Məhkəmə qərarları › İş №1(102)-2308/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2308/2024

24.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2308/2024 24.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Abdulov Rəşad Məhərrəm oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 5 may 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Res publikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2024-cü il tarixli qərarından dövlət ittihamçısı Alıkişiyev Rəşad Nizami oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 5 may 2023-cü il tarixli hökmü ilə (hakimlər Rüstəmov Elmin İltizam oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Faiq Nüsrət oğlu və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxx 1969-cu il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsill, ailəli, heç yerdə işləməmiş, əvvəllər Yevlax Rayon Məhkəməsinin 26 oktyabr 2000-ci il tarixli hökmü ilə 1 se ntyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 226- maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək, 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 12 dekabr 2000-ci il tarixdə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, Rusiya Federasiyası Moskva şəhəri Certanov Rayon Məhkəməsinin 31 avqust 2004-cü il tarixli hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 222-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Rusiya Federasiyası Kaspiysk Şəhər Məhkəməsinin 18 iyul 2006-cı il tarixli qərarı ilə cəzasının çəkilməmiş 5 (beş) ay 17 (on yeddi) gün müddətində hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, Yevlax Rayon Məhkəməs inin 15 aprel 2009-cu il tarixli hökmü ilə CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək, 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin 17 aprel 2012-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, Yevlax Rayon Məhkəməsinin 3 iyul 2013-cü il tarixli hökmü ilə CM-in 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinərək, CM-in 66.3 və 67.1-ci maddələrinə əsasən həm cinayətlərin, həm də hökmlərin məcmusu üzrə qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 21 noyabr 2013-cü il tarixli hökmü ilə CM-in 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 66.3 və 66.5-ci maddələrinə əsasən cinayətlərin məcmusu üzrə qəti olaraq 4 (dörd) i l 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşamış, CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, habelə ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli tədbirin tətbiq edilməsi və yaşayış yeri üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata götürülməsi qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum satış məqsədi olmadan istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 3,856 qram təmiz çəkidə narkotik vasitə heroini və 2,095 qram təmiz çəkidə psixotro p maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış və Gəncə şəhər BPİ-nin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 5 sentyabr 2021-ci il tarixdə saat 14 radələrində Gəncə şəhəri, Kəpəz rayonu, 38 saylı hərbi şəhərciyin ərazisində saxlanılıb ünvan 2 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparıldıqda əynində olan boz rəngli cins şalvarın sol yan cibindən ayrı-ayrılıqda şəffaf rəngli sellofan kəsiyi bükümlərində qablaşdırılmış külli miqdarda, yəni təmiz çəkisi 3,856 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və külli miqdarda, yəni təmiz çəkisi 2,095 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 5 may 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı Qasımov Zaur Zabil oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə) 14 mart 2024-cü il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, hökm apellyasiya protestinə münasibətdə isə dəyişdirilmədən saxlanılsın. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2024-cü il tarixli qərarından dövlət ittihamçısı R.N.Alıkişiyev kassasiya protesti verərək, həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi haqqında qərarın qəbul edilməsini xahiş etmişdir. Kassas iya protestinin dəlilləri: Kassasiya protestində CM-in və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir sıra maddələrinə, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa ilə təsdiq edilmiş Siyahılara, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə təsdiq edilmiş"Narkotik vasitələrin, psixotrop madd ələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığın yayılması ilə mübarizəyə dair" 2007-2012, 2013-2018, 2019-2024-cü illər üçün Dövlət Proqramlarında nəzərdə tutulmuş tədbirlərə, ibtidai araşdırma orqanı tərəfindən Məhkum qarşı irəli sürülmüş ittihama, iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutlara, habelə qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək sonuncu tərəfindən törədilmiş cinayətin subyektiv cəhətinə aid olan işin faktiki hallarını mübahisələndirən dövlət ittihamçısı R.N.Alıkişiyev həmin protestini belə əsaslandırmışdır ki, məhkəmələr narkotik vasitənin və psixotrop maddənin Məhkum üzərindən aşkar edilməsi hissəsində ibtidai istintaq orqanının gəldiyi qənaəti düzgün qəbul etsələr də, narkotik vasitənin və psixotrop maddənin satış məqsədilə əldə edilib saxlanılması hissəsində istintaqın gəldiyi nəticəni mübahisələndirmiş, hökmdə və apellyasiya instansiyası məhkəməsinin qərarında sonuncunun CM-in 234.1-ci maddəsinin tərkib elementlərinin mövcud olması ilə bağlı nəticəyə gələrkən hər hansı sübuta istinad etməmiş, istintaq orqanı tərəfindən Məhkum elan olunmuş ittihamın təkzib edilməsi, eyni zamanda, özlərinin həmin nəticəyə gəlməsi ilə bağlı düzgün əsaslandırma aparmamışlar. Məhkum özünün müdafiəsi üçün işin obyektiv hallarına uyğun gəlməyən, satış məqsədilə narkotik vasitə və psixotrop maddəni əldə edib saxlamasından ibarət olan həqiqəti gizlətməyə çalışaraq yalan ifadələr vermiş, məhkəmələr isə bu onun ifadələrində göstərdikləri xüsusatların özünümüdafiə xarakterli olmasını nəzərə almadan, həmin ifadələrə tənqidi yanaşmadan sonuncunun narkotik vasitəni və psixotrop maddəni satış məqsədi olmadan şəxsi istehlakı üçün əldə etməsi kimi yanlış nəticəyə gəlmişlər. Halbuki, məhkəmələrin gəldikləri bu nəticə isin faktiki hallarına uyğun olmamaqla reallığı özündə əks etdirmir. Həmçinin, məhkəmələr iş üzrə yanlış qiymətləndirmə aparmış və Məhkum əməlini tövsif edərkən əsas istinad etdikləri hal ondan ibarət olmuşdur ki, sonuncudan aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin satış məqsədilə əldə edilməsinə dəlalət edən hər hansı sübut əldə olunmamış, təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satacağı şəxs, yəni istehlakçı müəyyən edilməmişdir. Bununla bağlı məhkəmələr nəzərə almamışlar ki, Məhkum qarşı narkotik vasitənin və psixotrop maddənin satışı faktına görə deyi l, onların satışı məqsədilə əldə edib üzərində saxlaması ilə əlaqədar ittiham irəli sürülmüşdür və əgər sonradan onun kiməsə narkotik vasitəni və psixotrop maddəni satması, yəni istehlakçı müəyyən olunsaydı, o zaman ona bu vasitə və maddələrin satışı ilə bağlı ittiham elan oluna bilərdi. Bundan əlavə şahid qismində dindirilmiş polis əməkdaşları da ifadələrində məhz qeyd olunan arqumenti əsas gətirdikləri halda, yəni Məhkum narkotik vasitəni və psixotrop maddəni konkret olaraq hansı şəxsə satmasının müəyyən edilə bilməmələrini göstərdikləri halda, məhkəmələr bununla bağlı düzgün olmayan mövqedən çıxış etməklə lazımi təhlil aparmamış və ibtidai istintaqın sonrakı mərhələsində həyata keçirilmiş əməliyyat tədbirlərinin nəticəsi barədə məktubda əks edilmiş halları, Şahid6 ifadəsində göstərdiyi xüsusatları nəzərə almamış, yekun məhkəmə aktlarında həmin sübutların rədd edilməsinin motivlərini əsaslandırmamışlar. Bundan başqa, Məhkum aşkar edilmiş 3.856 qram heroinin miqdarının şəxsi istehlak miqdarından təxminən 26 dəfə çox olması, külli miqdar təşkil etməklə külli miqdardan təxminən 2 dəfə çox olması, 2.095 qram təmiz çəkidə psixotrop maddə olan metamfetaminin miqdarının şəxsi istehlak miqdarından təxminən 14 dəfə çox olmaqla külli miqdarda olması, onun heç yerdə işləməməsi, əvvəllər məhz narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunması, narkotik vasitənin əldə edilməsi ilə bağlı maddi durumu, narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı, Şahid6 ifadəsində göstərdiyi xüsusatlar, Məhkum Gəncə səhərinə məhz hansı məqsədlə gəlm əsi və bu kimi işin digər faktiki halları Məhkum əməlində narkotik vasitənin məhz satış məqsədi ilə əldə edilib, saxlanılmaqla daşınmasını ehtiva etməsi də məhkəmələr tərəfindən sübutların əlaqəli səkildə təhlil edilməməsini və gəldikləri nəticələrin əsassız olduğunu bir daha təsdiq edir. Şərh olunan dəlillərə əsaslanaraq dövlət ittihamçısı R.N.Alıkişiyev sonda onun kassasiya protestinin təmin edilməsini xahiş edir. Cinayət prosesinin iştirakçıları kassasiya protestinə baxılmasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin məhkum olunmuş şəxs Məhkum isə məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısı H.B.İmranovun rəyini dinləyib CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protesti nə Məhkum iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Dövlət ittihamçısı R.N.Alıkişiyevin kassasiya protestinin məzmunundan göründüyü kimi, sonuncu tərəfindən verilmiş həmin protestin əsas dəlilləri ondan ibarətdir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni təkrarlayarkən ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlara CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün hüquqi qiymət verməmiş və məhkumun əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilməmişdir. Bu dəlillərə əsaslanan dövlət ittihamçısı apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməli olması haqqında tələbini CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.2 və 416.1.15-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı R.N.Alıkişiyevin kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və Məhkum olunmasına dair cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiya sı məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya ins tansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit ed ir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb ictimai təhlükəlilik dərəcəsi yüngül olan cinayət törətmiş şəxslərin onların törətmədiyi daha ağır əməllərə görə cinayət məsuliyyətinə cəlb edilmələrinin, təqsirli bilinmələrinin və cəzalandırılmalarının yolverilməzliyini də nəzərdə tutur. Təqsirsizlik prezumpsiyası təsbit edilmiş Azərbayca n Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ-İİİ hissələrinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilmə si məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyət kəsb edən bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Konvensiyanın 6-cı maddəsinin 2-ci hissəsində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, və “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzə rdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Cinayət mühakimə icratının eyni prinsipini nəzərdə tutan CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli o lduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, həm Azərbaycan Respublikasının Əsas Qanununda, həm beynəlxalq müqavilələrdə, həm də prosessual qanunvericilikdə nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyası prinsipinə təkcə şəxsin ümumiyyətlə oan qarşı irəli sürülmüş ittiham üzrə təqsirlilik məsələsi həll olunarkən deyil, həm də onun cinayət əməlinin düzgün tövsif edilib-edilməməsinin, bu zaman törədilmiş əməlin bütün cəhətlərinin və ittihama uğun olaraq müvafiq tövsifedici əlamələtlərinin olub olmamasının yoxlanılması zamanı da əməl olunmalı və bu yoxlamanın nəticəsində CPM-in 318.1-ci maddəsinin tələblərinə də əməl edilməlidir. CPM-in 318.1-ci maddəsinin tələbinə görə isə, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nət icəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM- in 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın d üzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Bu hüquqi mövqe həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllə rin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-in 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesi ni həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələri nin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 138.1-ci maddəsində göstərilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərin in və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsi cinayət-mühakim ə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). CPM-in 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilm əsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5 və 351-ci maddələri) tələb edirlər ki, məhkəmə ci nayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın, iş üzrə yekun məhkəmə aktı qəbul edərkən isə - təqsirsizlik prezumpsiyası prinsipini rəhbər tutsun. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdir sə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və az adlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlar a uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuş olsun. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 8-10-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, Konstitusiyanın 63-cü mad dəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübu tlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 5 may 2023-cü il tarixli hökmündən verilmiş apellyasiya protestinə əsasən cinayət işinə məhkəmə istintaqı aparılmadan və əlavə sübutlar tələb edilmədən baxmış apellyasiya instansiyası məhkəməsi, kassasiya protestinin dəlillərinin əksinə olaraq, iş üzrə qəbul etdiyi qərarında ibtidai araşdırma orqanı tərəfindən məhkəməyə təqdim olunmuş, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutları CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə ibtidai araşdırma orqanının gəldiyi nəticədən fərqli olaraq kassasiya qaydasında mübahisələndirilən həmin qərarında Məhkum ona elan olunmuş ittiham üzrə törətdiyi cinayətin obyektiv cəhətinə aid olan hərəkətləri etməsi barədə qənaətə gəlmiş, lakin araşdırılmış sübutlara əsasən sonuncunun külli miqdarda narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin qanunsuz dövriyyəsi ilə bağlı ittiham olunduğu əməli məhz satış məqsədilə törətməsini, yaxud da həmin maddə və vasitəni satmasını müəyyən etməyərək onun törətdiyi əməlinin CM-in 234.1-ci maddəsinə tövsif edilməsi haqqında birinci instansiya məhkəməsinin nəticəs i ilə razılaşmışdır. Eyni zamanda məhkəmə araşdırılmış sübutların Məhkum məhz həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Əvvəla, yalnız ehimal xarakteri daşıyan kassasiya protestinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum istintaqa məlum olmayan tarixdə və mənbədən külli miqdarda, yəni təmiz çəkisi 3,856 qram olan narkotik vasitə heroini və 2,095 qram çəkidə psixotrop maddə metamfetamini qanunsuz o laraq əldə edib daşımasına və saxlamasına dair təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla tam təsdiq edilir və işin bu faktiki halları dövlət ittihamçısı R.N.Alıkişiyev tərəfindən də mübahisələndirilmir. Məhkum bu əməli satış məqsədi olmadan törətməsi haqda məhkəmələrin iş üzrə gəldikləri nəticənin əksinə olaraq isə, kassasiya protestinin müəllifi hesab edir ki, Məhkum əldə edərək üzərində gəzdirdiyi və daşıdığı 3,856 qram çəkidə heroinin miqdarının şəxsi istehlak miqdarından 26 dəfə, külli miqdarından 2 dəfə, 2,095 qram çəkidə psixotrop maddə olan metamfetaminin miqdarının şəxsi istehlak miqdarından təxminən 14 dəfə çox olmaqla külli miqdarda olması məhkum olunmuş şəxsin ittiham olunduğu əməli məhz satış məqsədilə törətməsinə dəlalət edir. Lakin, iş üzrə ibtidai araşdırma zamanı toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların təhlili Məhkum üzərindən aşkar edilərək götürülmüş psixotrop maddənin və narkotik vasitənin yalnız miqdarına görə sonuncunun həmin maddə və vasitəni satış məqsədilə əldə etməsi, daşıması və saxlaması barədə fikir yürütmək üçün əsas vermir, bunu təsdiq edən başqa sübutları isə ibtidai araşdırma orqanı məhkəmələrə təqdim etməmiş, dövlət ittihamçısı da öz kassasiya protestində belə mötəbər və təkzib edilməz sübutlara istinad etməmişdir. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri bilir ki, apellyasiya icraatı zamanı apellyasiya instansiyası məhkəmə si tərəfindən çəkişmə prinsipinə uyğun olaraq istər müdafiə, istərsə də ittiham tərəfinə Məhkum törətdiyi cinayətin bütün cəhətlərinə dair öz sübutlarını məhkəməyə təqdim etmələri üçün bərabər şərait yaradılmasına baxmayaraq, həmin icraatda dövlət itihamını müdafiə etmiş prokuror R.N.Alıkişiyev bu cinayətin subyektiv cəhətini təsdiq edən əlavə və mötəbər sübutları məhkəməyə təqdim etməyərək onların da araşdırılması barədə vəsatətlər qaldırmamış və hökmdən verilmiş apellyasiya protestinə məhkəmə istintaqı aparılmadan və əlavə sübutlar tələb edilmədən baxılması haqqında təkliflə çıxış etmişdir. Kassasiya protestinin dəlillərinə əsaslandırılmış və inandırıcı cavab verilməsi üçün isə məhkəmə kollegiyası araşdırılmış sübutların bir qisminə hazırki qərarda da müraciət etməyi zərur bilir. Belə ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasında Məhkum özünü ona qarşı CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, o, ünvan 2-da ailə üzvləri ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Təxminən 10 ildən artıqdır ki, narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini şpristlə damara vurma yolu ilə qəbul edir. 5 sentyabr 2021-ci il tarixdə o, X adı ilə tanıdığı, əsl adı isə Şahid 5 olan qadınla cinsi əlaqədə olmaq məqsədilə Yevlax şəhərindən Gəncə şəhərinə gəlmiş və dostu Ylə birgə ad gününü qeyd etmək üçün Şahid 5ə məxsus Gəncə şəhəri, Kəpəz rayonu, 38 saylı hərbi şəhərcikdə olan mənzilə getmişlər. Həmin mənzildə olarkən mülki geyimdə olan polis əməkdaşları mənzilə daxil olub, onu, dostu Yi və Şahid5i Gəncə şəhər Baş Polis İdarəsinə aparmış, həmin vaxt onun üzərində spirişə doldurulmuş heroin olmuş, digər hər hansı narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Polis idarəsində polis əməkdaşları tərəfindən ona təzyiq göstərilərək cibinə heroin və metamfetamin qoyulmuş və sonuncular bunların ona məxsus olmasını etiraf etməyəcəyi təqdirdə dostu Yi da cinayət məsuliyyətinə cəlb edəcəkləri ilə hədələmişlər. Ona qarşı edilmiş təzyiq və hədə nəticəsində o, üzərinə qoyulmuş narkotik vasitənin və psixotrop maddənin ona məxsus olmasını etiraf etmiş və bununla bağlı tərtib edilmiş prosessual sənədləri imzalamışdır. Halbuki, müdafiəçinin iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı onun üzərindən aşkar edilmiş və həmin vaxt çəkilərinin 4,36 qram və 2,72 qram olması müəyyən edilmiş müvafiq olaraq heroin və meta mfetami ona məxsus olmamışdır. Əlavə olaraq Məhkum bildirmişdir ki, onun narkotik vasitələri və ya psixotrop maddələri satış məqsədilə əldə etmək, saxlamaq, kiməsə əvəzli və ya əvəzsiz olaraq vermək niyyəti olmamış, o, heç vaxt belə hərəkətlərə yol verməmişdir. Məhkum ibtidai araşdırma zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrindən isə görünür ki, o, cinayət təqibinin həmin mərhələsində 5 sentyabr 2021-ci il tarixdə Gəncə şəhər Polis İdarəsində üzərində şəxsi axtarış aparılarkən ona qarşı irəli sürülmüş ittihamda göstərilən miqdarlarda narkotik vasitənin və metamfetaminin aşkar edilərək götürülməsini, bu vasitə və maddəni Yevlax şəhər avtovağzalının yaxınlığında yerdən tapmasını, onları yalnız öz şəxsi istifadəsi üçün götürüb üzərində saxlayaraq daşımasını, həmin əş yaları heç kimə satmamasını və satmaq və ya başqı üsulla yaymaq niyyətində olmadığını etiraf etmişdir. 7 sentyabr 2021-ci il tarixdə Məhkum barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatətə və təqdimata Gəncə şəhər Kəpəz Rayon Məhkəməsində baxılarkən də təqsirləndirilən şəxs bundan əvvəl verdiyi ifadələrə uyğun izahat vermiş və məhkəmə iclasında bir daha təkrarlamışdır ki, onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni və psixotrop maddəni o, yalnız öz şəxsi istifadəsi üçün əldə edib saxlamış və daşımış və onları satmaq niyyətində olmamışdır. İş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarından göründüyü kimi, Məhkum məhz ibtidai araşdırma dövründə verdiyi izahat və ifadələri toplanmış və araşdırılmış digər sübutlarla uzlaşdığından məhkəmələr onun təqsirliliyini müəyy ən edərkən kassasiya protestində də mötəbər sübutlardan biri hesab edilən həmin izahatlara və ifadələrə üstünlük vermiş, onları araşdırılmış bütün sübutlarla müqayisəli şəkildə tədqiq edib qiymətləndirərək onun narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olmasını və hazırki cinayət iş üzrə maddi sübutlar kimi tanınmış əşyalar satmaq məqsədində olmasını müəyyən etməyərək məhz hökmlə təqsirli bilindiyi və CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi barədə mötəbər nəticəyə gəlmişlər. Daha sonra cinayət işinin materiallarına müraciət edən məhkəmə kollegiyası onu qeyd edir ki, Məhkum barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə, bu tədbirlər nəticəsində onun 5 sentyabr 2021-ci il tarixdə saxlanılmasına, həmin tarixdə şübhəli şəxs qismində tutul masına və üzərində şəxsi axtarışın aparılmasına əsas olmuş Gəncə şəhər Baş Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin rəisi polis kapitanı Şahid1 eyni tarixli raportunda da onun icraatına Məhkum Gəncə şəhərinin ərazisində mütəmadi olaraq narkotik vasitələri qabul etməsi və üzərində saxlaması barəsində əməliyyat məlumatının daxil olması göstərilmiş və həmin məlumatın yoxlanılması üçün sonuncunun ətrafında müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə göstəriş verilməsi xahiş edilmişdir. Həmçinin, cinayət işinin materiallarından görünür ki, Məhkum barəsində 6 sentyabr 2021-ci il tarixdə məhz CM-in 234.4.3-cü maddəsi ilə cinayət işinin başlanmasına sonuncunun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin və psixotrop maddənin külli miqdarda olması əsas olmuş, lakin is tər buna qədər ilkin araşdırmanın və sondan ibtida araşdırmanın aparılması, məhkəməyə təqdim olunmuş sübutların əldə edilməsi nəticəsində Məhkum törətdiyi cinayətin predmeti olan əşyaları məhz satış məqsədilə əldə edərək saxlaması və daşıması müəyyən edilməmiş, iş üzrə kassasiya protestində də ifadələrinə istinad olunan polis əməkdaşları Şahid1, Şahid2, Şahid3 və Şahid5 şahid qismində dindirilərkən cinayətin subyektiv cəhətinə aid olan halın müəyyən edilməsini inandırıcı şəkildə əsaslandıra bilməmiş, bu hala dair hər hansı sübuta istinad etməmiş və məhkum olunmuş şəxsin narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olub-olmaması istiqamətində əməliyyat-axtarış tədbirlərinin davam etdirildiyini və bu tədbirlərin nəticələri barədə əlavə məlumat verəcəklərini bildirmişlər. Ey ni ilə ibtidai araşdırma orqanının əməliyyat tapşırığına Gəncə şəhər Baş Polis İdarəsindən həmin İdarənin narkotiklərlə mübarizə bölməsinin rəisi polis kapitanı Şahid1 tərəfindən verilmiş 22 noyabr 2021-ci il tarixli 12-35309-1221 saylı cavabında da Məhkum narkotik vasitələri və psixotrop maddələri satmasının, onun bu vasitə və maddəni kimdən və haradan almasının, sonuncunun bu əşyaların qanunsuz dövriyyəsində başqa şəxslərlə qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girməsini müəyyən edilməməsi, əməliyyat tədbirlərinin davam etdirildiyi və müsbət nəticə əldə olunduğu təqdirdə istintaq orqanına məlumat veriləcəyi göstərilmişdir. Təhlil göstərir ki, istər ibtidai araşdırmanın sonrakı dövründə, istərsə də işə məhkəmələrdə baxılarkən əməliyyat orqanı tərəfindən yuxarıda göstərilən məsələlərə, o cümlədən Məhkum törətdiyi əməlin subyektiv cəhətinə dair heç bir sübut əldə olunmayaraq cinayət təqibini aparan orqanlara təqdim olunmamış və məhkəmələr də bu kimi sübutları araşdırmamışlar. İbtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid6 ibtidai araşdırma zamanı verdiyi ifadələrində (həmin ifadələrə də kassasiya protestində Məhkum məhz ona qarşı CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamı təsdiq edən sübutlardan biri kimi istinad olunmuşdur) göstərmişdir ki, o Gəncə şəhəri, 38-ci Hərbi Şəhərcik, bina 387, mənzil 39-da yaşayır və heç bir yerdə işləmir. Əsl adı Şahid 5 olsa da, uşaqlıqdan hamı onu X olaraq çağırır. Məhkum təxminən 2021-ci ilin iyul ayından tanıyır, sonuncu narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olan bir şəxsdir. Belə ki, Məhkum onunla tanışlıq yaradıb yaşadığı onun yaşadığı evə gələrək onunla görüşürmüş, həmin vaxtlar o, telefonla bir neçə şəxslərlə narkotik vasitələrin satışı ilə bağlı söhbətlər aparmış, əvvəllər Gəncə şəhərinə də bu məqsədlə gəlmiş, həmin vaxtlar ona da istifadə etmək üçün “kakos” kimi tanıdığı heroin vermiş, lakin onun yanında heç kimə narkotik vasitə satmamış və ona bu barədə açıq-aşkar heç nə deməmiş, sonuncu dəfə Gəncə şəhərinə gələrkən isə onun üzərində narkotik vasitənin və psixotrop maddənin olması barədə o, yəni Şahid6 heç nə bilməmiş, onların arasında bu haqda danışıqları olmamışdır. Göründüyü kimi, X nəinki Məhkum 5 sentyabr 2021-ci il tarixdə narkotik vasitənin və psixotrop maddənin satışın həyata keçirmək məqsədilə Yevlax şəhərindən Gəncə şəhərinə gəlməsini, ümumiyyətlə həmin vax t onun üzərində belə vasitə və maddəni saxlamasından xəbərsiz olmasını bildirmiş və buna görə məhkəmələr haqlı olaraq adı çəkilən şahidin də ifadələrinin Məhkum qarşı irəli sürülmüş ittihamı təsdiq edən sübut növü kimi hesab etməkdən imtina etmiş və məhkəmə kollegiyası da məhkəmələrin bu mövqeyi ilə tam razılaşır. Qeyd olunmalıdır ki, Məhkum istifadəsində olan mobil telefon nömrəsindən aparılmış danışıqlarına və yazışmalarına və həmin nömrənin anten dairəsinə dair “Baksell MMC-dən istintaq orqanına təqdim olunmuş məlumatlara baxş nəticəsində də iş üçün əhəmiyyət kəsb edən zənglər və başqa məlumatlar aşkar olunmamışdır (11 yanvar 2022ci il tarixli protokol) Kassasiya protestində yuxarıda göstərilən digər sübutlarla yanaşı Məhkum narkotik vasitələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə etməsi nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkməsi və məcburi müalicəyə ehtiyacının olması barədə məhkəmə-narkoloji ekspertizasının 5 noyabr 2021-ci il tarixli 1337 saylı rəyinə istinad edilərək həmin rəyin də sonuncunun onda aşkar edilmiş psixotrop maddəni və narkotik vasitəni satış məqədilə əldə etməsini təsdiq edən sübutların biri olması iddia olunsa da, məhkəmə kollegiyası hesab edir ki, bu rəyin özü də Məhkum onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə deyil, həmin əşyaları narkomaniya xəstəliyindən əzab çəkən şəxs kimi öz istifadəsi üçün əldə edərək saxlamasını və daşımasını bir daha təsdiq edir. Kassasiya protestinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası toplanmış və araşdırılmış sübutların fonun da həmçinin qeyd etməyi zəruri bilir ki, hazırki iş üzrə şahid qismində dindirilmiş və adları yuxarıda göstərilən polis əməkdaşları ibtidai araşdırma zamanı və məhkəmə iclasında verdikləri ifadələrinin məzmununa görə də, onlar istinad etmədikləri sübutlarla təsdiq olunmayan Məhkum narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməsinə və üzərində saxlamasına dair əməliyyat məlumatının yoxlanılması üçün yalnız sonuncunun barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində və onun üzərində şəxsi axtarışın aparılmasında iştirak etmiş, lakin məhkum olunmuş şəxsin narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmasına, yaxud da onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni və psixotrop maddəni satmaq niyyətində olmasına dair hər hansı sübut əldə etmələrini bildirməmiş və bununla bağlı ibtidai araşdırma orqanına və məhkəməyə belə sübutları təqdim etməmişlər. Bütün təsvir edilmiş sübutlara əsaslanaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, işə mahiyyəti üzrə baxan məhkəmələr tam haqlı olaraq və təqsirsizlik prezumpsiyası prinsipinə əməl edərək Məhkum onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin və psixotrop maddənin məhz satış məqsədilə əldə etməsini müəyyən etməyərək ona qarşı irəli sürülmüş ittiham üzrə CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqqında ehtimal xarakterli yekun məhkəmə aktlarını qəbul etməkdən imtina etmişlər. Göründüyü kimi, Məhkum satış məqsədilə külli miqdarda narkotik vasitənin və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə bağlı CM-in 23 4.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi haqda ibtidai araşdırma orqanının gəldiyi nəticə və kassasiya protestinin bununla bağlı dəlilləri yalnız ehtimallara və mülahizələrə söykənmiş, toplanmış və araşdırılmış hər hansı sübutla təsdiq olunmur və bu nəticə apellyasiya protestinə baxılması zamanı da apellyasiya instansiyası məhkəməsi tərəfindən ətraflı yoxlanılaraq araşdırılmış mötəbər sübutların məcmusu ilə təkzib edilmşdir. Birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında bütün bu sübutlar ətraflı təsvir olunmuş və məhkəmələr bununla kifayətlənməyərək hər bir sübutu ayrı-ayrılıqda və məcmu şəklində qiymətləndirərək Məhkum yalnız CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti, yəni satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini əldə edərək saxlaması və daşımasının tam sübuta yetirilməsini hesab etmiş, onun bu əməli satış məqsədilə törətməsinə dair isə heç bir sübut əldə olunmamışdır. Bundan başqa, həmin narkotik vasitənin və psixotrop maddənin satılacağı müqabilində Məhkum kimdənsə və hər hansı məbləğdə pul vəsaiti alması, yaxud hansısa gəlir əldə etməsi, belə fəaliyyəti həyata keçirmək üçün hansısa avadanlıqdan, o cümlədən tərəzidən istifadə etməsi, cinayətin predmeti olan əşyaları xırda bükümlərdə qablaşdırması da toplanmış və araşdırılmış sübutlarla müəyyən edilmir, halbuki bu halların da sübuta yetirilib-yetirilməməsi məhkum olunmuş şəxsin əməlinin düzgün tövsif edilməsi üçün mühüm əhəmiyyət kəsb etmişdir. Hazırki cinayət işinin mater iallarından göründüyü kimi, istər birinci, istərsə də apellyasiya instansiyası məhkəməsi məhkəmə iclaslarında cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmələri üçün bərabər şərait və imkanlar yaratmış və cinayət işinə baxarkən yalnız ittiham tərəfinin təqdim etdiyi sübutlar araşdırılmış və tədqiq olunmuş, bu araşdırmaların və sübutların təhlilinin nəticəsi olaraq isə Məhkum törətdiyi cinayət əməlinin hüquqi tövsif ilə bağlı eyni qənaətə gəlmişlər. Həmçinin, cinayət işi üzrə törədilmiş əməlin predmeti olan, Məhkum əldə edərək üzərində gəzdirdiyi və daşıdığı 3,856 qram çəkidə heroinin miqdarının şəxsi istehlak miqdarından 26 dəfə, külli miqdarından 2 dəfə, 2,095 qram çəkidə psixotrop maddə metamfetaminin miqdarının şəxsi istehlak miqdarından təxminən 14 dəfə çox olm aqla külli miqdarda olması əsası ilə Məhkum qarşı CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülsə də, məhkəmə kollegiyası hesab edir ki, narkomaniya xəstəliyindən əzab çəkən şəxsin əlavə risklərlə üzləşməməsi üçün bir dəfəyə bu miqdarlarda narkotik vasitəni və psixotrop maddəni şəxsi istifadəsi məqsədilə əldə edərək saxlaması və daşıması ağlabatan görünür, digər tərəfdən isə, yuxarıda göstərildiyi kimi, ibtidai araşdırma yekunlaşdıqdan sonra tərtib edilmiş ittiham aktına əsasən iş baxılması üçün məhkəməyə göndərilərkən ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin göstərilən maddə ilə təqsirli bilinməsi üçün sübut kimi sonuncunun ifadələri ilə yanaşı şahidlərin ifadələri, axtarış və götürmə haqqında protokol, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri t əqdim olunmuş, işə həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində baxılarkən isə dövlət ittihamını müdafiə edən prokurorlar da məhkəmələrə ittihamın təsdiq olunmasına dəlalət edən heç bir əlavə sübut təqdim etməmiş və buna görə də məhkəmələr yalnız təqdim olunmuş sübutların araşdırılması, təhlili və onların qiymətləndirilməsi ilə kifayətlənmişlər. Buna görə məhkəmə kollegiyası bütün şərh olunanlara qanuna müvafiq qaydada qiymət verib Məhkum əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsi barədə nəticəyə gələn məhkəmələrin qanunvericiliyin yuxarıda göstərilən tələblərinə də əməl etməklə əsaslı olaraq bütün şübhələri onun xeyrinə həll etmələrini qanuni və əsaslı sayır. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən Məhkum təqsirləndirildiyi CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin dispozitiv əlamətlərinin həmin cinayətin obyektiv cəhətinə aid olan hissəsi mübahisəsiz sübut olunsa da, bunlar sonuncunun əməlində qeyd olunan maddədə nəzərdə tutulmuş cinayət tərkibinin mövcud olmasına kifayət etmir. Belə ki, CM-in 234.4.3cü maddəsinin dispozisiyasında CM-in 234.2-ci maddəsinə istinadən motiv və məqsədin konkret göstərilməsi o deməkdir ki, əvvəla bu əlamətlər əməlin subyektiv cəhətini xarakterizə edən tərkib əlamətləridir və həmin əlamətlərin yoxluğunda, yaxud onların müəyyən edilməsi sübuta yetirilmədiyi halda təqsirkarın əməlində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olmasından söhbət gedə bilməz. Bunun üçün isə aşağıda qeyd olunan üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb e dilir: • şəxs CM-in 234.2-ci maddəsinin dispozisiyasında göstərilən əməlləri satış məqsədilə törətməli, yaxud da narkotik vasitələrin və ya psixotrop maddələrin satışını həyata keçirməlidir; • şəxs belə əməlləri qanunsuz etməlidir; • narkotik vasitələr və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Belə tələb həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun müddəalarından və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən də irəli gəlir. Belə ki, göstərilən Qanunun 1.0.11-ci maddəsinin əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024 -cü il tarixli Qərarın 8 və 9-cu bəndlərində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə Məhkum əməlinin hüquqi tövsifi barədə qanuni və əsaslı nəticəyə gələ n məhkəmələr, kassasiya protestinin dəlillərinin əksinə olaraq, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı işlərə baxılarkən Ali Məhkəmənin Plenumunun məhkəmələrə ünvanladığı izah və tövsiyələrə də tam əməl etmiş və bunlardan çıxış edərək məhkum olunmuş şəxsin əməlinin başqa cür ixtisaslaşdırılması üçün əsaslar görməmişlər. Məhkəmə kollegiyasının qənaətinə görə, məhz əldə olunmuş və araşdırılmış bütün sübutların fonunda məhkəmələr tamamilə qanuni və əsaslı olaraq Məhkum istinad olunan cinayətin subyektiv cəhətinə aid olan əlamətin olmasının təsdiq edilməsi ilə (narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə əldə etməsi, saxlaması və daşıması) bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə ilə razılaşmamış, məhkum olunmuş şəxs tərəfindən yalnız kü lli miqdarlarda narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini əldə edib saxlamasına və daşımasına dair cinayətin obyektiv cəhətinə aid olan hərəkətlərin edilməsini müəyyən etmiş və buna görə əldə olunmuş bütün sübutları tədqiq edib onları CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq qiymətləndirməklə sonuncunun həmin əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsində səhvə, yəni nəticə etibarı ilə CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verməmişlər. Belə olan halda məhkəmə kollegiyası dövlət ittihamçısı R.N.Alıkişiyevin kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq həmin dəlilləri qəbul edilməz sayır və bu protestin təmin edilməsi üçün heç bir əsas görmür. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təm in edilməsi barədə dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək belə nəticəyə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilməməklə Məhkum CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar