Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-232/2020 18.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və X16 oğlundan ibarət tərkibdə, Ələkbərli Pərvanə İsmayıl qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Əliyev Müstəcəb Süleyman oğlunun iştirakı ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 oktyabr 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Zeynalov Mirheydər Seyidəmir oğlu) xx xxxxxx 1958-ci il tarixdə Gürcüstan Respublikasının Qardobani rayonunda doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, “Viza” hüquq firmasında məsləhətçi hüquqşünas işləyən, əvvələr məhkum olunmuş, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, ünvan 2 ünvanında yaşayan Məhkum Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaql a 01 il müddətə islah işləri cəzasına məhkum edilmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 31 iyul 2018-ci il tarixli hökmü ilə təyin olunmuş aylıq qazancının 15% dövlət nəfinə tutulmaqla 01 il 06 ay müddətinə islah işləri və 1.500 manat məbləğində cərimə cəzası, CM-nin 66.5-ci maddəsinə əsasən, hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanılmaqla qəti olaraq aylıq qazancının 20% dövlət nəfinə tutulmaqla 02 il müddətə islah işləri və 1.500 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, X8 qarşı xüsusi ittiham qaydasında Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə ünvanladığı müraciəti ilə əlaqədar 02 oktyabr 2017-ci il tarixdə saat 09 30 radələrində Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin ünvan 2 ünvanında yerləşən inzibati binasında olarkən müraciətə baxmış hakim X2 köməkçisi X6 şikayətin icraata qəbul edilməsindən imtina olunması haqqında hakim tərəfindən qərar qəbul olunması barədə məlumat aldıqda ictimai qaydalara qarşı etinasızlıq göstərərək, bilərəkdən özünü ictimai qaydalara qarşı qoymaqla gücünü nümayiş etdirərək, cəmiyyətdə, insanlar arasında təşəkkül tapmış, adət və ənənələr ilə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış, birgəyaşayış qaydalarını və ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlikdə ifadə edən, özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətləri edib məhkəmənin bir saylı iclas zalından inzibati bina nın daxili dəhlizinə açılan kilidlənmiş taxta qapıya bərkdən ardıcıl əl zərbələri vuraraq ucadan qışqırmaqla qapının açılmasını və hakimin zala gəlməsini tələb etmiş, qəsdən vurduğu zərbələrin şiddəti nəticəsində dəhliz tərəfdən qapı çərçivəsinin ətrafında olan divarın suvağının üst səthinin və boyanın qoparaq yerə səpələnməsinə və kosmetik tamlığının pozulmasına səbəb olaraq Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə 130 manat məbləğində maddi zərər yetirmiş, daha sonra öz hərəkətlərini davam etdirərək iclas zalından çıxıb məhkəmənin inzibati binasının giriş hissəsinə yaxınlaşaraq girişin qarşısında məhkəmənin həyət hissəsində ucadan səs-küy salmaqla ətrafdakı vətəndaşların diqqətini özünə cəlb edərək müraciətinə baxmış hakim və məhkəmə sədrinin bayıra, onun qarşısına çıxmalarını tələb etmiş, buna nail ola bilmədikdə isə onların ünvanına ucadan təhqiredici ifadələr işlətməklə, bununla da məhkəmənin iş rejimini pozmaqla qərəzli xuliqanləq etmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim N.E.Məmmədov, hakimlər Ə.N.Bayramov və Ə.İ.Qasımovdan ibarət tərkibdə) 28 yanvar 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qərardan Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim F.A.Kərimov, hakimlər G.L.Rzayeva və İ.T.Hacıqayıbovdan ibarət tərkibdə) 09 iyul 2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhk əməsinin Cinayət kollegiyasının 28 yanvar 2019-cu il tarixli qərarı ləğv edilmiş və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilmişdir. İşə yenidən baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim R.K.Səfərov, hakimlər İ.M.Murquzov və H.H.Əhmədovdan ibarət tərkibdə) 03 oktyabr 2019cu il tarixli qərarı ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli hökmü dəyişdirilmiş, həmin hökmdən Azərbaycan Respublikası CM-nin 221.1 maddəsi ilə aylıq qazancının 20% dövlət nəfinə tutulmaqla 01 il müddətə islah İşləri cəzası təyin olunması, eləcə də CM-nin 66.5-ci maddəsinin tətbiqi və Bakı şəhəri Səbail rayon Məhkəməsinin 31 iyul 2018-ci il tarixli hökmü ilə təyin olunmuş aylıq qazancının 15% məbləğində pul tutulmaqla 01 il 06 ay müddətə islah işləri və 1.500 manat məbləğində cərimə cəzasının hazırkı hökmlə qismən toplanılmaqla üzərində hər ay qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 02 il müddətə islah işləri və 1.500 manat məbləğində cərimə cəzası təyin edilməsi xaric edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 oktyabr 2019-cu tarixli qərarından Məhkum kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarını ləğv edib ona bəraət verilməsini, həmçinin cinayət işinin baxılmasında iştirak etmiş şəxslər barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Ali Məhkəmənin qərarında göstərilən xüsusatlar apellyasiya məhkəməsi tərəfindən araşdırılmamış, belə ki, Ali Məhkəmənin qərarında göstərilən xüsusatlara diqqət yetirildikdə bir daha görmək olar ki, onun əməlində cinayət tərkibi yoxdur, bunları sübut edən Ali Məhkəmənin qərarında göstərilən xüsusatlar araşdırılmamış və Bakı Apellyasiya Məhkəməsi tərəfindən yenidən qanunsuz qərar qəbul edilmişdir. Həmçinin Ali Məhkəmə qərarında iş üzrə 4 şahidin dindirilmədiyini, həmin şahidlərin dindirilməli olduğunu bildirsə də, apellyasiya məhkəməsi cəmi 2 şahidi dindirmişdir. Hansı ki, iş üzrə əsas dindirilməli olan şahidlər dindirilməmişdir. Bakı Apellyasiya Məhkəməsi araşdırma zamanı Ali Məhkəmənin mövqeyini nəzərə almamış və həmin şəxslərin şahid kimi dindirilməsini heç müzakirə mövzusu belə etməmişdir. Şikayətdə həm də qeyd edilmişdir ki, dindirilmiş şahidlərin ifadələrində zid diyətlər vardır, belə ki, şahid Mənsurlu Ayxan Bakı Apellyasiya Məhkəməsinə verdiyi izahatla istintaqdakı verdiyi izahatında ciddi fərqlər vardır. X17 istintaqdakı ifadəsində göstərir ki, qapı döyülüb və ümumi söhbətdən ona məlum olub ki, qapını döyən şəxs Məhkumdur. Şahid bundan sonra izahatında onu da qeyd edir ki, qapının döyülməyi onun iş rejmini belə pozmamış, qapının döyülməsini adı hal kimi qəbul etmiş və öz işinə davam etmişdir. Bundan sonra şahid müstəntiqin sualına cavab olaraq suvaq qatının tökülməsini belə görmədiyini, hətta həmin vaxt orada kimlərin olduğunu belə xatırlamadığını qeyd etmişdir. Apellyasiya məhkəməsində həmin şahid ifadə verərək bildirmişdir ki, qapıya güclü zərbələr endirilir, hətta qapının döyülməsi nəticəsində qapının üst hissəsindən və yan hissələrdən suva qlar qopub yerə töküldüyü kimi əvvəlki (istintaqdakı) ifadəsinə zidd ifadələr verməyə başlamışdır, bu kimi çoxsaylı ziddiyətləri aydınlaşdırmaq üçün şahidə suallar vermək istənilsə də məhkəmə buna şərait yaratmamış və şahidin ziddiyətli ifadəsini pərdələmək üçün özlərindən şərh verməyə başlamışlar. Nəticədə dəfələrlə şahidə sual vermək cəhdlərinin qarşısı alınmışdır. Həmçinin şikayətdə qeyd edilmişdir ki, Ali Məhkəmənin qərarında göstərilmişdir ki, məhkəmə iclasının keçirilib-keçirilməməsi, məhkəmə iclasında Məhkum iştirak edib-etməməsi barədə onun özünün və şahidlər X8 və X9 ifadələri, eləcə də xüsusi ittiham qaydasında şikayətin icraata qəbulundan imtina barədə məhkəmənin qərarında göstərilənlər arasında ziddiyyətlər vardır. Bu ziddiyyətlər aradan qaldırılması üçün göstərilən şahidlər mə hkəmə iclasında dindirilməli, xüsusi ittiham qaydasında şikayətin qəbulundan imtina barədə iş materialları məhkəmə iclasında tədqiq edilməli, bundan başqa Məhkum ifadəsində göstərdiyi onun ilk dəfə məhkəməyə gələrkən müraciət etdiyi məhkəmənin nəzarətçisi müəyyən edilib dindirilməli və həmin halın təfərrüatları müəyyən edilməlidir. Lakin Bak Apellyasiya Məhkəməsi bu halları da araşdırmamış, birinci instansiya məhkəməsinin qanunsuz hökmünü qüvvədə saxlamışdır. Şikayətdə həm də göstərilmişdir ki, CM-nin 221-ci maddəsinin normasının məzmunundan da göründüyü kimi onun əməlində xuliqanlıq cinayətinin tərkibinin yaradılması üçün, ya o, vətəndaşlara qarşı zor tətbiq etməli idi, ya da hər hansı bir əmlakı zədələməli idi, lakin məhkəmədə dindirilən heç bir şahid qapının çərçivəsinin ətrafında olan suvağın üst səthinin və boyanın qopmasını görmədiklərini demişlər. Onun döyməyi ilə qapının çərçivəsinin ətrafında olan suvağın üst səthinin və boyanın qopması fikrinin cinayət işi başlanılması üçün bəhanə olmasını göstərən hallardan biri də istintaq zamanı (hadisə yerinə baxış zamanı) çəkilmiş və özlüyündə saxta cinayət işini ifşa edən fotoşəkillərdir. İstintaq materialları təqdim olunan kimi birinci diqqəti cəlb edən hadisə yerindən çəkilmiş şəkillər oldu. Belə ki, guya sındırdığı qapının suvaq qırıntıları yerdə olsa da qapının harasındasa zədə izləri yox idi. Açıq-aşkar görünürdü ki, tikinti qırıntıları başqa yerdən götürülüb və hadisə yerinə tökülüb. Beləliklə Bakı Apellyasiya Məhkəməsi Binəqədi Rayon Məhkəməsinin və ibtidai istintaqın yol verdiyi və cinayət işinin materiallarında olan pozuntuları araşdırıb hüquqi qiymət verməmiş, sübutları tam, hərtərəfli və obyektiv tədqiq etməmiş, sübutların tədqiqi və qiymətləndirilməsinə dair Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl etməmiş, apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən saxlamaqla kifayətlənmiş, yol verilmiş pozuntuları aradan qaldırmamışdır. Qeyd olunanları nəzərə alaraq məhkum apellyasiya məhkəməsinin qərarını ləğv edib ona bəraət verilməsini, həmçinin cinayət işinin baxılmasında iştirak etmiş şəxslər barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya ş ikayətinin təmin edilməməsinə dair çıxışını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 oktyabr 2019-cu il tarixli qərarı isə ləğv edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq, kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla apellyasiya məhkəməsinin qərarının qanuniliyini yoxlayaraq, aşağıdakıları qeyd edir: İş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli edilməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticənin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən hallara müvafiq qiymət verməmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinməsi ilə razı olmayan və ona bəraət verilməli olduğunu iddia edən müdafiə tərəfinin apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməmiş, həmin dəlillərlə razılaşmadığının səbəblərini qərarda göstərməmiş, onları qanunla nəzərdə tutuımuş qaydada cavablandırmamış, bu baxımdan gəldiyi nəticəni faktiki olaraq əsaslandırmamışdır. İş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi cinayət işinə baxarkən, Məhkum qanunla nəzərdə tutulmuş hüquqlarının pozulmasını şərtləndirən bir sıra çatışmazlıqlara, qanun pozuntularına yol vermiş, apellyasiya məhkəməsi isə onları faktiki olaraq aradan qaldırmamışdır. Apellyasiya Məhkəməsinin həmin 28 yanvar 2019-cu il tarixli qərarını ləğv etmiş kassasiya instansiya məhkəməsinin (Ali Məhkəmənin) 09 iyul 2019-cu il tarixli qərarında da birinci instansiya məhkəməsinin yol verdiyi çatışmazlıqlarlara istinad olunmuş və ittihamın sübuta yetirilməsində yaranmış şübhələrin aradan qaldırılması üçün iş yeni apellyasiya baxışına təyin edilmişdir. İş materiallarından isə görünür ki, işə apellyasiya məhkəməsində yenidən baxılarkən ittihamın sübuta yetirilməsində yaranmış həmin şübhələrin aradan qaldırılması mümkün olmamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə aradan qaldırılması artıq mü mkün olmayan şübhələr aşağıdakılardan ibarətdir: Məhkum məhkəmədə göstərmişdir ki, “... həmin məhkəmə prosesi 02 oktyabr 2017-ei il tarixə saat 0900 təyin edilmişdir. Təyin olunmuş tarixdə ünvan 3 ünvanda yerləşən ünvan 4 gəlmiş, zalın bayır tərəfdən olan dəmir qapısı hələ heç açılmamış, ona görə də mən, inzibati binanın əks tərəfinə keçərək binanın giriş hissəsində olan mühafizəçiyə özümü təqdim edərək ondan təyin olunmuş məhkəmə prosesinə gəlməyim barədə hakim X2 məlumat verməsini xahiş etmişdim. Özüm isə yenə də binanın arxa tərəfinə keçmiş, bir ədəd siqaret çəkmiş və artıq zalın qapısına yaxınlaşdıqda zalın qapısının açıldığını görmüşdüm. Mən, zala daxil olduqdan sonra ora daha iki nəfər tanımadığım şəxs daxil olmuş, həmin şəxslərdən X8 prosesi ilə əlaqədar gəlib-gəlmədiklərini soruşmu şdum. Həmin şəxslərdə başqa proseslə bağlı gəldiklərini demişlər. Bundan sonra zala hakim X2 məsləhətçisi adını xatırlamadığım cavan oğlan daxil olmuşdur. Onun gəlməyini görərək proseslə bağlı qarşı tərəfin gəlib-gəlmədiyini soruşmuş, sonra isə hakimə məlumat vermək üçün zaldan məhkəmənin daxili dəhlizinə keçmişdir. Mən, isə zalda oturub gözləməyə başlamış, bir qədər sonra zala başqa bir hakim gələrək öz prosesini keçirmiş və çıxıb getmişdir. Lakin X2 yenə də zala gəlməmişdir. Daha sonra zala X2 köməkçisi X6 adlı cavan oğlan daxil olmuş, mənə gözləməyib çıxıb getməyimi, mənim şikayətim ilə əlaqədar hakim X2 artıq ərizənin icraata qəbul edilməsindən imtina haqqında qərar qəbul edərək elan etdiyini bildirmişdir. Mən hakimin heç zala gəlmədən bunun necə ola biləcəyini soruşmuş, hakimin zala g əlməsini xahiş etmiş, köməkçi isə sözlərini hakimə çatdıracağını deyib zaldan dəhlizə keçərək arxasınca qapını bağlamışdır. Mən, bir qədər zalda əyləşib hakimin gəlməsinə ümid edərək gözləmiş, lakin hakim gəlib çıxmamışdır. Hakimi gözləməyini hakimə və köməkçilərinə xatırlatmaq üçün zalın məhkəmənin dəhlizinə açılan qapısını əlim ilə bır neçə dəfə ucadan döymüş, lakin qapını açan olmamışdır. Ona görə də mən, yenə də binanın arxa tərəfinə keçərək yenə də mühafizəçiyə yaxınlaşıb, ondan bir daha hakimə qərarı elan etməsini gözlədiyimi çatdırmasını xahiş etmişdim. Lakin hakimdən yenə də bir xəbər olmamış, mən artıq şikayətinə qərəzli yanaşmalarını hiss edib, məhkəmə sədrinin pəncərəsinin açıq olduğunu görüb baş verənlərə məhkəmə sədrinin rəhbərlik etdiyini anlayaraq pəncərəsinə yaxınlaşmış və eşitsin deyə ucadan «Heç olmazsa qərarı üzümə elan etməyə kişiliyinız çatardı» demiş, yenə də arxa tərəfə keçərək zala daxil olmuşdum. Bir qədər gözləmiş, yenə də heç kimin gəlmədiyini görüb, artıq gəlməyəcəklərinə əmin olub çıxıb getmişdim. Mənim heç bır günahım yoxdur. Bunların hamısı qərəz, şər və böhtandır. Mən məhkəmənin qapısını möhkəm qapının dağılmasına səbəb olacaq dərəcədə vurmamışdım...”. Göründüyü kimi, Məhkum ona verilmiş ittihamda göstərilən hərəkətləri etməsini etiraf etməmiş, yalnız hakimin zala gəlib qərarı elan etmədiyinə etirazını bildirdiyini, qərarın ona elan edilməsini xahiş etdiyi, məhkəmənin qapısını da suvağı, boyanın dağılmasına səbəb olacaq dərəcədə vurmadığını göstərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, həmin ifadələrdə olan məlumatlar Məhkum hərəkətlərində hər hansı bir cinayətin, o cümlədən xuliqanlıq cinayətinin tərkibin olmadığını göstərir. İbtidai istintaq orqanın təqdim etdiyi və məhkəmə iclas zalında tədqiq edilmiş sübutlarda olan məlumatlar isə Məhkum həmin ifadələrini təkzib edilmiş hesab olunması üçün əsas vermir. İbtidai istintaq zamanı dindirilmiş, hökmdə həmin ifadəsinə istinad edilmiş X6 göstərmişdir ki, o, Binəqədi rayon məhkəməsində hakim X2 köməkçisi vəzifəsində işləmişdir, O, 02 oktyabr 2017-ci il tarixdə, səhər saat 0930 radələrində işlədiyi məhkəmə binasının 1 saylı məhkəmə iclas zalına daxil olaraq vəkil və nümayəndələr üçün ayrılmış stulda əyləşən Məhkum məhkəmə iclasına gecikdiyi üçün iştirakı olmadan şikayətinə baxılmasını və imtina edilməsi barədə qərar qəbul edildiyini bildirmiş, Bundan sonra Məhkum ayağa qalxaraq mə hkəmə iclasına gecikmədiyini, uca səslə hakimin, məhkəmə iclasına gəlməsini tələb edərək 1 saylı məhkəmə iclas zalının qapısını əli ilə möhkəm döyərək hakimin gəlməsini tələb etmiş, bundan sonra zalın əks tərəfindən qapı açılmış o, zaldan məhkəmənin dəhlizinə daxil olmuş və qapını arxadan bağlayıb iş otağına getmişdir. Göründüyü kimi, bu şahid faktiki olaraq Məhkum ifadələrinə uyğun ifadə vermiş, ifadələr arasında fərq yalnız ondan ibarətdir ki, Məhkum qərarın elan olunmasını xahiş etməsini göstərdiyi halda, şahid hakimin gəlməsini Məhkum tələb etdiyi bildirmişdir. Həmin ifadə ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, bu şahid Məhkum qapını döyməsi nəticəsində divar suvağının tökülməsini göstərməmişdir. X10 məhkəmədə hadisənin bilavasitə şahidi olmadığı, Məhkum əl zərbəsi ilə məhkəm ə iclas zalının qapısını vurduğunun, nəticədə qapının divarının kənarındakı suvağın töküldüyünün ona bildirməsini, yəni ifadəni digər şəxsin (şəxslərin) sözlərindən verdiyini göstərmişdr. Azərbaycan Respublikası CPM-nin 126.3-cü maddəsinə görə şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz, yalnız vəfat etmiş şəxsin sözlərindən alınmış məlumatlar məhkəmənin qərarı ilə istisna olaraq sübut kimi qəbul oluna bilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 Məhkum suallarına cavab olaraq bildirmişdir ki, “... mən dəhlizdən keçən zaman Sizin səsinizin zaldan gəldiyini eşildim. Mən eşidən zaman məhkəmənin hakimi Rəşad Əliyevin gəlib qərarı elan etməsini uca s əslə tələb edirdiz. Mən sizin qapını bərkdən vurmağınıza görə qapını açmışdım. Mən qapını açanda sizin içəridə tək olmadığınızın şahidi olmuşdum. Həmin vaxt sizin yanınızda X6 adlı məhkəmənin əməkdaşı var idi. Mən qapını aşmaq üçün yaxınlaşan zaman qapının yanında töküntülər var idi. Qırıntılar qapımın sol qırağından tökülmüşdür. Mən töküntüləri gördüyüm üçün zalın qapısını açmışdım. Sonradan məhkəmənin qabaq tərəfinə keçib yenidən eyni tonda məhkəmənin hakimi və sədrini görmək istədiyinizi bildirdiniz. Mən qapını acandan sonra X6 adlı əməkdaşın zalda olmasının şahidi olmuşdur..”. Bundan başqa, məhkəmə iclas protokolundan göründüyü kimi, həmin iclasda Məhkum özünün döydüyü qapı deyil, digər qapıdan tökülmüş suvağın şəkillərini şahid X15 göstərək onun döydüyü qapının qırıntısının olduğunu s ualına şahid cavab vermişdir ki, həmin qırıntılardır. Göründüyü kimi, bu şahid də suvağın tökülməsinin məhz Məhkum qapını möhkəm döyməsindən əmələ gəldiyini bilavasitə müşahidə etdiyini, bunun bilavasitə şahidi olduğunu göstərməmişdir. Məhkəmə iclasında dindirilmiş X16 göstərmişdir ki, “... həmin vaxt mən Binəqədi rayon Məhkəməsində olan hakim X2 dəftərxanasının işçisi olduğumdan mən maraqlanmaq üçün həmin iclas zalına keçmişdim və bizi gözləyən şəxsin Məhkum olmasını görmüşdüm. Mən, Məhkumla görüşüb gəlişinin səbəbi ilə maraqlandıqda Məhkum proseslə bağlı gəldiyini bildirmişdir. Mən, bu barədə hakimə məlumat verəcəyimi deyərək məhkəmə iclas zalını tərk etmişdim. Mən, öz xidməti otağıma gələrək, hakim X2 Məhkum məhkəmə prosesi ilə bağlı gəldiyini demiş, və öz işlərim ilə məşğul olmağa başl amışdım. Bir müddət sonra mən, məhkəmə iclas zallarının hansınınsa qapısının möhkəm döyüldüyünü eşitmişdim. Bir müddət sonra məhkəmə işçilərinin danışığından qapının Məhkum tərəfindən döyülməsi mənə məlum olmuşdur... Hadisədən sonra qapının hansı halda olmasına baxmamışam. Mənim maraqlarımda olmadığından mən məhkəmənin qapısına baxmamışam. Qapının hal-hazırkı vəziyyətinə də baxmamışam. Hal-hazırda məhkəmənin yardımçı inzibati binasında məhkəmə dəftərxanasında işlədiyimdən məhkəmə zallarının qapılarına baxmıram. Bu mənim xidməti vəzifəmə aid olmadığı üçün mən baxmamışam. Həmin günü qapının nə qədər vurulması mənim yadımda deyil...”. Göründüyü kimi, bu şahidin ifadələrində də Məhkum istinad edilən cinayətin törədilməsi, ittihamda göstərilən hərəkətlərin edilməsi barədə, həm də Məhkum özünün verdiyi ifadələrlə ziddiyyət təşkil edən məlumatlar yoxdur. Şahid X17 məhkəmədə göstərmişdir ki, “... mən, hadisə olan zaman Binəqədi rayon məhkəməsində böyük məsləhətçi işləyirdim. Mən, 02 oktyabr 2017-ci il tarixdə təxminən saat 0940 radələrində işlədiyim Binəqədi rayon məhkəməsinin binası ilə üzbəüz həyətdə olan qəbul şöbəsində xidməti otağımda olan zaman həyətdən səs-küy gəldiyini eşidib otağımdan çıxıb həyət baxdıqda tanıdığım uzun müddət vəkil işləmiş Məhkum məhkəmə işçilərinə qarşı öz iradını bildirərək uca səslə “mən məhkəməyə vaxtında gəlmişəm, niyə mənim şikayətimdən imtina olunub? Mənə bu barədə məlumatı kim verəcək” deyərək qışqırdığını görmüşdüm. Bundan sonra mən, xidməti otağımda vətəndaşlar gözlədiyi üçün otağıma qayıtmışdım. Sonradan nə baş verdiyini bilməmişdim. Mən, sonra dan məhkəmə işçilərindən Məhkum 1 saylı məhkəmə iclas zalına daxil olaraq zalın qapısını əli ilə vurduğunu eşitmişdim...”. Həmin şahid Məhkum sualına cavab olaraq bildirmişdir ki, “... mən məhkəmə iclas zalının qapısını Sizin tərəfindən bərkdən vurulmasını görməmişəm...”. Göründüyü kimi, bu şahidin də ifadələri Məhkum ifadəsinə uyğundur və həmin şahid qapının olduğu divarın suvağında töküntü, sökük olduğunu göstərməmişdir. Şahid X18 ibtidai istintaq zamanı göstərmişdir ki, o, 01 iyun 2016-cı il tarixdən Binəqədi rayon məhkəməsində hakim köməkçisi işləmişdir. 02 oktyabr 2017-ci il tarixdə, saat 0900 radələrində Bakı şəh., Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küç., 11A-da yerləşən Binəqədi rayon məhkəməsinin inzibati binasında olan iş otağına gəlmişdir. O, xidməti otağında i şləyərkən xidməti iş otağı ilə üzbəüz olan 1 saylı məhkəmə iclas zalının dəhlizə açılan taxta qapısının bərkdən döyüldünü eşidib, öz otağının qapısını açaraq dəhlizə çıxmışdır. Həmin vaxt dəhlizdə olan söhbətlərdən, o qapını döyən şəxsin Məhkum olması ona məlum olmuşdur. Mübahisəsizdir ki, bu ifadələr də ittihamı təsdiq edən, Məhkum cinayət törətməsini göstərən sübut kimi qiymətləndirilə bilməz. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X8 göstərmişdir ki, o, 2002-ci ildən “xxxxx” partiyasının sədri kimi fəaliyyət göstərir. Ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir, 93.000 vətəndaş partiyanın üzvüdür. Ölkənin uğurlu inkişafına mane olmaq istəyən Məhkum adlı şəxs öz xarici havadarlarının təhriki partiya üzvlərinin ünvanına nalayiq ifadələr, təhqiredici məqalələr ilə sosial şəbəkələrdə piar-kampaniya başlayaraq dərc etməyə başlamışdır. Onlar da Məhkum bir qədər yumşaq formada adekvat cavablar verməyə başlamışlar. Məhkum onların adekvat tədbirlərini özü üçün guya təhqir qəbul edərək onun barəsində xüsusi ittiham qaydasında cinayət təqibinin başlanması üçün Binəqədi rayon məhkəməsinə müraciət edmişdir. Həmin iddia keçiriləcək məhkəmə prosesində cavabdehin nümayəndəsi qismində iştirak etmək üçün 02 oktyabr 2017-ci il tarixdə səhər saat 0900 radələrində o, müşaviri Ə.Ş.İmanovu göndərmişdir. Ə.Ş.lmanov ünvan 5 ünvanda yerləşən Bakı şəh., Binəqədi rayon məhkəməsinin inzibati binasının qarşısına getmiş və məhkəmə iclasının başlanmasını gözləyirdi. Bir qədər sonra ora Məhkum özü də bir neçə nəfər tərəfdaşları ilə gəlmişlər. Məhkəmə iclası başlayan kimi Məhkum guya o nu kütləvi informasiya vasitələrində təhqir etməyini bildirərək məsuliyyətinə cəlb olunmağını tələb etmiş, məhkəmə iclasına sədrlik edən R.Ş.Əliyev müşavirəyə gedib qayıtdıqdan sonra Məhkum ona xüsusi ittiham qaydasında şikayətinin icraata götürülməsindən imtina olunması barədə qərarını elan etmiş, məhkəmənin bu qərarı ilə razılaşmayan Məhkum özündən çıxaraq səs-küy salmağa, qışqırmağa, hakimin, məhkəmə sisteminin, şəxsən onun və ümumilikdə partiya üzvlərinin ünvanına nalayiq söyüşlər söyməyə başlamış, hakimin arxasınca yüyüyərək ona əl atmaq istəmiş, hakim iclas zalından çıxaraq müşavirə otağına keçməklə zalının qapısını arxasınca bağladığı üçün ona çatmamış, zalın qapısını zorla açmağa çalışmış, qapıya əl və ayaq zərbələri vuraraq qapının çərçivəsini yerindən oynatmış, divarın suvağını t ökmüşdür. Eyni zamanda yanında olan tərəfdaşları ona dəstək verərək məhkəmə iclas zalında nalayiq küçə ifadələri işlətməklə partiya üzvlərimizi təhqir edirmişlər. Ə.Ş.İmanov ünvanlarına işlətdikləri işlərə görə iradını bildirərək Məhkum məhkəmə iclas zalında özlərini ədəbli əli aparmaqlarını, mübahisəni sivili üsulla həll etmələrini tövsiyə etmiş və məhkəmə iclas zalının qapısını sındırmasının qarşısını almaq istəmişdir. Məhkum isə nə Ə.Ş.İmanova, nə də ki, bayırdan səs-küyə toplaşmış vətəndaşlara məhəl qoymayaraq öz hərəkətlərini davam etmiş, müşavirə otağına açılan qapını bilməyərək əsəbi halda zaldan bayıra çıxmış, çıxarkən isə Ə.Ş.İmanovun yaxasından tutaraq silkələmiş və itələyərək onu məhkəmə iclas zalının bayıra açılan dəmir qapısının iti tinlərə malik çərçivəsinə çırpmışdır. Nəticə də Ə.Ş.İmanov kürək nahiyəsi ilə dəmir çərçivəyə dəymiş və xəsarət almışdır. Bu ifadənin məzmunundan görünür ki, həmin şahid 02 oktyabr 2017-ci il tarixdə hadisə baş verən zaman Bakı şəhəri Binəqədi rayon Məhkəməsində və ya onun ətrafında olmamış, baş verənləri bilavasitə müşahidə etməmiş, ifadələri Ə.İmanovun sözündən vermişdir. Odur ki, Azərbaycan Respublikası CPM-nin yuxarıda göstərilən normasına görə (CPM-nin 126.3-cü maddəsi) həmin ifadələr də Məhkum xuliqanlıq törətməsini göstərən sübut kimi qəbul edilə bilməz. Qeyd olunan ifadənin bilavasitə məzmununa gəldikdə isə qeyd olunmalıdır ki, onda əks etdirilmiş məlumatlar digər şahidlərin ifadələri ilə kəskin ziddiyyət təşkil edir (ibtidai istintaq orqanın özü Məhkum məhkəmə iclasında iştirakı və onun Ə.İmanova qarşı zor tətbiq etməsi hiss əsində inandırıcı hesab etməmişdir). Yenidən işə baxmış apellyasiya məhkəməsində yalnız 2 şahid –X20 və X15 dindirilmişlər. X6 ibtidai istintaqda göstərilənlərə uyğun ifadə vermiş və əlavə etmişdir ki, həmin dəhlizdə heç kimi görməmişdir. Şahid eyni zamanda göstərmişdir ki, qarşı tərəfdən də heç kimin, yəni X8 və Ə.İmanov da məhkəmə prosesinə gəlməmişlər. X15 da əsasən ibtidai istintaq zamanı göstərdiklərinə uyğun ifadə versə də, qapı çərçivəsinin divar qırağının daşlarının töküldüyünü görməsini göstərmişdir (şahid ibtidai istintaq zamanı belə ifadə verməmişdir). Lakin onun əvvəlki ifadələri elan edildikdə, o suala cavab olaraq dəqiqləşdirmişdir ki, “... mən müstəntiqin sualına cavab olaraq qapı döyülən vaxt divar qırağının daşlarının təküləmsini görmədiyimi bildirmişəm. Sonradan divar q ırağının daşlarının töküldüyünü görmüşəm...”. Bu ifadədən belə başa düşülür ki, şahid divar daşlarının töküldüyünü bilavasitə hadisə zamanı görməmiş, belə tökülünün olduğunu sonradan görmüşdür (şahid ibtidai istintaq zamanı qapının Məhkum döyməsini digər şəxslərin sözündən bildiyini də göstərmişdir). Mübahisəsizdir ki, şahidin ibtidai istintaqda və apellyasiya məhkəməsində verdiyi belə ifadələr ziddiyyətli, bu səbəbdən də qeyri müəyyən sayılmalı, həm də mötəbər olmayan hesab edilməli və töküntünün məhz Məhkum zərbəsindən əmələ gəlməsini təsdiq edən sübut kimi qəbul olunmamalıdır. İbtidai istintaq zamanı Məhkum əleyhinə ifadə vermiş (hökmdə həmin ifadələrə istinad edilmişdir), məhkəmə iclasında dindirilməsi mümkün olmamış R.Əliyevin ifadəsi də Azərbaycan Respublikası CPM-nin 19.4.5-ci maddə sinin və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyasının 6-cı maddəsinin 3d bəndinin müddəalarının mənası baxımından sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası CPM-nin həmin normasında göstərilmişdir ki, cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada onun əleyhinə ifadə vermiş şahidləri məhkəmə istintaqı zamanı dindirmək hüquqlarını təmin etməlidir. Konvensiyanın həmin bəndində də təsbit olunmuşdur ki, cinayət törətməkdə ittiham olunan hər kəs ən azı onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsi hüququna malik olmaq və onun əleyhinə ifadə vermiş şahidlər üçün eyni olan şərtlərlə onun lehinə olan şahidlərin çağırılması və dindirilməsi hüquq una malik olmaq hüquqlara malikdir. Məhkəmə kollegiyası bunu da qeyd edir ki, həmin ifadə sübut kimi qiymətləndirilsə belə, Məhkum və hadisə zamanı məhkəmədə olmuş məhkəmə işçilərinin bir-birinə və işin faktiki hallarına uyğun olan ifadələrlə üst-üstə düşmədiyinə, onlarla ziddiyyət təşkil etdiyinə görə Məhkum cinayət törətməsi ittihamının təsdiq edilməsi qənaətinə gəlməyə əsas vermir. Mübahisəsizdir ki, şəxs yalnız bir şahidin digər sübutlarla ziddiyyət təşkil edən ifadəsinə əsasən cinayət məsuliyyətinə cəlb oluna bilməz. Məhkəmə kollegiyası bunu da qeyd edir ki, X2 ifadəsi həqiqətə uyğun hesab olunsa belə, onlarda olan məlumatların özü Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin dispozisiyası baxımından ittihamın təsdiq olunduğu qənaətinə gəlməyə əsas vermir. Həmin maddənin dispozi siyasına görə xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər həmin maddə ilə məsuliyyət yaradır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li Qərarının 1-cibəndində izah edilmişdir ki, “... məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-cimaddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zoru n tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. İctimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə təqsirkar şəxsin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsinə müvafiq olaraq xırda xuliqanlığa görə inzibati məsuliyyətə səbəb olur...”. Bunlarla əlaqədar məhkəmə kollegiyası vurğulayır ki, ittiham tərəfinin təqdim etdiyi sübutlar, onlarda olan məlumatlar qapı çərçivəsinin ətrafında olan divarın suvağının üst səthinin və boyanın qoparaq yerə səpələnməsi m əhz Məhkum qərarın elan edilməsi xahişinin hakimin və onun köməkçisinə çatdırmaqdan ötrü qapının açılmasını tələb etməklə qapını döyməsi, əllə vurması nəticəsində baş verməsi barədə qəti fikir söyləməyə əsas vermir, qapı çərçivəsinin ətrafında boyanın qopması müxtəlif səbəblərdən bundan əvvəl və sonra da baş verə bilərdi. İstintaq orqanı isə belə sübut əldə etməmişdir ki, məhz bağlı qapını bərkdən döymək (Məhkum tərəfindən) divarda boyanın qopması ilə nəticələnməsini təsdiq etmiş olsun. Qeyd olunan Plenum qərarının 2-ci bəndində izah olunmuşdur ki, “... Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə ola n qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür...”. Bundan başqa, cinayət hüququ nəzəriy yəsinə görə xuliqanlıq cinayəti yalnız qəsdən və yalnız birbaşa qəsdlə törədilir (xuliqanlıq motivi ilə) və özgə əmlakının zədələnməsi ilə (hazırkı iş üzrə ittiham baxımından) müşaiət edilir, yəni bu hərəkətləri edən şəxs özgə əmlakını da bir başa qəsdlə zədələyir. Bu o deməkdir ki, şəxsin Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi yalnız o vaxt mümkündür ki, onun ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətləri etməsi, özgə əmlakını zədələmək niyyətində olması, bunların təhlükəli nəticələrini arzu etməsi sübuta yetirilmiş olsun. İttiham tərəfinin təqdim etdiyi sübutların heç birində, o cümlədən şahid R.Əliyevin ifadəsində belə bir məlumat yoxdur ki, Məhkum niyyətinin xuliqanlıq cinayətini törətməyə, özgə ə mlakın zədələnməsinə yönəldiyini, onun bu cinayəti törətməyə bir başa qəsdinin olduğunu göstərsin, buna dəlalət etsin və ya belə niyyətin, qəsdin mövcudluğu qənaətinə gəlməyə əsas versin. Bütün ifadələrdən görünür ki, Məhkum özünün mülahizəsinə görə hüquqlarının pozulduğu qənaətində olmaqla, iradını, narazılığını bildirmək, onun iştirakı ilə məhkəmə qərarının oxumasına dair xahişini çatdırmaq məqsədi ilə içəri tərəfdən bağlı qapının açılmasına nail olmaq üçün qapını döymüş, ona zərbələr vurmuşdur. Mübahisəsizdir ki, belə hərəkətlər məhz xuliqanlıq motivi ilə edilmiş kimi qiymətləndirilə bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Məhkum tərəfindən xuliqanlıq cinayətinin törədilməsi yalnız mülahizə (ehtimal) xarakteri daşıyır. İttiham hökmü isə mülahizələrə (ehtimallara) əsas lana bilməz. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri ittihamın sübut edilməsində yaranmış və artıq aradan qaldırılması mümkün olmayan şübhələr kimi qiymətləndirir. Belə şübhələr isə qanunun tələbinə görə təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Apellyasiya məhkəməsi isə qeyd olunanlara əhəmiyyət verməmiş, müdafiə tərəfinin apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməmiş, onlarla razılaşmadığının səbəblərini qərarda göstərməmiş, onları qanunla nəzərdə tutulmuş qaydada cavablandırmamış, gəldiyi nəticəni faktiki olaraq əsaslandırmamışdır. Mübahisəsizdir ki, belə çatışmazlıqlarla çıxarılmış qərar qanuni hesab oluna bilməz. Məhkəmə kollegiyası belə qənaətə gələrkən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsini də nəzərə alır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmə qərarının əsaslandırılması problemi üzrə mövqeyini bir çox sənəddə o, cümlədən “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 11 yanvar 2007-ci il tarixli qərarının 83-cü bəndində şərh etmişdir. Həmin qərarda göstərilmişdir ki, “...formalaşmış ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi prinsipini əks etdirən presedent hüququna uyğun olaraq məhkəmələrin və ədalət mühakiməsini həyata keçirən başqa orqanların qərarlarında onların qəbul edilməsi əsasları yetərincə əks etdirilməlidir. 6-cı maddənin 1-ci bəndi məhkəmə instansiyalarından tələb edir ki, onlar çıxardıqları qərarların əsaslarını göstərsinlər, lakin həmin bəndə hər bir dəlilin ətraflı cavablandırmasını tələb edən qayda kimi baxmaq olmaz. Qərarın əsaslandırılması barədə vəzifə hansı həcmdə yerinə yetilməl idir – bu qəbul edilən qərarın xarakterindən asılıdır (Ruis Torixa İspaniyaya qarşı iş üzrə 9 dekabr 1994-cü il tarixli qərarın 29-cu bəndi). Baxmayaraq ki, məhkəmələr konkret iş üzrə dəlillərin müəyyən edilməsi məsələsi haqqında qərarın verilməsində və tərəflərin mövqelərinin əsaslandırılması üçün sübutların gətirilməsində məhdud səlahiyyətlərdən istifadə edirlər, bu orqanlar qəbul etdikləri qərarların motivlərini təsvir etməklə öz hərəkətlərinin əsaslarını göstərməyə borcludurlar (Suominen Finlyandiyaya qarşı iş üzrə 1 iyul 2003-cü il tarixli qərarın 36-cı bəndi). Əsaslandırılmış qərarın daha bir rolu ondan ibarətdir ki, bu halda tərəflərə aydın olur ki, onların mövqeləri dinlənilib. Bundan başqa qərarın əsaslandırılması tərəflərə onu mübahisələndirməyə, apellyasiya məhkəməsinə isə həmin qərara yenidən baxmağa imkan yaradır. Qərarda əsasların təsvir edilməsi ictimaiyyət tərəfindən ədalət mühakiməsi üzərində nəzarətin həyata keçirilməsi üçün başlıca vasitədir. (Xirvisaari Finlyandiyaya qarşı iş üzrə 27 sentyabr 2001-ci il tarixli qərarın 30-cu bəndi)”. Qeyd olunanlara uyğun mövqe Hiro Balani İspaniyaya qarşı iş üzrə məhkəmə qərarında da (09 dekabr 1994-cü il tarixli) göstərilmişdir. Həmin işdə ərizəçi məhkəməyə konkret cavab tələb edən yazılı arqumentlər təqdim etməsinə baxmayaraq, məhkəmə həmin arqumentlərə cavab verməmiş, bu səbəbdən də müəyyən etmək mümkün olmamışdır ki, məhkəmə həmin arqumentlərə sadəcə olaraq əhəmiyyət verməyib, yoxsa onları rədd edib, əgər rədd edibsə bunu hansı əsaslara görə edib. Bu hal İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda göstərilən qərarı ilə İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin pozuntusu hesab edilmişdir. Göründüyü kimi, Avropa Konvensiyasının 6-cı maddəsi (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqelərinə görə) məhkəmə qərarlarının əsaslandırılmasını məhkəmə müdafiəsi, xüsusilə də, şəxslərin öz mövqeyini məhkəməyə çatdırmaq, məhkəmə tərəfindən dinlənilmək hüququnun mühüm aspekti kimi nəzərdə tutur və məqsədi şəxsləri özbaşınalıqdan müdafiə etmək olan hüquqi vasitə kimi xarakterizə edir. Məhkəmə kollegiyası iş üzrə sübutları kassasiya şikayətinin dəlilləri baxımından ətraflı təhlil edərək belə qənaətə gəlir ki, Məhkum əməlində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərədə tutulan cinayətin tərkibinin əlamətləri (cəhətləri) mövcud de yildir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 21.2, 21.3, 28.5, 124.1, 125.1, 351.2, 145.3, 146.1, 33.2 və 392.3-cü maddələrinin tələblərini, habelə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsini də nəzərə alır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsində göstərilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Buna uyğun norma Azərbaycan Respublikası CPM-n in 145.3-cü maddəsində nəzərdə tutulmuşdur. Həmin normada göstərilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsində qeyd olunmuşdur ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir, ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmus u ilə təsdiq olunmalıdır. Buna uyğun norma Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsində də nəzərdə tutulmuş və göstərilmişdir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 124.1 və 125.1-ci maddələrində qeyd olunmuşdur ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur; məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedi kdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-nin 33.2-ci maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Barbera, Messege və Habardo İspaniyaya qarşı məhkəmə işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bildirdi ki, təqsirsizlik prezumpsiyası prinsipi: “... digər məsələlərlə yanaşı, tələb edir ki, öz vəzifələrini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar; sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə t əqsirləndirilən şəxsin xeyrinə həll ediiməlidir...”. Məhkəmə kollegiyası sübutları, onlarla təsdiq olunan işin hallarını təhlil edərək, belə qənaətə gəlir ki, Məhkum hərəkətlərində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibi yoxdur. Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-nin 39.3-cü maddəsində göstərilmişdir ki, bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Azərbay can Respublikası CPM-nin 42.1.2-ci maddəsinə görə, əməldə cinayət tərkibi olmadıqda təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası CPM-nin 42.2.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərd ə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası CPM-nin 416.0.6-cı maddəsində isə göstərilmişdir ki, məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququ na malikdir. Kassasiya şikayətində həm də iş üzrə xüsusi qərarın çıxarılması xahiş edilir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.14-cü maddəsində göstərilən əsasların mövcud olmadığına görə hesab edir ki, müdafiə tərəfinin bu xahişi təmin edilə bilməz. Bütün bunlara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsassız olduğundan ləğv edilməli, Məhkum qarşı cinayət təqibinə (onun barəsində cinayət işinin icraatına) əməlində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibinin olmadığına görə xitam verilməli, kassasiya şikayəti qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.3-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM -nin 221.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 oktyabr 2019-cu il tarixli qərarı ləğv edilsin. Məhkum qarşı cinayət təqibinə (onun barəsində cinayət işinin icraatına) əməlində CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət tərkibinin olmadığına görə xitam verilsin. Kassasiya şikayəti qismən təmin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-232/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-232/2020
18.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver