Məhkəmə qərarları › İş №1(102)-2308/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2308/2023

07.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2308/2023 07.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum və onun müdafiəçisi Bakı şəhəri “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, X1 iştirakları ilə, Məhkum Azərbaycan Respu blikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CMnin) 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyun 2023-cü il tarixli, 1(103)486/2023 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum 01 iyun 1975-ci ildə Gürcüstan Respublikasının Tbilisi şəhərində anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Gürcüstan Respublikası, Tbilisi şəhəri, Kintsmarauli döngəsi, 25-ci korpus, mənzil 67 ünvanda qeydiyyatda olan, ünvan 1 ünvanda yaşamışdır.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum özgən in əmlakını gizli olaraq talamaq məqsədi ilə 2021-ci ilin sentyabr ayından dekabr ayınadək olan müddət ərzində işlədiyi ünvan 2 ünvanda yerləşən avtomobillərə qaz quraşdırılması sahəsində fəaliyyət göstərən Zərərçəkmiş şəxs məxsus «Brend Avtoqaz» müəssisəsinin anbarına qanunsuz daxil olaraq oradan hissə-hissə olmaqla, hər birinin dəyəri 154,03 manat olan, ümumi dəyəri 8163,59 manat təşkil edən 53 ədəd 4 silindrli X15 kit 4-ci qaz avadanlığı, hər birinin dəyəri 30,8 manat olan, ümumi dəyəri 1786,40 manat təşkil edən 58 ədəd qaz avadanlığının ehtiyat hissəsi Map Sensor, hər birinin dəyəri 46,75 manat olan, ümumi dəyəri 2618 manat təşkil edən 56 ədəd qaz avadanlığının ehtiyat hissəsi Reducer, hər birinin dəyəri 19,24 manat olan, ümumi dəyəri 1115, 92 manat təşkil edən 58 ədəd qaz avadanlığı nın ehtiyat hissəsi Cng Lpg injection Rail, hər birinin dəyəri 4,93 manat olan, ümumi dəyəri 300,73 manat təşkil edən 61 ədəd X14 pressure tube filtr olmaqla, ümumilikdə 13984,64 manat dəyərində avtomobillərə quraşdırmaq üçün nəzərdə tutulmuş qaz avadanlıqları və həmin avadanlıqların müxtəlif ehtiyat hissələrini vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 13984,64 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir.

3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 1(007)-226/2022 nömrəli hökmü ilə (sədrlik edən və məruzəçi hakim X8) Məhkum Azərbaycan Respublikasının CM-in 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respu blikası CM-in 69.3-cü maddəsinə əsasən Məhkum həbsdə saxlanıldığı 05 ay 04 gün müddətin azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla onun üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 17 noyabr 2022-ci il tarixdən hesablanması hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.

4. Hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsi, Məhkum bəraət verilməsi, barəsində aparılan cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsi və onun məhkəmə iclas zalından azad edilməsini xahiş etmiş dir.

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyun 2023-cü il tarixli, 1(103)486/2023 nömrəli qərarı ilə (hakimlər Mehdiyev Emin Əlixan oğlunun sədrliyi ilə, X7 və X4 ibarət tərkibdə) məhkum edilmiş şəxs Məhkum müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(007)-226/2022 nömrəli hökmünün verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. Qərardan Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:

7. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin dəlilləri q ismində cinayət işi materiallarında olan sübutlara və bir sıra qanunvericilik aktlarına istinadlar edərək göstərmişdir ki, birinci instansiya məhkəməsində cinayət qanunvericiliyin tələbləri pozulmaqla işə baxılmış, apellyasiya məhkəməsi də apellyasiya icraatı zamanı qismən məhkəmə istintaqı keçirsə də, bu faktiki olaraq formal xarakterli olmuş, yəni birinci instansiya məhkəməsinin yol verdiyi prosessual pozuntuların heç biri araşdırılaraq qiymətləndirilməmişdir.

8. Həmçinin, kassasiya şikayətinin müəllifi qeyd etmişdir ki, məhkəmələrdə dindirilən şahidlər dəfələrlə və təkidlə bildirmişlər ki, qaz avadanlığı sahədə ixtisaslaşmış ustalar daimi bir-birlərinə kömək edirdilər. Həmçinin Məhkum internet resurslarından və va sürücülərdən özü üçün aldığı qaz avadanlıqların və balonlarını Zərərçəkmi ş şəxs sexindəki iş vaxtından sonra başqa sexlərlə quraşdırlması ilə məşğul idi. Dəfələrlə olub ki, Məhkum «Brend Avtoqaz» müəssisəsinə gələn avtomobillərdən köhnə qaz avadanlığı söküb Zərərçəkmiş şəxs məxsus yeni avadanlığı və ya balonları quraşdırmış, sökdüyü köhnə hissələri isə gələn sürücülərdən özü üçün alıb iş gününün sonuna qədər həmin sexdə saxlayırdı, sexdən başqa yerə gedəndən özü ilə aparırdı. İnternet resurslarından da avadanlıq və balonları əksər hallarda gündüz vaxtda aldığından çox hallarda «Brend Avtoqaz» müəssisəsində saxlayıb iş vaxtı başa çatandan sonra özü ilə aparırdı. Həmin hallar barədə Zərərçəkmiş şəxs məlumatlandırılmamasının səbəbi isə sonuncunun narazılığı idi, çünki Zərərçəkmiş şəxs bu halların ona qarşı rəqabətin gücləndirilməsi kimi qəbul edirdi və kəskin et irazını bildirirdi. Ona görə də, Georgi Kokoşvili özünün internet və sair mənbələrdən fərdi qaydada qaz avadanlıqların və bal onların aldığını və digər sexlərdə quraşdırdığını Zərərçəkmiş şəxs bildirmək istəmirdi.

9. Kassator şikayətinin dəlillərinin davamı olaraq qeyd edir ki, yəni cinayət işi materiallarında olan və məhkəmələr tərəfindən istinad olunan səsyazmalara bu qədər sadə izah və bunun əksi barədə heç bir sübut yoxdur. Həmin səsyazmaların və mesajların heç birində deyilmir ki, Məhkum gətirəcəyi avadanlıq və balonlar Zərərçəkmiş şəxs məxsusdur və ondan oğurlanmış, məhz buna görə Elçinin yanında danışmaq istəmir. Apellvasiva kollegiyası isə nəinki qanunsuz yolla sübutların əldə olunmasına və məhkum edilmiş şəxsin qanunsuz həbsdə saxlanılmasına prinsipial hüquqi qiymət verməmiş, hətt a özü cinayət prosessual müddəalarının olduqca mühüm əsaslarını pozaraq, məhkum edilmiş şəxsin təqsirli olub-olmamasını sübutetmə vəzifəsini elə onun üzərinə qoymuşdur.

10. Həmçinin, kassasiya şikayətinin müəllifi qeyd etmişdir ki, apellyasiya kollegiyası onun tərəfidən verilmiş apellyasiya şikayətinin dəlillərini araşdırarkən yalnız prosesual hüquq normalarının tətbiqi baxımından üstünlük vermiş, nəticə olaraq işin faktiki hallarını obyektiv nəzərə almadan prosessual hüquq normalarının ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən pozulmasına lazımi və obyektiv hüquqi qiymət verə bilməmiş, bununla yanaşı olduqca kobud prosessual pozuntulara, özbaşınalığa yol verən və məhkum edilmiş şəxsin qanunsuz həbsdə saxlanılmasına səbəb olan ibtidai istintaq orqanının və prosessu al rəhbərliyi həyata keçirən prokurorun, habelə sonuncuların müraciətini təmin edən hakimin hərəkətlərinə heç bir hüquqi qiymət və reaksiya verməmişdir.

11. Bununla da, Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416.1.2, 416.1.3, 416.1.6 və 416.1.22-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyun 2023-cü il tarixli, 1(103)-486/2023 nömrəli qərarının ləğv edilməsini, Məhkum Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə bəraət verməklə aparılan cinayət təqibinə xitam verilməsini və Məhkum məhkəmə iclasının zalından həbsdən azad edilməsini, bu mümkün olmadığı təqdirdə isə cinayət işinin a pellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Verilmiş kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

13. Qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti və zərərçəkmiş şəxs tərəfindən kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

14. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum və onun müdafiəçisi Müdafiəçi ayrı-ayrılıqda kassasiya şikayətlərini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdilər.

15. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər

16. Məhkəmə koll egiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419cu maddəsi müəyyən edir.

17. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilmə məsi yoxlanılır.

18. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

19. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və ya xud dəyişdirilə bilər.

20. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətində birinci instansiya məhkəməsinin hökmü ilə məhkum barəsində qanunsuz və əsassız olaraq ittiham hökmü çıxarılmasına, həmçinin həmin hökmdən tərəfindən verilmiş apellyasiya şikayəti əsasında apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət işinə baxılarkən Məhkum təqsirsizliyini təsdiq edən halların nəzərə alınmadığını, nəticədə haqsız olaraq barəsində ittiham hökmünün çıxarılmasına məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, Məhkumna qarşı irəli sürülmüş ittiham üzrə barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi, bu mümkün olmadığı təqdirdə isə işin yeni apellyasiya baxışına qaytarılması haqqında qərar qəbul edilməsi haqqınd a kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.3, 416.1.6 və 416.1.22-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

21. Məhkəmə kollegiyası hazırkı kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi qəbul edib və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyun 2023-cü il tarixli, 1(103)-486/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

22. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Res publikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.

23. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımı ndan, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər, o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).

24. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1-ci maddəsində təsbit olunmuşdur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.

25. Həmin Məcəllənin 351.2-ci maddəsində qanunverici qeyd edir ki, məhkəmənin itt iham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Əlaqəli şəkildə həmin Məcəllənin 351.3-cü maddəsi təqsirləndirilən şəxsin cinayət törədilməsində təqsirini təqsirsizlik prezumpsiyası rəhbər tutulmaqla, bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh etmək şərtilə sübuta yetirilmiş hesab edir.

26. Cinayət Prosessual Məcəllənin 412.3-cü maddəsinə əsasən, kassasiya şikayəti və ya kassasiya protestinə həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlav ə edilə bilər.

27. Məhkəmə kollegiyası Məhkum barəsində cinayət işi üzrə sübutların məhkəmə tərəfindən Cinayət Prosessual Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq olunmamasına dair Məhkum müdafiəçisinin arqumentlərini əsassız hesab edir.

28. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

29. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən m üəyyən edilməsini tələb edir.

30. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

31. Apellyasiya instansiya məhkəməsi qismən məhkəmə istintaqı keçirməklə sübutları bir daha ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək Məhkum Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplayıb, bu sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıb qiymətləndirərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlmişdir. İttiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olunduğu üçün, Məhkum əməli Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir.

32. Kollegiya qeyd edir ki, Məhkum müdafiəçisinin kassasiya şikayətinin dəlilləri qismində Məhkum ittiham oldunduğu cinayət əməlində cinayət tərkibinin mövcud olmaması, lakin məhkəmələr tərəfindən həmin məsələyə hüquqi qiymət verilməməsi qeyd edilsə də, istər birinci instansiya məhkəməsinin hökmündə, istərsə də, həmin hökm ilə gəlinmiş nət icələrin doğruluğunu və mötəbərliyini qismən məhkəmə istintaqı keçirməklə təsdiq edən apellyasiya instansiyası məhkəməsinin qərarında həmin məsələlərə cinayət işi materiallarında öz əksini tapan sübutların hərtərəfli, tam və obyektiv tədqiqinə əsasən hüquqi qiymət verilmiş və hesab edilmişdir ki, iş materiallarında olan sübutlarla və şahid ifadələri ilə Məhkum Azərbaycan Respublikası CM-in 177.2.3, 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmiş və ona bəraət verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkum satdığını qeyd etdiyi qaz balonlarını və avadanlıqları Gürcüstandan internet vasitəsi ilə sifariş etdiyini, pandemiya dövrü olduğu üçün qeyri-qanuni yolla Azərbaycana gətirdiyini bildirsə də, bu dəlilini təsdiq edəcək hər hansı sübutlar təqd im edilməmişdir. Pandemiya ilə əlaqədar malların sərhəddən gediş gəlişində məhdudiyyətin yaranması qeyd edilən dəlilin əsassız olduğunu və məhkumun cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi daşıdığını göstərir.

33. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr Məhkum müdafiəçisinin apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum cinayət əməlinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.

34. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edərək, birinci instansiya və apellyasiya instansiyası məhkəmələrinin Məhkum törətdiyi cinayət əməlinin tövsifinə və ona təyin edilən cəzaya dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.

35. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edən məhkumun, onun müdafiəçisinin və dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyun 2023-cü il tarixli, 1(103)-486/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Təsvir edilənlərə əsaslanaraq və Azərbaycan Re spublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyun 2023-cü il tarixli, 1(103)-486/2023 nömrəli qərarı Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar