Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2317/2025 20.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1541/2024 nömrəli, 17 iyul 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilm iş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxx 1982-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, məhkumluğu olan, ünvan 1 ünvanında daimi yaşayış qeydiyyatında olmaqla, faktiki olaraq Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində qeydiyyatsız ünvanda yaşamışdır. 2. 12 sentyabr 2023-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 27 sentyabr 2023-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli s ürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə Məhkum tanışı Təqsirləndirilən şəxs ilə birlikdə şəxsiyyəti istintaqa məlum olmayan qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda qurudulmuş marixuananın Azərbaycan Respublikasının ərazisində satışını həyata keçirmək qarşılığında hər dəfə 200-300 manat pul əldə edəcəkləri barədə qeyrisi ilə razılaşdıqdan sonra, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, cinayətkar qrupun üzvü olan qeyrisindən istintaqa məlum olmayan tarixdə və yerdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - ümumilikdə təmiz çəkisi 3.018,451 qram olan kustar üsul la hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə etdikdən sonra 27 mart 2023-cü il tarixdə Məhkum qeyrisinin tapşırığına əsasən 1 ədəd bükümdə, təmiz çəkisi 13,451 qram olan qurudulmuş marixuananı satmaq məqsədilə əldə edib üzərində saxlayaraq daşımış, daxil olmuş əməliyyat məlumatına əsasən 27 mart 2023-cü il tarixdə, saat 15 radələrində ünvan 3 ünvanın yaxınlığında Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində saxlanılaraq Nərimanov Rayon Polis İdarəsinin inzibati binasına aparılmış, həmin tarixdə orada müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 13,451 qram olan bitki mənşə li kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmuşdur. 30 mart 2023-cü il tarixdə isə Təqsirləndirilən şəxs qeyrisinin tapşırığına əsasən Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən məişət tullantıları qutularının yanındakı kolluqda gizlətmiş olduqları yerdən təmiz çəkisi 3.005,0 qram olan qurudulmuş marixuananı satmaq məqsədilə götürməklə üzərində saxlayaraq daşımış, daxil olmuş əməliyyat məlumatına əsasən 30 mart 2023-cü il tarixdə, saat 07 radələrində ünvan 5 ünvanın yaxınlığında Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq idarənin inzibati binasına aparılmış, həm in tarixdə orada müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılaraq üzərinə şəxsi axtarış keçirilərkən sağ əlindəki göy rəngli polietilen bağlamadan 01 ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi külli miqdar – 3.005,0 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür.
5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-801/2024 nömrəli, 17 aprel 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 27 mart 2023cü il tarixdən hesablanması hökm edilmi ş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, məhkum edilmişdir.
7. Birinci instansiya məhkəməsinin hökmündən təqsirləndirilən şəxs Məhkum və müdafiəçisi Müdafiəçi2 ayrı-ayrılıqda apellyasiya şikayətləri verib, hökmün dəyişdirilməsini və hüquqlarının müdafiə etdiyi şəxsin əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilərək, ona həmin maddə həddində müvafiq cəza təyin edilməsini xahiş etmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1541/2024 nömrəli, 17 iyul 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-801/2024 nömrəli, 17 aprel 2024-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti verib, qərarın dəyişdirilməsini və məhkumun əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir.
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)1368/2025 nömrəli, 11 iyul 2025-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1541/2024 nömrəli, 17 iyul 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən q ərarından hazırda Məhkum özü kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
12. Kassasiya şikayətində məhkum özünü narkotik vasitələrin istifadəsində təqsirli bildiyini, lakin narkotik vasitələrin satışı ilə məşğul olmadığını, məhkəmədə ibtidai istintaq dövründə təzyiqlər və hədə-qorxular nəticəsində verdiyi ilkin ifadəsini təsdiq etmədiyini, məhkəmələr tərəfindən işin faktiki hallarının ətraflı araşdırılmadığını iddia edib, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1541/2024 nömrəli, 17 iyul 2024cü il tarixli qərarının dəyişdirilməsi, əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinə tövsif edilməsi və həmin maddənin sanksiyası həddində cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Kassasiya şikayətinə qa rşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
14. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
15. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayə t və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
16. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
17. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) ol duqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
18. Məhkum əməlinin düzgün tövsif edilmədiyini iddia edərək, kassasiya xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
19. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1541/2024 nömrəli, 17 iyul 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq hə min qərarı qanuni və əsaslı hesab edir.
20. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.
21. Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsin in hüquqi mövqeyinə görə, cinayət hüquqpozmalarını nəzərdə tutan beynəlxalq müqavilələr birbaşa tətbiq oluna bilməsə də, hüquq tətbiqedici orqanlar tərəfindən qəbul edilən qərarların və hüquqi mövqelərin əsaslandırılması zamanı Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsini təşkil edən beynəlxalq müqavilələrə və onun müddəalarına istinad edilməsi yolveriləndir (“Azərbaycan Respublikası Konstitusiyasının 63 və 71-ci maddələri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 18 mart 2025-ci il).
22. İstinad edilən tövsiyəyə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Mə hkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (xüsusilə, məhkəmə baxışının predmetini hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).
23. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda məhkum tərəfindən kassasiya şikayətində irəli sürülmüş dəlillər, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasınd a bundan əvvəl baxış predmeti olmuş, həmin şikayətin araşdırması nəticəsində işə baxan əvvəlki məhkəmə kollegiyası qəbul etdiyi qərarında hazırda baxılan kassasiya şikayətində qaldırılan dəlillərə ətraflı münasibət bildirilmişdir.
24. Kassasiya şikayətinin müəllifi kassasiya şikayətində mübahisəsini etdiyi qərarın nəticələrini təkzib edə biləcək hər hansı yeni amilə istinad etmədiyindən, məhkəmə kollegiyası kassasiya instansiyası məhkəməsinin bildirdiyi mövqeyindən fərqli nəticəyə gəlmək üçün əsas görmür.
25. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya müraciətində qeyd edilən dəlillər üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarını qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.
26. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1541/2024 nömrəli, 17 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1541/2024 nömrəli, 17 iyul 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.