Məhkəmə qərarları › İş №1(102)-231/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-231/2022

23.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-231/2022 23.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Zərərçəkmiş şəxs1 iştirakları ilə 01 aprel 1990-cı ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1də qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, halhazırda həbsdə ol an Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.4, 177.2.5, 178.2.2 və 326.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 aprel 2021-ci il tarixli qərarından zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 tərəfindən birgə verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Masallı Rayon Məhkəməsinin 18 iyun 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim H.X.Bəhmənov) Məhkum – Azərbaycan Respublikası CM-in 177.2.4, 177.2.5, 178.2.2 və 326.2-ci maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-in 326.2-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən Məhkum təyin edilmiş cəzaları qismən toplamaqla, ona qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı 06 avqust 2019-cu ildən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 nümayəndəsi və Zərərçəkmiş şəxs1 tərəfindən apellyasiya şikayətləri verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 aprel 2021-ci il tarixli qərarı ilə (hakimlər: İ.H.Əhmədov (sədrlik edən), K.S.Bəşirov və T.S.Kərimov) apellyasiya şikayətləri təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin 18 iyun 2020-ci il t arixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, 28 iyul 2019-cu il tarixdə saat 16 radələrində tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə Masallı rayonu Qəriblər kəndi ərazisində yerləşən “Fatimeyi-Zəhra” sanatoriyasının yaxınlığında avtomobil yolunun kənarında dayanmış, əvvəllər tanımadığı Bakı şəhər sakini Zərərçəkmiş şəxs1 məxsus “Mercedes-Benz E200” minik markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa yan şüşəsinindən baxdıqda, avtomobilin salonunun sol arxa tərəfində ayaq altında qadın əl çantasının olduğunu görmüş və əlində olan dəmir parçası ilə sındırdıqdan sonra avtomobilin salonunda olan Zərərçəkmiş şəxs1 arvadı Zərərçəkm iş şəxs2 qadın əl çantasının içərisindən Zərərçəkmiş şəxs1 məxsus sadə formalı, üzərində qaş olmayan, üzərində xırda deşiklər olan, 585 əyarlı, 5 qram çəkidə, 300 manat dəyərində 1 ədəd qızıl nişan üzüyü, üzərində 1 ədəd sadə qaş olan, 5 ədəd çıxıntısı olan, 583 əyarlı olan, 7 qram çəkidə, 420 manat dəyərində 1 ədəd nişan üzüyü, sadə formalı, üzərində 1 ədəd qırmızı rəngli sadə qaş olan, 10 qram çəkidə, 583 əyarlı, 600 manat dəyərində 1 ədəd qızıl üzük, sadə uzun formalı, üzərində qızıl şarik olan, 4 qram çəkidə, 583 əyarlı, 240 manat dəyərində 1 cüt qızıl sırğa, sadə formalı, üzərində bir neçə sadə qaş olan, 7 qram çəkidə, 583 əyarlı, 420 manat dəyərində 1 cüt qızıl sırğa, yarpaq formalı, üzərində 4 ədəd sadə qaş olan, 5 qram çəkidə, 583 əyarlı, 300 manat dəyərində 1 cüt qızıl sırğa, sadə formalı, üzərində 1 ədəd qırmızı rəngli sadə qaş olan, 10 qram çəkidə, 583 əyarlı, 600 manat dəyərində 1 cüt qızıl sırğa, “8" rəqəmi formalı, qaşsız, 3 qram çəkidə, 585 əyarlı, 180 manat dəyərində 1 cüt qızıl sırğa, sadə formalı üzərində 3 ədəd sadə qaş olan, 4 qram çəkidə, 583 əyarlı, 240 manat dəyərində 1 ədəd qızıl üzük, ‘X’ hərfi formasında, üzərində 1 ədəd mirvari qaş olan, 750 əyarlı, 360 manat dəyərində 1 ədəd qızıl üzük, toxunma formalı və uzun olan, qaşsız, 3 qram çəkidə, 583 əyarlı, 180 manat dəyərində 1 cüt qızıl sırğa, toxunma formalı, üzərində qaş olmayan, 20 qram çəkidə, 583 əyarlı, 1200 manat dəyərində 1 ədəd qızıl boyunbağı, sadə formalı və qaşsız formada, üzərində bir neçə xırda mirvari qaşlar olan, 3 qram çəkidə, 583 əyarlı, 180 manat dəyərində 1 ədəd qızıl qolbaq, sadə formalı, üzərində 'Allah" yazısı olan qızıl aralıq olan, 2 qram çəkidə, 583 əyarlı, 120 manat dəyərində 1 ədəd qızıl boyunbağı, aşağı hissəsində 2 ədəd çıxıntı olan, həmin çıxıntılarda qızıl şariklər olan, 6 qram çəkidə, 583 əyarlı, 360 manat dəyərində 1 ədəd qızıl boyunbağı, sadə formalı, üzərində “8” rəqəmi formalı gümüş aralıq olan, 3 qram çəkidə, 583 əyarlı,180 manat dəyərində 1 ədəd qızıl boyunbağı, üzərində göy rəngli 1 ədəd sadə qaş olan, həmin qaşın ətrafında ağ rəngli sadə qaşlar olan, 2 qram çəkidə, 583 əyarlı, 120 manat dəyərində 1 ədəd qızıl üzük, kitab formasında olan, 4 qram çəkidə, üzərində qaş olmayan, 585 əyarlı, 240 manat dəyərində 1 cüt qızıl sırğa, yumru formalı, üzərində 6 ədəd sadə ağ qaş olan, 5 qram çəkidə, 583 əyarlı, 300 manat dəyərində 1 cüt qızıl sırğa, dəri mat erialdan olan, üzərində bir neçə balaca qızıl hissəciklər olan, 150 manat dəyərində 1 ədəd boyunbağı, delfin formalı olan, aralıq olan 2 ədəd 15 manat dəyərində bijuteriya qolbaq, sadə formalı və üzərində sadə qaşlar olan, 100 manat dəyərində 1 ədəd gümüş üzük, sadə formalı, üzərində sadə qaşlar olan, 50 manat dəyərində 1 cüt gümüş sırğa, üzərində 1 ədəd sadə qaş olan, 45 manat dəyərində 1 ədəd gümüş üzük, şüşəsi çatlamış, sadə kəmərli, 150 manat dəyərində 1 ədəd qadın qol saatı, istifadə olunmuş, yeni olmayan “Almas” firmasının istehsalı olan, sadə kəmərli 50 manat dəyərində 1 ədəd qadın qol saatı və “P3942786” nömrəli ümumvətəndaş pasportunu, ümumilikdə Zərərçəkmiş şəxs1 məxsus 7100 manat dəyərində əmlakı, Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd “Loreal” markalı, 25 manat dəyərində üz kremi, 1 ə dəd markasını xatırlamadığı 5 manat dəyərində üz kremi, 1 ədəd “Avon” markalı 10 manat dəyərində yanaq boyası, 1 ədəd “Faberlic” markalı, 15 manat dəyərində kiprik qaldırıcı (tuş), 3 ədəd markasını xatırlamadığı cəmi 15 manat dəyərində olan dodaq boyası (pomada), 1 ədəd 9 manat dəyərində dırnaq qayçısı, 1 ədəd 9 manat dəyərində maqqaş (qaş alan), 1 ədəd 2 manat dəyərində üz şotkası, 1 ədəd 5 manat dəyərində göz boyası (ten), 3 ədəd cəmi 6 manat dəyərində üz karandaşı (dodaq konturu), 1 ədəd 5 manat dəyərində göz sürməsi, 1 ədəd 6 manat dəyərində göz karandaşı, 1 ədəd “Golden rose” markalı 10 manat dəyərində pudra, 1 ədəd 3 manat dəyərində daraq, 1 ədəd “SPF” markalı 18 manat dəyərində gün qoruyucu krem, 1 ədəd 30 manat dəyərində üzərində marka adı olmayan qadın ətri və 2 ədəd 4 qram çəki də və flakonlarda olan, markası olmayan 2 manat dəyərində ətiri və “xxxxxxxx” nömrəli ümumvətəndaş pasportunu, ümumilikdə Zərərçəkmiş şəxs2 məxsus 175 manat dəyərində əmlakı, X4 məxsus 20 manat dəyərində, “Arkos” markalı mobil adapterini və 15 manat dəyərində, üzərində 3 ədəd sadə qaş olan optik eynəyi, ümumilikdə İlhamə Mehtiyevaya məxsus 35 manat dəyərində əmlakı və Zərərçəkmiş şəxs3 məxsus "C01880261" nömrəli ümumvətəndaş pasportunu, ümumilikdə Zərərçəkmiş şəxs2 məxsus qadın əl çantasından 7310 manat dəyərində əmlakı gizli yolla talayaraq oğurlamışdır. Bundan başqa, o, təkrarən 31 iyul 2019-cu il tarixdə, saat 22 radələrində vahid tamah niyyəti ilə əhatə olunan qəsdlə ünvan 3də istirahət edən əvvəllər tanımadığı, Masallı rayonu Öncəqala kənd sakinləri X9, X17 və X10 yaxınlaşıb özünü ofi siant kimi təqdim edərək onlara məxsus əşyaları kafedə olan dolaba qoyacağına dair vəd verib etibardan sui-istifadə etməklə aldadaraq X11ə məxsus 44 manat pulu, X12a məxsus 1 ədəd 15 manat dəyərində işlənmiş vəziyyətdə olan “Nokia” markalı “X 2” modeli mobil telefonu və X13ə məxsus 1 ədəd 400 manat dəyərində, 2019-cu ilin iyun ayında istehsal olunmaqla 18.07.2019-cu il tarixdən istifadə olunmuş “Samsung” markalı Galaxy “A 50” modeli mobil telefonu, 73 manat pulu və “VAZ-2107” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarını, ümumilikdə X13ə məxsus 473 manat dəyərində əmlakı təhvil alaraq ümumilikdə 532 manat məbləğində X11, X12 və X13ə məxsus əşya və pul vəsaitini əmlakı ələ keçirməklə dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxslər tərəfindən veril miş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 aprel 2021-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifləri qeyd edirlər ki, cinayət işi üzrə ibtidai istintaq və məhkəmə baxışı zamanı obyektiv araşdırma aparılmamış və onlara qarşı törədilmiş cinayətdə Məhkum ilə birlikdə iştirak etmiş digər şəxslərin müəyyən edilməsi üçün heç bir tədbir görülməmişdir. Bununla əlaqədar onların verdikləri vəsatətlər məhkəmələr tərəfindən təmin olunmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Zərərçəkmiş şəxs1, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmi şdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətində zərərçəkmiş şəxslərə qarşı cinayətin törədilməsində Məhkumla birlikdə iştirak etmiş digər şəxslərin məsuliyyətdən kənarda qalması mübahisələndirilir. Həmçinin zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın ödənilməsinə yönəlmiş qərar qəbul edilməsi xahiş olunur. Apellyasiya instansiyası məhkəməsinin qərarı müdafiə tərəfindən mübahisələndirilmədiyindən məhkəmə kollegiyas ı həmin qərara yalnız zərərçəkmiş şəxslərin kassasiya şikayətində irəli sürülən dəlillərə münasibətdə hüquqi qiymət verməyi zəruri hesab edir. Zərərçəkmiş şəxslərin kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və ədalətli qərarın çıxarılması haqqında tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası faktiki halların kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş sayılan faktiki halları rəhbər tutacaqdır. Cinayət işinin faktiki hallarına dair məhkəmələrin gəldikləri nəticələr isə iş materiallarından göründüyü kimi, qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair Azərbaycan Respublikası CPM -in 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, o cümlədən kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq məhkəmələr yekun qərarlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkum özünün istintaq və birinci instansiya məhkəməsində verdiyi etirəfedici ifadəsi, istintaq zamanı və birinci instansiya məhkəməsində ifadə vermiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 qızının və Zərərçəkmiş şəxs3 nümayəndəsi və zərərçəkmiş Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxslər X3, X8, X13, X5, şahidlər X2, X6 ifadələri, habelə digər sübutların toplanması zamanı ibtidai araşdırma orqanı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-in 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozun tusuna yol verilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə müvafiq olaraq məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Cinayət təqibi orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum digər şəxslərlə cinayət əlaqəsinə girməklə deyil, təkbaşına tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 məxsus avtomobildən zərərçəkən şəxslərə məxsus olan əmlakları gizli yolla talayaraq oğurlaması nəticəsinə gəlinmiş və ona CM-in 177.2.4, 177.2.5, 178.2.2 və 326.2-ci maddələrində nəzərdə tutulan cinayəti törətməsi barədə ittiham irəli sürülmüşdür. Azərbaycan Respublikası CPM-nin 318.2-ci maddəsində nəzərdə tutulmuş hallar, yəni dövlət ittihamçısının təqsirləndirilən şəxsə daha ağır cinayət törətməyə görə ittiham edilməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatəti daxil olmamışdır. Həmçinin, apellyasiya məhkəməsində cinayət işinə baxılarkən dövlət ittihamını həyata keçirən orqan tərəfindən Azərbaycan Respublikası CPM-nin 391.8-1-ci maddəsinə müvafiq olaraq protest verilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda şərh olunan vəziyyətdə məhkəmələr Məhkum və zərərçəkən şəxslərin kassasiya şikayətində iddia olunduğu digər şəxslərə qarşı irəli sürülməyən ittihama baxa bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiy a instansiya məhkəməsi Məhkum əməlini CM-in 177.2.4, 177.2.5, 178.2.2 və 326.2-ci maddələrinə tövsif edərkən düzgün nəticəyə gəlmişdir. Məhz yuxarıda qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxslər tərəfindən verilmiş kassasiya şikayətində göstərildiyinin əksinə olaraq, hazırkı iş üzrə CPM-in 416-cı maddəsində nəzərdə tutulan qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası iş üzrə toplanmış və apellyasiya instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edib, həm onlara, həm də yuxarıda qeyd olunan hallara əsaslanaraq apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi üçün heç bir əsas görmür və buna görə də apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətində gös tərilən dəlilləri əsassız hesab edərək həmin şikayətin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 aprel 2021-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini qanuni və əsaslı hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 aprel 2021-ci il tarixli qərarı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 qızı, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 tərəfindən birgə verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar