Məhkəmə qərarları › İş №1(102)-232/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-232/2021

03.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-232/2021 03.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İlqar Səyyad oğlu Qılıcov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X9 və zərərçəkmiş şəxsin hüquqi varisi Güllü Bərşad qızı İsgəndərovanın iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kolleg iyasının xx xxxx 2020-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Füzuli Rayon Məhkəməsinin (hakim Y.Həşimov) 1(064)-344/2020 nömrəli xx xxx 2020-ci il tarixli hökmü ilə 19.10 1999-cu ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və orada yaşamış; Məhkum oğlu Azərbaycan Respublikasının CM-in 177.2.1 və 307.1-ci maddələri ilə təqsirli bilinərək, CM-in 177.2.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası, CM-in 307.1-ci maddəsi ilə aylıq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzası təyi n edilmiş, ona təyin edilmiş islah işləri cəzasının iki günü bir gün azadlığın məhdudlaşdırılması cəzasına hesablanmaqla ona 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-in 66.1 və 66.2-ci maddəsinə əsasən Məhkum təyin olunmuş cəzaları tamamilə toplamaq yolu ilə o, qəti olaraq 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, yetkinlik yaşına çatmamış X10 xx xxxxxx 2019-cu il tarixində saat 16:30 radələrində Füzuli rayonu, Horadiz şəhəri, Azadlıq küçəsi, ev 19-da yaşayan X5 məxsus 170 manat ekvivalentində 100 ABŞ dollarını oğurlamasından sonra Arzu İsgəndərovaya məxsus əl çantasında qalmış digər 170 manat ekvivalentind ə 100 ABŞ dollarını tamah niyyəti ilə, hüquqazidd və əvəzsiz olaraq oğurladıqdan sonra həmin dolları Azərbaycan manatına çevirəcəyi barədə yetkinlik yaşına çatmamış X13 ilə razılığa gəlməklə qabaqcadan əlbir olub bir qrup təşkil etmiş, Fərid Pənahov xx xxxxxx 2019-cu il tarixində gecə saat 02-03 radələrində X3 yaşadığı Füzuli rayonu, Horadiz şəhəri, Azadlıq küçəsi, ev 19-da yerləşən evin həyətinə hasardan qanunsuz daxil olub, evin mətbəxinin pəncərəsini əvvəlcədən özü ilə götürdüyü mətbəx bıçağı ilə açıb yaşayış sahəsi hesab edilən evə qanunsuz girib, yataq otağında olan şifonerin qapısından asılmış qara rəngli qadın çantasının içərisinə baxmış, 100 ABŞ dollarının orada olmadığını görüb qonaq otağına keçib, həmin 100 ABŞ dollarını axtararkən yataq otağındakı çarpayıda yatmış X8 yuxudan oya nıb onun qarşısına çıxaraq qışqırıb evi tərk etməsini və əks halda polisə zəng edəcəyini bildirmiş, bu zaman X18 İsgəndərovadan həmin 100 ABŞ dollarını tələb etmiş, sonuncu pulunun olmadığını bildirdikdən sonra planlaşdırılmış cinayətin digər iştirakçısı kimi onunla əvvəlcədən razılaşdırılmış ümumi niyyətdən kənara çıxaraq Arzu İsgəndərovanın əmlakını təkrarən quldurluqla ələ keçirməklə onu quldurluqla əlaqədar qəsdən öldürmək qərarına gələrək cinayətkar niyyətini həyata keçirmək üçün Arzu İsgəndərovanın həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla müşayiət olunan basqın edib, əynində olan sarı rəngli gödəkcənin sağ yan cibində olan zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən məişət təyinatlı bıçağı çıxarıb silah qismində tətbiq etməklə quldurluqla əlaqədar X5 çoxsaylı xəsar ətlər yetirərək xüsusi amansızlıqla qəsdən öldürdükdən, yəni onu həyatdan məhrum etdikdən sonra qonaq otağını gəzib qonaq otağının giriş qapısının arxa tərəfində divardan asılmış qara rəngli qadın gödəkcəsinin cibindən 170 manat ekvivalentində 100 ABŞ dolları, 35 manat pul, 192 manat dəyərində 3,85 qram kütləli 583/585 əyarlı qızıldan hazırlanmış bir ədəd üzük, 144 manat dəyərində 4,12 qram kütləli 583/585 əyarlı qızıldan hazırlanmış qaşı qiymətli qaşlara aid edilməyən bir ədəd üzüyü və qonaq otağındakı yemək masasının üzərindən 15 manat dəyərində «X15 GT S5360» markalı bir ədəd mobil telefonu, cəmi 556 manat dəyərində Arzu İsgəndərovaya məxsus əmlakı yaşayış sahəsinə qanunsuz girməklə üzərində olan bıçağı silah qismində tətbiq etməklə zərərçəkmiş şəxs Arzu İsgəndərovanın sağlamlığına ağır zərər vurmaqla quldurluq, yəni təhlükəli zorakılıqla bağlı basqın edərək ələ keçirdikdən sonra xx xxxxxx 2019-cu il tarixdə səhər saatlarında onunla görüşüb ona gecə saatlarında X6 yaşadığı evdə öldürdükdən sonra onun 100 ABŞ dollarını, 35 manat pulunu və 1 ədəd «Samsung» markalı mobil telefonunu götürdüyünü bildirib əvvəlcədən aralarında olan razılaşmaya əsasən 100 ABŞ dollarını Azərbaycan manatına çevirməsi üçün ona vermiş, o, 100 ABŞ dollarını Fərid Pənahovdan alaraq «xxxx» ASC-nin Füzuli rayon filialında Azərbaycan manatına çevirib həmin puldan 6 manat 70 qəpiyini özünə götürüb 163 manatını Fərid Pənahova verməklə zərərçəkmiş şəxs X7 170 manat ekvivalentində 100 ABŞ dollarını oğurlamış, yəni onun əmlakını gizli olaraq talamışdır. Bundan başqa, Məhkum xx xxxxxx 2019-cu il tarixdə səhər saatlarında yetkinlik yaşına çatmamış X10 həmin gün gecə saat 02-03 radələrində X3 Füzuli rayonu, Horadiz şəhəri, Azadlıq küçəsi, 19-da yerləşən evinin həyətinə hasardan qanunsuz daxil olub, evin mətbəxinin pəncərəsini əvvəlcədən özü ilə götürdüyü mətbəx bıçağı ilə açıb yaşayış sahəsi hesab edilən evə qanunsuz girib Arzu İsgəndərovanı xüsusi amansızlıqla və quldurluqla əlaqədar qəsdən öldürməsini, həmçinin, Arzu İsgəndərovanın əmlakını ələ keçirmə məqsədilə onun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın edərək, əvvəlcədən özü ilə götürdüyü üzərində olan zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən bıçağı silah qismində tətbiq edib onun sağlamlığına ağır zərər vurmaqla 170 manat ekvivalentində 100 ABŞ dollarını, 35 manat pulunu və 1 ədəd «Samsung» markalı mobi l telefonunu ələ keçirməklə quldurluq cinayəti törətməsini, yəni xüsusilə ağır cinayətlər törətməsini bilərək həmin cinayətlər barədə hüquq mühafizə orqanlarına xəbər verməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elşad Əliyev (sədrlik edən və məruzəçi), Etibar Camalov və Rafiq Cəfərovdan ibarət tərkibdə) 1(106)- 344/2020 nömrəli xx xxxx 2020-ci il tarixli qərarı ilə Füzuli Rayon Məhkəməsinin 1(064)16/2020 nömrəli xx xxx 2020-ci il tarixli hökmü apelyasiya protestinə münasibətdə dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 177.2.1 və 307.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmiş və ona Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə 2 (iki) il müddətinə, CM-in 307.1-ci maddəsi ilə 1(bir) müddətinə azadlıqdan məhru metmə cəzası təyin edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən az ciddi cəzanın daha ciddi cəza ilə əhatə etmək yolu ilə Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq 2 (iki) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və məhkəmə zalından dərhal həbsə alınmışdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şikayətində xahiş edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Məhkum müdafiəçisi Müdafiəçi onunla əsaslandırır ki, Şirvan Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı əsassızdır. Belə ki, işin faktiki halları ibtidai istintaq və məhkəmələr tərəfindən düzgün qiymətləndirilməmiş, cinayət işi hərtərəfli araşdırılmamışdır. Məhkum nə ibtidai istintaq zamanı nə də, məhkəmədə özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməmişdir. O, X12 qonşu kimi tanımış, X3 evindən oğurluq hadisəsindən və onun ölümündən məlumatı olmamış, hamı kimi bu hadisədən sonradan küçədə olan tanımadığı balaca bir uşaqdan adam öldürüldüyünü eşitmişdir. Qeyd olunan cinayət işi üzrə Məhkum elan olunmuş ittiham heç bir mötəbər sübutla öz təsdiqini tapmamışdır. Bundan başqa Məhkum yaşay ış yeri üzrə müsbət xarakterizə olunmaqla, məcburi köçkündür. O, əvvəllər məhkum olunmayıb. Bakı şəhərində ofisiant işləməklə ailəsinə köməklik edir. İctimai faydalı əməklə məşğul olmuşdur. Qonşusu məhkum Fərid Pənahovun ağır cinayət törətməsinə başqasının əməllərinə o, cavabdeh deyil və haradan bilməliydi ki, qonşusu yetkinlik yaşına çatmayan Fərid Pənahov adam öldürə bilər. Şamilə adam ölümündə əlbirliyə görə ittiham elan olunmayıb ki, cinayətin ağır nəticələrə səbəb olması cinayətin ictimai təhlükəliliyini artıran amil kimi nəzərə alınması qanunsuzdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin olunmalı və Şirvan Ape lyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassatorun başlıca dəlilini Məhkum əməlində cinayət tərkinin olmaması, onun qeyd olunan cinayət əməlində xəbərsiz olması nəticədə qeyd olunan cinayət işi üzrə ona b əraət verilməməsidir. Cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum ittiham verilmiş və məhkəmə onu Azərbaycan Respublikası CM-in 177.2.1 və 307.1-ci maddələri ilə təqsirli bilib məhkum etmişdir. Kollegiya qeyd edir ki, Məhkum təqsirli bilindiyi CM-in 177.2.1-ci maddəsi ilə cinayət əməli həm ibtida istintaq həm də məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Məhkum məhkəmə istintaqı zamanı özünü ona elan olunmuş ittihamda təqsirli bilməsə də onun təqsirli bilindiyi CM-in 177.2.1ci maddəsi ilə cinayət əməlini törətməsi işi ayrıca icraata aparılmış X10, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə, ibtidai istintaq zamanı keçirilmiş istintaq hərəkətlərinin prot okolları ilə, iş üzrə təyin edilərək keçirilmiş məhkəmə ekspertizaların rəyləri ilə, maddi sübutlarla və işin digər materialları ilə tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr Məhkum Azərbaycan Respublikası CM-in 307.1-ci maddəsi ilə də təqsirli bilərkən səhv nəticəyə gəlmişlər. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, təqsirkarın əməlinin Azərbaycan Respublikası CM-in 307.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün şəxs ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməməlidir. Yəni təqsirləndirilən şəxs Məhkum iş üzrə digər təqsirləndirilən şəxs Fərid Pənahovun zərərçəkmiş şəxs X3 öldürülməsi cinayətini hüquq mühafizə orqanlarından gizlətdiyi üçün Azərbaycan Respublikası CM-in 307.1-ci maddə si ilə təqsirli bilinmişdir. Azərbaycan Respublikası CM-in 307-ci maddəsində nəzərdə tutulmuş cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, ağır və ya xüsusilə ağir cinayətin hazirlanmasını və ya törədilməsini bilərək hamin cinayət barəsində xəbər verməmə, habelə qabaqcadan vəd etmədən ağır və ya xüsusilə ağır cinayəti gizlətmə hazirlanan cinayətin vaxtında qarşını almağa, cinayət törədildikdən sonra isə cinayətkarın yaxalanmasına, ifşa olunmasına və cəmiyyətdən təcrid edilməsinə, habelə pozulmuş hüquqların bərpa olunmasına mane olur. Xəbər verməmə dedikdə, ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilən şəxsin bu barədə məlumatı hakimiyyət orqanlarına və ya onların vəzifəli şəxslərinə birldirmədən ifadə olunan hərəkətsizliyi başa düşülür. Təqsirkar ağır v ə ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini yəqinliklə bilir, bu barədə müvafiq hakimiyyət orqanlarına və ya onların vəzifəli şəxslərinə xəbar vermədiyini dərk edir və bunu arzu edir. Azərbaycan Respublikası CM-in 307.1-ci maddəsinin qeyd hissəsində qeyd edilmişdir: Arvadı (əri), övladları, valideynləri və qanunvericiliklə dairəsi müəyyən edilmiş digər yaxın qohumları tərəfindən hazırlanmış və ya törədilmiş cinayət barəsində xəbər verməyən şəxs bu Məcəllənin 307.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb oluna bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum Şamil X11rluq hadisəsini, qabaqcadan əlbir olmaları tam sübuta yetirilmişdir. Fərid Pənahov isə planlaşdırdıqları cinayətdən yayınıb digər cinayət törətməsi də tam təsdiq edilmişdir. Lakin, onda be lə çıxır ki, Məhkum həm özünü ifşa etmək üçün və Fərid Pənahovun zərərçəkmiş şəxsi Arzu İsgəndərovanı qətlə yetirməsini hüquq mühafizə orqanlarına bildirməlidir. Yəni şəxs ilk öncə özünü ələ verməli bundan sonra F.Pənahovun törətdiyi cinayət əməli hüquq mühafizə orqanlarına bildirməli idi. Azərbaycan Respublikası CM-in 307-ci maddəsinin qeyd hissəsinin mənasından görünür ki, əgər şəxsin yaxın qohumları barədə xəbər verməməsi cinayət hesab edilmirsə ona özünün ifşa edilib tanışının (Fərid Pənahovun) törətdiyi cinayət əməlini hüquq mühafizə orqanlarına bildirməsi məntiqsiz olar. Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadıqda cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış s übutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özün ün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. X16 Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işindəki hüquqi mövqeyə görə təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar. Sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bu baxımdan da məhkəmə kollegiyası işə baxan məhkəmələrin gəldiyi nəticə ilə, yəni təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 307.1- ci maddəsi ilə təqsirli bilinməsi ilə razılaşmır. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Məhkum ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə cinayət əməli onun əməlində cinayət tərkibinin əlamətləri olmaması əsası o hissədə ümumi ittihamdan və qəaradan xaric edilməlidir. Bundan əlavə, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxs S.C.Mamedovun əməlini CM-in 177.2.1-ci maddəsi ilə tövsif edərkən sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, ara şdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin qismən əsaslı olduğundan kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin X4 Şamil Kamil oğlu haqqındakı xx xxxx 2020-c i il tarixli qərarı dəyişdirilməli, qərardan Azərbaycan Respublikası CM-in 307.1-ci maddəsi xaric edilməli, buna müvafiq olaraq məhkuma təqsirli bilindiyi CM-in 177.2.1-ci maddəsi ilə təyin edilmiş cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə görə məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya ins tansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.15 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 307.1-ci maddəsi ittihamdan və qərardan xaric edilsin. İttiham hökmündən və qərardan Azərbaycan Respublikası 66.2-ci maddəsinin müddəaları xaric edilsin. Məhkum Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qalan hissədə qərar dəyişdirilməsin. Kassasiya şikayəti qismən təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar