Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-231/2024 14.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyul 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəllə sinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 sentyabr 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), İsmayılov Eldar Herov oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə) 28 iyul 2022-ci il tarixli hökmü ilə xx xxxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və o, 7 (y eddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəlinin 3 fevral 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, Babayev Zəki Baba oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə) 28 sentyabr 2022-ci il tarixli qərarı ilə məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayət lər Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, 1(101)-1154/2022 saylı hökmü dəyişdirilmişdir. Həmin hökmlə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təyin edilmiş 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası 6 (altı) il müddətinə endirilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihama əsasən, o, 2 fevral 2022-ci il tarixdə, saat 22 radələrində şəxsiyyəti istintaqa məlum olmayan "Rasim” adlı İran İslam Respublikası vətəndaşının Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində istintaqla müəyyən olunmayan qaydada yerləşdirdiyi 1 ədəd şəffaf sellofana qoyulmuş 2 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təm iz çəkiləri 10,370 qram və 1,129 qram, ümumi təmiz çəkisi 11,499 qram olan külli miqdarda narkotik vasitə heroini və 1 ədəd şəffaf sellofana qoyulmuş 2 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,125 qram və 0,155 qram, ümumi təmiz çəkisi 1,280 qram olan psixotrop maddə metamfetamini sonuncuya 240 manat pulu "online” qaydada ödəməklə qanunsuz olaraq satış məqsədi ilə əldə edib üzərində saxlayaraq daşımış, 3 fevral 2022-ci il tarixdə, saat 18:30 dəqiqədə ünvan 2 ünvanın qarşısında olarkən Yasamal rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq həmin idarəyə gətirilib qeyd edilən inzibati binada üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman göstərilən 1 ədəd şəffaf sellofana qoyulmuş 2 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 10,370 qram və 1,129 qram, ümumi təmiz çəkisi 11,499 qram olan külli miqdarda narkotik vasitə heroin və 1 ədəd şəffaf sellofana qoyulmuş 2 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,125 qram və 0,155 qram, ümumi təmiz çəkisi 1,280 qram olan psixotrop maddə metamfetamin əynində olan şalvarın sağ yan cibinə yerləşdirdiyi üzərində “KalsiMaq D2 vitamin və minerallar kompleksi” yazısı olan çantanın içərisindən aşkar edilərək ondan götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətində göstərmişdir ki, bədənində ağrılar olduğu üçün psixotrop maddədən istifadə edir, lakin polis əməkdaşları digər bükümlərdə olan narkotik vasitələri təzyiqlə onun boynuna qoymuşlar. O, narkotik vasitə istifadəçisidir və məcburi müalicəyə ehtiyacı var, özünü CM-in 234. 1-ci maddəsi ilə təqsirli bilir. Kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarının ləğv edilərək cinayət işi üzrə onun əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsi və daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilm əlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Kassasiya şikayətində məhkəmələr tərəfindən törədilmiş əməlin səhv tövsif edilməsi, cəzanın yüngülləşdirilməli olması iddia edilərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və cinayət əməlinin CM-in 234.1-ci maddəsinə tövsif edilərək yüngül cəza təyin edilməsi barədə tələblər məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəm ə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 sentyabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir: Kassasiya şikayətində göstərilən dəlilləri nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq kassasiya məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr tərəfindən Məhkum Cinayət Məcəlləsini 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə CPM-in 144-145-ci maddələrinin tələblərinə riayət etməyərək iş üzrə toplanmış sübutları hərtərəfli araşdırmamış, hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymətləndir ilməmiş və məhkumun əməlinin tövsifində səhvə yol verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayə t əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digəri nə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə təhlil edərək qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamın sübuta yetirilməsi barədə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş və onun əməlini CM-in 234.4.3-cü maddəsi ilə tövsif etməklə səhvə yol vermişdir. Belə ki, cinayət məsuliyyət inin əsaslarını müəyyən edən CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkumun 2 fevral 2022-ci il tarixli hökmdə təsvir edilən cinayət əməlini, yəni həmin tarixdə 1 ədəd şəffaf sellofana qoyulmuş 2 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 10,370 qram və 1,129 qram, ümumi təmiz çəkisi 11,499 qram olan külli miqdarda narkotik vasitə heroin və 1 ədəd şəffaf sellofana qoyulmuş 2 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,125 qram və 0,155 qram, ümumi təmiz çəkisi 1,280 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində daşımaqla saxlaması barədə nəticəyə gəlsə də, ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla məhkum edilmiş şəxsin göstərilən narkotik vasitə və psixotrop maddəni satmaq niyyətində olmasının müəyyən edilməməsinə baxmayaraq, onun satış məqsədi ilə külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edərək saxlaması və daşıması əməlini, yəni CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməsi haqda ittiham hökmünün çıxarılmasını qanuni və əsaslı hesab etmiş, apellyasiya instansiyası məhkəməsi də bu mövqe ilə razılaşmışdır. Cinayət işində olan və aşağı instansiya məhkəmələri tərəfindən məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1-də qeydiyyatda olan və faktiki yaşayan Məhkum Yasamal rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə Yasamal RPİ-nin Cinayət Axtarış şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur; Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Məhkum cinayət əməlini ifşa etmək məqsədi ilə Yasamal rayonu ərazisində əməliyyat tədbirləri keçirilərək cinayət başında yaxalanması və narkotik vasitə lərin mənbəyinin müəyyən edilməsi istiqamətində müvafiq əməliyyat tədbirləri həyata keçirilməsi qərara alınmışdır; Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin gün Məhkum üzərində şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Məhkum bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Məhkum əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibindən yan tərəfləri qara rəngli, orta tərəfi göy rəngli 11,5x8 sm ölçülü, üzərind ə “KalsiMaq D2 vitamin və minerallar kompleksi” yazısı olan əl çantasının içərisində 2 şəffaf sellofana qoyulmuş hər birində iki ədəd olmaqla, şəffaf sellofanda olan heroinə və metamfetaminə bənzər maddələri təqdim etmişdir. Məhkum şəffaf sellofanda olan iki ədəd maddənin “patı” və digər şəffaf sellofanda olan iki ədəd maddənin “kakos” kimi tanıdığı narkotik maddə olduğunu, bu narkotik maddələri 2 fevral 2022-ci il tarixdə, saat təxminən 21-22 radələrində internet vasitəsi ilə tanış olduğu İran İslam Respublikası vətəndaşı olduğunu bildiyi şəxsdən sifariş ilə onlayn aldığını, həmin narkotik maddələri Əhmədli qəsəbəsindən tanımadığı ünvandan daşın altından götürüb sonradan istifadə etmək üçün üzərində saxlamaqla daşıdığını bildirmişdir. 3 fevral 2022-ci il tarixdə, saat 18:30-da ünvan 4 ünv anının qarşısında saxlanılmışdır. Məhkum təqdim etdiyi içərisində narkotik maddəyə bənzər qara rəngli, orta tərəfi göy rəngli 11,5x8 sm ölçülü üzərində “KalsiMaq D2 vitamin və minerallar kompleksi” yazısı olan əl çantasının içərisində olan 2 ədəd şəffaf sellofana qoyulmuş, birində iki ədəd olmaqla qəhvəyi rəngli şəffaf sellofonda, digər iki ədəd ağ rəngli şəffaf sellofanda olan maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 42 saylı möhürü ilə möhürlənərək götürülmüşdür; Məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/706 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası DİN Arayışlar üçün №42” dairəvi möhür əksləri olan, "Məhkum...” sözlər i, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd əl çantasının içərisində 2 şəffaf sellofana qoyulmuş 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 10,370 qram, 1,129 qram, ümumi təmiz çəkisi 11,499 qram olan qəhvəyi rəngli maddələr xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 2 (iki) ədəd bükümlərdə ayrıayrılıqda təmiz çəkisi 1,125 qram, 0,155 qram, ümumi təmiz çəkisi 1,280 qram olan ağ rəngli kristallik formada maddələr xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir; Məhkum üzərində şəxs axtarış və götürmə aparılarkən qeydə alınmış videoyazıya baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli p rotokoldan görünür ki, həmin videoyazıya baxış keçirilmiş, baxışla müəyyən edilir ki, Yasamal RPİ-nin TŞ-nin təhqiqatçısı polis kapitanı Tural Abdullayev saxlanılan şəxs Məhkum özünü təqdim etməsini xahiş edir. Məhkum özünü təqdim edərkən xx xxxxxx 1983-cü ildə Bakı şəhərində anadan olduğunu, subay, orta təhsilli olduğunu, işləmədiyini, əvvəllər məhkum olunduğunu, ünvan 1-də yaşayaraq pasport qeydiyyatında olduğunu və sair anket məlumatlarını bildirir. Daha sonra təhqiqatçı, saxlanılan şəxs X5 nə səbəbə saxlanıldığını bildirərək ona hüquq və vəzifələrini izah edir, sonuncuya üzərində saxlanılması qanunla qadağan olunmuş hər hansı bir əşya, narkotik vasitə və ya psixotrop maddə varsa masanın üzərinə qoyaraq təqdim etməsini təklif edir. Bu təklifdən sonra Məhkum könüllü olaraq sağ əli ilə əy nində olan göy rəngli idman şalvarının sağ yan cibindən üzərində "KalsiMaq D2 vitamin və minerallar kompleksi” yazısı olan kiçik ölçülü çantanı çıxararaq masanın üzərinə qoyur. Həmin çantanın içərisi təhqiqatçı tərəfindən açıldıqda orada hər birinin içərisində iki ədəd büküm olan iki ədəd şəffaf sellofan bükümlər aşkar edilir. Bükümlər nəzərdən keçirilərkən həmin şəffaf rəngli sellofan bükümlərdən birinin içərisində iki ədəd olmaqla şəffaf sellofan bükümlərdə qəhvəyi rəngli, tozşəkilli narkotik vasitə heroinə bənzər maddənin, digər şəffaf rəngli bükümdə isə içərisində iki ədəd şəffaf sellofanda ağ rəngli, kristall şəkilli psixotrop maddə metamfetaminə bənzər maddələrin olması müəyyən edilir. Sorğu zamanı Məhkum həmin maddələrdən iki bükümünün içərisindəki maddənin narkotik vasitə heroin ("kakos” kimi tanınan), digər iki bükümün içərisindəki maddənin isə psixotrop maddə metamfetamin olduğunu bildirir. Bundan sonra Məhkum üzərində təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilsə də, onun üzərindən iş üzrə əhəmiyyət kəsb edən hər hansı maddə və ya əşya aşkar edilmir. Sorğu zamanı Məhkum üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni internet vasitəsi ilə tanış olduğu İran İR-nin vətəndaşı kimi özünü ona təqdim edən şəxsdən "online” vasitəsi ilə bir gün əvvəl, saat 21-22 radələrində Bakı şəhəri, Əhmədli qəsəbəsindən alaraq üzərində saxladığını, həmin gün isə saat 18:30-da ünvan 5 ünvanının qarşısında saxlanılaraq Polis idarəsinə gətirildiyini bildirir. Apellyasiya məhkəməsi narkotik vasitənin və psixotrop maddələrin külli miqdarda və bir neçə bükümdə olmasını, bu q ədər vasitələrin özünün şəxsi istehlakı üçün əldə etdiyi halda bu qədər növdə və müxtəlif çəkidə maddələrin eyni anda üzərində daşımasının hansı zərurətdən irəli gəldiyini "ağlabatan” şəkildə izah edə bilməməsini nəzərə alaraq hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması istintaq orqanı tərəfindən düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və birinci instansiya məhkəməsi də ittihamın sübuta yetirilməsi, məhkum edilmiş şəxsin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi üçün əsasların mövcud olmadığı barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Apellyasiya instansiya məhkəməsinin qeyd olunan mövqeyi il ə razılaşmayan məhkəmə kollegiyası qeyd edir: Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən cinayət əməli (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama və ya daşıma) formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hər əkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Hazırki cinayət işi üzrə Məhkum narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə edib saxlaması və daşıması barədə verilən ittihamla bağlı ilk növbədə təqsirkar şəxsin məqsədinin əldə etdiyi narkotik vasitəni satmağa yönəldiyi sübuta yetirilməli, narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsini təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 4 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və araşdırılan sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, Məhkum 2 fevral 2022-ci il tarixdə tutulanadək onun narkotik vasitənin satışı ilə məşğul olması, kiməsə narkotik vasitə s atması, narkotik vasitənin satışı ilə bağlı üçüncü şəxslərlə münasibət qurması, habelə onun satış məqsədi ilə narkotik vasitə əldə etməsi ilə bağlı dəqiq və yoxlanılmış məlumatın olması, hüquq mühafizə orqanlarının Məhkum narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı obyektiv, dəqiq və yoxlanılmış məlumata sahib olması müəyyən edilmir. Məhkum cinayət təqibinin bütün mərhələlərində narkotik vasitə və ya psixotrop maddələri şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ağır cinayətin törədilməsi ilə bağlı ittihamın irəli sürülməsinə baxmayaraq, ibtidai istintaq dövründə onun narkotik vasitənin satışı ilə məşğul olması, narkotik vasitələrin satışı ilə bağlı üçüncü ş əxslərlə danışıq aparması, yazışması, bu barədə sövdələşməsi, "müştərilərdən” narkotik vasitənin satışı ilə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, narkotik vasitələri kiməsə əvəzli və ya əvəzsiz qaydada verməsi, qeyd olunan məqsədlər üçün "müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Ümumiyyətlə cinayət işinin materiallarında Məhkum narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək hər hansı sübut müəyyən edilmir. Belə ki, cinayət işinin materiallarında olan və aşağı instansiya məhkəməsində məhkəmə istintaqı zamanı tədqiq edilmiş: Məhkum məxsus olan ***-***-**-** saylı mobil nömrəyə daxil olub-çıxmış zənglərin və sms mətnlərinin siyahısı, anten dairəsinin ünvanları, həmçinin abunəçilər haqqında mə lumatların əks olunduğu "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, AZF/LGL-5328/22 saylı məktubu ilə Yasamal RPİ-yə göndərilmiş 01 ədəd CD diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, ***-***-**-** saylı mobil telefon nömrəsinin istifadəsi zamanı əldə edilmiş məlumatlar 1 yanvar 2022-ci il tarixdən 2 fevral 2022-ci il tarixə kimi olan müddəti əhatə edir. Belə ki, baxışla müəyyən edilir ki, 070716-51-41 saylı mobil telefon nömrəsinə və həmin nömrədən digər nömrələrə 1 yanvar 2022-ci il tarixdən 2 fevral 2022-ci il tarixə kimi telefon zəngləri və sms yazışmaları edilmişdir. Bundan əlavə baxışla müəyyən edilmişdir ki, ***-***-**-** saylı mobil telefon nömrəsinə 1 yanvar 2022-ci il tarixdən 24 yanvar 2022-ci il tarixə kimi müxtəlif nömrələrdən sms-lər daxil o lmuş və ya göndərilmişdir. Diskdə əksini tapmış məlumatlar, o cümlədən sms mətnlərinin məzmununda iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumatın olması müəyyən edilməmişdir; Əməliyyat tapşırığına Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal rayon Polis İdarəsinin 29- cu Polis şöbəsinin xx.xx.2022-ci il tarixli, 09151411222 saylı cavab məktubundan görünür ki, Məhkum üzərindən aşkar edilmiş psixotrop maddənin və külli miqdarda narkotik vasitənin hansı mənbədən və ya kimdən əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa Məhkum narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması faktı barədə bir sıra əməliyyat məlumatları əldə edilsə də, sonuncunun məhz kimə və nə vaxt narkotik vasitə və ya psixotrop maddəni satması faktını hələlik müəyy ən etmək mümkün olmamışdır. Həmçinin Məhkum ifadəsinə əsasən onun üzərindən aşkar edilmiş psixotrop maddə və külli miqdarda narkotik vasitəni əldə etdiyini göstərdiyi İran İR-nın vətəndaşı “Rasim” adlı şəxsin barəsində əməliyyat-axtarış tədbirləri keçirilsə də müsbət nəticə əldə edilməmiş, həmçinin onun həmin ifadəsinin həqiqəti əks etdirib-etdirməməsini müəyyən etmək mümkün olmamışdır. Cinayət işi üzrə toplanmış və birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış, yuxarıda qeyd olunan sübutların təhlili göstərir ki, Məhkum ona ittiham olunmuş miqdarda narkotik vasitəni və psixotrop maddəni məhz satış məqsədilə əldə etməsini və bu məqsədlə üzərində saxlayaraq daşımasını, habelə məhkum olunmuş şəxsin ümumiyyətlə narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən heç bir mötəbər sübut əldə edilməmişdir. Belə ki, Məhkum narkotik vasitənin satışı ilə bağlı hər hansı niyyəti müəyyən olunmamış və ibtidai istintaq orqanı qeyd edilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürərkən sırf narkotik vasitənin külli miqdarda olmasına əsaslanmışdır. Təqsirkar şəxsin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsini təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməmişdir ki, bu isə öz növbəsində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddələri ilə vermiş ittihamın ehtimallar və fərziyyələr əsasında qurulması barədə qənaətinə gəlməyə əsas verir. Lakin işə baxan məhkəmələr işin faktiki hallarına düzgün qiymə t verməmiş və nəticədə məhkumun əməlinin tövsifində səhvə yol vermişlər. Məhkəmə kollegiyası qeyd edir ki, prosessual qanunverciliyin tələbinə görə hər hansı şəxsin cinayət törədilməsində təqsirli bilinməsi barədə istintaq orqanın (ittiham tərəfinin) təqdim etdiyi sübutlar konkret, mötəbər və kifayət qədər olmalı, şübhələr və ya ehtimallar üzərində qurulmamalı, mülahizələrə əsaslanmamalı, inandırıcı və "ağlabatan” olmalı, məhkəmədə daxili inam yaratmalıdır. Narkotik vasitənin külli miqdarda olması şəxsin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün yetərli deyildir və bu hər bir halda cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə yanaşı və müqayisəli şəkildə qiymətləndirilməlidir. Kassasiya məhkəmə kollegiyası həmçinin qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 9 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tə dqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Məhkəmə kollegiyası Məhkum əməlinin CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi ilə razılaşmayaraq həmçinin vurğulayır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı) Konstitusiya Məhkəməsi Plenumu bu baxımdan Qərarında həmçinin vurğulayır ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırki cinayət işi üzrə törədilmiş əməlin predmeti olan külli miqdar olan narkotik vasitənin və psixotrop maddənin ayrı-ayrı bükümlərə qablaşdırılması əsası ilə məhkum edilmiş şəxsə qarşı CM-in 234.4.3-cü maddəsi i lə ittiham irəli sürülmüş və iş üzrə ibtidai araşdırma yekunlaşdıqdan sonra tərtib edilmiş ittiham aktına əsasən də, iş baxılması üçün məhkəməyə göndərilərkən ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin CMin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsi üçün sübut kimi sonuncunun ifadələri ilə şahidlərin ifadələri, axtarış və götürmə haqqında protokollar, məhkəmə-kimyəvi, məhkəmə-psixiatrik və məhkəmə-narkoloji ekspertizalarının rəyləri təqdim olunmuş, işə həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində baxılarkən isə dövlət ittihamını müdafiə edən prokurorlar da məhkəmələrə ittihamın təsdiq olunmasına dəlalət edən heç bir əlavə sübut təqdim etməmiş və buna görə də məhkəmələr yalnız təqdim olunmuş sübutların araşdırılması ilə kifayətlənmişlər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkumun təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin dispozitiv əlamətlərinin həmin cinayətin obyektiv cəhətinə aid olan hissəsi mübahisəsiz sübut olunsa da, bunlar sonuncunun əməlində qeyd olunan maddədə nəzərdə tutulmuş cinayət tərkibinin mövcud olmasına kifayət etmir. Belə ki, aşağıda qeyd olunan şərtlər eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: - şəxs maddələrin dispozisiyasında göstərilən əməlləri satış məqsədilə törətməlidir; - şəxs belə əməlləri qanunsuz etməlidir. Belə tələb həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun müddəalarından və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekurso rlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən də irəli gəlir. Belə ki, göstərilən Qanunun 1.0.11-ci maddəsinin əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Mə hkəməsinin Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun (burada “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu nəzərdə tutulur) 1.0.11-ci maddəsində şərh verilməsi qeyd olunaraq məhkəmələrə izah edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Qərarın 9-cu bəndində məhkəmələrin nəzərinə çatdırlmışdır ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu mad dələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İş materiallarından (əldə edilmiş sübutlardan) göründüyü kimi, Məhkum əməlinin CMin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün təl əb olunan şərtlərdən yalnız bir şərt – narkotik vasitələrin dövriyyəsi ilə bağlı məhkumun qanunsuz hərəkətlər etməsi mübahisəsiz sübuta yetirilir, məhkumun ona istinad edilən əməli satış məqsədilə törətməsi isə araşdırılmış sübutlarla təsdiq olunmur. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələri tərəfindən araşdırılmış sübutların fövqündə qanunvericiliyin aşağıdakı tələblərinə əsaslanaraq, araşdırılmış sübutlara əsasən təqsirləndirilən şəxsin elan olunmuş ittiham üzrə təqsirli bilinməsi məsələsinə bu sübutların mümkünlüyü və kifayət etməsi nöqteyi nəzərindən yanaşıb qiymətləndirərək və məhkəmənin hökmünün ehtimallara əsaslana bilməməsi (apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, həmin qərar sübutlara deyil, yalnız ehtimallara və subyektiv mülahizələrə əsaslanmışdır), bütün şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə həll olunmasına dair qanunvericiliyin təlbələrindən çıxış edərək məhkum edilmiş şəxsin narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı törətdiyi cinayət əməlinin CM-in 234.4.3-cü maddəsindən CM-in 234.1-ci maddəsinə ilə tövsif edilməsini qanuni və əsaslı hesab edir. Konstitusiya Məhkəməsi Plenumu bu baxımdan “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarında vurğulayır ki, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi proses dir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, "Xirvisari Finlan diyaya qarşı” 27 sentyabr 2001-ci il, "X7rşı” 9 dekabr 1994-cü il və "Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübut ların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyek tiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Göstərilənlərə əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum əməlinin işin faktiki hallarına uyğun olmayan hüquqi tövsifinə dair (CM-in 234.4.3-cü mad.) gəldiyi nəticə əsaslandırılmış, inandırıcı qənaət kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi göstərilən mövqeyini kifayət qədər əsaslandırmamış, belə bir nəticəyə gələrkən iş üzrə araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından düzgün qiymətləndirməmiş, nəticədə məhkumun əməlinin tövsifində səhvə yol vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhku mun hərəkətlərində məhz Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli mövcuddur. Belə ki, “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquq i prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş v ermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməli, məhkumun əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə tövsif edilməli və ona göstərilən maddənin sanksiyası çərçivəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Lakin məhkəmə kollegiyası kassasiya şikayətinin məhkum edilmiş şəxsə daha yüngül cəza təyin edilməsi barədə dəlillərinin əsaslı saymır və məhkuma törətdiyi cinayət əməlinə görə Cinayət Məcəlləsinin təqsirləndirildiyi maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi törədilmiş əməlin tövsifində səhvə yol verdikdə, kassasiya instansiya məhkəməsi həmin hökmü və ya qərarı dəyişdirə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin, ona bu maddə əsasında 3 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar qalan hissədə dəyişdirilməsin.
Məhkəmə qərarları › İş №1(102)-231/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-231/2024
14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver