Məhkəmə qərarları › İş №1(102)-2319/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2319/2024

01.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2319/2024 01.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və məhkumun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 182.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ap ellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 24 iyun tarixli, 1(103)-765/2024 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (X4) xx.xx.2024-cü il tarixli, 1(001)164/2024 nömrəli hökmü ilə, xx.xx.2003-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 3 (üç) il müddət ə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun 03 avqust 2023-cü il tarixdən hazırkı vaxtadək həbsdə və ev dustaqlığında saxlanıldığı 6 (altı) ay müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanıb, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq təyin olunan azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən edilmiş, üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuş, sınaq müddətinin əv vəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmış, barəsində seçilmiş "ev dustaqlığı” qətimkan tədbiri "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilmiş və seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmışdır. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X3 (sədrlik edən və məruzəçi), Ramin Qaraqurbanlı və Anar İbrahimovdan ibarət tərkibdə) 2024-cü il 24 iyun tarixli, 1(103)-765/2024 nömrəli qərarı ilə apellyasiya protesti təmin edilmiş, hökmdən CMin 70-ci maddəsinin tətbiq edilməsinə dair müddəalar xaric edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum 2023-cü il 3 avqust tarixindən 2024-cü il 2 fevral tarixinədə k həbsdə və ev dustaqlığında saxlanıldığı 6 (altı) ay müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanıb, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, o, məhkəmə iclas zalından dərhal həbsə alınmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin əvvəlinin 24 iyun 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən, Məhkum özgənin əmlakını əldə etmək məqsədi ilə hədə- qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə əldə etmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs ilə birlikdə olarkən müxtəlif vaxtla rda öz telefonuna çəkdiyi Zərərçəkmiş şəxs fotoşəkillərini sosial şəbəkələrdə paylaşacağını, sonuncunun ailə üzvlərinə və tanışlarına göstərməklə şəxsi münasibətlərinin olmasına dair rüsvayedici məlumatları yayma hədəsi ilə 01 avqust 2023-cü il tarixdə Zərərçəkmiş şəxs 800 manat pul tələb etmiş, Zərərçəkmiş şəxs bununla bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış müraciəti əsasında qeyd edilən İdarənin əməkdaşları tərəfindən 2023-cü il 3 avqust tarixdə keçirilmiş əməliyyataxtarış tədbiri zamanı Məhkum hədə-qorxu ilə tələb etdiyi pulu almaq məqsədilə həmin tarixdə saat 12.45-də ünvan 2 ünvanında yerləşən "Endi” marketin yaxınlığında Zərərçəkmiş şəxs tanışı Şahid4 ilə görüşüb sonuncudan əvvəlcədən əməliyyat-axtarış tədbirində istifadə edilməsi üçün seriya və nömrələri protokolda qeyd edilmiş C90729291, A88223415, C49774476, A23480697, C06983629, A74747974, A26415430 və A14215734 seriya və nömrəli 8 ədəd 100 manatlıq pul əskinaslarından ibarət 800 manat məbləğində pulu hədə-qorxu ilə tələb etməklə alıb ələ keçirdikdən dərhal sonra həmin gün saat 12-50-də ünvan 2 ünvanında yerləşən "Endi” marketin yaxınlığında saxlanılaraq baş idarəyə gətirilib orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki şalvarın sağ arxa cibindən C90729291, A88223415, C49774476, A23480697, C06983629, A74747974, A26415430 və A14215734 seriya və nömrəli 8 ədəd 100 manatlıq pul əskinasları aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MÜDAFİƏÇİNİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiə çisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, təqsirləndirilən şəxs gəncdir, cəmi 22 yaşı var. Onun əməlinin ictimai təhlükəliliyi yüksək deyildir, gəncliyin, sevgi münasibətlərinin fonunda edilmiş qeyri-adekvat hərəkətdir. O, təqsirini tam etiraf etmiş, əməlindən səmimi peşman olmuş, əməlin ictimai təhlükəli nəticələrini tamamilə aradan qaldırmış, zərərçəkmiş şəxslə barışıq əldə etmiş, vurduğu maddi və mənəvi ziyanı kompensasiya etmişdir. Bundan başqa o, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətdə tam islah olunmuş, ev dustaqlığına buraxıldığı müddətdən Bakı Apellyasiya Məhkəməsi tərəfindən həbs olunanadək keçən müddət ərzində barəsində hər hansı bir şikayət olmamış, o, hər hansı bir cinayət əməli və ya inzibati xəta törətməmişdir. Xüsusilə vurğulamaq lazımdır ki, ev d ustaqlığına buraxıldıqdan sonra onun əməyə münasibəti dəyişmiş, Sumqayıt şəhərində avtomobil yuma sexi icarəyə götürərək yuyucu kimi işə başlamışdır. Bu halı təsdiq edən icarə müqaviləsi, VÖEN və digər sənədlərin surəti apellyasiya instansiyası məhkəməsinin iclasında məhkəməyə təqdim edilmişdir. Lakin məhkəmə kollegiyası yuxarıda qeyd olunan diqqətəlayiq halları nəzərə almadan onun barəsindəki hökmdən şərti məhkum etməyə dair müddəaları xaric etmişdir. Halbuki, yuxarıda qeyd olunanlar şəxsin barəsində şərti məhkum etmənin tətbiqini zəruri edir. Müdafiəçi bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsi şərti məhkum etmənin hökmdən xaric edilməsi barədə qərarını onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi şərti məhkum etmənin tətbiqini zəruri edən halları əsaslandırmamışdır. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi də şərti məhkum etməyə dair müddəaların hökmdən xaric edilməsinin zəruriliyini əsaslandırmamışdır. Halbuki, yuxarıda sadalanan hallar şərti məhkum etməni zəruri edir. Məhkəmə təcrübəsində ağır, hətta xüsusilə ağır cinayətlərə görə şərti məhkum etmənin tətbiq edilməsinə dair çoxsaylı nümunələr vardır. Belə olan halda, məhkəmə kollegiyasının gənc bir insana qarşı əməlin ictimai təhlükəli nəticələrinin aradan qaldırıldığı, zərərçəkmiş şəxslə barışıq əldə edildiyi, vurulmuş maddi və mənəvi ziyanın ödənildiyi halda, şəxsin əvvəllər həbsdə və ev dustaqlığında saxlanılmaqla cəzanı hiss etdiyi və islah olunduğu halda şərti məhkum etməyə dair müddəaları hökmdən xaric etməsi əsaslı və ədalətli hesab edilə bilməz. Nəhkumun müdafiəçisi kassasiya şikayət ində Bakı Apellyasiya Məhkəməsinin 1(103)-765/2024 saylı xx.xx.2024-cü il tarixli qərarının dəyişdirilməsini, və Məhkum barəsində CM-in 70-ci maddəsinin tətbiq olunaraq təyin olunan azadlıqdan məhrum etmə növündə cəzanın şərti hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkumun müdafiəçisi məhkəmə iclasında çıxış edərək kassasiya şikayətini müdafiə etdi və təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum Azərbaycan Respublikası CM-in 182.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 24 iyun tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan R espublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiəçi məhkuma ağır cəza təyin edildiyini mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi bar ədə tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şə rh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəi nki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə müdafiəçinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Müdafiəçi kassasiya şikayətində əməlin tövsifini mübahisələndirməmiş, yalnız cəzanın ağırlığını mübahisələndirmişdir. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanaraq, mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü baxımından qiymətləndirilmiş sübutların məcmuyuna əsasən belə qənaətə gəlir ki, Məhkum cinayət əməli CM-in 182.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəza ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, CM-in 182.1-ci maddəsinin sanksiyasında uç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi də Məhkum CM-in 182.1-ci maddəsi ilə sanksiyanın ən aşağı həddində, yəni 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin etmişdir. Qanun verici CM-in 182.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş cinayət əməlinin yüksək ictimai təhlükəlilyini nəzərə alaraq həmin maddənin sanksiyasında digər yüngül alternativ cəzalar nəzərdə tutmamışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirərək, məhkum barəsində CM-in 70-ci maddəsinin tətbiqinə dair müddəları xaric edərkən öz mövqeyini əsaslandıraraq göstərmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlü kəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarının 4-cü bəndində göstərilmişdir ki, CM-nin 59-cu maddəsində nəzərdə tutulmamış halları cəzanı yüngülləşdirən hallar kimi nəzərə alındıqda belə halların yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Lakin birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə CM-nin 59cu maddəsində nəzərdə tutulmamış bir sıra halları cəzanı yüngülləşdirən hallar kimi nəzərə alsa da, belə halların yüngülləşdirici hallar kimi qəbul edilməsini hökmdə əsaslandırılmamışdır. Həmçinin, məhkəmə təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsini tətbiq edərkən cinayətin ictimai-təhlükəlilik dərəcəsini, törədilmə üsulunu nəzərə almamışdır. Belə ki, qeyd edilən cinayətin ictimai təhlükəlilik dərəcəsi təqsirkar şəxsin cinayəti açıq şəkildə, yəni zərər çəkmiş şəxsin və ya digər şəxslərin yanında aşkar vəziyyətdə törətməsində, həmin şəxslərin onun hərəkətlərinin cinayətkar xarakterini dərk etdiklərini bilməsində ifadə olunur. Bununla da, məhkəmə cinayətin törədilmə üsuluna da əhəmiyyət verməmiş, məhkum edilmiş şəxsə təyin edilmiş cəzanın şərti hesab edilməsi cinayətin nəticəsinin ağırlığına və ictimai-təhlükəlilik dərəcəsinə uyğun olmamış və yüngüllüyünə görə açıq aydın ədalətsiz olmuşdur. M əhkəmə kollegiyası da apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, müdafiəçinin kassasiya şikayətində qeyd etdiyi və məhkumu müsbət cəhətdən xarakterizə edən hallar müsbət yönümlü olsa da, lakin məhkumun barəsində CM-in 70-ci maddəsinin tətbiqinə əsas verən səviyyədə deyil. Məhkəmə kollegiyası hesab edir ki, törədilmiş cinayət əməlinin ictimai təhlükəliliyi, xarakteri, məhkumun şəxsiyyəti, eləcə də bu cinayət əməlinin törədilməyə başlandığı andan etibarən zərərçəkmiş şəxsin keçirmiş olduğu həyəcan, iztirab, stress, mənəvi sarsıntılar və zərərçəkmiş şəxsin bu hisslərini bilərək cinayət əməlinin törədilməsini təkidlə davam etdirmək əməlin ictimai təhlükəlilyini və məhkumun şəxsiyyətini qiymətləndirmək üçün zəruri əlamətlər olmaqla, məhkumun real cəza çəkmədən i slah olunmasını mümkün saymamaq üçün əsaslar kimi nəzərə alınmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmündən CM-in 70-ci maddəsinin müddəalarının xaric edilməsində düzgün nəticəyə gəldiyindən və gəlmiş olduğu nəticəni inandırıcı şəkildə əsalandırdığından məhkəmə kollegiyası həmin əsalandırma ilə razılaşaraq hesab edir ki, CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün məhkum Nihad Hüseyinov ona təyin edilmiş cəzanı real olaraq çəkməlidir. Məhkəmə kollegiyası, eyni zamanda, hesab edir ki, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin tətbiqi üçün də faktiki və hüquqi əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçisinin kassasiya şikayəti təmin edilməməl i, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı məhkumun kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarxili hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 24 iyun tarixli, 1(103)-765/2024 nömrəli qərarı Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar