Məhkəmə qərarları › İş №1(102)-2317/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2317/2024

24.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2317/2024 24.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Abdulov Rəşad Məhərrəm oğlu və Teyyubov Muxtar Asif oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçisi İsmayılov Musa Mirnuh oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 9 aprel 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.3, 228.4 və 315-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına, ona CM-nin 228.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar cəza təyin edilməməsinə və onun barəsində CM-nin 128-ci maddəsi ilə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 43.1.1-ci maddəsinə əsasən xitam verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 iyul 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi M.M.İsmayılov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 9 aprel 2024-cü il tarixli hökmü ilə (hakimlər Əliyev Samir İmamverdi oğlu (sədrlik edən və məruzəçi), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, CM-nin 128-ci maddəsi ilə cinayət təqibinə CPM-nin 43.1.1-ci maddəsinə əsasən xitam verilmiş, o, CM-nin 228.4, 234.4.3, 315-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətə, CM-nin 234.4.3-cü maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə, CM-nin 315-ci maddəsi ilə 2 (iki) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 93.1.2-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi qərara alınmışdır. İşin halları: Məhkum ittiham verilmişdir ona görə ki, o, 23 iyul 2021-ci il tarixdə tamah niyyəti ilə qanunuz olaraq satış məqsədilə istintaqa məlum olmayan mənbədən 4 ədəd bükümlərdə ümumilikdə 27,416 qram çəkidə, külli miqdarda kustar üsulla hazırlanmış hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, 24 iyul 2021-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Firdovsi küçəsinə gətirmiş, orada həmin heroinin 0,4 99 qram çəkidə olan hissəsini əvəzsiz olaraq X3 verdikdən sonra həmin ünvanda Xəzər RPİ-nin əməkdaşları tərəfindən X14, X8 ilə birlikdə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanıldıqları zaman Məhkum qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi soyuq silah hesab olunan bıçaqla xidməti vəzifələrini yerinə yetirən Xəzər RPİ-nin CAŞ-m əməliyyat müvəkkili Zərərçəkmiş şəxs sağ budun deşilmiş kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid xəsarət yetirib hakimiyyət nümayəndəsi hesab olunan Zərərçəkmiş şəxs qəsdən sağlamlığına yüngül zərər vurmaqla, hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Bundan sonra Məhkum saxlanılaraq RPİ-nə gətirilib üzərində aparılan şəxsi axtarış zamanı həmin metamfetaminin 2 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 10,018 qram və 4,422 qram olan hissəsi onun əynindəki şalvarının sağ yan cibindən, 2 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkisi 5,079 və 7,319 qram olan hissəsi isə saxlandığı zaman yerə atdıqdan sonra onu götürüb üzərində saxlayan X5 üzərindən aşkar edilib götürülmüşdür. Hökmdən Məhkum müdafiəçisi M.M.İsmayılov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Bəhrəmzadə Sabit Xanlar oğlu (sədrlik edən və məruzəçi), Babayev Qədim Xaliq oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə) 2 iyul 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 9 aprel 2024-cü i l tarixli hökmü dəyişdirilmiş, CM-nin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən həmin Məcəllənin 228.4-cü maddəsi ilə ona cəza təyin edilməmiş və Məhkum həmin maddə ilə cinayət məsuliyyətindən azad edilmiş, CM-nin 66.3-cü maddəisinə əsasən ona CM-nin 234.4.3-cü maddəsi ilə təyin edilmiş 5 (beş) il 6 (altı) ay müüddətə azadlıqdan məhrum etmə cəzası ilə CM-nin 315-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 6 (altı) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissədə isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 iyul 2024-cü il tarixli qərarından müdafiəçi M.M.İsmayılov kassasiya şikayəti verərək həmin qər arın ləğv edilərək Məhkum cinayətin törədilməsində aidiyyəti olmadığından və təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində CM-nin və CPM-nin bir sıra maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Azərbaycan Respublikasının Ali Məkəməsi Plenumlarının bəzi qərarlarına, iş üzrə qəbul edilmiş yekun məhkəm aktları ilə müəyyən olunan işin faktiki hallarına, ibtidai araşdırma zamanı toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış bir çox sübutlara istinad edərək işin müəyyən edilmiş faktiki hallarını mübahisələndirən müdafiəçi M.M.İsmayılov həmin şikayətini onunla əsaslandırmışdır ki, müdafiə tərəfi olaraq ittihamla ümumiyyətlə razı deyil, poli s idarəsində məhkuma qarşı zorakılıq tətbiq edilmiş və o, işgəncəyə məruz qalmış, lakin qorxduğundan bu barədə şikayət etməmiş və həmin fakt araşdırılmamışdır. Lakin hal-hazırda da Məhkum ağız nahiyyəsinə baxdıqda dişlərinin qırıq, yerlərinin isə yara olduğunu görmək mümkündür, onun aldığı xəsarətlərin izləri hələ də qalmaqdadır. Hətta cinayət işinin materiallarında da Məhkum üz nahiyyəsində xəsarətlərin olması qeyd edilmişdir. Ona qarşı edilmiş zorakılığın təsiri altında Məhkum onun qarşısına hazır şəkildə qoyulan izahat və protokolları zahirən etiraz etmədən imzalamışdır. Cinayət işi üzrə toplanmış sübutlar tam və hərtərəfli araşdırılmamış, iqqətəlayiq, şübhəli və qaranlıq məqamlar aydınlaşdırılmamış, baş vermiş hadisənin səbəb və motivi müəyyən edilməmiş, müstəntiq Məhkum, polis nəfərlə rinin izahatlarının alınması və məhkəmə-tibbi ekspertizasının rəyi ilə kifayətlənərək araşdırmasını bununla yekunlaşdırmışdır. İttihama əsasən, guya Məhkum 4 bükümdə ümumilikdə 27.416 qram metamfetamini üzərində saxlamaqla daşımış, 24 iyul 2021-ci il tarixdə Türkan qəsəbəsi, Firdovsi küçəsinə gətirmiş və orada həmin metamfetaminin 0,499 qram çəkidə olan hissəsini X3 vermişdir. Belə olan halda şəxsi axtarış zamanı Məhkum üzərində 26.,17 qram (27,416-0,499=26,917) çəkidə metamfetamin olmalı idi. Halbuki şəxsi axtarış zamanı Məhkum üzərindən 15,018 qram, X5in üzərindən isə 12.398 qram, cəmi 27,416 qram metamfetamin, X3dən də 0,499 qram metamfetamin aşkar edilərək götürülmüşdür. Digər tərəfdən, şəxsi axtarış zamanı X15 onun üzərindən aşkar olunmuş 2 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz ç əkisi 5,079 qram və 7,319 qram, ümumi təmiz çəkisi 12,398 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin ona məxsus olduğunu etiraf etmiş, daha sonra yəni 07 yanvar 2022-ci il tarixdə dindirmə zamanı isə bildirmişdir ki, həmin bükümlərdə olan narkotik vasitə ona məxsus deyil və Məhkum tərəfindən tutulduqdan sonra onların yanına gətirilən zaman cibindən çıxarılıb yerə atılmışdır. Eyni məzmunlu ifadələri həmçinin X3 və X5un anası Xda vermişdir. Daha sonra isə Məhkum də izahatlarında hadisənin yuxarıda olduğu kimi baş verdiyini təsdiq etmiş, daha doğrusu təsdiq etməyə məcbur edilmişdir. Halbuki, Məhkumun həmin bükümləri yerə atmağı fiziki olaraq mümkün deyildi. Eyni zamanda məhkəmələr şahid qismində dindirilmiş polis əməkdaşlarının verdikləri ifadələr arasında çoxlu ziddiy yətlərin olmasına diqqət yetirməmiş, həmin ziddiyyətlər aradan qaldırılmamış, belə vəziyyətdə isə məhkəmə istintaqının tamamlanması əsassız olmuşdur. Bu səbəbdən müdafiə tərəfi məhkəmə istintaqının yekunlaşmasına etiraz etmiş, çünki məhkəmə istintaqı zamanı tərəflərindən bir çox vəsatətlər verilmiş, lakin həmin vəsatətlər məhkəmə tərəfindən qəbul edilməmiş və ya təmin olunmamışdır. Bundan başqa, iş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 02 fevral 2022-ci il tarixli hökmü ilə X8 CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, sonuncu onun barəsində cinayət işinə baxılarkən məhkəmədə verdiyi ifadələrində bildirmişdir ki, onun üzərindən aşkar edilərək götürülmüş psixotrop maddəni o, öz istifadəsi üçün X5dən almışdır. Eyni zamanda, X3, əvvəl də iki dəfə X5dən narkotik vasitə heroin aldığını qeyd etmişdir. Göründüyü kimi X3 psixotrop maddəni əldə etməsi mənbəyi olaraq Məhkum deyil, məhz X5u göstərmişdir. Lakin hazırki cinayət işi üzrə X3 ibtidai istintaqda bir-birindən fərqli və ziddiyyətli ifadələr Digər tərəfdən Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 may 2022-ci il tarixli (eyni tərkib tərəfindən işə baxılıb) hökmü ilə X CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum olunmuş və həmin hökm üzrə cinayət işinə baxılarkən sonuncu məhkəmədə göstərmişdir ki, onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni X6 sifarişi ilə Hafiz adlı şəxsdən əldə etmişdir. Lakin hazırki cinayət işi üzrə X da ibtidai istintaq zamanı biri- birindən fərqli və ziddiyyətli ifadələr vermişdir. Hə m göstərilən hökmlərdə qeyd edilmiş, həm də ibtidai istintaq zamanı verilmiş ifadələrdən göründüyü kimi, cinayət işinin materiallarında kifayət qədər ziddiyətli məqamlar mövcuddur. X5un, X3in və Məhkum qrup halında birlikdə tutulmalarına baxmayaraq sonradan X5 və X3 ilkin verdikləri ifadələri tamamilə dəyişərək ümumiyyətlə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə əlaqəli olmadıqlarını bildirmiş, ibtidai araşdırma orqanı tərəfindən də bu ifadələr alındıqdan sonra Məhkum qarşı əsassız ittiham irəli sürmüşdür. Hətta X5un ifadələri əsasında tutulmuş X da sonradana ifadələrini dəyişərək narkotik maddələri X5un yox, Məhkum satmaq üçün ondan aldığını bildirmişdir. Bu xüsusatlar onu deməyə əsas verir ki, Məhkum elan olunmuş və onun təqsirli bilindiyi ittiham saxta, əsassız və ən əsa sı qanunsuzdur. İttiham tərəfi məhkəməyə ümumiyyətlə Məhkum narkotik vasitələrin satışı ilə məşğul olmasını sübut edən hər hansı sübut təqdim etməmiş, telefon məlumatları ilə də bu hal təsdiq olunmur, bütün bunlar isə Məhkum CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamın ehtimallar və fərziyyələr əsasında qurulmasına, aşağı instansiya məhkəmələrinin gəldiyi nəticənin isə əsaslı olmamasına dəlalət edir. Qeyd olunan dəlillərə əsaslanaraq müdafiəçi M.M.İsmayılov onun kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 24 dekabr 2024-cü il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməmiş və bu haqda ərizə ilə məhkəməyə müraciət etməmiş, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs isə naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar olaraq müdafiəçi M.M.İsmayılovun və dövlət ittihamçısı H.B.İmranovun rəylərini dinləyərək və CPM-nin 419.4-cü maddəsini rəhbər tutaraq kassasiya şikayətinə Məhkum və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı i lə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Müdafiəçi M.M.İsmayılovun kassasiya şikayətinin məzmunundan göründüyü kimi, həmin şikayətin əsas dəlilləri ondan ibarətdir ki, məhkəmələr tərəfindən iş üzrə toplanmış sübutlara düzgün qiymət verilməmiş və Məhkum təqsiri sübuta yetirilmədiyi halda o, əsassız və qanunsuz olaraq ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilinib məhkum olunmuşdur. Bununla da, müdafiəçi apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.2 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2 və 416.1.11-ci maddələrinə əsasən isə, m əhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçi M.M.İsmayılovun kassasiya şikayətini kassasiya qaydasında baxılmalı olan müraciət kimi görür və həmin şikayətlə bağlı Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 iyul 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin ka ssasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM -nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğ v edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsində göstərilmiş dir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmas ının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın və ümumilikdə dövlətin və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasını və müdafiə olunmasını, hər hansı cinayətin törədilməsi nəticəsində bu və ya digər şəkildə zərər çəkmiş şəxslərin də cinayətkar qəsdlərdən qorunaraq sonuncuların da pozulmuş hüquqlarının bərpa edilməsini, onların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun cinayət mühakmə icraatını həyata keçirən orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, digər tərəfdən isə hər hansı cinayətin və ya cinayətlərin törədilməsində təqsirli bilinmiş şəxslərin qanuna müvafiq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiya sının 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. CM-nin 2.1 və 2.2-ci madd ələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edi r. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsin in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin, “İnsan Hüquqlar ının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin və cinayət-prosessual qanunvericiliyinin tələblərindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, hökmün və apellyasiya instansiyası məhkəməsinin qərarının əsasını təşkil etmiş sübutların yenidən araşdırılması deyil, törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normalarının düzgün tətbiq edilibedilməməsini yoxlamaq vəzifəsi düşür Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi iş üzrə sübutları araşdırmaqla və onları qiymətləndirməkl ə adı çəkilən məhkumun hökmdə və hazırki qərarın “İşin halları” hissəsində təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi isə hökmdən verilmiş apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan baxaraq Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirliliyinin müəyyən edilməsinə və sonuncunun törətdiyi əməlin hüquqi tövsifi ilə bağlı gəldiyi nəticə ilə haqlı olaraq razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, hər iki məhkəmənin gəldikləri nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Odur ki, məhkumun müdafiəçisi Məhkum kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının sübutların toplanması, araşdırılması və qiymətləndirilməsi, habel ə məhkumun ona istinad olunan əməlləri törətməsinin sübuta yetirilməməsi barədə dəlillərinin, həmin qərarın ləğv edilməsi və Məhkum bəraət verilməsi haqqında qərarın qəbul edilməsinə dair tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası işin faktiki hallarının kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə məhkəmələr tərəfindən müəyyən olunmuş faktiki halları nəzərə alaraq məhz həmin halları rəhbər tutur. Kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni Məhkum ibtidai istintaq zamanı verdiyi etir afedici ifadələri ilə yanaşı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, şahidlər Şahid1, Şahid4 və Şahid2 ifadələri ilə, “əşyaya baxış və götürmə barədə” və “şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” 24 iyul 2021-ci il tarixli protokollarla, məhkəmə fiziki-kimyəvi ekspertizasının 24 iyul 2021-ci il tarixli 6/3068 nömrəli, məcburinarkoloji tibbi yoxlamanın 14 oktyabr 2021-ci il tarixli 3954 nömrəli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsinin 14 oktyabr 2021-ci il tarixli 737/2021-MTBŞ və 612-MTKŞ/2021 nömrəli və 02 dekabr 2021-ci il tarixli 1464 nömrəli rəyləri ilə, zəruri istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və sübut əhəmiyyətli bir çox sənədlərlə tam təsdiq edilir. İş materiallarından gö rünür ki, istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə istintaqı zamanı kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq, sübutların toplanması və araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, aparılmış istintaq hərəkətlərinin hamısı tərtib edilmiş müvafiq protokollarda əks etdirilmiş və bu sübutların məcmusuna əsasən müəyyən edilmişdir ki, Məhkum 23 iyul 2021-ci il tarixdə tamah niyyəti ilə qanunuz olaraq satış məqsədilə istintaqa məlum olmayan mənbədən 4 ədəd bükümlərdə ümumilikdə 27,416 qram çəkidə, külli miqdarda kustar üsulla hazırlanmış hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, 24 iyul 2021-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Firdovsi küçəsinə gətirmiş, orada həm in heroinin 0,499 qram çəkidə olan hissəsini əvəzsiz olaraq X3 verdikdən sonra həmin ünvanda Xəzər RPİ-nin əməkdaşları tərəfindən X14, X8 ilə birlikdə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanıldıqları zaman Məhkum qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi soyuq silah hesab olunan bıçaqla xidməti vəzifələrini yerinə yetirən Xəzər RPİnin CAŞ-in əməliyyat müvəkkili Zərərçəkmiş şəxs sağ budun deşilmiş kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid xəsarət yetirib hakimiyyət nümayəndəsi hesab olunan Zərərçəkmiş şəxs qəsdən sağlamlığına yüngül zərər vurmaqla, hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Bundan sonra Məhkum saxlanılaraq RP İ-nə gətirilib üzərində aparılan şəxsi axtarış zamanı həmin metamfetaminin 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 10,018 qram və 4,422 qram olan hissəsi onun əynindəki şalvarının sağ yan cibindən, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 5,079 və 7,319 qram olan hissəsi isə saxlandığı zaman yerə atdıqdan sonra onu götürüb üzərində saxlayan X5 üzərindən aşkar edilib götürülmüşdür. Birinci instansiya məhkəməsinin hökmünün və apellyasiya instansiyası məhkəməsinin yekun qərarının təsviri-əsaslandırıcı və hazırki qərarın “İşin halları” hissələrində ətraflı təsvir edilmiş işin bu faktiki hallarının arxasında duran, ibtidai araşdırma zamanı qanuni yolla əldə edilmiş, birinci instansiyası məhkəməsinin məhkəmə iclasında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlar həm birinci instans iya məhkəməsinin hökmündə, həm də apellyasiya şikayətinə baxılmasına dair apellyasiya instansiyası məhkəməsinin yekun qərarında ətraflı şərh edilmiş, bu sübutlar həm ayrı-ayrılıqda, həm də məcmu şəklində mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilmiş və məhkəmə kollegiyası buna görə həmin sübutların təkrarən hazırki qərarda təsvir edilməsinə ehtiyac görmür. İş materiallarından göründüyü kimi, istər ibtidai araşdırma zamanı, istərsə də işə məhkəmələrdə baxılarkən həm ibtidai araşdırma orqanı, həm də məhkəmələr tərəfindən, müdafiəçi M.M.İsmayılovun kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq, sübutların toplanması və araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, aparılmış istintaq hərəkətlərinin hamısı, o cümlədən şahidlərin dindirilmələri və onların ifadələri tərtib edilmiş müvafiq protokollarda əks etdirilmiş, işə əlavə olunmuş sənədlər və başqa sübutlar qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, məhkəmələr Məhkum təqsirli olması hissəsində yekun məhkəmə aktlarnın əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş və əsaslandıqları sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş və məhkəmə iclasları ağlabatan müd dətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqların pozulmasına da yol verilməmişdir. Bununla yanaşı məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq məhkəmələr Məhkum məhz ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməsi barədə nəticəyə gələrkən iş üzrə qəbul etdikləri yekun məhkəmə aktlarında mülahizələrə deyil, araşdırılmış mötəbər və qanuni yolla əldə edilmiş, biri-birini tamamlayan sübut lara əsaslanmış, bu aktlar qəbul edilərkən isə yolverilməz sübutlardan istifadə olunmamış, yəni nəticə etibarı ilə məhkəmələr prosessual hüquq normalarının aşağıdakı tələblərinə də tam əməl etmişlər. Belə ki, CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bi r sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139-cu maddəsi bu normada göstərilən digər hall arla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-nin 146.1-ci maddəsinin müddəalarından görünür ki, cinayət təqibi üz rə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 349.5-ci maddəsinin tələblərindən görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümləd ən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Məhkəmə kollegiyası CPM-nin 349.5-ci maddəsin in tələblərindən çıxış edərək onu da vurğulayır ki, “məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda” müddəası təqsirləndirilən şəxsin, zərərçəkmişin və ya şahidin təkcə onların məhkəmədə verdiyi ifadələrini deyil, həmçinin həmin şəxslərin ibtidai araşdırma zamanı verdikləri, məhkəmə iclasında isə tədqiq edilmiş ifadələrini də nəzərdə tutur o şərtlə ki, həmin ifadələrin qanunsuz yolla (CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməklə) alınması müəyyən edilməmiş olsun, buna görə belə ifadələr məhkəmə tərəfindən sübutlar siyahısından çıxarılmasın, bu ifadələr digər sübutlarla təsdiq edilsin və və qanuni yolla alınmış ifadələr kimi məhkəmə iclasında tədqiq edilərək onlara yekun məhkəmə aktlarında məcmu qaydasında qiymət ver ilsin. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan eyni hüquqi mövqe “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli qərarında da əksini tapmışdır. Həmin qərarda qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətl i halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhk əmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin t övsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsir ləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. İş materialları ilə istər Məhkum, istərsə də iş üzrə şahidlərin ibtidai araşdırma zamanı fiziki və ya psixi təsirlər altında həqiqətə uğun olmayan ifadələr vermələri, onların dindirilmələri zamanı hüquqlarının pozulması müəyyən edilməmiş, həmin ifadələr iş üzrə araşdırı lmış və hökmdə və apellyasiya instansiyası məhkəməsinin qərarında əksini tapmış başqa sübutlara uyğun olmuş və məhkəmələr haqlı olaraq Məhkum məhkəmə iclaslarında verdiyi ifadələrini cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirib qəbul etdikləri yekun məhkəmə aktlarının əsasına araşdırdıqları və qiymət verdikləri başqa sübutları qoymuş, bu sübutların əsasında da sonuncunun CM-nin 228.4, 234.4.3, və 315-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməsinə dair qanuni və əsaslı yekun məhkəmə aktları qəbul edilmişdir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri bilir ki, müdafiəçi M.M.İsmayılovun kassasiya şikayətində göstərdiyi dəlillər və irəli sürdüyü tələb eyni ilə birinci instansiyası məhkəməsinin hökmün dən sonuncu tərəfindən verilmiş apellyasiya şikayətində əksini tapmış və apellyasiya instansiyası məhkəməsi həmin şikayətə məhkəmə istintaqı aparmadan baxaraq irəli sürülmüş bütün dəlillərə və tələbə əsaslandırılmış şəkildə, qanunvericiliyin tələblərinə əsaslanmaqla cavab vermiş, göstərilən şikayətlər üzrə gəldiyi nəticəni isə qəbul etdiyi yekun qərarında ətraflı şərh etmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətinin cavablandırılması, sübutlara isə qanuna müvafiq qaydada qiymətləndirilməsi ilə tam razılaşır və həmin məhkəmənin qərarında göstərdiyi halların, istinad etdiyi normaların bir daha hazırki qərarda təkrarlanmasına lüzum görmür. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, Məhkum müdafiəçisi M.M.İsmayılovun kassasiya şikayətində göstər diyi dəlillər heç bir sübutla təsdiq olunmur və məhkum olunmuş şəxsin cinayət məsuliyyətindən yayındırılmasına xidmət edən dəlillər kimi qiymətləndirilməlidir. Beləliklə, təsvir olunanlardan görünür ki, müdafiəçi M.M.İsmayılovun kassasiya şikayətində irəli sürülmüş dəlillər tamamilə əsassız olmaqla baxılan işdə CPM-nin 42.1.1, 42.1.2, 42.1.3 və 42.1.4-cü maddələrində təsbit edilmiş bəraətin əsasları (o cümlədən məhkumun əməllərində cinayət tərkibinin olmaması kimi hal), eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və ya dəyişdirilməsini tələb edən CPM-nin 416-cı maddəsində göstərilən pozuntulardan hər hansı biri müəyyən edilmir. Buna görə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib apellyasiya instansiyası məhkəm əsinin qərarının dəyişdirilməsini və ya ləğv edilməsini şərtləndirən CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı halı müəyyən etməyərək və kassasiya şikayətinin təmin edilməsi haqda Məhkum müdafiəçisi M.M.İsmayılovun, həmin şikayətin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli və Məhkum CM-nin 234.4.3, 228.4 və 315-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına, ona CM-nin 228.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar cəza təyin edilməməsinə və onun barəsində CM-nin 128ci maddəsi ilə cinayət təqibinə CPM-nin 43.1.1-ci maddəsinə əsasən xitam verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 iyul 20 24cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Məhkum müdafiəçisi İsmayılov Musa Mirnuh oğlunun kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3, 228.4 və 315-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına, ona CM-nin 228.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar cəza təyin edilməməsinə və onun barəsində CM-nin 128-ci maddəsi ilə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən xitam verilməsinə dair cinayət işi ü zrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 iyul 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar