Məhkəmə qərarları › İş №1(102)-2317/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2317/2023

07.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2317/2023 07.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, xx xxx 1979-cu ildə Yardımlı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Sumqayıt şəhəri 8-ci mikrorayon ev 29A/18, mənzil 83-də qeydiyyatda olmaqla yaşayan, hal-hazırda cəza çək ən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2022-ci il tarixli, 1(105)-331/2022 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 12 may 2022-ci il tarixli, 1(124)-33/2022 nömrəli hökmü ilə (hakimlər: R.Ş.Əliyev (sədrlik edən), F.Z.Hümbətov və H.S.Əliyevdən ibarət tərkibdə) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasını ümumi rejimli cəzaçəkmə müəs sisəsində çəkməklə, cəzaçəkmə müddətinin 24 mart 2021-ci il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkumun müdafiəçisi Aşurova Tükəzban Cavanşir qızı tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2022-ci il tarixli qərarı ilə (hakimlər: V.C.Cəfərov (sədrlik edən), R.Ə.Ağayev və R.O.Əsgərovadan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 12 may 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2022-ci il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum istintaqa məlu m olmayan şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında sonuncundan 24 mart 2021-ci il tarixdə səhər saatlarında Abşeron rayonu Xırdalan şəhəri ərazisində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 18 bükümdə ümumi təmiz çəkisi 2,818 qram narkotik vasitə heroini və 05 bükümdə ümumi təmiz çəkisi 0,153 qram psixotrop maddə olan metamfetamini 80 manata əldə edib daşıyaraq üzərində saxlamış, həmin gün saat 13:25-də Sumqayıt şəhəri, 42-c məhəllədə yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin yaxınlığında Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq, həmin bölməyə gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçənin sol iç cibindən 01 ədəd «Maqna» markalı siqaret qutusunun içərisində sellofa n və kağız bükümlərə bükülmüş 18 ədəd bükümün 10 bükümü xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən ayrı-ayrılıqda təmiz çəkiləri 0,022 qram, 0,022 qram, 0,035 qram, 0,033 qram, 0,013 qram, 0,034 qram, 0,022 qram, 0,027 qram, 0,025 qram, 0,042 qram heroinlərlə 08 büküm xarici görünüş əlamətlərinə və tərkib kimyəvi komponentlərinə görə öz aralarında eyni olan, lakin 10 ədəd bükümlə fərqli olan 0,324 qram, 0,235 qram, 0,318 qram, 0,346 qram, 0,364 qram, 0,308 qram, 0,328 qram, 0,320 qram tünd qəhvəyi rəngli heroinlər olmaqla ümumi təmiz çəkisi 2,818 qram narkotik vasitə heroin, xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə eyni olan 05 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,058 qram, 0,027 qram, 0,023 qram, 0,022 qram, 0,023 qram ümumi təmiz çəkisi 0,153 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, gödəkçənin sağ yan cibindən üzərində narkotik vasitə olan heroinə məxsus izlər olan 01 ədəd elektron tərəzi aşkar olunaraq, götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutlar düzgün tədqiq edilib qiymətləndirilməmiş, nəticədə əsassız olaraq əməli satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma kimi Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmuş, müvafiq olaraq da o, törətdiyi əməllə uzlaşmayan həddindən artıq ağır cəzaya məruz qalmışdır. Məhkum əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234. 4.3-cü maddəsinin tərkib əlamətləri olmadığı üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2022-ci il tarixli qərarını dəyişdirərək, onun əməlinin CM-nin 234.4.1 və 234.4.3-cü maddələrindən CM-nin 234.1-1-ci maddəsinə tövsif etməklə, CM-nin 234.1-1ci maddəsinin sanksiyası həddində cəza təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə v ə ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində əməlinin düzgün olmayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunduğunu, əməlinə uyğun olmayan cəzaya məruz qaldığını iddia edərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsi əməlinin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilməsi və ona CM-in 234.1-1-ci maddəsi ilə yüngül cəzanın təyin edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya Məhkum kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2022-ci i l tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məh kəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyasına görə həmin norma (hazırki işin konteksitndə) şəxsin satış məqsədi ilə qabaqcadan əlbi r olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq külli miqdarda narkotik vasitənin və psixotrop maddənin əldə edilməsinə, saxlanılmasına, daşınmasına və CM-in 234.2-ci maddəsində göstərilən digər hərəkətlərə görə cinayət məsuliyyəti nəzərdə tutmuşdur. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Qanunun 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir. Adı çəkilən 2005-ci il 28 iyun tarixli qanu nla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”ya (İ siyahıya) əsasən heoinin kütləsi 0,15 qram təşkil etdikdə, şəxsi istehlak miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda narkotik vasitə hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarında izah olunur ki, “təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, na rkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır” (qərarın 9-cu bəndi). Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı hazırki qərarın “İşin halları” bölməsində təsvir olunmuş Məhkum narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı olan hərəkətlərini yuxarıda qeyd olunan normalarla və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ilə müqayisə etdikdə, məhkumun onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayətin tərkibinin olmaması haqqında iddiasının əsassız olduğu, onun əməlində qeyd olunan cinayət tərkibini səciyyələndirən əlamətlərin olması səbəbindən həmin maddə il ə təqsirli bilinməsinin və cəzalandırılmasının əsaslı və qanuni olduğu müəyyən edilir. Məhkum qeyd olunan narkotik və psixotrop maddələrin satış məqsədi olmadan məhz şəxsi istifadə üçün əldə edib daşıyaraq üzərində saxlaması ilə bağlı dəlilləri apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə, o cümlədən məhkum edilmiş şəxsin özünün qismən etirafedici ifadəsi, şahid ifadələri, şəxsi axtarış və götürmə aparılması barədə protokolla, narkotik vasitə heroinin 18, psixotrop maddə metamfetaminin 05 ayrı-ayrı bükümlərdə olması ilə, ölçülməsi üçün avadanlığın (tərəzinin) olması ilə, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, maddi sübutlarla və digər istintaq hərəkətlərinin protokolları təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr apellyasiya şikayətində irəli sürülmüş (kassasiya şikayətində göstərilənlərlə eyni olan) iddianın, bu iddia ilə əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum cinayətkar hərəkətlərinin faktiki məzmunu, onun həmin hərəkətlərə görə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini (o cümlədən, əməllərin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsifi ni) şübhə altına almaq üçün əsas görmür. Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 18 bükümdə ümumi təmiz çəkisi 2,818 qram narkotik vasitə heroini və 05 bükümdə ümumi təmiz çəkisi 0,153 qram psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamasında ifadə olunmuş əməlinə Cinayət Məcəlləsinin 234.4.3-cü maddələri ilə yanaşı Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin (qabaqcadan əlbir olan bir qrup şəxs əlamətinin) şamil edilməsinə gəldikdə, məhkəmə kollegiyası aşağıdakı dəlillərə görə hesab edir ki, məhkəmələr maddi hüquq normasının tətbiqində səhvə yol vermişlər. Belə ki, CM-nin 234.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə bu cinayəti birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki v ə ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülür. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi isə CM-nin 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin tələblərindən görünür ki, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Birgəlik cinayətdə iştirakçılığın obyektiv əlaməti kimi çıxış edir və iştirakçıların hər birinin onlar üçün ümumi (vahid) olan cinayətin törədilməsinə yönəlmiş hərəkətlərinin qarşılıqlı surətdə biri-birini tamamlamasını və şərtləndirməsini ehtiva edir. Cinayətin digər iştirakçılarının hərəkətləri obyektiv olaraq icraçı tərəfindən cinayətin törədilməsini, qoyulmuş cinayətkar məqsədə nail olunmasını asanlaşdırır və bu səbəbdən onun cinayət törətməsi üçün zəruri şərt (zəruri şəraiti yaradan hal) kimi çıxış edir. İştirakçılığın subyektiv əlamətləri isə odur ki, birincisi, iştirakçılıq yalnız qəsdən törədilən cinayətlərdə mümkündür, ikincisi, cinayətin törədilməsində iştirak edən bütün şəxslər qəsdən hərəkət etməlidirlər, üçüncüsü isə, bu hərəkətləri edərkən eyni məqsəd izləməklə eyni nəticəyə gəlməkdən ötrü birgə səy göstərməlidirlər. İştirakçılıqda təqsirin qəsd forması onu ehtiva edir ki, həm icraçı, həm də cinayətin digər iştirakçıları konkret cinayətin törədilməsi üçün birgə hərəkət etmələrini bilirlər, cinayəti səylərini birləşdirməklə törətdiklərini dərk edirlər, yəni bilə-bilə birgə hərəkət edirlər. Məsələyə eyni cür hüquqi yanaşma həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəll əsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 may 2022-ci il tarixli Qərarında da əksini tapmışdır. Qeyd olunmalıdır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da təhlil edilən cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi anlayışlarına müvafiq izah və tövsiyələr vermişdir. Belə ki, həmin Qərarın 11-ci bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası CM-nin 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-nin 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. Bununla bağlı məhkəmələrə izah edilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-nin 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-nin 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-nin 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-nin 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilmə si məqsədi ilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (icraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Yalnız Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-nin 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilmişdir ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhk əmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlid ir. Lakin öyrənilmiş cinayət işi materiallarından görünür ki, nə ibtidai istintaq orqanı, nədəki məhkəmələr tərəfindən Məhkum ona narkotik vasitəni satan şəxsiyyəti bəlli olmayan şəxslə qabaqcadan başqa şəxslərə narkotik vasitələrin və psixotrop maddələrin satılması və əldə ediləcək mənfəətin bölünməsi, ümumiyyətlə belə bir razılığın olması ilə bağlı hər hansı mötəbər sübuta istinad edilməmiş, əksinə verilmiş ittihamdan müəyyən olunur ki, sonuncu 0,153 qram metamfetamini və 2,818 qram heroini 80 manat ödəməklə əldə etmişdir. Göstərilən hal Məhkum ibtidai istintaq zamanı 25 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində və 26 mart 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələri ilə təsdiq olunur, belə ki, o ifadələrində bildirmişdir ki, o, 24 mart 2021-ci il tarixdə, səhər saatlarında şəxsi işi ilə əlaqədar Abşeron rayonu Xırdalan şəhərinə getmişdir. Orada olarkən üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını bilmədiyi bir nəfər şəxslə görüşərək ondan satmaq üçün 01 ədəd «Maqna» markalı siqaret qutusunun içərisində 18 ədəd bükümdə heroin və 05 ədəd bükümdə psixotrop maddə olan metamfetamini 80 manata almışdır. Onun bu ifadələrindən görünür ki, Məhkum narkotik vasitələri və psixotrop maddələri tanış olan şəxsdən pul müqabilində almış və həmin maddələri ona satan şəxslə narkotik vasitələrin və psixotrop maddələrin satışı və bu maddələrin satdıqdan sonra satışından mənfəət əldə edilməsi barədə hər hansı söhbət aparmamış və razılıq əldə etməmişdir. Məhkum əməlinin CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi üçün, yuxarıda göstərildiy i kimi, tələb olunan şərtlərdən yalnız iki şərt – narkotik vasitənin və psixotrop maddənin satış məqsədi ilə əldə edərək saxlanılması və daşınması ilə bağlı məhkumun qanunsuz hərəkətlər etməsi və bu vasitənin külli miqdarda olması mübahisəsiz sübuta yetirildiyi halda məhkumun ona istinad əməli istintaqla müəyyən edilməmiş digər şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə törətməsi isə araşdırılmış sübutlarla təsdiq olunmur. Göründüyü kimi, ibtidai araşdırma orqanı Məhkum başqa şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə 2,818 qram narkotik vasitə heroini və 0,153 qram psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması qənaətinə gəlsə də, məhkəməyə bununla bağlı əsaslı şübhə yaratmayan mötəbər sübutlar təqdim olunmamış, məhkəmə araş dırmaları zamanı da Məhkum istinad olunan cinayəti qabaqcadan əlbir olmuş bir qrup şəxs şəklində törətməsini təsdiq edən hər hansı bir sübut müəyyən edilməmişdir. Odur ki, Məhkum satış məqsədi ilə narkotik və psixotrop maddələrin əldə edərək saxlanılması və daşıması cinayətinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi əlaməti və bu əlaməti nəzərdə tutan Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi Məhkum birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında isnad edilən maddələrin sırasından xaric edilməlidir. Məhkum cəzasının yüngülləşdirilməsi ilə bağlı kassasiya şikayətində istinad etmiş olduğu dəlilərə gəldikdə, kollegiya qeyd edir ki, Məhkum törətmiş olduğu cinayət əməllərindən CM-nin 234.4.1-ci maddəsinin xaric edilməsi ona təyin edilmiş cəzanı n yüngülləşdirlməsi üçün əsas yaratsa da, Məhkum CM-nin 234.4.3-cü maddəsi ilə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş və apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmış 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası - cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə, cəzanın təyin edilməsinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə cavab verən, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözlənilməklə qəbul edilmiş cəza kimi çıxış edir ki, belə olan halda məhkumun cəzasının endirilməsi ilə bağlı kassasiya tələbi də, təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.M.Hüseynlinin çıxışını dinləyib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15-ci maddəsində göstərilən əsasla Məhkum barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2022-ci il tarixli qərarı dəyişdirilməli, Məhkum CM-nin 234.4.1ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair müddəalar həmin qərardan və onunla bağlı Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 12 may 2022-ci il tarixli hökmündən xaric edilməli, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təyin edilmiş 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, həmçinin Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2022-ci il tarixli, 1(105)-331/2022 nömrəli qərarı kassasiya şikayət inə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2022-ci il tarixli, 1(105)-331/2022 nömrəli qərarı dəyişdirilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2022-ci il tarixli, 1(105)-331/2022 nömrəli qərarından və onunla bağlı Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 12 may 2022-ci il tarixli, 1(124)-33/2022 nömrəli hökmündən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi il ə təqsirli bilinib məhkum edilməsinə dair müddəalar xaric edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təyin edilmiş 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, həmçinin Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2022-ci il tarixli, 1(105)-331/2022 nömrəli qərarı kassasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar