Məhkəmə qərarları › İş №1(102)-2314/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2314/2025

06.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2314/2025 06.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əhmədov Səfər Əhməd oğlunun, Məhkum iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-705/2024 nömrəli, 23 oktyabr 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qə rarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxx-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, taksi sürücüsü işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 20 dekabr 2023-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 19 yanvar 2024-cü il tarixdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Mə hkum 01 iyul 2023-cü il tarixdə, saat 21:25:11-də BC kateqoriyalı, AC seriyalı, 208933 nömrəli sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “X5” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Koroğlu küçəsi ilə 31 km/saat sürətlə hərəkət edib, Koroğlu küçəsi ilə Bədəlbəyli küçələrinin kəsişməsində yerləşən yolayrıcından idarə etdiyi avtomobillə hərəkətini Bədəlbəyli küçəsi istiqamətində davam etdirərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni svetoforun yaşıl işığında qarşıdan əks istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs2 idarə etdiyi “X6” markalı, **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolayrıcına yaxınlaşmasını nəzərə almadan, i darə etdiyi avtomobili qarşı sol hərəkət hissəsinə çıxartmayıb yolayrıcında sola doğru dönmə əməliyyatına başlamamaqla, eləcə də qarşıdan əks istiqamətdə hərəkətdə olan “X6” markalı avtomobilə yol verib, bundan sonra sola dönmə əməliyyatına başlamaqla hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, heç bir tədbir görmədən hərəkətini davam etdirərək yol hərəkəti istismarı qaydalarını pozmuş, nəticədə ehtiyatsızlıqdan idarə etdiyi “X5” markalı avtomobilin sağ qabaq hissəsinin, qarşıdan əks istiqamətdə hərəkətdə olan “X6” markalı avtomobilin sol qabaq hissəsi ilə toqquşmasına səbəb olub idarə etdiyi avtomobilin sərnişini Zərərçəkmiş şəxs1 sol said sümüklərinin distal ucunun qəlpəli yerdəyişən, sağ əlin V barmağının əsas falanqasının qapalı yerdəyişən sınıqları, əlin arxaya çıxığı ki mi zərərçəkmiş şəxin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya, “X6” markalı avtomobilin sürücüsü Cəmil Cəmilinin sol əlin V əldaraq sümüyünün yerdəyişən qeyri stabil sınığı, sol bazu və dizin yumşaq toxumalarının şişkinlik fonunda əzilməsi, sol diz oynağının ön səthinin yarası, bel nahiyəsinin kəsilmiş yarası kimi zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya, sərnişini Zərərçəkmiş şəxs3 sol bud sümüyünün burmalardan keçən qapalı yerdəyişən sınığı kimi zərərçəkmiş şəxin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya, idarə etdiyi “X5” markalı avtomobil in digər sərnişinləri Zərərçəkmiş şəxs4 başın küt travması, baş beyin ödemi, sağ gözün bayır bucağının yarası, burun sümüyünün yerdəyişən sınığı, hər iki göz ətrafının qançırı, sağ təpə nahiyəsinin, burun belinin sağ hissəsinin, sağ diz oynağının bayır səthinin, sol diz oynağının iç səthinin, sol baldırın 1/3-nin sıyrıqları kimi yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya və Zərərçəkmiş şəxs5 başın küt travması, baş beyinə qansızma, sağ gicgah-təpə nahiyəsinin dərialtı hematoması, sağ süd vəzisinin iç yuxarı kvadrantının, sağ bazunun orta 1/3 hissəsinin bayır səthinin qançırları kimi yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən xəsarətlər yetirib, Zərərçəkmiş şəxs4 almış olduğu xəsarətlər fonunda baş beyinin ödemindən ölümünə sə bəb olan və Zərərçəkmiş şəxs5 başın küt travması nəticəsində baş beyinə qansızmadan ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir.

5. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-445/2024 nömrəli, 06 sentyabr 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 16 sentyabr 2023cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Hökmdən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Əzizov Azə r Mirzə oğlu apellyasiya şikayəti verib, hökmün dəyişdirilməsi, Məhkum edildiyi maddə üzrə sanksiyada nəzərdə tutulan ən aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir.

7. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-705/2024 nömrəli, 23 oktyabr 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-445/2024 nömrəli, 06 sentyabr 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Kassasiya şikayətində göstərilmişdir ki, məhkəmələr tərəfindən qərar verilərkən cəzanın təyin edilməsinə dair cinayət qanunu normalarına lazımi qaydada əməl olunmamış, cəzanın müəyyən edilməsinə təsir göstərə bilən halların tam və hərtərəfli araşdırılması təmin edilməmişdir. Məhkuma cəza təyin edilərkən onun şəxsiyyətinə, törədilmiş cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəza təyin etmənin ümumi prinsiplərinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında göstərilən tövsiyələrə, eləcə də sosial ədalətin bərpasına xidmət edən hallara lazımi qiymət verilməmiş, nəticədə qanuni və ədalətli cəza təyin edilməmişdir. Göstərilənlərə əsasən işin obyektiv və hərtərəfli araşdırılması və məhkum barəsində ədalətli qərarın qəbul edilməsi xahiş edilir.

10. Kass asiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual nor malara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin ə saslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Məhkum kassasiya şikayətində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.6 və 416.1.15-ci maddələrinə istinad etsə də, lakin kassasiya şikayətinin dəlillərindən görünür ki, o, ona təyin edilmiş cəzanın ağır olduğunu iddia edib, kassasiya xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)705/2024 nömrəli, 23 oktyabr 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərb aycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).

18. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

19. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

20. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi və islah məqsədləri daxildir (Vinter və Başqaları Birləmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il).

22. Təsvir edilən maddi hüquq normaların məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Avropa Məhkəməsinin şərhindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakt eri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

23. Məhkum daha yüngül cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini yuxarıda istinad edilənlərlə müqayisədə nəzərdən keçirən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin müvafiq mövqeyi ilə razılaşır və hesab edir ki, mübahisələndirilən qərar bu hissədə maddi cinayət-hüquqi normalara uyğundur.

24. Belə ki, baxılan cinayət işinin materiallarından göründüyü kimi, Məhkum ehtiyatsızlıqdan zərərçəkm iş şəxslərin sağlamlığına az ağır zərər vurulmasına və iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə (yol hərəkəti qaydalarını pozmaqda) təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

25. Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsində göstərilən cinayətə görə əsas cəza qismində beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərə tutulmuşdur.

26. Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələri isə cəzaçəkmə yeri kimi ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum edilmiş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrini, b eş ildən artıq müddətə azadlıqdan məhrum edilmiş şəxslər üçün isə ümumi rejimli cəzaçəkmə müəssisələrini müəyyən edir.

27. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi bu maddə ilə təqsirli bilinən şəxslərə beş il və beş ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etmək (seçim etmək) imkanlarını nəzərdə tutduğundan, təyin olunmuş cəza müddətindən asılı olaraq, cəzaçəkmə yeri qismində onlara ümumi rejimli cəzaçəkmə müəssisəsi və yaxud ondan daha mülayim saxlanma şərtləri olan, o cümlədən şəxsin cəzaçəkmə müəssisəsindən kənarda olmaqla sərbəst hərəkət etməsini mümkün edən məntəqə tipli cəzaçəkmə müəssisəsi təyin edilə bilər.

28. Bir tərəfdən cinayət qanunu normasında bu cür seçim etmək (şəxsi 5 il müddətə cəza təyin edib məntəqəyə göndərmək və ya 5 ildən artı q müddətə cəza təyin edib ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərmək) imkanının mövcudluğu, digər tərəfdən isə Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində cinayət cəzasının məhkumun islah edilməsini, sosial ədalətin bərpasını, özü və digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasını təmin etməli olan cinayət-hüquqi tədbir kimi təsbit edilməsi onu deməyə əsas verir ki, Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə təqsirli bilinən şəxsə təyin olunan cəzanın Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin nəzərdə tutduğu cəzanın məqsədlərini təmin edə bilibbilməyəcəyini düzgün qiymətləndirmək üçün yalnız cəzanın müddətindən çıxış etmək kifayət etmir, bu zaman həmin cəzanın hansı növ cəzaçəkmə müəssisəsində çəkilməli olduğuna da əhəmiyyət verilm əlidir.

29. Çünki, məntəqə tipli cəzaçəkmə müəssisəsində və ümumi rejimli cəzaçəkmə müəssisəsində məhkumların saxlanılma şərtləri, xüsusilə də şəxsin azadlıq hüququna və sərbəst hərəkət etmək imkanlarına qoyulan məhdudiyyətlərin dərəcəsi arasında ciddi fərq olduğundan (məntəqə tipli cəzaçəkmə müəssisəsində olan şəxs üçün hətta müəssisədən kənarda sərbəst hərəkət etmək imkanı nəzərdə tutulduğundan), konkret təqsirkarın şəxsiyyətini səciyyələndirən hallardan asılı olaraq, bir məhkum üçün - onun islah edilməsi perspektivləri baxımından - məntəqə tipli cəzaçəkmə müəssisəsi yetərli olduğu halda, digər məhkumun islah edilməsi, onun tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün həmin növ müəssisənin qaydaları və qoyduğu məhdudiyyətlər kifayət etməyə, onun azadlığının daha c iddi şəkildə məhdudlaşdırılması tələb oluna bilər. Odur ki, belə hallarda cəzanın təyini (təyin olunmuş cəzanın yoxlanılması) məsələlərinə baxılması zamanı təqsirkar şəxs üçün onun islah olunmaq perspektivləri baxımından hansı - ümumi rejimli, yoxsa məntəqə tipli cəzaçəkmə müəssisəsinin daha münasib olması məsələsi təqsirkarın şəxsiyyətini xarakterizə edən hallardan asılı olaraq araşdırılmalı və düzgün həll edilməlidir.

30. Yaxud təqsirkarın törətdiyi cinayətin xarakteri, ictimai təhlükəliliyi, cinayətin törədilmə halları, meydana gətirdiyi ictimai-təhlükəli nəticələr elə məzmun daşıya, ciddi və ağır ola bilərlər ki, cəmiyyətin nəzərində, o cümlədən zərərçəkmiş şəxslərin qohumlarının, yaxınlarının baxışında məhkuma təyin olunmuş, onun məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkməsinə, o cümlədən müəssisədən kənarda olmasına səbəb olmuş cəza obyektiv olaraq sosial ədaləti bərpa etməyən tədbir kimi görünə bilər.

31. Belə olan halda həmin cəza digər şəxslərə münasibətdə də öz xəbərdaredici (çəkindirici) rolunu səmərəli şəkildə yerinə yetirə bilməz.

32. Məhkəmə kollegiyasının bu fikirləri ilə apellyasiya instansiyası məhkəməsinin hazırda mübahisəsi edilən qərarı müqayisə edildikdə isə görünür ki, birinci instansiya məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsinin sanksiyası həddində təyin edilmiş 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasını dəyişdirmədən qüvvəsində saxlayan apellyasiya instansiyası məhkəməsi, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin nəzərdə tutduğu halları və məhkumun islah olunması, sosial ədalətin bərpa edilməsi nin təmin edilməsi, digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması baxımından həmin cəzanın və cəzaçəkmə müəssisəsinin növünün törədilmiş cinayətin xarakterinə, ictimaitəhlükəlilik dərəcəsinə, törədilmə hallarına, meydana gətirdiyi ictimai-təhlükəli nəticələrə uyğun olub-olmadığını lazımınca araşdırmışdır.

33. Cinayətin ictimai-təhlükəliliyini xarakterizə edən həmin halların fonunda apellyasiya instansiyası məhkəməsinin məhkum edilmiş şəxsə cəza təyini məsələsini həll edərkən törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən hallar olaraq himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, cəzasını ağırlaşdıran hallar olmasa da, zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışıq əldə etməməsini, sonuncuların ondan şikayətçi olduqlarını nəzərə alaraq, Məhkum birinci instansiyası məhkəmə tərəfindən təyin edilmiş cəzanı dəyişdirilmədən saxlamış, o cümlədən, cəzanın məhkumun islah edilməsi, sosial ədalətin bərpa edilməsi, digərlərini cinayət törətməkdən çəkindirmək üçün kifayət edibetməməsinə lazımi əhəmiyyət vermiş, nəticədə Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişdir.

34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası həmçinin məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.

35. Belə qənaətə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.

36. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən CinayətProsessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

37. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apell yasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-705/2024 nömrəli, 23 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-705/2024 nömrəli, 23 oktyabr 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar