Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2313/2025 13.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hüseynov Zaur Nazim oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Yusifov Şahin Yaşar oğlundan ibarət tərkibdə, İbişova Səbinə Şirazi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1 iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Xaçmaz şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, ali təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə t əqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 10 iyul tarixli 1(105)-24/2024 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 2023-cü il 30 avqust tarixli 1(124)268/2023 nömrəli hökmü ilə (hakimlər H.Əliyev (sədrlik edən və məruzəçi) F.Hümbətov və A.Rzayeva) Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddətin, CM-in 69.3-cü maddəsinə əsasən azadlıqdan məhr um etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş cəzasından çıxılması və üzərində 7 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının xx.xx.2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin qətimkan tədbiri, maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Hökmdən məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 14 mart tarixli 1(105)-24/2024 nömrəli qərarı ilə (hakimlər A.İsmayılov (sədrlik edən və məruzəçi), R.Əsgərova və R.Ağayev) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Mə hkəməsinin 2023-cü il 30 avqust tarixli 1(124)-268/2023 nömrəli hökmü dəyişdirilmiş, Məhkum CM-in 234.4.3-cü maddəsi ilə təyin olunmuş 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 6 ilə endirilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılmış və onun üzərində 5 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 14 mart tarixli 1(105)-24/2024 nömrəli qərarından məhkumun müdafiəçisi tərəfindən kassasiya şikayəti və dövlət ittihamçısı tərəfindən kassasiya prot esti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 07 iyun tarixli 1(102)-1599/2024 nömrəli qərarı ilə (hakimlər T.Muxtarov (sədrlik edən və məruzəçi), Ə.Novruzov və R.Abdulov) kassasiya protesti və kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 14 mart tarixli 1(105)-24/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 2024-cü il 14 mart tarixli 1(105)-24/2024 nömrəli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 15 may tarixli 1(102)-721/2025 nömrəli qərarı ilə (hakimlər İ.Qılıcov (sədrlik edən və məruzəçi), V.Cəfərov və İ.Rəcəbov) S umqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 14 mart tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılmış və cinayət prosessual qanunvericiliyinin tələblərinin yerinə yetirilməsi üçün cinayət işi apellyasiya instansiyası məhkəməsinə geri qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 10 iyul tarixli 1(105)-24/2024 nömrəli qərarı ilə (hakimlər R.Ağayev (sədrlik edən), R.Əsgərova və E.Məmmədov) Məhkum həmin məhkəmənin 2024-cü il 14 mart tarixli 1(105)-24/2024 nömrəli qərarından vermiş olduğu kassasiya şikayəti baxılmamış saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 10 iyul tarixli 1(105)-24/2024 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfind ən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkum tərəfindən yenidən kassasiya şikayəti verilməsi işin əsassız uzadılmasına gətirib çıxarma kimi dəyərləndirilməməli və hazırkı şikayətin baxılmamış saxlanılması onun hüquqlarının pozulması və məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Cinayət prosessual qanunvericilik məhkum edilmiş şəxsə apellyasiya instansiyası məhkəməsinin yekun qərarından kassasiya şikayəti vermək hüququ verir. Bu hüquq məhdudlaşdırıla bilən hüquq deyil. Məhkumun müdafiəçisinin eyni qərardan kassasiya şikayəti verməsi, kassasiya şikayətinin təmin olunmaması, özünün həmin kassasiya şikayətinə baxılmasında iştirak edib-etməməsi, onu kassasiya şikayəti vermək hüququndan məhrum etmir. Çünki, Ali Mə hkəmənin qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı müdafiəçinin şikayətinə və dövlət ittihamçısının protestinə münasibətdə dəyişdirilmədən saxlanılıb. Bu o demək deyildir ki, məhkəmə həmin qərara yenidən baxa və onu ləğv edə, dəyişdirə bilməz. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 10 iyul tarixli 1(105)-24/2024 nömrəli qərarının ləğv olunması və kassasiya şikayətinin icraata qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya mür aciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyi şdirməyə haqlıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını öyrənib hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya instansiya məhkəməsi Məhkum tərəfindən verilmiş kassasiya şikayətini baxılmamış saxlamaqla düzgün qənaətə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-in 408-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti bu Məcəllədə nəzərdə tutulmuş qaydada və hallarda apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarlardan verilə bilər. CPM-in 409-cu maddəsində kassasiya şikayəti və ya kassasiya protesti vermək hüququ olan şəxslərin əhatəsi müəyyən edilmişdir. Kassasiya şikayəti vermək hüququna aşağıdakı şəxslər malikdirlər (409.1): 409.1.1. məhkum edilmiş, bəraət almış təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya qanuni nümayəndəs i; 409.1.2. zərər çəkmiş şəxs (xüsusi ittihamçı), onun qanuni nümayəndəsi və ya nümayəndəsi; 409.1.3. mülki iddiaçı, mülki cavabdeh, onların qanuni nümayəndələri və ya nümayəndələri. 409.1.4. Barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxsin müdafiəçisi və ya qanuni nümayəndəsi, xəstəliyin xüsusiyyəti ona öz hüquqlarından istifadə etməyə mane olmadıqda isə həmin şəxsin özü. 409.1.5. barəsində tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilmiş və ya qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilmiş yetkinlik yaşına çatmayan şəxsin özü, onun qanuni nümayəndəsi və ya müdafiəçisi; 409.1.6. barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilmiş hüquqi şəxsin nümayəndəsi və ya müdafiəçisi. CPM-in 409.2-ci maddəsinə əsasən məhkum edilmiş təqsirləndirilən şəxs, onun müdafiə çisi və ya qanuni nümayəndəsi yalnız məhkumun mənafelərinə aid hissədən kassasiya şikayəti vermək hüququna malikdir. Cinayət işinin materiallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 14 mart tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş kassasiya şikayəti xx.xx.2024-cü il tarixdə Məhkum saxlanıldığı cəzaçəkmə müəssisəsinə göndərilmiş, qeyd edilən kassasiya şikayəti Ali Məhkəmənin icraatında olarkən kassasiya şikayəti və kassasiya protestinin baxılmasının vaxtı barədə proses iştirakçılarına, o cümlədən Məhkum cəza çəkdiyi cəzaçəkmə müəssisəsi vasitəsilə bildirilmiş olsa da, sonuncu kassasiya icraatında iştirak etmək arzusunu bildirməmiş və Ali Məhkəmənin Cinayət kollegiyasının 2024-cü il 07 iyun tarixli 1(102)-1599/2024 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 14 mart tarixli qərarından verilmiş kassasiya şikayəti və kassasiya protesti təmin edilmədən, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qərarından məhkum edilmiş şəxsin mənafeyi baxımından müdafiəçi tərəfindən artıq bir dəfə kassasiya şikayəti verildiyindən və məhkumun mövqeyi müdafiəçi tərəfindən faktiki təqdim olunduğundan, lakin həmin şikayət Ali Məhkəmənin qərarına əsasən təmin edilməyib, qərar qüvvədə saxlanıldığından, apellyasiya məhkəməsinin həmin qərarından növbəti dəfə məhkum edilmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinin baxılması yolverilməzdir. Belə ki, müd afiəçi əvvəlki kassasiya icraatı mərhələsində məhkumun mənafeyinə yönəlmiş bütün arqumentlərini təqdim etmiş, onun dəlilləri kassasiya instansiya məhkəməsi tərəfindən qiymətləndirilmiş və yekunda şikayət təmin edilməmişdir. Bundan sonra eyni mövqedən çıxış edən məhkumun təkrar verdiyi şikayətin qəbul edilməməsi məhkəmə qərarının sonsuz mübahisələndirilməsinin qarşısının alınması kimi qiymətləndirilməli, məhkəməyə müraciət hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilməməlidir. Əks yanaşma, yəni eyni qərardan məhkumun, onun bir və ya bir neçə müdafiəçisinin, qanuni nümayəndəsinin hər dəfə ayrı-ayrılıqda verdiyi kassasiya şikayətlərinin icraata qəbul edilərək baxılması hüquqi müəyyənlik prinsipinin pozulmasına, işin əsassız uzadılmasına, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə min miş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirə bilər. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 10 iyul tarixli 1(105)-24/2024 nömrəli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 10 iyul tarixli 1(105)-24/2024 nömrəli q
Məhkəmə qərarları › İş №1(102)-2313/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2313/2025
13.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver