Məhkəmə qərarları › İş №1(102)-2308/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2308/2025

07.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2308/2025 07.10.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, XXXX-cı il tarixdə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2ə yaşamış, hal-hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üz rə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyul 2025-ci il tarixli, 1(103)-1380/2025 nömrəli qərarından məhkumun müdafiəçisi Mikayılov Arslan Eldar oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 may 2025-ci il tarixli 1(101)-436/2025 nömrəli hökmü ilə (hakimlər: A.A.Qurbanova (sədrlik edən), F.A.Namazov və T.Q.Hüseynov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 24 may 2024-cü il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündə n məhkumun müdafiəçisi Mikayılov Arslan Eldar oğlu tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyul 2025-ci il tarixli qərarı ilə (hakimlər: E.Z.Əliyev (sədrlik edən), M.Ə.Abbasov və Ə.İ.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 may 2025-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyul 2025-ci il tarixli qərarından müdafiəçi Mikayılov Arslan Eldar oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Məhkəmə hökmünə əsasən Məhkum istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 8,971 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 3 ünvanın yaxınlığına daşımış, onun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 24 may 2024-cü il tarixdə həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Məhkum həmin gün saat 11:20-də qeyd olunan ünvanda saxlanılaraq DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunmuş və orada həmin gün saat 12:30-dan etibarən üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən iki ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 5,098 qram və 3,873 qram olmaql a ümumilikdə külli miqdarda 8,971 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi Mikayılov Arslan Eldar oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutetməyə dair cinayət-prosessual normaların tələbləri pozulmuş, nəticədə Məhkum irəli sürülmüş ittiham sübuta yetirilmədiyi halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur. Müdafiəçi hesab edir ki, ittihamda və məhkəmə qərarlarında göstərilən psixotrop maddəyə Məhkum aidiyyəti olmamış, iş üzrə sənədlər polis əməkdaşları tərəfindən saxtalaşdırılmışdır. Kassasiya şikayətinin müəllifi iddia edir ki, əslində Məhkum əsasız şərlənməsinin kökündə bir neçə il öncə hazırda əməliyyat tədbirini keçirmiş polis orqanı tərəfindən ona qarşı irəli sürülmüş, lakin sübut olunmamış əsasız ittiham dayanır. Belə ki, ibtidai istintaq orqanı (eyni istintaq orqanı) tərəfindən Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham sübuta yetirilmədiyindən Gəncə Apellyasiya Məhkəməsinin 23 fevral 2022-ci il tarixli hökmü ilə ona bəraət verilmişdir. Bu hadisələrdən sonra o, AR Prezidentinin Administrasiyasına, Baş Prokurorluğa və Ombudsmana hüquqlarının pozulması və ona qarşı qanunsuz davranışlar barədə şikayətlər ünvanlamışdır. Həmçinin Məhkum vurulmuş maddi və mənəvi zərərə görə 13.000 manat kompensasiya ödənilmişdir. Müdafiəçi hesab edir ki, yenidən analoji qaydada, əsassız və təzyiqlə hazırlanmış ittiham - əslində M əhkum heyf alma məqsədilə hazırlanmışdır. Müdafiəçi A.E.Mikayılov kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyul 2025-ci il tarixli qərarının ləğv edilməsini, Məhkum barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə ma hiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçi Mikayılov Arslan Eldar oğlu kassasiya şikayətində məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, nəticədə Məhkum c inayət təqibini istisna edən halların olmasına baxmayaraq əsassız olaraq Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilindiyini iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1-416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyul 202 5-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 14 6.1). Müdafiəçi Mikayılov Arslan Eldar oğlunun kassasiya şikayətindən görünür ki, o, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyinin lazımınca sübuta yetirilməməsi barədə iddia ilə çıxış edərək, Məhkum barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi barədə tələb irəli sürmüşdür. Lakin Məhkum ona birinci instansiya məhkəməsinin hökmü ilə isnad edilən, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı hazırkı qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayətkar hərəkətləri törətməsi, müvafiq olaraq da onun əməlində Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama, daşıma cinayətinin tərkibinin olması, onun həmin maddə ilə təqsirliliyi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, apellyasiya məhkəməsi tərəfindən də təhlil edilmiş bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən hal kimi onu da qeyd edir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər onun tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş (cinayət təqibini istisna edən halların olmasına baxmayaraq Məhkum barəsində Cinayət Məcəlləsinin 234.1-1 maddəsi ilə təqsirli bilinməsinə dair ittiham hökmünün çıxarılması haqqında iddia) və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqə dar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını ətraflı yoxlayıb, sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində pozuntu aşkar etməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin dispozisiyasından və cinayət qanununun Ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum əməlində Cinayət Məcəlləsinin həmin maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, yəni cinayət-prosessual qanunun 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi yekun qənaətini birinci instansiya məhkəməsinin hökmündə ətraflı təsvir edilmiş sübutlardan, o cümlədən bi rinci instansiya məhkəməsində məhkum və şahidlərin ifadələrindən, şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan, ekspertiza rəylərindən və digər istintaq materiallarından hasil etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətinin Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməsinin mübahisələndirilməsinə dair dəlilləri ilə razılaşmaq üçün əsas tapmır. Təsvir edilənlərdən görünür ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni və əsaslıdır, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Res publikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir. Məhkum təyin edilmiş cəzaya münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumla r, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən “törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini t əmin edə bilmir”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması Cinayət Məcəlləsinin 59.1.11-ci maddəsində xüsusi olaraq göstərilmiş cəzanı yüngülləşdirən haldır. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Qeyd olunan cinayət – hüquqi normaların fonunda kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, aşağıdakılar müəyyən olunur. Belə ki, Məhkum Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli – satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama Cinayət Məcəlləsinin 15.4-cü maddəsində ağır cinayət kimi təsbit edilmişdir. Həmin maddənin sanksiyasında aşağı həddi 3 ildən olmaqla yuxarı həddi isə 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiyası məhkəməsi Cinayət Məcəlləsinin 59.2-ci maddəsindən çıxış edərək Məhkum himayəsində 2 yetkinlik yaş ına çatmayan uşaqlarının olmasını və üçüncü dərəcə əlilliyinin olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirməklə yanaşı, sonuncunun cəzasını ağırlaşdıran hallar müəyyən etməmiş, yekun olaraq cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilmə hallarını, təqsirkarın şəxsiyyətini nəzərə almaqla X 3 il müddətinə (CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş minimum həddə) azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə verilmiş apellyasiya şikayəti əsasında cəzanın təyin edilməsi məsələləri üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticələri təhlil etmiş, araşdırma nəticəsində məhkəmə təqsirkarın şəxsiyyətini səciyyələndirən, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar mövzusunda birinci instansiya məhkəməsi i lə razılaşmışdır. Lakin cinayət işinə əlavə edilmiş sənədlərdən görünür ki, Məhkum ailəli olmaqla 2 azyaşlı uşaq atasıdır. Onun himayəsində xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X6 övladları var. Eyni ilə Məhkum cinayət əməlini törədən zamanı, X4 artıq 7 yaşı və X3 6 yaşı tamam olmuş və cinayət qanunvericilinə əsasən onlar azyaşlı hesab edilirlər. Bundan başqa Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə cavabından müəyyən olunur ki, Məhkum əvvəllər məhkum olunmamışdır. Belə ki, cinayət işinin materiallarında olan sənədlərdən müəyyən olunur ki, Məhkum Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verilm iş, və o Azərbaycan Respublikasının adından təqsirsiz elan edilmişdir. Həmçinin işdə olan, xx.xx.2025-ci il tarixli arayış və xasiyyətnamədən (cild 1, iş vərəqə 102-103) görünür ki, Məhkum Bərdə şəhəri, Təbriz küçəsi, 60 nömrəli evdə yaşayır və yaşadığı dövrdə müsbət (barəsində ŞİN-nə heç bir şikayət daxil olmamış, spirtli içkilər içməmiş və narkotikaya meyilli olmamışdır) xarakterizə olunur. Lakin nə birinci, nə də ki, apellyasiya instansiya məhkəməsi iş materiallarında olan həmin hallara diqqət yetirməmişlər. Halbuki “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarında izah olunur ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitəl ərinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilibedilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilm əməsi nəzərə alınmalıdır. Həmçinin adı çəkilən qərarda göstərilmişdir ki, təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, o nun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıbformalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nə zərə alınsın. Kollegiya birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında verilən tövsiyələrdən irəli gələn hallara əməl etmələrinin öyrənilmiş cinayət işi materiallarından müəyyən etmək mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3 və 59.1.4-cü maddələrinə əsasən mütləq qaydada cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilib nəzərə alınmalı olan hal – Məhkum himayəsində azyaşlı uşaqlarının olması qeyd olunan normaların ziddinə olaraq məhkəmələrin nəzər-diqqətindən kənarda qalmış (yetkinlik yaşına çatmamış kimi qiymətləndirmişlər), müvafiq olaraq cəzanın təqsirkarın ailəsinin həyat şəraitinə təsiri baxımından da dəyərləndirilməmişdir. Eyni ilə məhkəmə kollegiyası hesab edir ki, təqsirkar şəxsin ilk dəfə məhkum olunması, müsbət xarakterizə olunması onu kriminal meyilli, əvvəllər məhkum olunmuş və yaxud cinayətə görə özünü məzəmmət etməyən şəxslərdən fərqləndirmək üçün ağlabatan əsaslar olmaqla, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin tələbləri baxımından onun cəzasının yüngülləşdirən, eyni zamanda şəxsiyyətini səciyələndirən hal qismində nəzərə alınmasına əsas verir. Bununla yanaşı iş materiallarından olan Azərbaycan Respublikası Dövlət Təhlükəsiz Xidməti Hərbi-Tibb Baş İdarəsi Mərkəzi Laboratoriyası tərəfindən verilmiş 17 yanvar 2025-ci il tarixli məktubdan görünür ki, Məhkum xx.xx.2024-cü il tarixdə götürülmüş qan və sidik analizlərinin nəticəsində heç bir narkotik, psixotrop və güclü təsiredici maddə aşkar edilmir. Məhkəmə hesab edir ki, cinayətin törədildiyi 24 may 2024-cü il tarixdən qan nümunəsinin verildiyi xx.xx.2024-cü il tarixədək keçən müddət ərzində Məhkum qan və sidik analizlərində narkotik, psixotrop və güclü təsiredici maddələrin aşkar edilməməsi özü özlüyündə sonuncunun pis vərdişlərdən qurtulmaq üçün atdığı addım kimi dəyərləndiriməli, nəticə etibarı ilə onun törətdiyi cinayət əməlinə tənqidi münasibətin göstəricisi kimi nəzərə alınmalı, ən əsası isə onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə, belə vəziyyətdə CM-in 62-ci maddəsi tətbiq edilməklə Məhkum CM-in 234.1-1-ci maddəsi ilə təyin olunmuş cəzanın yüngülləşdirilməsi, CM-in 41.2-ci maddəsinin tələb etdiyi kimi, cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, törədilmə halları (cinayətin nəticəsi ilə birlikdə götürülməklə) ilə uyğuns uzluq yaratmır və cəzanın da məqsədlərini təmin etməyə imkan verir. Belə ki, CM-in 62.1-ci maddəsinə əsasən isə, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. CM-in 62.2-ci maddəsinin tələblərinə görə, cəzanı yüngülləşdirən həm ay rı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Digər tərəfdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə kollegiyası Məhkum qadağan olunmuş narkotik, psixotrop və güclü təsiredici maddələrin uzun müddət qəbul etməməsini onun törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olduğunu qeyd edərək, onun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, eyni ilə yaşadığı yer üzrə müsbət xarakterizə olunması, himayəsində 02 azyaşlı uşaqlarının olması və üçüncü dərəcə əlilliyinin olması kimi halları məcmu halında götürərək - Cinayət Məcəlləsinin 62.1-ci maddəsində nəzərdə tutulmuş məsələlərə aid olan, cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan əsas kimi qiymətləndirib, həmin maddənin Məhkum tətbiq olunmasını, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətinin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş aşağı həddən də aşağı endirilib 02 (iki) il olaraq müəyyən edilməsini mümkün hesab edir. Qeyd olunanlar baxılan işdə məhkəmə qərarının kassasiya qaydasında dəyişdirilməsini tələb edən Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində təsbit edilmiş halın, yəni məhkumun müdafiəçisinin kassasiya şikayətinin qismən təmin edilməsi üçün əsas ın mövcud olduğunu göstərir. Beləliklə, məhkəmə kollegiyası verilmiş kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 29 iyul 2025-ci il tarixli, 1(103)-1380/2025 nömrəli qərarı dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Müdafiəçi Mikayılov Arslan Eldar oğlunun kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 9 iyul 2025-ci il tarixli, 1(103)-1380/2025 nömrəli qərarı dəyişdirilsin. Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 may 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 03 (üç) ildən 02 (iki) ilə endirilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar