Məhkəmə qərarları › İş №1(102)-2309/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2309/2024

27.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2309/2024 27.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun Məhkum iştirakları ilə x xxxxxx 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azər baycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 iyun 2024-cü il tarixli 1(103)-1361/2024 nömrəli qərarından məhkum və onun müdafiəçisi, “Zəfər” Vəkil bürosunun vəkili Əsədullayev İrfan İlyas oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2024-cü il tarixli 1(101)-148/2024 nömrəli hökmünə əsasən (hakimlər: C.İ.Hüseynov (sədrlik edən), E.H.İsmayılov və S.İ.Əliyev) Məhkum - Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, 5 (beş) il müddətə azadlıqdan məhrum etm ə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin 2 sentyabr 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti və apelyasiya şikayətinə əlavə verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 iyun 2024-cü il tarixli 1(103)-1361/2024 nömrəli qərarı ilə (hakimlər: İ.A.İbrahimli (sədrlik edən), Z.N.Hüseynov və Ə.Q.Ələkbərov) apelyasiya şikayəti və əlavə təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2024-cü il tarixli 1(101)148/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin və külli miqdarda narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Məhkum naməlum şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 02 sentyabr 2022-ci il tarixdə, səhər saatlarında əvvəlcədən aralarında olan razılaşmaya əsasən Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə həmin şəxsdən satış məqsədi ilə qanunsuz olaraq 5 ədəd bükümdə ümumi çəkisi 2,291 qram təşkil edən külli miqdarda psixotrop maddə metamfetamin və 2 ədəd bükümdə ümumi çəkisi 2,661 qram təşkil edən külli miqdarda narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq ünvan 3 ünvanının yaxınlığına daşımış, 02 sentyabr 2022-ci il tarixdə, saat 17:05-də həmin ünvanda Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinin (bu ndan sonra: RPİ, PB) əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri zamanı saxlanılıb ünvan 5 ünvanında yerləşən Binəqədi RPİ-nin 6-cı PB-nə gətirilərək həmin günü saat 18:05-də üzərində keçirilmiş şəxsi axtarış zamanı əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən 5 ədəd gümüşü kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,151 qram, 0,048 qram, 0,030 qram, 0,025 qram və 0,037 qram, ümumi təmiz çəkisi külli miqdar olmaqla 2,291 qram təşkil edən ağ rəngli, kristalşəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 2 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,521 qram və 0,140 qram, ümumi təmiz çəkisi külli miqdar olmaqla 2,661 qram təşkil edən qəhvəyi rəngli, kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Ka ssasiya şikayətlərinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 iyun 2024-cü il tarixli qərarının dəyişdirilməsi və Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilərək həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayətdə qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və ədalətsizdir. Belə ki, işdə Məhkum narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən heç bir sübut yoxdur. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 iyun 2024-cü il tarixli qərarının l əğv edilməsi və barəsində ədalətli qərar qəbul edilməsi xahiş olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətlərinin təmin edilməsi barədə Məhkum, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normal arının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti oldu qda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normaların tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilərək həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində barəsində ədalətli qərar qəbul edilməsi xahiş olunur. Cinayət məsuliyyətinin əsaslarını müəyyən edən CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-i n 234.1-ci maddəsinə əsasən “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinə görə “Bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə – üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma”ya cinayət məsuliyyəti nəzərdə tutulur. Azərb aycan Respublikası CM-in 234.4-cü maddəsinə əsasən “Bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər: 234.4.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə; 234.4.3. külli miqdarda törədildikdə— beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərili r ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənə ddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 ma y 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəin ki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarına əsasən Məhkum üzərindən aşkar edilmiş gümüşü kağız bükümdə ayrıayrılıqda təmiz çəkiləri 2,151 qram, 0,048 qram, 0,030 qram, 0,025 qram və 0,037 qram, ümumi təmiz çəkisi külli miqdar olmaqla 2,291 qram təşkil edən ağ rəngli, kristal şəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 2 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,521 qram və 0,140 qram, ümumi təmiz çəkisi külli miqdar olmaqla 2,661 qram təşkil edən qəhvəyi rəngl i, kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroinin ona məxsus olmasına dair təqsiri əldə edilmiş sübutlarla, yəni məhkum edilmiş şəxsin ibtidai istintaqda verdiyi qismən etiraf edici ifadələri, şahidlər Şahid1 və Şahid2 ifadələri, “Şəxsi axtarış və götürmə barədə” 2 sentyabr 2022-ci il tarixli protokol, məhkəmə-kimyəvi ekspertizasının 6/4738 nömrəli 3 sentyabr 2022-ci il tarixli rəyi, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 7157 nömrəli rəyi, habelə iş üzrə toplanmış digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırma orqanı və aşağı instansiya məhkəmələri tərəfindən Məhkum törətmiş olduğu cinayət əməlinin hüquqi tövsifi zamanı səhvə yol verilmişdir. Belə ki, Məhkum ittiham olunmuşdur ona görə ki, o, naməlum şə xslə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 2 sentyabr 2022-ci il tarixdə, səhər saatlarında əvvəlcədən aralarında olan razılaşmaya əsasən Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə həmin şəxsdən satış məqsədi ilə qanunsuz olaraq 5 ədəd bükümdə ümumi çəkisi 2,291 qram təşkil edən külli miqdarda psixotrop maddə metamfetamin və 2 ədəd bükümdə ümumi çəkisi 2,661 qram təşkil edən külli miqdarda narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq ünvan 3 ünvanının yaxınlığına daşımış, 2 sentyabr 2022-ci il tarixdə, saat 17:05-də həmin ünvanda Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinin (bundan sonra: RPİ, PB) əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri zamanı saxlanılıb ünvan 5 ünvanında yerləşən Binəqədi RPİ-nin 6-cı PBnə gətirilərək həmin günü saat 18:05-də üzərində keçirilmiş şəxsi axtarış zamanı əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən 5 ədəd gümüşü kağız bükümdə ayrıayrılıqda təmiz çəkiləri 2,151 qram, 0,048 qram, 0,030 qram, 0,025 qram və 0,037 qram, ümumi təmiz çəkisi külli miqdar olmaqla 2,291 qram təşkil edən ağ rəngli, kristal şəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 2 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,521 qram və 0,140 qram, ümumi təmiz çəkisi külli miqdar olmaqla 2,661 qram təşkil edən qəhvəyi rəngli, kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarından görünür ki, Məhkum polis əməkdaşları tərəfindən narkotik vasitə heroinin satışını həyata keçirərkən, yaxud bilavasitə realizə edərkən saxlanılmamış, polis əməkdaşları 2 sentyabr 2022-ci il tarixdə saat 17:05 radələrində daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat-axtarış tədbiri keçirmiş və əməliyyat qrupu tərəfindən Məhkum ünvan 7 ünvanda yaşadığı evin yaxınlığında, küçədə saxlanılıb Binəqədi RPİ-ni 6-cı polis bölməsinə aparılmış və orada üzərinə şəxsi axtarış aparılarkən onun üzərindən ittihamda qeyd edilən psixotrop maddə metamfetamin və narkotik vasitə heroin aşkar olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il 8 №-li Qərarının 8-ci bəndində qeyd edilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində şərh verilmişdir. Belə ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Qərarın 9-cu bəndində isə qeyd edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələri Məhkum “qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddələrini əldə etmə, daşıma və saxlama”ya görə cinayət məsuliyyətini nəzərdə tutan CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham olunması və məhkum olunması nəticəsinə gələrkən kifayət qədər mötəbər sübutlara əsaslanmamışlar. Cinayət işinin materiallarına əlavə olunmuş ibtidai istintaq orqanı tərəfindən əməliyyat-axtarış tədbirlərini həyata keçirən orqana verilmiş 12 sentyabr 2022-ci il tarixli əməliyyat tapşırığının 5 oktyabr 2022-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Məhkum narkotik vasitə aşkar edilməsi faktı ilə əlaqədar bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmiş, narkotik vasitənin mənbəyini müəyyən etmək mümkün olmamışdır. Məhkum narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olsa da, konkret olaraq onun narkotik vasitələri və psixotrop maddələri satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır (iş vərəqə: 94-95, 128). Məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək qeyd edir ki, məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, Məhkum üzərində aşkar edilmiş 5 ədəd bükümdə ümumi çəkisi 2,291 qram təşkil edən külli miqdarda psixotrop maddə metamfetamin və 2 ədəd bükümdə ümumi çəkisi 2,661 qram təşkil edən külli miqdarda narkotik vasitə heroini satış məqsədi ilə əldə etməsi ilə əlaqədar ibtidai istintaq orqanı və tərəfindən heç bir sübut əldə olunmamışdır. Cinayət işinin materiallarında məhkumun üzərində aşkar olunmuş psixotrop maddə metamfetamini və narkotik vasitə heroini satmaq məqsədi ilə əldə etməsini, istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir mötəbər sübut və dəlil mövcud olmamışdır. Belə ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs Məhkum ona qarşı Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadə sində göstərmişdir ki, o, həbsdən yeni çıxmış, çıxandan sonra ona maşın hədiyyə verilmişdir. Bundan sonra polis ərazi rəisi ilə onun arasında problemlər yaranmağa başlamışdır. Belə ki, onun həbsdən təzə buraxıldığına görə təzə maşını hardan əldə etməsi ona şübhəli gəlmişdir. Az sonra Biləcəridə onların həyətinin yaxınlığında dəmiryolu xəstəxanası ilə üzbə-üzdə yerləşən kafenin qabağından samovarlar oğurlanmışdır. Bundan bir-iki ay keçmiş, hardasa 2022-ci ilin may ayının ortalarında onu həyətdən onu 6-cı PB-nin ərazi rəisi X10 adlı şəxs və cinayət axtarışın əməliyyatçısı X11 birlikdə tutub aparmış, onun vurub dişini sındırmış, “samovarları sən aparmısan» deyib boynuna qoymaq istəmişlər. Hətta ona təhlükəsiz şəhər kamerasının Dəmiryolu Xəstəxanasının yanındakı kameradan olan görüntüsünü də g östərmişlər. Görüntüdə bir nəfər şəxs kameranın altında dayanmışdır. O, kamerada görünən şəxsin o olmadığını demişdir. Bundan sonra ona əvvəllər tutulduğu, içəridə olduğu ona xatırladılmış, onun əlaqələri vasitəsi ilə kameradakı şəxsin tapılmasına köməklik etmək ona tapşırılmışdır. Həmin vaxt onun CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə tutulması planlaşdırılmış, lakin o, öz əlaqələri ilə samovarı 5-10 günə tapacağına söz verdiyindən, yadında qaldığı qədər şübhəli şəxsi gətirmə barədə kağız yazıb onu buraxmışlar. Bundan 10 gün sonra ona zəng edib cavab gözlədiklərini ona demişlər. O, ona göstərilən təhlükəsizlik şəhər kamerasının görüntüsünü ona göndərməyi istəmiş, həmin şəxsin kim olduğunu müəyyən edəcəyini demişdir. Odur ki, onlar təhlükəsizlik şəhər kamerasından görüntünü ona göndərmiş lər. Həmin görüntü hazırkı vaxta qədər də onda qalmışdır. Sonra isə ona 10-15 gün sonra təkrar zəng edib söyüşlə danışmış, o da onları söymüş və bundan sonra evə girib 4 ay çölə – bayıra çıxmamışdır. Belə ki, daima izlənildiyini, evə girməyə əsasları olmadığını, çöldə görəcəkləri təqdirdə tutulacağını bilmişdir. Ona X, X və həm də X adlı müavin də zəng etmiş, lakin o, onların telefon nömrələrini yadında saxlamamışdır. Təqsirləndirilən şəxs Məhkum ifadəsinin davamında göstərmişdir ki, 2 sentyabr 2022-ci il tarixdə, günorta vaxtı saat 3-4 arası evdə olarkən qapı döyülmüş, qapının gözlüyündən baxıb polis əməkdaşları olmalarını görmüş və ona görə də qapını açmamışdır. Hələ bundan əvvəl birinci X11 müəllimin maşınla gəlib binanın qarşısında dayandığını, sonra içindən ərazi rəisi ilə bir nəfərin düşüb binanın arxa tərəfinə keçmələrini görmüşdür. Çünki o, birinci mərtəbədə yaşamış və onun mənzilinin arxa qapısı da olmuşdur. Onun arxa qapıdan çıxıb qaçmaması və onu tuta bilmələri üçün onlar arxa qapını da nəzarətdə saxlamışdılar. Bundan sonra polislər gəlib pəncərələrin dəmir barmaqlıqlarını və şüşəni sındıraraq təqribən 10-15 nəfər evə girmişlər. Pəncərədən girənlərdən kimsə evin çöl qapısını açmış və qalan polislər də oradan içəri daxil olmuşlar. Onları şəxsən tanımasa da, bir çoxunu üzdən tanımışdır. Həmin vaxt o, evdə tək olmuş, heç kim olmamışdır. Həyat yoldaşı müəllimə olduğundan müəllimə yoldaşıgildə olmuşdur. O, polislərin üstünə şığımış və ərazi rəisi ilə bir az əlbəyaxa olmuşdur. İçərilərində cinayət axtarışın idmançı əməkdaşı olmuş, sonuncu onunla dirəşmişdir. O, ülgüc ç ıxarıb bir-iki dənə özünə atmışdır. Yanda dayanmış, əlində beysbolkası olan daha bir nəfər stulu götürüb onun başından vurmuş və stul onun başında qırılmışdır. Aldığı zərbədən o, səndələyən kimi onlar onu yerə yıxmışlar. O, yerə yıxılar-yıxılmaz ərazi rəisi X10 qaçaqaça gəlib ona arxa tərəfdən kürəyindən vurmuş və həmin vaxt o, “xırtıltı” səsindən qabırğasının sındığını hiss etmişdir. O, yerdə qıvrılıb qalmış və bundan sonra üstünə tökülüb, təpikləməyə başlamış və onu qatladıb evdən çıxarmışlar. Onu evdən çıxardıqdan sonra isə evi, evin əşyalarını dağıdıb qırmışdılar. Mənzildə onun analığı da onlarla bərabər yaşamışdır. Polislər onun da otağına keçmiş, otaqda analığına məxsus 1500 manat lotoreya pulu olmuşdur ki, onlar həmin pulu da götürmüşlər. Evdə onun anasının şəkli olan bir çərçivə olmuş, çıxarıb şəkli bir qırağa atmış, ramkanı da götürüb özləri ilə aparmışlar. Hadisə vaxtı onun üstündə, nə də ki, evində narkotik vasitə və yaxud psixotrop maddə olmamışdır. Polislər onun 3 otaqlı mənzilinin bağlı olan balkonundan yerdən narkotik tapdıqlarını bildirmiş, demələrinə görə guya həmin narkotik onun üstündən yerə düşmüşdür. Lakin həmin vaxt onun əynində yalnız qısa şortik olmuş, əynində heç mayka da olmamışdır. Onu evdən şortiklə aparmamış, şalvarını geyindirib sonra aparmışlar. Baş verənləri qonşular görüb, onun həyat yoldaşına zəng edib məlumat vermişlər. Yoldaşı əvvəl polis bölməsinə gəlib ondan evin açarlarını götürüb evə getmiş, evin dağıdıldığını və əşyaların sındırıldığını görmüş və onun yanında olan Nərmin adlı bir nəfər xanmı faktiki vəziyyəti videoya çəkmişdir. O, polis bölməsinə gətirilmiş, onu müavinin qəbuluna salmışlar. Müavin ona baxdıqdan sonra onu aparıb kabinetə salmışlar. Bundan 1-2 saat sonra isə onu çıxarıb çəkiliş etmişlər. O, tutulub polisə gətiriləndə ona vəkil təqdim edilməmişdir. Həmin vaxt sonradan polislər tərəfindən ona verilmiş narkotiki cibindən çıxarıb stolun üstünə qoymuşdur. O, cibinə qoyulan narkotiki qəbul etməyə məcbur olmuşdur. Belə ki, o, döyülmüş, qabırğası qırılmış, ağrımış, proseslərin tez bitməsini, hardasa bir yer tapıb uzanmasını istəmişdir. Həmin vaxt o, canıyla əlləşmiş, istənilən cinayət üstünə qoyulacağı təqdirdə həmin cinayəti qəbul edəcəkmiş. O, hazırda da karsetdə gəzir və nəfəs ala bilmir. Başlamışlar əməliyyat çəkilişi etməyə, lakin özündə olmadığından üstünə nə vaxt qoyulmasını bilməmişdir. Həmin vaxt bir nəfər də onunla MSY-də olmuş, onun adı isə X12 olmuşdur. Həmin çəkilişdə onun anket məlumatları X1 səsləndirilmişdir. O, buna diqqət etsə də, haqsızlıq olunduğuna görə səsini də çıxarmamışdır. Barəsində qətimkan tədbiri seçilməsi ilə bağlı o, məhkəməyə aparılarkən müstəntiq və onu tutan polislərlə birlikdə getmiş, vəkil də orada olmuşdur. O, həmin vaxt məhkəmədə narkotikdən istifadə etdiyini demiş, lakin narkotik alveri ilə məşğul olmadığını bildirmişdir. Hətta döyülməsini, ona qarşı fiziki zor tətbiq edilməsini, bədənində ağrıları olduğunu da bildirmişdir. İbtidai istintaqda müstəntiqə ifadə verib-vermədiyi, üstündə narkotik olmasını müstəntiqə etiraf edib-etmədiyi dəqiq yadında qalmamışdır. Müstəntiqin onun ifadəsini alarkən otaqda ikisindən başqa kimsənin olmadığı yadında qalmışdır. Mü stəntiq ona heç bir formada təzyiq göstərməmişdir. Sentyabr ayının 5 və ya 6-da Bakı İstintaq Təcridxanasına aparılmış, orada tibbi-sanitar bölməsində döyüldüyünü, xəsarətləri olduğunu bildirmişdir. Sonra onun qızdırması qalxmış və vəziyyəti pisləşmişdir. Ona görə də onu yenidən tibbi-sanitar bölməsinə aparmış, yenidən onu rentgen etmiş və həmin vaxt qabırğalarının sındığını müəyyən etmişlər. Orada onun bir qabırğasının sındığı yazılmışdır, əslində isə 3 qabırğası sınmışdır. Onun qabırğalarının sınmasını gördükdən sonra onu BİT-nın tibbi hisəsinə yerləşdirmiş və orada həkim nəzarətində saxlanılmışdır. Təqsirləndirilən şəxs Məhkum ifadəsinin davamında daha sonra göstərmişdir ki, o, əvvəllər nəşə çəkmiş, lakin tutulanadək son 4 ay ərzində evdən bayıra çıxmamış, evdə də istifadə etməmişdir. H əmin 4 ay ərzində əgər evdən 1-2 dəfə çıxıb harasa gecə gedib gəlmişsə, həmin vaxt nəşə istifadə etmiş, lakin bundan başqa o, evdən bayıra çıxmamış və nəşədən istifadə etməmişdir. Onu tutub apararkən polislər onun mobil telefonunu da özləri ilə götürmüşlər. O, həmin vaxt mobil telefonunda SMS-lər yazmamış, onun telefonunu və maşınını başqaları işlətmişdir. Barəsində olan ittiham aktında guya bir nəfərin ona narkotik alveri ilə əlaqədar söyüşlə mesaj yazdığı göstərilmişdir. Hansı ki, kiminsə onunla söyüşlə danışa bilməsi mümkün deyildir və o, həmin şəxsi bağışlamaz. O, telefonunda olan mesajları tutulandan sonra bilmişdir. O, telefon işlətməmiş, lazım olduqda açıb zəng etmiş və sonra söndürmüşdür. Onun telefon nömrəsi ***-***-**-** olmuşdur. Söyşlə olan həmin mesajı onu evdən çıxarıb tutmal arı üçün polislər özləri yazmışdır. Ona gələn zənglər içərisində ona tanış gələn bir nömrə olmuşdur ki, həmin şəxs onların məhəlləsində yaşamışdır. O, 17 saylı cəzaçəkmə müəssisəsində onunla birlikdə cəza çəkmişdir. Həmn şəxsin vaxtı çatdığından o, onun 3 balası olmasını nəzərə alıb, ekspertiza xərcini ödətdirib, onu çölə buraxdırmışdır. O, özü çıxandan sonra onun narkotikə qurşandığını görüb, onu evinə saldırmış, müalicə alması üçün ona sistem aldırtmışdır. Bundan başqa, təqsirləndirilən şəxs Məhkum ifadəsinin davamında göstərmişdi ki, ona xəsarəti yetirən ərazi rəisi X10 olmuş, ona görə də o, Ombudsmana və prokurorluğa bununla bağlı şikayət ərizəsi yazmışdır. O, X10dən şikayət yazsa da ona gələn cavabda X11ın günahının olmadığı yazılmışdır. Onun şikayətləri ilə bağlı Binəqədi rayon Pro kurorluğundan müstəntiq gəlmiş və döyülməyi ilə bağlı onun izahatımı alınmış, o da izahatında hadisənin necə baş verməsini göstərmişdir. Eşitdiyinə görə şikayətinin rədd olunması barədə prokurorluq tərəfindən 7 oktyabr 2022-ci il tarixli qərar qəbul edilmişdir, lakin həmin qərarın surəti ona göndərilməmişdir. Cinayət işinin materiallarından görünür ki, Məhkum bədən səthində müəyyən olunan xəsarətlərlə bağlı Bakı şəhəri Binəqədi rayon prokurorluğu tərəfindən müvafiq araşdırma aparılmış, araşdırma ilə əlaqədar keçirilmiş məhkəmə-tibb ekspertizasının 5 oktyabr 2022ci il tarixli rəyindən görünür ki, tibbi tədqiqat zamanı təqsirləndirilən şəxs Məhkum bədən səthində bel nahiyyəsində üzəri qərtməkli yaralar, sağ arxa tərəfli Vİ qabırğasında yerdəyişmiş sınığı xəsarətlərinin mövcudluğu təsdiq olun muşdur və qeyd olunan xəsarətlərin 2 sentyabr 2022-ci il tarixdə şəxsin öz boyu hündürlüyündən yıxılaraq yerin bərk səthinə dəyməsi nəticəsində əmələ gəlməsinin mümkünlüyü qeyd olunmuşdur. Bakı şəhəri Binəqədi rayon prokurorluğu tərəfindən aparılmış araşdırma zamanı polis əməkdaşlarının əməlində cinayət tərkibinin olmadığı müəyyən edilmiş və Binəqədi rayon prokurorluğunun 7 oktyabr 2022-ci il tarixli qərarı ilə yoxlama materialları üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işi başlanılması rədd edilmişdir. Bakı şəhəri Binəqədi rayon prokurorluğunun 7 oktyabr 2022-ci il tarixli qərarından təqsirləndirilən şəxs Məhkum və onun müdafiəçisi tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə məhkəmə nəzarəti qaydasında şikayət verilmiş, Binəqədi rayon prokurorluğunun 7 oktyabr 2022-ci il tarixli qərarının qanunsuz hesab edilərək ləğv edilməsi və yenidən araşdırma aparılması üçün Bakı şəhər prokurorluğuna göndərilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8 may 2023-cü il tarixli qərarına əsasən təqsirləndirilən şəxs Məhkum və onun müdafiəçisi tərəfindən Binəqədi rayon prokurorluğunun 7 oktyabr 2022-ci il tarixli qərarından məhkəmə nəzarəti qaydasında verilmiş şikayət əsassız hesab edilməklə təmin edilməmiş, rədd olunmuşdur. İş materiallarından görünür ki, Məhkum üzərində aşkar edilmiş narkotik vasitənin və psixotrop maddələrinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə əldə edilməsini təsdiq edən və Ali Məhkəməsinin Plenumunun qeyd edilən Qərarında sadalanan əlamətlərin olması nə ibtidai araşdırma orqanı tərəfindən aparılan istintaq zamanı, nə də məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməsinə dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir, 145.3-cü maddəyə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 351.2-ci maddəsinin tələblərinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında xatırlatmışdır ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum üzərində aşkar edilmiş nar kotik vasitəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə əldə etməsi iş materialları ilə təsdiq olunmur. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum “satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddələrini şəxsi istehlak məqsədilə külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma” cinayəti törətməsi iş materialları ilə kifayət qədər sübuta yetirilir. Ona görə də Məhkum əməli “qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, daşıma və saxlama”ya görə cinayət məsuliyyətini nəzərdə tutan CM-in 234.4.1 və 234.4.3-cü maddələrindən, “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma” ya görə cinayət məsuliyyətini nəzərdə tutan CM-in 234.1-1-ci maddəsinə tövsif edilməli və o həmin maddə ilə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə edilməsin. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 iyun 2024-cü il tarixli qərarı dəyişdirilməklə, Məhkum törətdiyi əməli Azərbaycan Respublikası CM-in 234.4.1 və 2 34.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif olunmalı və həmin maddə ilə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi törədilmiş əməlin tövsifində səhvə yol verdikdə, kassasiya instansiya məhkəməsi həmin hökmü və ya qərarı dəyişdirə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 iyun 2024-cü il tarixli 1(103)-136/2024 nömrəli qərarı məhkum və onun müdafiəçisi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilsin. Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsi nin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar