Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-231/2023 27.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İlqar Səyyad oğlu Qılıcov (sədrlik edən və məruzəçi), İlkin Əbülfəz oğlu Rəcəbov və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X5, məhkum-Məhkum, məhkumun müdafiəçisi-X3 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 iyul 2021-ci il tarixli qərarından Məhkum tə rəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (sədrlik edən hakim X6) 17 mart 2021-ci il tarixli, 1(011)-57/2021 saylı hökmü ilə xx xxxxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, hazırda heç yerdə işləməyən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli, 1(003)626/2019 saylı qərarına əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 iyun 2017-ci il tarixli hökmü ilə təyin edilən, Azərbaycan Respublikası Ali Məhkəməsinin 31 yanvar 2018-ci il tarixli qərarı ilə 03 (üç) il 06 (altı) aya endirilmiş, Bakı Apelyasiya Məhkəməsinin 24 iyul 2018ci il tarixli qərarı ilə 03 (üç) il müddətinə müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 08 (səkki z) ay 16 (on altı) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, 17 mart 2021-ci il tarixdən həbsdə olan, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.2-ci maddəsinə əsasən Məhkum Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli, 1(003)-626/2019 saylı qərarına əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 iyun 2017-ci il tarixli hökmü ilə təyin edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 31 yanvar 2018-ci il tarixli qərarı ilə 03 (üç) il 06 (altı) aya endirilmiş, Bakı Apelyasiya Məhkəməsinin 24 iyul 2018-ci il tarixli qərarı ilə 03 (üç) il müddətinə müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 08 (səkkiz) ay 16 (on altı) gün şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 iyun 2017-ci il tarixli hökmü ilə təyin edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 31 yanvar 2018-ci il tarixli qərarı ilə 03 (üç) il 06 (altı) aya endirilmiş, Bakı Apelyasiya Məhkəməsinin 24 iyul 2018-ci il tarixli qərarı ilə 03 (üç) il müddətinə müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 08 (səkkiz) ay 16 (on altı) gün hissəsi ilə qismən birləşdirilməklə Məhkum qəti olaraq hökmlərin məcm usu üzrə 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin 17 mart 2021-ci tarixdən hesablanması müəyyən edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə Məhkum özgənin əmlakını talamaq qərarına gəlib bu məqsədlə 24 oktyabr 2019-cu il tarixdə 12:00 radələrində ünvan 2 ünvanında yerləşən 221 saylı tam orta məktəbə gəlib 1-ci mərtəbədə yerləşən, qapısı örtülmüş vəziyyətdə olan 14 saylı otağa yaxınlaşıb qapını açmaqla daxil olaraq orada masanın üzərində olan Zərərçəkmiş şəxs məxsus 350 manat qiymətində “Xiomi Redmi Note7” markalı mobil telefonu və Zərərçəkmiş şəxs məxsus olan çantadan içərisində 170 manat pul olan 50 manat qiymətinə cüzdanı gizli olaraq talam aqla Zərərçəkmiş şəxs ümumilkdə 570 (beş yüz yetmiş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin (sədrlik edən və məruzəçi) X7, X10 və X4 ibarət tərkibdə) 1(103)-806/2021 saylı, 07 iyul 2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli,1(011)-57/2021 saylı hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış, məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyul 2021-ci il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində məhkum göstərmişdir ki, o, heç bir cinayət əməli törətməmi, məhkəmələr əsassız olaraq onu məhkum etmi ş, cinayəti törədən şəxsin azadlıqda gəzdiyini bildirərək, onun barəsində ədalətli qərar qəbul ediməsini, istintaq materiallarının yenidən araşdırılmasını, tərəfindən verilən kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin qərarından verilən kassasiya şikayəti müxtəlif naməlum səbəblər və əsaslara görə süründürməçiliyə uğradıldığını, şikayətə qərəzsiz, obyektiv, təmkinli baxılmasını, barəsində bəraət verilməsini və ədalətsizliyə yol verilməməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, məhkumun və müdafiəçinin kassasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının kassasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyib aşağıda göstərilənlərə əsasən hesab edir ki, kassasiya şikayəti təm in olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanun unun və CinayətProsessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) oldu qda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində işə birinci instansiya məhkəməsi və apellyasiya instansiya məhkəməsində baxılan zaman CPM-in müvafiq maddələrinin tələblərinin kobud şəkildə pozulduğunu bildirmiş, bu səbəbdən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyul 2021-ci il tarixli 1(103)-806/2021 saylı hökmünün ləğv edilməsini, CM-nin 177.1-ci maddəsi ilə əməlində cinayət tərkibi olmadığından bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə B akı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 iyul 2021-ci il tarixli, 1(103)-806/2021 saylı qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Şikayətdə göstərilən dəlill ərlə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkə məsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və məhkəmələr tərəfindən işə baxılan zaman CPM-in müvafiq maddələrinin tələblərinin kobud şəkildə pozulduğu barədə məhkumun kassasiya şikayətində irəli sürdüyü dəlillərinin ibtidai araşdırma orqanının topladığı və məhkəmə baxışı zamanı tədqiq olunmaqla təsdiq olunmuş və cinayət işinin digər materialları ilə, habelə tədqiq olunmuş digər mötəbər sübutlarla kifayət qədər təkzib edildiyini nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə – qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə toplanmış sübutların məcmusunun müqayisəli şəkildə təhlili və qiymətləndirilməsi nəticəsində Məhkum qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə oğurluq cinayətini törətməsi barədə gəldiyi nəticə ilə razılaşır. Məhkumun Məhkum ona israr edilən cinayət əməlini törətməməsi barədə göstərdiyi xüsusatlar məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Əksinə, məhkumun ona qarşı irəli sürülən cinayət əməlini törətməsi ibtidai istintaq zamanı verdiyi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, habelə işdə olan digər sübutlarla tam təsdiqini tapır. Bu sübutlar işin faktiki halları ilə tam üst-üstə düşməklə bir-birini tamamlayır. Sübutlar arasında heç bir uyğunsuzluq və ziddiyyət yaranmır. Bütün bunlar isə belə nəticəyə gəlməyə əsas verir ki, Məhkum əməlində CM-in 177.1-ci maddəsinin tərkibi vardır, kassasiya şikayətinin təmin edilib ona bəraət verilməsi üçün heç bir əsas yoxdur. Apellyasiya instansiyası məhkəməsi öz qərarında göstərmişdir ki,....” Apellyasiya şikayətində məhkum edilmiş şəxs özünü AR CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilmədiyini göstərsə də, məhkəmə kollegiyası qeyd edir ki, Məhkum Azərbaycan Respublikası Cinayə t Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkum edilmiş şəxsin özünün istintaq zamanı verdiyi etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, DVD formatlı diskə baxış keçirilməsi barədə protokol (həmin protokolda Məhkum görüntüdə olan şəxsin özü olduğunu təsdiq etmişdir), baxış keçirilməsi və sair istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, həmçinin iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Məhkum ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Məhkəmənin hökmündən Məhkum apellyasiya şikayəti verərək onun AR CM-nin 177.1-ci maddəsi ilə təqsirli olmadığını və videogörüntüdə olan şəxsin başqa şəxs olduğunu göstərsə də, iş materiallarından görünür ki, məhkum edilmiş şəxs birinci instansiya məhkəməsində ifadə verməsə də, ibtidai istintaq zamanı özünü tam təqsirli bilmiş, 01 (bir) ədəd DVD formatlı diskə baxış keçirilməsi barədə protokolda isə videogörüntüdə olan şəxsin özü olduğunu bildirmişdir. Belə ki, cinayət işinin 171-ci vərəqəsində olan 01 (bir) ədəd DVD formatlı diskə baxış keçirilməsi barədə pro tokolodan görünür ki, Məhkum və onun müdafiəçisi Bilal Bağırovun iştirakı ilə diskə baxış keçirilmiş və baxış zamanı Məhkum əllərinin bir birinə sıxaraq 221 saylı tam orta məktəbdə olan sinif otağının qapısına əynində qara rəngli gödəkçə və göy rəngli cins şalvarla yaxınlaşaraq qapını döyməsi müşahidə olunur. Məhkum bildirmişdir ki, video görüntüdə qeydə alınmış şəxs onun özüdür....” Göründüyü kimi apellyasiya instansiya məhkəməsi haqlı olaraq işin faktiki hallarını nəzərə alaraq Məhkum əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə tövsif etmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, məhkumun Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyul 2021-ci il tarixli qərarının ləğv edilməsi və ona Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə bəraət v erilməsinə dair kassasiya şikayətinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunması na və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin o lunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. Məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsi cəza təyini ilə bağlı Məhkum onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkumun şəxsiyyətini səciyyələndirən halları, cəzanı yüngülləşdirən hallar kimi onun ail əli olduğunu, ailədə yeganə qazanc gətirən şəxs olmasını, cəzasını ağırlaşdıran halların olmadığını, barəsində ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tə rəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Odur ki, məhkəmə kollegiyası məhkumun və müdafiəçinin kassasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının isə kassasiya şikayətinin təmin edilməməsi barədə çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyul 2021-ci il tarixli, 1(103)-806/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: M əhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 iyul 2021-ci il tarixli qərarı məhkumun kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-231/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-231/2023
27.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver