Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-231/2020 18.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun Məhkum və onun müdafiəçisi, Bakı şəhəri, 13 saylı Vəkil Bürosunun vəkili Əliyeva Sara Vagif qızının iştirakları ilə Məhkum xx.xx.2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 94-cü maddəsinin birinci bəndi, 145-ci maddəsinin 2-ci hissəsinin 1, 2, 3, 6, 8-ci bəndləri, 220-ci maddəsinin 1-ci hissəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə apellyasiya şikayəti vermə müddətinin bərpa edilməməsi barədə Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli ilkin baxış qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhər Məhkəməsinin cinayət işləri üzrə İ dərəcəli məhkəmə kollegiyasının xx xxxxxx 1997-ci il tarixli hökmü iiə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 94-cü maddəsinin 1, 4, 6-cı bəndləri, 145-ci maddəsinin 2-ci hissəsinin 1, 2, 3, 6, 8-ci bəndləri, 220-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 94-cü maddəsinin 1, 4, 6-cı bəndləri ilə müstəsna cəzaya ölüm cəzasınagüllələnməyə, Azərbaycan Respublikası Cinayət Məcə lləsinin 145-ci madəsinjn 2-cı hissəsinin 1, 2, 3, 6, 8-ci bəndləri ilə şəxsi əmlakı müsadirə olunmaqla 13 il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 220-ci maddəsinin 1-ci hissəsi ilə 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 38-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etməklə şəxsi əmlakı müsadirə olunmaqla ölüm cəzasınagüllələnməyə məhkum edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyasının xx xxx 1998-ci il tarixli qərarı ilə Bakı şəhər Məhkəməsinin cinayət işləri üzrə İ dərəcəli məhkəmə kollegiyasının xx xxxxxx 1997-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Qanunvericilikdə edilmiş dəyişikliklərlə əlaqə dar olaraq məhkum Məhkum təyin olunmuş ölüm cəzası ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Qeyd edilən hökmdən narazı qalan Məhkum xx.xx.2019-cu il tarixdə apelyasiya şikayəti vermiş və buraxılmış müddətin bərpasına dair vəsatət təqdim etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli ilkin baxış qərarı ilə (sədrlik edən: Ş.Q.Rzaquliyev, hakimlər: S.B.Hüseynov və Ç.B.Məmmədov) məhkum tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatət təmin edilməmişdir. Apellyasiya Məhkəməsinin həmin qərarından məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Həmin şikayətdə Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli ilkin baxış qərarının ləğv edilməsi, apellyasiya şikayəti verilməsi üçün buraxılm ış müddətin bərpa edilməsi xahiş olunur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və müdafiəçi S.Əliyevanın, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 381.1-ci maddəsinə əsasən birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada apellyasiya instansiyası məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Az ərbaycan Respublikası CPM-in 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan 20 gün müddətində verilə bilər. Azərbaycan Respubliksı CPM-nin 386.1-ci maddəsində göstərilmişdir ki, apellyasiya şikayətinin və ya apelyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. İşdən göründüyü kimi "Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüqu qi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının xx xxxx 2000-ci il tarixli Qanunu xx.xx.2000-ci ilədək məhkum edilmiş şəxslərə, işlərinə müvafiq apellyasiya instansiyası məhkəməsində baxılması hüququ versə də və bunun üçün imkan yaratsa da, Məhkum bu hüquqdan və imkandan uzun müddət ərzində istifadə etməmişdir. Belə ki, o, 2000-ci ilin sentyabr ayının 1-dən etibarən qüvvədə olan yeni Cinayət-Prosessual Məcəllənin qəbul edildiyini bilmiş, yeni Məcəlləyə əsasən barəsində olan hökmdən apelyasiya şikayəti vermək hüququnun olduğunu və bunun üçün lazımi imkanlar yaradıldığını bilmiş, lakin 18 ildən çox keçən müddət ərzində hökmdən şikayət verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkumun uzun illər ərzində hökmdən şikayət etməməsi əsaslı dəlillərə söykənməmişdir. Məhkumun bu barədə irəli sürdüyü dəlillər müddətin bərpası üçün yetərli sayıla bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası məqsədi ilə gətirilmiş dəlillər üzrlü hesab edilə və Məhkum münasibətdə müddət bərpa edilə bilməz. Məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə bildirir ki, cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanu nverici cinayət prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum xx.xx.2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 94-cü maddəsinin 1-ci bəndi, 145-ci maddəsinin 2-ci hissəsinin 1, 2, 3, 6, 8-ci bəndləri, 220-ci maddəsinin 1-ci hissəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə apellyasiya şikayəti vermə müddətinin bərpa edilməməsi barədə Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarix
Məhkəmə qərarları › İş №1(102)-231/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-231/2020
18.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver