Məhkəmə qərarları › İş №1(102)-2310/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2310/2024

24.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2310/2024 24.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5, Məhkum və onun müdafiəçisi Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bunda n sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 195.2, 313 və 320.2-ci maddələri ilə məhkum olunmasına, CM-in 308.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 may 2024-cü il tarixli, 1(103)1177/2024 nömrəli hökmündən apellyasiya instansiya məhkəməsində iştirak etmiş Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə və Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum xx xxxxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-nin təsisçisi və direktoru, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır.

2. Birinci i nstansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum təşkilatın rəhbəri kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində təşkilatın maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verərək külli miqdarda ziyan vurmaqla qanunsuz kredit almış, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə edərək hüquqi şəxsin hüquqlarına və qanuni mənafeyinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində şəxsi niyyətilə rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatları vahi d niyyətlə daxil edərək vəzifə saxtakarlığı törətmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilə-bilə hüquq verən saxta rəsmi sənədlərdən vahid niyyətlə istifadə etmişdir.

3. Belə ki, o, 8 may 2018-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən ********** nömrəli VÖEN-lə dövlət qeydiyyata alınmış hüquqi ünvanı ünvan 2 MMC-nin təsisçisi və direktoru olmaqla sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmaqla həyata keçirən sahibkar kimi Cəmiyyətin 8 may 2018-ci il tarixli Nizamnaməsinin 5.2-ci bəndinə əsasən, cəmiyyətin cari fəaliyyətinə rəhbərlik etmək və onun operativ idarə olunmasını həyata keçirmək, vəkalətnamə olmadan Cəmiyyətin adından öz səlahiyyəti daxilində çıxış etmək, onu b ütün dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, kommersiya və qeyrikommersiya təşkilatları qarşısında, o cümlədən məhkəmələrdə iddiaçı və cavabdeh qismində təmsil etmək, öz səlahiyyəti daxilində Cəmiyyətin adından mülkihüquqi müqavilələr, vəkalətnamələr vermək (o cümlədən başqasına etibar etmək hüququ ilə), müvəkkil banklarda Cəmiyyətin istənilən növ bank hesablarının açılması və maliyyətəsərrüfat fəaliyyət ilə bağlı hesab üzrə sərəncam vermək, öz səlahiyyəti daxilində qərarlar qəbul etmək və həmin qərarların yazılı surətdə əmrlə rəsmləşdirilməsini, Cəmiyyətin fəaliyyəti ilə əlaqədar digər zəruri sənədlərin və təkliflərin hazırlanmasını həyata keçirmək və digər təşkilati-sərəncamverici funksiyaları yerinə yetirmək səlahiyyətlərinə malik vəzifəli şəxs olmaqla qabaqcadan əlbir olan bi r qrup şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə etməklə "xxxx" MMC və "xxxx" MMC-nin rəhbəri kimi özünü təqdim edən Şahid5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib xüsusi mülkiyyətində olan Salyan rayonu, Yenikənd və Şəkərli kəndində cəmi 9.56 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşən 32.636 kvadrat metr torpaq sahəsi üzərində olan tərəvəz məhsullarının yetişdirildildiyi özünə məxsus istixananın fəaliyyətini genişləndirmək təyinatı üzrə kredit verilməsinə dair “Avropa Yenidənqurma və İnkişaf Bankı”na müraciəti ilə əlaqədar xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixdək olan mü ddətdə özlərinə məxsus kompüterlə istintaqa məlum olmayan şəraitdə və ərazidə "xxxx" MMC-nin balans, maliyə axını və kapitalın əks olunduğu maliyyə dövriyyəsi, maliyyə hesabatları, elektron bankinq çıxarışları, gəlirlər və xərclərə dair hesabatı, bank hesablarını və çıxarışlarını, bank sənədlərini və digər maliyyə məlumatlarını, həmçinin MMC-yə dair “HR” (kadr sənədlərini) sənədlərini, əmək müqavilələrini və işçilər barədə məlumatları, həmin MMC ilə “KAF Group” şirkəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli və "xxxx" MMC ilə bağlanmış xx.xx.2020-ci il tarixli müqavilələri, həmin müqavilələr üzrə gəlirlər və xərclərə, proqnoza dair hesabatları, layihələndirmə işlərinə dair hesabatı, “KAF Group” şirkəti ilə bağlanmış müqaviləyə xx.xx.2021-ci il tarixli əlavəni, “MEKOSER SECİLİK SAN” və “TİC.LTD.ŞTİ” şirkətləri ilə bağlanmış xx.xx.2018 və xx.xx.2020-ci il tarixli müqavilələri, həmin müqavilələrin tarixini və müqavilə dəyərini, müqavilənin əlavəsini, “MEKOSER” şirkətinin ödəniş tapşırığını (nəqliyyat vasitələri, məsulun yığımı və istixana ilə bağlı olan vəsaitlər, torpağın qiyməti) və köçürmə sifarişini, “KAF Group” şirkətinin xx.xx.2022-ci il tarixli ödəniş tapşırığını, hesabatları, habelə, mövcud olmayan "xxxx" MMC ilə “Farzana Tradinq” LLC arasında bağlanmış xx.xx.2022 və xx.xx.2022-ci il tarixli müqavilələri, müqavilələr üzrə gəlirlər və xərclərə, proqnoza dair hesabatı, xx.xx.2018-ci il tarixdə "xxxx" MMC-yə 3.250.000 manat məbləğində borcun verilməsinə dair özü ilə rəhbəri olduğu MMC arasında bağlanmış həmin tarixli borc müqaviləsini, "xxxx" MMC ilə "xxxx" MMC arasın da bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləni, layihələndirmə, götürüləcək gəlir (dividentə) dair sənədləri, həmin müqaviləyə dair hesabatı, daşıyıcı şirkət və daşıma xətti barədə məlumatları, daşıyıcı şirkət barəsində xx.xx.2021-ci il tarixli müqaviləni, həmçinin audit müqaviləsi və audit rəyini tərtib etməklə adları qeyd edilmiş sənədlərin tarixlərini, orada göstərilən rəqəmləri və məzmununa dair digər məlumatları saxtalaşdıraraq bir neçə dəfə dəyişdirib bilə-bilə yalan məlumatlar daxil etməklə qabaqcadan əlbir olduğu Şahid5 ilə birlikdə qanunsuz hazırlanmış həmin sənədləri imza və MMC-nin möhürü ilə təsdiq edib istifadə edərək aralarındakı cinayətkar niyyətə uyğun olaraq özü və qabaqcadan əlbir olduğu Şahid5 vasitəsilə elektron formada Elektron ünvan 1, Elektron ünvan 2:MahmudoA@eb rd.com və Elektron ünvan 3, eləcə də, cinayətdən xəbərsiz sonuncunun işçisi Şahid4 vasitəsilə sonuncuya məxsus Elvin.NElektron ünvan 4 emailləri ilə “Avropa Yenidənqurma və İnkişaf Bankı”na təqdim etməklə bankla bağlanmış 25 noyabr 2022-ci il tarixli 53603 nömrəli Kredit Müqaviləsi əsasında 42 ay müddətinə, aylıq 10,9 % dərəcəsi ilə 2.000.000 (iki milyon) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 3.400.000 (üç milyon dörd yüz min) manat məbləğində kredit verilməsinə nail olub, həmin məbləğdə pulun Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospekti 31 ünvanında yerləşən "xxxx" ASC-nin “Xəzər” filialında olan özünə məxsus AZ41MUGA**********00003USD23 nömrəli cari hesaba köçürülməklə qanunsuz kredit almış, həmin kreditdən ümumilikdə əsas məbləğ üzrə xx.xx.2023-cü il tarixdə 56.922,22 AB Ş dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 96.767,774 manat və xx.xx.2023-cü il tarixdə 207.135,04 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 352.129,568 manat məbləğində ödəniş həyata keçirib, maliyyə vəziyyətinə dair və sair barədə qeyd edilən qaydada bilə-bilə şişirdilmiş yalan məlumatlar verməklə vahid niyyətlə Şahid5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində cəmi 2.000.000 (iki milyon) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 3.400.000 (üç milyon dörd yüz min) manat məbləğdə qanunsuz kredit alaraq Avropa Yenidənqurma və İnkişaf Bankına külli miqdarda ziyan vurmuş, vəzifəli şəxs kimi tamah niyyətilə rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil edərək Şahid5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifə saxtakarlığı törətmiş, sonu ncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilə-bilə hüquq verən saxta rəsmi sənədlərdən vahid niyyətlə istifadə etmiş, həmin hərəkətləri ilə hüquqi şəxs olan Avropa Yenidənqurma və İnkişaf Bankının bank fəaliyyətinin və kredit siyasətinin stabilliyinə mənfi təsir göstərib bankın normal fəaliyyətinin pozulmasında ifadə olunan hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla Şahid5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifə səlahiyyətlərindən suiistifadə etmişdir.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (sədrlik edən hakim: X6) 28 mart 2024-cü il tarixli,1(005)-57/2024 nömrəli hökmü ilə Məhkum elan olunmuş ittihamdan CM-in 320.2ci maddəsinin xaric edilməsi, Məhkum CM-in 308.2-ci maddəsi ilə bəraət verilməsi, Məhkum CM-in 195.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi, ona CM-in 313-cü maddəsi ilə 2.000 (iki min) manat cərimə cəzası, CMin 195.2-ci maddəsi ilə 01 (bir) il müddətə azadlığın məhdudlaşdılması cəzasının təyin edilməsi, cərimə cəzasının müstəqil icra olunması, Məhkum azadlığın məhdudlaşdılması cəzasının cəzaçəkmə müddətinin başlanğıcının onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Məhkum barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Məhkum üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, azadlığın məhdudlaşdırılması cəzasının icrasının Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməsi hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar məsələsi də həll edilmişdir.

5. Hökmdən narazı qalan Məhkum müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək Nərimanov Rayon Məhkəməsinin 1(005)-57/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmünün qismən, Məhkum CM-in 195.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi, ona CM-in 313-cü maddəsi ilə 2.000 (iki min) manat cərimə cəzasının, CM-in 195.2-ci maddəsi ilə 01 (bir) il müddətə azadlığın məh dudlaşdılması cəzasının təyin edilməsi hissəsində ləğv edilməsi, həmin maddələr üzrə Məhkum bəraət verilməsi barədə hökm qəbul edilməsini xahiş etmişdir.

6. Hökmdən, həmçinin dövlət ittihamçısı apellyasiya protesti verərək Məhkum CM-in 195.2, 308.2, 313 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli hökmünün təqsirləndirilən şəxsə elan olunmuş ittihamdan CM-in 320.2-ci maddəsinin xaric edilməsinə və CM-in 308.2-ci maddəsi ilə bəraət verilməsinə dair hissədə ləğv edilərək onun CM-in 195.2 və 313-cü maddələri ilə yanaşı, CM-in 308.2 və 320.2-ci maddələri ilə də təqsirli bilinib, cinayətlərin məcmusu üzrəcəzanın həddi ilə bağlı etdiyi təklifə uyğun hədlərdə qəti əsas və əlavə cəzaya məhkum edilməsi bar ədə yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X9 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət məhkəmə tərkibində) 21 may 2024-cü il tarixli, 1(103)1177/2024 nömrəli hökmü ilə təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin qismən təmin edilməsi, Məhkum CM-in 195.2 və 313-cü maddələri ilə məhkum olunmasına, CM-in 308.2-ci maddəsi ilə bəraət verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-57/2024 nömrəli, 28 mart 2024-cü il tarixli hökmünün ləğv edilməsi və yeni hökm çıxarılması, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən Məhkum CM-in 308.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilməsi, Məhkum CM-in 195.2, 313-cü və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi, ona CM-in 195.2-ci maddəsi ilə 01 (bir) il müddətə azadlığın məhdudlaşdılması cəzasının, CM-in 313cü maddəsi ilə 2000 (iki min) manat məbləğində cərimə cəzasının, CM-in 320.2-ci maddəsi ilə 1500 (bir min beş yüz) manat məbləğində cərimə cəzasının təyin edilməsi, CM-in 313cü maddəsi ilə təyin edilmiş 2000 (iki min) manat məbləğində cərimə cəzası və CM-in 320.2-ci maddəsi ilə təyin edilmiş 1500 (bir min beş yüz) manat məbləğində cərimə cəzasının CM-in 66.2-ci maddəsinə əsasən qismən toplanılmaqla 3000 (üç min) manat həddində müəyyən edilməsi, 3000 (üç min) manat məbləğində cərimə cəzasının 01 (bir) il müddətə azadlığın məhdudlaşdılması cəzası ilə tamamilə toplanılmaqa qəti olaraq Məhkum üzərində çəkilməsi üçün 3000 (üç min) manat məbləğində cərimə cəzası və 01 (bir) il müddətə azadlığın məhdudlaşdılması cəzasının müəyyən edilməsi, cəzaların müstəqil icra olunması, Məhkum azadlığın məhdudlaşdılması cəzasının cəzaçəkmə müddətinin başlanğıcının onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Məhkum üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, kredit öhdəliyini icra e tmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, cəzaların icrasının Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməsi hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar məsələsi də həll edilmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 may 2024-cü il tarixli, 1(103)1177/2024 nömrəli hökmündən apellyasiya instansiya məhkəməsində iştirak etmiş Dövlət ittihamçısı3 tərəfindən kassasiya protesti, Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya protestinin, kassasiya şikayətinin dəlilləri və etirazlar:

9. Dövlət ittihamçısı kassasiya protestində cinayət işinin faktiki hallarına və bir sıra qanunvericilik normalarına istinadlar edərək protestinin dəlilləri qismində apellyasiya instansiya məhkəməsi tərəfindən məhkuma CM-in 308.2-ci maddəsi ilə əsassız olaraq bəraət verilməsini, eyni zamanda təqsirli bilindiyi CM-in 195.2, 313 və 320.2-ci maddələrinin sanskiyaları ilə nəzərdə tutulmuş yüngül cəza təyin edilməsini mübahisələndirmişdir.

10. Belə ki, protestin dəlilləri qismində qeyd edilmişdir ki, Məhkum törətmiş olduğu cinayət əməli nəticəsində vurulmuş ziyanın (2.000.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 3.400.000 manat vəsait) məbləğini, kredit müqaviləsinin bağlandığı tarixdə, yəni 2022-ci ildə Azərbaycan Respublikasında mövcud olmuş minimum əmək haqqı (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli sərəncamına əsasən 300 manat müəyyən edilmişdir) və ya yaşayış minimumunun (210 manat) məbləği ilə müqay isə etsək ortaya əhəmiyyətli dərəcədə böyük fərqin, yəni vurulmuş ziyanın qeyd olunan tarixdə minimum əmək haqqından 11.333 (3.400.000:300=11.333,3) dəfə çox, yaşayış minimumundan isə 16.190 (3.400.000:210=16.190,4) dəfə çox olması ortaya çıxacaqdır. Fikrimcə bu müqayisənin özü bir daha Məhkum vəzifəli şəxs qismində törətmiş olduğu cinayət əməli nəticəsində vurduğu ziyanın miqyası barədə təəssürat yaranması üçün kifayət edir. Bundan başqa, məhkəmə kollegiyası vurulmuş zərərin mühümlüyünə qiymət verərkən təqsirləndirilən şəxs Məhkum göstərilən bankdan qanunsuz kredit alsa da, həmin kredit məbləğinin və ya faizlərinin vaxtlı-vaxtında ödənilməsini əsas gətirərək hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə hər hansı şəkildə ziyan dəyməməsini, cinayət işi üzrə xx.xx.2023-cü il tarixli qəra rla Avropa Yenidənqurma və İnkişaf Bankı zərərçəkmiş şəxs qismində tanınsa da, hüquqi şəxsin nümayəndəsinin izahatının alınmamasına, təqsirləndirilən şəxsə verilmiş ittihama münasibəti, o cümlədən şikayət və ya tələbinin olub-olmamasının müəyyən edilməməsinə istinad etməkdə də haqlı olmamışdır.

11. Eyni zamanda qeyd edir ki, məhkəmə kollegiyası Məhkum hətta CM-in 195.2, 313 və 320.2-ci maddələri ilə cəza təyin edərkən elan olunmuş ittihamla özünü qismən, yəni yalnız CM-in 320.2-ci maddəsi ilə təqsirli bilən, qeyri-səmimilik göstərən təqsirləndirilən şəxsə ilk dəfə cinayət törətməsi kimi formal əsaslara istinad edərək, təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməllərinin qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsini isə ağırlaşdırıcı hal qismində göstərsə də, lakin nəzə rə almadan CM-in 195.2, 313 və 320.2-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş yüngül və aşağı həddə cəzalar təyin etmişdir ki, bununla da cəza təyini zamanı ədalət prinsipinin tələbləri pozulmuşdur. Belə ki, məhkəmə kollegiyası Məhkum barəsində aşağı həddə cəzalar təyin etməklə törədilmiş cinayətin xarakterini, dövlətin qanunla qorunan iqtisadi mənafelərini və vurulmuş ziyanın sadəcə qismən ödənilməsini nəzərə almamışdır.

12. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CPMin və ya CPM-in) 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 may 2024-cü i l tarixli, 1(103)-1177/2024 nömrəli hökmünün ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir.

13. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətində cinayət işi materiallarında olan sübutlara və bir sıra qanunvericilik normalarına istinadlar edərək qeyd etmişdir ki, Məhkum qarşı irəli sürülmüş ittihamın əsassız olması iş materialları ilə, həmçinin iş üzrə zərərçəkmiş şəxs kimi tanınan AYİB-in şikayət ərizəsinin və tələbinin olmaması, həmçinin nümayəndəsinin bir dəfə olsun belə nə ibtidai istintaq, nə də ki, məhkəmə istintaqı dövründə zərərçəkmiş şəxs kimi dindirilməməsi bunu tam sübuta yetirir. Eyni zamanda o da qeyd olunmalıdır ki, Məhkum tərəfindən təsisçisi və direktoru olduğu şirkətin adına götürülmüş kredit və saitləri təyinatı üzrə xərclənmişdir ki, bu da iş materiallarına əlavə edilmiş mütəxəssis rəyi ilə öz təsdiqini tapır. Məhkum tərəfindən götürülmüş kredit vəsaitləri üzrə müqavilədə nəzərdə tutulmuş müddətlərdə əsas və faiz məbləğlərinin ödənilməsi də təmin edilir ki, bu da götürülmüş krediti mənimsəmədiyini və banka ziyan vurmaq niyətinin belə olmadığını tam sübuta yetirir.

14. Bununla da, müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 may 2024-cü il tarixli, 1(103)-1177/2024 nömrəli hökmünün qismən, Məhkum CM-in 195.2, 313 və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi, ona CM-in 313-cü maddəsi ilə 2.000 (iki min) manat, CM-in 320.2-ci maddəsi ilə 1500 (bir min beş yüz) manat cərimə c əzasının, CM-in 195.2-ci maddəsi ilə 01 (bir) il müddətə azadlığın məhdudlaşdılması cəzasının təyin edilməsi hissəsində ləğv edilməsi, həmin maddələr üzrə Məhkum bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Kassasiya protestinə və kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İİİ. Proses iştirakçılarının çıxışları:

16. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum və onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, eyni zamanda kassasiya protestinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdilər.

17. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X8 müdafiə tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinə etiraz edərək tə min edilməməsini, eyni zamanda kassasiya protestini müdafiə edib, onun dəlillərinə uyğun qaydada çıxış edərək, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi. İV. Hüquqi məsələlər:

18. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

19. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”.

20. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyas ının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

21. Dövlət ittihamçısı kassasiya protestində Məhkum CM-in 308.2-ci maddəsi ilə olan əməli üzrə məhkəmələrin düzgün hüquqi nəticəyə gəlmədiyini, eyni zamanda təqsirli bilindiyi maddələr üzrə məsuliyyəti yüngülləşdirən hallar düzgün nəzərə alınmadan törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan həddindən artıq yüngül cəzanın təyin olunduğunu iddia edərək, mübahisələndirilən qərarın l əğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

22. Həmçinin, Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətində məhkəmələr tərəfindən cinayət-prosessual qanunun sübutlar və sübutetməyə dair qaydalarına əməl olunmadığını, nəticədə cinayət işi materiallarındakı sübutları tədqiq etmədən, hökün əsasını yolverilməz sübutlar təşkil etdiyi halda onun əsassız olaraq CM-in 195.2, 313 və 320.2-ci maddələri ilə təqsirli bilindiyini iddia etsə də, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və ona bəraət verilməsi haqqında kassasiya tələbini məhkəmə qə rarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı halla əlaqələndirməmişdir.

23. Bununla belə, kollegiya dövlət ittihamçısının kassasiya protestini və Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 may 2024-cü il tarixli, 1(103)-1177/2024 nömrəli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

24. Məhkəmə kollegiyası ilk növbədə, dövlət ittihamçısının hazırki qərarın “Kassasiya protestinin və kassasiya şikayətinin də lilləri” bölməsində təsvir edilmiş Məhkum CM-in 308.2-ci maddəsi ilə bəraət verilməsinin qanunsuz və əsassız olmasına dair dəlillərinə münasibətdə qeyd edir ki, protest müəllifi eyni əsaslarla apellyasiya instansiya məhkəməsi qarşısında da çıxış etmiş, məhkəmə cinayət işi materiallarında olan, ibtidai istintaq və birinci instansiya məhkəməsində məhkəmə istintaq zamanı əldə edilmiş sübutların qarşılıqlı tədqiqi nəticəsində belə qənaətə gəlmişdir ki, CMin 308.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə Məhkum təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə ona bəraət verilməlidir.

25. Məhkəmə kollegiyası qeyd edir ki, ittiham orqanı Məhkum Azərbaycan Respublikası CM-in 308.2 və 195.2-ci maddəsinin tərkibinin yaranmasını əsaslandırarkən kreditin qanunsuz alınması faktını formal olaraq külli miq darda ziyan kimi qəbul etmişdir.

26. Belə ki, ittiham orqanı Məhkum əməlini Azərbaycan Respublikası CM-in 308.2-ci maddəsinə tövsif edərkən, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə edərək hüquqi şəxsin hüquqlarına və qanuni mənafeyinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi qənaətinə gəlmişdir.

27. Apellasiya məhkəməsi belə qənaətə gəlmişdir ki, baş vermiş hərəkətlər nəticəsində X13 və İnkişaf Bankı fəaliyyətini dayandırmamış, davam etdirmiş, işçilərin kütləvi ixtisarı olmamış, müraciət edən müştərilərin azalması müşahidə edilməmiş, bunun əksi ni təsdiq edən sübutlar da iş materiallarında mövcud olmamışdır.

28. Avropa Yenidənqurma və İnkişaf Bankı həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı məlumatlandırılmış, məhkəmənin bildirişinə əsasən xx.xx.2023-cü il tarixdə məktub göndərərək özünün məhkəmə işi barədə zərərçəkmiş statusu barədə xüsusi məlumat almamasını bildirmişdir. 2022-ci ildən başlayaraq Məhkum hərəkətləri nəticəsində hüquqlarına və qanuni mənafelərinə hər hansı şəkildə zərər vurulması ilə bağlı bankın müraciətləri də olmamışdır.

29. İbtidai araşdırma orqanının zərərin mühüm və ya ağır nəticələrə səbəb olması ilə bağlı araşdırma aparmadan, bu istiqamətdə hər hansı istintaq hərəkəti həyata keçirmədən gəldiyi qənaət başadüşülən olmamışdır.

30. Eyni zamanda, müdafiə tərəfinin təqdim etdiyi ödəniş tapşırıqlarında n görünür ki, Məhkum həmin kreditdən ümumilikdə əsas məbləğ üzrə xx.xx.2023-cü il tarixdə 56.922,22 ABŞ dolları, xx.xx.2023-cü il tarixdə 207.135,04 ABŞ dolları, xx.xx.2023-cü il tarixdə 201498,71 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə 196235,04 ABŞ dolları məbləğində ödəniş həyata keçirmişdir.

31. Kassasiya məhkəməsi apellasiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq, əlavə qeyd edir ki, cinayət işinin materiallarında Avropa Yenidənqurma və İnkişaf Bankına dəyən zərər barəsində heç bir araşdırma aparılmamış, bu hərəkətlər nəticəsində bankın fəaliyyətinə təsir etmiş amillər göstərilməmiş, vurulan zərərin məbləği və xarakteri açıqlanmamış, bankdan bu istiqamətdə hər hansı məlumat əldə edilməmiş, ziyan barədə ekspertizalar təyin edilməmiş, qanunsuz kreditin alınması əsas gətirilərək, alınmı ş kredit məbləği formal olaraq zərər kimi qəbul edilmiş, miqdarına görə ağır nəticə kimi hesab edilmişdir.

32. Kassasiya məhkəməsi qeyd edir ki, Azərbaycan Respublikası CM-in 308.2-ci və 195.2-ci maddələri maddi tərkibli cinayətlərdir.

33. Azərbaycan Respublikası CM-in 195-ci maddəsinin dispozisiyasına görə qanunsuz kreditin alınması və təyinatı üzrə istifadə edilməsi zərərçəkmişə külli miqdarda ziyan vurmalıdır. Qanunsuz kreditin alınması özü-özlüyündə həmin maddənin tərkibini yaratmır.

34. Cinayət işinin materiallarından, ittiham aktından zərərçəkmiş Avropa Yenidənqurma və İnkişaf Bankına qanunsuz kreditin alınması nəticəsində hansı ziyanın dəyməsi faktı öz əksini tapmamış, bu istiqamətdə heç bir istintaq hərəkəti aparılmamış, bu barədə bankdan heç bir məlumat tələb edilməmişdir.

35. K assasiya məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin qanunsuz hərəkətləri nəticəsində istər AR CM-in 308.2, istərsə də 195.2-ci maddələrinin tərkibi yaranmamış, cinayət xarakterli nəticə baş verməmişdir.

36. Kollegiya, eyni zamanda, kassasiya protestinin məhkumun təqsirli bilindiyi CM-in 195.2, 313 və 320.2-ci maddələri ilə barəsində cəza təyin edilərkən əsassız və qanunsuz olaraq ona həddindən artıq yüngül cəza təyin edilməsinə dair dəlillərinə münasibətdə apellyasiya instansiya məhkəməsi tərəfindən CM-in 313 və 320.2-ci maddələri ilə təyin edilmiş cəzaların növü, həddi və həcmi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası CM-in 8-ci maddəsi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yə ni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.

37. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təsbit edən Azərbaycan Respublikası CMin 58.3-cü maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi his səsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.

38. Kassasiya protestində irəli sürülmüş dəlillərə baxdıqda, bu dəlillərin Məhkum münasibətdə apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş, cərimə cəzasının açıq-aydın yüngül olmasına dəlalət etmədiyi müəyyən olunur.

39. Belə ki, Məhkum Cinayət Məcəlləsinin 313 və 320.2-ci maddələri ilə təqsirli bilindiyi cinayət əməli – (hazırki işin kontekstində) Cinayət Məcəlləsinin 15.2-ci maddəsində böyük ictimai cinayət kimi təsbit edilməklə CM-in 313-cü maddəsinin sanksiyasında min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddət ə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə, CMin 320.2-ci maddəsinin sanksiyasında isə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

40. Cinayət işi materiallarından müəyyən edilir ki, Məhkum təyin edilmiş cəzaların həddi isə CM-in 313 və 320.2-ci maddələri ilə müəyyən edilmiş həddə, yəni CM-in 313-cü maddəsi ilə 2000 manat məbləğində cərimə cəzası, CM-in 320.2-ci maddəsi ilə isə 1500 manat məbləğində cərimə cəzası təyin edilmişdir.

41. Göründüyü kimi, Məhkum təqsirli bilindiyi CM-in 313 və 32 0.2-ci maddələri ilə təyin edilən cəzanın həddi qanuni və ədalətli olmuşdur.

42. Kollegiya qeyd edir ki, kassasiya protestində məhkuma daha ağır cəzanın, yəni azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini tələb edən konkret əsaslar göstərilməmiş, yalnız törədilmiş cinayətin ictimai təhlükəliliyi, xarakteri, tamah niyyətinin olması, xüsusilə külli miqdarda olması mübahisələndirilmişdir.

43. Kassasiya protestində göstərilən – Cinayət Məcəlləsinin 313 və 320.2-ci maddələrində təsbit edilən cinayətin obyektini, ictimai təhlükəlilik dərəcəsini, kateqoriyasını xarakterizə edən əlamətlərə gəldikdə, bunlar CM-in həmin maddəsinin sanksiyası müəyyən olunarkən qanunvericinin nəzərə aldığı xüsusiyyətlərdir və həmin xüsusiyyətlərlə törədilmiş əməllərə görə Cinayət Məcəlləsinin 313 və 320.2-ci maddələri ilə müvafiq olaraq cərimə cəzalarının təyin edilməsi mümkün görülmüşdür.

44. Məhkəmə kollegiyası belə nəticəyə gələrək xüsusilə onu nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum CM-in 313 və 320.2-ci maddələri ilə təyin etdiyi cərimə cəzası bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların, cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə və ailəsinin həyat şəraitinə təsirinin) tarazlaşdırılmış şəkildə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, açıq-aydın yüngül cəza kimi qiymətl əndirilə bilməz.

45. Kassasiya kollegiyası həmçinin, Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayətində irəli sürülmüş cinayət işi materiallarında öz əksini tapan sübutların düzgün tədqiq edilməməsi və Məhkum təqsirliliyi barədə məhkəmə hökmünün (qərarının) əsasını yolverilməz sübutların təşkil etməsi əsası ilə apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilməsi və ona bəraət verilməsinə dair tələbə gəldikdə, məhkəmə kollegiyası bu iddia və tələblə də razılaşmaq üçün əsas görmür.

46. Belə ki, Məhkum ona birinci instansiya məhkəməsinin hökmü ilə istinad edilən, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayətkar hərəkətləri törətməsi, müvafiq olaraq da onun əməlində CM-in 313 və 320.2-ci maddələrində nə zərdə tutulmuş cinayətin tərkibinin olması, onun həmin maddələr ilə təqsirliliyi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, apellyasiya məhkəməsi tərəfindən də təhlil edilmiş bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir.

47. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum müdafiəçisi tərəfindən hazırkı kassasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu şikayət apellyasiya instansiyası məhkəməsinə verilmiş, apellyasiya məhkəməsi də apellyasiya protesti və apellyasiya şikayəti əsasında işə baxarkən Məhkum müdafiəçisinin hazırki kassasiya şikayətində qeyd edilən dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını ətraflı yoxlay ıb, Məhkum Azərbaycan Respublikası CM-in 313 və 320.2-ci maddələrinin dispozisiyasından və cinayət qanununun Ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum əməlində Cinayət Məcəlləsinin həmin maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin olması, bu maddələr ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, yəni cinayət prosessual qanunun 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

48. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası Məhkum müdafiəçisinin kassasiya şikayətinin onun Azərbaycan Respublikası CM-in 313 və 320.2-ci maddələri ilə təqsirli bilinməsinin mübahisələndirilməsinə dair dəlilləri ilə razılaşmaq üçün əsas tapmır.

49. Yekunda, məhkəmə kollegiyası qeyd edir ki, Cinayət-Prosessual Məcəllənin 3 9.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə bəraətverici əsaslarla xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə bəraətverici əsaslarla xitam verilməlidir).

50. Qeyd edilənlərə əsaslanmaqla məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiya məhkəməsinin Məhkum Azərbaycan Respublikası CM-in 195.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi barədə verdiyi hökmün əsassız hesab edilməsi mümkündür, bu səbəbdən əməlində cinayət tərkibi olmadığından, həmin hissədə Məhkum barəsində cinayət təqibinə xitam verilməlidir.

51. Nəticə etibarilə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayə t Kollegiyasının Məhkum barəsində olan 21 may 2024-cü il tarixli, 1(103)-1177/2024 nömrəli hökmü Məhkum CM-in 195.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair hissədə ləğv edilməli, əməlində cinayət tərkibi olmadığından, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 195.2-ci maddəsi üzrə başlanılmış cinayət təqibinə xitam verilməli, Məhkum üzərində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 may 2024-cü il tarixli, 1(103)-1177/2024 nömrəli hökmü ilə CM-in 313-cü maddəsi ilə təyin edilmiş 2000 (iki min) manat məbləğində cərimə cəzası və CM-in 320.2-ci maddəsi ilə təyin edilmiş 1500 (bir min beş yüz) manat məbləğində cərimə cəzası CM-in 66.2-ci maddəsinə əsasən qismən toplanılmaqla 30 00 (üç min) manat həddində qəti cəza təyin edilməli, hökm kassasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti qismən təmin edilməli, kassasiya protesti isə təmin edilməməlidir.

52. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.4cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 21 may 2024-cü il tarixli, 1(103)-1177/2024 nömrəli hökmü Məhkum CM-in 195.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair hissədə ləğv edilsin. Əməlində cinayət tərkibi olmadığından, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 195.2-ci maddəsi üzrə başlanılmış c inayət təqibinə xitam verilsin. Məhkum üzərində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 may 2024-cü il tarixli, 1(103)-1177/2024 nömrəli hökmü ilə CM-in 313-cü maddəsi ilə təyin edilmiş 2000 (iki min) manat məbləğində cərimə cəzası və CM-in 320.2-ci maddəsi ilə təyin edilmiş 1500 (bir min beş yüz) manat məbləğində cərimə cəzası CM-in 66.2-ci maddəsinə əsasən qismən toplanılmaqla 3000 (üç min) manat həddində müəyyən edilsin. Hökm kassasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti qismən təmin edilsin. Kassasiya protesti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar