Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2313/2024 25.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi) və Yusifov Şahin Yaşar oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun Məhkum və onun müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Həsənov Fəxrəddin Cəfi oğlunun iştirakları ilə xx xxxxxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünv an 1 ünvanında qeydiyyatda olan və yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 182.2.1 və 182.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 mart 2024-cü il tarixli 1(103)-688/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli 1(101)-260/2024 nömrəli hökmü ilə (hakimlər: S.A.Məmmədzadə (sədrlik edən), Ə.İ.Məmmədov və A.Ə.Məcidov) Məhkum - Azərbaycan Respublikası CM-in 182.2.1 və 182.2-ci maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvə li 7 fevral 2023-cü il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs CM-in 182.2.1 və 182.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuşdur. Məhkəmənin həmin hökmündən məhkumlar tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 mart 2024cü il tarixli 1(103)-688/2024 nömrəli qərarı ilə (hakimlər: A.V.Tanrıverdiyev (sədrlik edən), Q.X.Babayev və H.H.Əhmədov) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli 1(101)-260/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum təqsirləndirilir ondan ötrü ki, o, qeyri-rəsmi ər-arvad kimi yaşadığı Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında Zərərçəkmiş şəxs yarı çılpaq halda olan görüntülərini və fotoşəkillərini əldə etdikdən sonra onun ailə üzvlərinə göstərməklə, yaşadığı məhəllədə yaymaqla, o cümlədən “İnstagram” və digər internet sosial şəbəkələrində yerləşdirib, həmin rüsvayedici məlumatları yayacağı hədəsi ilə 3.000 manat pul vəsaitini hədə-qorxu ilə tələb edib 15 noyabr 2022-ci il tarixdə saat 03 radələrində ünvan 2 ünvanda yerləşən binanın qarşısında 600 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1.020 manat, 15 noyabr 2022-ci il tarixdə saat 20 radələrində Bakı Metropolitenin Xətai rayonu, M.Hadi küçəsində yerləşən “Həzi Aslanov” stansiyası yaxınlığında 500 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəs i ilə 850 manat pul vəsaitini alaraq vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib, Zərərçəkmiş şəxs ümumilikdə 1.100 (bir min yüz) ABŞ dolları, dövrün məzənnəsi ilə 1.870 (bir min səkkiz yüz yetmiş) manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb edərək ələ keçirmişdir. Bundan başqa o, təkrarən qeyri-rəsmi ər-arvad kimi yaşadığı Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında Zərərçəkmiş şəxs yarı çılpaq halda olan görüntülər və fotoşəkillərini əldə etdikdən sonra ailə üzvlərinə göstərməklə, yaşadığı məhəllədə yaymaqla, o cümlədən “İnstagram” və digər internet sosial şəbəkələrində yerləşdirib, həmin rüsvayedici məlumatları yayacağı hədəsi ilə 1.000 manat pul vəsaitini hədə-qorxu ilə tələb edib 17 noyabr 2022-ci il tarixdə ünvan 3 ünvand a yerləşən binanın 114 nömrəli mənzilindən “Birbank” mobil tətbiqi vasitəsilə Məhkum məxsus "xxxx" ASC tərəfindən verilmiş 4169 7388 1403 6921 nömrəli bank kartına Zərərçəkmiş şəxs köçürdüyü 130 manat pul vəsaitini alaraq Zərərçəkmiş şəxs ümumilikdə 130 manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb edərək ələ keçirmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilən kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 mart 2024-cü il tarixli qərarının dəyişdirilməsi və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin azaldılması xahiş olunur. Məhkum hesab edir ki, himayəsində iki azyaşlı uşağının olması və törətdiyi əməldən səmimi peşman olması nəzərə alınmaqla cəzası yüngülləşdirilməlidir. İş kassasiya instansiya məhkəməsində baxıl an zaman Məhkum ərizə ilə müraciət edərək tərəfindən verilmiş kassasiya şikayətini geri götürmək arzusunda olduğunu bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, verilmiş ərizənin təsdiq etməsi ilə bağlı Məhkum, ərizənin təmin edilməsi ilə bağlı müdafiəçi F.Həsənovun və dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti məhkum tərəfindən geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əl avələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 mart 2024-cü il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərba ycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara alır: Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 mart 2024-cü il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-2313/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2313/2024
25.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver