünvan 2 ünvanında yerləşən "AL MARKET” mağazasından oğurluq etmək barədə sonuncunun təklifinə əsasən, hər üçü birlikdə X3 idarə etdiyi avtomobildə yuxarıda göstərilən vaxtda həmin mağazanın yaxınlığına gəlmiş və orada Elşən Mustafayev mağazadan kənarda qalaraq gələn olarsa xəbər vermək məqsədi ilə gözləmiş, Məhkum və Mehdi Xəlilov isə mağazanın qapısını ozləri ilə gətirdikləri dəmir alətlə (montirovka) sındırmaqla mağazaya qanunsuz daxil olub oradan içərisində 1213 manat pul olan 296 manat dəyərində dəmir seyfi gizli yolla talamaqla bayırda pusquda duraraq onları gözləyən E.Mustafayevin idarə etdiyi avtomobillə Hövsan qəsəbəsi dəniz kənarına apararaq orada seyfi sındırmaqla əldə etdikləri pulu öz aralarında üç yerə bölüb ələ keçirərək, mağazanın mülkiyyətçisi zərər çəkmiş hüquqi şəxs "AL MARKET” MMC-yə ümumilikdə 1509 (min beş yüz doqquz) manat maddi ziyan vuraraq oğurluq etmişdir. doqquz) manat maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Məhkum təkrarən özgənin əmlakını ələ keçirmək niyyəti ilə tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, 14 aprel 2022-ci il tarixdə saat 00:15 radələrində Təqsirləndirilən şəxs4 məxsus avtomobillə Ağsu rayonu Muradlı kəndində yerləşən Zərərçəkmiş şəxs4 məxsus mağazanın yaxınlığına gələrək, həmin mağazanın sahibinin orada olmadığına əmin olduqdan sonra, əvvəlcədən aralarında olan razılaşmaya əsasən ümumi niyyətlərinin bilavasitə həyata keçirilməsi zamanı gələn olarsa xəbər vermək məqsədilə Təqsirləndirilən şəxs3 mağazanın qarşısında, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 avtomobildə pusquda dayanmaqla, özü isə Təqsirləndirilən şəxs1la birlikdə mağazanın tavanının dəmir materialdan olan şiferlərini dəmir alətlə (lomla) yerindən sökməklə mağazaya qanunsuz daxil olaraq, oradan ərzaq və qeyri-ərzaq mallarını özləri ilə götürərək gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 289 6 (iki min səkkiz yüz doxsan altı) manat, 10 (on) qəpik məbləğində maddi ziyan vurmaqla, oğurlanmış əmlakı satdıqdan sonra əldə etdikləri gəliri öz aralarında bölüb qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la binaya qanunsuz daxil olmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, Məhkum təkrarən özgənin əmlakını ələ keçirmək niyyəti ilə Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Şəki şəhəri Çaparizde küçəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus “Hüseyn marketə” qanunsuz daxil olub oğurluq cinayətini həyata keçirmək üçün əvvəlcədən tibbi əlçək, tibbi maska, papaq və dəmir parçası əldə etməklə hazırlıqlar gördükdən sonra 18 ap rel 2022-ci il tarixdə saat 03:27 radələrində əvvəlcədən cinayətkar niyyətlərini həyata keçirmək üçün götürdükləri tibbi maska, tibbi əlcək və papağı geyinərək Təqsirləndirilən şəxs5 kənar şəxslərin gələcəyi halda xəbər verməsi üçün yaxınlıqda dayanmış, o isə Təqsirləndirilən şəxs6la mağazaya yaxınlaşdıqdan sonra əlindəki dəmir parçası ilə Zərərçəkmiş şəxs2 məxsus mağazaya yaxınlaşıb plastik materialdan hazırlanmış giriş qapısını asma qıfılını açmış, əvvəlcədən razılaşmalarına əsasən cinayətkar niyyətlərinə uyğun olaraq 6212 (altı min iki yüz on iki) manat 20 (iyirmi) qəpik dəyərində ərzaq və qeyri-ərzaq mallarını və mağazanın kassasında olan 250 (iki yüz əlli) manat nəğd pulu ələ keçirmək istəyərkən qeyd olunan mağazanın Şəki Rayonlararası Mühafizə X1 Məntəqəsi xidməti ilə mühafizə olunma sına görə mühafizə siqnalizasiyası və sirena işə düşdüyündən bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən cinayət əməlini öz iradələrindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək mağazadan özgəyə məxsus 6462 (altı min dörd yüz altmış iki) manat 20 (iyirmi) qəpik dəyərində, yəni xeyli miqdarda əmlakı qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən oğurluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bundan başqa, Məhkum təkrarən özgənin əmlakını ələ keçirmək niyyəti ilə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, xx.xx.2022- ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs1 Ağdaş rayon Əmirmahmud kəndində yerləşən mağazasının yanına Təqsirləndirilən şəxs4 məxsus avtomobillə gəldikdən sonra əvvəlcədən aralarında olan razılaşmaya əsasən ümumi niyyətlərinin bilavasitə həyata keçirilməsi zamanı gələn olarsa xəbər vermək məqsədilə Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 avtomobildə pusquda dayanmış o, isə mağazanın qapısında olan qıfılı əlində olan dəmirlə qırıb Təqsirləndirilən şəxs3lə mağazaya qanunsuz daxil olaraq oradan ərzaq və gündəlik tələbat mallarını, həmçinin ümumilikdə 80 (səksən) manat dəmir və 170 (bir yüz yetmiş) manat kağız pulları və mağazada quraşdırılmış 250 manat dəyərində videokameranın yaddaş platasını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 1963 (bir min doqquz yüz altmış üç) manat 60 (altmış) qəpik məbləğində maddi ziyan vurmaqla, oğurlanmış əmlakı satdıqdan sonra əldə etdikləri gəliri öz aralarında bölüb qabaq cadan əlbir olduğu Təqsirləndirilən şəxs3lə, Təqsirləndirilən şəxs4lə və Təqsirləndirilən şəxs2la binaya qanunsuz daxil olmaqla təkrarən oğurluq etmişdir KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN VƏ MƏHKUMUN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, nə ilkin ibtidai istintaq nədəki məhkəmə istintaqının düzgün aparılıb aparılmaması araşdırılmadan ədalətsiz qərar qəbul edilmişdir. Belə ki, o, Ağsu rayonuna dostu Sərxan gilə qonaq getdiyi zaman Ağsu rayon PŞ-in əməkdaşları onları bir yerdə görmüş və o, Bakıya qayıtdıqdan bir neçə gün sonra dostu Sərxanı PŞ-nə apararaq rayonda ona aid olmayan oğurluq hadisəsini guya Sərxanın törətməsini bildirərək onu həbs etmişlər. Sərxana işgəncələr verərək onun adını çəkərək cinayəti bir yerdə törətmələri barədə iz ahat almışlar. Bütün qeyd edilənləri nəzərə almayan məhkəmələr saxta ittiham əsasında ona cəza təyin etmişlər. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 16 avqust tarixli, 1(107)-225/2023 nömrəli qərarının ləğv edilməsini və cinayət işinin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiya məhkəməsində iştirak edən məhkum kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum CM-in 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 29,177.2.4, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə məhkum edilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət kolle giyasının 2023-cü il 16 avqust tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya ins tansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələl ərini yoxlayır. Məhkum kassasiya şikayətin təqsirinin olmadığını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ə dalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəf indən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkum kassasiya şikayətində cinayət əməllərinin törədilməsində təqsirinin olmadığını, qanunsuz və əsassız cinayət məsuliyyətinə cəlb edildiyini bildirmişdir. Məhkum eyni dəlilləri apellyasiya instansiyası məhkəməsində də irəli sürmüş, onun həmin dəlilləri ətraflı araşdırılaraq apellyasiya instansiyası məhkəməsi belə bir nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı sayı bilməz. Çünki, məhkəmə kollegiyasının fikrinə görə sübutların həcmi və ümumiyyətlə işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxsin əməllərinin Cinayət Məcəlləsinin yuxarıda qeyd edil ən maddələri ilə cinayət törətdiklərini deməyə kifayət qədər əsas verir. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunur. Sadalanan sübutlar birinci instansiya məhkəməsinin qərarında ətraflı təsvir olunub şərh edildiyindən, məhkəmə kollegiyası həmin sübutların yenidən təsvir və şərh olunmasına zərurət görmür. Bundan əlavə, məhkumun ifadələrin işgəncə verilməsi yolu ilə alınmasına dair iddiasına münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə olunmuş və Ağsu Rayon Prokurorluğunun 12 oktyabr 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Ağsu rayon polis şöbəsi əməkdaşları tərəfindən işgəncəyə məruz qalması ilə bağlı xx.xx.2022-ci il tarixli, 4(014)114/20 22 saylı məlumat əsasında rayon prokurorluğunda aparılan araşdırma başa çatmışdır. Araşdırma nəticəsində, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Ağsu rayon polis şöbəsinin əməkdaşları tərəfindən işgəncəyə məruz qalması barədə xüsusatlar üzrə cinayət hadisəsi, eləcə də, Ağsu rayon polis şöbəsinin İQ-nun müstəntiqi X12, şöbənin CAB-nin rəisi X7, CAB-nin əməliyyat müvəkkilləri X10, X11 və X8 əməllərində cinayət tərkibi olmadığından, xx.xx.2022ci il tarixli və xx.xx.2022-ci il tarixli qərarlarla Azərbaycan Respubilkasının CPM-nin 39.1.1 və 39.1.2-ci maddələrinə əsasən, toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bundan əlavə, məhkum kassasiya şikayətində göstərmişdir ki, Binəqədi rayonunda törədilən oğurluq zamanı o, CÇM-də cəza çəkmiş, bu səbəbdən cinayət ə məli törədə bilməzdi, lakin məhkəmələr bu faktı nəzərə almamışlar. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Məhkum 4 epizod cinayət əməli törətməyə görə cinayət məsuliyyətinə cəlb edilmişdir. Birinci epizod cinayət əməli 11 mart 2020-ci il tarixdə Bakı şəhərində, ikinci epizod 14 aprel 2022-ci il tarixdə Ağsu rayonu ərazisində, üçüncü epizod 18 aprel 2022-ci il tarixdə Şəki şəhəri ərazisində və nəhayət dördüncü epizodu isə 19 aprel 2022-ci il tarixdə Ağdaş rayonu ərazisində törədilmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli Məhkum barəsində olan hökmündən görünür ki, o, 2020-ci ilin aprel ayında törətmiş olduğu oğurluq cinayət əməllərinə görə 19 aprel 2020-ci il tarixdə həbsə alınmışdır. Buradan da belə bir nəticə hasil olur ki, Məhkum birinci epizod üzrə cinayət əmə li törətdiyi 11 mart 2020-ci il tarixdə azadlıqda olmuşdur və yalnız həmin oğurluqdan 39 gün sonra həbsə alınmışdır və azadlıqda olarkən fiziki cəhətdən oğurluq cinayət əməlini törədə bilərdi. Cinayət işinin materiallarından da görünür ki, Məhkum Şəki Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli qərarı ilə cəzadan şərti olaraq azad edilmiş və 14 aprel, 18 aprel və 19 aprel 2022-ci il tarixlərdə yenidən cinayət əməlləri törətmişdir. Göründüyü kimi, Məhkum kassasiya şikayətinin həmin dəlili də əsassızdır və cinayət işində olan mötəbər sübutların məcmuyu ilə təkzib edilir. Məhkum təyin edilmiş cəza ilə bağlı da məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza cinayətlərin residivinin tələblərinə uyğun olaraq təyin edilmişdir. Təyin edilmiş cəza məhkum tərəfindən törədil miş cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, eyni zamanda məhkumun şəxsiyyətinə uyğundur. Məhkum barəsində CM-in 70-ci maddəsinin tətbiqi, eyni zamanda, onun təqsirli bilindiyi maddələrə CM-in 62-ci maddəsinin tətbiqi üçün əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı məhkumun kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 1(014)-3/2023 hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 29,177.2.4, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 16 avqust tarixli, 1(107)-225/2023 nömrəli qərarı Məhkum kassasiya şikayətinə münasibətdə, Məhkum aid hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar