Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2314/2023 07.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X10 (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X6, Məhkumlar Məhkum və Təqsirləndirilən şəxs2 müdafiəçisi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Məhkum və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 yanvar 2023-cü il tarixli, 1(107)29/2023 nömrəli qərarından məhkumlar Məhkum və Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxx 1989-cu ildə Yevlax şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, təhsilsiz, Yevlax şəhər Neft Kəməri küçəsində qeydiyyatda olmaqla yaşamışdır.
2. Məhkum Təqsirləndirilən şəxs2 xx xxxx 1991-ci ildə Yevlax şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamışdır.
3. Birinci in stansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum əvvəllər tanıdığı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq istintaqla müəyyən edilməyən mənbədən və vaxtda 530,766 qram külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edərək həmin psixotrop maddə olan metamfetamindən 3,355 qram külli miqdarda psixotrop maddə olan metamfetamini üzərində, 520 qram külli miqdarda psixotrop maddə olan metamfetamini özünə məxsus olan “Tofas Sahin” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön cihazlar panelinin sağ aşağı hissəsindəki saxlanc yerində, 4,936 qram külli miqdarda psixotrop maddə olan metamfetamini X4 üzərində, 2,475 qram külli miqdarda psixotrop maddə olan metamfetamini Təqsirləndirilən şəxs2 üzərində saxlamış, qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin külli miqdarda olan psixotrop maddələri Yevlax rayon Nərimanabad kəndinin ərazisində yerləşən “Göyəzən” kafesinin qarşısına daşıyaraq orada istintaqla müəyyən edilməyən şəxsə satmaq məqsədilə 13 fevral 2022-ci il tarixdə saat 19 radələrində Yevlax şəhəri ərazisindən özünə məxsus olan avtomobilə əyləşərək idarə etməklə 3,355 qram külli miqdarda psixotrop maddə olan metamfetamini üzərində, 520 qram külli miqdarda psixotrop maddə olan metamfetamini həmin avtomobilin ön cihazlar panelinin sağ aşağı hissəsindəki saxlanc yerində, 4,936 qram külli miqdarda psixotrop maddə olan metamfetamini X4 üzərində, 2,475 qram külli miqdarda psixotrop maddə-metamfetamini Təqsirləndiril ən şəxs2 üzərində saxlamaqla Yevlax rayon Nərimanabad kəndinin ərazisində yerləşən “Göyəzən” kafesinin qarşısına daşımış, 13 fevral 2022-ci il tarixdə saat 1900 -da Məhkum və Təqsirləndirilən şəxs2 psixotrop maddələri qanunsuz saxlamada şübhəli bilindiyinə görə Nərimanabad kəndinin ərazisində yerləşən “Göyəzən” kafesinin qarşısında “Tofas Sahin” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilib orada Təqsirləndirilən şəxs1 üzərində həmin günü saat 1950 -dən saat 2004 -dək müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində əynindəki şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə olan Məhkum və Təqsirləndirilən şəxs2 ilə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı 4,936 qram külli miqdarda psixotrop maddə metamfetamin, Məhkum üzərinə həmin günü saat 2130-dan saat 2448-dək müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində əynindəki şalvarın sol yan cibindən bir ədəd sellofan bükümdə olan X4 və Təqsirləndirilən şəxs2 ilə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı 3,355 qram külli miqdarda psixotrop maddə olan metamfetamin, Təqsirləndirilən şəxs2 üzərində həmin günü saat 2250 -dən saat 2306 -dək müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində əynindəki şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı 2,475 qram külli miqdarda psixotrop maddə olan metamfetamin, Məhkum məxsus “Tofas Sahin” markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilə 14 fevral 2022-ci ildə saat 0010 -dan 0031-dək olan müddətdə yuxarıda adları qeyd edilən şəxslərin və müdafiəçilərin iştirakı ilə video çəkilişlə keçirilmiş baxış zamanı avtomobilin ön cihazlar panelinin sağ aşağı hissəsindəki saxlanc yerində Məhkum X4 və Təqsirləndirilən şəxs2 ilə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı 520 qram külli miqdarda olan psixotrop maddə metafetamin və üzərində cuzi miqdarda metamfetamin və heroin hissəcikləri olan 02 ədəd elektron tərəzi aşkar olunaraq qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür.
4. Həmçinin, Təqsirləndirilən şəxs2 əvvəllər tanıdığı Məhkum və Təqsirləndirilən şəxs1 ilə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq istintaqla müəyyən edilməyən mənbədən və vaxtda 530,766 qram külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edərək həmin psixotrop maddə olan metamfetamindən 2,475 qram külli miqdarda psixotrop maddə olan metamfetamini üzərində, 520 qram külli miqdarda psixotrop maddə olan metamfetamini Məhkum məxsus olan “Tofas Sahin” markalı 02- BL-526 dövlət qeydiyyat nişanlı avtomobilin ön cihazlar panelinin sağ aşağı hissəsindəki saxlanc yerində, 4,936 qram külli miqdarda psixotrop ma ddə olan metamfetamini Təqsirləndirilən şəxs1 üzərində, 3,355 qram külli miqdarda psixotrop maddə olan metamfetamini Məhkum üzərində saxlamış, qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin külli miqdarda psixotrop maddələri Yevlax rayon Nərimanabad kəndinin ərazisində yerləşən “Göyəzən” kafesinin qarşısına daşıyaraq orada istintaqla müəyyən edilməyən şəxsə satmaq məqsədilə 13 fevral 2022ci il tarixdə saat 19 radələrində Yevlax şəhəri ərazisindən Məhkum məxsus olan və sonuncunun idarə etdiyi avtomobilə əyləşərək 2,475 qram külli miqdarda psixotrop maddə olan metamfetamini üzərində, 520 qram külli miqdarda psixotrop maddə olan metamfetamini həmin avtomobilin ön cihazlar panelinin sağ aşağı hissəsindəki saxlanc yerində, 4,936 qram külli miqdarda psixotrop maddə olan metamfetamini Təqsirləndirilən şəxs1 üzərində, 3,355 qram külli miqdarda psixotrop maddə olan metamfetamini Məhkum üzərində saxlamaqla Yevlax rayon Nərimanabad kəndinin ərazisində yerləşən “Göyəzən” kafesinin qarşısına daşımış, 13 fevral 2022-ci il tarixdə saat 1900 -da Təqsirləndirilən şəxs2, Məhkum və Təqsirləndirilən şəxs1 psixotrop maddələri qanunsuz saxlamada şübhəli bilindiyinə görə Nərimanabad kəndinin ərazisində yerləşən “Göyəzən” kafesinin qarşısında “Tofas Sahin” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilib, orada X1 üzərində həmin günü saat 1950 -dən saat 2004 - dək müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində əynindəki şalvarın sağ yan cibindən bir ədəd s ellofan bükümdə olan Məhkum və Təqsirləndirilən şəxs2 ilə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı 4,936 qram külli miqdarında psixotrop maddə olan metamfetamin, Məhkum üzərinə həmin günü saat 2130-dan saat 2448-dək müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində əynindəki şalvarın sol yan cibindən bir ədəd sellofan bükümdə olan Məhkum və Təqsirləndirilən şəxs2 ilə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı 3,355 qram külli miqdardapsixotrop maddə olan metamfetamin, Təqsirləndirilən şəxs2 üzərində həmin günü saat 2250-dən saat 2306-dək müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi ax tarış nəticəsində əynindəki şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə olan Məhkum və Təqsirləndirilən şəxs1 ilə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı 2,475 qram külli miqdarda psixotrop maddə olan metamfetamin, Məhkum məxsus “Tofas Sahin” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilə 14 fevral 2022-ci ildə saat 0010 -dan 0031 -dək olan müddətdə yuxarıda adları qeyd edilən şəxslərin və müdafiəçilərin iştirakı ilə video çəkilişlə keçirilmiş baxış zamanı avtomobilin ön cihazlar panelinin sağ aşağı hissəsindəki saxlanc yerində Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 və Məhkum ilə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə edib saxlaya raq daşıdığı 520 qram külli miqdarda psixotrop maddə olan metafetamin və üzərində cuzi miqdarda metamfetamin və heroin hissəcikləri olan 02 ədəd elektron tərəzi aşkar olunaraq qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür.
5. Şəki Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 1(091)-158/2022 nömrəli hökmü ilə (sədrlik edən hakim: X14, hakimlər: X11 (məruzəçi) və X12) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 13 fevral 2022-ci il tarixdən 15 fevral 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) gü n müddət ona təyin olunan cəzadan çıxılmaqla Məhkum qəti olaraq 06 (altı) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, həmçinin Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 13 fevral 2022-ci il tarixdən 15 fevral 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) gün müddətin ona təyin olunan cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 06 (altı) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, eyni zamanda hər i ki Məhkum və Təqsirləndirilən şəxs2 cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmələri, cəza çəkmə müddətlərinin başlanğıcının həbsə alındıqları 20 oktyabr 2022-ci il tarixdən hesablanması, barələrində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin həbs qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalında həbs edilmələri, barələrində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, onların narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkdiklərinə görə barələriində narkomaniyadan məcburi müalicə şəklində tibbi xarakterli məcburi müalicə təyin edilməsi, yaşadıqları yer üzrə ərazi narkoloji kabinetdə qeydiyyata alınmaları hökm edilm iş, hökmlə həmçinin digər təqsiləndirilən şəxslərin məsuliyyət məsələləri, maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.
6. Hökmdən məhkum edilmiş şəxslər Məhkum və Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 tərəfindən apellyasiya şikayəti verilmişdir.
7. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 yanvar 2023-cü il tarixli, 1(107)-29/2023 nömrəli qərarı ilə (hakimlər X2 (sədrlik edən və məruzəçi), X8 və X5 ibarət tərkibdə) Məhkum və Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, iş üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(091)-158/2022 nömrəli hökmünün verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
8. Şəki Apellyasiya Mə hkəməsinin Cinayət kollegiyasının 17 yanvar 2023-cü il tarixli, 1(107)-29/2023 nömrəli qərarından məhkumlar Məhkum və Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. II. Kassasiya şikayətlərinin dəlilləri və etirazlar:
9. Məhkumlar Məhkum və Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 hər iki kassasiya şikayətlərinin dəlilləri qismində bir sıra qanunvericilik normalarına və cinayət işi materiallarına istinadlar edərək qeyd etmişdir ki, məhkəmə ədalətinə sığınaraq cinayət işinin ədalətli araşdırılmasını, etmədikləri əmələ görə əsassız olaraq məsuliyyətə cəlb edildiklərini məhkəmənin nəzərinə çatdırır, hesab edir ki, məhkəmə məhkumlar Məhkum və Təqsirləndirilən şəxs2 barəsində obyektiv araşdırma aparmadan qərar qəbul etmişdir. Onl ar təqsirsizdir. Etmədikləri bir əmələ görə məsuliyyətə cəlb edilmişlər. Qeyd olunan heç bir narkotik vasitənin onlara məxsus olmadığını bildirmişlər. Bu səbəbdən də, məhkəmənin ədalətinə inanaraq etmədikləri bir əmələ görə məsuliyyətə cəlb edildiklərini bildirmişlər. Bu səbəbdən, qanunsuz olaraq həbs edilmiş məhkumlar Məhkum və Təqsirləndirilən şəxs2 bəraətini istəyir.
10. Kassasiya şikayətlərinin müəllifi məhkəmə kollegiyasından Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 yanvar 2023-cü il tarixli, 1(107)-29/2023 nömrəli qərarının ləğv edilməsini, məhkumlar Məhkum və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri AR CM-in 234.41 və 234.4.3-cü maddələri ilə bəraət verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayətlərinə qarşı etiraz verilməmişdir.
12. Qərardan kassasiya protesti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:
13. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən məhkumlar Məhkum və Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətlərini müdafiə edərək, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.
14. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı kassasiya şikayətlərinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər
15. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
16. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil e tdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
17. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət prosessual qanunları normalarının düzgün tətbiq edilib- edilməməsi məsələlərinə öz münasibətini bildirir.
18. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
19. Məhkumlar Məhkum və Təqsirləndirilən şəxs2 müdafiəçisi, onların təqsirli bilindikləri AR CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə olan əməllərinin hüquqi tövsifinin doğruluğunu mübahisələndirmiş, məhkumların təqsirliliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutların təşkil etməsini, lakin birinci instansiya və apellya siya instansiyalarında sübutların tədqiqindən əsassız imtina olunduğunu qeyd edərək tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2, 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.
20. Odur ki, kollegiya məhkumlar Məhkum və Təqsirləndirilən şəxs2 müdafiəçisinin kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 yanvar 2023-cü il tarixli, 1(107)-29/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
21. Azərbaycan Respublikası Cin ayət Prosessual Məcəlləsinin 145.1-ci maddəsində təsbit olunmuşdur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.
22. Həmin Məcəllənin 351.2-ci maddəsində qanunverici qeyd edir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Əlaqəli şəkildə həmin Məcəllənin 351.3-cü maddəsi təqsirləndirilən şəxsin cinayət törədilməsində təqsirini təqsirsizlik prezumpsiyası rəhbər tutulmaqla, bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, məhkəmə istintaqında tədqiq edi lmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh etmək şərtilə sübuta yetirilmiş hesab edir.
23. Cinayət Prosessual Məcəllənin 412.3-cü maddəsinə əsasən, kassasiya şikayəti və ya kassasiya protestinə həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər.
24. Məhkəmə kollegiyası məhkumlar Məhkum və Təqsirləndirilən şəxs2 barələrində cinayət işi üzrə sübutların məhkəmə tərəfindən Cinayət Prosessual Məcəllənin 143— 146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq olunmamasına dair arqumentini əsassız hesab edir.
25. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmu ş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
26. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
27. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
28. Apellyasiya instansiya məhkəməsi sübutları bir daha ayrı-ayrılıqda və məcmu h alında qiymətləndirərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumlar Məhkum və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmələri haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplayıb, bu sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıb qiymətləndirərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlmişdir. İttiham olunduqları cinayət əməllərini törətmələri məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olunduğu üçün, məhkumlar Məhkum və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş v ə onlar, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişlər.
29. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr məhkumlar Məhkum və Təqsirləndirilən şəxs2 müdafiəçisinin apellyasiya şikayətlərində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətlərində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin məhkumlar Məhkum və Təqsirləndirilən şəxs2 cinayət əməllərinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün ə sas görmür.
30. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin məhkumlar Məhkum və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməllərinin tövsifinə və onlara təyin edilən cəzaya dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.
31. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edən məhkumlar Məhkum və Təqsirləndirilən şəxs2 müdafiəçisinin və dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 yanvar 2023-cü il tarixli, 1(107)29/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda qeyd edilənlərə əsaslanaraq v ə Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 yanvar 2023-cü il tarixli, 1(107)29/2023 nömrəli qərarı məhkumlar Məhkum və Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayətləri təmin edilməsin.