Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2315/2023 28.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum və onun müdafiəçisi Həsənov Mirzə Nəcəf oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhk əməsinin 16 fevral 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyul 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2022-ci il tarixli hökmü ilə (hakimlər Məcidov Azad Əli Ağa oğlu (sədrlik edən və məruzəçi), Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə) Məhkum, 04 iyun 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməmiş, əvvəllər Rusiya Federasiyası Xantı-Mansiysk Muxdar Dai rəsinin Nijnevartov Şəhər Məhkəməsinin 06 mart 2012-ci il tarixli hökmü ilə Rusiya Federasiyası CM-nin 228.2-ci maddəsi ilə təqsirli bilinərək 50.000 (əlli min) rubl miqdarında cərimə və 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, 29 iyul 2014cü ildə Nijnevartovsk Şəhər Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Azərbaycan Respublikasında məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan marixuananı və külli miqdarda psixotrop maddə olan metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroin, külli miqdarda psixotrop maddə olan metamfetamin və şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan marixuana əldə edib, daşıyaraq yaşadığı ünvan 3 ünvanda saxlamış, 21 avqust 2021-ci il tarixdə saat 19:30-da ünvan 4 ünvanın qarşısında DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılaraq DİN-nin BNMİ-nin inzibati binasına gətirilmiş, üzərin ə şəxsi axtarış keçirilərkən əynindəki şalvarının sağ yan cibindən 1 ədəd bükümdə, külli miqdarda, təmiz çəkisi 14,421 qram, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 1 ədəd bükümdə, külli miqdarda təmiz çəkisi 8,209 qram, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüş, onun razılığı ilə həmin gün saat 22:05-dən etibarən DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının iştirakı ilə yaşadığı mənzilə baxış keçirilərkən mənzilin yataq otağındakı rəfin alt hissəsindən onun satış məqsədilə külli miqdarda qanunsuz olaraq əldə edib saxladığı, xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə saxlanılarkən üzərindən aşkar edilmiş narkotik vasitə ilə eynilik təşkil edən, 1 ədəd bükümdə, külli miqdarda, təmiz çəkisi 270 qram, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə saxlanılarkən üzərindən aşklar edilmiş psixotrop maddə ilə eynilik təşkil edən, 1 ədəd bükümdə, külli miqdarda, təmiz çəkisi 240 qram, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, 1 ədəd polietilin bağlamada şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 360 qram, bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə, qurudulmuş marixuana və 1 ədəd üzərində narkotik vasitə, heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyul 2022- ci il tarixli qərarı ilə (hakimlər Hüseyn Cavid Vaqif oğlu (sədrlik edən və məruzəçi), Abdulov Rəşad Məhərrəm oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2022-ci il tarixli hökmü Məhkum təyin edilmiş cəzaya münasibətdə dəyişdirilmiş, ona CM-nin 234.4.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 8 (səkkiz) ilədək endirilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyul 2022-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: İşin faktiki hallar ını mübahisələndirərək həmin hallar üzrə bir sıra sübutlara istinad edən Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan apellyasiya istansiya məhkəməsi CPM-nin 144-146-cı maddələrinin tələblərini pozaraq, sübutları hərtərəfli və obyektiv yoxlayıb mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməmiş, həmin sübutların elan olunmuş ittihamın düzgün həlli üçün kifayət edib-etməməsinə əhəmiyyət verməmişdir. İstər ibtidai istintaq orqanı, istərsə də məhkəmələr qanunun tələblərinə məhəl qoymayaraq, ancaq Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının tapşırıq və göstərişlərini həyata keçirmişlər. Apellyasiya instansiyası məhkəməsi apardığı məhkəmə istintaqı zamanı əsas faktlardan yayınaraq apelyasiya şikayətində göstərilən dəlilləri araşdırmamış, cinayət təqibin i həyata keçirən ibtidai istintaq orqanının ibtidai araşdırma zamanı gəldikləri nəticələrə əsaslanmaqla cinayət əməlinin sübut olunması qənaətinə gəlmişdir. Həmçinin şikayət müəllifi bildirmişdir ki, 21 avqust 2021-ci i tarixdə saat 19:30-da qardaşı X DİN BNMİ-nin əməkdaşları tərəfindən ünvan 5 ünvanın qarşısında saxlanılmış, daha sonra polis əməkdaşları qanunsuz olaraq onunla birlikdə yaşadıqları mənzilə daxil olaraq qoluna qandal vurmuş, mənzildə qeyri-qanuni axtarış apararkən valideynlərini evdən çıxarmış, daha sonra qardaşı ilə onu qolu qandallı şəkildə BNMİ-nə aparmışlar. Daha sonra idarədə olarkən ona təzyiqlər göstərərək dedikləri ilə razılaşmağının qarşılığıda qardaşı Xə köməklik göstərəcəklərini bildirmişlər. Gecə saat 24:00 radələrində yenidən onu yaşadıqları evə gətirmiş, polis əməkdaşları evdən müəyyən miqdarda pul, 2 mobil telefon, bir ədəd bıçaq götürmüş, daha sonra isə özləri ilə gətirdikləri narkotik vasitəni evə qoyub onun adına rəsmiləşdirmişlər. Həmçinin Məhkum qeyd etmişdir ki, o, II qrup əlildir və əlilliyinə görə pensiya alır. 24 avqust 2022-ci il tarixdə o, təcridxanada olduğu zaman polis əməkdaşları onun mobil telefonda olan pensiya kartından başqa telefona köçürməklə pulunu götürmüşlər. Bütün qeyd olunanlarla bağlı o, Nəsimi rayon prokurorluğuna müraciət etsə də, prokurorluq tərəfindən bu müraciətlər araşdırılmadan cinayət işinin başlanması rədd etmişdir. Məhkum kassasiya şikayətində qeyd etmişdir ki, o, ibtidai istintaq zamanı heç bir ifadə verməmiş, DİN-in BNMİ-də tərtib olunmuş protokol əsasında cinayət işinin istintaqı yekunlaşaraq iş məhkəməyə göndərilmişdir. O, əlillikdən əlavə kəskin baş ağrılarından əziyyət çəkdiyindən sakitləşmək üçün ağrı kəsicilərdən istifadə edir. Həbs olunmamışdan əvvəl də marixuanadan istifadə etmiş, ondan başqa hər hansı bir narkotik vasitədən istifadə etməmiş və onların alqı-satqısı ilə məşğul olmamışdır. Həmçinin o, bildirmişdir ki, evindən aşkar olunaraq götürülmüş narkotik vasitəni polis əməkdaşları olan Şahid1 və Şahid2 müxtəlif qramlara ayırıb sellofana bükülü şəkildə onun yataq otağına qoymuşlar. Odur ki, qeyd olunanları nəzərə alaraq Məhkum onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, Məhkum həmin şikayətinin əsas dəlili ondan ibarətdir ki, ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsi sübuta yetirilməmi ş, məhkəmələr araşdırılmış sübutlara düzgün qiymət verməmiş və o, təqsiri sübuta yetirilmədiyi halda əsassız və qanunsuz olaraq məhkum edilmiş, bu haqda qəbul edilmiş yekun məhkəmə aktlarının əsasını isə yolverilməz sübutlar təşkil etmişdir. Bununla da, məhkum apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrinin tələblərinə görə isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə və məhkəmə cinayət təqibini ist isna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası Məhkum şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə onun barəsindəki yekun məhkəmə aktlarını cinayət işinin materialları ilə əlaqəli şəkildə yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsas ən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyas iya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam ve rilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həm in əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, c inayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərba ycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı, Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın, ümumilikdə isə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını və müdafiə olunmasını, cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini d ə nəzərdə tutur. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həm in sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyət kəsb edən bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 12 7-ci maddəsinin II hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-nin 7.1-ci maddəsinə əsasən, yalnız tö rətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bi lər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qanunveiciliyin tələblərinə uyğun hüquqi mövqedən həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında çıxış etmişdir. Həmin Qərara görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hü quqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1-ci maddəsinin müddəaları cinayət prosesini həyata keçirən orqanlardan cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etmələrini tələb edir. CPM-nin 12.3-cü maddəsində isə cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbi t edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ nəzərdə tutulmuşdur. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı h əyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstə ntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən görünür ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçıların ın qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində mü əyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət et dikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 349.5-ci maddəsində “məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda” müddəası təqsirləndirilən, zərər çəkmiş şəxslərin və şahidlərin təkcə məhkəmə iclaslarında deyil, həmçinin onların məhkəməyədək icraat zamanı verdikləri ifadələrin də sübut kimi qəbul edilməsini və onlara əsaslanmasını nəzərdə tutur o halda ki, həmin ifadələr qanuni yolla, yəni CPM-nin 125.2-ci maddəsində göstərilən pozuntulara yol verilməməklə əldə edilsin və məhkəmə iclaslarında həmin ifadələr tədqiq olunaraq onlara müqayisəli şəkildə qiymət verilsin. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranm a mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qeyd olunmalıdır ki, qanunvericiliyin tələblərinə uyğun hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərarda göstərilmişdir ki, həqiqətin müəy yənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyas ına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi və ya təqsirsizliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni, qanuni yolla əldə olunmuş olsun. Daha sonra məhkəmə kollegiyası vurbulamağı lazım bilir ki, Konstitusiyanın 63-cü maddəsinin tələbinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədi lməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyət li subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Cinayət mühakimə icraatının təməl prinsiplərindən olan təqsirsizlik prezumpsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol verilmir. CPM-nin 21.2-ci maddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-nin 21.3-cü maddəsinin tələblərindən isə görünür ki, cinayət törədilməsində təqsirləndiril ən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, şəxsin bu ya digər cinayəti törətməkdə təqsirli bilinməsi üçün qanunvericiliyin təsvir olunan normalarına eyni zamanda həmin cinayətin bütün cəhətlərinin müəyyən edilməsi zamanı da əməl olunmalı, bu cəhətləri təsdiq edən mötəbər sübutlar əldə edilməli, ibtidai araşdırma orqanının və bunlarla bağlı məhkəmələrin gəldikləri nəticə isə mülahizə xarakteri daşımamalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, "Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, "Ruis Torija İspaniyaya qar şı” 09 dekabr 1994-cü il və "Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında vurğulanmışdır ki, həmin Məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Göründüyü kimi, qanunvericiliyin normalarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlərinin ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr çəkişmə prinsipinə uyğun olaraq məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarından araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və məhz bundan sonra əməlin tövsifi, cəza tədbirinin seçilməsi və h ökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifələrin qanuna uyğun qaydada yerinə yetirlməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxardığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun hökmdə təsvir edilən cinayət əməlini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də hökmdən verilmiş apellyasi ya şikayətinə qismən məhkəmə istintaqı aparılmaqla baxaraq və məhkumun həmin şikayətində irəli sürdüyü dəlilləri yoxlayaraq araşdırılmış sübutların Məhkum təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, y əni Məhkum məhkəməyədək icraat zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı hazırki iş üzrə şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri ilə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, habelə maddi sübutlarla və işə əlavə edilmiş sənədlərlə tam təsdiq edilir. İş materiallarından görünür ki, istər ilkin araşdırma, istərsə də ibtidai araşdırma zamanı həm təhqiqat, həm də ibtidai araşdırma orqanı tərəfindən, kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq, sübutların toplanması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, aparılmış istintaq hərəkətlərinin hamısı tərtib edilmiş müvafiq protokollarda əks etdirilmiş və bu sübutların məcmusuna əsasən müəyyən edilmişdir ki, Məhkum istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi lə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroin, külli miqdarda psixotrop maddə olan metamfetamin və şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan marixuana əldə edib, daşıyaraq yaşadığı ünvan 3 ünvanda saxlamış, 21 avqust 2021-ci il tarixdə saat 19:30-da ünvan 4 ünvanın qarşısında DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılaraq DİN-nin BNMİ-nin inzibati binasına gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarının sağ yan cibindən 1 ədəd bükümdə, külli miqdarda, təmiz çəkisi 14,421 qram, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 1 ədəd bükümdə, külli miqdarda təmiz çəkisi 8,209 qram, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilə rək götürülmüş, onun razılığı ilə həmin gün saat 22:05-dən etibarən DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının iştirakı ilə yaşadığı mənzilə baxış keçirilərkən mənzilin yataq otağındakı rəfin alt hissəsindən onun satış məqsədilə külli miqdarda qanunsuz olaraq əldə edib saxladığı, xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə saxlanılarkən üzərindən aşkar edilmiş narkotik vasitə ilə eynilik təşkil edən, 1 ədəd bükümdə, külli miqdarda, təmiz çəkisi 270 qram, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə saxlanılarkən üzərindən aşklar edilmiş psixotrop maddə ilə eynilik təşkil edən, 1 ədəd bükümdə, külli miqdarda, təmiz çəkisi 240 qram, kustar üsulla hazırlanmış psixotrop maddə o lan metamfetamin, 1 ədəd polietilin bağlamada şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 360 qram, bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə, qurudulmuş marixuana və 1 ədəd üzərində narkotik vasitə, heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə kollegiyası işin bu faktiki hallarının arxasında duran, ibtidai araşdırma zamanı qanuni yolla əldə edilmiş, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların bir hissəsinə müraciət etməyi zəruri bilir. Belə ki, məhkəmə iclaslarında Məhkum özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməsə də, ibtidai araşdırma zamanı həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində dind irilərkən göstərmişdir ki, o, 21 avqust 2021-ci il tarixdə saat təxminən 19:30 radələrində yaşadığı binanın qarşısında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmiş və xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu BNMİ-yə dəvət etmiş, İdarədə isə o, müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulduqdan sonra onun şəxsi axtarışı aparılmış və ona üzərində olan qanunla qadağan olunmuş əşyaları təhqiqatçıya təqdim etməsi təklif olunmuşdur. O, bu təklifə əsasən əynində olan şalvarın sağ yan cibindən 1 bükümdə narkotik vasitə olan heroini və 1 bükümdə psixotrop maddə ola n metamfetamini təqdim edərək masanın üzərinə qoymuş, onun üzərinə şəxsi axtarış keçirimiş və əynində olan şalvarın sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon, 2 ədəd açar və 10 manat pul aşkar olunaraq götürülmüşdür. Onun təqdim etdiyi kütlələr elektron tərəzidə çəkilmiş və müəyyən olunmuşdur ki, heroinin çəkisi 15,67 (on beş tam yüzdə altmış yeddi) qram, metamfetaminin çəkisi isə 8,82 (səkkiz tam yüzdə səksən iki) qramdır. Sonra həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, zərf üzəri isə özü, müdafiəçisi, və təhqiqatçı tərəfindən imzalandı. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) “Samsung” markalı mobil telefon bu barədə ona izah verildikdən sonra götürülüb, 10 manat pul və 2 ədəd açar isə özünə q aytarılıb. Ona verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş heroinin və metamfetaminlərin özünə məxsus olduğunu, həmin kütlələri təxminən 4 ildir ki, tanıdığı “İlham” adlı şəxsin vasitəsi ilə 4 gün bundan əvvəl yaşadığı binanın qarşısında əlbəəl öz şəxsi istifadəsi və satış məqsədi ilə əldə etdiyini, əvvəllər məhkum olunduğunu, narkotik vasitələrin aludəçisi olduğunu, həmçinin yaşadığı mənzildə də narkotik vasitə saxladığını, həmin narkotik vasitələri təqdim edə biləcəyini, yaşadığı mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra yaşadığı evə baxış keçirilməsinə etirazının olmamasına dair müvafiq ərizə vermiş və polis əməkdaşları ilə birlikdə həmin mənzilə yollanmışlar. Ona yaşadığı mənzildə saxladığı narkotik vasit ələri verməsi təklif edildikdə o, mənzilin giriş hissəsindən sol tərəfdə yerləşən ikinci otağa daxil olaraq həmin otağın öz yataq otağı olduğunu bildirməklə çarpayının girişdən sol tərəfdə yerləşən kiçik ölçülü rəfin alt hissəsində 2(iki) ədəd sellofan bağlamanı təqdim edib çarpayının üstünə qoyaraq içərilərində narkotik vasitələr olduğunu bildirmişdir. Həmin sellofan bağlamalardan birincisinin içərisinə baxış zamanı içərisində narkotik vasitə olan qurudulmuş marixuana, ikinci bağlamaya baxış zamanı içərisində 1 (bir) bükümdə narkotik vasitə olan heroin və 1 (bir) bükümdə psixotrop maddə olan metamfetamin, habelə 1 (bir) ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Bu narkotik vasitələr, psixotrop maddə və elektron tərəzi ilə ayrı-ayrılıqda qablaşdırılmış və ekspertiza keçirilməsi üç ün ekspertiza qrumuna göndərilmişdir. Ona baxış zamanı verilən suallara cavab olaraq təqdim etdiyi maddə və vasitələrin də özünə məxsus olduğunu, onları da “İlham” adlı şəxsin vasitəsi ilə 4 gün bundan əvvəl yaşadığı binanın qarşısında əlbəəl satış məqsədi ilə əldə etdiyini, qurudulmuş marixuananın 60 manatdan, heroinin qramını 30 manatdan, metamfetaminin qramını isə 40 manatdan satışını həyata keçirdiyini, elektron tərəzini isə həmin kütlələrin çəkilərini müəyyən etmək üçün əldə etdiyini bildirmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, o, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə əməliyyat müvəkkili işləyir, rütbəsi polis polkovnikidir. 21 avqust 2021-ci il tarixdə ona ünvan 2 ünvanında yaşayan Məhkum qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Qeyd olunan məlumat əsasında o, və işlədiyi idarənin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 əməliyyat qrupunun tərkibində 21 avqust 2021-ci il tarixdə ünvan 3 ünvanına gəlmişlər. Orada bir qədər gözlədikdən sonra saat 19:30 radələrində daxil olmuş əməliyyat məlumatı əsasında Məhkum adlı şəxsin əlamətlərinə uyğun olan şəxsin həmin ünvana gəlməsi müəyyən olunmuşdur. Bundan sonra, o, Şahid1la birlikdə həmin şəxsə yaxınlaşaraq ilk öncə həmin şəxsə özünü polis əməkdaşı kimi təqdim etmiş və ondan üzərində hər hansı qanunsuz əşyanın olub-olmadığını soruşmuşlar. Həmin sorğu sual zamanı Məhkum üzərində hər hansı qanunsuz əşya və ya maddə olmadığını bildirdikdən so nra onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Daha sonra həmin şəxsə vəkil təyin olunmuş, vəkilin iştirakı ilə Məhkum üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroin və külli miqdarda psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Daha sonra Məhkum razılığı ilə onun yaşadığı ünvan 3, mənzil 112-yə baxış keçirilmiş və oradan da, yataq otağındakı çarpayının yanında olan rəfin alt hissəsindən külli miqdarda heroin və metamfetamin, habelə şəxsi istehlak miqdarından artıq miqdarda marixuana və elektron tərəzi aşkar edilərək götürülmüşdür. Verilmiş suallara cavab olaraq Məhkum axtarış, eləcə də mənzilə baxış zamanı aşkar edilmiş narkotik vasitələri və psixotrop maddəni həm şəxsi istehlakı, həm də satış məqsə dilə “İham” adlı şəxsdən təxminən 4 gün qabaq aldığını bildirmişdir. İlkin araşdırma zamanı Məhkum qarşı heç bir qanunsuz hərəkətlər edilməmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 eyni məzmunlu ifadələr verərək Şahid2 dediklərini bir daha təsdiq etmişdir. 21 avqust 2021-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması” haqqında protokoldan və DVD diskdə olan görüntülərdən görünür ki, Məhkum əynində olan gödəkcəsinin sağ yan cibindən 1 bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər və 1 bükümdə, ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlələri təqdim edərək masanın üzərinə qoymuş, üzərinə şəxsi axtarış davam etdirilmiş və onun əynindəki şalvarının sol yan cibindən 1 əd əd “Samsung” markalı mobil telefon, 2 ədəd açar və 10 manat pul aşkar edilərək götürülmüş, şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Məhkum təqdim etdiyi kütlələr elektron tərəzidə çəkilmiş və heroinə bənzər kütlənin çəkisinin 15,67 (on beş tam yüzdə altmış yeddi) qram, metamfetaminə bənzər kütlənin çəkisinin isə 8,82 ( səkkiz tam yüzdə səksən iki) qram olması müəyyən edilmişdir. Məhkum üzərindən aşkar edilib götürülən kütlələr 1 ədəd boş kağız zərfə qablaşdırılaraq zərf möhürlənmiş, “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün ona izah verildikdən sonra götürülmüş, 10 manat pul və 2 ədəd açar isə şübhəli şəxsə geri qaytarılmışdır. Verilmiş suallara cavab olaraq Məhkum aşk ar edilib götürülən kütlələrin onun özünə məxsus olduğunu, həmin kütlələri 4 ildir ki tanıdığı “İlham” adlı şəxsin vasitəsi ilə 4 gün bundan əvvəl yaşadığı binanın qarşısında əlbəəl öz şəxsi istifadəsi və satış məqsədi ilə əldə etdiyini, əvvəllər məhkum olunduğunu, narkotik vasitələrin aludəçisi olduğunu, həmçinin yaşadığı mənzildə də narkotik maddələri saxladığını, həmin narkotik maddələri təqdim edə biləcəyini, yaşadığı mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirmişdir. Həmçinin, iş materiallarında olan “Evə baxış keçirilməsi və götürmə haqqında” haqqında protokoldan və DVD diskdə olan görüntülərdən görünür ki, Məhkum yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 76, 112 saylı mənzilin giriş hissəsindən sol tərəfdə yerləşən iki nci otağa daxil olaraq həmin otağın onun yataq otağı olduğunu bildirməklə çarpayının girişdən sol tərəfdə yerləşən kiçik ölçülü rəfin alt hissəsindən 2 (iki) ədəd sellofan bağlamanı təqdim edib çarpayının üstünə qoyaraq içərilərində narkotik vasitələr olduğunu bildirmiş, həmin sellofan bağlamalardan birincisinin içərisinə baxış zamanı içərisində açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlənin, ikinci bağlamada içərisində 1 (bir) bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər və 1 (bir) bükümdə, ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlənin, habelə 1 (bir) ədəd elektron tərəzi aşkar olunaraq götürülmüş, daha sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş və qurudulmiş m arixuanaya bənzər kütlənin çəkisinin 365 (üç yüz altmış beş) qram, heroinə bənzər kütlənin çəkisinin 272 (iki yüz yetmiş iki) qram və metanfetaminə bənzər kütlənin çəkisinin 247 (iki yüz qırx yeddi) qram olması müəyyən edilmişdir. Məhkum bu narkotik vasitələrin və psixotrop maddənin onun özünə məxsus olduğunu, həmin əşyaları “İlham” adlı şəxsin vasitəsi ilə 4 gün bundan əvvəl yaşadığı binanın qarşısında əlbəəl öz şəxsi istifadəsi və satış məqsədi ilə əldə etdiyini bildirmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 22 avqust 2021-ci il tarixli 7/820 nömrəli rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş, üzərində “Məhkum şəxsi axtarışı zamanı təqdim...” sözləri yazılmış skoçla bağlanmış polietilen bağlamada təmiz çəkisi 360,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (ka nnabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Eyni ekspertizanın həmin tarixli 6/3637 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Məhkum təqdim etdiyi...”sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 8,209 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, digər bir ədəd bükümdə təmiz çəkisi 14,421 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, üzərində “Məhkum təqdim etdiyi...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 240,0 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, digər bir ədəd bükümdə təm iz çəkisi 270,0 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim edilmiş 2 ədəd bükümdə narkotik vasitə olan heroinlər xarici görünüş və əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Təqdim edilmiş 2 ədəd bükümdə psixotrop maddə olan metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmamış və iki ədəd bükümdə olan heroin ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş mobil telefona baxış keçirilməsi haqqında 19 sentyabr 2021-ci il tarixli protokoldan və prot okola əlavə edilmiş fotocədvəldən görünür ki, təqsirləndirilən şəxs Məhkum götürülmüş 01 ədəd qara rəngli “Samsung Galaxy” markalı mobil telefona baxış keçirilən zaman, “Whatsapp” proqramı vasitəsi ilə “Ənvər qonşu” kimi qeyd olunmuş +**********1 saylı nömrəyə psixotrop maddə metamfetaminə bənzər maddənin fotoşəkli göndərilmiş və “kime verem bele cıxıre” məzmunlu mesaj göndərilmişdir. Həmçinin iş materiallarında olan 07 dekabr 2021-ci il tarixli mobil telefona və telefon danışıqlarının anten dairəsi və giriş çıxış zənglərinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Məhkum istifadəsində olan GSM nömrələrə baxış keçirilmiş, baxış zamanı sonuncunun istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı nömrələri ona məxsus olması müəyyən olunmuş və həmin mobil nömrələrə daxil olan mesaj və göndərilən mesaj sisteminə baxış zamanı ***-***-**-** saylı mobil nömrəyə 050-544- 11-48 saylı mobil nömrədən 25 iyul 2021-ci il tarixdən etibarən 2021-ci ilin avqust ayınadək müxtəlif vaxtlarda “6060-260=5800, 8750-100-8650, 9140-400=8740” kimi yazışmalar göndərilmişdir. Qeyd olunan məlumatlara Məhkum iştirakı ilə baxış keçirilmiş, lakin sonuncu həmin məlumatlarla bağlı hər hansı izahat verməkdən imtina etmişdir. Halbuki müəyyən edilmişdir ki, Məhkum ***-***-**-** saylı mobil nömrəsinə ***-***-**-** saylı nömrədən "qardaşım alınırsa məni qaldır yuxarı dart iki üç dənə vurum” sms göndərilmişdir. Bu və digər sübutların prizmasından baxdıqda görünən odur ki, istər birinci, istərsə də apellyasiya instansiyası məhkəməsi haqlı olaraq Məhkum törətdiyi cinayətlərin predmeti olan külli mi qdarda narkotik vasitə olan heroini, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan marixuananı və külli miqdarda psixotrop maddə olan metamfetamini məhz satış məqsədi ilə əldə edərək saxlaması və daşıması barədə qanuni və əsaslı nəticəyə gəlmiş və bu nəticəyə uyğun olaraq onun bu əməlləri CM-nin 234.4.3cü maddəsi ilə düzgün tövsif edilmişdir. CM-nin 234.4.3-cü maddəsində isə satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq həmin miqdarlarda narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiya məhkəmələrinin gəldikləri nə ticə düzgündür və bununla bağlı ilk növbədə vurğulamağı lazım bilir ki, şəxsin CM-nin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: - şəxs CM-nin 234.1-ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri satış məqsədilə etməli, yaxud da narkotik vasitələri və ya psixotrop maddələrin satışını həyatk keçirilməli; - şəxs belə hərəkətləri qanunsuz etməlidir; - narkotik vasitə və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Belə tələb həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun müddəalarından və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən də irəli gəlir. Belə ki, göstərilən Qanunun 1.0.11-ci maddəsinin əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərb aycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun (burada “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu nəzərdə tutulur) 1.0.11-ci maddəsində şərh verilməsi qeyd edilərək məhkəmələrə izah edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Qərarın 9-cu bəndində məhkəmələrin nəzərinə çatdırlmışdır ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəl əri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik va sitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, Məhkum qarşı irəli sürülmüş ittihamın arxasında duran digər sübutlarla (həmin sübutlar birinci instansiyası məhkəməsinin hökmündə ətraflı təsvir edilərək onlara qanuna müvafiq qiymət verilmişdir) yanaşı məhkumun ibtidai araşdırma zamanı verdiyi ifadələrinin qanunsuz yolla əldə edilməsi, yəni ibtidai araşdırma orqanı tərəfindən CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməklə sübutların əldə edilməsi iş materialları ilə müəyyən edilmir. Sonradan, o cümlədən işə birinci instansiya məhkəməsində baxılarkən, məhkumun əvvəllər verdiyi ifadələrindən imtina etməsinə baxmayaraq, məhkəmələr tamamilə haqlı olaraq məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla yanaşı həmçinin adı çəkilən məhkumun həmin sübutlarla uzlaşan məhkəməyədək icraat zamanı verdiyi ifadələrinə əsaslanmışlar. Bununla bağlı məhkəmə kollegiyası CPM-nin 349.5-ci maddəsinin tələblərindən çıxış edərək hesab edir ki, həmin maddədə “məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda” müddəası təqsirləndirilən şəxsin, zərərçəkmişin və ya şahidin təkcə onların məhkəmədə verdikləri ifadələrini deyil, həmçinin həmin şəxslərin ibtidai araşdırma zamanı verdikləri ifadələrini də nəzərdə tutur o şərtlə ki, həmin ifadələrin qanunsuz yolla (CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməklə) alınması müəyyən edilməmiş olsun, buna görə belə ifadələr məhkəmə tərəfin dən sübutlar siyahısından çıxarılmasın, bu ifadələr digər sübutlarla təsdiq edilsin və və qanuni yolla alınmış ifadələr kimi məhkəmə iclasında tədqiq edilərək onlara yekun məhkəmə aktlarında məcmu qaydasında qiymət verilsin. Məhkumun kassasiya şikayətinin polis əməkdaşlarının onun yaşadığı mənzilə heç bir məhkəmə qərarı təqdim etmədən qanunsuz olaraq daxil olmaları ilə bağlı dəlilinə münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin 36-cı vərəqəsində olan Məhkum 21 avqust 2021-ci il tarixli ərizəsindən görünür ki, sonuncu yaşadığı ünvan 3, 112 saylı mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir. CPM-nin 177.3.1-ci maddəsinə əsasən yaşayış yerinə, xidməti və ya istehsalat binalarına baxış, axtarış, götürmə və digər istintaq hərəkətlərinin apa rılması üçün bir qayda olaraq məhkəmə qərarının alınması tələb olunur; CPM-nin 177.6-cı maddəsinə görə, yaşayış, xidməti və ya istehsalat yerində müvafiq olaraq yaşayan, işləyən və ya həmin yerin sahibi olan şəxsin dəvəti, yaxud onun icazəsi ilə müstəntiq tərəfindən bu Məcəllənin 177.3.1-ci maddəsində nəzərdə tutulmuş istintaq hərəkətlərinin aparılması üçün məhkəmə qərarının alınması tələb edilmir. Göründüyü kimi, mənzilə baxış mənzildə yaşayan Məhkum dəvəti və icazəsi həyata keçirilmiş və bu halda da hər hansı qanun pozuntusuna yol verilməmiş, digər tərəfdən bu istintaq hərəkəti aparılmazdan əvvəl məhkəmə qərarının alınması üçün əsaslar olmamışdır. Məhkəmə kollegiyası Məhkum kassasiya şikayətinin polis əməkdaşları tərəfindən ona təzyiqlər edilməsi, qeyri-qanuni şəkildə yaşadığı mənzilə da xil olaraq oradan 8500 manat pulun götürülməsi, Məhkum kart hesabından pulun çıxarılması barədə kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, iş materiallarında olan Nəsimi rayon prokurorluğunun 13 iyun 2022-ci il tarixli məktubundan görünür ki, Məhkum DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının qanunsuz hərəkətlərinə məruz qalması barədə müraciəti üzrə Nəsimi rayon prokurorluğunda araşdırma aparılmamışdır. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarında olan Nəsimi rayon prokurorluğunun 20 iyul 2022-ci il tarixli məktubundan və əlavə edilmiş 25 fevral 2022-ci il tarixli qərarından görünür ki, Xnin DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının qanunsuz olaraq yaşadığı evə daxil olub onlara qarşı qanunsuz h ərəkətlər etmələri barədə BNMİ-də aparılmış araşdırma zamanı Məhkum və Xyə polis əməkdaşları tərəfindən qeyri-qanuni hərəkətlərə yol verilməsi təsdiq olunmamışdır. Həmin qərara görə, material üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 04 yanvar 2022-ci il tarixli rəyində göstərilmişdir ki, 1979-cu il təvəllüdlü Məhkum 24 avqust 2021-ci il tarixdə Bakı İstintaq Təcridxanasının Tibbi-Sanitar Hissəsində bədəninə baxış keçirilərkən 21 avqust 2021-ci il tarixdə yetirilməyə uyğun gələn xəsarət aşkar edilməmişdir. Beləliklə, Məhkum və onun atasının müraciətləri üzrə araşdırma aparılmış, Məhkum və Xyə qarşı polis əməkdaşları tərəfindən qeyri-qanuni hərəkətlərə yol verilməsi, Məhkum kart hesabından pulun çıxarılması və Xin evindən 8500 manat pulunun götürülməsi öz təsdiqini tapmadığından CPM- in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Bundan başqa, kassasiya şikayətinin anten dairəsi üzrə məlumatlarının əldə olunmaması və şahidlərin dindirilməməsi barədə dəlilinə cavab verən məhkəmə kollegiyası vurğulayır ki, apellyasiya şikayətinə məhkəmə baxışı zamanı müdafiə tərəfi eyni dəlillərdən ibarət vəsatətlə məhkəmə kollegiyasına müraciət etmiş, müdafiə tərəfinin vəsatəti təmin edilərək anten məlumatları əldə edilmiş, məhkumun anası Y və qardaşı X isə şahid qismində dindirilmişlər. Apellyasiya instansiyası məhkəməsinin edərək tədqiq etdiyi təqsirləndirilən şəxsin, şahidlərin və müdafiəçinin nömrələrinin 21 avqust 2021-ci il tarixdə hansı ərazilərdə (antenna) olması və həmin ərazilərin hansı ünvanları əhatə etməsi barədə məlumatlardan görünür ki, +****** ****98 nömrəsi üzrə 21 avqust 2021-ci il tarixdə 00:00:37-dən 16:14:42-dək Cavadxan 19A/"ünvan 4"/Nasimi kimi qeydə alınmış, saat 16:14:42-dən sonra məlumatlar qeydə alınmamış, +**********04 saylı nömrə üzrə 21 avqust 2021-ci il tarixdə 00:07:57-dən - 19:28:57-dək məlumatlar adətən ünvan 4 kimi qeydə alınmış, xx.xx.2021 19:15:32 Cavadxan 19A/"ünvan 4"/Nasimi, xx.xx.2021 19:27:19 xx.xx.2021 19:28:07 ünvan 5"/Binagadi, xx.xx.2021 19:28:07 X9 Binagadi, xx.xx.2021 19:28:14 xx.xx.2021 19:28:57 ünvan 5 Binagadi, xx.xx.2021 19:28:57 X9 Binagadi kimi qeydə alınmış, +**********26 nömrəsi üzrə xx.xx.2021 19:21:52-də Leyla Shadlig Sarayi/"X15"/Nasimi, xx.xx.2021 21:50:30 xx.xx.2021 21:51:26-da Badamdart villa/"X19" /Sabail, xx.xx.2021 21:51:26-da Badamdart villa/"X20" /Sabail, xx.xx.2021 21:51:26-d a Badamdart villa/"ünvan 6"/Sabail, xx.xx.2021 21:51:26-da Badamdart villa/"ünvan 6"/Sabail, xx.xx.2021 23:57:55 xx.xx.2021 23:58:16-da Leyla Shadlig Sarayi/"X15" /Nasimi, xx.xx.2021 23:58:45-də Leyla Shadlig Sarayi/"X15"/Nasimi, xx.xx.2021 23:58:45də Leyla Shadlig Sarayi/"ünvan 7"/Nasimi qeydə alınmış, +**********63 saylı nömrə üzrə məlumatlar adətən Bakı şəhəri, Nəsimi rayonu və Binəqədi rayonu üzrə qeydə alınmış, xx.xx.2021-ci il saat 16:56:54-dən sonra məlumat qeydə alınmamış, +**********46 saylı nömrə üzrə məlumatlar adətən Bakı şəhəri, Nəsimi rayonu və Binəqədi rayonu üzrə qeydə alınmış, xx.xx.2021-ci il tarix 19:26:47-də Badamdar Chorek/"X16" /Sabail kimi, xx.xx.2021-ci il saat 19:49:52-dən 21:54:14-dək Səbail rayonu Badamdar qəsəbəsi, xx.xx.2021-ci il saat 22:36:54-dən 22:37:33-dək Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsi kimi qeydə alınmış, +**********71 nömrəsi üzrə xx.xx.2021-ci il saat 12:05-də Abbasqulu Abbas zade kuc TELEQULLE-nin yaxinliginda, xx.xx.2021-ci il saat 12:05-də Sumqayıt şəhəri, Rustavi küçəsi, xx.xx.2021-ci il saat 16:33-də Bakİ, 4-mkr, Daire, Dayanacaq, xx.xx.2021-ci il saat 17:55-də Baki seh,Badamdar shosesi,1 sayli XDMX qaraj.arxasi kimi qeydə alınmış, digər nömrələr üzrə antenn məlumatları qeydə alınmamışdır. Odur ki, apellyasiya instansiya məhkəməsi Məhkum 21 avqust 2021-ci il tarixdə saat 19-30-da Bakı şəhəri Nəsimi rayonu ərazisində saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilməsini, orada saat 20-50-dən saat 21-03-ə qədər inzibati binada şəxsi axtarış və götürülmə aparıldığını, daha sonra saat 22-05-dən 22-25-dək onun yaşadı ğı və Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən mənzilə baxış keçirildiyini, Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasının Bakı şəhəri Səbail rayonu ərazisində yerləşdiyini nəzərə alaraq və həmin hallarla təqsirləndirilən şəxsin, şahidlərin və müdafiəçinin nömrələrinin hansı ərazilərdə (antenna) olması barədə məlumatları qarşılıqlı təhlil edərək hər hansı ziddiyət müəyyən etməmişdir. Həmçinin apelyasiya instansiyası məhkəməsi haqlı olaraq şahidlər Zin və Xnin ifadələrinə münasibətdə qeyd etmişdir ki, Z təqsirləndirilən şəxsin anası, X isə qardaşıdır. Göründüyü kimi, həmin şahidlərin qərəzsizliyinə əsaslı və təkzibedilməz şübhələr vardır və onların ifadələrində göstərdikləri xüsusatlar Nəsimi rayon prokurorluğunda araşdırılaraq öz təsdiqini tapmamışdır. Həmçinin, həmin ifadəl ər cinayət işinin materiallarında olan sübutlarla da üst-üstə düşməməklə təkzib edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, bütün yuxarıda geyd olunanlar işə mahiyyəti üzrə baxmış birinci və apellyasiya instansiyası məhkəmələrinin prosessual qanunvericiliyinin tələbləri ilə yanaşı maddi hüquq normalarının tətbiqində də, ümumilikdə isə CPM-nin 416-cı maddəsində sadalanan pozuntulara yol vermədiklərini göstərir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Məhkum kassasiya şikayətində göstərdiyi dəlillər heç bir sübutla təsdiq olunmur və məhkum olunmuş şəxsin cinayət məsuliyyətindən yayındırılmasına xidmət edən dəlillər kimi qiymətləndirilməlidir. Göstərilənlərlə yanaşı, məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkəmə araşdırmaları zamanı CPM-nin 10 (qanunçuluq), 11 (hər kəsin qanu n və məhkəmə qarşısında hüquq bərabərliyi), 12 (Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması), 13 (şəxsin şərəf və ləyaqətinə hörmət edilməsi), 14 (azadlıq hüququnun təmin edilməsi), 19 (hüquqi yardım almaq və müdafiə hüqununun təmin edilməsi), 27 (cinayət mühakimə icraatının aşkarlığı), 28 (cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi) və 32-ci (cinayət prosesində tərəflərin çəkişməsi) maddələrində təsbit edilmiş cinayət mühakimə icraatının prinsip və şərtlərinə tam şəkildə əməl olunmuş, Məhkum barəsində cəza tədbiri seçilərkən CM-nin 8, 41, 58 və 59-cu maddələrinin tələblərinə əməl edilərək onun törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən bütün hallar ki fayət qədər nəzərə alınmış və apelyasiya instansiyası məhkəməsi tərəfindən onun barəsində qanuni və ədalətli yekun qərar qəbul edilmiş, bu qərarın əsasını isə yolverilməz sübutlar təşkil etməmişdir. Buna görə, bütün qeyd olunanlardan çıxış edib iş üzrə toplanmış və araşdırılmış sübutlara və qanunvericiliyin tələblərinə əsaslanaraq məhkəmə kollegiyası Məhkum CMnin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi barədə qənaətə gəlir, birinci və apellyasiya instansiyası məhkəmələrinin də bu haqda gəldikləri qənaəti qanuni və əsaslı hesab edir və bu baxımdan onun barəsindəki cinayət işinin icraatına hər hansı, o cümlədən CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş bəraətverici əsaslarla xitam verilməsini, bununla da kassasiya şikayətində irəli sürülmüş tələbin təmin edilməsini mümkün bilmir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib Məhkum kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək və həmin şikayətin təmin edilməsi barədə məhkumun və müdafiəçisi M.N.Həsənovun, kassasiya şikayətinin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyul 2022-ci il tarixli qərarı isə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D I: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyul 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2315/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-2315/2023
28.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver