Məhkəmə qərarları › İş №1(102)-232/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-232/2023

01.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-232/2023 01.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Sadıqova Zibeydə Söhbət qızının iştirakları ilə, X8 Azərbaycan Respublikası Cinayət Məc əlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli hökmü ilə (hakimlər F.Ə.Qəniyev (sədrlik edən), İ.A.Mahmudov və S.İ.Əliyevdən ibarət tərkibdə) xx.xx.1990-cı il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, xxx yaşamış X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin 01 sentyabr 2021-ci il tarixdən hesablanması, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməsi hökm edilmişdir. Hökmdən məhkum edilmiş şəxs X11 və onun müdafiəçisi Rəşidov Rövşən Xudaşirin oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (R.A.Qaraqurbanlı (sədrlik edən), M.Ə.Abbasov və V.Ə.Mursaqulovdan ibarət tərkibdə) 26 iyul 2022-ci il tarixli hökmü ilə məhkum edilmiş şəxs X11 və onun müdafiəçisi Rəşidov Rövşən Xudaşirin oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmiş, X5 barəsindəki Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 yanvar 2022-ci il ta rixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə ləğv edilmiş və X8 CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən, X2 məqsədilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və yerdə satış məqsədilə qanunsuz olaraq külli miqdarda – 6,72 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib özündə saxlamaqla daşımış, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi Cinayət-axtarış şöbəsinin əməkdaşları tər əfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 01 sentyabr 2021-ci il tarixdə saat 21:15-də Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 115 ünvanının qarşısında saxlanılaraq Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş, üzərində şəxsi axtarış keçirilən zaman satış məqsədilə əldə etdiyi külli miqdarda – 6,72 qram çəkidə psixotrop maddə olan metamfetaminin 3,177 qram təşkil edən bir bükümü əynindəki sarı rəngli köynəyin sol yan cibindən, metamfetaminin digər bir bükümdə olan 3,543 qram təşkil edən qalıq hissəsi isə üzərində olan qara rəngli əl çantasından aşkar olunaraq götürülmüşdür. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti onunla əsaslandırılmışdır ki, apellyas iya məhkəmə kollegiyası bəraət hökmü çıxararkən, ittiham tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutları CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edib qiymətləndirmədiyindən və şəxsin təqsirsizliyi barədə hökmün əsasını yolverilməz sübutlar təşkil etdiyindən, həmin hökm ləğv olunmalı və cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, apellyasiya məhkəməsi bəraət hökmünü onunla əsaslandırmışdır ki, X11 şübhəli şəxs qismində tutulduqdan sonra xx.xx.2021-ci il tarixdə tərtib edilmiş bütün prosessual sənədlərdə, o cümlədən “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2021-ci il tarixli protokol və qərarda, “şübhəli şəxsə hüquq və vəzifələrin izah edilməsi haqqında” bildirişdə, “prosessual sənədlərin surətlərinin şübhəli şəxsə təqdim edilməsi haqqında” protokolda, habelə “şəxsi axtarış və götürmə haqqında” qərarda müdafiəçi Qasımov Fizuli Qasım oğlunun imzası olduğu halda, şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilməsi zamanı müdafiəçi Qasımov Fizuli Qasım oğlu heç bir əsas və ya bəhanə göstərilmədən, heç bir normaya istinad edilmədən həmin istintaq hərəkətlərinin aparılmasında iştirak etməkdən imtina etmiş və onun imtinası sadəcə olaraq protokolla rəsmiləşdirilmişdir. Bununla əlaqədar qeyd edilməlidir ki, məhkəmənin istinad etdiyi protokol həqiqətən mövcuddur. Lakin, məhkəmə bəraət hökmündə təqsirləndirilən şəxs X5 üzərində şəxsi axtarışın keçirilməsi zamanı tərtib olunmuş protokolda bu barədə məlumatladırılmasını və sonuncunun buna dair heç bir et iraz etmədiyini göstərməsini “unutmuşdur”. Halbuki, bu məsələyə münasibət və istintaq hərəkətinə etiraz bildirilməsi bilavasitə təqsirləndirilən şəxsin hüququdur. Belə olan halda, müdafiəçinin öz vəzifə borcuna biganə yanaşması və ya səhlənkarlıq göstərilməsini kobud prosessual pozuntu kimi adlandırılması absurddur. Bundan başqa, bəraət hökmündə göstərilmişdir ki, X4 götürmə istintaq hərəkətinin məhkəmə qərarı olmadan aparılması üçün CPM-nin 243.3-cü maddəsində göstərilmiş hallar olmadığı halda həmin istintaq hərəkəti CPM-nin tələblərinə zidd olaraq məhkəmə qərarı olmadan aparılmışdır. İş materiallarından göründüyü kimi, X5 barəsində əməliyyat məlumatı daxil olmuş və bu zaman təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün müvafiq qərar qəbul edilmişdir. Həmin qərara əsasən keçirilmiş tədbirlə əlaqədar toplanmış materiallar cinayət prosessual qanunvericiliyinə əsasən 24 saat ərzində məhkəməyə təqdim olunmalı olduğu halda, ibtidai araşdırma orqanı tərəfindən qanunun bu tələbinə riayət edilməmişdir. CPM-nin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir”. Bununla yanaşı, CPM-nin 125.1-ci maddəsinə əsasən “Məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər”. Apellyasiya instansiya məhkəməsi yekun qərarında qeyd olunan əməliyyat-axtarış tədbirinin keçirilməsi zamanı toplanılmış sübutlara şübhə ilə yanaşmasını göstərsə də, bu şübhələrin nədən ibarət olduğunu əsaslandırmamışdır. Bəraət hökmündə həmçinin qeyd edilmişdir ki, cinayət işi üzrə bir sıra prosessual sənədlərndə ciddi ziddiyyətlər vardır. Belə ki: - çəkilişdə təhqiqatçı İlham Məmmədov şəxsi axtarışın saat 23:30-dan etibarən aparıldığını elan etsə də, işə əlavə edilmiş kağız daşıyıcıda olan protokolda şəxsi axtarışın saat 23:05-dən aparıldığı göstərilmişdir; - xx.xx.2021-ci il tarixdə, saat 12:15-dən 14:20-dək şübhəli şəxs qismində dindirilərkən X11 "üzərindən aşkar olunan metamfetamini şəxsi istifadəsi’’ üçün əldə etdiyini bildirmişdir. Elə həmin gün, yəni xx.xx.2021-ci il tarixdə, saat 14:00-dan 15:00-dək X11 şübhəli şəxs qismində əla və dindirilərkən "həmin vaxt həyəcanlı olduğumdan və qorxduğumdan metamfetamini satdığımı söyləmədim və bildirdim ki, öz istifadəm üçün almışam". Göründüyü kimi, istintaq orqanı şübhəli şəxsin dindirilməsi saatlarında da ciddi ziddiyyət yaratmışdır. Belə ki, ilkin dindirmə başa çatmadan əlavə dindirilmə keçirilmişdir; - Bir sıra prosessual sənədlərdə X5 tutulduğu yer ünvan 5 ünvan kimi göstərilsə də, bir qisim sənədlərdə həmin ünvan Bakı şəhəri, Neftçilər prospekti, 115 kimi qeyd edilmişdir. Bununla bağlı qeyd edilməlidir ki, bütün istintaq sənədlərin tərtibatında “insan faktoru”nun olması nəzərə alınsa, bir sıra hallarda müstəntiqin (əməliyyatçı, təhqiqatçının və s.) mexaniki səhvə yol verə bilməsi mümkündür. Cinayət işinin sənədlərində texniki səhvə yol verilməsi halları baş vermişdir. Beləliklə, qeyd olunanlara əsasən, protest müəllifi X8 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2022-ci il tarixli hökmünü ləğv etməklə və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, X5 CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinin ibtidai istintaq və birinci instansiya məhkəməsində sübuta yetirildiyini, törətdiyi cinayət əməlinin xarakterini və ictimai tə hlükəlilik dərəcəsini, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin 2 bükümdə olmaqla şəxsi istehlak miqdarından dəfələrlə çox, külli miqdarın aşağı həddindən 3,3 dəfə çox olmasını və protestdə göstərilən digər dəlilləri nəzərə alaraq verilmiş kassasiya protestinin təmin edilməsini və Bakı Apellyasiya Məhkəməsinin 26 iyul 2022-ci il tarixli hökmünün ləğv edilərək cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Z.S.Sadıqova çıxış edərək, əməliyyat keçirilərək heç bir əməliyyat-qeydiyyat işinin aparılmadığını, bununla bağlı məhkəməyə müraciət edilmədiyini, bir-biri ilə ziddiyyət təşkil edən ifadələrin olduğunu, şəxsi axtarış, götürmə zamanı müdafiəçinin iştirak etmədiyini, şəxsdən heç bir analiz götürmədən narkotik istifadəçisi kimi qələmə verildiyini bildirib, kassasiya protestinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2022-ci il tarixli hökmünün dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prose ssual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apell yasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin hökmünün qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Kassasiya protestində apellyasiya məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilmədiyi, sübutların CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyi və K.T.Tağıyevə əsassız olaraq bəraət verildiyi iddia edilmiş, bununla da, mübahisələndirilən məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan R espublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü maddəsində (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2022-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində qeyd edilir ki, ya lnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətlə ndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət m ühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də, cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayara q düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısı və müdafiəçinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2022-ci il tarixli hökmü ləğv edilərək, cinayət işi yenidən apellyasiya məhkəməsində apellyasiya baxışına təyin edilməlidir. Belə ki, apellyasiya məhkəməsi məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyi, birinci instansiya məhkəməsinin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlara uyğun gəlmədiyi, K.T.Tağıyevin hüquqlarının, xüsusilə müdafiə hüququnun kobud şəkildə pozulduğu, K.T.Tağıyevin CMnin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutları təşkil etdiyi, ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədə r şübhələr olduğu və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığı qənaətinə gələrək K.T.Tağıyevə bəraət verilməsi barədə yekun hüquqi nəticəyə gəlmişdir. Apellyasiya məhkəmə kollegiyası belə nəticəyə gələrkən üç istiqamət üzrə: şəxsin müdafiə hüququnun səmərəli və keyfiyyətli şəkildə təmin olunması, sübutların prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qanuni yolla əldə edilib-edilməməsi - tərtib olunmuş prosessual sənədlərin vəziyyəti, həmin sənədlərdə natamamlığın, uyğunsuzluğun və ziddiyyətlərin olması istiqamətləri üzrə hüquqi dəyərləndirmə aparmışdır. Kassasiya məhkəmə kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticənin düzgün və K.T.Tağıyevə bəraət verilməsi üçün kifayət qədər yetərli olub-olmaması ilə bağlı iş üzrə toplanmış s übutların qanunvericiliyin normaları üzrə təhlilinin aparılmasını məqsədəuyğun hesab edir. İş materiallarında olan təqsirləndirilən şəxsin ərizəsindən, dövlət hesabına müdafiəçi təyin edilməsi barədə 01 sentyabr 2021-ci il tarixli qərardan və şübhəli şəxsə müdafiəçinin təqdim edilməsi barədə eyni tarixli protokoldan görünür ki, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Qasımov Fizuli Qasım oğlu şübhəli şəxs X5 hüquqlarının müdafiəsi üçün vəkil kimi ayrılmış və ona təqdim edilmişdir (cild 1, i.v. 12-21). Apellyasiya məhkəməsinin bəraət hökmündə qeyd edilmişdir ki, cinayət işinin materialları öyrənilərkən müəyyən olunmuşdur ki, K.T.Tağıyev şübhəli şəxs qismində tutulduqdan sonra xx.xx.2021-ci il tarixdə tərtib edilmiş bütün prosessual sənədlərdə, o cümlədən “şübhəli şəxsin tutulması haqqı nda” xx.xx.2021-ci il tarixli protokol və qərarda, “şübhəli şəxsə hüquq və vəzifələrin izah edilməsi haqqında” bildirişdə, “prosessual sənədlərin surətlərinin şübhəli şəxsə təqdim edilməsi haqqında” protokolda, habelə “şəxsi axtarış və götürmə haqqında qərarda” müdafiəçi Qasımov Fizuli Qasım oğlunun imzası olduğu halda, nədənsə şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilməsi zamanı müdafiəçi Qasımov Fizuli Qasım oğlu heç bir əsas və ya bəhanə göstərilmədən, heç bir normaya istinad edilmədən həmin istintaq hərəkətlərinin aparılmasında iştirak etməkdən imtina etmiş və onun imtinası sadəcə olaraq protokolla rəsmiləşdirilmişdir. Belə ki, cinayət işinin materiallarında olan Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi Təhqiqat şöbəsinin təhqiqatçısı, polis polkovnik-leytenantı İlham Məmmədov tərəfin dən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 923 nömrəli protokolda qeyd edilmişdir ki, “xx.xx.2021ci il tarixdə saat 23:05-dən saat 23:55-dək olan müddətdə şübhəli şəxs qismində tutulmuş K.T.Tağıyevin üzərinə şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi ilə bağlı videoçəkilişlə aparılan istintaq hərəkətində müdafiəçi Qasımov Fizuli Qasım oğlu iştirak etməkdən imtina etmişdir” (cild 1, i.v. 54). Apellyasiya məhkəmə kollegiyası bütün istintaq hərəkətlərinə dair tərtib olunmuş protokollarda və prosessual sənədlərdə müdafiəçinin imzası olduğu halda, şübhəli şəxsin videoçəkilişlə aparılan şəxsi axtarış və götürmə istintaq hərəkətində iştirakdan imtina etməsini kobud prosessual pozuntu kimi qiymətləndirmiş, cinayət işinin sonrakı mərhələlərində K.T.Tağıyevin özünü təqsirli bilmədiyini və ona elan olunmuş ittihamın əsassız olduğunu təkidlə bildirməsinə baxmayaraq, hüquqlarını müdafiə edən Qasımov Fizuli Qasım oğlunun hüquqi yardımı formal göstərərək bu xüsusat üzrə istintaq orqanına hər hansı vəsatətlə (təqsirləndirilən şəxsin əlavə dindirilməsi, hər hansı sübutun xaric edilməsi, qətimkan tədbirinin növünün dəyişdirilməsi və s.) müraciət etmədiyini vurğulamışdır. Bununla bağlı, kassasiya məhkəmə kollegiyası qeyd edir ki, axtarışın və götürmənin aparılmasında iştirak edən şəxslərin dairəsini müəyyən edən, prosessual qanunvericilikdə ümumi norma kimi nəzərdə tutulmuş CPM-nin 244.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxs barəsində axtarış və götürmənin aparılmasında onun müdafiəçisi iştirak etmək hüququna malikdir. CPM-nin 246.1-ci maddəsinin tələbinə görə, müstəntiq iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək, barəsində istintaq hərəkəti aparılan şəxsin paltarında, əşyalarında və ya bədənində ola bilən əşya və sənədləri, bir qayda olaraq, məhkəmənin qərarı əsasında götürə bilər. CPM-nin 246.2.1-ci maddəsi isə imkan verir ki, şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə onun barəsində məhkəmənin qərarı alınmadan da şəxsi axtarış aparılsın. CPM-nin 148.2-ci maddəsində təsbit edilmişdir ki, şəxsin cinayət törətməsinə bilavasitə şübhə yarandıqda təhqiqatçı, təhqiqat orqanının digər əməkdaşı, müstəntiq və ya prokuror onun tutulmasını aşağıdakı hallarda tətbiq edə bilər: 148.2.1. şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədərkən, yaxud bilavasitə bundan sonra cinayət başında yaxalandıqda; 148.2.2. z ərər çəkmiş, yaxud hadisəni görən digər şəxslər cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin həmin şəxs tərəfindən törədilməsini birbaşa göstərdikdə; 148.2.3. şəxsin bədənində, üstündə, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsini göstərən aşkar izlər müəyyən olunduqda. CPM-nin 153.2.2-ci maddəsinə əsasən, tutulmuş şəxsin hüquqlarının təmin olunması üçün cinayət prosesini həyata keçirən orqanın və müvəqqəti saxlama yerlərinin əməkdaşları tutulmuş şəxsi təxirə salınmadan polis və ya digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerlərinə gətirməli, tutulma faktını qeydə almalı, bunu protokollaşdırmalı və şübhəli şəxsi tutulma protokolu ilə tanış etməlidirlər. Şəxsin tutulmasının rəsmiləşdirilm əsi isə bundan sonra, yəni təxirə salınmadan polis və ya digər hüquq mühafizə orqanlarına gətirildikdən sonra da həyata keçirilə bilər. Buna qədər şəxsin faktiki tutulduğu (saxlanıldığı və ya yaxalandığı) yerdə və ya tutulduqdan sonra polis və ya digər hüquq mühafizə orqanlarında üzərində baxış və ya axtarış kimi istintaq hərəkətinin aparılması zamanı mütləq qaydada müdafiəçi ilə təmin olunması prosessual qanunvericiliyin istər şərh olunan, istərsə də digər normalarında nəzərdə tutulmamışdır. Digər tərəfdən, qeyd edildiyi kimi şəxsi axtarış və götürmənin qaydalarını tənzimləyən CPM-in 246-cı maddəsində müdafiəçinin şəxsi axtarış və götürmədə iştirakı nəzərdə tutulmamışdır. Qanunun bu normalarının tələbləri həmçinin belə nəticəyə gəlməyə əsas verir ki, ümumi şəkildə təhqiqatçı və ya müstənt iq şəxsi axtarış və götürmə istintaq hərəkətini aparmazdan əvvəl mütləq şəkildə müdafiəçinin həmin istintaq hərəkətinin aparılmasında iştirakını təmin etmək vəzifəsi daşımır. İş materiallarından görünür ki, K.T.Tağıyevin üzərində şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi ilə bağlı videoçəkiliş zamanı müdafiəçinin çəkilişdə iştirakdan imtina etməsi barədə protokol K.T.Tağıyev tərəfindən də imzalanmış, müdafiəçinin iştirakdan imtinasına K.T.Tağıyevin etirazının olması sözügedən protokoldan və digər iş mateiallarından müəyyən edilməmişdir. Odur ki, apellyasiya məhkəməsi qeyd olunan halı K.T.Tağıyevin müdafiə hüquqlarının kobud şəkildə pozulması və həmin halı kobud prosessual pozuntu kimi qiymətləndirərək şəxsin təqsirliliyini şübhə altına almaqla düzgün hüquqi nəticəyə gəlməmişdir. Apellyasiya məhkəmə kollegiyası həmçinin götürmə istintaq hərəkətinin qanuniliyi ilə bağlı qeyd etmişdir ki, CPM-nin 243.1-ci maddəsinə əsasən, götürmə istintaq hərəkəti, bir qayda olaraq, məhkəmənin qərarı əsasında aparılır. Həmin Məcəllənin 243.3-cü maddəsinə əsasən, təxirə salına bilinməyən hallarda müstəntiq axtarış və ya götürməni məhkəmənin qərarı olmadan yalnız şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayətin törədilməsinə və ya həmin cinayətin törədilməsinə hazırlığın aparılmasına dəlalət edən əşya və ya sənədlərin yaşayış yerində gizlədilməsini; şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış şəxsin yaşayış yerində gizləndiyini; yaşayış yerində insan meyitinin (meyit hissələrinin) olmasını və yaşayış yerində insanın həyat və ya səhhəti üçün real təhlükə olduğunu güman etməyə əsas verən dəqiq məlumat olduqda apara bilər. Apellyasiya məhkəməsinin gəldiyi nəticəyə görə, K.T.Tağıyevin barəsində götürmə istintaq hərəkətinin məhkəmə qərarı olmadan aparılması üçün CPM-nin 243.3-cü maddəsində göstərilmiş hallar olmadığı halda həmin istintaq hərəkəti CPM-nin zidd olaraq məhkəmə qərarı olmadan aparılmışdır. Belə ki, əgər K.T.Tağıyev ilə bağlı təxirə salına bilmədən dərhal şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması zərurəti və halı yaranmışdısa, nə üçün o, polis idarəsinə gətirildikdən sonra həmin istintaq hərəkəti CPMnin 243.3-cü maddəsində göstərildiyi kimi təxirə salınmadan (dərhal) deyil, təxminən 2 saat sonra aparılmışdır? Göstərilənlər ə əsasən, apellyasiya məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, qanunun tələblərinin kobud surətdə pozulması ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokol mümkün olmayan sübut kimi qiymətləndirilərək CPM-nin 125.2-ci maddəsinin tələblərinə əsasən sübut kimi qəbul edilə bilməz və əhəmiyyətsiz hesab edilməklə sübutlar siyahısından xaric edilməlidir. Bununla bağlı kassasiya məhkəmə kollegiyası qeyd edir ki, əvvəla şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması qaydasını müəyyən edən CPM-nin 246-cı maddəsinə əsasən müstəntiq iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək, barəsində istintaq hərəkəti aparılan şəxsin paltarında, əşyalarında və ya bədənində ola bilən əşya və sənədləri, bir qayda olaraq, məhkəmənin qərarı əsasında g ötürə bilər. Məhkəmənin qərarı alınmadan şəxsi axtarış aşağıdakı hallarda aparıla bilər: şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə; təqsirləndirilən şəxs barəsində həbsə alma qətimkan tədbiri tətbiq edildikdə; axtarış və ya götürmənin aparıldığı binada olan şəxsin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və sənədləri gizlətməsini güman etməyə kifayət qədər əsaslar olduqda. İş materiallarında olan xx.xx.2021-ci il tarixli raportda daxil olmuş əməliyyat məlumatında “Anna” adlı şəxsin narkotik vasitələrin qeyri-qanuni əldə etməsi, daşıması, saxlaması ilə məşğul olması göstərilmiş, həmin tarixli “təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” ibtidai araşdırma orqanının qərarına əsasən, “Anna” adlı şəxsin şəxsiyyə tini, yaşadığı ünvanı, narkotik vasitələri əldə etdiyi mənbəni müəyyənləşdirmək məqsədilə “Əməliyyat axtarış fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsinə əsasən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmış, qərarın surəti məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və məhkəməyə göndərilmişdir. xx.xx.2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərara əsasən K.T.Tağıyev CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Həmin tarixli “şəxsi axtarış və götürmə haqqında” qərara əsasən, K.T.Tağıyevin paltarında, əşyalarında və bədənində öz xüsusiyyətinə, əlamətlərinə və digər hallara görə sübut əhəmiyyəti kəsb edə biləcək saxlanılması və gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı bir əşyanın, eləcə də, narkotik vasitənin olmasını güman etməyə kifayət qədər əsaslar olduğundan onun barəsində şəxsi axtarış aparılması və sübut əhəmiyyəti kəsb edən əşya aşkar ediləcəyi təqdirdə götürülməsi qərara alınmışdır. CPM-nin 207.4-cü maddəsinə əsasən, törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxarkən təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror ərizəçilərdən əlavə sənədləri, onlardan və digər şəxslərdən izahatları tələb edə, bu maddə ilə nəzərdə tutulmuş istintaq və digər prosessual hərəkətlərini apara və ekspertiza təyin edə bilər. Hadisə yerinə baxış və ekspertizanın təyin edilməsi, bu Məcəllənin 177.3.6-cı maddəsində nəzərdə tutulmuş istintaq hərəkətinin aparılması, habelə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətləri apara bilər. CPM-nin 90.11.2-ci maddəsinə əsasən isə, tutularkən baxışa və şəxsi axtarışa məruz qalmaq şübhəli şəxsin prosessual qanunvericilikdə nəzərdə tutulmuş vəzifələrindən biridir. Bu normaların tələbləri baxımından məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şəxs hər hansı cinayətin törədilməsində şübhəli bilindikdə (bu haqda əməliyyat və ya digər məlumat hüquq-mühafizə orqanına daxil olduqda), o, barəsində “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində nəzərdə tutulmuş zəruri əməliyyat-axtarış tədbirlərinin (məsələn güdmə, telefon danışıqlarına qulaq asma və s.) tətbiq edi lməsi nəticəsində onun olduğu yer müəyyən edildikdən dərhal sonra, yəni təxirə salınmadan həmin yerdə tutula (saxlanıla, yaxalana) bilər və bu zaman onun üzərində, qanunvericiliyin tələb etdiyi və imkan verdiyi kimi, məhkəmənin qərarı olmadan şəxsi axtarış və götürmə kimi istintaq hərəkətləri aparıla bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. CPM-nin 153-cü maddəsi nin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə həmçinin izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Göstərilənlərə əsasən, apellyasiya məhkəmə kollegiyasının xx.xx.2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” istintaq hə rəkətinin məhkəmə qərarı olmadan aparılması ilə bağlı əsasların olmaması, bu istintaq hərəkətinin qanunun tələblərinin kobud surətdə pozulması ilə aparılması nəticəsində tərtib edilmiş protokolun sübutlar siyahısından xaric edilməli olması barədə gəldiyi nəticə əsassız və qanunsuz hesab edilməlidir. İş materiallarında K.T.Tağıyevin barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə materialların məhkəmə nəzarəti qaydasında yoxlanılmasını təsdiq edən müvafiq məhkəmənin qərarı aşkar edilməmişdir, lakin, hər iki qərarın əməliyyat axtarış tədbirinin keçirilməsi və şəxsi axtarış və götürmə haqqında qərarların surətlərinin müvafiq məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi iş materialları ilə təsdiq olunur. Bundan başqa, apellyasiya məhkəmə kollegiyası bərəat hökmünü onunla əsaslandırmışdır ki, polis orqanlarına daxil olmuş məlumatlarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən “Anna” adlı şəxsin tutulduğu ünvanlar arasında ciddi ziddiyyətlər mövcuddur. Belə ki, bir sıra prosessual sənədlərdə onun tutulduğu yer ünvan 5 ünvan kimi göstərilsə də, bir qisim sənədlərdə həmin ünvan Bakı şəhəri, Neftçilər prospekti, 115 kimi qeyd edilmişdir. Beləliklə, apellyasiya məhkəmə kollegiyası tərtib olunmuş prosessual sənədlərin natamam və ziddiyyətli olmasının səbəbi kimi, həmin sənədlərin təbii baş verən hadisələr əsasında deyil, qabaqcadan düşünülərək, real olaraq baş verməmiş “hadisələr” əsasında hazırlandığı qənaətinə gəlmişdir. Lakin, apellyasiya məhkəmə kollegiyası qeyd olunan ünvanlar arasında kəskin fərq olmamasını nəzərə almamaqla yanaşı, bəzi sənədlərdə “Neftçilər prospekti 151” və bəzi sənədlərdə isə “Neftçilər prospekti 115” sözlərinin yazılma səbəblərinin texniki səhvdən qaynaqlana biləcəyi ehtimalını, mənzilin faktiki ünvanını araşdırmadan həmin halı kobud prosessual nöqsan hesab etməklə, toplanmış sübutların mötəbərliyini şübhə altına almışdır. Kassasiya məhkəmə kollegiyası göstərilən pozuntuları formal xarakterli pozuntular kimi qiymətləndirərək qeyd edir ki, CPM-nin 399.3-cü maddəsinə əsasən işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Halbuki, X11 ibtidai istintaq zamanı din dirilərkən verdiyi və birinci instansiya məhkəməsində elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, təxminən 4 ildir ki, psixotrop maddə olan metamfetamindən istifadə edir və həmin maddədən asılılığı yaranmışdır. Psixotrop maddə hesab edilən və el içində - “patı” və ya “şüşə” kimi tanınan metamfetamindən uzun müddətdir istifadə etdiyi üçün mütəmadi olaraq müxtəlif tanımadığı şəxslərdən həmin maddəni almışdır. Bundan başqa, kirayə yaşadığı evdə pul müqabilində kişilər ilə qeyri-təbii yolla cinsi əlaqədə olduğu üçün, özü üçün tanımadığı şəxslərdən əldə etdiyi psixotrop maddə olan metamfetamini həmçinin yanına gələn müştərilərə aldığı qiymətdən daha baha qiymətə sataraq qazanc əldə etmişdir. Belə ki, metamfetamin tərkibində olan komponentlərinə görə insanda əlavə enerji yaratdığı ü çün və ondan istifadə etdikdən sonra uzun müddət fasiləsiz cinsi əlaqədə olmaq gücü yaratdığı üçün yanına gələn müştərilər ondan pul müqabilində metamfetamin almışdır. Buna görə də o, hər zaman özü üçün psixotrop maddə olan metamfetamini alan zaman əlavə olaraq müştərilərinə də satmaq məqsədilə həmin maddəni almışdır. Bundan başqa, iş materiallarında olan “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında” 01 sentyabr 2021-ci il tarixli protokoldan və “həmin istintaq hərəkətinin keçirilməsinin videogörüntüsü yazılmış diskə baxış keçirilməsi haqqında” 06 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, X8 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənə dləri könüllü surətdə verməsi təklif edilmiş, o da əynindəki sarı rəngli köynəyinin sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş içərisində ağ rəngli kristalşəkilli maddə olan bükümü və qara rəngli əl çantasının içərisindən bir ədəd sellofana bükülmüş içərisində ağ rəngli kristalşəkilli maddə olan bükümü, bundan əlavə əl çantasının içərisindən 140 manat, 3040 dinar, 2 ABŞ dolları, 1500 Alban pulu, özünə məxsus hərbi bilet, ümumvətəndaş pasportu və sürücülük vəsiqəsi, «Umiko» viza kartı, «Privat Bank»a, «Xalq Bank»a, «Unversalnaya Bank»a aid kartları çıxarıb təqdim etmişdir. Şəxsi axtarış zamanı Kənan Tağıyev həmin maddəni şəxsi istifadəsi üçün “Qış Parkı” adlanan ərazidə tanımadığı şəxsdən 100 manata aldığını bildirmişdir (cild 1, iş vərəqə 46-53,158). Həmçinin, iş materiallarında olan “axtarış aparılması haqqında” 02 sentyabr 2021ci il tarixli protokoldan görünür ki, X5 yaşadığı ünvan 2 ünvanında keçirilmiş axtarış nəticəsində kustar üsulla lampadan hazırlanmış və metamfetaminin istifadəsi üçün nəzərdə tutulmuş qurğu götürülmüşdür (cild 1, iş vərəqə 79-84). Bundan başqa, iş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 01 noyabr 2021-ci il tarixli 4247 nömrəli rəyindən görünür ki, X7 psixotrop maddə metamfetaminin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 175- 176). İş materiallarına əsasən müəyyən olunur ki, apellyasiya məhkəmə araşdırması zamanı X11 cinayət işi materiallarında olan heç bir sənədə imza çəkmədiyini, həmin sənədlərdəki im zaların ona məxsus olmadığını, eyni zamanda istintaq dövründə təzyiqlərə məruz qalaraq döyüldüyünü, buna görə törətmədiyi cinayəti etiraf etmək məcburiyyətində olduğunu bildirmişdir. Apellyasiya məhkəmə kollegiyası qeyd edilən hallar üzrə müvafiq araşdırma aparmış, cinayət işi materiallarında olan sənədlərin məhz X8 məxsus olub - olmamasını müəyyən etmək üçün məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş, 08 iyun 2022-ci il tarixli ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, cinayət işi materiallarında qeyd edilən sənədlərdəki imzalar məhz X8 məxsusdur. Eyni zamanda cinayət işi materiallarında olan Nəsimi rayon prokurorunun köməkçisi X3 03 mart 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarına əsasən müəyyən olunur ki, X5 şübhəli şəxs qismində saxlanılarkən po lis əməkdaşları tərəfindən döyülməsi və ona hər hansı xəsarət yetirilməsi xüsusatı öz təsdiqini tapmadığından toplanmış material üzrə cinayət işinin başlanması tədd edilmiş və həmin qərardan şikayət verilməmışdir. Bundan əlavə Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli hökmünə əsasən müəyyən olunur ki, məhkəmə baxışı zamanı X1 şəkildə verdiyi ifadəsində də özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək arabir narkotik vasitələrdən istifadə etdiyini təsdiq etmişdir (qeyd edilən hal məcburi-narkoloji tibbi yoxlamanın nəticəsinə əsasən də təsdiq olunmuşdur). Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. CPM-nin 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraat ının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir; Həmin Məcəllənin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyy ən edilməsini tələb edir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən isə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Həmçinin, CPM-in 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Məhkəmə hökmü haqqında” Azərbaycan Re spublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 57-ci bəndinə əsasən, CPM-in 42.1-ci maddəsində bəraət hökmünün hansı əsaslarla çıxarılmalı olmasının qəti siyahısı verilmişdir: cinayət hadisəsi olmadıqda; təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda; təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda, onun təqsirliliyi sübuta yetirilmədikdə. Bu əsaslardan hər hansı biri üzrə bəraət verilən şəxs təqsirsiz hesab olunur. Bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində ittihamın məzmunu göstərildikdən sonra işin faktiki halları, onların məhkəmə tərəfindən necə müəyyən edilməsi şərh edilir, təqsirləndirilən şəxsin təqsirsiz olması barədə məhkəmənin gəldiyi nəticəni əsaslandıran sübutlar təhlil edilir, ittihamın əsasını təşkil edən sübut ların rədd edilməsinin motivləri göstərilir. Bəraət hökmünə təqsirləndirilən şəxsin təqsirsizliyini şübhə altına alan ifadələrin daxil edilməsinə yol verilmir. Həmin Qərarın 58-ci bəndinə əsasən, CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, X8 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verən apellyasiya məhkəməsi cinayət təqibi üzrə toplanmış sübutları tədqiq edib mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərkən cinayət prosessual qanunvericiliyin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin Plenum qərarlarının tələblərini pozmuşdur. Belə ki, məhkəmə cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlara şübhə ilə yanaşmasını göstərsə də, həmin şübhələrin nədən ibarət olması, sübutlar arasındakı ziddiyyətlərin nədə ifadə olunmasını kifayət qədər əsaslandırmamış, nəticədə K.T.Tağıyevə əsassız olaraq bəraət vermişdir. Apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi əsaslandırılmış, sübutların tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanan ədalət mühakiməsinin yekunu kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin hökmü, yəni onun iş üzrə gəldiyi hər hansı nəticə araşdırılmış sübutlara istinad edilməklə əsaslandırılmalı, sübutların hər birinə ayrı-ayrılıqda və məcmu şəklində qiymət verilməli, araşdırılmış sübutların qəbul edilməməsinin səbəbləri isə müəyyən edilməklə bu səbəblər yekun məhkəmə aktında göstərilməlidir. Yalnız bu tələblərə əməl edilməklə çıxarılmış hökm qanuni və əsaslı hesab edilə bilər. Beləliklə, göstərilənlərə əsasən, kassasiya məhkəmə kollegiyası hazırki iş üzrə X5 təqsirlilik məsələsinin müəyyən edilməsi ilə əlaqədar sübutların apellyasiya məhkəməsi tərəfindən CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olara q düzgün qiymətləndirilməməsi və X8 əsassız olaraq bəraət verilməsi qənaətinə gələrək apellyasiya instansiyası məhkəməsinin CPM-nin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verdiyini qeyd edir və hesab edir ki, həmin pozuntu ilə qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2022-ci il tarixli hökmü verilmiş kassasiya protestinə münasibətdə ləğv edilməklə, cinayət işi yeni apellyasiya baxışına təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını ləğv etmək və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin etmək haqqında qərar qəbul etməyə haqlıdır. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı iş in tam, hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, sübutlar arasında ziddiyyətlərin aradan qaldırılması üçün tədbirlər görülməli, zərurət yaranarsa, tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Cinayət Prosessual QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilsin. X8 Azərbaycan Respublikası Cin ayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2022-ci il tarixli hökmü kassasiya protestinə əsasən ləğv edilsin və cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar